Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-678/2025 07.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Qubadlı rayonu, Deşdahat kəndi anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Deşdahat kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Saray qəsəbəsi, Saray MTK, ev 72, mənzil 2-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-itifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanıdığı Zərərçəkmiş şəxs uşaq otağı üçün yataq mebeli və dolab düzəldib təhvil verəcəyinə dair yalan vəd verib aldadaraq özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözü gedən işləri müvəffəqiyyətlə icra edə biləcəyinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, sonuncunun ona inanıb razılaşdıqdan sonra xx.xx.2023-cü il tarixdə yaşadığı ünvan 1 ünvanında 800 manat pul və xx.xx.2023-cü il tarixdə öz evində özünə məxsus mobil telefondan “birbank” tətbiqi vasitəsilə onun kart hesabına göndərdiyi 500 manat, cəmi vahid niyyətlə 1300 manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o15 ildən çoxdur ki, mebel ustası kimi fəaliyyət göstərir. Belə ki, müştərilərdən götürdüyü sifarişlərin ölçüsünü götürüb materiallarını aldıqdan sonra Sumqayıt şəhərində tanışlarına məxsus sexlərə müraciət edib həmin mebelləri sexlərdə düzədir. Zərərçəkmiş şəxs da müştəri kimi tanımışdır. Onun Abşeron rayonu Masazır qəsəbəsində yerləşən evinə əvvəllər mətbəx mebeli və dəhliz mebelləri yığmışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs ondan uşaq dolabı və iki mərtəbəli uşaq çarpayısı sifariş vermişdir. Həmin sifarişi yerinə yetirmək üçün ondan xx.xx.2023-cü il tarixdə 800 manat, xx.xx.2023-cü il tarixdə isə 500 manat olmaqla ümumilikdə ondan 1300 manat pul almşdır. Sifarişi isə bir ay müddətində işləyib təhvil verəcəyini bildirmişdir. Lakin, xx.xx.2023-cü il tarixdə sağ əlinin baş barmağından kəsik xəsarəti aldığı üçün işi tamamlaya bilməmişdir. Buna görə verdiyi vədə əməl etməmişdir. Əlinin kəsilməsi barədə müştəriyə məlumat versə də, o nəzərə almamışdır. O, suallara cavab verərkən Zərərçəkmiş şəxs vəd verdiyim işi görə bilmək üçün real imkanlarının olduğunu, lakin sağ əlinin baş barmağı kəsildiyi üçün işi tamamlaya bilməiyini, əli sağaldıqdan sonra isə maddi imkanı pis olduğu üçün ona vurulmuş ziyanı qaytara bilmədiyini bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə 800 manat, xx.xx.2023-cü il tarixdə isə 500 manat olmaqla ümumilikdə 1300 manat pulu birbaşa onun özündən aldığını, pulu alan zaman tək olduqlarını, aralarında sifariş verdiyi əşyaların maddi dəyəri, hazırlanması müddəti ilə əlaqədar, həmçinin başqa bir formada mülki mübahisə və ya narazılıq olmadığını əlavə etmişdir. Hazırda ziyanlığı tam olaraq ödəmiş və zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsas olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 6 ildən çox müddətdir tanıyır. Belə ki, o, əvvəllər onun hazırda yaşadığı evə mətbəx mebeli düzəltmişdir. xx.xx.2023-cü il tarixdə o, Rafiqə yenidən mebel düzəltməsi üçün müraciət etmişdir. Onunla razılaşdıqdan sonra o ondan 1 ədəd uşaq otağı uçün 2 mərtəbəli çarpayı və 1 ədəd dolab hazırlamasını sifariş etmişdir. Bundan sonra Rafiq ondan ilkin ödəniş kimi hissə-hissə olmaqla 1300 manat pul almışdır. O, ilkin olaraq ona 800 manat daha sonra isə 500 manat pul vermişdir. 800 manat pulu həmin gün, yəni xx.xx.2023-cü il tarixdə yaşadığı evdə ölçü götürərkən vermişdir, 500 manat pulu isə xx.xx.2023-cü il tarixdə onun göndərdiyi kart hesabına mobil tətbiq vasitəsilə evdə olarkən göndərmişdir. Daha sonra mebellərin hazırlanması 1 ay gecikdiyi üçün o, Rafiqlə əlaqə saxlamış ondan səbəbini öyrənmək istədikdə o, barmağının kəsildiyini bildirmişdir. Bundan sonra isə onu əlavə 2 ay da gözləmişdir. Lakin, yenə də mebellər hazır olmadıqda onunla bir daha əlaqə saxlayıb soruşmuş və o bəhanələr gətirməyə başlamışdır. Bu formada bir qədər də gözlədikdən sonra mebellerin hazır olmadığını görüb bu barədə polisə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanlığı tamamilə ödəmişdir, aralarında barışıq əldə olunmuşdur. Təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur.İş üzrə icraata xitam verilməsinə etiraz etmir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Zərərçəkmiş şəxs kimi tanınmaq barədə” 18 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Şübhəli şəxs barəsində axtarış elan edilərək tutulması haqqında” 30 dekabr 2024cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. “Axtarışda olan şəxsin tutulması ilə əlaqədar” 04 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 fevral 2025-ci il tarixdə tutularaq aidiyyəti üzrə Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 05 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” 05 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 13 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə onunla barışmış, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə 11 manat hesablanmaqla, müvafiq olaraq 165 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 178-ci, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə müvafiq olaraq 165 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, apelyasiya şikayəti və protesti verilmədiyi halda, qeyd olunan müddətin başa çatdığı vaxtın sonrakı günü qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-678/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-678/2025
07.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver