Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-680/2025 17.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Nəsibov Fərid Fərman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1978-ci ildə Şamaxı rayonunda anadan olmuş,Azərbaycan Respubilkasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmuş, Şamaxı rayonu Dağ Bağırlı kəndində qeydiyyatda olan, Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər kimi fəaliyyət göstərərkən müştəri kimi tanıdığı Zərərçəkmiş şəxs Abşeron rayonu, Xırdalan şəhərində yerləşən qəbtistanlığın yaxınlığında 0,01 ha torpaq sahəsi alıb, həmin torpaq sahəsində 2 ay ərzində 3 otaqlı, bir mərtəbəli fərdi yaşayış evi tikəcəyi barədə yalan vəd verib aldatmış, bu niyyətlə Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə sonuncunun kirayədə yaşadığı Abşeron rayonu Xırdalan şəhərində, “Ayan” marketin yaxınlığında yerləşən fərdi yaşayış evdə 10000 manat, Zərərçəkmiş şəxs Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən Rahat marketdə quraşdırılmış "xxxx" ödəmə terminalından onun Kapitalbank ASC-dən verilmiş bank kartına xx.xx.2022-ci il tarixdə saat 17:21-də köçürdüyü 400 manat, xx.xx.2022-ci il tarixdə saat 14:35-də köçürdüyü 400 manat və xx.xx.2022-ci il tarixdə saat 18:45-də köçürdüyü 400 mana, vahid niyyətlə ümumilikdə 11200 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, təxminən 2015-ci ildən Abşeron rayonu Xırdalan şəhəri ərazisində daşınmaz əmlakın alqsatqısı ilə məşğul olur. X1 da 2022-ci ilin iyun ayından müştəri kimi tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs 2022-ci ilin iyun ayının əvvəllərində arvadı X5 ilə birlikdə həmin vaxt işlədiyi, Abşeron rayonu Xırdalan şəhəri, AAF Parak yaşayış kompleksi yaxınlığında yerləşən ofisimə gəlib evlərini satmaq istədiklərini demişlər. Onları dinləyib Abşeron rayonu Xırdalan şəhərində yerləşən evlərinə gedib baxmış və qısa müddət ərzində həmin evə müştəri tapmış və həmin evi 19000 manata alqı-satqısına razılaşmışlar. Ev satıldıqdan sonra hər iki tərəfdən zəhmət haqqı almışdır. Həmin vaxt X4 onun üçün torpaq sahəsi tapmağı xahiş etdiyindən ona torpaq sahəsi tapıb həmin torpaq sahəsində onlara 3 otaqlı ev tikməkdə köməklik edəcəyinə söz vermişdir. Bir neçə gün sonra onların pulları çata biləcək qiymətində Abşeron rayonu, Xırdalan şəhərində qəbtistanlığın yaxınlığından 0,01 ha torpaq sahəsi tapmış və bu barədə Xannəzər Əsədovla əlaqə yaradaraq məlumat vermişdir. Zərərçəkmiş şəxs və onun ailə üzvləri ilə birlikdə gedib Abşeron rayonu, Xırdalan şəhərində qəbtistanlığın yaxınlığında onlar üçün almaq məqsədi ilə tapdığı 0,01 ha torpaq sahəsi ilə baxmışlar. Həmin yerdə aralarında olan söhbət zamanı onlara sözü gedən torpaq sahəsində 3 otaqlı ev tikə bilmək üçün 35000 manat pul lazım olduğunu demişdir. Söhbət zamanı razılığa gələrək Xannəzər ilkin olaraq ona 10000 manat və qalan pulu isə hər ay 400 manat verəcəyini bildirmişdir. Həmin evi 2 ay ərzində tikib Xanəzərə təfıl verəcəyinə söz vermiş, xx.xx.2022-ci il tarixdə Xannəzər Əsədovun həmin vaxt yaşadığı Abşeron rayonu Xırdalan şəhərində yerləşən Ayan marketin yaxınlığında kirayə yaşadıqları evlərində Xannəzər Əsədovdan 10000 manat pul almışdır. Bu barədə aralarında olan razılaşma barədə ağ kağızda yazıb hər ikisi imzalamışdır. Daha sonra Xannəzər üç ay olmaqla, hər ay ona göndərdiyi bank kartına 400 manat pul göndərmiş və onlardan aldığı 10000 manat məbləğində pulu torpağa verdiyi üçün tikintiyə başlamaq üçün pulu qalmamışdır.Onlardan tikintiyə kömək etmək məqsədi ilə əlavə də 5000 manat pul istəmiş, lakin, onlar həmin pulu verməkdən imtina etmişlər. Tikinti işlərini görə bilmədikdə isə təxminən 4 ay sonra Zərərçəkmiş şəxs və onun arvadı Qızbəs Abdullayev torpaqdan və orada tikiləcək evdən imtina edib ondan pulunu geri qaytarmağı tələb etmişlər.Ona görə Zərərçəkmiş şəxs həmin puldan 2700 manat qaytarsada, pulun qalan hissəsini qaytara bilməmişdir. Bundan təxminən 2 il sonra barəsində Zərərçəkmiş şəxs şikayət etdiyini bilmiş, həmin torpağı çoxdan aldığını, kimdən aldığını xatırlamadığını, həmin torpaq sahəsinə aid heç bir sənədi olmamışdır. Məhkəmə istintaqının sonunda özünü təqsirli bilərək, zərərçəkmiş şəxslə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayının əvvəllərində yaşadığı evi satmaq üçün Abşeron rayonu Xırdalan şəhərində yerləşən ev alqı- satqısı ilə məşğul olan, hal-hazırda adını xatırlamadığı ofisə yaxınlaşıb, orada Təqsirləndirilən şəxs ilə tanış olmuş və Aqilə evini satıb başqa bir yerdə ev tikdirmək istədiyini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona yaşadığı evi satdıqdan sonra ev tikdirməkdə köməlklik edə biləcəyini bildirmişdir. Təxminən 4-5 gün sonra Təqsirləndirilən şəxs evi 19000 manat müqabilində satmaq üçün müştəri tapdığını bildirdiyindən etraz etməmiş və həmin gün Aqil yaşadıqları ünvana gələrək 19 min manat ödəniş etmiş və evi boşaltmağı tələb etmişdir. Həmin vaxt Aqilə sənədləşdirmə aparmadığları üçün gələcəkdə problem yaşayacağını bildirdikdə Aqil heç bir problemin olmadığını, bir-birlərini tandığmı demişdir. Evi satdıqdan sonra Təqsirləndirilən şəxs xahiş etmişdir ki, ona torpaq sahəsi tapsın və həmin torpaq sahəsində ona 3 otaqlı ev tiksin. Bir neçə gün sonra Təqsirləndirilən şəxs əlaqə yaradaraq Abşeron rayonu, Xırdalan şəhərində qəbtistanlığın yaxınlığından 0,01 ha torpaq sahəsi tapdığını bildirmiş və həmin torpaq sahəsinə baxan zaman Təqsirləndirilən şəxs evi tikib başa çatdırana qədər sənədləri də qanuni olaraq düzəldəcəyini bildirmişdir. Bu səbəbdən Aqil ilə razılaşmış və torpaq sahəsi tapdığı üçün Aqilə həmin vaxt 1000 manat pul vermişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin torpaq sahəsində 3 otaqlı ev tikməsi üçün 35000 manat pul istəmiş, Aqilə ilkin olaraq 10000 manat və hər ay 400 manat verə biləcəyini bildirdikdə Aqil onun təklifi ilə razılaşmışdır. Növbəti gün, yəni xx.xx.2022-ci il tarxdə Təqsirləndirilən şəxs Xırdalan şəhərində yerləşən Ayan marketin yaxınlığında yaşadığı ünvana gəlmiş və həmin vaxt həyat yoldaşı X3 yanında Təqsirləndirilən şəxs 10000 manat pul vermişdir. Bu barədə aralarında olan razılaşma barədə ağ kağızda yazıb ikiləridə imzalamışlar. Daha sonra üç ay olmaqla, hər ay "xxxx" ödəniş terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs göndərdiyi kart hesabına 400 manat pul göndərmişdir. Bir müddət sonra həmin torpaq sahəsinə baxdıqda Təqsirləndirilən şəxs həmin torpaq sahəsində heç bir tikinti işi aparmadığını görmüş və Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını başa düşmüşdür. Təqsirləndirilən şəxs torpaq sahəsinin sənədlərinin qanuni olmadığını və bir neçə ay keçməsinə baxmayaraq heç bir tikinti aparmadığını bildirərək pulunu qaytarmasını bildirdikdə o, hər dəfə fərqli bəhanələr gətirərək, aldığı puldan 2500 manatını qaytarsa da, qalan 8700 manat pulu geri qaytarmamışdır.Ona görədə polisə ərizə ilə miiraciyyət etmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Əsədov X8 Rayon Məhkəməsini xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2021 -ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş notariad qaydasında təsdiqlənmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini göstərmiş və təqsirləndirilən şəxsin barəsindəki cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi mədaxil qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-nə xx.xx.2024-cü il tarixdə cinayət nəticəsində vurulmuş ümumilikdə 11200 manat məbləğində maddi ziyanın iyirmi beş faizi miqdarında – 2800 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 11 iyun 2015-ci il tarixli Qərarının 40-cı bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur. Bu maddələrdə vurulmuş ziyan dedikdə, şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən dələduzluq cinayəti nəticəsində ələ keçirilmiş pulun miqdarı və yaxud ələ keçirilmiş əmlakın dəyəri və müvafiq olaraq onların 25 və yaxud 50 faizləri başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 09 yanvar 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli (əməlləri) iştirakçılıqla törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini zərərçəkmiş şəxsə tamamilə ödəməklə onunla barışmış, habelə həmin payın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs müvafiq qaydada cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışaraq ona vurduğu maddi ziyanı ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın onun payına düşən hissəsinin iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Lakin, Təqsirləndirilən şəxs həmin əsasla cinayət məsuliyyətindən azad olunmasına mane olacaq hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, ona vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut yoxdur; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-680/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-680/2025
17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver