Məhkəmə qərarları › İş №1(012)-679/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-679/2025

16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-679/2025 16.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxsin hüquqi varisi X11 оьлуnun iştirakları ilə xx.xx.1998-ci ildə Ucar rayonunda rayonunda anadan olmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Ucar rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında йашайан, barəsində «polis nəzarəti altına vermə» гятимкан тядбири сечилмиш Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 23:30 radələrində özünə məxsus “Nissan Note” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən “Beer-Friend” restoranının qarşısında Mehdi Hüseynzadə küçəsi ilə Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olan zaman Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyərək yolu soldan-sağa doğru keçmək istəyən piyada, xx.xx.1976-cı il təvəllüdlü X6 avtomobilin ön hissəsi ilə vuraraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə ehtiyatsızlıqdan Ceyhun Məmişova baş beyinin əzilməsi, baş beyinin qişaları altına və maddəsinə qansızmalar, baş beynin travmatik ödemi, kəllə tağı və əsası sümüklərin sınığı, alın təpə nahiyəsinin əzilmişcırılmış yarası, alın, təpə, burun, çənə, sol baldır nahiyələrinin sıyrıqları, sağ gözün üst və alt göz qapaqlarının qançırları, sağ baldır sümüklərinin qapalı yerdəyişən sınıqlarından ibarət ağır zərər vurulmasına və baş beynin əzilməsi, baş beynin qişaları altına və maddəsinə qansızmalar, baş beynin travmatik ödemi,kəllə tağı və əsaslı sümüklərin sınığı nəticəsində 1 saylı X13 aparılarkən yolda ölməsinə səbəb olmuşdur. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunan ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ucar rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayə yaşayır. “Nissan Note minik” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili lizinq müqaviləsi vasitəsi ilə idarə edir. Avtomobili təxminən 14 ay bundan öncə ilkin ödəniş 5.000 min manat ödəməklə 36 ay isə 414 manatdan ödəməklə əldə etmişdir. Hal -hazırda avtomobilin 22 ay lizinq borcu qalmışdır. İdarə etdiyi avtomobil tam olaraq istifadəyə yararlıdır. xx.xx.2025-ci il tarixdə həmin avtomobili özü idarə etmiş, yanında isə tanışı Şahid adlı şəxs olmuşdur. Tanışı qabaq sərnişin oturacağında əyləşmişdir. O, həmin avtomobil ilə kuryer olaraq “Bolt” şirkətində işləyir. Həmin avtomobil ilə sərnişin daşımır, sadəcə olaraq gündəlik qazanc əldə etmək və avtomobilin lizinq borclarını və kirayə pulunu ödəmək üçün kuryer kimi nəqliyyat vasitəsi ilə yemək daşıyır. Həmin gün saat 23:30 radələrində idarə etdiyi “Nissan Note” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Sumqayıt şossesi istiqamətindən Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi istiqamətində hərəkətdə olarkən Mehdi Hüseynzadə küçəsində yerləşən “Beer-Firiend” restoranın qarşısında, Xırdalan şəhərində yerləşən Texnikom adlanan ərazinin svetoforunu keçdikdən bir qədər sonra irəlidə təxminən 50-60 kilometr sürətlə hərəkət edən zaman qəfildən gözləmədiyi zamanda sol tərəfindən görmədiyi istiqamətdə piyada qarşısına çıxmış, həmin piyadanı görən zaman dərhal əyləcdən istifadə etmiş, lakin nəqliyyat vasitəsini saxlaya bilməmişdir. Piyadanı son anda gördüyündən maşını saxlaya bilməmişdir. Piyada qarşısına sol tərəfi istiqamətindən qəfildən çıxmışdır. O, qəzadan yayınmaq üçün dərhal əyləcdən istifadə etmiş və nəqliyyat vasitəsini sol tərəfi istiqamətinə çəkərək qəzadan yayınmağa çalışmış, lakin bütün cəhdlərinə baxmayaraq baş vermiş qəzanın qarşısını ala bilməmişdir. Paiyadanı qəfil gördüyü üçün əyləci də vaxtında basa bilməmiş və piyadanı vurduqdan sonra əyləci basmışdır. Nəticədə idarə etdiyi “Nissan Note” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə tanımadığı piyadanı vurmuşdur. Zərbənin təsirindən piyada maşının qabaq ön hissəsinə, yəni kapotuna və alın şüşəsinə dəyərək maşından təxminən 7-8 metr aralıya, ön tərəfə düşmüşdür. Bundan sonra, idarə etdiyi nəqliyyat vasitəsi toqquşduğu yerdən 2-3 metr sol tərəfə sürüşüb dayanmışdır. Qısa müddətdə şok vəziyyətdə gözləmiş və dərhal aşağı düşərək piyada ilə maraqlanmağa başlamışdır. Həmin piyadanı xəstəxanaya aparmaq istəsə də idarə etdiyi maşının yararsız olduğunu görmüşdür. Həmin piyadanı maşında əyləşən tanışı Şahid və ətrafda olan digər şəxslərin vasitəsi ilə “Cobalt” markalı nömrə nişanını xatırlamadığı maşına qoyaraq xəstəxanaya göndərmişdir. Qısa müddət ərzində polis əməkdaşları, bir qədər sonra isə təcili tibbi yardım briqadası hadisə yerinə gəlmiş, özü isə polis əməkdaşları gəldikdən sonra onlarla birlikdə xəstəxanaya getmişdir. Hava yağışlı olduğundan və həmin piyada qarşısına qəfil çıxdığından piyadanı təxminən 1 metr məsafədən görmüş və buna görə də hadisədən yayına bilmək üçün hər hansı formada reaksiya verə verməmişdir. Hava qaranlıq və yağışlı olduğundan və piyada qarşısına qəfil çıxdığından qəzadan yayına bilməmişdir. Piyadanı 1 metr məsafədə görən kimi onu vurmamaq üçün idarə etdiyi “Nissan Note” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı avtomobilin sükanını bir az da sola tərəf döndərib yol kənarına çıxmaq istəmiş, bundan başqa dərhal əyləcə sistemindən istifadə eləmiş, lakin bütün cəhdlərinə baxmayaraq baş vermiş qəzanın qarşısını ala bilməmişdir. Nəticədə idarə etdiyi nəqliyyat vasitəsi ilə tanımadığı piyadanı vurmudur. Həmin vaxt avtomaşının sürəti 60-70 km/saat sürətə qədər olardı. İdarə etdiyi avtomobildə özündən başqa dostu həmdə uzaq qohumu olan Şahid adlı şəxs də var idi. Həmin vaxt idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomaşında yük olmamışdır. Özü xəsarət almasa da, idarə etdiyi avtomobil ilə vurduğu bir nəfər hadisə yerində vəfat etmişdir. Qeyd olunan vaxt ayıq vəziyətdə olmuş, sərxoş olmamışdır. Bundan başqa heç vaxt spirtli içkilərdən və narkotik vasitələrdən istifadə etməmişdir. Həmin zaman hava yağışlı idi, görmə məsafəsi az idi və asvalt səthi yaş idi. Onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmuşdur.Zərərçəkənlərə barışıq əldə etməyə cəhd etsə də hələ də buna nail ola bilməmişdir.Ailə vəziyyəti olduqca ağırdır.ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçının nümayəndəsi X11 оьлу ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayır. X8 doğma qardaşıdır. 07 yanvar 2025-ci il tarixdə yaşadığı ünvan 4 ünvanında ailəsi ilə birlikdə olan zaman saat 23:30 radələrində istifadəsində olan ***-***-**-** mobil telefonuna tanımadığı şəxsə zəng eləmiş, telefonda tanımadığı şəxs onunla danışaraq Ceyhun Məmişovun yanında olduğunu və həmin şəxsin avtomobil qəzası nəticəsində xəsarət aldığını demiş, lakin qəzanın hansı formada baş verməsini deməmişdir. Ceyhun ilə danışmaq istədiyini dedikdə həmin şəxs Ceyhunun danışa bilmədiyini və onu Semaşko xəstəxanasına apardıqlarını demiş və zəngi sonlandırmışdı. Dərhal ayağa qalxmış və tək şəkildə Semaşko xəstəxanasına getmişdir. Evdən çıxıb X13 getmiş, ora çatdıqda Ceyhunu xərəyin üstündə uzadılmış vəziyyətdə huşsuz olduğunu uzaqdan görmüş, xəstəxanaya çatan zaman bəzi tanışların və qohumarın orada olduğunu görmüşdür. Nə baş verdiyini soruşan zaman onu sakitləşdirərək Ceyhunun əməliyyat olacağını bildirmişlər. Baş vermiş hadisə barədə orada olan şəxslərdən məlumat almış, kim olduqlarını xatırlamadığı şəxslər qardaşı Ceyhun Məmişovu piyada qismində hərəkətdə olarkən avtomobilin vurmasını demişlər. Başı qarışıq olduğu üçün sürücünün kim olduğunu maraqlana bilməmiş, sonradan isə həmin sürücünün kişi olduğunu öyrənmişdir. xx.xx.2025-ci il tarixdə saat 23:50 radələrində X9rdaşı Ceyhun Məmişov aldığı bədən xəsarətlərindən həmin xəstəxanaya çatdırılarkən yolda vəfat etmişdir. Xəstəxanda olan zaman və qardaşı Ceyhun Məmişovu dəfin edən zaman qardaşını vuran şəxslər heç biri gəlib onlarla maraqlanmamışdır. Mərhum qardaşı X4 xx.xx.2025-ci il taixdə Saray qəsəbə qəbristanlığında dəfn etmişlər. O, 07 yanvar 2025-ci il tarixədək Təqsirləndirilən şəxs tanımamış, onunla və ya mərhum qardaşı X8 ilə həmin sürücü arasında hər hansı ədavət, düşmənçilik və ya qərəzli münasibət olmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidirlər, qanuni cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçının nümayəndəsi X11 оьлу həmçinin digər hüquqi varis X3 iddia tələbini müdafiə edim, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid оьлу Təqsirləndirilən şəxs ilə eyni məzmunlu ifadə vermişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində asfalt-beton örtüklü hissəsində baş vermişdir. Həmin ərazi yaşayış məntəqəsi hesab olunur, Hadisə baş verən zaman hava yağışlı olduğundan yer səthi yaş olmuşdur. Hadisə yerində yol asfaltbeton örtüklü olmaqla yaş və hamardır. Yol ikitərəfli, işlək hissədə hərəkət zolağına bölünmə vardır. Yol örtüyünün eni 12.50 metrdir. 2 hərəkət zolaqlıdır. Qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa 1.3 üfüqi nişanlanma xətti çəkilmişdir, hər istiqamət bir zolaqlıdır. Yolun hərəkət hissəsi “Al Market” və “Beer Friend” restoranıdır və soldan isə səkidir. Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi “Nissan Note” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı minik avtomobil hadisədən Mehdi Hüseynzadə küçəsi istiqamətində yolun sağ hissəsində qarşı tərəfi Xırdalan şəhəri, H.Əliyev prospekti istiqamətində səki ilə paralel dayanmışdır. “Nissan Note” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Mehdi Hüseynzadə küçəsi ilə üzü Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olarkən yolun sol tərəfindən sağa doğru keçən piyadanı avtomaşının qabaq ön hissəsi ilə vurmuşdur. Avtomobilə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, piyadanı vurmuş “Nissan Note” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq ön şüşəsi toqquşma nəticəsində yaranmış zərbənin təsirindən çatlayaraq sınmışdır. Nəqliyyat vasitəsinin alın şüşəsi nəqliyyat vasitəsinin salonuna sınaraq tökülmüşdür. Nəqliyyat vasitəsinin qabaş alın şüşəsində heç bir qana bənzər ləkələr aşkar olunmamışdır. Bundan başqa nəqliyyat vasitəsinin qabaq kapotunda zərbənin təsirinən yaranmış əziklər mövcuddur. Nəqliyyat vasitəsinə baxış zamanı zərbənin izləri açıq aşkar müşahidə olunur. Avtomobilin arxa tərəfinə baxış zamanı heç bir zədə və qəza izləri aşkar edilməmişdir. Baxış zaman müəyyən edilmişdir ki, avtomobilin arxa şüşəsində “061 UCAR” sözləri əks olunmuşdur. Baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 23:15 radələrində Abşeron rayonu Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsində yerləşən “Beer- Friend” restoranının qarşısında baş vermiş yol nəqliyyat hadisəsi zamanı həmin “Nissan Note” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə piyadanı vurmuşdur. Bundan başqa hadisə zamanı onun yanında tanışı Şahid adlı dostu da olmuşdur. Həmin tanışı da avtomobildə sərnişin üçün nəzərdə tutulmuş sağ qabaq oturacağında əyləşmişdir. Baxış zamanı “Nissan Note” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobildən baxış üçün əhəmiyyət kəsb edən heç bir əşya aşkar edilərək götürülməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən alınmış sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2025-ъi il tarixli 2/1160 №-li aktla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN-нин Абшерон РПИ-нин DYPШ-dən alınmış xx.xx.2025-ъi il tarixli məktubla müəyyən edilmişdir ki, DİN BDYPİ-nin Qeydiyyat – imtahan Şöbəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs оьлуна xx.xx.2019-ъu ил тарихдя (xx.xx.2029-ъu ил тарихядяк етибарлы олан) АЕ 923675 nömrəli «BC» категорийалы sürücülük vəsiqəsi верилмиш вя онун сцрцъцлцк щцгугунун мящдудлашдырылмасы иля баьлы щяр щансы мялумат гейдя алынмамышдыр. Məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ъi il tarixli, 04 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki:

1. X8нун meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: - Баш бейин язилмяси, bаш бейинин гишалары алтына вя маддясиня гансызмалар, bаш бейинин травматик юдеми, kəllə tağı və əsası sümüklərinin sınığı, alın-təpə nahiyəsiin əzilmiş-cırılmış yarası, alın, təpə, burun, çənə, sol baldır nahiyələrinin sıyrıqları, sağ gözün üst və alt göz qapaqlarının qançırları, sağ baldır sümüklərinin qapalı, yerdəyişən sınıqları, Qeyd edilən xəsarətlər küt əşyanın təsirindən ямяля эялмишдирляр, щяйатидирляр, юлцмля бирбаша сябябли ялагялидирляр вя дяряъясиня эюря həyat üçün təhlükəli olan sağlamlığa аьыр zərər vurmanın əlamətlərinə malikdirlər. Щямин xəsarətlərin qərarda təsviri hissəsində göstərilən tarixdə və şəraitdə yəni, xx.xx.2025-ъi ил тарихдя X4 йол-няглиййат щадисяси заманы piyada qismində hərəkətdə olan avtomaşınla vurulması nəticəsində əmlə gələ bilmələri mümkündür.

2. X4 ölümünün səbəbi - baş beyin əzilməsi. Baş beyinin qişaları altına və maddəsinə qansızmalar. Baş beyinin travmatik ödemi, kəllə tağı və əsası sümüklərinin sınığı olmuşdur.

3. Илкин мейит яламятляриня ясасян демяк олар ки, X4 ölümü онун мейитинин мейитханада мцайиняси башлайандан (xx.xx.2025-ъi ил тарихдя саат 09:00-дан) 8-12 саат яввял baş vermişdir.

4. X4 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edildi. Etil spirtinin qatılığı 0,39%-dir. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin fenotiazin, pirazalon 1,4 benzodiazepin törəmələri və салисалатлар ашкар едилмямишдир. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2025-ъi il tarixli 3-16-16/2-8/175 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki:

1. Истинтаг тяряфиндян тягдим олунмуш мялуматлара ясасян “Nissan Note” markalı **-YB-*** дювлят гейдиййат нишанлы автомобилин сцрцъцсц Təqsirləndirilən şəxs оьлунун щярякятляриндя «Йол щярякяти щаггында» Азярбайъан Республикасынын Ганунунун 50-ъи маддясинин 1-ъи щиссясинин тялябляриня уйьунсузлуг олмуш вя онун щямин маддянин тялябляриня риайят етмякля щадисянин гаршысыны алмаьа техники имканы олмушдур. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, şahid ifadəsi,ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası DİN-нин BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs мящкумлуьу йохдур. Тягсирляндирилян шяхс Təqsirləndirilən şəxs оьлунун Azərbaycan Respublikası CMnin 59-ъu maddəсиня ясасян cəzasını йцнэцлляшдирян hallar müəyyən edilməmişdir. Тягсирляндирилян шяхс Təqsirləndirilən şəxs оьлунун Azərbaycan Respublikası CMnin 61-ъи maddəсиня ясасян cəzasını аьырлашдыран щаллар мцяййян олунмамышдыр. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilməlidir. CM-in 56.1.2. maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polis nəzarəti altına vermə» нювцндя гятимкан тядбири ləğv edilməli, barəsində “həbs” qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından həbsə alınmalı, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Nissan Note” markalı **- YB-*** дювлят гейдиййат нишанлы avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. İş materiallarından görünür ki, zərərçəkənin digər hüquqi varisi-oğlu X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs onun xeyrinə 2025-ci ilin yanvar ayından başlayaraq ali təhsilini bitirənədək hər ay 1890 manat tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, o, Rusiya Federasiyasının Maliyyə və hüquq İnstitutunun 1-ci kursunda ödənişli əsasla əyani təhsil alır. Atasının 1890 manat aylıq əmək haqqı onun aylıq təhsil haqqı və digər xərclərinə sərf olunurdu. Məhkəmədə Təqsirləndirilən şəxs illik 1890 manat olmaqla bu hissədə iddianı qəbul edir. İşdə olan , Rusiya Federasiyasının Maliyyə və hüquq İnstitutunun verdiyi 13.01 2025-ci il tarixli 8189 saylı arayışdan görünür ki, X7 hazırda birinci kursda təhsil alır, təhsil müddəti 04 ildir. Məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməli, hər il üçün 1890 manat olmaqla, 04 il üçün cəmi 1890 manat x 04 ay= 7560 manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub X5 verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Azərbaycan Respublikası CPM-nin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Azərbaycan Respublikası CPM-nin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş məhkəmə xərc 128 (yüz iyirmi сяkkiz) манат məbləğində pul vəsaiti Azərbaycan Respublikası CPM-nin Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il, 01(bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polis nəzarəti altına vermə» нювцндя гятимкан тядбири ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin,məhkəmə iclas zalından həbsə alınsın, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunsun. X3 iddia tələbi qismən təmin olunsun, 7560(yeddi min beş yüz altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub X5 verilsin. İş üzrə maddi sübut kimi tanınmış Mersedes markalı ** KB *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş məhkəmə xərc 128 (yüz iyirmi сяkkiz) манат məbləğində pul vəsaiti məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Pİ, Abşeron rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası Baş X16 idarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar