Məhkəmə qərarları › İş №1(012)-676/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-676/2023

28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-676/2023 28.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim – Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, məhkəmə iclas katibi –Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Masallı rayonu, Öncəqala ərazi dairəsi, Hüseynhacılı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda faktiki olaraq yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdə saat 13 radələrində podratçı nəzarətçi işlədiyi Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində «Elmar» marketin yaxınlığında yerləşən idman zalında, həmin zalda əvvəl usta işləmiş Zərərçəkmiş şəxs apardığı təmirlə bağlı ona edilmiş ödənişin az olması və əlavə zəhmət haqqı tələb etməsi səbəbindən şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı sonuncu gördüyü işin həcmini hesablayarkən onu təhqir etdiyinə görə əvvəlcə ayaqla Zərərçəkmiş şəxs ayağına, sonra isə əlindəki plasmas örtüyün ölçü alətini sonuncunun başına qəsdən vuraraq, ona başın ənsə nahiyəsinin qançır-şişkinliyi (dərialtı hematoması) və əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlına qəsdən yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hadisədən əvvəl təxminən bir aydır ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində «Elmar» marketin yaxınlığında yerləşən idman zalında podratçı nəzarətçi işləyir. Belə ki, həmin obyektin sahibi Altay müəllim onu həmin obyektə nəzarətçi kimi təyin etmişdir. Həmin obyektdə usta işləyən Anar adlı şəxs son 3 gün idi ki, işə gecikmiş və işini gün ərzində tam görməyib çıxıb getmişdir. O, Anar adlı ustaya işlə bağlı ümumilikdə 1260 manat pul ödəsə də, sonuncu həmin pulun müqabilində ümumilikdə 400 manat həcmində iş görmüşdür. Bu səbəbdən də Anan 16 mart 2023-cü il tarixdə iş yerinə dəvət edib onun gördüyü işin həcmini və miqdarını hesablamağa başlamışdır. Həmin vaxtı sözügedən ərazidə yəni Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində «Elmar» marketin yaxınlığında yerləşən idman zalında Anar adlı şəxs onu təhqir etməyə başlamış, bu səbəbdən də aralarında sözlə mübahisə düşmüşdür. Belə olduqda təpiklə onun qoluna vurmuş və onlar aralaşmışlar. Lakin Anar onu yenidən söyüb təhqir etdiyi üçün əlindəki plastik metrəni onun üstünə atmış, həmin metrə onun başına dəymiş və o, başından zədə almışdır. Bundan sonra Anarm başından zədə alması ilə bağlı DİN- nin 102 xidmətinə məlumat verməsi ilə bağlı məlumat almışdır. Göstərmişdir ki, hadisə Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində yerləşən «Elmar» marketin yaxınlığında idman zalında baş vermiş, hadisənin şahidləri tanımadığı şəxs olmuşdur. Mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, yaranmış mübahisəyə səbəb Anarın gördüyü işin həcmini hesablayarkən sonuncunun onu təhqir etməsi olmuşdur. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışdığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs təhqiqatda verdiyi ifadəsində bildirmişdir ki, təxminən hadisədən əvvəl bir ay əvvəl Abşeron rayonu, Masazır qəsəbəsi,Yeni Bakı yaşayış kompleksində yerləşən «Elmar» marketin yaxınlığında idman zalında üsta işləmişdir. Həmin obyektin sahibi Altay adlı şəxs onlara nəzarətçi kimi Orxan adlı şəxsi təyin etmişdir. O, həmin obyektdə işlədiyi üçün əmək haqqını almaq məqsədi ilə obyektin sahibi Altaya zəng edib işlədiyi işin pulunu ondan tələb etmiş, Altay isə pulu Orxana verəcəyini və Orxanın isə pulu ona çatdıracağını bildirmişdir. Orxan isə əmək haqqı kimi 300 manat verməli olduğu halda 60 manat pul vermişdir. O da Orxan tərəfindən verilmiş əmək haqqının az olmasına görə narazılıq etmiş və 16 mart 2023-cii il tarixdə obyektə gələcəyini və gördüyü işin həcmini ölçüb pulunu tələb edəcəyini bildirmişdir. 16 mart 2023-cü il tarixdə saat 13 radələrində həmin idman zalına işlədiyi yerə getmişlər. Orxan onun işlədiyi iş ölçüsündən narazılıq edib az iş gördüyünü bildirmiş və buna görə də əmək haqqını kəsəcəyini demişdir. O, isə ona ikiqat örtük çəkdiyini ona bildirmişdir. Belə olduqda aralarında bu zəmində mübahisə düşmüş və həmin vaxtı Orxan təpiklə onun sağ qolundan vurmuş, daha sonra əlində olan ölçü alətini (metrəni) onun baş nahiyəsinə ataraq ona xəsarət yetirmişdir. Daha sonra isə Orxan onu döyməyə cəhd etmiş, lakin oradan olan tanımadığı şəxslər onları ayırmışlar. Belə olduqda o, Orxan tərəfindən döyülməyi ilə bağlı polisə ərizə ilə müraciət etmişdir. Göstərmişdir ki, hadisə Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində yerləşən «Elmar» marketin yaxınlığında idman zalında baş vermiş, həmin vaxtı orada onlardan başqa Qürbət adlı şəxs də olmuşdur. Mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, yaranmış mübahisəyə səbəb Orxanın onun işlədiyi işin pulunu vermək istəməməsi və az işləməyi ilə bağlı bəhanələr gətirməsi olmuşdur. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs şikayətçi olmadığını, aralarında barışıq olduğunu və bina görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Abşeron rayon Polis İdarəsinin PPXB-də polis nəfəri kimi xidmət göstərir. 16 mart 2023-cü il tarixdə PPXB-nin polis nəfərləri Şahid2 və Şahid3 ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində xidmət aparmışdır. Təxminən saat 14 radələrində Növbətçi hissənin verdiyi məlumata əsasən Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində «Elmar» marketin yaxınlığındakı əraziyə yaxınlaşmış və orada iki nəfər şəxsin olduğunu görmüşlər. Həmin şəxslərdən biri xəsarət almış vəziyyətdə olmuş və xəsarət almış şəxs digərindən şikayət olduğuna görə onların hər ikisini Polis İdarəsinə getməyə dəvət etmişlər. Bundan sonra hər iki şəxsi gətirib növbətçi hissəyə təhvil vermişlər. Növbətçi hissədə onların şəxsiyyətləri müəyyən edilmiş, onların xx.xx.1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin PPXBdə polis nəfərləri Şahid2 və Şahid3 elan olunmuş ifadələrindən görünür ki, onlar polis nəfəri Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 28 mart 2023-cü il tarixli 524 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - başın ənsə nahiyəsinin qançır-şişkinliyi (dərialtı hematoması) və əzilmiş yarası bərk küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsin və şahidlərin elan olunmuş ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi və cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunması, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmaması hər ikisinin məhkəməyə təqdim etdikləri ərizələri ilə təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri ləğv olunmaldır. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilməlidir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri -mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar