Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-671/2024 03.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Salatın Etibar qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs İham qızının Müdafiəçi – Abşeron rayon Vəkil Bürosunun vəkili X1, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs, xx.xx.1991-ci il Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, işləməyən, Ağcabədi rayonu, Yuxarı Qiyamadınlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 mart 2024-cü il tarixdə gecə saat 01 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Bakı-Sumqayıt şossesində yerləşən “Ağ Otel” istirahət kompleksinin 108 saylı otağında «yüngül» dərəcəli alkoqol sərxoşluğunda olarkən yeni tanış olduğu Zərərçəkmiş şəxs cinsi əlaqədə olması müqabilində vermiş olduğu 50 manat pulu geri almaq istədikdə sonuncunun buna etiraz etməsi səbəbindən bununla bağlı aralarında şəxsi münasibətlər zəmnində yaranmış narazılıq üstündə mübahisə edərək həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən əli ilə sonuncunun boğaz nahiyyəsindən tutaraq sıxıb, saçından tutaraq başını divara vurub, həmin zərbələrdən yerə yıxılan Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif nahiyyələrinə əl və ayaqla ardıcıl zərbələr vuraraq Səmayə Abasovaya başın təpə hahiyyəsinin əzilmiş-cırılmış yarası, alın nahiyyəsinin hematoması, burun nahiyyəsinin qançırı ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə “Teleqram” kanalında “Günay” profili ilə qeydiyyatdan keçmiş pul müqabilində cinsi əlaqədə olmağı təklif edən bir şəxslə tanış olmuş, onunla yazışan zaman cinsi əlaqədə olmaq üçün görüşməyi təklif etmiş, Günay adı ilə danışdığı şəxs görüşmək müqabilində 100 manat pul istəmiş, lakin o, sonuncuya həmin məbləğdə pulu olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə yenidən Teleqram kanalında Günaya yazaraq, 50 manat müqabilində görüşüb cinsi əlaqədə olmağı təklif etmiş, sonuncu onunla razılaşmış, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Ağ otel” mehmanxanasında görüşməyi təklif etmiş, 2 saat müddətində 50 manat müqabilində birlikdə olacaqlarına dair aralarında olan razılığagəlmişlər. Təxminən saat 23:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Ağ otel” kompleksinə gəlmiş, yolda olarkən marketdən özü üçün 2 ədəd “Go” spirtli içkisi almış, otelin həyətində Günay kimi təqdim edən qadınla görüşmüş, qeydiyyatçıya yaxınlaşıb şəxsiyyət vəsiqəsini təqdim edərək otaq sifariş etmişdir. Günayla otağa daxil olduqdan sonra aralarında olan razılığa əsasən 50 manat pul vermiş, cinsi əlaqədə olmaq üçün yatağa daxil olduqdan bir neçə dəqiqə sonra cinsi münasibətləri başa çatmamış sonuncu yataqdan qalxıb gedəcəyini demişdir. Buna görə Günaya iradını bildirmiş, ödədiyi 50 manat pul müqabilində 2 saat müddətində birlikdə olacaqlarını ona xatırlatmış, sonuncu mübahisə edərək istədiyi vaxt gedə biləcəyini söyləmiş, kobud danışmağa başlamışdır. Bu sözündən sonra Günaydan ona verdiyi 50 manat pulu geri istəmiş, sonuncu təkrar olaraq onunla kobud danışanda əsəbləşib özünü saxlaya bilməmiş, sifət və baş nahiyyəsinə əli ilə bir neçə zərbə vurmuş, o, masanın üzərinə yıxılaraq, onun sifətindən qan axdığını görüb otaqdan dəhlizə çıxmışdır. Bir müddət sonra polis əməkdaşları gəlib onları Abşeron rayon polis idarəsinə dəvət etmiş, orada özünü Günay adı ilə təqdim edən şəxsin Zərərçəkmiş şəxs olması müəyyən olunmuşdur. Mübahisənin təxminən 3-5 dəqiqə davam etmiş, həmin vaxtı otaqda yalnız iksi olmuş, Səmayənin sifət və baş nahiyyəsinə əl zərbələri ilə vurduğunu qeyd etmişdir. Baş vermiş hadisə ilə bağlı Zərərçəkmiş şəxs ilə hazırda barışdığını, zərərçəkmiş şəxsin şikayətinin olmadığını, onu vurduğuna görə əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs İham qızı ifadə verərək göstərmişdir ki, o, fərdi işlə (ofisiant, qabyuyan, çörək sexində xadimə) məşğul omaqla qazanc əldə edir. Onun maddi vəziyyəti pis olduğu üçün bəzi vaxtlarda pul müqabilində tanımadığı şəxslərlə görüşüb cinsi əlaqədə olur. “Teleqram” internet portalında “Günay” adı ilə qeydiyyatdan keçmiş, bəzi vaxtlarda orada virtual ünsiyyət saxlayaraq tanışlıq etmişdir. xx.xx.2024-cü il tarixdə həmin saytda özünü Bəxtiyar adı ilə təqdim edən şəxs onunla tanış olmaq istədiyini profildə qoyduğu şəkildən xoşu gəldiyini söyləmiş və yazmağa davam etmişdir. Həmin şəxs ona görüşüb cinsi əlaqədə olmağı təklif etmiş, Bəxtiyara 100 manat müqabilində görüşdüyünü bildirmişdir. Bəxtiyar isə həmin məbləğdə imkanı olmadığını dediyi üçün onlar görüşməmişlər. xx.xx.2024-cü il tarixdə Bəxtiyar yenidən ona mesaj yazmış, həmçinin Teleqram kanalında zəng etmiş, 50 manat pulu olduğunu və təkidlə görüşmək istədiyini bildirmış, sonda Bəxtiyarın təklifi ilə razılaşmış və görüşdükləri zaman yalnız bir dəfə cinsi əlaqədə olacağını ona bildirmışdır. Bəxtiyara Abşeron rayonu, Masazır qəsəbəsində yaşadığını söyləmiş, sonuncu onunla razılaşmış, Abşeron rayonu, ərazisində onun yaşadığı yerə yaxın olan bir oteldə görüşməyi təklif etmişdir. Bəxtiyarın bu təklifini qəbul etmiş, Abşeron rayonu, Masazır qəsəbəsində “Ağ otel” kompleksində görüşməyə razılaşmışlar. Həmin gün axşaam saat 23 radələrində taksi ilə “Ağ otel” mehmanxanasına gəlmiş, otelin qarşısında Bəxtiyar onu qarşılamış, otelin qeydiyyatçısına yaxınlaşıb otaq kirayələmiş, birlikdə 2-ci mərtəbədə yerləşən “108” nömrəli otağa getmişlər. Bəxtiyar otağa daxil olduqdan sonra özü ilə gətirdiyi “Go” spirtli içkisindən qəbul etməyə başlamış, cinsi əlaqədə olmağa hazırlaşanda ona 50 manat pul vermiş, həmin pulun müqabilində bir dəfə cinsi əlaqədə olmuşlar. O, sonra vanna otağından çıxan zaman, Bəxtiyarın cinsi əlaqədə olmaq müqabilində ona verdiyi 50 manat pulu götürdüyünü görmüş, ona oradını bildirmiş, razılaşmalarına əsasən bir dəfə cinsi əlaqədə olduqlarını xatırlatmışdır. Bəxtiyar onunla mübahisə etməyə başlamış, üzərinə gəlib əli ilə boğazından sıxmış, saçından tutub başını dıvara çırpmış, zərbənin təsirindən yerə yıxılmış, onun başına, bədəninin müxtəlif nahiyyələrinə təpiklə vurmuş, burnundan qan açılmış, sonuncu bunu görüb geri çəkilərək, otel otağından çıxmışdır. Biraz sonra onun arxasınca otel otağından çıxmış, qeydiyyatçıya yaxınlaşıb döyüldüyünü bildirmiş, onu Abşeron rayon polis idarəsinə aparmasını xahiş etmiş, yolda PPX-nin əməkdaşlarının iştirakı ilə Abşeron RPİ-nə gedib, ərizə ilə müraciət etmişdir. Orada məlum olmuşdur ki, onu döyən şəxs Təqsirləndirilən şəxsdur. Mübahisə bir neçə dəqiqə davam etmiş, Bəxtiyarın onu döyməsini heç kim görməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Ağ otel” istirahət kompleksində qeydiyyatçı vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə təxminən saat 23:30 radələrində bir qadın və bir kişi cinsli şəxs ona yaxınlaşıb otaq sifariş vermişlər. Həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədi yoxladıqdan sonra 108 nömrəli otağı təhvil vermiş, bir neçə dəqiqədən sonra otaqdan qışqırtı səsləri eşitmiş, həmin otağın daxili nömrəsinə zəng edəndə telefona cavab verən qadın məni burda döyürlər ifadəsini işlətmiş, həmin vaxtı otağın qapısı açılmış, otaqdan çıxan oğlanı girişdə saxlamış, onunla birlikdə olan qadın yaxınlaşaraq döyüldüynü söyləmiş, bu barədə polisə məlumat verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyülməsini görmədiyini, Səmayənin ona bu barədə bildirdikdən sonra Bəxtiyar da onu döydüyünü etiraf etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -“Zərərçəkmiş şəxs qismində tanınma” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs İham qızı iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli, 507 saylı ekspert rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər –sifət nahiyəsinə yumruqla zərbə vurub yerə yıxmaqla Zərərçəkmiş şəxs başın təpə hahiyyəsinin əzilmiş-cırılmış yarası, alın nahiyyəsinin hematoması, burun nahiyyəsinin qançırı-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərardaqeyd olunan müddətdə vəşəraitdə, yəni xx.xx.2024-cü il tarixdədava-dalaş zamanımüayinə olan şəxsin qeyd etdiyi şəraitdə yəni bakal ilə endirilmiş zərbənin təsirindən əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. -Zərərçəkmiş şəxs İham qızının məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. -Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, barəsində olan Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə sadələşdirilmiş icraat materialı üzrə özünü tam təqsirli bilir, həmin işin bəraətverici əsaslar olmadan xitam olunmasına etiraz etmir. Beləliklə, aparılmış məhkəmə araşdırması zamanı toplanmış və tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. \Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4- cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 300.1.7-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimaixüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxsin və zərərçəkmiş şəxsin ifadəsini tədqiq edərək, iş materiallarını araşdıraraq, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxslə barışması ilə əlaqədar cinayət təqibinə xitam verilməsinə razılığını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxsin əməlindən səmimi peşman olmasını və cinayət təqibinə xitam verilməsi barədə müraciətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala xitam verilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iş üzrə aparılan təhqiqat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxsin barəsində qətimkan tədbiri seçilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (bir yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülməlidir İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 (iyirmi) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №1(012)-671/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-671/2024
03.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver