Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-68/2022 31.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi oğlunun iştirakı ilə, xx xxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2amış, Sumqayıt Apellyasiya Məhkəməsinin 09.03.2022-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 17.11.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.3- 1, 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, CM-in 66.2, 68.3, 68.3.1-ci maddələrinə əsasən təyin edilmiş 02 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Abşeron Rayon Məhkəməsinin 14.01.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmuş, 02.02.2022-ci il tarixdən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İttiham aktına əsasən Təqsirləndirilən şəxs əvvəllər oğurluq cinayəti törətdiyinə görə barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.3-1 və 326.2-ci maddələri ilə olan təqsirləndirilməsinə dair cinayət işi baxılma mərhələsində olduğu halda təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 dekabr 2020-ci il tarixdə, saat 15:47 radələrində, ünvan 4 ünvanında fəaliyyət göstərən “Diamed” Xəstəxanasına, sonra isə həmin xəstəxananın əməkdaşları üçün nəzərdə tutulmuş paltar dəyişmə otağına açıq qalmış qapısından qanunsuz daxil olmaqla, həmin otaqda stolun üstündə olan xəstəxananın xadiməsi Zərərçəkmiş şəxs məxsus əl çantasının içərisindən 06 (altı) manat dəyərində pul kisəsini, həmin pul kisəsinin içərisində olan 32 manat pulu, Zərərçəkmiş şəxs məxsus mühüm sənəd olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsi və "xxxx" ASC-yə məxsus 416973******8113 nömrəli “BirKart” ödəniş kartını gizli olaraq talayıb oğurladıqdan sonra həmin gün "xxxx" ASCyə məxsus 416973******8113 nömrəli “BirKart” ödəniş kartın elektron məlumat daşıcıyısına daxil edib ödəniş etməklə vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhər, Nərimanov rayonu, Həsən Əliyev küçəsində 80 ünvanında fəaliyyət göstərən “Rahat” marketdən 17.12.2020-ci il tarixdə saat 16:19-da 14 manat 32 qəpik və saat 16:20-də 37 manat dəyərində müxtəlif ərzaq məhsulları, ünvan 6 ünvanında fəaliyyət göstərən “Mega Store” super marketdə 17.12.2020-ci il tarixdə saat 16:28-də 32 manat və saat 16:29-da 34 manat dəyərində müxtəlif ərzaq məhsulları, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 7 ünvanında fəaliyyət göstərən “Araz” marketdə 17.12.2020-ci il tarixdə saat 17:00-də 1 manat 59 qəpik dəyərində müxtəlif ərzaq məhsulları, ünvan 8 ünvanında fəaliyyət göstərən “Bizim Market” mağazasının içərisində yerləşən “Novas Home” mağazasında 17.12.2020-ci il tarixdə saat 17:28-də 14 manat 40 qəpik, saat 17:50-də 1 manat 97 qəpik, saat 17:59-da 58 manat 79 qəpik, saat 18:01-də 55 manat 23 qəpik, saat 18:05-də 3 manat 70 qəpik dəyərində müxtəlif ərzaq məhsulları alıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təkrarən binaya qanunsuz daxil olmaqla, elektron məlumat daşıyıcısından istifadə etməklə ümumilikdə 291 manat məbləğində əmlakını, habelə zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsini və 416973******8113 nömrəli “BirKart” ödəniş kartını talamışdır. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 17 dekabr 2020ci il tarixdə saat 15 radələrində əvvəllər narkotik vasitə aludəçisi olduğundan verilən rəsmi resept əsasında Metadon dərman preparatı qəbul etmək üçün qeydiyyatda olduğu Bakı şəhər, Nəsimi rayonu ərazisində yerləşən 1 saylı X10 getmişdir. Orada dərmanı qəbul etdikdən sonra o, piyada Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi ilə Atatürk prospekti istiqamətində hərəkət etmişdir. Yol ilə hərəkət edərkən o, əvvəllər də xəstəxanalardan oğurluq etdiyi üçün pulu qutardığından oğurluq etmək məqsədi ilə Nərimanov rayonu, X8 yerləşən “Baku” klinikasına daxil olmuşdur. Orada mərtəbələri gəzərkən dəhlizdə otaqlardan birinin qapısının açıq olduğunu, içəridə heç kəs olmadığını və stolun üzərində əl çantasının olduğunu görmüşdür. Çantanın ağzı açıq olduğundan o, tez bir zamanda otağa daxil olaraq əl çantasının içərisində pul kisəsini götürərək həmin mərtəbənin sanitar otağına daxil olmuşdur. Sanitar otağında pul kisəsinin içərisinə baxdıqda içərisində «Kapital Bank” ASC-yə məxsus Bir Kart, şəxsiyyət vəsiqəsi, 30 manat kağız pul və təxminən 2 manatlıq qəpikləri olduğunu görmüşdür. O, pul kisəsini şəxsiyyət vəsiqəsi ilə birlikdə otaqdakı şkafın üzərinə qoymuş, daha sonra klinikanı tərk edərək Həsən Əliyev küçəsində yerləşən “Rahat Market”-ə daxil olub oradan alışveriş edib Bir bank kartını satıcıya təqdim edib həmin kart vasitəsi ilə təmassız ödəniş formasında ümumilikdə 51 manat 32 qəpik ödəməklə alış-veriş etmişdir. Oradan isə çıxaraq piyada həmin küçədə yerləşən “Megastore” mağazasına daxil olub oradan da ərzaq məhsulları alıb həmin kartla ümumilikdə 66 manat ödəmişdir. Bundan sonra o həmin marketdən çıxıb yaşadığı Abşeron rayonuna gəlmiş və Xırdalan şəhərində xatırlamadığı “Araz” marketdən həmin kart vasitəsi ilə 1 manat 59 qəpik ödəniş edib özünə siqaret almışdır. Daha sonra o, Xırdalan şəhəri, Heydər Əliyev parkının yanında yerləşən “Bizim market” mağazasına daxil olub orada özü və ailəsi üçün həmin kartdan fərqli dəqiqələrdə hissə-hissə olmaqla ümumilikdə 134 manat 09 qəpik ödəniş etməklə ərzaq, siqaret və digər əşyalar almışdır. Bundan sonra isə yaşadığı ünvana getmişdir. Ümumilikdə həmin kartdan 253 manat alış-veriş etməklə pul xərcləmiş, sonradan həmin kartı xatırlamadığı yerə atmışdır. Həmçinin o digər oğurladığı 32 manat pullara da müxtəlif əşyalar almışdır. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırkı “Diamed” əvvəlki, “Bakı Klinika”-da xadimə işləyir. 17 dekabr 2020-ci il tarixdə saat 08 radələrində o, işlədiyi klinikaya gəlmişdir. Klinikaya gəldikdən sonra paltar dəyişmə otağıma daxil olmuş və əynini dəyişib çantanı paltarlarında bir yerdə özünə aid olan dolaba qoymuşdur. O, həmin dolabın qapısını açarla bağlasa da, açarı açar yuvasında saxlamışdır. Həmçinin həmin otağa ondan başqa şəxs daxil olmadığından o paltar dəyişmə otağının qapısını açıq qoymuşdur. Həmin gün o, saat 18 radələrində evə getmək üçün əynini dəyişərkən paltar dəyişmə otağında yerləşən dolabda saxladığı ona məxsus olan əl çantasının ağzının açıq olduğunu görmüşdür. Çantaya baxanda içərisində 30 manat kağız pulun, 2 manatlıq qəpik pulların, "xxxx" ASC-ə məxsus «Birkart» plastik kartının və şəxsiyyət vəsiqəsinin çantasında olmadığını müəyyən etmişdir. O, həmin vaxt kiminsə otağa daxil olduğunu başa düşüb bu barədə klinikanın rəhbərliyinə müraciət etmiş və video müşahidə kameralarına baxılarkən bir nəfər əynində gödəkcə, başında papaq olan şəxsin paltar dəyişmə otağına daxil olması, oradan çıxıb kişi sanitar qovşağına daxil olması və oradan çıxıb klinikanı tərk etməsi müəyyən olunmuşdur. Bundan sonra o, kişi sanitar qovşağından özünə məxsus oğurlanmış pul kisəsini tapmış və içərisinə baxdıqda şəxsiyyət vəsiqəsini müəyyən etmişdir. Lakin əvvəl də dediyi kimi, 2 manat qəpiklərdən və 30 manat kağız puldan ibarət olmaqla 32 manat pul və «Birkart» plastik kartını tapa bilməmişdir. O, həmin vaxt naməlum şəxs pul kisəsini və şəxsiyyət vəsiqəsini götürmədən, 32 manat pulu və «Birkart» plastik kartını oğurladığını başa düşmüşdür. Bir qədər sonra onun istifadəsində olan mobil telefona «Birkart» plastik kartımdan marketlərdən alış-veriş edilməsi barədə sms-lər gəlməyə başlamışdır. Bu səbəbdən o, həmin günün səhəri kartı blok etdirib yenisi ilə əvəz etmişdir. 200 manat dəymiş ziyandan ödənilmişdir. Qalan məbləğin ödənilməsini tələb edir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyan ödənilmədiyinə görə Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Baxış keçirilməsi haqqında 18 dekabr 2020-ci il tarixli protokolda görünür ki, 1 ədəd “Video” adlı videofayl vardır. Həmin “Video” adlı videofayla baxış keçirilərkən videogörüntülərdə 17.12.2020-ci il tarixdə saat 15:56-da bir nəfər şəxsin koridorda gəzməsi, bir neçə saniyə sonra koridorun sonunda olan otağın qarşısında dayanıb sonradan içəri daxil olması, daha sonra yenidən çıxaraq koridoru tərk etməsi kadrları əks olunmuşdur. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsi maddi sübut kimi tanınaraq, saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 08.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan növündə qətmkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin 14.01.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə barəsində axtarış elan edilərək, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş və iş üzrə icraat dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması barədə 02.02.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02.02.2022-ci il tarixdə tutularaq, Abşeron Rayon Məhkəməsinə təhvil verilmiş və məhkəmə tərəfindən cinayət işi üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 26.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 12.02.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 225.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin 24.04.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1, 67.1-ci maddələri ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 02.06.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 21.02.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 170.1, 177.2.1, 177.2.3, 177.2.4 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş məhkum edilmiş və 27.11.2019-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 17.11.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.3-1, 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, CM-in 66.2, 68.3, 68.3.1-ci maddələrinə əsasən 02 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 09.03.2022-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 17.11.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs оğluna Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.3-1, 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, CM-in 66.2, 68.3, 68.3.1-ci maddələrinə əsasən təyin edilmiş 02 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Cəzanın əvvəli 09.03.2022-ci il tarixdən hesablanmışdır. Doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, 09.06.2011-ci il təvəllüdlü X1 Anar Akif оğlunun himayəsindədir. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında Azərbaycan Respublikası Baş Prokurorluğun “X6” 107.15-ci bəndinə əsasən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin xaric edilməsini və dövlət ittihamının müdafiəsini Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.3- 1 və 326.2-ci maddələri ilə davam etdirilməklə, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib, cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Aşağıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1 və 326.2-ci maddələrilə elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi xaric edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs 02.10.2020-ci il tarixdə binaya qanunsuz daxil olmaqla, elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, digər şəxsi niyyətlə vətəndaşın şəxsiyyət vəsiqəsini və digər mühüm sənədini talamaqla oğurluq cinayəti törətmişdir. Törədilmiş cinayət əməlinə görə ********* nömrəli cinayət işinin istintaqı Abşeron RPİ-nin istintaq şöbəsi tərəfindən yekunlaşdırılaraq baxılması üçün ittiham aktı ilə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Həmin cinayət əməlinə görə Abşeron Rayon Məhkəməsinin 17.11.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.3-1, 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, CM-in 66.2, 68.3, 68.3.1-ci maddələrinə əsasən 02 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 09.03.2022-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 17.11.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.3-1, 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, CM-in 66.2, 68.3, 68.3.1-ci maddələrinə əsasən təyin edilmiş 02 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 17.12.2020-ci il tarixdə təkrarən binaya qanunsuz daxil olmaqla, elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, digər şəxsi niyyətlə vətəndaşın şəxsiyyət vəsiqəsini və digər mühüm sənədini talamaqla oğurluq cinayəti törətmişdir. Həmin cinayət əməlinə görə ********* nömrəli cinayət işi hal-hazırda Abşeron Rayon Məhkəməsinin icraatındadır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.3-1 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin Abşeron Rayon Məhkəməsinin icraatında baxılmasını və iş üzrə hökm çıxarılmamasını əsas tutaraq hazırkı iş üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə (təkrar törədildikdə) ittiham elan edilmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, cinayət qanunvericiliyinin ədalət prinsipinin tərkib hissəsi olan heç kəsin eyni bir cinayətə görə təkrarən məsuliyyətə cəlb edilməsinin yolverilməzliyi Konstitusiyanın 64-cü maddəsindən irəli gəlir. Konstitusiyanın həmin maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Hüququn hamılıqla qəbul edilmiş non bis in idem prinsipini ifadə edən bu konstitusiya normasının mənasına görə əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxsin həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir. Bu o deməkdir ki, bir şəxs eyni cinayətə görə təkrar olaraq cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilməz. Həmin hüquq öz konstitusiya-hüquqi təbiəti baxımından məhdudlaşdırıla bilməz və mahiyyəti etibarilə həm qanunvericiyə, həm də təqsirkar şəxsi cinayət məsuliyyətinə cəlb edən və ona cəzanın növünü və həddini müəyyən edən hüquq tətbiq edicilərə istiqamətlənmişdir. İki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq aktlarında da əksini tapmışdır. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinə əsasən heç kəs hər hansı bir ölkənin qanununa və cinayət-prosessual hüququna müvafiq olaraq artıq məhkum edildiyi və ya bəraət aldığı cinayətə görə təkrarən məhkum edilə və ya cəzalandırıla bilməz. Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsinə görə isə heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət-prosessual normalarına müvafiq olaraq, artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. Şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı, şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işi başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. (Cinayət-Prosessual Məcəlləsinin 39.1.6 və 39.1.7-ci maddələri) Qanunvericilik normalarından göründüyü kimi, non bis in idem prinsipi törədilmiş cinayət əməli və onu törədən şəxs barədə məhkəmənin yekun bəraətverici və ya ittihamedici hökmü olduqda, eyni zamanda cinayət işinin başlanmasından imtina edildikdə və ya cinayət təqibinin istənilən mərhələsində cinayət işinə xitam verildikdə, həmin ittiham əsasında gələcəkdə cinayət təqibini istisna edir. Həmçinin bu prinsip, şəxs törətdiyi cinayət əməlinə görə məhkəmənin hökmü ilə müəyyən olunmuş cəzanı çəkdikdən sonra, məhkəmənin işə baxarkən buraxdığı səhvi olduqda belə, ona həmin təqsirli əməlinə görə yenidən əlavə cəzanın təyin edilməsini istisna edir. Çünki, təqsirli şəxs tərəfindən ona təyin edilən cəza tam çəkildikdə və ya şəxs cəzanı çəkməkdən azad olunduqda ona təyin olunmuş cəza ödənilmiş sayılır. Bu səbəbdən də, dövlət təqsirli şəxsə qarşı cinayət təqibini qeyri-müəyyən vaxt həcmində davam etdirə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinin şərh edilməsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müraciətinə dair 4 mart 2013-cü il qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxs tərəfindən hökm çıxarılmazdan əvvəl həmin Məcəllənin 177-185-ci maddələrində göstərilən cinayətlərin hər hansı birinin törədilməsi bu cinayətlərin təkrar törədilməsini yaratmır. Avropa Məhkəməsinin X7 Federasiyasına qarşı iş üzrə 07 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsində istifadə edilən “məhkum etmə” və “cəzalandırma” ifadələri şəxsin təkrar məhkum edilməsi ilə yanaşı, ikiqat cəzalandırılmasının da qadağan edildiyini göstərir. Əks təqdirdə “cəzalandırıla” sözünün “məhkum edilə” ifadəsinə əlavə olunmasına zərurət olmazdı, çünki bu adi təkrarçılıq kimi görünərdi. Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi hətta şəxs cinayət məsuliyyətinə cəlb olunduğu, lakin iş üzrə ittiham hökmü çıxarılmadığı hallarda da tətbiq olunur. Bununla yanaşı qərarda qeyd edilmişdir ki, Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsinin müddəaları yalnız iki dəfə cəzalandırmanı qadağan etmir, həmçinin şəxsin iki dəfə məhkəmə məsuliyyətinə cəlb olunmasının və ya təkrar mühakimənin yolverilməzliyini nəzərdə tutur. Həmçinin, Avropa Məhkəməsinin Böyük Palatası qeyd etmişdir ki, Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi birinci hüquqpozmanın əsasını təşkil edən eyni faktlara və ya əsas etibarı ilə eyni faktlara əsaslanan ikinci hüquqpozmaya görə şəxsin cinayət təqibini qadağan edən norma kimi təfsir edilməlidir (X7 Federasiyasına qarşı iş üzrə 10 fevral 2009-cu il tarixli qərar). Göründüyü kimi, Təqsirləndirilən şəxs 02.10.2020-ci il tаriхdə törətdiyi oğurluq cinayət əməlinə görə Sumqayıt Apellyasiya Məhkəməsinin 09.03.2022-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 17.11.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.3, 177.2.3-1, 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, CM-in 66.2, 68.3, 68.3.1-ci maddələrinə əsasən təyin edilmiş 02 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs 17.12.2021-ci il tarixdə binaya qanunsuz daxil olmaqla, elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, digər şəxsi niyyətlə vətəndaşın şəxsiyyət vəsiqəsini və digər mühüm sənədini talamaqla oğurluq cinayəti törətməsinə görə CM-in 177.2.2-ci maddəsi ilə (təkrar törədildikdə) cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə verilmiş ittiham ittihamdan xaric edilməli, Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.3-1 və 326.2-ci maddələri ilə barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməlinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 09.06.2011-ci il təvəllüdlü Xədicə Məmmədzadə adlı bir övladı var. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağının olmasını və Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən dəymiş ziyandan qismən olmaqla 200 manat ödəniş etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 09.03.2022-ci il tarixli qərarından əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs oğluna təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 09.03.2022-ci il tarixli qərarı ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 02.02.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsi ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Zərəçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsinin tələb etmək hüququ izah edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə verilmiş ittiham ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Apellyasiya Məhkəməsinin 09.03.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs 02 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 02.02.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsi ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Zərəçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsinin tələb etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-68/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-68/2022
31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver