Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-67/2024 30.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu ildə Abşeron rayonu Mehdiabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü və 326.2ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə binaya, saxlanc yerinə və yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və digər mühüm sənədini talamışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2021-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs8 məxsus ünvan 2 ünvanının qarşısında saxlanılmış «Hyundai Accent» markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq yan şüşəsini sındırmaqla qapısını açaraq maşının salonundan 1 ədəd 320 manat dəyərində «Pioneer» markalı maqintafonu, hər birinin dəyəri 100 manat olan ümumi 200 manat dəyərində 2 ədəd səs kalonkasını, 1 ədəd içərisində 2000 manat dəyərində brilyant qaşlı üzükü, Zərərçəkmiş şəxs8 adına verilmiş xx.xx.2018-ci il tarixli, AZE№******** nömrəli şəxsiyyət vəsiqəsi, 150 manat nağd pulu, Zərərçəkmiş şəxs8 adına verilmiş xx.xx.2019-cu il tarixli, C02370132 nömrəli ümummilli pasportu, Zərərçəkmiş şəxs8 adına xx.xx.2023-cü il tarixdə verilmiş xx.xx.2033-cü il tarixədək etibarlı olan «B1, B, C1,C» kateqoriyalı, BD 048929 nömrəli sürücülük vəsiqəsi, «Hyundai Accent» markalı, **- FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi və həmin avtomobilin Zərərçəkmiş şəxs8 mülkiyyətçiliyinə verilmiş etibarnaməsi olan bir ədəd 20 manat dəyərində pulqabını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs8 ümumilikdə 2690 manat miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs5 məxsus ünvan 3 ünvanında yerləşən yeni tikilən fərdi evinin həyət qapısının açıq olmasından istifadə edərək qanunsuz içəri daxil olub, evin 2-ci mərtəbəsində olan hər birinin dəyəri 1,5 manat olan ümumi 975 manat dəyərində 650 ədəd “Cilos” dəmirləri, evin 1-ci mərtəbəsində yerləşən elektrik sayğacına qoşulmamış dəyəri 80 manat dəyərində 10 metr uzunluğunda elektrik naqilini və 44 manat dəyərində olan işıqlandırma aparatını naqildən kəsməklə gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 1099 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs6 Şəmistan oğluna məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi N.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evinin qarajına qanunsuz daxil olub, oradan 250 manat dəyərində 1 ədəd böyük perforatoru, 90 manat dəyərində 1 ədəd kiçik perforatoru, hər birinin dəyəri 70 manat olmaqla ümumi 140 manat dəyərində iki ədəd lobziki, hər birinin dəyəri 60 manat olmaqla ümumi 120 manat dəyərində iki ədəd direli, 80 manat dəyərində 1 ədəd lazer urvini, hər birinin dəyəri 50 manat olmaqla ümumi 100 manat dəyərində iki ədəd laqondanı, 70 manat dəyərində 150 metrlik elektrik naqilini, 5 manat dəyərində 15 metrlik elektrik uzadıcısını, 80 manat dəyərində 1 ədəd 5 litlik odun samovarını, hər birinin dəyəri 45 manat olan 90 manat dəyərində 2 ədəd mismarvuran tapançanı gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs6 Şəmistan oğluna ümumilikdə 1025 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs7 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz daxil olub, evin arxa tərəfində olan kiçik ölçülü pəncərədən keçərək evin qonaq otağındakı şkafın içərisində saxlaınlan 1 kiloqram tutuma malik şüşə qabdan müxtəlif nominallı xırda pullar şəklində 300 manat pulu, evin həyətyanı sahəsində çardağın altında qoyulmuş 200 manat dəyərində 1 ədəd samovarı və ümumi dəyəri 150 manat olan 2-2.5 metr uzunluğunda dəmir boruları gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 650 manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Bundan əlavə o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən kənd qəbiristanlığında Zərərçəkmiş şəxs4 ailə üzvlərinin məzarının üzərində quraşdırılmış bir ədəd 250 manat dəyərində dəmir məhəccəri, məzarın yanında olan kiçik otağın bir ədəd 400 manat dəyərində seyf qapısını, həmin otağa qanunsuz daxil olub oradan 1 ədəd 160 manat dəyərində perforatoru, 1 ədəd 35 manat dəyərində arabanı, 30 manat dəyərində dəmir kuvaltı, 30 manat dəyərində 4 ədəd beli, 20 manat dəyərində dəmir lingi və 30 manat dəyərində su şlanqını gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 955 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi yeni massivdə yerləşən fərdi yaşayış evinin həyətinə həyətində iki laylı giriş qapısının qıfılının cəftəsini əvvəlcədən üzərində gətirdiyi dəmir parçası ilə sındırmaqla həyətə qanunsuz daxil olub, həyətdəki tikililərdə olan hər birinin dəyəri 200 manat olmaqla ümumi 800 manat dəyərində 4 ədəd seyf qapılarını, hər birinin dəyəri 200 manat olmaqla ümumi 400 manat dəyərində 2 ədəd dəmir qapıları, həyətdəki hamamdan 1 ədəd 250 manat dəyərində kustar üsulla hazırlanmış su qızıdırıcı “kalonkanı” və həyətdə olan tikilinin pəncərəsinə quraşdırılmış 1 ədəd 375 manat dəyərində “BK 25002 markalı kondisioneri gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 ümumilikdə 1825 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qəbristanlıqda Zərərçəkmiş şəxs9 mərhum əri X2 qəbrinin yanında qoyduğu 750 manat dəyərində 1 ədəd 2 metr uzunluğunda paslanmayan dəmir materialdan hazırlanmış divan formalı oturacağı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs9 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsi yeni massivdə yerləşən Zərərçəkmiş şəxs1 məxsus ərzaq mağazasının qarşısına gəlmiş, əvvəlcədən üzərində gətirdiyi dəmir parçası ilə həmin mağazanın plastik qapısının dəmir barmaqlığının qıfılını sındıraraq mağazaya qanunsuz daxil olmaqla oradan plastik qabın içərisindən müxtəlif əskinaslardan ibarət ümumilikdə 300 manat nağd pulu, 1 qutusu 3,8 manat olmaqla 38 manat dəyərində 1 blok boz «Winston» markalı siqareti, 1 qutusu 2,2 manat olmaqla 22 manat dəyərində 1 blok ağ «Magna» markalı siqareti, 1 qutusu 2,8 manat olmaqla 14 manat dəyərində 5 qutu göy «Rothmans» markalı siqareti, 1 qutusu 2,8 manat olmaqla 19,6 manat dəyərində 7 qutu göy rəngli «Viceroy» markalı siqareti, 1 qutusu 2,2 manat olmaqla 6,6 manat dəyərində 3 qutu boz rəngli «Magna» siqareti, 500 qram çəkidə 6 manat dəyərində “Servelat” kolbasanı, hər biri 0,6 manat olmaqla 6 manat dəyərində 10 ədəd “Pop kek” şirniyyatını, hər biri 0,9 manat olmaqla 1,8 manat dəyərində 2 ədəd 0.5 litrlik «Bizon» enerji içkisi və hər biri 0,6 manat olmaqla 1,2 manat dəyərində 2 ədəd 0,250 litirlik «Bizon» enerji içkisini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 415,2 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə saat 04 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi yeni massivdə yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətinə hasardan aşaraq qanunsuz daxil olmuş, üzərində gətirdiyi vintaçanla həyətdə olan evin plastik pəncərəsini açaraq yataq otağına girib, oradan 1 ədəd 80 manat dəyərində plastik boru yapışdırıcı ütünü, 1 ədəd 60 manat dəyərində laqondanı, 1 ədəd 70 manat dəyərində «NEVV SOKOL» markalı, CK306-26 modelli pereferatoru, hər topu 55 manat olmaqla ümumi 110 manat dəyərində 2 top 4 mm-lik elektrik naqilini və evin divarlarına çəkilmiş hər metri 0,55 manat olmaqla ümumi 165 manat dəyərində 300 metr uzunluğunda 4 mm-lik elektrik naqilini kəsib gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 485 manat məbləğində ziyan vurub oğurluq etmişdir. Bundan əlavə o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs10 məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsindəki evin həyətinə hasardan keçməklə, sonra isə həyətdə yeni inşa edilmiş evə pəncərəni açmaqla qanunsuz daxil olaraq, oradan 100 manat dəyərində 1 ədəd “Bosch” markalı laqondanı və divara çəkilmiş 125 manat dəyərində 1 top elektrik naqillərini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs10 ümumilikdə 225 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs11 məxsus Mehdiabad qəsəbəsində yerləşən «Şəms» marketin yaxınlığında yerləşən fərdi evinə plastik pəncərəni sıxıb açmaqla qanunsuz daxil olub, oradan bir ədəd 1350 manat dəyərində kombi aparatını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs11 1350 manat ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.3 və 326.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir ona görə də pula ciddi ehtiyacı vardır. Bu səbədən oğurluq etmək qərarına gəlmişdir. Bu səbəbdən də, oğurluq etmək üçün 30 noyabr 2021-ci il tarixdə gecə vaxtı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” ərazisinə getmişdir. Orada binanın arxa hissəsində qırmızı rəngli markasını bilmədiyi maşının saxlamasını görmüş, həmin maşından oğurluq etmək üçün ona yaxınlaşmış, ətrafa baxaraq kiminsə olub-olmamasını nəzər yetirmişdir. Gecə vaxtı ətrafda heç kim olmadığına görə təxminən saat 4 radələrində maşının sağ tərəfdən qabaq qapısının şüşəsini sındırmışdır. Sonra maşının qapısını içəridən açıb salona daxil olmuş, maşının salonunda bir ədəd maqintofon və iki ədəd səs kalonkasını çıxarıb özü ilə götürmüşdür. Daha sonra maşını axtarıb başqa qiymətli hər hansı əşyanın olubolmamasını axtarmış, bir ədəd pul qapını tapıb götürmüş, pul qabını açıb içərisinə baxmış, içərisində bir ədəd pul görüb onu götürmüşdür. Pul qabının içərisində başqa vəsiqələr və sənədlər olsa da onlara fikir verməmiş, pulu saydıqda 150 manat pul olduğunu görmüşdür. Maşından çıxıb bir qədər gedib oradan uzaqlaşdıqdan sonra ara məhəllələrdə pul qabından pulu götürüb pulqabını içərisində olan sənədlərlə birgə zibilliyə tullamış, maqintofon və səs kalonkalarını isə həmin günü Mehdiabad qəsəbəsində tanımadığı şəxsə 100 manata satmışdır. Əldə etdiyi həmin pulu ehtiyacları üçün xərcləmişdir. Bundan başqa göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 04 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, N.Allahverdiyev küçəsi fərdi yaşayış evinin qarajının yanından keçərkən əlimlə şiferli qarajın qapısını astaca əli ilə açanda qapı açılmış, oradan qaraja daxil olmuşdur. Qarajın içərsi ev kimi yaşayış olmuş, oranı axtarmış, qarajdan taxta rəflərin üzərində olan 2 ədəd perforator, 2 ədəd lobzik, 2 ədəd direl,1 ədəd lazer ürvini, 2 ədəd laqonda, 150 metr elektirik naqili, 1 ədəd 15 metr elektirik uzadıcı, 1 ədəd samovarı və 2 ədəd mismar vuran tapançanı orada olan ağ rəngli sellofan torbanın içərsinə yığaraq götürmüş və həmin yerdən çıxmışdır. Oradan da bir başa yolla avtobus dayanacağına gedib oradan yol avtomaşını ilə Sabunçu rayonunda “Rus bazarına” gedərək orada tanımadığı şəxsə oğurluq yolu ilə əldə etdiyi əşyaların hamısını ucuz qiymətə yəni 170 manata satmışdır. Əldə etdiyi 170 manat pulu da öz ehtiyaclarına xərcləmişdir. Həmin oğurluğu tək etmiş, ona bu cinayətdə heç kim köməklik etməmiş, oğurluq yolu ilə əldə etdiyi əmlakı satarkən alan şəxs həmin əmlakın oğurluq yolu ilə əldə edildiyini bilməmişdir. Bundan başqa göstərmişdir ki, Zərərçəkmiş şəxs7 qonşu kimi uşaqlıqdan tanıyır. Əvvəllər İlham və ailə üzvləri ilə aramda heç bir düşmənçilik və ədavət olmamışdır. 2022ci ilin sentyabar ayında maddi ehtiyacları olduğu üçün İlhamın evində heç kim olmadığı vaxt evə qanunsuz daxil olub oğurluq etmək qərarına gəlmişdir. 23 sentyabr 2022-ci il tarixdə günorta saatlarında İlhamgilin yaşadığı fərdi yaşayış evinin dəmir darvazasından qıfıl asıldığını görüb evdə heç kimin olmadığına əmin olmuşdur. Buna görə də oğurluq etmək niyyətini reallaşdıraraq hasardan aşmaqla evin həyətyanı sahəsinə gizli yolla daxil olmuşdur. Daha sonra evə yaxınlaşıb arxa tərəfə keçmiş və ağ rəngli, ikitaylı plastik pəncərənin kiçik ölçüdə olanının açıq olmasından istifadə edərək əlini içəri tərəfə uzadıb böyük pəncərəni açmışdır. Ardınca mənzilə daxil olub otaqları gəzməyə və oğurlamaq üçün dəyərli şeylər axtarmağa başlamışdır. Evin qonaq otağındakı şkafın içərisinə baxanda 1 kiloqram həcmində şüşə qabın içərisində müxtəlif nominallı dəmir pulların yığıldığını görmüşdür. Buna görə də şüşə qapı götürərək başqa heç nə oğurlamadan evdən çıxmüş, həyətdən keçməklə hasara yaxınlaşarkən hasarın yaxınlığındakı kiçik çardağın altında, oduncaqların yığıldığı yerdə 1 ədəd, latun materialdan hazırlanmış, 5 litrlik samovar və müxtəlif uzunluqda dəmir boruların olduğunu aşkar etmişdir. Həmin samovarı və dəmir boruları sataraq gəlir əldə etmək məqsədilə özü ilə götürmüş və hasardan keçməklə evi tərk etmişdir. Elə həmin gün şüşə bankanın içərisindəki pulları sayıb xatırladığı qədəri ilə 300 manat olduğunu görmüş və hamısını şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra oğurladığı samovarı və dəmir boruları həmin gün markasını və dövlət qeydiyyat nişanını bilmədiyi küçəyə gələn metal qəbul edən tanımadığı şəxslərə 60 manat pul qarşılığında satmış, əldə etdiyi pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa göstərmişdir ki, 01 dekabr 2022-ci il tarixdə saat 04 radələrində Mehdiabad qəsəbəsi ərazisində piyada gəzərək oğurluq etməyə boş ev axtarmışdır. Bu vaxt fərdi evlərdən birinin həyətinin giriş qapısının üzərində qıfıl olduğunu görüb evin boş olduğunu fikirləşmişdir. Daha sonra ətrafa baxıb heç kimin olmadığını görüb hasardan həyətə tullanmışdır. Daha sonra evin sol tərəfinə keçib yataq otağının plastik pəncərəsini üzərində olan vintaçanla açıb oradan evə daxil olmuşdur. Bundan sonra digər otaqlardan plastik boru yapışdırıcı ütünü, 1 ədəd laqonda, 1 ədəd pereparatoru, 2 top hər topu 100 metr uzunluğunda olan 4 mm-lik elektrik naqilini, əlavə olaraq divarlardan da 4 mm-lik elektrik naqillərini həmin otaqda olan kəlbətinlə kəsib götürmüşdür. Daha sonra həmin oğurladığı laqonda, perparator və plastik boru yapışdırıcı ütünü otaqların birindən götürdüyü qara rəngli sellofan torbaya qoymuş, elektrik naqillərini isə orada olan bir ədəd köhnə torbaya qoyub gəldiyi otağın pəncərəsindən çıxmışdır. Daha sonra həmin əşyaları hasardan yola atıb özü də hasardan aşaraq oradan uzaqlaşmışdır. Boş sahəlik yerə gəlib orada elektrik naqillərinin hamısını yandırıb əridib mis etmişdir. Həmin gün, yəni 01 dekabr 2022-ci il tarixdə saat 10 radələrində eletrik naqillərindən əridib əldə etdiyi mis metalını dövlət nömrə nişanını xatırlamadığı VAZ-21011 markalı avtomobil ilə metal alan tanımadığı şəxsə kilosunu 9 manatdan olmaqla ümumilikdə 50 manata satmışdır. Bundan sonra həmin günü tanımadığı taksi ilə həmin oğurladığı alətləri 3-ci mikrorayon ərazisində körpünün altında tanımadığı şəxsə laqonda və plastik boru yapışdırıcı ütünü birlikdə 40 manata satmış, perforatoru isə alan olmadığı üçün özü ilə geri gətirib Mehdiabad qəsəbəsi ərazisində gizlətmiş və sonradan istintaqa təqdim etmişdir. Bundan başqa göstərmişdir ki, 05 dekabr 2022-ci il tarixdə, saat 03 radələrində yaşadığı Mehdiabad qəsəbəsində küçələri gəzib oğurluq etmək üçün münasib ev axtarmış, həmin vaxt Mehdabad qəsəbəsində yeni massivdə yerləşən həyət evində işıq yanmadığını gördükdə bilmişdir ki, orada yaşayış yoxdur. Həmin evin hasarının üstündən aşaraq həyətə daxil olduqdan sonra, həyətdəki iki mərtəbəli olan evin birinci mərtəbəsindəki, evin qarşısında olan plastik pəncərəni əli ilə sıxmaqla açıb, pəncərədən evə daxil olmuşdur. Birinci mərtəbədəki otaqlar təmirsiz olmuş, oradakı otaqarın birində gördüyü 1 ədəd “Bosch” markalı laqondanı, divara çəkilmiş elektrik naqillərini sökərək oradan götürdüyü sellofan torbaya yığmış və pəncərədən çıxartmaqla oğurlamışdır. Oğurluq etdiyi həmin evin kimə məxsus olduğunu bilmir. Sabahı günü həmin elektrik naqillərini Bakı şəhəri, 8-ci km. bazarı deyilən bazara aparıb, tanımadığı şəxsə 20 manata satmış və pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin şəxsə satdığı elektrik naqillərinin özünə məxsus olduğunu, pula ehtiyacı olduğuna görə satdığını demişdir. Bundan başqa göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 22 radələrində narkotik vasitəyə olan tələbatını ödəmək üçün oğurluq etmək qərarına gəlmiş, bunun üçün Abşeron rayonu Mehdiabad qəsəbəsində gəzir oğurluq etmək üçün münasib ev axtarmağa başlamışdır. Bu zaman Mehdiabad qəsəbəsində “Şəms” marketin yaxınlığında yerləşən fərdi həyət evlərinin birində təmir-tikinti işlərinin getdiyini və evdə heç bir işıq yanmadığını görüb evdə yaşayış olmadığı qərarına gəlmişdir. Həmin evin yerləşdiyi torpaq sahəsinin bir hissəsinin hasarının sökülmüş vəziyyətdə olmağından istifadə edərək evin yerləşdiyi torpaq sahəsinə daxil olmuş, bundan sonra evin birinci mərtəbəsinin plastik pəncərəsini açıb evin içərisinə daxil olmuşdur. Evin içərisinə daxil olduqda yerdə bir ədəd markasını xatırlamadığı kombi aparatının olduğunu görmüşdür. Həmin kombi aparatı qutuda olmuş və istifadə edilməmişdir. O, həmin kombi aparatını götürüb gəldiyi yolla evdən çıxmış, oğurluq etdiyi ev yola yaxın olmuş, həmin kombi aparatı ilə birlikdə yolun kənarına çıxmışdır. Bu zaman yoldan keçən taksilərdən birini saxlamış, həmin kombi aparatını avtomobilin arxa oturacaqlarının üzərinə qoymuş və özü öndə əyləşmişdir. Bundan sonra Binəqədi mərkəz adlanan əraziyə getmiş, həmin yerdə taksiyə 5 manat pul vermiş və taksini yola salmışdır. Bundan sonra həmin kombini yaxınlıqda yerləşən avtobus dayanacağına yaxın yerə qoymuş, sonra həmin kombini hara sata biləcəyini düşünmüşdür. Bu zaman onun yanında ağ rəngli “VAZ 2107” markalı avtomobil ilə balıq satan şəxs dayanmış, həmin şəxslə söhbətə başlamış və həmin şəxsə yeni ev tikdirdiyini, lakin təmir-tikintisini yekunlaşdıra bilmədiyini, əlində olan bütün pulları evin tikintisinə xərclədiyini və hazırda övladının qəfil xəstələndiyini bildirib təcili pul lazım olduğunu bildirmişdir. Bunun üçün evə əvvəlcədən aldığı lakin istifadə etmədiyi kombi aparatını təcili satdığını bildirmişdir. Həmin şəxs ondan kombini neçəyə satdığını soruşmuş, o da həmin şəxsə kombini 600 manata satdığını bildirmişdir. Lakin həmin şəxs o qədər pulunun olmadığını bildirmiş, sonra ondan üzərində nə qədər pul olduğunu soruşmuş, həmin şəxs üzərində yalnız 140 manat pul olduğunu bildirmişdir. O da həmin kombini harasa aparmaq üçün üzərində artıq pul qalmadığı üçün və polislər tərəfindən tutulacağında ehtiyyat edib həmin kombini balıq satan şəxsə 140 manat pul müqabilində satmış, sonra həmin yerdən çıxıb yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsinə gəlmiş, əldə etdiyi 140 manat pulu öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Qalan epizodlar üzrə özünü təqsirli bilmədi. Əməlindən peşmandır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Hyundai Accent markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Axşam işdən evə qayıdan zaman maşını binanın həyətində saxlayır. 30 noyabr 2021-ci il tarixdə təxminən saat 01 radələrində avtomobilini yaşadığı binanın arxa hissəsində saxlamışdır. Maşının qapılarını bağlamış, həmin günü günorta radələrində evdən çıxıb maşına minmək istəyən zaman avtomobilinin sağ yan qabaq hissəsinin şüşəsinin sındırıldığını görmüşdür. O, həmin vaxt maşınından oğurluq olmasını fikirləşmiş, sonra maşının salonuna baxıb oradan hansı əşyaların oğurlanmasını yoxlamışdır. Ona məlum olmuşdur ki, naməlum şəxs «Hyundai Accent» markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qapısını açmaq yolu ilə salonundan 1 ədəd 320 manat dəyərində «Pioneer» markalı maqintafonu, hər birinin dəyəri 100 manat olan ümumi 200 manat dəyərində 2 ədəd səs kalonkasını, 1 ədəd içərisində 2000 manat dəyərində brilyant qaşlı üzüyü, 1 ədəd şəxsiyyət vəsiqəsi, 150 manat nağd pulum, ümummilli pasportu, sürücülük vəsiqəsi, «Hyundai Accent» markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qeydiyyat şəhadətnaməsi olan bir ədəd 20 manat dəyərində pulqabısı gizli olaraq talanmışdır. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 2690 manat miqdarında ziyan dəymişdir. Şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında 20 sot torpaq sahəsinin üzərində 36X9 kv üzərində 2 mərtəbəli ev tikir. Belə ki, 30 mart 2022-ji il tarixdə 23 radələrində yeni tikli evi yoxlayıb qarşıda olan evinə getmiş, səhəri yəni 31 mart 2022-ci il tarixə səhər saat 09 radələrində həmin evinə baxarkən, yeni tikili evinin 2-ci mərtəbəsində saxladığı hər birinin dəyəri 1,50 manat olan ümumi qiyməti 975 manat olan 650 ədəd Cilos dəmir metallarını, yeni tikli evin 1-ci mərtəbəsində yerləşən elektirik sayğacına qoşulmamış metri 8 manat olan umimi dəyəri 80 manat olan 10 metr ölçüdə elektirik naqilini və 44 manat dəyərində olan işılandırma aparatının oğurlandığını aşkar etmişdir. Bununla bağlı dərhal polisin 102 məlumat mərkəzinə istifadəsində olan mobil telefonu ilə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin foto şəkilləri çəkilərək baxış protokoluna əlavə edilmişdir. Göstərmişdir ki, baş vermiş oğurluq nəticəsində ona 1099 manat ziyan vurulmuşdur. Şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs6 Şəmistan oğlu ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, N.Allahverdiyev küçəsində 2,5 sot torpaq sahəsi vardır və həmin torpaq sahəsində ikimərtəbəli ev tikib orada yaşayır. Evin birinci mərtəbəsi yolun kənarında qaraj qapısı açılır, hərdən evə daxil olanda qarajdan keçərək evimə daxil olmuşdur. 14 sentyabr 2022-ci il tarixdə səhər radələrində evinin qaraj hissəsindən keçərək küçəyə çıxıb qəsəbəyə getmiş, evinə tez qayıtmalı olmuşdur. Buna görə də qaraj qapısından çıxdıqda qapının arxasına daş parçası qoymuşdur. Təxminən saat 08 radələrində evinə qayıdıb qarajdan içəri daxil olmaq istədikdə qarajda olan rəfinə nəzər salmış, həmin vaxtı rəfdə olan əşyalarının dağınıq olduğunu görüb rəfə yaxınlaşdıqda orada saxladığı bir ədəd 250 manat dəyərində böyük perefaratorun, 90 manat dəyərində 1 ədəd kiçik perafaratorun, hər birinin dəyəri 70 manat 2 ədəd lobzikin, hər binin dəyəri 60 manat 2 ədəd direlin, 80 manat dəyərində 1 ədəd lazer ürvinin, hər binin dəyəri 50 manat 2 ədəd laqondanın, 70 manat dəyərində 150 metr elektirik naqilinin, 5 manat dəyərində olan 15 metr elektirik uzadıcının, 80 manat dəyərində 1 ədəd 5 litirlik odun samovarın, hər birinin dəyəri 45 manat olan 2 ədəd mismar vuran tapançanın oğurlandığının şahidi olmuş. baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1025 manat məbləğində ziyan dəymişdir. Şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhəmə istintaqında zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 23 sentyabr 2022-ci il tarixdə səhər saatlarında evdən çıxıb yaşadığı qəsəbə ərazisində işlətdiyi kafeyə getmiş, həmin gün saat 14:00 radələrində arvadı və uşaqları da evdən çıxmış, evdən çıxarkən evin qapısını və həyətin darvazasını kilidlə bağlamışlar. Axşam saat 20:00 radələrində evə qayıdarkən evin arxa tərəfindəki ağ rəngli plastik pəncərənin açıq vəziyyətdə olduğunu görmüş, ailə üzvlərindən bu barədə məlumatlı olub-olmadıqlarını soruşarkən, ona heç nədən xəbərlərinin olmadığını bildirmişlər. Daha sonra evdə hər şeyin yerli-yerində olub-olmadığını müəyyənləşdirmək məqsədilə otaqları nəzərdə keçirərkən qonaq otağında olan şkafda saxladığı içərisində xırda qəpiklər və kiçik nominallı kağız əskinaslar şəklində 300 manat pul olan 1 kiloqram həcmində şüşə qabın yerində olmadığını görmüşdür. Bundan sonra həyətə nəzər salanda evin həyətyanı sahəsinin hasarının yaxınlığındakı kiçik çardağın altında, odunların yığıldığı yerdə saxladığı dəyəri 200 manat olan 1 ədəd 5 litrlik samovarın və ümumi dəyəri 150 manat olan 2-2,5 metr uzunluğunda dəmir boruların da yerində olmadığını müəyyən etmişdir. Əvvəllər özü də daxili işlər orqanlarında işlədiyinə görə yaşadığı evin həyətinə qanunsuz daxil olmaqla oğurluq edən şəxsi özü müəyyən etmək qərarına gəlmişdir. Ancaq bir neçə ay ərzində heç bir nəticə əldə edə bilmədiyi üçün nəhayət 06 dekabr 2022-ci il tarixdə baş vermiş hadisə barədə Abşeron rayon Polis İdarəsinin Mehdiabad polis bölməsinə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində məlum olmuşdur ki, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq edən şəxs qonşuluqda yaşayan Təqsirləndirilən şəxsdur. Şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs4 elan olunmuş ifadəsindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən qəbirstanlıqda ailə üzvlərinin məzarı vardır. Həmin məzarın girişində dəmirdən məəccər olmuşdur. Həmçinin məzarın yanında hasara bitişik köməkçi otaq yerləşmiş, həmin otağın dəmirdən giriş qapısı olmuş və həmin otaqda özünə məxsus tikinti alətlərini saxlamışdır. Belə ki, həmin otada 1 ədəd perforator, 1 ədəd araba, bir ədəd dəmir kvalt, 4 ədəd bel, bir ədəd dəmir ling və su şlankı saxlamışdır. Həmin əşyalardan məzarın ətrafının düzəldilməsində istifadə etmişdir. Sonuncu dəfə 30 sentyabr 2022-ci il tarixdə həmin məzara baş çəkməyə getmiş, hər hansı hadisə baş verməmişdir. 02 dekabr 2022-ci il tarixdə yenidən qəbitstanlığına getmiş, lakin oraya çatdıqda ailə üzvlərinin məzarının qarşısında olan dəmirdən olan məəccərin sökülərək oğurlandığının, həmçinin məzarın yanıda olan kiçik otağın dəmirdən olan giriş qapısının və otaqda saxladığı 1 ədəd perforatorun, 1 ədəd arabanın, bir ədəd dəmir kvaltın, 4 ədəd belin, bir ədəd dəmir lingin və su şlankın naməlum şəxslər tərəfindən oğurlandığının şahidi olmuşdur. Buna görə də baş vermiş oğurluq hadisəsi ilə bağlı DİNnin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Göstərmişdir ki, məzarın qarşısından bir ədəd 250 manat dəyərində dəmir qapının məhəccəri, daş tikilinin bir ədəd 400 manat dəyərində seyf qapısı, tikilinin içərisindən 1 ədəd 160 manat dəyərində pereparator, 1 ədəd 35 manat dəyərində araba, 30 manat dəyərində dəmir kvalt, 30 manat dəyərində 4 ədəd lapatka, 20 manat dəyərində dəmir ling və 30 manat dəyərində su şlankı oğurlanmış və baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 955 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 elan olunmuş ifadəsindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində 6 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin ətrafı mişar daşları ilə hasarlanmış həyətin giriş qapısı qırmızı rəngli iki laylı dəmir darvazadan ibarətdir. Həyətə daxil olarkən sol tərəfdə iki otaqla yerdən fərdi yaşayış evi vardır. Sağ tərəfdə mal tövləsi vardır. Mal tövləsinin yanında da 1 otaq vardır. Ondan sonra 1 hamam otağı və mətbəx yerləşir. Həyətdəki bütün tikililərin qapıları həyətə açılır. Sonuncu dəfə həmin yerdə yaşayış 2021-ci ilin sentyabr ayında olmuşdur. Lakin, qardaşı Mehdiabadda yaşadığı üçün ayda bir dəfə gedib həyətinə baxıb ona xəbər etmişdir. Sonuncu dəfə 24 oktyabr 2022-ci il tarixdə qardaşı evə baxıb ona hər şeyin qaydasında olduğunu demiş, 23 noyabr 2022-ci il tarixdə saat 21 radələrində qardaşı ona zəng edərək həyətin darvazasının açıq olduğunu və oradan oğurluq olduğunu demişdir. O da səhəri gün Mehdiabad qəsəbəsinə yaşayış olmayan həyətinə gəlmişdir. Bu vaxt ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər oradan hər biri 200 manat olmaqla 1200 manat dəyərində 6 ədəd dəmir qapıları, 375 manat dəyərində “BK 2500” markalı kondisionerini, 1 ədəd kustar üsulla hazırlanmış 250 manat dəyərində su qızdırıcının oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1825 manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, həyat yoldaşı X3 təxminən 10 il olar ki, rəhmətə getmişdir. O, Mehdiabad qəsəbəsində Mehdiabad PBnin yaxınlığındakı qəbristanlıqda dəfn olunmuşdur. Onlar mərhum yoldaşının qəbrinə ziyarətə gələrkən oturmaq üçün 750 manat dəyərində 2 metr uzunluğunda paslanmayan dəmir materialdan hazırlanmış divana oxşar oturacaq düzəltdirmişdir. Hər ay yoldaşının qəbri üstünə gedib ziyarət edir. 25 noyabr 2022-ci il tarixdə oğlu İlham Səfərzadə qəbr üstünə gedib oranı təmizləmişdir. Həmin vaxt oturacaq orada olmuşdur. Lakin, səhəri gün yəni xx.xx.2022-ci il tarixdə saat 16 radələrində qəbir üstünə gedərkən oradan naməlum şəxsin 750 manat dəyərində oturacağı oğurladığını müəyyən etmişdir. Dərhal DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş, sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmiş, ona baş vermiş oğurluq nəticəsində ümumilikdə 750 manat maddi ziyan vurulmuşdur. Şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 elan olunmuş ifadəsindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Yeni Massivdə 20 sot torpaq sahəm vardır. Həmin torpaq sahəsinin içərisində fərdi yaşayış evi yerləşir. Həmin torpaq sahəsinin ətrafı mişar daşları ilə hasarlanmışdır. Həyətin girişi iki laylı dəmir darvazadan ibarətdir. Girişin yaxınlığında hasara bitşik onun ərzaq mağazası vardır. Həmin ərzaq mağazasının yola tərəf hissəsində 4 laylı plastik qapılar yerləşir. Həmin giriş hissəsində dəmir baqmaqlıqlar qoydurmuşdur. Həmin ərzaq mağazasının eni 4 metr, uzunluğu 5 metr olmaqla ümumilikdə 20 kvadratmetr sahəni əhatə edir. 30 noyabr 2022-ci il tarixdə axşam saat 19 radələrində ərzaq mağazasının qapısını kilidləyib evə getmişdir. Səhəri gün yəni, 01 dekabr 2022-ci il tarixdə saat 08 radələrində evdən çıxıb mağazaya gələrkən mağazanın dəmir barmaqlığının və qapısının açıq olduğunu görüb dərhal içəri girmişdir. Bu vaxt onun oturduğu yerdəki plastik qapın içərisində saxladığı müxtəlif əskinazlardan ibarət ümumilikdə 300 manat pulun olmadığını görmüş, daha sonra mağazadan 1 qutusu 3.8 manat olmaqla 38 manat dəyərində 1 blok boz winston markalı siqret, 1 qutusu 2.2 manat olmaqla 22 manat dəyərində 1 blok ağ magna markalı siqaretin, 1 qutusu 2.8 manat olmaqla 14 manat dəyərində 5 qutu göy rothmans markalı siqaretin, 1 qutusu 2.8 manat olmaqla 19.6 manat dəyərində 7 qutu göy rəngli viceroy markalı siqaretin və 1 qutusu 2.2 manat olmaqla 6.6 manat dəyərində 3 qutu boz rəngli magna siqaretinin də olmadığını aşkar etmişdir. Daha sonra 500 qram çəkidə 6 manat dəyərində “Servelat” markalı kolbasının, hər biri 0.6 manat olmaqla 6 manat dəyərində 10 ədəd “pop kek” şirniyyatı, hər biri 0.9 manat olmaqla 1.8 manat dəyərində 2 ədəd 0.5 litrlik Bizon enerji içkisinin və hər biri 0.6 manat olmaqla 1.2 manat dəyərində 2 ədəd 0.250 litirlik Bizon enerji içkisinin də oğurlandığını aşkar etmişdir. Baş vermiş hadisə nəticəsində mağazasından naməlum şəxs tərəfindən ümumilikdə 415.2 manat dəyərində nağd pul, siqaret və ərzaq məhsulları oğurlanmışdır. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 elan olunmuş ifadəsindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsi yeni massivdə 4 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin ətrafı mişar daşları ilə hasarlanmış, həyətin girişi iki laylı taxta qapıdan ibarətdir. Həyətə daxil olarkən üzbəüz 7 daş hündürlükdə kürsülü bir mərtəbəli fərdi yaşayış evi yerləşir. Həmin fərdi yaşayış evinin təmiri tam başa çatmadığı üçün yaşayış yoxdur. Evin giriş qapısından içəri daxil olarkən sağ tərəfdə mətbəx, sol tərəfdə qonaq otağı, sonra soldan 2 yataq otağı, evin girişi ilə üzbəüz yataq otağı, sağ tərfədə mətbəxin yanında 1 yataq otağı və sonra hamam otağı yerləşir. Evinin pəncərələri plastik pəncərə olsa da dəmir barmaqlıqları yoxdur. Evin giriş qapısı seyf qapıdır. Onun evində atası Bayraməli hər gün usta kimi işləyir. 30 noyabr 2022-ci il tarixdə saat 17 radələrində atası günlük işini qurtarıb qapını bağlayaraq öz evinə getmişdir. Səhəri gün yəni 01 dekabr 2022-ci il tarixdə saat 09 radələrində atası hər gün olduğu kimi onun evinə işləməyə gələrkən evin sol tərəfdən qonaq otağından sonrakı yataq otağının plastik pəncərəsinin açıq olduğunu görmüşdür. Dərhal ona zəng edib ona “evə giriblər” deyəndə sonuncuya “evə yaxşı bax gör nəsə aparıblarsa mənə denən” demişdir. Atası da təxminən 5 dəqiqədən sonra ona zəng edərək naməlum şəxs və ya şəxslərin evimə qanunsuz daxil olduqları qonaq otağından sonrakı yataq otağından 1 ədəd 80 manat dəyərində plastik boru yapışdırıcı ütünü, mətbəxdən sonrakı yataq otağından 1 ədəd 60 manat dəyərində laqonda, 1 ədəd 70 manat dəyərində perforatoru, 110 manat dəyərində 2 top hər topu 100 metr uzunluğunda olan 4 mm-lik elektrik naqilini, əlavə olaraq divarlardan da 300 metr uzunluğunda 165 manat dəyərində 4 mm-lik elektrik naqillərinin kəsilərək oğurlandığını demişdir. O da atasına “səbirli ol mən gəlib çatıram, ora” deyib işdən tez evə gəlmişdir. Daha sonra Mehdiabad PB-nə gedib bu barədə ərizə ilə müraciət etmiş, ona baş vermiş oğurluq nəticəsində ümumilikdə 485 manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində, yeni yaşayış massivində özünə yeni fərdi ev inşaat etdirmiş və həmin evdə təmir işləri aparılır. 04 dekabr 2022-ci il tarixdə həmin evimdə olduğu vaxt, evdəki əşyaların hamısının yerində olduğunu görmüşdür. 05 dekabr 2022-ci il tarixdə saat 09 radələrində həmin evinə gedib baxdıqda evdən 100 manat dəyərində 1 ədəd “Bosch” markalı laqonda, 125 manat dəyərində bir top elektrik naqilin yerində olmadığını gördükdə, onların oğurlandığını bilmiş, oğurluq nətcəsində ona ümumilikdə 225 manat ziyan dəymişdir. Şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs11 Niyyətulla oğlu ifadəsində göstərmişdir ki, 2022-ci ildə Abşeron rayonu Masazır qəsəbəsində fərdi ev tikdirir. Həmin evin tikintisi hal-hazırda başa çatmamışdır. Maddi vəziyyəti yaxşı olmadığı üçün hissə-hissə əlində pul olduqca həmin evin təmirini etdirir. Evdə təmir işləri getmədiyi vaxt isə mütəmadi olaraq gedib evə baş çəkir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində onun həmin evə gedib baş çəkmək imkanı olmamışdır. Həmin müddət ərzində evdə ustalar da işləməmişdir. O, xx.xx.2022-ci il tarixdə evə baş çəkmək üçün gedən zaman evin sağ yan tərəfində yerləşən plastik pəncərənin açıq olduyğunu görmüş, evin içərisinə daxil olan zaman evdən 01 ədəd markasını xatırlamadığı 1350 manat dəyərində kombinin oğurlandığını aşkar etmiş, həmin kombi aparatı istifadə edilməmiş və qutuda olmuşdur. Ona məxsus fərdi evdən baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdə 1350 manat dəyərində maddi ziyan dəymişdir. Şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin epizod üzrə də icraata xitam verilməsini, dövlət ittihamının müdafiəsini Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə davam etdirilməklə, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalarını xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-dən alınmış xx.xx.2023cü il tarixli, 8/2663 nömrə rəyi ilə müəyyən edilmişdir ki, 2022-ci ilin dekabr ayına- bir ədəd «NEVV SOKOL» markalı, CK306-26 modelli preforatorun istifadədə olması nəzərə alınmaqla bazar qiyməti 70 manat müəyyən edilir. Odur ki, iş üzrə bir ədəd «NEVV SOKOL» markalı, CK306-26 modelli perforator sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tananmış və saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmışdır. "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixində daxil olmuş, 1(012)-67/2024 saylı xx.xx.2024-cti il tarixli məhkəmənin sorğusuna cavab olaraq bildirir ki, sorğuda qeyd edilmiş ********** saylı mobil nömrənin yalnız xx.xx.2021-ci il tarixdə Azerfon şəbəkəsində istifadəsi qeydə alınmışdır xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfimdən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində həmin tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verildiyindən həmin tarixdə dayandırılmış icraat təzələnmiş və istintaq davam etdirilmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində Abşeron rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəl xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü və 326.2-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 326.2-ci maddəsində Dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talama —min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. AzərbaycanRespublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs məhkəmə məsuliyyətinə verilmişdir, ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2021-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs8 məxsus ünvan 2 ünvanının qarşısında saxlanılmış «Hyundai Accent» markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq yan şüşəsini sındırmaqla qapısını açaraq maşının salonundan 1 ədəd 320 manat dəyərində «Pioneer» markalı maqintafonu, hər birinin dəyəri 100 manat olan ümumi 200 manat dəyərində 2 ədəd səs kalonkasını, 1 ədəd içərisində 2000 manat dəyərində brilyant qaşlı üzükü, Zərərçəkmiş şəxs8 adına verilmiş xx.xx.2018-ci il tarixli, AZE№******** nömrəli şəxsiyyət vəsiqəsi, 150 manat nağd pulu, Zərərçəkmiş şəxs8 adına verilmiş xx.xx.2019-cu il tarixli, C02370132 nömrəli ümummilli pasportu, Zərərçəkmiş şəxs8 adına xx.xx.2023-cü il tarixdə verilmiş xx.xx.2033-cü il tarixədək etibarlı olan «B1, B, C1,C» kateqoriyalı, BD 048929 nömrəli sürücülük vəsiqəsi, «Hyundai Accent» markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi və həmin avtomobilin Zərərçəkmiş şəxs8 mülkiyyətçiliyinə verilmiş etibarnaməsi olan bir ədəd 20 manat dəyərində pulqabını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs8 ümumilikdə 2690 manat miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs həmin epizod üzrə Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin tarixdə həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilsə də, cinayətin törədildiyi gündən iki ildən artıq müddət keçmişdir, yəni Təqsirləndirilən şəxs həmin cinayəti xx.xx.2021-ci il tarixdə törətmişdir. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü və 326.2-ci maddələrilə elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə elan edilmiş ittiham və xx.xx.2021-ci il tarixli epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə və xx.xx.2021-ci il tarixli epizod üzrə icraata xitam verilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrilə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd «NEW SOKOL» markalı, CK306-26 modelli perforatorun sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Zərəçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 326.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə və tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2021-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs8 məxsus ünvan 2 ünvanının qarşısında saxlanılmış «Hyundai Accent» markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq yan şüşəsini sındırmaqla qapısını açaraq maşının salonundan 1 ədəd 320 manat dəyərində «Pioneer» markalı maqintafonu, hər birinin dəyəri 100 manat olan ümumi 200 manat dəyərində 2 ədəd səs kalonkasını, 1 ədəd içərisində 2000 manat dəyərində brilyant qaşlı üzükü, Zərərçəkmiş şəxs8 adına verilmiş xx.xx.2018-ci il tarixli, AZE№******** nömrəli şəxsiyyət vəsiqəsi, 150 manat nağd pulu, Zərərçəkmiş şəxs8 adına verilmiş xx.xx.2019-cu il tarixli, C02370132 nömrəli ümummilli pasportu, Zərərçəkmiş şəxs8 adına xx.xx.2023-cü il tarixdə verilmiş xx.xx.2033-cü il tarixədək etibarlı olan «B1, B, C1,C» kateqoriyalı, BD 048929 nömrəli sürücülük vəsiqəsi, «Hyundai Accent» markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi və həmin avtomobilin Zərərçəkmiş şəxs8 mülkiyyətçiliyinə verilmiş etibarnaməsi olan bir ədəd 20 manat dəyərində pulqabını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs8 ümumilikdə 2690 manat miqdarında ziyan vurması ilə bağlı həmin maddədə nəzərdə tutulan epizod üzrə icraata cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd «NEW SOKOL» markalı, CK306-26 modelli perforatorun sahibinə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Zərəçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-67/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-67/2024
30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver