Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-670/2022 15.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 27 avqust 1986-cı ildə Abşeron rayonu Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, evli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Belə ki, o, Abşeron rayonu, Qobu qəsəbəsində istintaqa məlum olmayan mənbədən əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli toxumları əldə edib, 2022-ci ilin aprel ayında yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi C.Cabbarlı küçəsi, 4 saylı evin həyətində əkərək müntəzəm olaraq suvarmaqla, dibini yumuşaltmaqla aqrotexniki qaydada qulluq edib qanunsuz olaraq nəm vəziyyətdə ümumi çəkisi 9645,0 qram olan 4 (dörd) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi yetişdirməklə xeyli miqdarda kultivasiya etmiş, 13 oktyabr 2022-ci il tarixdə Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs Abşeron rayonu, Qobu qəsəbəsi C.Cabbarlı küçəsi, 4 saylı evin həyətindən 4 (dörd) ədəd ümumi çəkisi 9645,0 qram olan bitki nümunələri, əkib becərməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2022-ci ilin aprel ayında yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik vasitə sayılan 4 ədəd çətənə bitkiləri əkmişdir. O, həmin bitkilərə qulluq edib suvarmış, həmin bitkiləri şəxsi istifadəsi üçün əkmiş və heç kimə satmamışdır. xx.xx.2022-ci il tarixdə axşam vaxtlarında polis əməkdaşları o, evdə olan zaman evinə gələrək, evinə və həyətyanı torpaq sahəsinə onun razılılğı ilə aqronomun və müdafiəçinin iştirakı ilə baxış keçirmək istədiklərini bildirmişlər. O, da razılıq verərək birlikdə həyətyanı sahəyə baxış keçirilməsinə başlamışlar. Baxış zamanı evinin həyətyanı torpaq sahəsində onun tərəfindən əkilmiş 04 ədəd narkotik vasitə sayılan çətənə bitkisi aşkar edilərək, videoçəkilişlə qeydə alınaraq qablaşdırılıb ekspertizaya təqdim ediməsi üçün götürülmüşdür. Həmçinin onun razılığı ilə evinə baxış keçirilmişdir. Evinə baxış zamanı qanunla dövriyyəsi qadağan edilən əşya, predmet aşkar edilməmişdir. Bundan başqa müdafiəçinin iştirakı ilə və onun razılığı ilə üzərinə də, şəxsi aşxtarış keçirilmiş və heç bir əşya aşkar edilməmişdir. Bundan sonra o, polis əməkdaşları ilə polis bölməsinə öz istəyi ilə getməyə razılıq vermişdir. Sonda o, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid4 göstərdi ki, Təqsirləndirilən şəxs ilə 10 ildir evlidir və birlikdə yaşayırlar. Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən evlərinin həyətinkdəki bağ sahəsində əri Təqsirləndirilən şəxs ağac əkib-becərməklə məşğul olmuş, o, isə ev işləri ilə məşğul olduğu üçün bağa keçməmişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında polis əməkdaşları yaşadıqları evin həyətinə gəlib evlərinə və həyəyanı sahələrinə baxış keçirmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs baxış keçirilməsinə razılıq verdikdən sonra polis əməkdaşları tərəfindən bağ sahəsinə baxış keçirilməyə başlamışlar. Bir neçə dəqiqə sonra polis əməkdaşları bağdan 04 ədəd şitil kolu gətirib, həmin bitkilərin narkotik tərkibli bitkilərə olduğunu bağımızdan aşkar etdiklərini bildirmişlər. Taryel həmin bitkiləri özünün əkdiyini bildirmişdir. O, həyat yoldaşı Təqsirləndirilən şəxs bağda narkotik tərkibli bitki əkməsindən məlumatının olmadığını, bu barədə polislər gəldikdən sonra bildiyini qeyd etmişdir. İbtidai istintaqda cinayət işi üzrə şahid qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin Qobu polis bölməsinin CA üzrə əməliyyat müvəkkili vəsifəsində işləyir, polis leytenantıdır. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi C.Cabbarlı küçəsi ev 4-də yaşayan X1 yaşadığı evin həyətində narkotik tərkibli bitki əkməsi barədə məlumat alıb, dərhal həmin məlumatı Qobu polis bölməsinin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Abşeron RPİ-nin Qobu polis bölməsinin CA üzrə əməliyyat müvvəkili, polis kapitanı Şahid2 oğlu ilə birlikdə Qobu qəsəbəsi C.Cabbarlı küçəsinə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs həyətinin qapısını döymüş və ona özlərini təqdim edib polis əməkdaşları olduqlarını, həyətyanı sahəsinə və evinə baxış keçirmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bundan sonra oraya təhqiqatçı, aqronom və müdafiəçi dəvət etmişlər. X3 həyətyanı sahəsinə və evinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmiş və bundan sonra video çəkilişlə Təqsirləndirilən şəxs həyətinə baxış keçirilməsinə başlanılmışdır. Həyətyanı torpaq sahəsində ağacların ayrı-ayrılıqda yanlarında 04 ədəd 90-1,5 sm hündürlüyündə kökü torpaqda olan, yaşıl çətənə bitkisi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin çətənə bitkilərini özü üçün əkdiyini bildirdi. Təqsirləndirilən şəxs narkotik vasitələri əkdiyi yerə və həmin bitkilərə mütəxəssis aqronom tərərfindən baxış keçirilərək müəyyən olunmuşdur ki, göstərilən bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs razılığı ilə yaşadığı evə baxış və üzərinə isə şəxsi axtarış keçirilmişdir. Baxış və şəxsi axtarış zamanı evdən və X1 üzərindən qanunla dövriyyəsi qadağan edilən əşya, predmet aşkar edilməmişdir. Həmin 04 ədəd çətənə bitkisi torbaya qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib tərtib olunmuşdur. İstintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu polis bölməsinin CA üzrə əməliyyat müvvəkili Şahid2, X4 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaqda cinayət işi üzrə şahid qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 1982-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə tərəvəz-üzümçülük fakultəsini bitirmiş, alim aqronom ixtisası almışdır. xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi C.Cabbarlı küçəsi ev 4-də yaşayan Təqsirləndirilən şəxs yaşayış evinin həyətyanı sahəsində 0,02 ha torpaqda kökləri yerdə olan 04 ədəd 90-1,5 sm hündürlükdə çətənə bitkisinə oxşar bitkilər aşkar edilmişdir. Həmin 04 ədəd bitkilərin spesifik iyindən məlum olmuşdur ki, narkotik tərkibli bitkilərdir və aqrotexniki qaydada kultivasiya edilmişdir. Bitkilərin diblərinə çalalar açılması, suvarılması, alaq otlardan təmizlənməsi kimi əlamətlərinə əsasən, həmçinin boyuna və ölçülərinə uyğun olaraq həmin bitkilərə aqrotexniki qaydada qulluq edilməsi aşkar görünmüşdür. Həmin 04 ədəd çətənə bitkiləri polis əməkdaşları tərəfindən torpaqdan çıxarılmış, Təqsirləndirilən şəxs iştirakı ilə ağ kisəyə yığılaraq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuşdur. Protokol bizə ucadan oxunmuş,o, və digər iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan Abşeron RPİ-nin Qobu polis bölməsi tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və Abşeron rayonu, Qobu qəsəbəsi C.Cabbarlı küçəsində yerləşən yaşadığı 4 nömrəli evin həyətyanı sahəsinə və evə baxış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan DVD farmatlı diskə baxış keçirən zaman müəyyən edildi ki, Təqsirləndirilən şəxs həyətində torpaq sahəsində ağacları yanında 04 ədəd yaşıl rəngli narkotik tərkibli çətənə bitkisi aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin narkotik vasitə 04 ədəd çətənə bitkisini 2022-ci ilin aprel ayında əkib-becərmişdir. İş materiallarında olan məhkəmə bioloji ekspertizasının 14 oktyabr 2022-ci il tarixli 7/1174 saylı rəyinin nəticə hissəsindən görünür ki, təqdiqata təqdim olunmuş ağ kağız üzərində “Vət. Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş” sözləri yazılmış iki ədəd sintetik torbada 04 (üç) ədəd, nəm vəziyyətdə, ümumi çəkisi 9645,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqranomun rəyinə əsasən həmin 04 (dörd) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş və ekspertizadan sonra 9645,0 qram, 04 ədəd narkotik tərkibli çətənə bitkisi maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. Abşeron RPİ-nin Qobu polis bölməsi tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, evinə və həyətyanı sahəsinə baxış keçirilməsi barədə bir ədəd video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan DVD farmatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkisini əkib yetişdirməklə xeyli miqdarda kultivasiya cinayət əməlini törətmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə sorğu edilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Abşeron rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1; 177.2.2 və 177.2.3-cü maddələri maddəsi ilə 2500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2019-ci il tarixdə Abşeron rayon məhkəməsinin qərarı ilə xx.xx.2017-ci il tarixli hökmü dəyişdirilərək cərimə cəsası aylıq qazancın 20% dövlət nəfinə bir il islah işləri cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Milli Məcəlləsinin xx.xx.2021-ci il tarixli”Amnistiya” qərarının 2.8ci maddəsinə əsasən cəzadan azad edilib. Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinə əsasən məhkumluğu ödənilmişdir. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Abşeron RİHB-nın Qobu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq hissi çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngüllləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2022ci il tarixində şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Həmin Məcəllənin 94-cü maddəsinə görə, tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1.1-93.1.4-cü maddələrində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Yenə də həmin Məcəllənin 95.0.1-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə məcburi ambulatoriya müşahidəsini təyin edə bilər. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 27 oktyabr 2022-ci il tarixli 6393 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs NARKOMANİYA XƏSTƏLİYİndən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Göstərilən maddələrə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan narkotik vasitə olan qalıq çəkisi 9645,0 qram 04 ədəd narkotik tərkibli çətənə bitkisi hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın mədudlaşdırılmsı cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan narkotik vasitə olan qalıq çəkisi 9645,0 qram 04 ədəd narkotik tərkibli çətənə bitkisi hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-670/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-670/2022
15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver