Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-672/2025 25.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: İslamov Elçin Rəfail oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1994-ci il tarixdə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Masallı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyətilə məqsədilə xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Əvəz Şəfiyev küçəsində park edilmiş vəziyyətdə olan Zərərçəkmiş şəxs1 məxsus 2200 manat dəyərində “Xroad Sunshine” markalı mopedi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 2200 manat məbləğdə ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Bundan əlavə, o, tamah niyyəti ilə təkrarənxx.xx.2024-cü il tarixdə saat 05-06 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində yerləşən 83 saylı binanın qarşısından Zərərçəkmiş şəxs2 məxsus 1000 manat dəyərində moped tipli nəqliyyat vasitəsini gizli olaraq talayıb zərərçəkmiş şəxsə 1000 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, tamah niyyətilə təkrarən xx.xx.2024-cü il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs3 sahibkarı olduğu Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF Park” yaşayış kompeksinin əsas girişi qarşısında yerləşən “Sofra” restoranına arxa qapıdan qanunsuz daxil olmaqla həmin restoranın kassasının yanındakı rəfdən 1800 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 həmin məbləğdə ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Bundan əlavə, o, tamah niyyətilə təkrarən xx.xx.2024-cü il tarixdə, Zərərçəkmiş şəxs4 Abşeron rayonu, Xırdalan şəhəri, V.Axundov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında saxladığı 2000 (iki min) manat dəyərində “Tufan M50” markalı mopedini işə salınmaq üçün olan açar mexanizminə gedən cərəyan naqillərini dartıb qıraraq naqilləri bir-birinə toxundurmaqla işə salıb idarə edərək gizli olaraq talayıb oğurluq etmişdir. Bundan əlavə o, tamah niyyətilə təkrarən xx.xx.2024-cü il tarixdə, saat 05 radələrində Zərərçəkmiş şəxs5 Abşeron rayonu, Xırdalan şəhəri, “Yoncalıq” yaşayış massivində 2250 (iki min iki yüz əlli) manat dəyərində “Tufan” markalı “CUB50S” modelli mopedini işə salınmaq üçün olan açar mexanizminə gedən cərəyan naqillərini dartıb qıraraq naqilləri bir-birinə toxundurmaqla işə salıb idarə edərək həmin mopedi və mopedin sandıqçasında olan 300 manat dəyərində “Redmi Note 11” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 2550 (iki min beş yüz əlli) manat ziyan vurmaqla oğurluq etmişdir. Bununlada, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, o, narkotik vasitələrdən istifadə etdiyi vaxtlarda pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Şəfiyev küçəsində piyada hərəkət edən zaman yolun kənarında “Xroad” markalı mopedin dayandığını görmüş, mopedi oğurlamaq qərarına gəlmiş və mopedin mühərrikini işə salaraq oradan uzaqlaşmışdır. Ertəsi günü Tap.az sosial şəbəkəsində elan yerləşdirmiş və mopedi 250 manata satmışdır. Bundan başqa, xx.xx.2024-cü il tarixdə təxminən saat 05-06 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksi, 83 saylı binanın qarşısından keçərkən moped tipli nəqliyyat vasitəsi görmüş, oğurluq edərək mopedi idarə edib oradan uzaqlaşmışdır. Həmin gün “Tap.az” internet saytı vasitəsi ilə 120 manat satmaq barədə razılığa gəlmiş və satmışdır. Pulunu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, maddi ehtiyaclarını təmin etmək məqsədi ilə əvvəllər işlədiyi restorandan oğurluq etmək qərarına gəlmişdir. Buna görə də xx.xx.2024-cü il tarixdə saat 04 radələrində restoran bağlandıqdan sonra üzünü şərflə bağlayaraq həmin restoranın arxa qapısından içəri girmişdir. Zalın əsas griş hissəsində olan kassaya yaxınlaşmış, rəfi açanda orada pul olduğunu görmüş və həmin pulun 15 manatını yerində qoyub qalanını götürmüşdür. Daha sonra isə girdiyi qaydada restoranı tərk etmişdir. Yolda gedə-gedə isə pulu saymış və həmin pul məbləği 1800 manat olmuşdir. Həmin pulları maddi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 27 noyabr 2024-cü il tarixdə saat 06 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində piyada hərəkət edən zaman fərdi yaşayış evlərindən birinin qarşısında moped olduğunu görmüşdür. Bir neçə dəqiqə gözlədikdən sonra mopedə heç kəsin yaxınlaşmadığını, həmçinin ətrafda heç kəsin olmadığını müşahidə etmişdir. Bundan sonra həmin mopedi oğurlamaq qərarına gəlmişdir. Mopedin olduğu yerə yaxınlaşdıqda “Tufan M50” markalı olduğunu bilmişdir. Daha sonra həmin mopedi idarə edərək yaşadığı evə gəlmişdir. Təxminən 2-3 gün mopedi yaşadığı evdə saxlamışdır. Sonradan oğurladığı mopedin sahibinin onu axtardığını və onu tanıdığını eşitmişdir. Buna görə də mopedi geri qaytarmışdır. Sonradan həmin şəxsin mopedin oğurlanması barədə şikayət etməsindən məlumatı olmuşdur. Bundan başqa, 30 noyabr 2024-cü il tarixdə, səhərə yaxın, saat 05 radələrində darıxdığı üçün evdən çıxmış və Xırdalan şəhəri, “Yoncalıq” adlanan yaşayış massivində küçədə gəzərkən yerə basdırılmış dəmir turbanın yanında göy və ağ rənglərində olan mopedin saxlanmış vəziyyətdə olduğunu görmüşdür. Mopedi oğurlamaq qərarına gəlmiş və sürərək yaşadığı evin həyətinə gətirib saxlamışdır. Mopedi satmaq üçün “Tap.az” internet saytında elan yerləşdirmiş və 310 manata satmışdır. Əldə etdiyi 310 manat puldan 220 manatı qaldığı evin kirayəsinə vermiş, qalan pula narkotik vasitə heroin alaraq qəbul etmişdir. Oğurladığı mopedin içərisində mobil telefonun olmasından məlumatı olmadığını və yuxarıda qeyd olunan əməlləri təkbaşına maddi ehtiyac ucbatında törətdiyini bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, etdiyi əməllərdən peşmandır, zərərçəkən şəxslərin dörd nəfərinin zərərini tam olaraq qaytarmışdır, əvvəllər məhkumluğu olmamışdır. Oğurluq etməsinə səbəb narkotik asılılığının olması və işsizliyi olmuşdur. Lakin uzun müddətdir ki, həbsdədir artıq narkotik maddə asılılığı qalmamışdır. Nəzərə alınmasını və yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, moped həvəskarıdır və özünə məxsus mopedi vardır. O, mopedi adətən yaşadığı binanın qarşısında kilidli saxlayır. xx.xx.2024-cü il tarixdə axşam saat 20:00 radələrində həmişəki kimi mopedi binanın qarşısında saxlamış, kilidləmiş və yaşadığı ünvana getmişdir.Sabahısı gün yəni xx.xx.2024-cü il tarixdə saat təxminən 08:30 radələrində işə gedən zaman binanın həyətində mopedin olmadığını görmüş və bu barədə DİN-nin 102 zəng xidmətinə zəng edərək məlumat vermişdir. Oğurlanmış mopedin dəyərinin 1000 manat olduğunu bildirmişdir. Hazırda ona vurulmuş zərər ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Abşeron rayonu, H.Əliyev prospektində yerləşən “Sofra” restoranınından edilən oğurluq hadisəsi ilə bağlı, restoranın administratoru Haldun İbrahimov ona zəng edərək məlumat vermişdir. Əvəllcə oğurluğun həcminin şox olduğunu düşünsələr də, sonradan müəyyən etmişdir ki, 1800 manat ona maddi ziyan dəymişdir. Hazırda ona vurulmuş zərər ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Cinayət işi üzrə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin iştirak etməyən ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə Məşğuluq İdarəsi tərəfindən ona 2023-cü il buraxılışlı “Xroad Sunshine” markalı moped verilmişdir. Həmin tarixdən etibarən “Xroad Sunshine” markalı mopedlə “Bolt” şirkətində kuriyer kimi işləyirmiş. xx.xx.2024-cü il tarixdə 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Şəfiyev küçəsində özünə məxsus “Xroad Sunshine” markalı mopedi saxlayaraq orada olan çay evinə daxil olmuşdur. Təxminən 10- 15 dəqiqə sonra cay evindən bayıra çıxmış və “Xroad Sunshine” markalı mopedini saxladığı yerdə aşkar etməmişdir. Dərhal DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə ilə əlaqədar olaraq məlumat verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanlandığı ərizəsindən görünür ki, ona dəymiş zərər tam şəkildə ödənildiyi üçün heç bir tələb və şikayəti yoxdur. Cinayət işi üzrə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin iştirak etməyən ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 27 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə zəng vurub o, məlumat vermişdir. Belə ki, onun “Tufan M50” markalı mopedi varr və o, həmin mopedlə kuryerlik edir. 27 noyabr 2024-cü il tarixdə gecə saat 05 radələrində yaşadığı evə gəlmişdir. Özünə məxsus “Tufan M50” markalı mopedi isə həmişə olduğu kimi yaşadığı evin qarşısında saxlamışdır. 27 noyabr 2024-cü il tarixdə saat 11 radələrində yaşadığı evdən çölə çıxdıqda bir neçə saat əvvəl orada saxladığı mopedin yerində olmadığını görmüşdür. Bundan sonra mopedin oğurlanması ona məlum olmuşdur. Bu səbəbdən də DİN-nin “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. 30 noyabr 2024-cü il tarixdə isə tanışları Firuz kimi tanıdığı şəxsin onun mopedini idarə edərkən gördüklərini, həmin şəxsə mopedin ona məxsus olmasını bildirdiklərini, bundan sonra Firuzun mopedi atıb qaçacaraq getdiyini bildirmişlər. O, həmin yerə yaxınlaşmış və mopedi görüb tanımışdır. Ona məxsus “Tufan M50” markalı mopedin dəyərinin 2000 manat olduğunu bildirmişdir. Hazırda ona vurulmuş zərər ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Cinayət işi üzrə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin iştirak etməyən ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Xırdalan şəhəri, Ş.İ.ünvan 4ünə «Tufan» markalı « CUB 50S» modelli moped 2024-cü ilin noyabr ayının axırlarına yaxın Murad adlı şəxsdən 2250(iki m in iki yüz əlli) manata almışdır. Mopedi alandan iki gün sonra «YANQO» şirkətinin proqramına daxil olub və həmin vaxtdan da şirkətdə kuryer vəzifəsində işləyir, hər gün səhər saat 09 radələrindən axşam saat 20:00 radələrinə kimi işdə olur. Onun şirkətdə işi ondan ibarətdir ki, şirkətə daxil olan sifarişləri ünvanlara çatdırır. 29 noyabr 2024-cü il tarixdə dostu Fəxrinin yaşadığı Xırdalan şəhəri, «AAAF»ın arxa tərəfıində yoncalıq adlan yaşayış massivinə mopedlə getmişdir, dostu Fəxrinin evinin nömrəsini bilmir, gecə saat təxminən 01 radələrində ora çatanda mopedi dostu Fəxrinin yaşadığı evin qarşısında saxlamış, mühərriki işə salan açarı mopedin üzərindən çıxarıb evə daxil olmuşdur. Dostu Fəxrinin mobil telefonu 051 385-84-35-dir. O, dostu Fəxrinin evində gecələmiş, 30 noyabr 2024-cü il tarixdə səhər saat 7:00 radələrində dostu Fəxrinin evindən çıxıb mopedin yanına gələndə görmüşdür ki, gecə saatlarında saxladığı moped yerində yoxdur,oğurlanmışdır. O, mopedin oğurlanmasını aşkar etdikdən sonra istifadəsində olan mobil telefonla Azərbaycan Respublikası DİN-nin «102 Xidmətinin Zəng» Mərkəzinə zəng vurub mopedin oğurlanması barədə məlumat vermişdir. Aradan çox keçməmiş Abşeron RPİ-nin əməkdaşları hadisə yerinə gəldilər,hadisə yerinə baxış keçirmişlər. Ona məxsus mopedin oğurlanması nəticəsində ona 2250 (iki min iki yüz əlli) manat mopedin dəyəri və moedin sandıqçasında ona məxsus olan «Redmi not 11» markalı 300(üç yüz) manat dəyərində telefon oğurlanmışdır.Ümumilikdə ona 2550 (iki min beş yüz əlli) manat maddi ziyan dəymişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 24 yanvar 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir;
2. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 09 aprel 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında toplanmış fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək, ibtidai istintaqı aparılmışdır;
3. “Zərərçəkmiş şəxs qismində tanınması” haqqında 10 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır;
4. “Zərərçəkmiş şəxs qismində tanınması” haqqında 26 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır;
5. “Cinayət törətməkdə şübhəli şəxsin tutulması” haqqına 11 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:45 radələrində şübhəli şəxs qismində tutulmuşdur;
6. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 12 dekabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir;
7. “Zərərçəkmiş şəxs qismində tanınması” haqqında 12 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır;
8. “Cinayət işinin icraata qəbul edilməsi, bir icraatda birləşdirilməi və əməlin tövsif edilməsi” haqqında 12 dekabr 2024-cü il tarixli qərara əsasən 240270160, ********* və ********* cinayət işlərinin istintaqı eyni şəxs barəsində aparıldığından cinayət işləri bir icraatda birləşdirilərək istintaq ********* nömrəsi altında davam etdirilmiş, Təqsirləndirilən şəxs cinayət işi üzrə əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir;
9. “Cinayət işinin başlanması, zərərçəkmiş şəxs qismində tanınma və cinayət işinin icraata qəbul edilməsi” haqqında 12 dekabr 2024-cü il tarixli qərara əsasən Zərərçəkmiş şəxs5 məxsus 2250 manat dəyərində “Tufan” markalı, “CUB50S” modelli mopedin xx.xx.2024-cü il tarixdə naməlum şəxs və ya şələr tərəfindən oğurlanması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işi icraata qəbul edilərək, ibtidai istintaqı aparılmış, iş üzrə Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır;
10. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 12 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir;
11. Abşeron Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 4(012)-843/2024 saylı qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 11 dekabr 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir;
12. “Cinayət işinin başlanması, icraata qəbul edilməsi və zərərçəkmiş şəxs qismində tanınma” haqqında 13 dekabr 2024-cü il tarixli qərara əsasən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmiş, iş üzrə Zərərçəkmiş şəxs4 Fİzuli oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır;
13. “Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməi” haqqında 14 dekabr 2024-cü il tarixli qərarına əsasən ********* və ********* nömrəli cinayət işlərinin istintaqı eyni şəxs barəsində aparıldığından cinayət işləri bir icraatda birləşdirilərək istintaq ********* nömrəsi altında davam etdirilmişdir;
14. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi” tərəfindən tərəfindən verilmiş 27 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məuliyyətinə cəlb edilməmişdir;
15. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında 27 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş, qərarın təsviri hissəsində göstərilən və ittihamı təsdiq edən təqsirləndirilən şəxsin etirafedici ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, hadisə yerinə baxış, ifadələrin yerində yoxlanılması protokolu və digər rəsmi sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından, həmin cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə əlaqədar istintaqla müəyyən edilməli hallar üzrə toplanmış mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən həmin sübutlar kifayət etmiş hesab edilməsi sübut kimi qiymətləndirilmişdir”,
16. “Təqirləndirilən şəxsə yenidən ittiham elan edilməsi” haqqında 27 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir”.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə araşdırması nəticəsində Təqsirləndirilən şəxs oğurluq əməlini törətməsi sübuta yetirilsə də, lakin hər bir epizod üzrə ayrı ayrılıqda qiymət verilərkən, bəzi epizodlar üzrə müddətin keçməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; Həmin Məcəllənin 75.2-ci maddəsinə görə müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu oğurluq faktı üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 münasibətdə hadisənin baş verdiyi vaxtdan iki ildən artıq müddət keçdiyindən həmin epizodlar üzrə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçmiş hesab edilməlidir. Bu səbəbdən həmin epizodlar üzrə icraata xitam verilməsi üçün hüquqi əsas yaranır. Digər tərəfdən, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 münasibətdə törədilmiş epizodlar üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmiş və həmin epizodlar üzrə təqsirləndirilən şəxsin təqsiri iş üzrə toplanmış sübutlarla öz təsdiqini tapır. Bununla əlaqədar olaraq, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aid epizodların ittihamdan xaric edilməsi təqsirləndirilən şəxsə istinad edilən əməlin hüquqi tövsifinə təsir göstərmir və qalan epizodlar üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif edilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsində müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanması təsbit edilib. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Maddənin məzmunundan göründüyü kimi, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Qanunverici Cinayət Məcəlləsinin 75.2-ci maddəsini bütün cinayətlərin yenidən törədilməsi hallarına aid olan norma kimi nəzərdə tutmuş və Cinayət Məcəlləsinin eyni maddəsi üzrə və yaxud bu Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilmiş hallarda (həmcins) cinayətlərin yenidən törədilməsi halları üçün fərqli qayda müəyyən etməmişdir. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Bir daha vurğulanmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli Qərarında cinayətlərin təkrarlığını bütöv cinayət kimi qəbul etməyərək təkrarlığa daxil olan cinayətlərin məhz ayrıayrılıqda tövsif edilərək təkrarlığa daxil olan hər bir əməlin müstəqil qiymətləndirilməli olduğunu bildirmişdir. Göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələblərinə, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərə görə, təkrarlıq müstəqil eyni və ya həmcins cinayətlərdən təşkil olunan cinayətlərin çoxluğu olduğundan, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanan cinayət məsuliyyətinə cəlb etmə müddəti ayrı-ayrılıqda hər bir cinayətə münasibətdə müəyyən edilməli, təkrarlığı təşkil edən cinayətlərdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar şəxs cinayət məsuliyyətindən azad olunduqda, onun əməlinin cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edilməsinə və yaxud təkrarlığın Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına yol verilməməlidir. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxslər və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərin bir qismi ilə barışıq əldə etməsini onun əməlində cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını və təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını, həmçinin zərərçəkmiş şəxslərin bir qismi ilə barışıq əldə etməsini əməlində yüngülləşdirici hal olaraq qiymətləndirərək, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddinə uyğun cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət işinin materiallarına Təqsirləndirilən şəxs azadlığının 11 dekabr 2024-cü il tarixindən etibarən faktiki məhdudlaşdırıldığı müəyyən edildiyindən, məhkəmə onun cəzasının icrasına həmin tarixdən başlanılmalı olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Qeyd edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə müsadirə edilməli əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hər-hansı əmlakla bağlı xüsusi müsadirənin tətbiq edilməsinin zərurət olmadığı qənaətindədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs hüquqları üzrə müdafiəsini həyata keçirmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 10 saatın hər iş saatının 6 manatdan, 30 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 390 manat (10 saat x 6 AZN + 30 saat x 11 AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Cinayət işi üzrə mülki iddia, məhkəmə məsrəfi və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 11 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslərə mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və ya xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) saatın hər iş saatının 6 (altı) manatdan, 30 (otuz) saatının hər iş saatının isə 11 (on bir) manatdan hesablanmaqla vəkilə ödənilməsi üçün cəmi 390 (üç yüz doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Abusət Qasımov