Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-685/2025 02.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X12 Ənvər qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Zərərçəkmiş şəxs və onun vəkili Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi6, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi5 iştirakları ilə, xx.xx.1965-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu yaşayış sahəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 322.2-ci maddələri və xx.xx.2000-ci ildə Cəlilabad rayonu, Allahverən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Cəlilabad rayonu, Hamarqışlaq ərazi dairəsi, Allahverənli kəndində qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 322.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(010)-47/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 322.2-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 322.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi araşdırmanın davam etdirilməsi üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs1 qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki şəxs tərəfindən təkzib edilən hərəkəti özbaşına, zor tətbiq etmə hədəsi ilə törətməklə mühüm ziyan vuraraq özbaşınalıq etmiş bir qrup şəxslə ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə, özgənin əmlakının məhv edilmə zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 18 dekabr 2023-cü il tarixdə Bakı şəhərində qızı X1, oğlu Şahid10, tanışları Təqsirləndirilən şəxs2, Şahid3 yə X8 ilə birlikdə razılaşdırılmış şəkildə, Bakı şəhəri Suraxanı rayonu, Binə Südçülük sovxozu yaşayış sahəsində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə südçülük sovxozu yaşayış sahəsində yerləşən fərdi yaşayış evinə Zərərçəkmiş şəxs tərəfindən qanuniliyi təkzib edilən əsassız sahiblik iddiasını həyata keçirmək məqsədi ilə hərəkət edərək, mülki mübahisələrin müvafiq icra hakimiyyəti orqanlarına və məhkəməyə müraciət yolu ilə həll edilməsinin qanunla müəyyən edilmiş qaydalarına zidd olaraq, həmin gün saat 14 50-dən etibarən gəldikləri həmin ünvanda ev sahibinin olmadığı şəraitdə hasardan həyətə keçib həyət darvazasını açaraq həyətə girmiş, bir müddət sonra evə gələn Zərərçəkmiş şəxsla yaşadığı ünvanda mübahisə yaradıb, ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək səsküyə toplaşmış qonşuların orada olmalarına məhəl qoymadan nalayiq müraciətlərlə təhqir edərək, Şahid3 hadisə yerinə gətirdiyi yanacaq materialından istifadə etməklə Zərərçəkmiş şəxs əmlakını yandırıb məhv etmək və özünə zor tətbiq etmək hədəsi ilə qərəzli hərəkətlər etmiş, telefonla DİN-nin “102” Zəng Mərkəzinə məlumat veriləndən sonra hadisə yerinə gəlmiş polis əməkdaşlarının yanında hərəkətlərinə ara vermədən həyəti tərk etməkdən imtina etmiş, daha sonra Zərərçəkmiş şəxs müraciəti üzrə izahat vermək üçün polis şöbəsinə getdiyi müddətdə evin giriş qapısını zədələyərək qıfılını sındırıb istifadəyə yararsız vəziyyətə salandan sonra evə daxil olaraq orada olan məişət əşyalarını-divan, kresloları, yataq dəstləri və ləvazimatlarını, qaz sobasını, soyuducunu, geyim paltarlarını, müxtəlif mətbəx qablarını, "Shivaki" markalı televizoru evdən və həyətdən küçəyə çıxararaq yolda torpaq üzərinə qalaq şəklində ataraq, televizorun monitorunu sındırıb istifadəyə yararsız hala salmış, qeyri əşyaları müxtəlif dərəcədə zədələyərək 4.000 manat məbləğində ziyan vurmuş, polis şöbəsində izahat verəndən sonra evinə qayıtmış Zərərçəkmiş şəxs ünvanına hadisə yerində olan qonşuların və qeyri şəxslərin yanında təhqiramiz ifadələr və hədələr söyləməklə saat 19 radələrinədək davamlı olaraq ictimai qaydanı kobud surətdə pozan qərəzli hərəkətlərini davam etdirmiş, bununla da bir qrup şəxslə ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, Zərərçəkmiş şəxs əmlakını zədələyərək və zor tətbiq ediləcəyi hədələyərək qərəzli hərəkətlər etməklə xuliqanlıq və Zərərçəkmiş şəxs zor tətbiq etməklə hədələyərək evinə buraxmamaqla qanunla qorunan hüquq və mənafelərinə mühüm ziyan vuraraq özbaşınalıq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki, şəxs tərəfindən təkzib edilən hərəkə özbaşına, zor tətbiq etmə hədəsi ilə törətməklə mühüm ziyan vuraraq özbaşınalıq etməklə bir qrup şəxslə, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə, özgənin əmlakının məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 18 dekabr 2023-cü il tarixdə Bakı şəhərində tanışları Təqsirləndirilən şəxs1, X1, Şahid10 Şahid3 və X8 ilə birlikdə razılaşdırılmış şəkildə, Bakı şəhəri Suraxanı rayonu, Binə Südçülük sovxozu yaşayış sahəsində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə südçülük sovxozu yaşa,, sahəsində yerləşən fərdi yaşayış evinə Zərərçəkmiş şəxs tərəfindən qanuniliyi təkzib edilən Təqsirləndirilən şəxs1 əsassız sahiblik iddiasını həyata keçirmək məqsədi ilə hərəkət edərək, mülki mübahisələrin müvafiq icra hakimiyyəti orqanlarına və məhkəməyə müraciət yolu ilə həll edilməsinin qanunla müəyyən edilmiş qaydalarına zidd olaraq, həmin gün saat 14.50-dən etibarən gəldikləri həmin ünvanda ev sahibinin olmadığı şəraitdə hasardan həyətə keçib həyət darvazasını açaraq həyətə girmiş, bir müddət sonra evə gələn Zərərçəkmiş şəxsla yaşadığı ünvanda mübahisə yaradıb, ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək səsküyə toplaşmış qonşuların orada olmalarına məhəl qoymadan nalayiq müraciətlərlə təhqir edərək, hadisə yerində onun əlində olan naməlum nümunəli bıçaqdan silah qismində istifadə edilməklə, Şahid3 hadisə yerinə gətirdiyi yanacaq materialından istifadə etməklə Zərərçəkmiş şəxs əmlakını yandırıb məhv etmək və özünə zor tətbiq etmək hədəsi ilə qərəzli hərəkətlər etmiş, telefonla DİN-nin “102” Zəng Mərkəzinə məlumat veriləndən sonra hadisə yerinə gəlmiş polis əməkdaşlarının yanında hərəkətlərinə ara vermədən həyəti tərk etməkdən imtina etmiş, daha sonra Zərərçəkmiş şəxs müraciəti üzrə izahat vermək üçün polis şöbəsinə getdiyi müddətdə evin giriş qapısını zədələyərək qıfılını sındırıb istifadəyə yararsız vəziyyətə salandan sonra evə daxil olaraq orada olan məişət əşyalarını-divan, kresloları, yataq dəstləri və ləvazimatlarını, qaz sobasını, soyuducunu, geyim paltarlarını, müxtəlif mətbəx qablarını, “Shivaki” markalı televizoru evdən və həyətdən küçəyə çıxararaq yolda torpaq üzərinə qalaq şəklində ataraq, televizorun monitorunu sındırıb istifadəyə yararsız hala salmış, qeyri əşyaları müxtəlif dərəcədə zədələyərək 4.000 manat məbləğində ziyan vurmuş, polis şöbəsində izahat verəndən sonra evinə qayıtmış Zərərçəkmiş şəxs ünvanına hadisə yerində olan qonşuların və qeyri şəxslərin yanında təhqiramiz ifadələr və hədələr söyləməklə saat 19 radələrinədək davamlı olaraq ictimai qaydanı kobud surətdə pozan qərəzli hərəkətlərini davam etdirmiş, bir qrup şəxslə ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, əlindəki bıçaqdan silah qismində istifadə edilməklə Zərərçəkmiş şəxs əmlakını zədələyərək və zor tətbiq ediləcəyi hədələyərək qərəzli hərəkətlər etməklə xuliqanlıq və Zərərçəkmiş şəxs zor tətbiq etməklə hədələyərək evinə buraxmamaqla qanunla qorunan hüquq və mənafelərinə mühüm ziyan vuraraq özbaşınalıq etmişdir. Məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı X9 şifahi vəsatət verərək, bildirmişdir ki, iddiaçılar Zərərçəkmiş şəxs və Zərərçəkmiş şəxs cavabdehlər Şahid10, Təqsirləndirilən şəxs1, X4, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsindən və mənzildən çıxarma, evin boşaldılaraq təhvil verilməsi və pul” təbinə dair iddia ərizəsi Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-680/2025 saylı qərardadı ilə mülki iş baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Ona görə də hesab edir ki, hazırlıq iclası mərhələsində ərazi aidiyyətinin düzgün müəyyənləşdirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə müraciət edilməlidir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs1 barəsində olan cinayət işinin ərazi aidiyyətinin düzgün müəyyənləşdirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs2 barəsində olan cinayət işinin ərazi aidiyyətinin düzgün müəyyənləşdirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs1 müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi5 cinayət işinin ərazi aidiyyətinin düzgün müəyyənləşdirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs2 müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi6 cinayət işinin ərazi aidiyyətinin düzgün müəyyənləşdirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmənin hazırlıq iclasında Zərərçəkmiş şəxs cinayət işinin ərazi aidiyyətinin düzgün müəyyənləşdirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmənin hazırlıq iclasında Zərərçəkmiş şəxs və onun vəkili Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 cinayət işinin ərazi aidiyyətinin düzgün müəyyənləşdirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə cinayət prosesi iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, cinayət işinin ərazi aidiyyətinin müəyyənləşdirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə müraciət edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 299.3.1-ci maddəsinə əsasən cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələlərə baxılır. 299.4.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası zamanı, həmçinin verilmiş vəsatət və etirazların təmin edilməsi və ya onların təmin edilməsinin rədd edilməsi barədə məsələlər həll edilir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarında iddiaçı Şahid7 və X5 (hazırki cinayət işi üzrə zərərçəkmiş şəxs) cavabdehlər Şahid10 və Təqsirləndirilən şəxs1 qarşı torpaq sahəsindən çıxarılma və s. tələbinə dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli qərardadına əsasən mülki iş aidiyyatı üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərildiyini qeyd etmiş, buna əsaslanaraq Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 322.2-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 322.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi araşdırmanın davam etdirilməsi üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-680/2025 saylı qərardadı ilə iddiaçılar Zərərçəkmiş şəxs və Zərərçəkmiş şəxs cavabdehlər Şahid10, Təqsirləndirilən şəxs1, X4, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsindən və mənzildən çıxarma, evin boşaldılaraq təhvil verilməsi və pul” təbinə dair iddia ərizəsi mülki iş baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir; 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir; 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 322.2-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 322.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin ərazi aidiyyəti üzrə baxılması ilə əlaqədar məhkəmələr arasında fikir ayrılığı mövcud olduğundan cinayət işinin ərazi aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün cinayət işi Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 77-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 322.2-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 322.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. X13
Məhkəmə qərarları › İş №1(012)-685/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-685/2025
02.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver