Məhkəmə qərarları › İş №1(012)-68/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-68/2020

06.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-68/2020 06.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı X8, Zərərçəkmişşəxs və mülki iddiaçı X19 və onun etibarnamə üzrə nümayəndəsi X8, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2, onun nümayəndəsi və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5, Zərərçəkmiş şəxslər X16 və Zərərçəkmiş şəxs3 Əbil oğlunun, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Abşeron rayon vəkil Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx.xx.1973-cü ildə Beyləqan rayonu. Çəmənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, müharibə veteranı olan, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Beyləqan rayonu. Aşağı Çəmənli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinəAbşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildə tarixdə saat 13 radələrində «BC» dərəcəli sürücülük vəsiqəsi və ayıq vəziyyətdə özünə məxsus idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes-Benz” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisindən keçən Novxanı-Mehdiabad avtomobil yolunda Mehdiabad qəsəbəsi istiqamətində 85 km saat/sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinəəsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və 80 km/saata qədər məhdudlaşdırılmış yolda 3.24 “maksimum sürətin məhdudlaşdırılması" yol nişanının tələblərinə əməl etməli olduğu halda qanunun bu tələblərinə əməl etməyərək avtomobili 85 km/saat sürətlə idarə etməklə idarə etməni itirərək qarşı tərəfdə sol dönmə əməliyyatını etmək üçün yolun sol zolağında qırıq-qırıq xəttə çatıb dayanarkən qarşıda dayanmış Zərərçəkmiş şəxs2 idarə etdiyi “Merceds- Benz” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ tərəfindən vurmuş və zərbədən həmin avtomobil əks yolda Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan X16 idarə etdiyi “Hundai Tucson” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına qəfil çıxaraq qarşı-qarşıya toqquşmuş və nəticədə ehtiyatsızlıqdan “Hyundai Tucson” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 körpücük nahiyəsinin qançırı, döş qəfəsinin yumşaq toxumalarının əzilməsi kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən və həmin avtomobildə sərnişin qismində olan X1 mil sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığı, alın nahiyəsinin sol hissəsinin, alın nahiyəsinin orta hissəsinin və sağ saidin aşağı 1/3-nin arxa səthinin sıyrıqları, sağəlin arxa səthinin, sol budun aşağı 1/3-nin bayır səthinin və sol baldırın orta 1/3-nin bayır səthinin qançırları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, “Merceds-Benz” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 sol bazunun yuxarı 1/3-nin iç səthinin və sol diz oynağı nahiyəsinin ön səthinin sıyrıqları, sağ budun yuxarı 1/3-nin ön səthinin qançırı kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmayan və həmin avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs3 Əbil oğlunun sağ gözün ağlı qişasına geniş sahəli qansızma ilə müşayiət olunan sağ gözətrafı yumşaq toxumaların qançır-şişkinlik halında əzilməsi, sağ göz almasının kontuziyası (əziyi), qarın nahiyəsinin sağ yarısının qançırından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, habelə, avtomobillərin toqquşması nəticəsində Zərərçəkmiş şəxs2 məxsus “Merceds-Benz” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 11445 (on bir min dörd yüz qırx beş) manat və X12 məxsus “Hundai Tucson” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilə 12509 (on iki min beş yüz doqquz) manat maddi zərər dəyməsinə səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx xxx 2019cu il tarixdə saat 13 radələrində özünə məxsus “Merceds-Benz” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilini Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisindən keçən Novxanı-Mehdiabad avtomobil yolu ilə üzü Mehdiabad qəsəbəsi istiqamətində idarə edərkən qarşısında yolun sağ zolağı ilə hərəkətdə olan “Merceds-Benz” markalı, **-GS- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 sola tərəfə dönmək üçün idarə etdiyi avtomobili qəfil yolun sol zolağına çıxardaraq dayanarkən, həmin an qəza baş verməsin deyə idarə etdiyi avtomobilini sağa çəkmək istəsə də, sağ zolaqda avtomobil olduğu üçün sağa çəkə bilməmiş və nəticədə avtomobilinin qabaq sol tərəfı ilə Zərərçəkmiş şəxs2 idarə etdiyi “Merceds-Benz” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ tərəfindən vurub avtomobilini əyləc vasitəsi ilə saxlamış, hadisə nəticəsində Zərərçəkmiş şəxs2 idarə etdiyi ‘Merceds-Benz” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsinin əks yola çıxması nəticəsində əks istiqamətdə gələn “Hyundai Tucson” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq tərəfi ilə Zərərçəkmiş şəxs2 avtomobilinin qabağı ilə toqquşmuş, hadisə nəticəsində özü xəsarət almasa da, Hyundai Tucson” markalı avtomobildə olan sərnişin qismində olan Nüşabə adlı qadın və Zərərçəkmiş şəxs2 avtomobilində sərnişin olan Zərərçəkmiş şəxs3 xəsarət almışlar. Sonda o, cinayət hadisəsinin baş verməsində təqsiri olmadığının əsas gətirərək məhkəmədən onu cinayət məsuliyyətindən azad olunmasını xahiş etdi. O, zərərçəkmiş şəxs və mülki iddiaçıların iddia tələblərini qəbul etmədiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı kimi dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, xx xxx 2019-cu il tarixdə saat 13 radələrində Novxanı- Mehdabad yolunda üzü Mehdiabad qəsəbəsi istiqamətində yolun sağ zolağı ilə özünə məxsus “Mercedes-Benz” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərək atası ilə bacısıgilə gedirmiş, bacısının evinin yerləşdiyi məhəlləyə gedən yol Novxanı-Mehdiabad yolunun aralığından başlayır, həmin aralığa çatmamışdan təxminən bir kilometr ara məsafəsi qalmış sola dönəcək işığını yandıraraq avtomobilini yolun sol zolağına çıxartmış və yoluna davam edəndə və qoşa ağ xəttin qırıq-qırıq hissəsinə çatana yaxın əks yoldan “Hyundai Tucson” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobil sürətlə gəldiyi üçün həmin avtomobilin gəlib keçəndən sonra sola dönmə əməliyyatını etməsi üçün öz avtomobilini qırıq-qırıq xəttin yanında saxlamış, həmin an avtomobilinin yan güzgüsünə baxanda sonradan adını bildiyi Təqsirləndirilən şəxs özünə məxsus “Mercedes-Benz” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə sürətlə gəldiyini görmüş və avtomobilini arxadan vuracağını hiss etdiyi üçün dərhal avtomobilinin qəza işıqlarını Təqsirləndirilən şəxs qəzadan yayınması üçün yandırmış, lakin o, çatana yaxın tormuz verməsinə baxmayaraq .avtomobilinin qabaq sol tərəfi ilə avtomobilinin arxa sağ tərəfindən vurmuş və avtomobilini vurduqdan sonra avtomobilin sola tərəf istiqamətlənərək əks tərəf yolun sol zolağına çıxmış, bu an əks istiqamətdə gələn “Hyundai Tucson” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobil tormoz vermədən gəldiyi sürətlə onu avtomobilini qabaq sağ tərəfindən vurmuş və nəticədə avtomobili qabaq tərəfi fırlanaraq əks istiqamətdə dayanmış, dərhal avtomobildən düşüb atasına köməklik edərək onu avtomobildən çıxartmış, bu zaman Təqsirləndirilən şəxs onlara yaxınlaşıb üzrxahlıq edərək hadisənin onun ucbatından baş verdiyini bildirdikmiş,bu zaman “Hyundai Tucson” markalı avtomobilin sürücüsü də hadisədən sonra yolun sağ zolağı ilə 80 km/saat sürətlə gələrkən avtomobil qəfil onun qabağına çıxdığı üçün avtomobilini saxlamağa macal tapmadığından qəza baş verdiyini bildirmiş, ona etiraz edərək yolun sağ tərəfi ilə gəlməsinin daha düzgün olduğunu, bu zaman onun avtomobili ilə toqquşmayacağını, sol tərəfdən gəldiyi üçün toqquşmanın baş verdiyini söyləmiş, “Mercedes-Benz” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisədən sonra ətrafa yığışan tanımadığı şəxslərin yanında hadisənin onun ehtiyatsızlığı ucbatından baş verdiyini boynuna almışdır. Əlavə olaraq o, əgər Təqsirləndirilən şəxs avtomobilini normal idarə etsəydi, yəni normal sürətlə avtomobilin sağ tərəfindən keçsəydi belə qəza baş verməyəcəyini bildirmiş və hadisə barədə DİN-nin 102 xidmətinə zəng vurub məlumat verdiyini göstərdi.. Hadisə nəticəsində ona dəymiş maddi ziyan tam ödənilmədiyi üçün təqsirləndirilən şəxsdən şikayətçidir, onun qanuna müvafiq qaydada cəzalandırılmasını və ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini məhkəmədən xahiş etdi. O, mülki iddasını belə əsaslandırdı ki, cinayət işinin istintaqı zamanı xx.xx.2019-cu il tarixində saat 13:00 radələrində Mikayılov X18 qəsəbəsi ərazisindən Novxanı-Mehdiabad avtomobil yolunda hərəkət edərkən idarə etməni itirərək onun idarə etdiyi “Mercedes- Benz” markalı, 99GS689 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ tərəfindən vurmuş və zərbənin nəticəsində onun avtomobili əks yolda Novxanı qəsəbəsi istiqamətində hərəkət edən X16 idarə etdiyi “Hyundai Tucson” markalı, 90ON186 dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış və nəticədə avtomobilin ön tərəfinə də ciddi maddi ziyan dəyməsi sübutların məcmusu ilə sübuta yetirilmiş, hadisə nəticəsində onun avtomobilinə ümumilikdə 11445 manat maddi ziyan dəymiş və təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs onun əmlakına vurulmuş 11445 manat miqdarında maddi ziyanın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qərar qəbul etməyini xahiş etmiş, daha sonra o, mülki iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs onun əmlakına vurulmuş 11445 manat miqdarında maddi ziyanın, 8000 manat məbləğində mənəvi ziyanın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qərar qəbul etməyini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı kimi dindirilən Zərərçəkmiş şəxs3 Əbil oğlu ifadəsində göstərdi ki, o, xx xxx 2019-cu il tarixdə saat 13 radələrində qızının ad günündə iştirak etmək üçün oğlu Zərərçəkmiş şəxs2la billikdə ona məxsus “Mercedes-Benz” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Novxanı- Mehdabad yolunda üzü Mehdiabad qəsəbəsi istiqamətində yolun sağ zolağı ilə gedirmişlər. Qızının evinin yerləşdiyi məhəlləyə gedən yol Novxanı-Mehdiabad yolunun aralığından başlayır, Novruz həmin aralığa çatmamışdan təxminən bir kilometr ara məsafəsi qalmış sola dönəcək işığını yandıraraq avtomobilini yolun sol zolağına çıxartmış və yoluna davam edən zaman Novruz qoşa ağ xəttin qırıq-qırıq hissəsinə çatana yaxın əks yoldan “Hyundai Tucson” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobil sürətlə gəldiyi üçün avtomobilini qırıq-qırıq xəttin yanında həmin avtomobil gəlib keçdikdən sonra sola dönmə əməliyyatını etməsi üçün saxlamış, həmin an Novruz ona özünü möhkəm saxlamağı, arxadan gələn avtomobilin sürətlə gəldiyini demiş, bu sözdən sonra qəfil avtomobilin arxa tərəfindən zərbə dəymiş və nəticədə avtomobilləri sola doğru əks yola, “Hyundai Tucson” markalı avtomobilin qarşısına çıxmış, bu an əks istiqamətdən gələn “Hyundai Tucson” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobil tormoz vermədən gəldiyi sürətlə onun avtomobilinin qabaq sağ tərəfindən vurmuş və nəticədə avtomobili qabaq tərəfi fırlanaraq əks istiqamətdə dayanmış, qəzadan sonra Novruz avtomobildən düşüb onu avtomobildən çıxmağına köməklik edən zaman Təqsirləndirilən şəxs onlara yaxınlaşmış və üzrxahlıq edərək hadisənin onun günahı ucbatından baş verdiyini söyləmiş, daha sonra “Hyundai Tucson” markalı avtomobilin sürücüsü hadisədən sonra yolun sağ zolağı ilə 80 km/saat sürətlə gələrkən qəfil onun : qabağına çıxdığı üçün avtomobilini saxlamağa macal tapmadığından qəza baş verdiyini bildirmiş, o həmin avtomobilin sürücüsünə etiraz edərək əgər o, yolun sağ tərəfi ilə gəlsəydi avtomobillə toqquşmayacağını, sol tərəfdən gəldiyi üçün toqquşma baş verdiyini qeyd etmişdir. 'Mercedes-Benz” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisədən sonra ətrafa yığışan tanımadıqları şəxslərin də yanında hadisənin onun günahı ucbatından baş verdiyini boynuna almış, əlavə olaraq o, əgər Təqsirləndirilən şəxs avtomobilini normal idarə etsəydi, yəni normal sürətlə onun idarə etdiyi avtomobilin sağ tərəfindən keçsəydi belə qəza baş verməyəcəyini, bundan sonra Novruzun hadisə barədə DİN-nin 102 xidmətinə zəng vurub məlumat verdiyini bildirdi. Sonda o, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək onun qanuna müvafiq qaydada cəzalandırılmasını və ona vurulmuş mənəvi ziyanının ödənilməsini məhkəmədən xahiş etdi. O, mülki iddasını belə əsaslandırdı ki, cinayət işinin ibtidai istintaqı zamanı xx.xx.2019-cu il tarixində saat 13:00 radələrində Mikayılov X18 qəsəbəsi ərazisindən Novxanı-Mehdiabad avtomobil yolunda hərəkət edərkən idarəetməni itirib, oğlu Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes-Benz” markalı, 99GS689 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ tərəfindən vurmuş və zərbənin nəticəsində onun avtomobili əks yolda Novxanı qəsəbəsi istiqamətində hərəkət edən X16 idarə etdiyi “Hyundai Tucson” markalı, 90ON186 dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış, nəticədə avtomobilin ön tərəfinə də ciddi maddi ziyan dəyməsi və sərnişin qismində onun sağ gözünün ağlı qişasına genişş sahəli qansızma ilə müşayiət olunan sağ gözətrafı yumşaq toxumalarının qançır-şişkinlik halında əzilməsi, sağ göz almasının kontuziyası (əziyi), qarın nahiyəsinin sağ yarısının qançırından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül dərəcəli zərər vurulması sübutların məcmusu ilə sübuta yetirilmiş, hadisə nəticəsində baş vermiş qəzadan sonra o, uzun müddət psixoloji gərginlik keçirtmiş, səhhətində dözülməz ağrılar hiss etmiş, ağrıların təsirindən gecələr yata bilməyəcək həddə çatırmış, bundan başqa ailə avtomobilimiz tam yararsız vəziyyətə düşdüyü üçün ona dəymiş maddi ziyan tam həcmdə ödənilməlidir.Təqsirləndirilən şəxs-cavabdeh Təqsirləndirilən şəxs ona vurulmuş mənəvi zərərə görə 10000(on min) manat məbləğində mənəvi ziyanın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qərar qəbul etməyi xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs və mülki iddiaçı kimi dindirilən X20 bildirdi ki, o, xx xxx 2019-cu il tarixdə saat 13 radələrində oğluna məxsus HYUNDAİ İX-35 minik markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisindən keçən Novxanı-Mehdiabad avtomobil yolunda üzü Novxanı qəsəbəsi istiqamətində gedirmiş, avtomobili X29 idarə etmiş və özü isə avtomobilin arxa oturacağında oturmuş, Mehdiabad qəsəbəsi ərazisində keçən zaman yolun əks istiqamətində “Merceds-Benz” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin dönmək istədiyini görsə də ona əhəmiyyət verməmiş və mobil telefonunu cərəyana qoşmaq istəyərkən qəfil qəza baş vermiş, qəzanın necə baş verdiyini görməmiş, qəza baş verən zaman huşunu itirmiş, təcili yardım gəlmədiyi üçün Şirzad onun oğluna zəng vurub çağırmış və oğlu onu Nəsimi bazarının arxasında yerləşən Travmatologiya xəstəxanasına aparmışdır. Hadisə nəticəsində ona dəymiş maddi ziyan tam ödənilmədiyi üçün təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək onun qanuna müvafiq qaydada cəzalandırılmasını bildirib maddi və mənəvi ziyanının ödənilməsini məhkəmədən xahiş etdi. O, mülki iddasını belə əsaslandırdı ki, hadisə nəticəsində o, aldığı xəarətlərlə bağlı Bakı klinikasında müxtəlif müayinələrdən keçmiş, eyni zamanda “Mediland” hospitalında “Böyük sümük qırığı osteosintezi” cərrahi əməliyyatı keçirmiş, aldığı xəsarətlərlə bağlı 3 aya yaxın müddətdə əmək qabiliyyətini itirdiyi üçün işləyə bilməmiş, müayinələrə və cərrahi əməliyyata cəmi təqribən 5000 manata yaxın xərc çəkmiş, bu müddət ərzində ayrı-ayrı vətəndaşlar və müəssisələrə hüquqi yardım göstərməklə təqribən bu məbləği qazana biləcəyini, lakin səhhətiylə bağlı işə çıxa bilmədiyi üçün pul qazana bilmədiyini, nəticədə ona 15000 manat maddi və 5000 manat mənəvi ziyan dəymişdir.Yuxarıda göstərilənləri nəzərə alaraq baş vermiş hadisə ilə əlaqədar cavabdeh Təqsirləndirilən şəxs 15000 manat maddi ziyanın və 5000 manat mənəvi ziyanın tutulub onun xeyrinə ödənilməsinə dair qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı kimi dindirilən X19 bildirdi ki, o, xx xxx 2019-cu il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisindən keçən Novxanı-Mehdiabad avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus HYUNDAİ İX-35 minik markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymiş, belə ki, Şirzad Vəliyevə ona məxsus HYUNDAİ İX-35 minik markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün üçün etibarnamə vermiş, xx xxx 2019-cu il tarixdə saat 13 radələrində Şirzad ona məxsus HYUNDAİ İX-35 minik markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobili Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisindən keçən Novxanı-Mehdiabad avtomobil yolunda üzü Novxanı qəsəbəsi istiqamətində idarə edərkən Zərərçəkmiş şəxs2 idarə etdiyi “Merceds-Benz” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobili qəfil qarşısına çıxmış, nəticədə avtomobillər arasında qarşı-qarşıya toqquşma baş vermiş, hadisədən sonra Təqsirləndirilən şəxs “Merceds-Benz” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı tərəfi ilə dönmə əməliyyatını aparmaq üçün qoşa ağ xətdin qırıq-qırıq hissəsində dayandığı, Zərərçəkmiş şəxs2 məxsus “Mercedes-Benz” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfinə vurduğu üçün həmin avtomobilin, yəni Novruzun avtomobili yolun əks istiqamətinə, yəni qarşı tərəfdən gələn Şirzadın idarə etdiyi HYUNDAİ İX-35 minik markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına qəfil çıxması nəticəsində toqquşmanın baş verdiyi məlum olmuş, hadisə zamanı anası Nüşabə Ağayeva avtomobildə olduğu üçün xəsarət almış, hadisədən sonra Şirzad ona zəng vurub hadisənin baş verdiyini və hadisə nəticəsində anası Nüşabənin xəsarət almasını bildirmiş, dərhal hadisə yerinə gəlmiş və anasını götürüb Travmotologiya xəstəxanasına aparmışdır. Hadisə nəticəsində avtomobilinə 12509 manat maddi ziyan dəymişdir. Hadisə nəticəsində ona dəymiş maddi ziyan tam ödənilmədiyi üçün təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək onun qanuna müvafiq qaydada cəzalandırılmasını bildirib maddi və mənəvi ziyanının ödənilməsini məhkəmədən xahiş etdi. O, mülki iddasını belə əsaslandırdı ki, iddia üzrə cavabdehin qanunsuz əməlləri nəticəsində o, öz mülkiyyətindən zorla məhrum edilmiş və bu yolla onun hüquqları pozulmuş, bütün bu tədbirlər isə cinayət işi üzrə istintaq nəticəsində həm zərərçəkmiş şəxslərin, həm də təqsirləndirilən şəxslərin izahatları və şahid ifadələri ilə tamamilə sübuta yetirilmiş, bu səbəbdən də hazırki cinayət işi üzrə mülki iddia ərizəsi məhkəmə tərəfindən qəbul edilməli və onun pozulan mülkiyyət hüquqları məhkəmə tərəfindən bərpa edilməsini hesab edir və cavabdeh Təqsirləndirilən şəxs 12509 manat maddi ziyanın tutulub onun xeyrinə verilməsini dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X29 ifadəsində göstərdi ki, o, xx xxx 2019-cu il tarixdə saat 13 radələrində X12 məxsus, etibarnamə əsasında idarə etdiyi HYUNDAİ İX-35 minik markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobili Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisindən keçən Novxanı- Mehdiabad avtomobil yolunda üzü Novxanı qəsəbəsi istiqamətində idarə edən zaman avtomobildə ondan başqa arxa oturacaqda X20 oturmuş, Mehdiabad qəsəbəsi ərazisində keçən zaman qarşı tərəfdən əks istiqamətdə gələn sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes-Benz” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin dönmək üçün dayandığını görmüş, o, öz yolu ilə avtomobilini 70 km/saat sürətlə idarə etmiş, həmin avtomobilin keçən zaman toqquşma səsi eşitmiş və “Merceds-Benz” markalı, **- GS-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşısına çıxmış və nəticədə həmin avtomobil idarə etdiyi avtomobilin qabaq sol tərəfi ilə toqquşmuş, hadisə nəticəsində avtomobildə olan X1 qolu sınmış, təcili yardım gec gəldiyi üçün Nüşabənin oğlu Frdovsiyə tez gəlib anasını xəstəxanaya aparması üçün zəng vurmuş və bir neçə dəqiqədən sonra Firdovsi öz avtomobili ilə gəlib Nüşabəni Travmotologiya xəstəxanasına aparmışdır. Sonda o, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, onun qanuna müvafiq qaydada cəzalandırılmasını məhkəmədən xahiş etdi. İş materiallarından görünür ki, iş üzrə zərərçəkmiş şəxslər ibtidai istintaq zamanı da məhkəmədə verdikləri ifadələrə uyğun, ona oxşar ifadələr vermişlər. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 nümayəndəsi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X17 iş üzrə əlavə şahidlərin X25, X6 və X3 dindirilməsi barədə şifahi vəsatət vermişdir. Məhkəmə iclasında vəsatət əsasında şahid qismində dindirilmiş X39 ifadəsində göstərdi ki, o, bu yol nəqliyat hadisəsinin baş verdiyi anı şəxsən özü görməmiş, hadisə baş verdikdən sonra ona Zərərçəkmiş şəxs2 zəng vurmuş, o, Novruzdan sağ-salamat olduqlarını soruşub öyrənmiş, bir –iki gün sonra Novruzgilə getmiş, o, orada olarkən təqsirləndirilən şəxs Araz da Novruzgilə gəlmiş və günahkar olduğunu bildirirərək təqsirini boynuna almışdır. Məhkəmə iclasında vəsatət əsasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, bu yol nəqliyat hadisəsi onların yaşadığı evin yanında olmuş, amma o, hadisəsinin baş verdiyi anı şəxsən özü görməmiş, hadisə baş verdikdən sonra ona Zərərçəkmiş şəxs2 zəng vurmuş və onun atasını xəstəxanaya aparmışlar, hadisə günü hadisə yerində Təqsirləndirilən şəxs təqsirini boynuna almış, səhəri günü isə Təqsirləndirilən şəxs yanında da bir nəfərlə Novruzun atasının yanına gələrək üzrxahlıq etmişdir. X37 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X37 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş X25, X3 ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növləri kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 14690 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən göstərilən şəraitdə Mersedes Bens-230 markalı 59BE425 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü A.A.X23-230 markalı avtomobili 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 80 km/saata qədər məhdudlaşdırılmış yolda 85 km/saat sürətlə hərəkət etdirməsi şəraitində onun hərəkətlərində Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən göstərilən şəraitdə Mersedes Bens-E240 markalı 99GS689 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması iləəlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Rəyin tədqiqi hissəsində göstərilənlərəəsasən hərəkət üçün təhlükə yaranan anda Hyundai Tucson markalı, 90ON186 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 44,7 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü X16 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda Hyundai Tucson markalı, 90ON186 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 44,7 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü X16 hadisənin qarşısının almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 yazılı vəsatət verərək qeyd olunan yol-nəqliyyat hadisəsinin məhz təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi tərzdə və onun əsasında müdafiəçisinin irəli sürdüyü fərziyyəyə uyğun şəkildə baş verdiyi halda onun hadisənin qarşısını almağa texniki imkanının olubolmamasını və nəticə etibarı ilə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun tələblərinə uyğunsuzluğun olub-olmamasını nəzəri cəhətdən yoxlamaq məqsədi ilə iş üzrə əlavə məhkəmə yol-nəqliyyat ekspertizası keçirilməsini məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs və müafiəçisinin fərziyyəsinə əsasən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisindən keçən Novxanı-Mehdiabad avtomobil yolunda Mehdiabad qəsəbəsi istiqamətində iki zolaqlı yolun sol hərəkət zolağı ilə 85 km/saat sürətlə hərəkətdə olarkən, ona nəzərən sağ hərəkət zolağı ilə Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilin aşağı sürətlə eyni istiqamətdə hərəkət etməsini 150-200 metr məsafədən görmüş, lakin sürətini azaltmadan yoluna davam etmiş, avtomaşınlar arasındakı məsafə 8-10 metrə qədər azaldıqda, Zərərçəkmiş şəxs2 qarşıda soldakı qırıqqırıq xətlərin üzərindən əks hərəkət istiqamətinə dönmək üçün qəflətən sol hərəkət zolağına çıxmış, bunu görən anda Təqsirləndirilən şəxs toqquşmadan yayınmaq üçün sərt tormozlama aparmaq məqsədilə ayağını əyləcə atmaqla, eyni hərəkətlə sükanı öz sağına burmağa çalışmış, lakin həmin anda da onun hərəkət zolağında idarə etdiyi avtomaşının qarşı hissəsi ilə Zərərçəkmiş şəxs2 avtomaşınının arxa hissəsi arasında toqquşma baş vermişdir. Toqquşma nəticəsində Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobil kritik qısa məsafədən sol - əks hərəkət yoluna çıxaraq, orada əks istiqamətdə, Novxanı qəsəbəsi istiqamətində 70 km/saat sürətlə hərəkətdə olan X16 idarə etdiyi avtomobil ilə qarşı-qarşıya toqquşmuş və nəticədə X29 dərəcələri təyin olunmayan, həmin avtomobildə sərnişin qismində olan X20 isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aid, digər avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 dərəcələri təyin olunmayan və həmin avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs3 Əbil oğlu ağırlıq dərəcəsində görə sağlamlığına yüngül zərər vurmaya aid, habelə avtomobillərin toqquşması nəticəsində Zərərçəkmiş şəxs2 məxsus avtomobilə 11.445 manat və X12 məxsus avtomobilə 12.509 manat məbləğində maddi zərər dəymişdir. Sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə digər sürücü Zərərçəkmiş şəxs2 sağdan sola istiqamətlənərək onun hərəkət zolağına girdiyi anda yaranmışdır. Bu zaman Təqsirləndirilən şəxs avtomaşınının sürəti 85 km/saat, Zərərçəkmiş şəxs2 avtomobilinin sürəti isə 40-50 km/saat olmuşdur. Təhlükənin yarandığı anda iki avtomaşının arasındakı məsafə 8-10 metr olmuşdur. Qeyd olunan fərziyyə istər ibtidai istintaq, istərsə də məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara uyğun olmasa da, Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə həmin vəsatət təmin edilmiş, iş üzrə əlavə yol-nəqliyyat ekspertizasının təyin edilməsi haqqında qərar qəbul edilmiş və təqsirləndirilən şəxsin və müdafiəçilərinin hadisə üzrə qurduqları mexanizm və şəxsi mülahizələri əsasında qoyulan sualların aydınlaşdırılması üçün yol-nəqliyyat hadisəsinin məhkəmə ekspertizasının xx xxxx 2020ci il tarixli, 08/28 saylı rəyi alınmışdır. Ekspertin vəsatət əsasında verdiyi rəydən görünür ki, - hərəkət üçün təhlükə yaranan anda Mercedes Benz-230 markalı, 59BE425 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 64,5 metrdən kiçik məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində hadisənin qarşısının alınması ilə əlaqədar «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır; -hərəkət üçün təhlükə yaranan anda Mercedes Benz-230 markalı, 59BE425 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 64,5 metrdən böyük məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü A.A.X31-230 markalı avtomobili 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 80km/saata qədər məhdulaşdırılmış yolda 85km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması)) yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Hadisənin müdafiə tərəfinin təqdim etdiyi mexanizm üzrə baş verməsi şəraitində Mercedes Benz-E240 markalı 99GS689 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı X8 vəsatəti əsasında dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti, kiçik ədliyyə müşaviri X34 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı təyin edilmiş yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası istintaq zamanı müəyyən edilmiş hallara və toplanmış iş materiallarında olan hadisə yerinə baxış və digər sübutların məcmusuna, zərərçəkmiş şəxslərin ifadələrinə istinad edilərək keçirilmiş və xx.xx.2019-cu il tarixli, 14690 nömrəli rəy verilmişdir. Həmin rəydə istintaq tərəfindən göstərilən şəraitdə Mersedes Bens-230 markalı 59BE425 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması, sürücü A.A.X23-230 markalı avtomobili 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 80 km/saata qədər məhdudlaşdırılmış yolda 85 km/saat sürətlə hərəkət etdirməsi şəraitində onun hərəkətlərində Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması”yol nişanının) tələblərinə uyğunsuzluq olması, istintaq tərəfindən göstərilən şəraitdə Mersedes Bens-E240 markalı 99GS689 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etməməsi, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən hərəkət üçün təhlükə yaranan anda Hyundai Tucson markalı, 90ON186 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 44,7 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü X16 hadisənin qarşısını almağa texniki imkanı olmaması və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmaması, hərəkət üçün təhlükə yaranan anda Hyundai Tucson markalı, 90ON186 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 44,7 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü X16 hadisənin qarşısının almağa texniki imkanı olması və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olması barədə xx.xx.2019-cu il tarixli, 14690 nömrəli rəy verilmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 hadisə üzrə qurduğu mexanizm və şəxsi mülahizələri əsasında onun qarşısında qoyduğu suallara görə aşağıdakı rəyi vermişdir - Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə idarə etməni itirərək qarşı tərəfdə sol dönmə əməliyyatını etmək üçün yolun sol zolağında qırıq-qırıq xəttə çatıb dayanarkən qarşıda dayanmış Zərərçəkmiş şəxs2 idarə etdiyi “Merceds-Benz” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ tərəfindən vurması və zərbədən həmin avtomobilin əks yolda Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan X16 “Hyundai Tucson” markalı, **- ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına qəfil çıxaraq qarşı-qarşıya toqquşması, hərəkət üçün təhlükə yaranan anda Mercedes-Benz markalı, 59BE425 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 64,5 metrdən kiçik məsafədə olmasının sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində hadisənin qarşısının alınması ilə əlaqədar "Yol hərəkəti" haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə uyğunsuzluq olmamışdır. O, həmin rəyi təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 hadisə üzrə qurduğu mexanizm və şəxsi mülahizələri əsasında vermişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim isə qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETTBnin Abşeron rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 874 nömrəli rəyinə əsasən 1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETTBnin Abşeron rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 879 nömrəli rəyinə əsasən 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 sol bazunun yuxarı 1/3-nin iç səthinin və sol diz oynağı nahiyəsinin ön səthinin sıyrıqları, sağ budun yuxarı 1/3-nin ön səthinin qançırı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə vəşəraitdə, yəni xx.xx.2019-cu il tarixdə salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsindəəmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETTBnin Abşeron rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 903 nömrəli rəyinə əsasən 1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs3 Əbil oğlunun sağ gözün ağlı qişasına geniş sahəli qansızma ilə müşayiət olunan sağ gözətrafı yumşaq toxumaların qançır-şişkinlik halında əzilməsi, sağ göz almasının kontuziyası (əziyi), qarın nahiyəsinin sağ yarısının qançırı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə vəşəraitdə, yəni xx.xx.2019-cu il tarixdə salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsindəəmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETTBnin Abşeron rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 918 nömrəli rəyinə əsasən 1956-cı il təvəllüdlü X1 mil sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığı, alın nahiyəsinin sol hissəsinin, alın nahiyəsinin orta hissəsinin və sağ saidin aşağı 1/3-nin arxa səthinin sıyrıqları, sağəlin arxa səthinin, sol budun aşağı 1/3-nin səthinin və sol baldırın orta 1/3nin bayır səthinin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə vəşəraitdə, yəni xx.xx.2019-cu il tarixdə salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsindəəmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETTBnin Abşeron rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 36 Ə nömrəli rəyinə əsasən 1962-ci il təvəllüdlü X4 körpücük nahiyəsinin qançırı, döş qəfəsinin yumşaq toxumalarının əzilməsi bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə vəşəraitdə, yəni xx.xx.2019-cu il tarixdə salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsindəəmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarıüçün dərəcələri təyin edilmir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 2/4044 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur. İş materiallarında olan sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə verilmiş AB 237067 seriyalı “BC” kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2020-ci il tarixə kimi etibarlıdır. İş materiallarında olan Abşeron RPİ-nin DYPŞ-nin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin mərkəzləşdirilmiş bazasının məlumatına əsasən xx.xx.1973-cü il təvəllüdlü, ünvan 1ində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə “BC” dərəcəli AB N 237067 nömrəli sürücülük vəsiqəsi verilmiş və bu günədək sürücülük hüququ məhdudlaşdırılmamışdır. İş materiallarında olan nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin və etibarnamənin surətlərindən görünür ki, “Mercedes Benz” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü il tarixdə verilmiş AC seriyalı 171421 №-li qeydiyyat şəhadətnaməsinə əsasən X30 məxsus olmaqla xx.xx.2019-cu il tarixdə verilmiş ƏN-Vİ seriyalı 708659 №-li etibarnamə əsasında idarə edilməsi xx.xx.2020-ci il tarixədək Təqsirləndirilən şəxs etibar edilmişdir. İş materiallarında olan “X50” şirkəti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən “Mercedes-Benz" markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 11445 manat həcmində ziyan dəymişdir. İş materiallarında olan “ATX” firması tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən “Hyundai İX-35" markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilə 12509 manat həcmində ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş Elmi-Tədqiqat travmatologiya və ortopediya institunun xx.xx.2019-cu il tarixli arayışından görünür ki, X2 mil sümüyünün yerdəyişən sınığı, alın nahiyəsinin sol hissəsinin, alın nahiyəsinin sıyrılmış yarası, sol baldırının yumşaq toxumasının əzilməsi və hematoması diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə olunmuş Mediland hospital tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli epikrizdən görünür ki, 2 gün öncə travma almış X20 Dövlət Xəstəxanasında ilkin yardım almış, daha sonra radius sümüyü diafiz qırığı şikayət ilə Mediland hospital klinikasında sümük qırığı osteosintez əməliyyatı keçirmişdir. İş materiallarına əlavə olunmuş Mediland hospital tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X20 tərəfindən cərrahi əməliyyat xidmətinə görə 1950 manat vəsait ödənilmişdir. İş materiallarına əlavə olunmuş Baku Clinic tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X20 xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019cu il və xx.xx.2019-cu il tarixlərində laborator və diaqnostik müayinələrdən keçmiş və 443 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək və bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdiyi qənaətinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli olmaları tam sübuta yetirmişdir. Belə ki, o, xx.xx.2019-cu ildə tarixdə saat 13 radələrində «BC» dərəcəli sürücülük vəsiqəsi və ayıq vəziyyətdə özünə məxsus idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes-Benz” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisindən keçən Novxanı-Mehdiabad avtomobil yolunda Mehdiabad qəsəbəsi istiqamətində 85 km saat/sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və 80 km/saata qədər məhdudlaşdırılmış yolda 3.24 “maksimum sürətin məhdudlaşdırılması" yol nişanının tələblərinə əməl etməli olduğu halda qanunun bu tələblərinə əməl etməyərək avtomobili 85 km/saat sürətlə idarə etməklə idarə etməni itirərək qarşı tərəfdə sol dönmə əməliyyatını etmək üçün yolun sol zolağında qırıq-qırıq xəttə çatıb dayanarkən qarşıda dayanmış Zərərçəkmiş şəxs2 idarə etdiyi “Merceds- Benz” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ tərəfindən vurmuş və zərbədən həmin avtomobil əks yolda Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan X16 idarə etdiyi “Hundai Tucson” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına qəfil çıxaraq qarşı-qarşıya toqquşmuş və nəticədə ehtiyatsızlıqdan “Hyundai Tucson” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 körpücük nahiyəsinin qançırı, döş qəfəsinin yumşaq toxumalarının əzilməsi kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən və həmin avtomobildə sərnişin qismində olan X1 mil sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığı, alın nahiyəsinin sol hissəsinin, alın nahiyəsinin orta hissəsinin və sağ saidin aşağı 1/3-nin arxa səthinin sıyrıqları, sağəlin arxa səthinin, sol budun aşağı 1/3-nin bayır səthinin və sol baldırın orta 1/3-nin bayır səthinin qançırları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, “Merceds-Benz” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 sol bazunun yuxarı 1/3-nin iç səthinin və sol diz oynağı nahiyəsinin ön səthinin sıyrıqları, sağ budun yuxarı 1/3-nin ön səthinin qançırı kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmayan və həmin avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs3 Əbil oğlunun sağ gözün ağlı qişasına geniş sahəli qansızma ilə müşayiət olunan sağ gözətrafı yumşaq toxumaların qançır-şişkinlik halında əzilməsi, sağ göz almasının kontuziyası (əziyi), qarın nahiyəsinin sağ yarısının qançırından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, habelə, avtomobillərin toqquşması nəticəsində Zərərçəkmiş şəxs2 məxsus “Merceds-Benz” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 11445 (on bir min dörd yüz qırx beş) manat və X12 məxsus “Hundai Tucson” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilə 12509 (on iki min beş yüz doqquz) manat maddi zərər dəyməsinə səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluğun olmasına və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olmasına, 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 80 km/saata qədər məhdudlaşdırılmış yolda onun 85 km/saat sürətlə hərəkət etdirməklə onun hərəkətlərində Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluğun olmasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinin xx.xx.2019-cu il tarixli, 14690 nömrəli rəyi məhkəmə tərəfindən sübüt növü kimi qəbul edilir. Belə ki, qeyd olunan rəyin əsasını təşkil edən məlumatlar, təqsirləndirilən şəxsin iş üzrə heç bir əsası olmayan ifadəsi istisna olmaqla, bütün digər bir-birinə uyğun gələn və biri-digərini tamamlayan sübutların məcmusu təşkil etmiş və ona görə həmin sübut öz mənsubiyyətinə, mümkünlüyünə və mötəbərliyinə görə heç bir şübhə yaratmır. Digər tərəfdən, məhkəmə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 vəsatəti əsasında keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 08/28 saylı yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyinə qiymət verərkən belə nəticəyə gəlir ki, həmin rəy Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 hadisə üzrə qurduğu mexanizm və şəxsi mülahizəsi əsasında verildiyi üçün sübut növü kimi qəbul edilə bilməz. Belə ki, ibtidai istintaq zamanı təyin edilmiş yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası zamanı ekspertin istinad etdiyi ibtidai istintaq zamanı müəyyən edilmiş hallar, yəni hadisə yerinə baxış protokolu, müvafiq fotoşəkillər, sxem, zərərçəkmiş şəxslərin ifadələri və digər sənədlər sonradan məhkəmə istintaqı zamanı bir daha təsdiq olunmuş, lakin sonrakı ekspertizanın istinad etdiyi hallar təqsirləndirilən şəxsin ifadəsindən başqa heç cür öz təsdiqini tapmamışdır. Ona görə də həmin ekspert rəyi məhkəmə tərəfindən qeyri - mötəbər hesab edilməklə sübut növü kimi qəbul edilmir, Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilməməsi, hadisəni işin təsdiq olunmuş hallarına zidd şəkildə təsvir etməklə və əsası olmayan fərziyələr irəli sürməklə məhkəmə istintaqını yayındırmaq cəhdləri isə məsuliyyətdən boyun qaçırmaq məqsədini güdən, özünü müdafiə xarakteri daşıyan qeyri səmimiliyi kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə hazırki cinayət işi üzrə ittiham hökmü çıxarılmaqla təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilməli və həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilməməsi barədə göstərdikləri iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş bir-biri ilə uzlaşan sübutların məcmusu ilə tam təkzib olunduğundan məhkəmə tərəfindən qeyrisəmimi və özünümüdafiə xarakter daşıyan ifadə kimi qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə X37 Məhkəməsinin xx xxxx 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 №-li qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsiilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. X38 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. X38 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx.xx.2004-cu il tarixli, 2 saylı Qərarının 10-cu bəndində göstərilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluq barədə xx.xx.2019-cu il tarixli arayışdan (tələbnamədən), Beyləqan rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmündən və Beyləqan rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Beyləqan rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 200 saat müddətinə ictimai işlər cəzasına məhkum edilmiş və o, Beyləqan rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü üzrə təyin olunmuş cəzanı xx.xx.2017-ci il tarixdə çəkib başa çatdırdığı üçün xx.xx.2007-ci il tarixdə Beyləqan rayon İcra və Probasiya şöbəsinin qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Beyləqan rayon İHB-nın Aşağı Çəmənli kənd İnzibati-ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 205 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri, yəni anası X7, həyat yoldaşı X14, oğlu X10, X15, oğlu X21 və xx.xx.2010-cu il təvəllüdlü X26 ilə birgə ünvan 1ində yaşayır, Qarabağ müharibəsi veteranıdır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, müharibə veteranı olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, yəni bu cinayətin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydarı əleyhinə olan ehtiyatsızlıqdan törədilmiş böyük ictimai təhlükə törətməyən cinayət olmasını, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb hesab edir ki, ona təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ədalətli olmaqla cəzanın məqsədlərinə uyğundur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşmateriallarındangörünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həbsdə olmamış və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, məhkəmədə də həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 14690 nömrəli rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 109 (yüz doqquz) manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzi (VÖEN **********, hesab AZ34CTRE********************). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 08/28 nömrəli rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 109 (yüz doqquz) manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzi (VÖEN **********, hesab AZ34CTRE********************). Azərbaycan Respublikasının CPM-nin 197.1.4,198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 318 (üç yüz on səkkiz) manat olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. HökmünicrasıAzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X44 və Beyləqan rayon İcra və Probasiya Şöbəsinə həvaləolunmalıdır. Məhkəmə mülki iddialarla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki iddia ərizələrindən görünür ki, mülki iddiaçı Zərərçəkmiş şəxs2 təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs onun əmlakına vurulmuş 11445 manat miqdarında maddi ziyanın, 8000 manat məbləğində mənəvi ziyanın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, mülki iddiaçı Zərərçəkmiş şəxs3 Əbil oğlu cavabdeh Təqsirləndirilən şəxs ona vurulmuş mənəvi zərərə görə 10000(on min) manat məbləğində mənəvi ziyanın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, mülki iddiaçı X19 cavabdeh Təqsirləndirilən şəxs 12509 manat maddi ziyanın, mülki iddiaçı X20 cavabdeh Təqsirləndirilən şəxs 15000 manat maddi ziyanın və 5000 manat mənəvi ziyanın ödənilməsini xahiş etmişlər. Məhkəmə mülki iddiaları və təqdim olunan sübutları nəzərdən keçirib müvafiq hüquq normalarına əsaslanıb belə qənaətə gəlir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, X11, X8 cavabdeh Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi və mənəvi ziyanın Zərərçəkmiş şəxs3 Əbil oğlunun mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iddiaları qismən təmin edilməlidir. Məhkəmə mülki iddiaları qismən təmin edərkən aşağıdakı hüquq normalarına istinad edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 183.1 və 183.2-ci maddələrinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (AR Mülki Məcəlləsinin 1096.1, 1096.2 və 1097.1-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarının 7-ci bəndinə əsasən, məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Məhkəmə mülki iddiatələbinin mənəvi zərərə görə cavabdehdən müəyyən məbləğin tutulması üzrə qeyd edir ki,iddiaçılar Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Əbil oğluna və X12, X13 cavabdeh Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərər nəticəsində iddiaçıların psixoloji əzab və mənəvi sarsıntı keçirməsi ilə bağlı dəlilləri qismən əsaslı hesab olunmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, tələb olunan mənəvi zərərin məbləği iddiaçılar tərəfindən həddən artıq yüksək göstərilmişdir. Məhkəmə, işin hallarını, hüquq pozuntusunun tanındığını və buna görə müəyyən edilən kompensasiyanın məbləğini nəzərə alaraq, cavabdeh Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 xeyrinə 1000 manat, Zərərçəkmiş şəxs3 Əbil oğlunun xeyrinə 200 manat və X11 və X8 hər birinin xeyrinə 1000 manat mənəvi ziyanın tutulmasını ədalətli və ağlabatan hesab edir. Beləliklə, məhkəmə mülki iddia tələbləri üzrə belə nəticəyə gəlir ki, iş üzrə zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs2 cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi ziyanın tələbinə dair mülki iddiası qismən təmin edilməklə təqsirləndirilən şəxs-cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə 11 445 manat maddi ziyan, 1000 manat mənəvi ziyan, 31 manat məbləğində ödənilmiş dövlət rüsumu, zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs3 Əbil oğlunun cavabdeh Təqsirləndirilən şəxs qarşı mənəvi ziyan tələbinə dair mülki iddiası qismən təmin edilməklə təqsirləndirilən şəxs-cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə 200 manat mənəvi ziyan, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, zərərçəkmiş şəxs - mülki iddiaçı X8 cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi ziyanın tələbinə dair mülki iddiası qismən təmin edilməklə təqsirləndirilən şəxs-cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə 2393 manat maddi ziyan, 1000 manat mənəvi ziyan, 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu zərərçəkmiş şəxs - mülki iddiaçı X11 cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iddiası qismən təmin edilməklə təqsirləndirilən şəxs-cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə 12 509 maddi ziyan, 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, iş üzrə zərərçəkmiş şəxslərmülki iddiaçılar Zərərçəkmiş şəxs2 tərəfindən 30 manat, Zərərçəkmiş şəxs3 Əbil oğlu tərəfindən 30 manat, X19 tərəfindən 30.40 manat və X20 tərəfindən 30.40 manat dövlət rüsumları ödənilmişdir. Məhkəmə həmçinin ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi iddia tələbi qismən təmin edildiyi üçün məhkəmə xərclərinə aid edilən iş üzrə zərərçəkmiş şəxslər- mülki iddiaçılar Zərərçəkmiş şəxs2 tərəfindən 30 manat, Zərərçəkmiş şəxs3 Əbil oğlu tərəfindən 30 manat, X19 tərəfindən 30.40 manat və X20 tərəfindən 30.40 manat dövlət rüsumları cavabdeh Təqsirləndirilən şəxs tutulub iddiaçı Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Əbil oğluna, X19 və X13 ödənilməlidir. Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs3 Əbil oğlunun və Zərərçəkmiş şəxs2 iddianın təmin tədbiri barədə ərizəsi əsasında Təqsirləndirilən şəxs mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0.03 ha torpaq sahəsi, ünvan 1i ünvanında yerləşən 1.84 ha 2 nəfər ümumi birgə kənd təssərüfatı təyinatlı torpaq sahəsi, ünvan 1i ünvanında yerləşən 0.012 ha sənaye, nəqliyyat və diıgər həyətyanı torpaq sahəsi, ünvan 1i ünvanında yerləşən 0.64 ha həyətyanı torpaq sahəsi, ünvan 1i ünvanında yerləşən 1,8416 ha həyətyanı torpaq sahəsiüzərində həbs qoyulmuşdur. Beləliklə, məhkəmə mülki iddia tələbləri üzrə belə nəticəyə gəlir ki, iş üzrə zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs2 cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi ziyanın tələbinə dair mülki iddiası qismən təmin edilməklə təqsirləndirilən şəxs-cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə 11 445 manat maddi ziyan, 1000 manat mənəvi ziyan, 31 manat məbləğində ödənilmiş dövlət rüsumu, zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs3 Əbil oğlunun cavabdeh Təqsirləndirilən şəxs qarşı mənəvi ziyan tələbinə dair mülki iddiası qismən təmin edilməklə təqsirləndirilən şəxs-cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə 200 manat mənəvi ziyan, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, zərərçəkmiş şəxs - mülki iddiaçı X8 cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi ziyanın tələbinə dair mülki iddiası qismən təmin edilməklə təqsirləndirilən şəxs-cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə 2393 manat maddi ziyan, 1000 manat mənəvi ziyan, 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu zərərçəkmiş şəxs - mülki iddiaçı X11 cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iddiası qismən təmin edilməklə təqsirləndirilən şəxs-cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə 12 509 manat maddi ziyan, 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, AzərbaycanRespublikasıCinayət-ProsessualMəcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-cimaddələrinirəhbərtutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxsAzərbaycanRespublikasınınCinayətMəcəlləsinin263.1-ci maddəsiilətəqsirlibilinib 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 10 (on) ay müddətə azadlıqdanməhrumetməcəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdanməhrumetməcəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. İşüzrəümumi dəyəri318 (üç yüz on səkkiz) manatekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentlyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmünicrası öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Baş Dövlət X46 və Beyləqan rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Əbil oğlunun və X11, X8 cavabdeh Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iddiaları qismən təmin edilsin. İş üzrə zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs2 cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi ziyanın tələbinə dair mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs-cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə 11 445 manat maddi ziyan, 1000 manat mənəvi ziyan, 31 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. İş üzrə zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs3 Əbil oğlunun cavabdeh Təqsirləndirilən şəxs qarşı mənəvi ziyan tələbinə dair mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs-cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə 200 manat mənəvi ziyan, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. İşüzrəərərçəkmiş şəxs - mülki iddiaçı X8 cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi ziyanın tələbinə dair mülki iddiası qismən təmin edilsin Təqsirləndirilən şəxscavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə 2393 manat maddi ziyan, 1000 manat mənəvi ziyan, 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. İşüzrə zərərçəkmiş şəxs - mülki iddiaçı X11 cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi ziyanın tələbinə dair mülki iddiası qismən təmin edilməklə təqsirləndirilən şəxs-cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə 12 509 manat maddi ziyan, 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və protesti verilmədiyi təqdirdə qeyd olunan müddətin başa çatmasından sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar