Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-673/2025 17.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X6, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 iştirakları ilə, Barəsində şikayət verilmiş X1 Azərbaycan Respublikası CM-nin 147, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasına dair xüsusi ittihamçı X9 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X9 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X1 barəsində Azərbaycan Respublikası CM-nin 147, 147.2 və 148-ci maddələri ilə cinayət təqibinin başlanmasını xahiş etmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin icraatında olmuş 3(012)-235/2025 nömrəli inzibati xatalar haqqında xx.xx.2025 tarixində məhkəmə iclasında X4 qızının evli olmasına baxmayaraq şər böhtan ataraq güya qızını qara maşın aparıb gətirir, o maşın qızının yoldaşınındır. Anası yolda ona qızının işinə məktub göndərmişik onu biyabr edəcəyik qışqıraraq əxlaqsız olması barədə məlumat verəciyik. X8 Şirkətinin rəhbərinə Bünyat müəllimə vəzifəli şəxsə şər ataraq güya qızı ilə əlaqədədir, ona görə maşınların dəyişir şirkəti talayır, ona gör də də pulu vardır. Nurlana İsmayılova ümumi istifadədə olan yolda onun üstünə hücüm edərək onu döyərək gözünə zədə yetirmiş, qızı onu ayıranda onun üstünə hücum edərək saçın yolub barmağın sındırmışdir. CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət törətmiş, üzr istədiyinə görə onu bağışlamışdır. Onu infak dərəcəsinə çatdırıblar, videolarını çəkib hamıya görsədir, həttda məhkəmənin həyətində ona və qızına bunlar əxlaqsızdılar məhkəmənin həyətində qışqıra-qışqıra biyabrçılıq edərək şərəf və ləaqətini alçaltmışdır. İctimayət arasında X3 və onun ailəsi onlara hədə qorxu gəlirlər və şər böhtan atırlar. Ümumi istifadə olan yolda qışqıraraq su xəttindən su oğurladıqlarını, torpaq oğurladıqlarını, atası İsmayılov Fərzullah ona hədə qorxu gəlir. Yolu qazdığlarına görə keçə bilmirlər. Yolu açın dedikdə İsmayılov Fərzullaha “açmıram daşı vuraram başına onsuzda bu yol bizimdir: cavab vermişdir. Məhkəmə qərarı olmasına baxmayaraq onun evinə giriş çıxışına manelər törədirlər. Məhkəmə qərarlarına hörmətsizlik edirlər. Xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsi barədə qərar çıxarıb, işə mahiyyəti üzrə baxmaqla X2 Azərbaycan Respublikası CM-nin 147, 147.2 və 148-ci maddələri ilə təqsirli bilərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, şikayətindən imtina etməsini nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 şikayət ərizəsinin dəlillərinə etiraz edib əsassız olduğundan məhkəmənin icraatına qəbul olunmasından imtina edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147, 147.2 və 148-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmiş, hazırda həmin şikayətindən imtina edir və şikayətindən imtinasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikası CPM-nin 302.1-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında 1)şikayət həmin məhkəməyə aid olmadıqda; 2)şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 3)şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 4)cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 5)barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 6)cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 7)şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 8)şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə görə şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsində imtina edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndinə görə məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılmalı və xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir. Beləliklə məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətindən imtina etdiyinə görə xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Nəticə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 300.5, 302.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 147.2 və 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə X1 xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. Qərardan 20 gün müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-673/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-673/2025
17.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver