Məhkəmə qərarları › İş №1(012)-675/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-675/2025

12.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-675/2025 12.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürsounun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1979-cu ildə Ağcabədi rayonu, Hindarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Ağcabədi rayonu, Hrindarx qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində barəsində “başqa yerə getməmək barədə iltizam “qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs 27 may 2024-cü il tarixdə saat 18 radələrində Bakı- Sumqayıt avtomobil yolunun Abşeron rayonu, Xırdalan şəhəri ərazindən keçən hissəsində yerləşən «Hacı» avtosalonunda həmin salonun sahibi Zərərçəkmiş şəxs ona olan borcunu tədəb etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı əli ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona sol İİİ qabırğanın qapalı yerdəyişməyən sınığı ilə müşaiyət olunan döş qəfəsinin sol yarısının ön səthinin və sol çiyin qurşağı nahiyəsinin iri ölçülü qançırları, döş qəfəsinin sağ yarısının ön səthinin qançırı və sıyrıqları, üzün sol burun-dodaq büküşü nahiyəsinin və üst dodağın qançırı, üst çənədə bir ədəd azı dişin tacının travmatik hissəvi sınığı kimi dərəcələrinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bunla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilərək məhkəmə məsuliyyətinə verilmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona istinat olunan cinayət əməlinin törədilməsində özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, avtomobil alveri ilə məşğul olur. Zərərçəkmiş şəxs təxminən on ildir ki, tanıyır, dostluq etmişdirlər. Zərərçəkmiş şəxs 2024-cü ilin fevral ayının əvvəllərində ondan 8.000 manat, fevral ayının axırlarında 4.000 manat borc pul isətəmişdir. O,2024-cü ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs 8.000 manat, fevral ayının axırlarında isə 4.000 manat borc pul vermişdir. 2024-cü ilin aprel ayının əvvəllərində Nacı Quliyev yenə də ondan 7.000 manat borca pul istəmiş, o, Zərərçəkmiş şəxslə dost olduğuna görə özünə məxsus olan və ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən qeyri-kredit təşkilatında girov qoyub 7.000 manat pul götürüb Zərərçəkmiş şəxs vermişir. Zərərçəkmiş şəxs ondan aldığı 8.000 manat və 4.000 manat borcunu ödəmədiyinə görə o, zəng vurub borcunu nə üçün ödəmədiyini soruşmuş, dəfələrlə Zərərçəkmiş şəxs borcunu ödəməsi üçün zəng etmiş və sonuncu hər dəfə söz vermişdir ki, borcunu sabah ödəyəcək, lakin Zərərçəkmiş şəxs borcunu ödəməmişdir. 28 may 2024-cü ildə həyat yoldaşı Vəfa Mustafayevə ilə birlikdə öz idarə etdiyi «Mercedes Benz» markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Zərərçəkmiş şəxs işlədiyi «Bakı-Sumqayıt» yolunun kənarında, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən avtosalona getmişir. Saat 17 radələrində o, avtosalona çatmış, avtosalona daxil olanda Zərərçəkmiş şəxs və onun şəriki Şahid1 salonda olmuşdur. O, həyat yoldaşı ilə birlikdə avtosalona daxil olub Zərərçəkmiş şəxs ondan aldığı borc pulunu qaytarmamasının səbəbini soruşmuşdur, əsəbi olduğu üçün əlini Zərərçəkmiş şəxs tərəf uzadıb demişdir ki, “mənim pulumu nə üçün vermirsən”. O, əsəbləşdiyi üçün halı pisləşmiş, həyat yoldaşı təcili tibbi yardım çağıraraq onu Bakı şəhəri, Xətai rayonundakı Neftçilər xəstəxanasına aparmışdır. Zərərçəkmiş şəxs ona demişdir ki, ondan qorxduğuna görə polisə şikayət etmişdir. Bugünkü günə kimi Zərərçəkmiş şəxs ondan borc aldığı 8.000 manat, 4.000 manat və 7.000 manat pulunu qaytarmamışdır. O, sonda barəsində olan icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 2019-cu il ildən Bakı-Sumqayıt avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində yerləşən «Hacı» avtosalon işlədir. Həmin avtosalon avtomobillərin nağd və kredit şərtləri ilə satışını həyata keçiri. Təqsirləndirilən şəxs təxminən 7 il olarki avtomobil alıb-satan şəxs kimi tanımış, aralarında yaxşı münasibələr olmuşdur. Belə ki, 2021-ci ilin ortalarında müəyyən işlərini görmək üçün Təqsirləndirilən şəxs 15 gün müddətinə 19.500 manat borc olaraq almış, lakin 15 gün müddətinə Təqsirləndirilən şəxs borc olaraq aldığı pulu qaytara bilməmiş və söz vermişdir ki, yaxın vaxtlarda pulu qaytaracaqdır. O, Mahirlə borcundan hər ay 2000-2500 manat pul ödəməyə başlamışdır. Bundan sonra Mahir ona bildirmişdir ki, o, kriminal aləmin üzvüdür, ortalıq uşağıdır, onun suroku olub, sözünə vaxtında əməl etmədiyi üçün hər ay 2000-2500 manat pul vermədiyi təqdirdə onu öldürəcəyi ilə hədələməyə başlamışdır. O, da Mahirin onu hədələməsindən qorxub hər ay 2000-2500 manat pul ödəməyə başlamışdır. Beləliklə o, 2021-ci ildən 2024-cü ilin aprel ayına kimi hər ay hissə-hissə olmaqla 2000-2500 manat pul ödəmişdir. Beləliklə, o, Mahirdən borca aldığı 19500 manat puldan əlavə olaraq ümumilikdə 82.800 manat pul ödəmişdir. 2024-cü ilin may ayının pulundan qalıq qalmış 600 manat pulu Mahirə ödəmədiyi üçün Mahir 27 may 2024-cü il tarixdə həyat yoldaşı Vəfa işlədiyi «Hacı» avtosalonuna gəlmişlər. Həmin vaxt avtosalonda tanışı Şahid1 olmuşdur. Mahir avtosalona gələrək ona ödəməli olduğu pulun qalığı olan 600 manat pulu vermədiyi üçün onunla mübahisə etməyə başlamış və demişdir ki, pul çatmalıdır.O, Mahirə bildirmişdir ki, ona borcu yoxdur, borcu artıqlaması ilə qaytarmışdır. Bu vaxt Mahir aqresiv şəkildə onunla mübahisə edib onu nalayiq söyüşlərlə söyüb təhqir edərək salonla iş otağı arasında olan qapının arasında onun yaxasından tutub yumruqla bədən nahiyələrinə vurmağa başlamışdır. Həmin vaxt Mahirin həyat yoldaşı Vəfa və tanışı Sədi onu Mahirdən ayırmağa calışmışlar. Bundan sonra, Mahir çölə çıxıb yenidən qayıtmış və əlində bıçağa oxşar alətlə onun üzərinə gəlmək istədikdə Sədi onun qarşısını kəsib onun üzərinə gəlməsinə imkan verməmişdir. Bundan sonra, Mahir və həyat yoldaşı salondan çıxıb getmişlər. Səhəri gün Mahir onun yaşadığı evə gedərək onu axtarmış və həyat yoldaşının mobil telefonu ilə ona zəng edib evə gəlməyini tələb etmişdir. Lakin o, Mahirin etdiyi hərəkətlərə görə və ona yenidən xəsarət yetirməsindən ehtiyyat edərək Mahirlə görüşməkdən yayınmışdır. Təxminən 5 saata yaxın Mahir onunla mübahisə edib işlədiyi salonun iş rejimini pozmuşdur. Mübahisə zamanı Mahir onu vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Zərərçəkmiş şəxs təxminən on ildir ki, tanıyır, əri Mahir Hacı ilə dostluq edir. Zərərçəkmiş şəxs 2024-cü ilin fevral ayının əvvəllərində ərindən 8.000 manat, fevral ayının axırlarında 4.000 manat borc pul istəmişdir. Mahir də 2024-cü ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs 8.000 manat, fevral ayının axırlarında isə 4.000 manat borc pul vermişdir. 2024-cü ilin aprel ayının əvvəllərində Nacı Quliyev yenə də ərindən 7.000 manat borca pul istəmiş, Mahir Zərərçəkmiş şəxslə dost olduğuna görə özünə məxsus olan «Kia Rio» markalı avtomobili girov qoyub 7.000 manat pul götürüb Zərərçəkmiş şəxs vermişdir. Zərərçəkmiş şəxs aldığı 8.000 manat və 4.000 manat borcunu ödəmədiyinə görə Mahir bir neçə dəfə zəng vurub pulunu tələb etmişdir. 28 may 2024-cü ildə həyat yoldaşı Təqsirləndirilən şəxslə birlikdə «Mercedes Benz» markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs işlədiyi Bakı- Sumqayıt yolunun kənarında, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən avtosalona getmişlər.Saat 17 radələrində avtosalona çatmış, avtosalona daxil olanda Nacı Quliyev və şəriki Şahid1 salonda olmuşlar.O, həyat yoldaşı ilə birlikdə avtosalona daxil olmuş və Mahir Zərərçəkmiş şəxs borcunun qaytarmamasının səbəbini soruşmuşdur. Mahir əsəbi olduğu üçün əlini Zərərçəkmiş şəxs tərəf uzadıb demişdir ki, pulunu nə üçün vermirsən. Mahir əsəbləşdiyi üçün halı pisləşmiş, o, təcili tibbi yardım çağıraraq Mahiri Bakı şəhəri, Xətai rayonundakı Neftçilər xəstəxanasına aparmışlar. Mahir əsəbləşdiyi üçün irfakt keçirmiş və təxminən 20 gün həkim nəzarəti altında müalicə olunmuşdur.Zərərçəkmiş şəxs onlara demişdir ki, qorxduğuna görə polisə şikayət etmişdir. Hələ də Zərərçəkmiş şəxs borc aldığı 8.000 manat, 4.000 manat və 7.000 manat pulunu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Zeynalabdin oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs dostudur, Hacı Bakı-Sumqayıt avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində yerləşən «Hacı» avtosalon işlədir. Həmin avtosalon avtomaşınların satışını həyata keçirir. Təqsirləndirilən şəxs isə atası ilə onun atasının əmisioğludur, qohumluq əlaqələri vardır. O,avtomobil alqı-satqısı ilə məşqul olduğundan Hacının avtosalonuna mütamadi olaraq gəlib getmişdir. 27 ya da 28 may 2024-cü il tarixdə təxminən saat 17 radələrində Mahir həyat yoldaşı Vəfa ilə Hacının işlədiyi «Hacı» avtosalonuna gəlmişlər.Həmin vaxt Mahir avtosalona gələrək ona ödəməli olduğu pulun qalığı olan 600 manat pulu vermədiyi üçün mübahisə etməyə başlamış və demişdir ki, pul çatmalıdır. Hacı Mahirə bildirmişdir ki, ona borcu yoxdur, borcu artıqlaması ilə qaytarmışdır. Bu vaxt Mahir bərk əsəbləşmişdir.O, Mahiin qarşısını kəsib Hacının üzərinə gəlməsinə imkan verməmişdir. Bundan sonra Mahir və həyat yoldaşı salondan çıxıb getmişlər. Şahid1 Zeynalabdin qızı ifadəsində bir daha bildirmişdir ki, hadisə məhkəmədə verdiyi ifadəsindəki kimi baş vermişdir. İstintaqda verdiyi ifadəsini oxumadan imza etmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid1 Zeynalabdin oğlu oğlu sində göstərmişdir ki, Zərərçəkmiş şəxs dostudur, Hacı Bakı-Sumqayıt avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində yerləşən «Hacı» avtosalon işlədir. Həmin avtosalon avtomaşınların satışını həyata keçirir. Təqsirləndirilən şəxs isə atası ilə onun atasının əmisioğludur, qohumluq əlaqələri vardır. O,avtomobil alqı-satqısı ilə məşqul olduğundan Hacının avtosalonuna mütamadi olaraq gəlib getmişdir. 27 may 2024-cü il tarixdə təxminən saat 17 radələrində Mahir həyat yoldaşı Vəfa ilə Hacının işlədiyi «Hacı» avtosalonuna gəlmişlər.Həmin vaxt Mahir avtosalona gələrək ona ödəməli olduğu pulun qalığı olan 600 manat pulu vermədiyi üçün mübahisə etməyə başlamış və demişdir ki, pul çatmalıdır. Hacı Mahirə bildirmişdir ki, ona borcu yoxdur, borcu artıqlaması ilə qaytarmışdır. Bu vaxt Mahir aqresiv şəkildə Hacı ilə mübahisə edib nalayiq söyüşlərlə söyüb təhqir edərək salonla iş otağı arasında olan qapının arasında Hacının yaxasından tutub yumruqla bədən nahiyələrinə vurmağa başlamışdır. Həmin vaxt Mahirin həyat yoldaşı Vəfa və o, Hacını Mahirdən ayırmağa calışmışlar. Bundan sonra Mahir çölə çıxıb yenidən qayıtmış və əlində bıçağa oxşar alətlə Hacının üzərinə gəlmək istədikdə o, Mahiin qarşısını kəsib Hacının üzərinə gəlməsinə imkan verməmişdir. Bundan sonra Mahir və həyat yoldaşı uzun müddətdən sonra salondan çıxıb getmişlər. O, həmin vaxt bilmişdir ki, Mahir Hacıya hədə qorxu gələrək ondan hər ay 3 il müddətinə 2000-2500 manat olmapqla ümümilikdə 82800 manat pul almasına nail olmuşdur. Həmin gün hadisənin səbəbi də Hacının Mahirə verməli olduğu pulu tam verməməsi olmuşdur. Təqsirləndirilən şəxs özü avtomobil alıb-satması üçün 11360 manat pul almış, lakin indiyənə kimi həmin pulu ödəməmişdir. Məhkəmə baxış iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülmüş ittihamdan imtina etmiş və fikrini onunla əsaslandırmışdır ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə verilmiş ittiham işin faktiki hallarına və sübutlara əsaslanmamış, yalnız ehtimal və mülahizə əsasında verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs ittiham elan edilsə də, qeyd edilən ittihamla bağlı cinayət hadisəsinin baş verməsi sübuta yetirilməmişdir. Məhkəmə baxışı zamanı verilmiş ittiham üzrə cinayət hadisəsinin yeganə şahidləri qismində dindirilmiş Şahid2 və Şahid1 Zeynalabdin oğlu da Təqsirləndirilən şəxs ilə eyni məzmunlu ifadə verərək sonuncu tərəfindən Zərərçəkmiş şəxs qarşı hər hansı fiziki zorakılıq törədilmədiyini və xəsarət yetirilmədiyini təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı cinayət işi materiallarında olan və maddi sübut kimi tanınmış CD diskə baxış keçirilərək tədqiq edilərkən də Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs qarşı hər hansı fiziki zorakılıq aktının icra edildiyi müşahidə olunmamışdır. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, baş vermiş eyni hadisə ilə bağlı Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Abşeron RPİ-nin Təhqiqat Şöbəsində aparılan araşdırma nəticəsində 08 iyun 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı fiziki zorakılıq törədərək xəsarət yetirməklə bağlı elan edilmiş ittiham işin hallarına uyğun olan nəticə kimi qiymətləndirilə bilməz. Odur ki, Təqsirləndirilən şəxs əməlində Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurma cinayətinin tərkib əlamətləri olmadığından, CM-in 128-ci maddəsi ilə ona elan edilmiş ittihamın müdafiəsindən imtina edilməsi məqsədəmüvafiqdir. Məhkəməyədək cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” ETTB-nin Abşeron rayon şöbəsinin 13 iyun 2024-cü il tarixli 1219 saylı rəydə göstərilmişdir ki, Zərərçəkmiş şəxs Nadi oğlunun bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol İİİ qabırğanın qapalı yerdəyişməyən sınığı ilə müşayət olunan döş qəfəsinin sol yarısının ön səthinin və sol çiyin qurşağı nahiysəinin iri ölçülü qançırları, döş qəfəsinin sağ yarısının ön səthinin qançır və sıyrıqları, üzün sol burun-dodaq büküşü nahiysəinin və üst dodağın qançırı, üst çənədə bir ədəd azı dişin tacının travmatik hissəvi sınığı küt əşyanın (əşyların) təsirindən törəmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixinə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Vət.Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər qərarda göstərilən şəraitdə, ynəi başqa şəxs tərəfindən əllə və yumruqla vurlan zərbələrin təsirindən əmələ gələ bilərdi. Məhkəmə iclasında «CD» formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə mübahisə etməsi müəyyən olunmuşdur. İşdə olan məhkəmənin sorgusuna əsasən Abşeron RPİ-də Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış HK-1/5797 saylı materialdan görünür ki, həmin şəxs xx.xx.2024-cü il tarixdə mobil telefonundan zəng edərək Təqsirləndirilən şəxs tərəfindən hədələnməsi barədə məlumat vermişdir.Təhqiqat şöbəsinin 08 iyun 2024-cü il tarixli Qərarı ilə hədənin icrası üçün real əsaslar olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Füzuli Qarnizonu Hərbi Tribunalının xx.xx.1998-ci il tarixli hökmü ilə CM-nin 241 M “A” bəndi ilə 02 il müddətinə azadlıqdan məhrum edilmiş və məhkumluğu ödənilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarının 41-ci bəndinə əsasən təqsirləndirilən şəxsə cinayət qanununun bir neçə maddəsi üzrə ittiham irəli sürüldükdə və məhkəmə baxışı nəticəsində məhkəmə onlardan bəziləri üzrə bəraətverici sayılmayan əsaslarla icraata xitam verilməsi haqqında qənaətə gəldikdə, bu barədə hökmlə birlikdə ayrıca əsaslandırılmış qərar qəbul edir. Belə hallarda hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir ki, təqsirləndirilən şəxsin digər cinayətləri törətməkdə ittiham olunmasına dair hissədə cinayət işi üzrə icraata ayrıca qərarla xitam verilmişdir. Həmin qərarın 63-cü bəndinə əsasən dövlət ittihamçısının ittihamdan imtina etməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna etməklə onun haqqında cinayət təqibinə xitam verilməsi haqqında qərarın çıxarılmasını şərtləndirir. Lakin nəzərə alınmalıdır ki, cinayət-prosessual qanun cinayət təqibinə xitam verilməsinə səbəb olan əsasları (cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları) dəqiq müəyyən edib onları bəraətverici olan və ya olmayan iki qrupa ayırdığından, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi də həmin əsasların mövcud olmasına dair konkret və aydın qənaətindən irəli gəlməli və onun ittihamdan imtina etməsi ilə əlaqədar çıxarılan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə qərarında da cinayət təqibinə CPM-in 39-cu maddəsində və yaxud 40-cı maddəsində göstərilən hansı, o cümlədən bəraətverici olan və ya olmayan əsasla xitam verilməsi aydın şəkildə əks etdirilməlidir. Məhkəmə qeyd edir ki, cinayət təqibi üzrə toplanmış sübutlar qanuni yolla əldə edilməli, tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzə toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməlidir. Yəni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Təqsir cinayətin subyektiv cəhətinin elementi olmaqla əməlin tövsifinə təsir edir. Ona görə də, cinayət məsuliyyətinin əmələ adekvat müəyyən edilməsi üçün onun məzmunu və forması dəqiq müəyyən edilir. Cinayət işinin faktiki halları göstərir ki, təqsirləndirilən şəxsin əməli konkret olaraq qəsdən sağlamlığa yüngül zərər vurma ilə, yəni onun sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya yönələn hərəkətlərdən ibarət olması təsvir edilmişdir. Cinayət işinin materiallarında təqsirləndirilən şəxsin qəsdən sağlamlığa yüngül zərər vurma cinayətinin obyektiv cəhətinə aid olan hər hansı bir hərəkəti etməsi müəyyən olunmur. Göründüyü kimi, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülərkən, həmin ittiham üzrə qəsdən sağlamlığa yüngül zərər vurma cinayətinin əlamətləri onun tərəfindən törədilməsinə dəlalət edilən ittihamın məzmununda göstərilsə də, lakin məhkəmədə tədqiq edilərək araşdırılmış cinayət işi üzrə toplanmış materiallarda da qəsdən sağlamlığa yüngül zərər vurma cinayətinə dair sübutlar olmadığı təqdirdə təqsirləndirilən şəxsə həmin maddə ilə ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 84.2.4-cü maddəsinə əsasən məhkəmədə cinayət işi üzrə ittihamı müdafiə etmək prokurorun vəzifəsidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin cinayət təqibinə xitam verilməsi qaydasından bəhs edən 41-ci maddəsinin 3-cü bəndində qeyd olunur ki, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır (CPM-nin 43.1, 43.1.1-ci maddələri). Cinayət-Prosessual Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. Məhkəmə qeyd edilənləri məcmu halda nəzərə alaraq məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittihamdan məhkəmə baxışı zamanı imtina edən dövlət ittihamçısının mövqeyini Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü və 314.2-cü maddələrinin tələblərinə uyğun hesab edir və qeyd etməyi zəruri hesab edir ki, məhkəmə cinayət prosesinin neytral və qərəzsiz subyektidir. Onun konstitusion və prosessual funksiyası ədalət mühakiməsinin həyata keçirilməsi, tərəflərin irəli sürdüyü sübutların qiymətləndiriləməsi və qanunun aliliyinin təmin edilməsidir. Məhkəmə heç bir halda ittiham və müdafiə funksiyalarını öz üzərinə götürə bilməz, çünki bu prosessual qanunvericiliyin təməli olan “çəkişmə” prinsipinin pozulmasına gətirib çıxarar. Azərbaycan Respublikası CPM-nin 84.2-ci maddəsinə əsasən cinayət prosesində irəli sürülən ittihamın müdafiəsi dövlət ittihamçısına xasdır və onun vəzifəsidir. Əgər məhkəmə iclasının gedişatında dövlət ittihamçısı ittihamın müdafiəsindən imtina edilməsi hüququndan istifadə edərsə, məhkəmənin ittihamı özbaşına davam etdirməsi yolverilməzdir. Cinyət prosesinin hərəkətverici qüvvəsi olan dövlət ittihamının mövcud olmaması, cinayət prosesinin davam etdirilməsi üçün hüquqi əsasın qalmaması nəticəsinə gəlməyə imkan verir, bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı başlanmış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 41.3, 43.1.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısının Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülmüş ittihamdan imtina etməsi əsası ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürsounun vəkili Müdafiəçi2 220 manat məbləğində pul , məhkəmənin əvvəlki iclasında isə hüquqi yardım göstərmiş həmin vəkil Bürosunun vəkili Müdafiəçi1 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar