Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-68/2024 22.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X8 nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx xxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3, 228.1 və 263-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci il tarixdə saat 00:50 radələrində etibarnamə əsasında özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes- Benz C240” markalı Az **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobili “BC001791” seriya nömrəli sürücülük vəsiqəsi əsasında sərxoş vəziyyətdə idarə edib Bakı şəhəri Yasamal rayonu Z.Əhmədbəyov küçəsi ilə Bakıxanov körpüsü istiqamətində yolun sağ hərəkət zolağı ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsini alkoqollu içkinin qəbulu nəticəsində yaranan sərxoşluq halında idarə edərək yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, həmçinin diqqətini daim dəyişən yol şəraitindən, avtomobilin idarə olunmasından ayırmamalı və avtomobilin yolun hərəkət hissəsində dayanıqlı və təhlükəsiz hərəkətini təmin etməklə hadisənin qarşısını almağa real imkanı olduğu halda bunları etmədən özünə güvənərək hərəkətini davam etdirməklə idarə etdiyi avtomobili adı çəkilən küçədə yolun kənarında Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X11 məxsus “Palermo” tipli ikiçıraqlı işıq dirəyinə vuraraq həmin dirəyi zədələyib müəssisəyə 5295 (beş min iki yüz doxsan beş) manat dəyərində ziyan vurmuş və ehtiyatsızlıqdan avtomobilin salonunda sağ qabaq oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs2 sağ ayağın 3-cü, 4-cü daraq sümüklərinin qapalı, az yerdəyişən sınığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 30 noyabr 2022-ci il tarixdə saat 17:00 radələrində Abşeron rayonu Xırdalan şəhəri H.Turabov küçəsində Şahid1 və Şahid2 ilə aralarında yaranmış mübahisə zamanı ictimai yerdə heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, cəmiyyətin üzvlərinin mənafelərinə toxunan, özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verməklə öz şəxsiyyətini digərlərinin şəxsiyyətlərinin fövqündə qoyub əynində olan gödəkçənin döş cibində saxlayıb gəzdirdiyi “Makarov” konstruksiyalı, “PM” modelli 9 mm kalibrli tapançanı çıxarıb Şahid1 və Şahid2 ayaqlarının altına, sonra isə sonuncunun etibarnamə əsasında idarə etdiyi, Zərərçəkmiş şəxs1 məxsus “Toyota Prius” markalı Az **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 6 (altı) dəfə atəş açmaqla həmin avtomobilə arxa sağ hissəsində aşağı son kənarından 338 mm yuxarıda, sağ son kənarından 140 mm solda 1 ədəd 9x9 mm ölçüdə deşib keçən, arxa sağ hissəsində aşağı son kənarından 500 mm yuxarıda, sağ son kənarından 38 mm solda 1 ədəd 9x9 mm ölçüdə deşib keçən, sağ arxa hissəsində aşağı son kənarından 140 mm yuxarıda, sağ son kənarından 35 mm solda 1 ədəd 9x9,5 mm ölçüdə deşib keçən, sağ yan hissəsinin arxasında aşağı son kənarından 550 mm yuxarıda, arxa son kənarından 200 mm öndə 1 ədəd 15x10 mm ölçüdə deşib keçən və sol yan hissəsində arxa son kənarından 35 mm öndə, aşağı son kənarından 594 mm yuxarıda 1 ədəd 35x15 mm ölçüdə sürtünmə zədələri yetirərək 380 (üç yüz səksən) manat dəyərində zərər vurub cinayətkar hərəkətlərini 10 dəqiqə davam etdirməklə həmin ərazidə yerləşən obyektlərin normal iş fəaliyyəti və oradakı xeyli sayda şəxsin rahatlığı və dincliyini pozmaqla qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr ayının ortalarında Abşeron rayonu Xırdalan şəhərində istintaqa məlum olmayan mənbədən texniki cəhətdən saz, atəş üçün yararlı, yivli odlu silah olan 1 (bir) ədəd, nömrəsi silinmiş, keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, “Makarov” konstruksiyalı, “PM” modelli tapançanı, odlu silahın komplekt hissəsi olan 1 (bir) ədəd darağı, “Makarov” (PM), “Steçkin” (APS) konstruksiyalı və “PA-63” modelli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı sayılan və döyüş sursatı hesab edilən 20 (iyirmi) ədəd zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli patronları qanunsuz əldə edib daşıyaraq yaşadığı ünvan 1 ünvanında saxlamış və gəzdirmiş, 30 noyabr 2022-ci il tarixdə saat 17:00 radələrində Abşeron rayonu Xırdalan şəhəri H.Turabov küçəsində törətdiyi xuliqanlıq zamanı üzərində gəzdirdiyi “Makarov” konstruksiyalı tapançadan 6 (altı) dəfə atəş açmaqla 6 (altı) ədəd patrondan istifadə etmiş, 05 dekabr 2022-ci il tarixdə Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yaşadığı həmin ünvana baxış keçirilən zaman özünə aid yataq otağında olan dolabın aşağı gözünün alt hissəsindən həmin 1 (bir) ədəd, nömrəsi silinmiş, 9 mm kalibrli, “Makarov” konstruksiyalı, “PM” modelli tapança və 14 (on dörd) ədəd 9x18 mm kalibrli patronlar, 05 dekabr 2022-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri H.Turabov küçəsinə baxış keçirilən zaman isə tədqiqata təqdim edilmiş həmin 9 mm kalibrli, nömrəsi silinmiş “Makarov” konstruksiyalı “PM” modelli tapançadan atılmış 6 (altı) ədəd giliz polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3, 228.1 və 263-1.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmamışdır. Subaydır, azadlıqda olduğu müddətdə rəsmi olaraq heç bir yerdə işləməmiş, həbs edilənədək ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşamışdır. 07 iyun 2021-ci il tarixdə ünvan 4həri Nəsimi rayon sakini X4 etibarnamə üzrə nümayəndəsi X12 adından onun adına 1 il 4 ay müddətinə verilmiş etibarnamə əsasında göy rəngli “Mercedes-Benz C240” markalı Az **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həmin avtomobili öz adına sənədləşdirməsə də, hər ay 617 manat pul ödədiyi üçün avtomobil onun özünə məxsusdur. Həmin vaxtdan avtomobili 2021-ci ildə aldığı “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etmişdir. 09 sentyabr 2022-ci il tarixdə saat 23:00 radələrində tanışları Səbuhi və Nurəli ilə Abşeron rayonu Xırdalan şəhərində görüşüb kafelərin birinə getmiş və bir neçə bakal spirtli içki pivə içmişlər. Daha sonra ona məxsus avtomobilə minib Bakı şəhərinə getmişlər. Həmin vaxt özü avtomobili idarə etmiş, Səbuhi sağ qabaq oturacaqda, Nurəli isə arxa oturacaqlardan birində əyləşmişdir. Avtomobillə 28 May metro stansiyası tərəflərdə bir qədər gəzdikdən sonra evə qayıtmaq qərarına gəlmişlər. 10 sentyabr 2022-ci il tarixdə saat 00:50 radələrində Yasamal rayonu ərazisində yerləşən Nizami metro stansiyasının qarşısından keçən Z.Əhmədbəyov küçəsi ilə Bakıxanov körpüsü istiqamətində hərəkətdə olarkən idarəetməni itirmiş və avtomobil əvvəlcə yolun sağ kənarında olan maneəyə, sonra isə işıq dirəyinə çırpılmışdır. Zərbənin təsirindən işıq dirəyinin başındakı çıraqlardan biri qarşıda dayanmış “Mercedes-Benz GL” markalı avtomobilin arxa tərəfinə düşüb sıradan çıxmışdır. Daha sonra Səbuhi ona sağ ayağından xəsarət aldığını demişdir. Ətrafda olan şəxslər yaxınlaşıb Səbuhini avtomobildən çıxarmış və Səbuhi oraya çağırılan təcili tibbi yardım avtomobili vasitəsilə “X22” X20 aparılmışdır. Bir qədər sonra oraya gələn Yasamal rayon Polis İdarəsinin əməkdaşları hadisə yerini müayinə etmiş və nəqliyyat vasitəsinə baxış keçirib cərimə meydançasına yerləşdirmişlər. Ardınca o, sərxoşluq vəziyyətinin müayinəsi üçün xəstəxanaya aparılmış, müayinə nəticəsində sərxoş halda olduğu müəyyən edilmişdir. Bundan bir neçə gün sonra isə izahatının alınması üçün polis idarəsinə dəvət olunmuşdur. Bundan başqa 2022-ci ilin noyabr ayının ortalarında yaşadığı evin yaxınlığındakı zibilliyin yanından ötüb keçərkən zibilliyə atılmış sellofan torba diqqətini cəlb etmişdir. Torbanı götürüb açdıqda içərisində 1 ədəd “Makarov” konstruksiyalı tapança, 1 ədəd patron darağı və 20 ədəd patron olduğunu görmüşdür. Tapdığı tapançanı, darağı və patronları özü ilə yaşadığı evə aparıb yataq otağında olan dolabın aşağı gözünün alt hissəsində gizlətmiş və bu barədə ailə üzvlərinə məlumat verməmişdir. Bir müddət əvvəl narkotik vasitələrdən istifadə etməyə başladığından 29 noyabr 2022-ci il tarixdə eşitdiyinə görə narkotik vasitələrin satışı ilə məşğul olan “Kənd Natiq” ləqəbi ilə tanınan şəxsin mobil telefon nömrəsini soruşmaq üçün tanışı Tural ilə əlaqə saxlamışdır. Turaldan həmin şəxsin mobil nömrəsini öyrənib Natiqlə əlaqə saxlamış və narkotik vasitə heroin almaq istədiyini demişdir. Natiq ona narkotik vasitə satmağa razılıq verdiyi üçün həmin gün Natiqlə Xırdalan şəhəri S.Vurğun küçəsində görüşüb şəxsi istifadəsi üçün 6 büküm narkotik vasitə heroin almış, bunun müqabilində Natiqə 3 ədəd 10 manatlıq kağız əskinazlar şəklində 30 manat pul vermişdir. Ancaq əskinazlardan ikisi hazırda dövriyyədə olmayan pul əskinazları olmuşdur. Həmin gün axşam saatlarında Tural mobil telefonuna zəng edib Natiqlə arasındakı pul məsələsinin nədən ibarət olduğunu soruşmuşdur. Turala Natiqdən narkotik vasitə aldığını, maddi vəziyyəti yaxşı olmadığına görə qarşılığında dövriyyədə olmayan pul əskinazları verdiyini demişdir. Tural telefon danışığı zamanı ona Natiqi aldatması ilə bağlı irad bildirmiş, məsələni aydınlaşdırmaq üçün görüşmək istədiyini söyləmişdir. 30 noyabr 2022-ci il tarixdə saat 17:00 radələrində yaşadığı küçədə dayanan zaman Turalın adının Səbuhi olmasını bildiyi şəxsin idarə etdiyi qara rəngli “Toyota Prius” markalı Az **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdiyini görmüşdür. Avtomobilə əyləşib getmək istəyərkən arxa tərəfdən Turalı səsləmişdir. Tural çevrilib baxanda yaxınlaşıb adının Səlcuq olduğunu demiş və onunla hansı mövzuda söhbət etmək istədiyini soruşmuşdur. Tural söhbət etmək üçün avtomobilə əyləşməsini söyləmişdir. Avtomobilin arxa oturacağına əyləşəndə sükan arxasında Səbuhi adlı şəxsin oturduğunu görmüşdür. Tural kobud şəkildə danışmağa başladığından Səbuhidən avtomobili yaşadığı məhəlləyə sürməsini istəmişdir. Səbuhi ona avtomobili dediyi ünvana sürməsi üçün xahiş etməli olduğunu xatırladanda əsəbiləşdiyini qeyd etməklə üzr istəmişdir. Yaşadığı evin qarşısına çatanda Səbuhiyə avtomobili saxlamasını bildirərək gözləmələrini, qısa vaxt ərzində qayıdacağını demişdir. Daha sonra avtomobildən düşüb evə daxil olmuş və təxminən 2 dəqiqə ərzində yataq otağındakı dolabda gizlətdiyi darağı dolu vəziyyətdə tapançaya daxil edərək əynindəki gödəkçənin döş cibində gizlətmişdir. Bundan sonra evdən çıxıb avtomobilin arxa oturacağında əyləşmiş, Tural və Səbuhi söhbəti davam etdirib kobud şəkildə onu başa salmağa çalışmışlar. Onların bu hərəkəti onu daha da qıcıqlandırmışdır. Həmin ərəfədə qardaşı Turan mobil telefonuna zəng edərək ondan haraya getdiyini soruşmuşdur. Qardaşına Tural və Səbuhi ilə məsələni aydınlaşdırmaq məqsədilə Xırdalan şəhəri H.Turabov küçəsi ilə hərəkətdə olduqlarını bildirmiş, Turan isə taksi fəaliyyəti ilə məşğul olan dostu Məmmədhüseynin idarə etdiyi qırmızı rəngli “Opel Astra” markalı avtomobillə arxalarınca gəldiklərini demişdir. Bir neçə dəqiqə sonra Səbuhidən avtomobili saxlamasını tələb etmiş və avtomobildən düşmüşdür. Təxminən 1-2 dəqiqə sonra Turan və Məmmədhüseyn sonuncunun idarə etdiyi avtomobillə oraya gələrək avtomobildən düşüb onlara yaxınlaşmışlar. Bu zaman o, Səbuhi və Turalın danışıqlarına əsəbiləşib üzərindəki tapançanı çıxarıb əvvəlcə Turalın, sonra isə Səbuhinin ayağının altına cəmi 2 dəfə atəş açmışdır. Tural çox qorxduğu üçün avtomobilin sağ yan oturacağına əyləşərək Səbuhiyə səslənib avtomobilə əyləşməsini istəmişdir. Məmmədhüseyn onu sakitləşdirmək üçün qarşısında dayananda Səbuhi “Toyota Prius” markalı avtomobilin sükanı arxasına keçib avtomobili işə salaraq oradan uzaqlaşmağa çalışmışdır. Onları qorxutmaq məqsədilə “Toyota Prius” markalı avtomobilin arxa hissəsinə 4 dəfə atəş açıb avtomobili zədələmişdir. Bundan sonra Məmmədhüseyn və Turan onu sakitləşdirməklə avtomobilə əyləşdirmiş və yaşadığı evə aparmışlar. Evə gəldikdən sonra üzərində olan tapançanın darağını doldurub patronlarla birlikdə dolabın aşağı hissəsinə qoymuşdur. Bundan sonra həmin tapançanı bir daha yerindən götürməmiş və istifadə etməmişdir. 05 dekabr 2022-ci il tarixdə saat 12:00 radələrində yaşadığı evdə olarkən polis əməkdaşları onu saxlayıb qanunsuz olaraq evdə odlu silah və döyüş sursatı saxlaması ilə bağlı məlumat əldə etdiklərini, buna görə də videoçəkilişdən istifadə edilməklə üzərinə və yaşadığı evə baxış keçirməli olduqlarını bildirmişlər. Buna etiraz etmədiyindən yaşadığı ünvana dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Daha sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri ona izah edilmişdir. Baxış keçirilməsinə etirazının olmaması barədə ərizəni imzaladıqdan onun, müdafiəçisinin və adlarını xatırlamadığı polis əməkdaşlarının iştirakları ilə videoçəkilişdən istifadə edilməklə əvvəlcə üzərində şəxsi axtarış keçirilmişdir. Ona üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsi bildirilən zaman üzərində heç bir qanunsuz əşya və ya predmet olmadığını demişdir. Ardınca yaşadığı evin otaqlarına baxış keçirilməsinə başlanmışdır. Baxış zamanı ondan evdə əldə edilməsi, saxlanılması və ya dövriyyəsi qadağan edilmiş əşya olub-olmadığı soruşulmuş, o, yataq otağındakı kiçik dolabın aşağı çəkməcəsində saxladığı 1 ədəd “Makarov” konstruksiyalı tapançanı, həmçinin 1 ədəd patron darağını və darağın içərisindəkilərlə birlikdə 14 ədəd patronu könüllü surətdə təqdim etmişdir. Həmin patronlar bir-bir sayılıb dolabın üzərinə qoyulmuş və aşkar edilmiş tapança, daraq və patronlar zərfdə qablaşdırılıb götürülmüşdür. Şifahi sorğu zamanı tapançanı, darağı və patronları təxminən 10-15 gün əvvəl Xırdalan şəhəri ərazisində zibillikdən tapdığımı və yaşadığım evə gətirib çəkməcədə saxladığımı bildirdim. Mənim iştirakı ilə evin digər otaqlarına baxış keçirilən zaman başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilmədi. Sonra şəxsi axtarış və götürmə və baxış keçirilməsi haqqında protokollar tərtib edilərək ucadan oxundu və o, digər iştirakçılarla birlikdə həmin protokolları düzgün hesab etməklə imzalamışdır. Tapdığı silahı, darağı və patronları polis idarəsinə təhvil vermək istəsə də, həmin dövrdə xəstələndiyi üçün gətirib təhvil verə bilməmişdir. Yaşadığı evdə odlu silah, daraq və patronlar saxlaması barədə nə ailə üzvlərinə, nə də başqa hər hansı şəxsə məlumat verməmişdir. “Kənd Natiq” ləqəbi ilə tanınan Natiq adlı şəxsdən yalnız bir dəfə – 29 noyabr 2022-ci il tarixdə 6 büküm narkotik vasitə almış və həmin narkotik vasitənin hamısını istifadə etmişdir. Bundan başqa heç vaxt Natiqdən narkotik vasitə almamışdır. Həmin şəxsin narkotik vasitə satdığı digər şəxslər barədə heç bir məlumatı olmadığından Natiq adlı şəxsin soyadı, atasının adı, qeydiyyatda olduğu və yaşadığı ünvanları, o cümlədən mobil telefon nömrəsini bilmir. 30 noyabr 2022ci il tarixdə “Makarov” konstruksiyalı odlu silah hesab edilən tapançanı Səbuhi və Turalı qorxutmaq məqsədilə yaşadığı evin yataq otağındakı dolabdan götürüb əynindəki gödəkçənin döş cibinə qoymuş, Tural və Səbuhinin onunla kobud şəkildə danışmaqla onu qıcıqlandırmalarına əsəbiləşdiyi üçün hadisəni törətmişdir. Tapançadan atəş açarkən niyyəti Tural və Səbuhini qorxutmaqdan ibarət olmuş, onların sağlamlıqlarına ağır xəsarət yetirmək, öldürmək və s. bu kimi niyyəti olmamış, atəş açarkən Tural, Səbuhi və “Toyota Prius” markalı avtomobillə arasında təxminən 2-3 metr məsafə olmuş, atəş açmazdan əvvəl silahı onların bədənlərinə deyil, yerə və avtomobilin yük yerinə tuşlamışdır. Hadisə zamanı özündən, Turandan, Turaldan, Səbuhidən və Məmmədhüseyndən başqa heç kim olmamış, oraya kənar şəxslər toplaşmamışdır. Buna görə də hadisəyə başqa heç kim müdaxilə etməmişdir. Hadisə küçənin ortasında baş verdiyi üçün ətrafdan tanımadığı şəxslər keçib getmiş, lakin hadisəni kiminsə görüb-görmədiyini dəqiq bilməmişdir. Hadisə zamanı ətrafa heç bir ziyan dəyməmiş, hadisənin küçədə baş verməsinə baxmayaraq həddindən çox əsəbiləşdiyi üçün buna fikir verməmiş, əməllərinin ətrafdan keçən insanların narahatlığına səbəb ola biləcəyini başa düşsə də, tapançadan atəş açaraq özgənin əmlakını zədələmək kimi hərəkətlərə qərəzli şəkildə, düşüncəsiz davranaraq yol vermiş, sadəcə özünü düşünüb ətrafdakılara biganə qalmışdır. 30 noyabr 2022-ci il tarixdə hadisəni törətdikdən sonra bu barədə heç kimə məlumat verməmişdir. Bundan başqa 10 sentyabr 2022-ci il tarixdə spirtli içki pivə içdikdən sonra bir o qədər də sərxoş halda olduğunu düşünməmiş, özünə güvənib avtomobilin sükanı arxasına keçmiş və nəticədə ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Lakin yol-nəqliyyat hadisəsi nəticəsində heç bir xəsarət almamış, hadisə sərxoş halda olması ilə əlaqədar idarəetməni itirməsi səbəbindən baş vermişdir. İdarə etdiyi “Mercedes-Benz C240” markalı Az **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisəsindən əvvəl texniki cəhətdən tamamilə saz vəziyyətdə olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X8 nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X9 aparıcı hüquq məsləhətçisi vəzifəsində işləyir. Müəssisənin vəzifəsi Bakı şəhəri ərazisində yerləşən bütün küçə və prospektlərin, parkların, tunellərin, binaların fasadlarının işıqlandırılmasını təmin etməkdən ibarətdir. 31 oktyabr 2022-ci il tarixdə ona müəssisənin adından verilmiş etibarnamə ilə qanunla iddiaçıya, cavabdehə, şahidə, zərərçəkmiş şəxsə, üçüncü şəxsə, tələbkara, borcluya, maraqlı şəxsə, ilkin yoxlama üzrə izahatı alınan şəxsə verilmiş bütün hüquqları həyata keçirmək, o cümlədən bütün növ ərizələri, sorğuları, vəsatətləri, şikayətləri, iddia ərizələrini tərtib və təqdim etmək və Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X8 səlahiyyətli şəxsi olaraq imzalanmaq, iddia tələblərindən tam və ya qismən imtina etmək, iddianı təmin etmək, iddia predmetini və ya əsasını dəyişdirmək, barışıq sazişi imzalamaq, məhkəmə iclas protokollarını və digər rəsmi sənədləri imzalamaq, məhkəmə, istintaq və təhqiqat aktlarından şikayət vermək hüquqlarına malik olmaqla Azərbaycan Respublikasının bütün təhqiqat, istintaq, məhkəmə, notariat, Ədliyyə Nazirliyinin bütün İcra və Probasiya, Qeydiyyat şöbələrində, dövlət idarə, müəssisələrində və digər orqanlarda müəssisəyə aid olan işləri aparmaq və təmsil etmək etibar edilmişdir. 22 sentyabr 2022-ci il tarixdə "xxxx" X5 Bakı şəhər Yasamal rayon Polis İdarəsinə ünvanlanmış müraciətlə tanışdır. 10 sentyabr 2022-ci il tarixdə gecə saatlarında sonradan adının Təqsirləndirilən şəxs olmasını bildiyi sürücünün idarə etdiyi “Mercedes” markalı Az **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Yasamal rayonu Z.Əhmədbəyov küçəsində törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində həmin küçədə quraşdırılmış "xxxx" X11 məxsus 1 ədəd “Palermo” tipli 2 çıraqlı işıq dirəyi sıradan çıxmış və nəticədə müəssisəyə 5295 manat dəyərində maddi ziyan dəymişdir. Hadisədən sonra müəssisənin əməkdaşları tərəfindən akt tərtib edilmiş, ziyan dəymiş işıq dirəyinin fotoşəkilləri həmin akta əlavə olunmaqla Bakı şəhər Yasamal rayon Polis İdarəsinə göndərilmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və ailə üzvlərini əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. 2022-ci ilin may ayında nəvəsi Şahid4 X2yn qaydada sifariş edib gətirtdiyi qara rəngli “Toyota Prius” markalı Az **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobili onun adına sənədləşdirmək istədiyini bildirmişdir. Nəvəsinə çox etibar etdiyinə görə buna etiraz etməmişdir. Bu səbəbdən 06 may 2022-ci il tarixdə sözügedən avtomobil onun adına sənədləşdirilmişdir. Nəvəsi Tuqay rəsmi olaraq heç bir yerdə işləmədiyindən gündəlik xərclərini qarşılamaq məqsədilə 2022-ci ilin noyabr ayının əvvəlində ona avtomobili 24 manat pul müqabilində icarəyə verməklə bağlı Şahid2 ilə razılaşdığını demiş və onlayn qaydada etibarnamə verməsini xahiş etmişdir. Buna görə də o, 04 noyabr 2022ci il tarixdə Tuqayın internet vasitəsilə daxil olduğu “Elektron notariat” sisteminə öz adından Şahid2 adına etibarnamə vermək istəməsi barədə videomüraciət etmiş və həmin videomüraciət sistem tərəfindən təsdiqlənmişdir. Təxminən 1 ay sonra nəvəsi Tuqay avtomobilin arxa tərəfində güllə zədələrinin olması barədə məlumat vermişdir. Həmçinin o, “Toyota Prius” markalı Az **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsinin və Şahid2 onlayn qaydada verilmiş etibarnamənin surətlərini könüllü surətdə ifadəsinə əlavə etmişdir. İş üzrə təyin edilmiş kompleks məhkəmə-trasoloji və məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2023-cü il tarixli 6-391-9/2995 nömrəli göstərilənlərlə razı deyildir, avtomobilin təmir xərcləri və ehtiyat hissələrinin qiymətlərinə əsasən 03 aprel 2023-cü il tarixli ziyan aktında qeyd edilənlərlə razılaşır, hadisə nəticəsində ona məxsus “Toyota Prius” markalı Az **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə 380 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Həmişə aralarında normal münasibətlər olmuşdur. 09 sentyabr 2022-ci il tarixdə saat 23:00 radələrində Abşeron rayonu Xırdalan şəhəri ərazisində Səlcuqla görüşüb kafelərdən birinə gedərək bir neçə bakal pivə içmişlər. Daha sonra Səlcuqa məxsus olan “Mercedes-Benz C240” markalı Az **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilə minib Bakı şəhərinə getmişlər. Avtomobillə 28 May metro stansiyası tərəflərdə bir qədər gəzdikdən sonra evə qayıtmaq qərarına gəlmişlər. 10 sentyabr 2022-ci il tarixdə saat 00:50 radələrində Nizami metro stansiyasının qarşısından keçərək Bakıxanov körpüsü istiqamətində hərəkətdə olarkən Səlcuq idarəetməni itirmiş və avtomobil yolun sağ kənarında quraşdırılmış işıq dirəyinə çırpılmışdır. Nəticədə o, sağ ayağından xəsarət almışdır. Daha sonra ətrafda olan şəxslər oraya toplaşaraq onu avtomobildən çıxarmış və çağırılan təcili tibbi yardım avtomobili vasitəsilə “X22” X20 yola salmışlar. Mərkəzdə ona həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralrında heç bir münasibət olmamış, sadəcə müxtəlif tanışlarından adını eşitmişdir. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər icarə əsasında idarə etdiyi “Toyota Prius” markalı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırmışdır. Baş vermiş hadisədən təxminən 1 il əvvəl ortaq tanışları vasitəsilə Abşeron rayon sakini Şahid2 ilə tanış olmuş, aralarında münasibət yaranmışdır. 2022-ci ilin noyabr ayının əvvəlində Səbuhi sutkanın gündüz saatlarında özünün, gecə saatlarında isə onun idarə etməsi şərti ilə taksi fəaliyyəti ilə məşğul olmaq üçün Rauf adlı şəxsdən qara rəngli “Toyota Prius” markalı Az **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil icarəyə götürmüşdür. Səbuhi əvvəllər həmin avtomobili təkbaşına idarə etsə də, gündəlik icarəhaqqını verməkdə çətinlik çəkdiyindən ona avomobili günün digər yarısında idarə etməsini təklif etmişdir. İşə ehtiyacı olduğu üçün Səbuhinin təklifini qəbul edib həmin avtomobillə taksi kimi fəaliyyət göstərməyə başlamışdır. Bir müddət əvvəl Səlcuqla ortaq tanışları olan Elvin ondan “Kənd Natiq” adı ilə tanınan və eşitdiyinə görə narkotik vasitələrin satışı ilə məşğul olan Natiq adlı şəxsə zəng etmək üçün mobil telefonunu istəmiş və onun telefonu ilə Natiqlə danışdığından sonuncunun mobil nömrəsi telefonda qeyd edilmişdir. 29 noyabr 2022-ci il tarixdə Səlcuq xatırlamadığı mobil nömrədən zəng edərək ondan Natiqin mobil nömrəsini soruşmuşdur. Səlcuqa mobil nömrəni verdikdən sonra həmin gün axşam saatlarında Natiq onunla əlaqə saxlayıb Səlcuqun onun adından zəng etməklə narkotik vasitə aldığını, bunun müqabilində dövriyyədə olmayan pul əskinazları verməklə aldatdığını demişdir. Natiqə bu barədə Səlcuqla danışacağını bildirərək telefon danışığını sonlandırmışdır. Həmin gecə Səlcuqa zəng edib Natiqlə arasındakı məsələnin nədən ibarət olması ilə bağlı danışarkən Səlcuq ona Natiqdən narkotik vasitə aldığını, maddi vəziyyəti yaxşı olmadığına görə qarşılığında dövriyyədə olmayan pul əskinazları verdiyini demişdir. Həmin vaxt Səlcuqla başqa söhbət etməyib telefon danışığını sonlandırmışdır. Taksi fəaliyyəti ilə yanaşı tanıdığı şəxslərə evlərini kirayə verməkdə vasitəçi kimi kömək edərək qazanc əldə etdiyindən Səbuhi ilə əlaqə saxlayıb 30 noyabr 2022-ci il tarixdə saat 17:00 radələrində Abşeron rayonu Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivində yerləşən, qohumuna məxsus evi kirayələmək istəyən şəxsə göstərmək istədiyini, bunun üçün onu avtomobillə həmin ünvana aparmasını bildirmişdir. Səbuhi əvvəlcədən razılaşdıqları kimi idarə etdiyi “Toyota Prius” markalı Az **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu Abşeron rayon Polis İdarəsinin qarşısından, evi kirayələmək istəyən, hazırda adını xatırlamadığı şəxsi isə evin yerləşdiyi küçənin başından avtomobilə əyləşdirmiş və onlar birlikdə qohumuna məxsus evə getmişlər. Mənzilbaşına çatıb avtomobildən düşərək evi kirayələmək istəyən şəxsə otaqları göstərmişdir. Həmin vaxt Səbuhi sükan arxasından düşmədən onları gözləməyə başlamışdır. Bir neçə dəqiqə sonra onlar qayıdıb avtomobilə əyləşmiş, həmin şəxs onlarla birlikdə evin yerləşdiyi küçənin başınadək gedib orada düşəcəyini bildirmişdir. Küçənin başına çatanda Səbuhi avtomobili saxlamış və evi kirayələmək istəyən şəxs çıxıb getmişdir. Elə bu vaxt arxa tərəfdən bir nəfərin ona müraciətlə “Qaqa, tanıdın məni?” dediyini eşitmişdir. Geriyə çevriləndə həmin şəxs avtomobilə yaxınlaşıb “Mənəm – Səlcuq” sözlərini demişdir. Səlcuqla danışmaq üçün avtomobilə əyləşməsini bildirmiş, sonuncu avtomobilin arxa oturacağına əyləşən kimi Səbuhidən avtomobili yaşadığı məhəlləyə sürməsini tələb etmişdir. Səbuhi əsəbiləşsə də, Səlcuqa bir-birilərini tanımadıqlarını və bu səbəbdən avtomobili dediyi ünvana sürməsi ilə bağlı xahiş etməli olduğunu xatırlatmışdır. Bu zaman Səlcuq “Belə də ki, xahiş edirəm, sür məhəlləyə” ifadəsini işlətmişdir. Səbuhi avtomobili idarə etməyə başlayanda o, Səlcuqa narkotik vasitələrdən istifadə etməməsini məsləhət görmüş və narkotik vasitə aldığı şəxsin “adam yandırdığını” bildirmişdir. Ancaq Səlcuq kobud tərzdə danışmağa başlayaraq onun sözlərinə əhəmiyyət verməmişdir. Onlar kobud danışması ilə bağlı Səlcuqa irad bildirdikdə Səlcuq avtomobili küçədəki evlərdən birinin qarşısında saxlamasını Səbuhidən tələb etmiş və gözləmələrini, qısa vaxt ərzində qayıdacağını qeyd etməklə avtomobildən düşüb evə daxil olmuşdur. Təxminən 2 dəqiqə sonra Səlcuq geri qayıdıb arxa oturacaqda əyləşmiş və onlar Səlcuqla söhbət edib yaranmış anlaşılmazlığı aradan qaldırmağa çalışmışlar. Ancaq Səlcuq mübahisə edərək qıcıqlandırıcı sözlər işlətmiş, bu zaman Səlcuqun mobil telefonuna zəng gəlmişdir. Səlcuq zəngi cavablayanda zəng edənin Səlcuqun qardaşı Turan olduğunu bilmişdir. Səlcuq qardaşı ilə danışarkən onunla və Səbuhi ilə birlikdə məsələni aydınlaşdırmaq məqsədilə Natiqin evinə gedəcəyini söyləmişdir. Bu zaman o, Səlcuqun qardaşı Turanın avtomobillə arxalarınca gələcəyini başa düşmüş və onların gəlib çatması üçün Səbuhi avtomobili H.Turabov küçəsində yolun kənarında saxlamışdır. Təxminən 1-2 dəqiqə sonra qırmızı rəngli “Opel Astra” markalı, dövlət qeydiyyat nişanını görə bilmədiyi avtomobil oraya gəlmiş, Səlcuqun qardaşı Turan və sonuncunun Məmmədhüseyn adlı dostu avtomobildən düşüb salamlaşmışlar. Söhbət zamanı digərlərinin yanında Səlcuqa xeyri üçün danışdığını, Natiqin təhlükəli adam olduğunu, hər an Səlcuqu şərləyib barəsində şikayət edə biləcəyini izah etmiş, eyni zamanda Turan və Məmmədhüseyn də Səlcuqu başa salmağa çalışmışlar. Buna baxmayaraq Səlcuq heç bir əsaslı səbəb olmadan qışqıraqışqıra danışmış və qəflətən əynindəki gödəkçənin iç cibindən “Makarov” konstruksiyalı tapança çıxarıb Səbuhinin ayağının altına 2 dəfə atəş açmışdır. Çox qorxduğu üçün avtomobilin sağ yan oturacağına əyləşərək Səbuhiyə səslənib avtomobilə əyləşməsini istəmişdir. Məmmədhüseyn Səlcuqun qarşısına keçən kimi Səbuhi dərhal sükan arxasına keçərək avtomobili işə salmış, oradan uzaqlaşmaq istədikdə Səlcuq əlindəki silahla “Toyota Prius” markalı avtomobilin arxa hissəsinə 4 dəfə atəş açmışdır. Səbuhi avtomobili idarə edərək onları "xxxx" ASC-nin Xırdalan filialının qarşısına çatdıranda avtomobil nasaz olduğundan daha irəliləyə bilməmişlər. Buna görə də avtomobili birtəhər Abşeron rayon İcra Hakimiyyətinin yaxınlığına gətirib orada saxlamışlar. 05 dekabr 2022-ci il tarixdə isə hadisə barədə izahatının alınması üçün Abşeron rayon Polis İdarəsinin Təhqiqat şöbəsinə dəvət olunmuşdur. Hadisə 30 noyabr 2022-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri H.Turabov küçəsində baş vermiş, hadisə nəticəsində heç bir xəsarət almamış, hadisə zamanı oraya kənar şəxslər toplaşmamış, “Kənd Natiq” adı tanınan Natiq adlı şəxsin soyadı, atasının adı, qeydiyyatda olduğu və yaşadığı ünvanları, eləcə də həmin şəxsin mobil telefon nömrəsini bilmir, Elvin adlı tanışı onun mobil telefonundan istifadə edərək Natiqə zəng etsə də, sonradan həmin nömrəni telefonundan silmiş, əvvəllər Natiqlə aralarında heç bir münasibət və əlaqə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər idarə etdiyi qara rəngli “Toyota Prius” markalı Az **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırmışdır. Həmin avtomobili 2022-ci ilin noyabr ayının əvvəlində internet vasitəsilə tanış olduğu Rauf adlı şəxsdən gündəlik 24 manat icarəhaqqı ödəmək müqabilində icarəyə götürmüşdür. Baş vermiş hadisədən təxminən 1 il əvvəl ortaq tanışları vasitəsilə Abşeron rayon sakini Şahid1 ilə tanış olmuş, aralarında münasibət yaranmışdır. İcarəyə götürdüyü avtomobili əvvəllər təkbaşına idarə etsə də, Turalın maddi vəziyyətinin ağır olduğunu bilib günün digər yarısında idarə etmək üçün verməyi təklif etmişdir. Tural bu təklifi qəbul edib həmin avtomobillə taksi kimi fəaliyyət göstərməyə başlamışdır. 30 noyabr 2022-ci il tarixdə saat 17:00 radələrində Tural avtomobili yaşadığı evin qarşısına gətirib təhvil verərkən ona orta yaşlı bir nəfər şəxsin qohumlarından birinə məxsus, Abşeron rayonu Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivində yerləşən evi kirayələmək istədiyini, evə baxmaq üçün gələcəyini bildirmiş və evi həmin şəxsə göstərmək üçün onu həmin ünvana aparmasını xahiş etmişdir. Avtomobili idarə edərək Turalla birlikdə qeyd edilən ünvana doğru hərəkət etmişlər. Turalın qohumunun evinin yerləşdiyi küçənin başına çatanda Tural evi kirayələmək istəyən şəxsin orada dayandığını bildirərək avtomobili saxlamasını istəmiş, bundan sonra tanımadığı orta yaşlı bir nəfər şəxs avtomobilə əyləşmiş və onlar Turalın qohumunun evinə getmişlər. Mənzilbaşına çatanda Tural və digər şəxs avtomobildən düşsələr də, o, sükan arxasından düşmədən onları gözləyəcəyini bildirmişdir. Bir neçə dəqiqə sonra Tural və digər şəxs qayıdıb avtomobilə əyləşmişlər. Həmin şəxs onlarla birlikdə evin yerləşdiyi küçənin başınadək gedib orada düşəcəyini bildirmişdir. Küçənin başına çatanda avtomobili saxlamış və evi kirayələmək istəyən şəxs avtomobildən düşərək çıxıb getmişdir. Elə bu vaxt arxa tərəfdən bir nəfər şəxsin Turala salam verib “Qaqa, tanıdın məni?” dediyini eşitmişdir. Geriyə çevriləndə həmin şəxs avtomobilə yaxınlaşıb “Mənəm – Səlcuq” sözlərini demişdir. Tural söhbət etmək üçün Səlcuq adlı şəxsə avtomobilə əyləşməsini bildirmişdir. Səlcuq avtomobilin arxa oturacağına əyləşən kimi ondan avtomobili yaşadığı məhəlləyə sürməsini tələb etmişdir. Həmin şəxsin danışıq tərzi kobud olduğu üçün bir qədər normal şəkildə xahiş etməsini demiş və bir-birlərini tanımadıqlarını xatırlatmışdır. Bu zaman Səlcuq üzr istəyərək “Bir az əsəbiyəm, xahiş edirəm, sür məhəlləyə” deyə cavab vermişdir. O, avtomobili işə salanda Tural söhbətə başlayıb Səlcuqa nəyəsə dair məsləhətlər verib yaxşılığı üçün danışdığını bildirsə də, diqqətini yola cəlb etdiyindən onların konkret nə barədə danışdıqlarını bilməmişdir. Bir neçə dəqiqə sonra Səlcuq avtomobili çatdıqları küçədəki evlərdən birinin qarşısında saxlamasını xahiş etmiş və gözləmələrini, qısa vaxt ərzində qayıdıb gələcəyini deməklə avtomobildən düşüb evə daxil olmuşdur. Təxminən 2 dəqiqə sonra Səlcuq geri qayıdıb arxa oturacaqda əyləşmişdir. Tural və Səlcuqun söhbəti davam etdirmələrinə baxmayaraq o, bu söhbətə qoşulmamışdır. Həmin ərəfədə Səlcuqun mobil telefonuna zəng gəlmişdir. Səlcuq zəngi cavablasa da, telefon danışığı ona maraqlı gəlmədiyindən həmin danışığa qulaq asmamışdır. Səlcuq telefonla danışdıqdan sonra qardaşıgilin də oraya gəldiyini bildirmişdir. Elə bu vaxt Xırdalan şəhər sakini kimi tanıdığı Məmmədhüseynin idarə etdiyi qırmızı rəngli “Opel Astra” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilin yolun əks tərəfi ilə hərəkət etdiyini, daha sonra dönüb onlarla eyni istiqamətdə arxalarınca gəldiyini görmüşdür. Səlcuq Məmmədhüseynin yanındakı şəxsin qardaşı olduğunu dediyi üçün o, idarə etdiyi avtomobili H.Turabov küçəsində yolun kənarında saxlamışdır. Təxminən 1 dəqiqə sonra qırmızı rəngli “Opel Astra” markalı avtomobil idarə etdiyi avtomobilin arxa tərəfində dayanmışdır. Daha sonra Məmmədhüseyn və Səlcuqun qardaşı avtomobildən düşüb onlarla salamlaşmış, o, Səlcuqun Tural və qardaşı ilə üçlükdə rahat şəkildə söhbət etmələri üçün Məmmədhüseynlə birlikdə “Toyota Prius” markalı avtomobilin qarşı tərəfinə çəkilib ordan-burdan söhbət etməyə başlamışlar. Bu səbəbdən Səlcuq və digərlərinin nə barədə söhbət etdiklərini bilməmişdir. Gördüyü qədəri ilə onlar normal şəkildə söhbət etmiş, heç bir mübahisə yaşanmamışdır. Bir neçə dəqiqə sonra söyüş söyüldüyünü eşitsə də, həmin söyüşü kimin söydüyünə fikir verməmişdir. Geriyə çevrilib Tural və digərlərinə oradan insanların keçib getdiklərini, buna görə də söyüş söyməmələrini demişdir. Həmin vaxt Səlcuq “Sən kimsən?” sualını verib ona yaxınlaşmış, o isə “Necə yəni “Sən kimsən?”” cavabını verməklə pis heç nə demədiyini, sadəcə söyüş söyməməsini dediyini qeyd etmişdir. Məmmədhüseyn və digərləri onları sakitləşdirmək üçün aralarına daxil olan zaman qəflətən silahdan 2 dəfə atəş açıldığını eşitmişdir. Ancaq elə vəziyyət yaranmışdır ki, həmin atəşin kim tərəfindən açıldığını görməmişdir. Turala səslənib avtomobilə əyləşməsini demiş, bundan sonra Məmmədhüseyn Səlcuqun qarşısına keçib “Opel Astra” markalı avtomobilə doğru aparmışdır. Lakin yenə də Səlcuqun əlində silah olub-olmadığına fikir verməmiş, fürsət tapıb sükan arxasına keçərək avtomobili işə salmış və oradan çıxıb getmişlər. Bu zaman sanki avtomobilin arxa hissəsindən daş dəyməsinə bənzər səslər eşitmişdir. Avtomobili idarə edərək "xxxx" ASCnin Xırdalan filialının qarşısınadək idarə etmiş, avtomobil qəflətən nasazlandığından hərəkəti davam etdirə bilməmişlər. Buna görə də avtomobili həmin yerdə saxlayaraq çıxıb getmişlər. Ertəsi gün Turalla görüşüb avtomobili saxladıqları yerə getmiş və birtəhər işə salıb güc-bəla ilə Abşeron rayon İcra Hakimiyyətinin yaxınlığına aparıb saxlamışlar. Hadisə 30 noyabr 2022-ci il tarixdə saat 17:00 radələrində Abşeron rayonu Xırdalan şəhəri H.Turabov küçəsində baş vermiş, hadisə nəticəsində heç bir xəsarət almamış, hadisə zamanı orada özündən başqa Səlcuq, Səbuhi, Turan və Məmmədhüseyn olmuş, kənar şəxslər oraya toplaşmamış, “Kənd Natiq” adı tanınan Natiq adlı şəxsi tanımır, həmin şəxslə aralarında heç bir münasibət olmamış, bu səbəbdən həmin şəxsin soyadı, atasının adı, qeydiyyatda olduğu və yaşadığı ünvanları, eləcə də həmin şəxsin mobil telefon nömrəsini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 6 ünvanında yaşayır. Təqsirləndirilən şəxs böyük qardaşıdır. 30 noyabr 2022-ci il tarixdə günorta saatlarında Səlcuqun yaşadıqları məhəllədən tanıdığı Turalın içərisində olduğu qara rəngli “Toyota Prius” markalı dövlət qeydiyyat nişanını görə bilmədiyi avtomobilə əyləşib əsəbi və tələsik şəkildə haraya isə getdiyini görmüşdür. Buna görə də dostu Məmmədhüseynin idarə etdiyi qırmızı rəngli “Opel Astra” markalı avtomobillə onların arxasınca getmişlər. Səlcuqun hansı istiqamətdə getdiyini görə bilmədiyindən mobil telefon vasitəsilə zəng edib qardaşı ilə danışmış, Səlcuq ona Abşeron rayonu Xırdalan şəhəri H.Turabov küçəsinə çatdıqlarını demişdir. O, Məmmədhüseynin idarə etdiyi avtomobillə həmin yerə getmiş və avtomobildən düşərək Tural və sonradan adının Səbuhi olmasını bildiyim şəxslə salamlaşmışdır. Bundan sonra Səlcuqdan haraya getdiklərini soruşmuş, bu zaman onunla Səbuhi, Tural ilə isə Səlcuq arasında sözlə mübahisə yaranmışdır. Səlcuq əynindəki gödəkçənin döş cibindən “Makarov” tipli tapança çıxarıb 1 dəfə Turalın, 1 dəfə isə Səbuhinin ayağının altına atəş açmışdır. Səlcuqun qarşısına keçdikdə Tural və Səbuhi “Toyota Prius” markalı avtomobilə əyləşərək çıxıb getmək istəmişlər. Bu zaman Səlcuq əlindəki silahdan həmin avtomobilin arxasınca daha 4 dəfə atəş açmışdır. Daha sonra onlar Səlcuqu sakitləşdirib Məmmədhüseynin avtomobilinə əyləşdirmiş və oradan çıxıb getmişlər. Qardaşı Səlcuqun hadisədən təxminən 10-15 gün əvvəl 1 ədəd “Makarov” tipli tapança, həmin tapançaya aid olan 1 ədəd patron darağı və 14 ədəd patron əldə etdiyini bilsə də, onları haradan əldə etməsi barədə heç bir məlumatı olmadığını, Səlcuqun 29 noyabr 2022-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhər sakini kimi tanıdığı Turaldan narkotik vasitələrin satışı ilə məşğul olan Natiq adlı şəxsin mobil telefon nömrəsini öyrənib sonuncu ilə əlaqə saxladığını, Natiqdən narkotik vasitə heroin alıb qarşılığında 30 manat pul verməli olduğu halda Natiqi aldadaraq hazırda dövriyyədə olmayan 2 ədəd köhnə 10 manatlıq pul əskinazları vermiş, Turalın 30 noyabr 2022-ci il tarixdə Səlcuqla əlaqə saxlayıb Natiqi aldatmasına görə irad bildirmiş, bununla bağlı aralarında mübahisə yaranmış, 30 noyabr 2022-ci il tarixdə Tural və Səbuhi avtomobillə gedərkən Səlcuqa qarşı kobudluq etdikləri üçün qardaşı hadisəni törətmış, hadisə qeyd olunan tarixdə saat 17:00 radələrində Abşeron rayonu Xırdalan şəhəri H.Turabov küçəsində baş vermiş, hadisə zamanı Səlcuqdan, Turaldan, Səbuhidən və Məmmədhüseyndən başqa orada başqa heç kimin olmamış, hadisə nəticəsində heç bir xəsarət almamış, “Kənd Natiq” adı tanınan Natiq adlı şəxsin soyadı, atasının adı, qeydiyyatda olduğu və yaşadığı ünvanları, o cümlədən mobil telefon nömrəsini bilməmiş, əvvəllər Natiqlə aralarında narkotik vasitələrin alqı-satqısına dair heç bir sövdələşmə baş tutmamış, Natiqlə heç bir münasibət və əlaqəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-in 185.2.1 və 317-2.1-ci maddələri ilə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs və Şahid3 Abşeron rayonu Xırdalan şəhəri sakinləri kimi uşaqlıqdan tanıyır. Onlarla eyni məhəllədə yaşamış və birlikdə böyümüşlər. Həm Səlcuq, həm də Turanla arasında dostluq münasibətləri olmuş, düşmənçilik və ya ədavət olmamışdır. Rəsmi olaraq heç bir yerdə işləmir və müxtəlif şəxslərdən avtomobil kirayələyib fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olaraq gündəlik xərclərini qarşılayır. 2022-ci ilin əvvəllərində “tap.az” adlı onlayn alış-veriş saytında icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olmaq üçün münasib qiymətə icarəyə verilən avtomobil axtaran zaman Varid adlı şəxs tərəfindən yerləşdirilmiş elanda qırmızı rəngli “Opel Astra” markalı Az **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilin fotoşəkillərini görmüşdür. Elanda qeyd edilən mobil nömrə ilə əlaqə saxladıqda Varidin avtomobili ayda 500 manat pul müqabilində icarəyə verdiyini öyrənmişdir. Varidlə razılığa gəldikləri üçün Varidin adından onun adına etibarnamə verilmiş və Abşeron rayonunda yerləşən “At yalı” adlandırılan yerə gedərək avtomobili təhvil almışdır. Həmin avtomobillə təxminən 7-8 ay taksi fəaliyyəti ilə məşğul olduqdan sonra ona verilmiş etibarnamənin müddəti başa çatmışdır. Sürücülük vəsiqəsini itirdiyinə görə yeni etibarnaməni qardaşı Allahverdinin adına almaq qərarına gəlmişdir. 23 avqust 2022-ci il tarixdə Bakı şəhəri 3 saylı notariat ofisi tərəfindən Varidin adından Allahverdinin adına 3 ay müddətinə etibarnamə verilmiş və Allahverdinin özü də taksi fəaliyyəti ilə məşğul olduğu üçün həmin avtomobili 2022-ci ilin noyabr ayının ortalarınadək idarə etmişdir. 23 noyabr 2022-ci il tarixdə etibarnamənin müddəti başa çatsa da, Allahverdi işlərinin çoxluğu ilə əlaqədar avtomobili sahibinə qaytara bilməmiş və yaşadıqları evin həyətyanı sahəsində saxlamışdır. O, gündəlik xərclərini qarşılamaq üçün avtomobili Allahverdidən icazə almaqla götürüb yenidən taksi fəaliyyəti ilə məşğul olmuşdur. 30 noyabr 2022-ci il tarixdə saat 17:00 radələrində “Opel Astra” markalı avtomobillə yaşadığı küçədə dayanan zaman Turan avtomobilə əyləşib salamlaşmış, daha sonra ona Səlcuqun söhbət etmək üçün Tural və Səbuhi adlı tanışları ilə harayasa gedəcəyini bildirmiş və avtomobili təcili şəkildə həmin istiqamətə sürməsini istəmişdir. Avtomobili idarə etməyə başlayanda Turan qardaşının bir nəfər şəxsdən aldığı narkotik vasitə ilə bağlı Turalla söhbət edəcəyini demişdir. Yolda olarkən Turan mobil telefon vasitəsilə Səlcuqa zəng edib harada olduğunu soruşmuş, Səlcuq Abşeron rayon İcra Hakimiyyətinin yaxınlığı ilə H.Turabov küçəsi istiqamətində getdiklərini söyləmişdir. Həmin küçə ilə hərəkətdə olan zaman Səbuhinin idarə etdiyi qara rəngli “Toyota Prius” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilin yolun əks tərəfi ilə hərəkət etdiyini görmüşdür. Buna görə də avtomobili yolun digər tərəfinə keçirib Səbuhinin idarə etdiyi avtomobilin arxasınca getmişdir. Bir qədər hərəkət etdikdən sonra “Toyota Prius” markalı avtomobil yolun sağ kənarında dayanmışdır. Təxminən 1 dəqiqə sonra idarə etdiyi avtomobili həmin avtomobilin arxa tərəfində saxlamış və Turanla birlikdə avtomobildən düşüb Səlcuq və digərləri ilə salamlaşmışdır. Səbuhi ilə əvvəllər tanışlığı olduğu üçün bir qədər kənara çəkilib ordan-burdan söhbət etməyə başlamışlar. Buna görə də Səlcuq və digərlərinin hansı məzmunda söhbət apardıqlarını eşitməmişdir. Gördüyü qədəri ilə onlar normal şəkildə söhbət etmiş, heç bir mübahisə yaşanmamışdır. Bir neçə dəqiqə sonra səs-küy gəldiyini eşidərək geriyə çevrilib baxmışdır. Səbuhi dayandıqları yerin küçə olduğunu xatırladaraq söyüş söyməmələrini bildirdikdə Səbuhi və Səlcuq arasında sözlə mübahisə yaranmışdır. Onları sakitləşdirmək üçün aralarına daxil olduqda Səlcuqun əynindəki gödəkçənin döş cibindən çıxardığı tapançadan 2 dəfə atəş açdığını görmüşdür. Tural çox qorxduğu üçün “Toyota Prius” markalı avtomobilə əyləşmişdir. Səlcuqu sakitləşdirib “Opel Astra” markalı avtomobilə doğru aparanda Səbuhi də dərhal sükan arxasına keçərək avtomobili işə salmışdır. Bu zaman Səlcuq əlindəki silahı avtomobilin arxa hissəsinə tuşlayaraq 4 dəfə atəş açmışdır. Buna baxmayaraq Səbuhi avtomobili idarə edib sürətlə oradan uzaqlaşmağı bacarmış, o və Turan isə Səlcuqu avtomobilə əyləşdirib yaşadığı evə aparmışlar. Hadisə 30 noyabr 2022-ci il tarixdə saat 17:00 radələrində Abşeron rayonu Xırdalan şəhəri H.Turabov küçəsində baş vermiş, Səlcuqun yaşadığı evdə 1 ədəd “Makarov” tipli tapança, həmin tapançaya aid olan 1 ədəd patron darağı və 14 ədəd patron saxlaması barədə məlumatı olmamış, sonradan Səlcuqun qardaşı Turanın ona qardaşının 29 noyabr 2022-ci il tarixdə Turaldan narkotik vasitələrin satışı ilə məşğul olan Natiq adlı şəxsin mobil telefon nömrəsini öyrənib sonuncu ilə əlaqə saxlamış, Natiqdən narkotik vasitə heroin alıb qarşılığında 30 manat pul verməli olduğu halda aldadaraq dövriyyədə olmayan pul əskinazları vermiş, Turalın həmin gün axşam saatlarında Səlcuqa zəng edərək Natiqi aldatmasına görə irad bildirmiş, bununla bağlı aralarında mübahisə yaranmış, 30 noyabr 2022-ci il tarixdə Tural və Səbuhi avtomobilin içərisində Səlcuqla mübahisə etdikləri üçün hadisənin baş vermiş, hadisə nəticəsində heç bir xəsarət almamış, hadisə zamanı özündən, Səlcuq, Turan, Səbuhi və Turaldan başqa oraya kənar şəxslərin toplaşmamış, “Kənd Natiq” adı tanınan şəxsi tanımır və həmin şəxslə aralarında heç bir münasibət olmamış, Natiq adlı şəxsin soyadı, atasının adı, qeydiyyatda olduğu və yaşadığı ünvanları, o cümlədən mobil telefon nömrəsini bilmir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayında onlayn qaydada X6 “Toyota Prius” markalı Az **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil sifariş vermiş və 06 may 2022-ci il tarixdə həmin avtomobili nənəsi Zərərçəkmiş şəxs1 adına sənədləşdirmişdir. Avtomobili alan zaman üzərində heç bir zədə və ya zədə izi olmamış, texniki cəhətdən tamamilə saz vəziyyətdə olmuşdur. Rəsmi olaraq heç bir yerdə işləmədiyi üçün gündəlik xərclərini qarşılamaq məqsədilə 2022-ci ilin noyabr ayının əvvəlində avtomobilin fotoşəkillərini çəkib “tap.az” adlı onlayn alış-veriş saytına yerləşdirməklə gündəlik 24 manat pul müqabilində icarəyə verməklə bağlı elan paylaşmışdır. Bir neçə gün sonra əvvəllər tanımadığı Şahid2 onunla mobil telefon əlaqəsi saxlayıb avtomobili taksi fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə götürmək istədiyini bildirmişdir. 04 noyabr 2022-ci il tarixdə o, nənəsi Nənəxanımın adından Səbuhinin adına Tovuz regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən onlayn qaydada qeydə alınmış etibarnamə vermişdir. Bundan sonra Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən avtoservislərdən birinin yaxınlığında Səbuhi ilə görüşüb avtomobili təhvil vermişdir. Həmin tarixdən 30 noyabr 2022-ci il tarixədək Səbuhi hər günün sonunda ona məxsus bank hesabına avtomobilin gündəlik icarəhaqqı olan 24 manat pulu köçürmüş, bununla bağlı aralarında heç bir narazılıq yaşanmamışdır. Avtomobilin üzərində olan və mobil telefonuna quraşdırdığı xüsusi proqramla əlaqələndirilmiş “GPS” mövqe təyin etmə cihazı vasitəsilə avtomobilin hərəkətinə nəzarət etmiş, harada olması barədə mütəmadi məlumatlı olmuşdur. 2022-ci ilin dekabr ayının əvvəllərində son bir neçə günün icarəhaqqı ödənilmədiyindən Səbuhi ilə əlaqə saxlasa da, Səbuhi telefon zənglərinə cavab verməmişdir. Buna görə də 03 dekabr 2022-ci il tarixdə avtomobilin yerini öyrənmək üçün mobil tətbiqetməyə daxil olmuşdur. Bu zaman avtomobilin Abşeron rayonu Xırdalan şəhərində yerləşən Abşeron rayon İcra Hakimiyyətinin yaxınlığında dayandığını aşkarlamışdır. Saat 12:00 radələrində həmin yerə gedəndə avtomobilin sahibsiz vəziyyətdə yolun kənarında saxlanıldığını, arxa tərəfində güllə zədələrinin olduğunu müəyyən etmişdir. Buna görə də dərhal “102” xidməti zəng mərkəzinə müraciət edib bu barədə məlumat vermişdir. Bir qədər sonra Abşeron rayon Polis İdarəsinin əməkdaşları həmin yerə gələrək avtomobili polis idarəsinin duracağına aparmışlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2012-ci ildə daxili işlər orqanlarında xidmət etməyə başlamışdır. 2019-cu ildən Abşeron rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili işləyir, polis baş leytenantı xüsusi rütbəsindədir. 05 dekabr 2022-ci il tarixdə Abşeron rayon Polis İdarəsinə Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq odlu silah və döyüş sursatı saxlamaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də həmin tarixdə tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar polis idarəsinin rəisi tərəfindən təsdiqlənmişdir. Həmin gün saat 12:00 radələrində o, Abşeron rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid7 Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis mayoru Şahid8 və Təhqiqat şöbəsinin sabiq baş təhqiqatçısı Sabit Yusifov ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana yollanmışlar. Təqsirləndirilən şəxs yaşadığı evdə saxlanılaraq qanunsuz olaraq evdə odlu silah və döyüş sursatı saxlaması ilə bağlı məlumat əldə edildiyi, buna görə də videoçəkilişdən istifadə edilməklə üzərinə və yaşadığı evə baxış keçirilməsi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyindən həmin ünvana dövlət hesabına müdafiəçi dəvət edildikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs bu barədə tərtib olunmuş ərizəni imzalamaqla üzərinə və yaşadığı evə baxış keçirilməsinə heç bir etirazı olmadığını göstərmişdir. Bundan sonra şübhəli şəxsin, müdafiəçisinin, həmçinin onun özü və digər polis əməkdaşlarının iştirakları ilə videoçəkilişdən istifadə edilməklə əvvəlcə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanmışdır. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsi bildirilsə də, şübhəli şəxsin üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkarlanmamışdır. Ardınca Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs evdə əldə edilməsi, saxlanılması və ya dövriyyəsi qadağan edilmiş əşya olub-olmadığı soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs özünə aid olduğunu bildirdiyi yataq otağındakı kiçik dolabın aşağı çəkməsində saxladığı 1 ədəd “Makarov” konstruksiyalı odlu silahı (tapançanı) könüllü surətdə təqdim etmişdir. Daha sonra onun və baxış keçirilməsində iştirak edən digər şəxslərin yanında silaha baxılmış və silahın üzərində olan 1 ədəd patron darağı çıxarılmışdır. Bu zaman darağın içərisində patronlar olması müəyyən edilmişdir. Həmin patronlar bir-bir çıxarılmaqla dolabın üzərinə qoyulub sayılmış və sayının 14 ədəd olması məlum olmuşdur. Bundan sonra aşkar edilmiş odlu silah, daraq və patronlar zərfə qoyularaq üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “56” nömrəli möhürü ilə möhürlənməklə qablaşdırılıb götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş odlu silahı, döyüş sursatını və patronları təxminən 10- 15 gün əvvəl Xırdalan şəhəri ərazisində zibillikdən tapdığını və yaşadığı evə gətirib çəkməcədə saxladığını bildirmişdir. Şübhəli şəxsin iştirakı ilə evin digər otaqlarına baxış keçirilən zaman başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Sonra şəxsi axtarış və götürmə və baxış keçirilməsi haqqında protokollar tərtib edilərək ucadan oxunmuş, digər iştirakçılarla birlikdə həmin protokolları imzalamışdır. Təqsirləndirilən şəxs polis idarəsinin inzibati binasına gətirildikdən sonra ona həmin şəxsin 30 noyabr 2022-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri H.Turabov küçəsində 2-3 nəfər şəxsə atəş açmaq istəməsi, qara rəngli “Toyota Prius” markalı avtomobilin arxa tərəfindən atəş açması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də saat 16:00 radələrində onun və adlarını qeyd etdiyi polis əməkdaşlarının iştirakları ilə hadisənin baş verdiyi küçəyə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Baxış zamanı hadisə yerindən Osman Səlcuqlunun yaşadığı evdən aşkar edilmiş patronlara aid olması ehtimal edilən 6 ədəd giliz aşkarlanıb götürülmüş və müvafiq qaydada qablaşdırılmışdır. Həmçinin baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri ictimai yer olmaqla insanların və müxtəlif nəqliyyat vasitələrinin hərəkətdə olduqları küçədir. Baxış zamanı təhqiqatçı tərəfindən hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə ediləcəyi qeyd edilmiş və digər iştirakçılarla birlikdə protokolu imzalamaqla doğruluğunu təsdiqləmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 və Şahid8 Şahid6 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron rayon polis idarəsinin xx.xx.2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 06 dekabr 2022-ci il tarixli 22/729R nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli “Makarov” konstruksiyalı “PM” modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tapançanın hissələri və mexanizmləri üzərində heç bir kustar üsulla əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim olunmuş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Makarov” konstruksiyalı tapançaların komplekt hissəsidir – darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim olunmuş 14 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla həmin kalibrli “Makarov” (“PM”), “Steçkin” (“APS”) konstruksiyalı və “PA-63” modelli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim olunmuş 06 ədəd gilizlər, zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla həmin kalibrli “Makarov” (“PM”), “Steçkin” (“APS”) konstruksiyalı və həmin kalibrli “PA-63” modelli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsidir – atılmış gilizləridir. Həmin gilizlər, tədqiqata təqdim edilmiş 9 mm kalibrli nömrəsi silinmiş “Makarov” konstruksiyalı “PM” modelli tapançadan atılmışdır. Təqdim edilmiş 9 mm kalibrli nömrəsi silinmiş “Makarov” konstruksiyalı “PM” modelli tapançadan eksperimental qaydada atılmış güllə-gilizlər və tədqiqata təqdim edilmiş 06 ədəd atılmış gilizlər, Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin “güllə-giliz” kartotekasında olan digər açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə və gilizlərlə “ARSENAL” avtomatlaşdırılmış ballistik identifikasiya sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir. Təqdim edilmiş 14 ədəd 9x18 mm kalibrli patronlardan 04 ədədi eksperimental atəş zamanı istifadə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X10” X19 06 mart 2023-cü il tarixli 654 nömrəli kompleks komisyon məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirləri tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs inadkarlıq, hirslilik, emosionallıq, qıcığa qarşı həssaslıq, söz götürməmək, konfliktə meyillilik kimi fədipsixi xüsusiyyətlərə malikdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” X19 Yasamal rayon şöbəsinin 16 sentyabr 2022-ci il tarixli 295 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 adına tərtib olunmuş tibbi sənəddə qeyd olunan xəsarətlər – sağ ayağın 3-cü, 4-cü daraq sümüklərinin qapalı, az yerdəyişən sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti 10 sentyabr 2022-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 noyabr 2022-ci il tarixli 8/2941 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Mercedes- Benz C240” markalı Az **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 may 2023-cü il tarixli 3/691-9/2995 nömrəli kompleks məhkəmə-trasoloji və məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Toyota Prius” markalı Az **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində arxa sağ hissəsində aşağı son kənarından 338 mm yuxarıda, sağ son kənarından 140 mm solda 1 ədəd 9x9 mm ölçüdə deşib keçən, arxa sağ hissəsində aşağı son kənarından 500 mm yuxarıda, sağ son kənarından 38 mm solda 1 ədəd 9x9 mm ölçüdə deşib keçən, sağ arxa hissəsində aşağı son kənarından 140 mm yuxarıda, sağ son kənarından 35 mm solda 1 ədəd 9x9,5 mm ölçüdə deşib keçən, sağ yan hissəsinin arxasında aşağı son kənarından 550 mm yuxarıda, arxa son kənarından 200 mm öndə 1 ədəd 15x10 mm ölçüdə deşib keçən və sol yan hissəsində arxa son kənarından 35 mm öndə, aşağı son kənarından 594 mm yuxarıda 1 ədəd 35x15 mm ölçüdə sürtünmə zədələri vardır. Zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəciklərinin və mis metal izinin aşkar edilməməsinə, lakin formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən həmin zədələr atəş nəticəsində 9 mm kalibrli güllələrin təsirindən arxadan-önə, sağdan sola doğru istiqamətdə yetirilməyə xarakterikdir. Həmin zədələr “Makarov” konstruksiyalı tapançadan açılan atəşlər nəticəsində yarana bilər. Nəzərə hesablama yolu ilə təqdim edilmiş ziyan aktı məlumatlarına əsasən 2008-ci il buraxılışlı “Toyota Prius” markalı Az **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2022-ci ilin noyabr ayına olan təmir-bərpa xərci təxminən 360 manat (dəyişilməli hissələrin qiyməti 100 manat, təmir-bərpa işlərinin qiyməti 260 manat olmaqla) müəyyən edilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 10 sentyabr 2022-ci il tarixli 2/30269 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə müayinədən keçərkən onun 0,381 % alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilmişdir. BB239869 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, qara rəngli “Toyota Prius” markalı Az **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil 06 may 2022-ci il tarixdə ünvan 7 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 məxsusdur. Tovuz regional “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş 04 noyabr 2022-ci il tarixli 7E-17504 nömrəli etibarnamədən görünür ki, “Toyota Prius” markalı avtomobil mülkiyyətçisi Zərərçəkmiş şəxs1 tərəfindən idarə etmək üçün 6 ay 4 gün müddətinə, yəni 08 may 2023-cü il tarixədək Şahid2 etibar edilmişdir. AE №149706 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes-Benz C240” markalı Az **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobil 07 iyun 2021-ci il tarixdən ünvan 9 ünvanında yaşayan X7 məxsusdur. Bakı şəhəri 48 saylı notariat ofisində təsdiq edilmiş 07 iyun 2021-ci il tarixli ƏN-Vİ №648334 nömrəli etibarnamənin surətindən görünür ki, “Mercedes-Benz C240” markalı Az **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisinin etibarnamə üzrə nümayəndəsi X15 tərəfindən idarə etmək üçün 1 il 4 ay müddətinə, yəni 07 oktyabr 2022ci il tarixədək Təqsirləndirilən şəxs etibar edilmişdir. BC001791 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X25 İdarəsinin Qİİ-nin Sumqayıt “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş həmin vəsiqə ilə Təqsirləndirilən şəxs 27 yanvar 2021-ci il tarixdən 27 yanvar 2031-ci il tarixədək B1, B, C1, C kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitələrini idarə etmək hüququ verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X5 daxil olmuş 22 sentyabr 2022-ci il tarixli 01- 04/755 nömrəli məktubdan və həmin məktuba əlavə edilmiş 10 sentyabr 2022-ci il tarixli 107 nömrəli aktın surətindən görünür ki, “Mercedes-Benz C240” dövlət qeydiyyat nişanlı Az **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilin 10 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Z.Əhmədbəyov küçəsində törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində 1 ədəd “Palermo” tipli, ikiçıraqlı işıq dirəyi sıradan çıxarılmış və nəticədə müəssisəyə 5295 manat dəyərində maddi ziyan dəymişdir. "xxxx" ASC-nin X1 Avtovaz Servis Xidmətinin avtoeksperti X18 tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli ziyan aktından görünür ki, Zərərçəkmiş şəxs1 məxsus qara rəngli, 2008-ci il buraxılışlı, 259276 mühərrik və JTDKB20UX93487320 ban nömrəli, “Toyota Prius” markalı Az **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilə ümumilikdə 380 (üç yüz səksən) manat dəyərində ziyan dəydiyi müəyyən edilmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən 02 aprel 2023-cü il tarixli ərizədən görünür ki, 10 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Z.Əhmədbəyov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sağ ayağından dərəcəsinə görə az ağır zərərvurmaya aid xəsarət alsa da, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Abşeron rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsindən daxil olmuş 10 aprel 2023-cü il tarixli 1735 nömrəli arayışdan və həmin tarixli 1737 nömrəli xasiyyətnamədən görünür ki, Osmanlı X14 rayonu Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivi 1-ci küçəsi ev 39 ünvanında qeydiyyatdadır, yaşadığı müddətdə onun haqqında 4 saylı MTİİTS-ə heç bir şikayət və ərizə daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 27 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinə əlavə edilmiş, 1 (bir) ədəd 9 mm kalibrli, “Makarov” konstruksiyalı “PM” modelli tapança, 1 (bir) ədəd səkkiz ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş “Makarov” konstruksiyalı tapançaların komplekt hissəsi olan daraq, 10 (on) ədəd 9x18 mm kalibrli patron, 6 (altı) ədəd 9x18 mm kalibrli giliz Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılmış, 1 (bir) ədəd “Mercedes-Benz C240” markalı Az **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Bakı şəhər Yasamal rayon Polis İdarəsinin cərimə meydançasında saxlanılır, 1 (bir) ədəd “Toyota Prius” markalı Az **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil isə qəbz alınmaqla sahibinə qaytarılmışdır. Məhkəmə baxış iclasında 01 ədəd DVD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evdə şəxsi axtarış keçirilən zaman sonuncu ünvan 1 ünvanında yerləşən yaşadığı evin yataq otağında olan dolabın aşağı siyirməsindən 1 ədəd “Makarov” konstruksiyalı tapançanı, həmin tapançaya aid 14 ədəd patronu və 1 ədəd darağı könüllü surətdə təqdim etmiş və həmin əşyalar müvafiq qaydada qablaşdırılıb götürülməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 3-cü bəndində göstərilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 4-cü bəndində isə göstərilir ki, Cinayət Məcəlləsinin 263 və 263-1.1ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Eyni zamanda "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N1 2004-cü il 23 mart tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmçinin Qərarın 8 və 9-cu bəndlərində qeyd olunur ki, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsüf edilməsi üçün əsasdır. Xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə- iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 21 iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-nin 228-ci maddəsi çıxış edir.». “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-ci bəndlərinə əsasən silah — canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah — özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı- müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi; ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi;xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır. Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən, mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli; 2) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli. Nəhayət, «bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar (Qanunun 24-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 221.3, 228.1 və 263-1.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs oğluna cəza təyini zamanı bir zərərçəkmiş şəxslə barışıq əldə etməsini, bir zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır və ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı Az **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə geri qaytarılması nəzərə alınmalıdır, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq 1 (bir) ədəd 9 mm kalibrli, “Makarov” konstruksiyalı “PM” modelli tapança, 1 (bir) ədəd səkkiz ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş “Makarov” konstruksiyalı tapançaların komplekt hissəsi olan daraq, 10 (on) ədəd 9x18 mm kalibrli patron, 6 (altı) ədəd 9x18 mm kalibrli giliz Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməli; Bakı şəhər Yasamal rayon Polis İdarəsinin cərimə meydançasında saxlanılan “Mercedes-Benz C240” markalı Az **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra X7 təhvil verilmədir, CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tam ödənilməsə də, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdikləri halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüquqları izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X21 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 185 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı Az **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə geri qaytarılması nəzərə alınsın, Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq 1 (bir) ədəd 9 mm kalibrli, “Makarov” konstruksiyalı “PM” modelli tapança, 1 (bir) ədəd səkkiz ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş “Makarov” konstruksiyalı tapançaların komplekt hissəsi olan daraq, 10 (on) ədəd 9x18 mm kalibrli patron, 6 (altı) ədəd 9x18 mm kalibrli giliz Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin, Bakı şəhər Yasamal rayon Polis İdarəsinin cərimə meydançasında saxlanılan “Mercedes-Benz C240” markalı Az **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra X7 təhvil verilsin. Zərəçəkmiş şəxslərə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X21 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-68/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-68/2024
22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver