Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-678/2024 30.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21 radələrində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi işlətdiyi Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev prospektində yerləşən “Gəncə Təndiri” çörəkbişirmə sexinin qarşısında küçədə, həmin sexdə Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən satıcı-kassir vəzifəsində işlərin yerinə yetirilməsinə cəlb edilmiş Zərərçəkmiş şəxs gigyenik qaydalara riayət etməməsi və yararsız çörəkləri müştərilərə satmasını zənn edib bu barədə sonuncuya demiş, Zərərçəkmiş şəxs isə cavabında qeyd edilən hərəkətləri etmədiyini bildirdikdə, heç bir əsaslı səbəb olmadan cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özləri və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib öz şəxsiyyətlərini digərlərinin şəxsiyyətinin fövqində qoymaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək ictimai yerdə insanların gözü qarşısında Zərərçəkmiş şəxsla əlbəyaxa olaraq bir dəfə yumruqla sifətindən vurmaqla ona burun sümüyünün distal ucunun sınığı və sağ bazu nahiyəsinin qançırları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vuraraq qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ailəlidir və üç azyaşlı övladı var. Zərərçəkmiş şəxs 2023-cü ilin oktyabr ayından tanıyır. Belə ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir və vergi ödəyicisi kimi Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev prospektində yerləşən “Gəncə Təndiri” çörəkbişirmə sexini 2021-ci ilin yanvar ayından 2024-cü ilin fevral ayına kimi işlətmişdir. Zərərçəkmiş şəxs isə həmin çörəkbişirmə sexində 2023-cü ilin oktyabr ayından 2024-cü ilin yanvar ayının 9-na kimi kassir-satıcı vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs sexdə günəmuzd olaraq işləyirmiş və o, Zərərçəkmiş şəxs gündəlik 20-25 manat arasında məbləğdə pul verirmiş. Onun Zərərçəkmiş şəxs ilə arasında əvvəllər heç bir ədavət və düşmənçilik olmamışdır. Lakin xx.xx.2024-cü il tarixdə aralarında mübahisə yaranmış və mübahisə zamanı o, Zərərçəkmiş şəxs yumruqla vurmuşdur. Belə ki, həmin tarixdə saat 21 radələrində o, iş yerinə gəlmiş və qıraqdan müşahidə edərək Zərərçəkmiş şəxs gigiyenik qaydalara əməl etmədən şoru əli ilə götürüb müştərilərə verdiyini və yararsız hala düşmüş çörəkləri satışa qoyduğunu görmüşdür. Buna görə o, Zərərçəkmiş şəxs iş yerindəki xidməti otağına çağırmış və Aslana etdiyi bu hərəkətlərə görə iradını bildirmişdir. Ancaq Zərərçəkmiş şəxs tutulan iradların heç birinin özünə aid olmadığını və belə hərəkətlərə yol vermədiyini demişdir. Bu zaman o, yalan danışan barəsində nalayiq ifadə işlətmiş və Zərərçəkmiş şəxs onu təsdiqləmişdir. Zərərçəkmiş şəxs bu hərəkəti onda təəccüb oyatmışdır. Çünki, həmin hərəkətləri o, gözü ilə görmüş və buna görə Zərərçəkmiş şəxs nalayiq ifadə işlətmişdir. Zərərçəkmiş şəxs isə otaqdan çıxanda həmin ifadənin ona aid olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs həmin ifadəsi onu əsəbləşdirmiş və o, Aslanın arxası ilə gedərək sexin qarşısında küçədə siqaret çəkərkən Aslanı yaxalamışdır. Daha sonra, Aslanın sifət nahiyyəsinə yumruqla bir dəfə vurmuşdur. Aralarında mübahisə yaranmış və dartışmışlar. Yaranmış səs-küyə sexdə təndirçi işləyən Şahid1 gəlmiş və onları ayırmışdır. Bundan sonra, Zərərçəkmiş şəxs işdən çıxıb evə getmişdir. O, Zərərçəkmiş şəxs təhqir edərkən və ona küçədə xəsarət yetirən zaman sexin içərisində 2-3 nəfər tanımadığı müştəri olmuş, küçədə isə insan olmadığını xatırlayır. Aralarındakı dava-dalaş təxmini 5 dəqiqə davam etmişdir. Aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs ona heç bir xəsarət yetirməmişdir və buna görə məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun keçmiş iş yerində müdiri olmuşdur. Belə ki, 2023-cü ilin oktyabr ayından 2024-cü ilin yanvar ayının 09-na kimi Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev prospektində yerləşən “Gəncə Təndiri” çörəkbişirmə sexində satıcı-kassir vəzifəsində işləmiş və Təqsirləndirilən şəxs həmin sexin müdiri olmuşdur. xx.xx.2024-cü il tarixdə gecə növbəsi olduğu üçün saat 19 radələrində qeyd etdiyi çörəkbişirmə sexindəki işinə gəlmişdir. Həmin gün saat 20 radələrində isə müdir Təqsirləndirilən şəxs da sərxoş vəziyyətdə işə gəlmiş və o, kassada olan zaman ondan yararsız çörəklərin yerini soruşmuşdur. O da Təqsirləndirilən şəxs yararsız çörəklərdən xəbəri olmadığını bildirmişdir. Lakin, Təqsirləndirilən şəxs onu nalayiq ifadə ilə təhqir etmişdir. O da Təqsirləndirilən şəxs qarşılıq verərək işlətdiyi ifadənin özünə aid olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs isə yenidən onu daha ağır söyüşlə təhqir etmişdir. O da hər hansı bir hadisənin baş verməməsi üçün küçəyə çıxmış və iş yerinin qarşısında siqaret çəkməyə başlamışdır. Lakin, Təqsirləndirilən şəxs arxasıyca gələrək onu yumruqla bir dəfə sifət nahiyyəsindən vurmuş və nəticədə burnum sınmışdır. Həmçinin burnundan qan da açılmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs ona əl-qol ataraq dartışdırmışdır. Səs-küyə isə sexdə təndirçi kimi işləyən Şahid1 gəlmiş və onları aralaşdırmışdır. Daha sonra isə o, evə getmişdir. Səhəri günü isə səhhəti yaxşı olmadığı üçün Sumqayıt şəhər xəstəxanasına müraciət etmiş və orada əməliyyat olunmuşdur. Bir neçə gün o, gözləmişdir ki, Təqsirləndirilən şəxs ondan üzr istəsin və ona dəymiş ziyanı ödəsin. Lakin, Təqsirləndirilən şəxs bunların heç birini etməmişdir. Buna görə də, arvadı Şahid2 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət etmişdir. Təqsirləndirilən şəxs onu təhqir edərkən və ona xəsarət yetirən zaman sexin içərisində 6-7 nəfər tanımadığı müştəri, küçədə isə təxmini 2-3 nəfər ətrafda tanımadığı adamlar olmuşdur ki, onlar da bu hadisəni müşahidə etmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 2023-cü ilin yay aylarından 2024-cü ilin fevral ayının sonlarına kimi Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev prospektində yerləşən “Gəncə Təndiri” çörəkbişirmə sexində təndirçi kimi işləmişdir. Barəsində şikayət olunan Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayının ortalarına kimi həmin sexin müdiri, şikayətçi Zərərçəkmiş şəxs isə həmin sexdə satıcı-kassir kimi işləmişdir. Qeyd olunan hadisə xx.xx.2024-cü il tarixdə saat 21 radələrində həmin çörəkbişirmə sexində baş vermişdir. Belə ki, həmin vaxt Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə işə gəlmiş və Zərərçəkmiş şəxs yararsız çörəkləri satışa verməsi ilə bağlı irad bildirmişdir. Zərərçəkmiş şəxs isə belə bir hərəkət etmədiyini demişdir. Daha sonra, onlar mübahisə edə-edə Təqsirləndirilən şəxs otağına keçmişlər. Otaqdan da onların mübahisə səsi eşidilirmişdir. Bir müddət sonra isə Zərərçəkmiş şəxs otaqdan çıxmış və sexin qarşısında küçəyə tərəf getmişdir. Təqsirləndirilən şəxs da həmçinin Zərərçəkmiş şəxs arxası ilə gəlmişdir. O, həmin vaxt başa düşmüşdür ki, onların arasında mübahisə böyüyəcək. Bir qədər sonra küçədən onların mübahisə səslərini eşitmiş və onları ayırmaq üçün çıxmışdır. Ancaq həmin vaxt Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs yaxalaşmışlar. O da onları ayırmaq istəmişdir. Lakin, ayrılan zaman Təqsirləndirilən şəxs bir dəfə yumruqla Zərərçəkmiş şəxs sifət nahiyyəsinə vurmuşdur. Zərbənin təsirindən Zərərçəkmiş şəxs burun nahiyyəsində xəsarət yaranmış və qan açılmışdır. Bir müddət sonra isə Zərərçəkmiş şəxs işdən çıxıb evə getmişdir. Qeyd olunan hadisə zamanı çörəkbişirmə sexində müştəri olub-olmadığını xatırlamadığını, lakin küçədə yol ilə keçən bir nüçə şəxsin olduğunu və həmin şəxslərin Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında olan mübahisəni və həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla vurduğunu gödüyünü bildirmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun əridir və onlar 2021-ci ildən evlidir. Təqsirləndirilən şəxs isə əri Zərərçəkmiş şəxs keçmiş müdiri olmuşdur. Belə ki, əri Aslan 2023-cü ilin oktyabr ayından xx.xx.2024-cü il tarixə kimi Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev prospektində yerləşən “Gəncə Təndiri” çörəkbişirmə sexində satıcı-kassir kimi işləmişdir. Həmin sex 24 saat xidmət aparırmış və Aslan orada gecə növbəsində olurmuş. xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində Aslan evdən işə getmək üçün çıxmışdır. Lakin həmin gün gecə saatlarında evə gəlmişdir. Həmin vaxt Aslanın burnunda xəsarət var imiş. O, Aslandan bunun necə baş verdiyini soruşanda ona bildirmişdir ki, müdiri Təqsirləndirilən şəxs döymüşdür. O, heç bir şey deməmiş və səhəri günü gözləmişdir. Səhəri günü Təqsirləndirilən şəxs əri Aslana telefonla zəng edərək müalicə xərclərini ödəyəcəyini bildirmişdir. Buna görə də onlar bir müddət şikayət etməmişdir. Lakin xx.xx.2024-cü il tarixdə Aslan burnundan əməliyyat olunmuşdur. Lakin Fəxri əməliyyata və müalicəyə heç bir köməklik göstərməmişdir. Buna görə də o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət etmişdir ki, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülsün. Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs heç bir əmək müqaviləsi olmadan satıcı-kassir vəzifəsindəki işlərin görülməsinə cəlb etmişdir. Həmçinin onun özünün də Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan həmin çörəkbişirmə sexində 2023-cü ilin oktyabr ayı ərzində heç bir əmək müqaviləsi olmadan kassir vəzifəsindəki işlərin görülməsinə cəlb edildiyini bildirmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 103 saylı rəyində qeyd olunmuşdur ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - burun sümüyünün distal ucunun sınığı, sağ bazu nahiyyəsinin qançırları - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə insan bədəninin hissəsinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X1 adlı bir azyaşlı övladı vardır. Beləliklə, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məclləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halı, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması qənaətinə gəlir və Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və qazancından tutulmaların aparıldığı gündən (vaxtdan) hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 180 manat ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib ona aylıq qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs islah işləri cəzasını iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və qazancından tutulmaların aparıldığı gündən (vaxtdan) hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-678/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-678/2024
30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver