Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-686/2025 20.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1999-cu ildə Neftçala rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Qırmızıkənd kəndində qeydiyyatda olan və ünvan 4-də faktiki olaraq yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1993-cü ildə İmişli şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, İmişli rayonu, İmişli şəhəri, Cəfər Cabbarlı küçəsi ev 5-də qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “ həbs ” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.2, 29, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə yeznəsi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 26 iyul 2024-cü il tarixdə səhər saatlarında idarə etdiyi “Toyota Prius” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobildə Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Məmmədli qəsəbəsi ərazisində yerləşən “Zəngibasar” adlı marketin qarşısına gəlib, aralarındakı razılaşmaya əsasən o, avtomobildə qalmaqla obyektin ətrafında mövqe seçib ətrafı müşahidə etməklə gələn olarsa Təqsirləndirilən şəxs2 məlumat verməsi üçün gözləmiş, Təqsirləndirilən şəxs2 isə həmin marketə giriş qapısının kilidini sındırmaq yolu ilə qanunsuz daxil olaraq, kassadan 8 manat dəyərində qəpik pulları, hər biri 4,20 manat dəyərində olan 16 ədəd “Kent” Feel nazik markalı (67,2 manat), hər biri 4,20 manat dəyərində olan 18 ədəd “Kent” 1 nazik markalı (75,6 manat), hər biri 4,20 manat dəyərində olan 6 ədəd “Kent” 4 nazik markalı (25,2 manat), hər biri 4,20 manat dəyərində olan 13 ədəd “Kent” ağ qalın markalı (54,6 manat), hər biri 4 manat dəyərində olan 21 ədəd “Winston caster” markalı (84 manat), hər biri 2,90 manat dəyərində olan 7 ədəd “Want Line X” red qalın markalı (20,3 manat), hər biri 2,90 manat dəyərində olan 12 ədəd “Want Line X” red nazik markalı (34,8 manat), hər biri 4,50 manat dəyərində olan 15 ədəd “Sobranie” blues nazik markalı (67,5 manat), hər biri 4,50 manat dəyərində olan 11 ədəd “Sobranie” göy qalın markalı(49,5 manat), hər biri 4,50 manat dəyərində olan 10 ədəd “Sobranie” ağ qalın markalı (45 manat), hər biri 4,50 manat dəyərində olan 7 ədəd “Sobranie” ağ nazik markalı (11,5 manat), hər biri 4 manat dəyərində olan 15 ədəd “Winston Xstyle” boz qalın markalı (60 manat), hər biri 3,40 manat dəyərində olan 6 ədəd “LD” Club Platinum markalı (20,4 manat), hər biri 3,10 manat dəyərində olan 9 ədəd “Winchester compact blue” markalı (27,9 manat) və hər biri 3,10 manat dəyərində olan 5 ədəd “PallMalİ American Nights” markalı (15,5 manat) siqaretləri gizli olaraq talayıb gəldikləri avtomobildə əyləşərək birlikdə hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs2 ümumilikdə 667 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2024-cü il tarixdə saat 03:30 radələrində Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi ərazisində yerləşən, icarə əsasında işlətdiyi “Seymur” marketə, yəni binaya plastik materialdan olan qapısının kilidini sındırmaqla qanunsuz daxil olaraq marketin kassasında olan 2000 manat nağd pulu və 50 manat dəyərində olan 12 ədəd “X9 04” markalı siqaretləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 2050 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qaynı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 26 iyul 2024-cü il tarixdə səhər saatlarında sonucunun idarə etdiyi “Toyota Prius” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobildə Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Məmmədli qəsəbəsi ərazisində yerləşən “Zəngibasar” adlı marketin qarşısına gəlib, aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 avtomobildə qalmaqla obyektin ətrafında mövqe seçib ətrafı müşahidə etməklə gələn olarsa ona məlumat verməsi üçün gözləmiş, o, isə həmin marketə giriş qapısının kilidini sındırmaq yolu ilə qanunsuz daxil olaraq, kassadan 8 manat dəyərində qəpik pulları, hər biri 4,20 manat dəyərində olan 16 ədəd “Kent” Feel nazik markalı (67,2 manat), hər biri 4,20 manat dəyərində olan 18 ədəd “Kent” 1 nazik markalı (75,6 manat), hər biri 4,20 manat dəyərində olan 6 ədəd “Kent” 4 nazik markalı (25,2 manat), hər biri 4,20 manat dəyərində olan 13 ədəd “Kent” ağ qalın markalı (54,6 manat), hər biri 4 manat dəyərində olan 21 ədəd “Winston caster” markalı (84 manat), hər biri 2,90 manat dəyərində olan 7 ədəd “Want Line X” red qalın markalı (20,3 manat), hər biri 2,90 manat dəyərində olan 12 ədəd “Want Line X” red nazik markalı (34,8 manat), hər biri 4,50 manat dəyərində olan 15 ədəd “Sobranie” blues nazik markalı (67,5 manat), hər biri 4,50 manat dəyərində olan 11 ədəd “Sobranie” göy qalın markalı(49,5 manat), hər biri 4,50 manat dəyərində olan 10 ədəd “Sobranie” ağ qalın markalı (45 manat), hər biri 4,50 manat dəyərində olan 7 ədəd “Sobranie” ağ nazik markalı (11,5 manat), hər biri 4 manat dəyərində olan 15 ədəd “Winston Xstyle” boz qalın markalı (60 manat), hər biri 3,40 manat dəyərində olan 6 ədəd “LD” Club Platinum markalı (20,4 manat), hər biri 3,10 manat dəyərində olan 9 ədəd “Winchester compact blue” markalı (27,9 manat) və hər biri 3,10 manat dəyərində olan 5 ədəd “PallMalİ American Nights” markalı (15,5 manat) siqaretləri gizli olaraq talayıb gəldikləri avtomobildə əyləşərək birlikdə hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs2 ümumilikdə 667 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2024-cü il tarixdə saat 06:15 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, “Viktoriya MTK” yaşayış kompleksi ərazisində yerləşən “Turqut” adlı marketə, yəni binaya plastik materialdan olan qapısının kilidini sındıraraq qapını açmaq yolu ilə qanunsuz daxil olaraq marketin kassasından 800 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2024-cü il tarixdə saat 01:26 radələrində "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanda yerləşən, uşaq yeməkləri, yuyucu vasitələri və digər məhsullar satılan "xxxx" adlı mağazanın qapısını yerdən götürdüyü dəmir parçası ilə açmaqla mağazaya qanunsuz daxil olaraq içəridə satıcı masasının siyirməsində olan 2450 manat nəğd pulu gizli olaraq talayıb "xxxx" MMC-yə həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2024-cü il tarixdə saat 05:48 radələrində Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksi ərazisində yerləşən “Minarə” adlı aptekə, yəni binaya plastik materialdan olan qapısının kilidini özü ilə gətirdiyi dəmir parçası ilə sındıraraq qapını açıb içəri qanunsuz daxil olaraq aptekin kassasından 700 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 03:50 radələrində Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksi ərazisində yerləşən aptekə, yəni binaya plastik materialdan olan nəfəslik pəncərəsini açmaq yolu ilə qanunsuz daxil olaraq aptekin kassasından 150 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2024-cü il tarixdə saat 18:45 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində saxlanılmış Zərərçəkmiş şəxs11 məxsus "SSANG YONG ACTYON" markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön qapısını açıb avtomobilin salonunda ayaqaltının altında olan 500 manat pulu, avtomobilin sürətlər qutusunun yanında olan, Zərərçəkmiş şəxs11 məxsus bir ədəd “Uni Bank”a və bir ədəd “Kapital Bank”a aid plastik kartları götürüb həmin gün elektron məlumat daşıyıcılarından istifadə etməklə “Uni Bank”a aid plastik kartdan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Rahat” marketdə 47,85 manat və “Kapital Bank”a aid plastik kartdan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Araz” marketdə 134,07 manat dəyərində alış-veriş edib dəyərinin həmin kart hesablarından ödəməklə vahid niyyətlə Zərərçəkmiş şəxs11 ümumilikdə 681,92 manat məbləğində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2024-cü il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs6 Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi ərazisində yerləşən, icarə əsasında işlətdiyi “Wine House” adlı” şərab evinə, yəni binaya plastik materialdan olan qapısının kilidini sındırmaqla qanunsuz daxil olaraq kassadan 271 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə xx.xx.2024-cü il tarixdə saat 07:07 radələrində Zərərçəkmiş şəxs7 Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi ərazisində yerləşən, icarə əsasında işlətdiyi “Cahan accsessories” adlı mağazadan ümumilikdə 4000 manat dəyərində olan müxtəlif növ qadın ətirlərini, saç boyalarını, bijuteriyaları və digər xırdavat mallarını oğurlamaq üçün həmin mağazanın plastik materialdan olan qapısını özü ilə gətirdiyi dəmir parçası ilə sıxıb açaraq içəri qanunsuz daxil olmaq istəyərkən başqa şəxslərin mağazaya tərəf gəldiklərini görüb tutulacağından qorxub oradan uzaqlaşaraq öz iradəsindən asılı olmayan səbəbdən qəsdən törətmiş olduğu cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs7 4000 manat dəyərində əmlakını oğurlamağa cəhd etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2024-cü il tarixdə saat 04:06 radələrində Zərərçəkmiş şəxs8 məxsus Abşeron rayonu, Mehdibad qəsəbəsi, “Gənclər şəhərciyi” yaşayış kompleksi ərazisində yerləşən “Çıraq” adlı aptekə, yəni binaya plastik materialdan olan qapısını sıxıb açmaq yolu ilə qanunsuz daxil olaraq aptekin kassasından 287 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2024-cü il tarixdə saat 02:42 radələrində Zərərçəkmiş şəxs9 icarə əsasında işlətdiyi, Abşeron rayonu, Masazır qəsəbəsi “Yani Bakı” yaşayış kompleksi ərazisində yerləşən “My Boutique” adlı mağazaya, yəni binaya plastik materialdan olan qapısının kilidini sındırmaqla qapını açıb içəri qanunsuz daxil olaraq mağazada dolabda olan pul kisəsindən 200 manat nağd pulu, masanın üzərindən 1 ədəd 650 manat dəyərində olan İphone 8+ markalı mobil telefonu, həmin gün saat 06:25 radələrində yenidən həmin mağazaya daxil olaraq oradan 1 dəst 300 manat dəyərində olan, “Alexandr-Vanq” markalı idman paltarını gizli olaraq talayıb vahid niyyətlə Zərərçəkmiş şəxs9 ümumilikdə 1150 manat ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 bacısı Səmayə Məmmədovanın həyat yoldaşıdır və o, Müşfiqi uzun müddət əvvəldən tanımışdır. Belə ki, Müşfiqlə birlikdə əvvələr 20 Yanvar metrostansiyası yaxınlığında taksi işlədiyi üçün onu tanımışdır və onunla yoldaşlıq münasibəti olub. 2024cü ilin iyul ayında o, “Toyota Prius" markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürərək taksi fəaliyyəti ilə məşğul olurdu. Bunun müqabilində isə hər həftə avtomobilin sahibinə pul ödəyirdi. Bu məqsədlə də o, gecə-gündüz işləmək qərarına gəlmiş və yeznəsi Təqsirləndirilən şəxs2 bu barədə bildirdikdə Müşfiq də onunla birlikdə işləməyə başlayaraq ona köməklik etmək istədiyini bildirmişdir. Bundan sonra onlar birlikdə avtomobili növbəli şəkildə sürməyə başlamışlar. Qeyd olunan tarixdə o gündüz vaxtı avtomobili idarə etdiyi üçün avtomobildə ön sağ oturacaqda yatmış və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlindən xəbəri olmamışdır. Həmçinin oğurlanmış siqaretlərin aqibəti barədə də xəbəri olmamışdır. Qeyd edir ki, növbəni təhvil verərkən hər zaman yatmaq üçün evə getsə də, hadisə günü o qədər yorğun olmuşdur ki, növbəni Müşfiqə təhvil versə belə avtomobildə yatıb qalmışdır. Hazırda həm öz ailəsinə həm də Təqsirləndirilən şəxs2 ailəsinə taksi fəaliyyəti ilə məşğul olaraq baxdığını bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda özünü qismən təqsirli bilirərək ifadəsində göstərmişdir ki, İmişli rayonu, İmişli şəhəri, Cəfər Cabbarlı küçəsi ev 5-də qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Evlidir və bir azyaşlı övladı var. Əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci, həmçinin CM-nin 180.1.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə məhkumluğu olmuşdur. Mahiyyəti üzrə bildirir ki, son zamanlar işsiz qaldığına və maddi vəziyyəti yaxşı olmadığına görə oğurluq etmək qərarına gəlmişdir. Ona görə də o, xx.xx.2024-cü il tarixdə saat 03:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksinə gedərək oğurluq etməyi üçün münasib bir yer axtarmağa başlamışdır. Bu zaman həmin ərazidə yerləşən “Seymur” marketdə heç kimin olmadığını, plastik materialdan olan qapısını açmaqla içəri girməyi üçün münasib şəraitin olduğunu görmüşdür. Bundan sonra o, ətrafa nəzər yetirərək heç kimin olmadığına tam əmin olduqdan sonra həmin marketə yaxınlaşıb plastik materialdan olan qapısının qıfılını sındıraraq içəri daxil olmuşdur. Daha sonra isə o, mağazada bir qədər axtarış apardıqdan sonra masanın sirməsində saxlanılan 500 manat nağd pulu və 12 qutu “X9 04” markalı siqaretləri oğurlayıb bayıra çıxaraq həmin yerdən uzaqlaşıb getmişdir. Bundan sonrakı günlərdə də oğurluq yolla əldə etdiyi siqaretləri özü çəkmiş, həmçinin 500 manat pulu da öz ehtiyaclarına xərcləmişdir. Ona görə də hazırda törətdiyi həmin cinayət əməlini səmimi olaraq etiraf edir. Qeyd edir ki, oğurluq etdiyi marketin sahibi Zərərçəkmiş şəxs1 əvvəllər tanımırdı. Bir daha bildirir ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdikləri bəzi xüsusatlar doğru deyil. Belə ki, həmin marketdə olan masanın sirməsindən oğurladığı nağd pulun məbləği 2000 manat yox, 500 manat olmuşdur. Həmçinin o, həmin oğurluq hadisəsini tək törətmişdir və həmin vaxt yanında başqa heç kim olmamışdır. Bundan başqa bildirir ki, qaynı Nadirin gündəlik icarəyə götürərək sürdüyü “Toyota Prius” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil nasaz olduğu üçün həmin avtomobilə sahibi tərəfindən usta xərcləri çəkilmiş və avtomobil təmir edilmişdir. Onlar həmin avtomobil ilə gündəlik növbə ilə taksi fəaliyyəti ilə məşğul olmuşdurlar. Həmin gün gündüz saatlarında Nadir işləmiş və avtomobildə yatmışdır. O, Abşeron rayonu, Məmmədli qəsəbəsi ərazisində yerləşən “Zəngibasar” adlı marketin qarşısından keçərkən həmin marketin dəmir barmaqlıqlarının olmamasını və kameranın olmamasını düşünərək, avtomobildən düşərək marketə daxil olmuş və marketdən siqaretlər oğurlamışdır. Hadisə zamanı Nadir avtomobildə yatmışdır və hadisədən xəbəri olmamışdır. Daha sonra siqaretləri satmışdır. Bundan başqa o, yenə də oğurluq etmək məqsədlə xx.xx.2024-cü il tarixdə saat 06:15 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Viktoriya MTK” yaşayış kompleksinə gedərək oğurluq etməyi üçün münasib bir yer axtarmağa başlamışdır. Bu zaman həmin ərazidə yerləşən “Turqut” adlı marketdə heç kimin olmadığını, plastik materialdan olan qapısını açmaqla içəri girməyi üçün münasib şəraitin olduğunu görmüşdür. Bundan sonra o, ətrafa nəzər yetirərək heç kimin olmadığına tam əmin olduqdan sonra həmin marketə yaxınlaşıb plastik materialdan olan qapısının kilidini özü ilə gətirdiyi dəmir parçası ilə sındıraraq qapını açıb içəri daxil olmuşdur. Daha sonra isə o, marketdə bir qədər axtarış apardıqdan sonra kassada saxlanılan 800 manat nağd pulu oğurlayıb bayıra çıxaraq həmin yerdən uzaqlaşıb getmişdir. Bundan sonrakı günlərdə də oğurluq yolla əldə etdiyi həmin 800 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Ona görə də hazırda törətdiyi həmin cinayət əməlini səmimi olaraq etiraf edir. Qeyd edir ki, oğurluq etdiyi marketin sahibi Zərərçəkmiş şəxs3 əvvəllər tanımırdı. Həmçinin o, həmin oğurluq hadisəsini də tək törətmişdir və həmin vaxt yanında başqa heç kim olmamışdır. Bundan başqa bildirir ki, 20.08 2024-cü il tarixdə ünvan 1-da yerləşən, uşaq yeməkləri, yuyucu vasitələri, uşaq üçün digər məhsullar satılan "xxxx" adlı mağazadan baş vermiş oğurluq hadisəsini də o, törətmişdir. Hadisə ilə bağlı bildirmək istəyir kı, əvvəllər fərdi qaydada icarəyə maşın götürüb taksi fəaliyyəti ilə məşğul olurdu. xx.xx.2024-cü il tarixdə gecə saat 01:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ilə hərəkət edən zaman hündür mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən "Hippo” mağazasının qarşısından keçərkən mağazanın giriş qapısının plastik materialdan olduğunu görmüşdür. O, həmin mağazaya daxil olub içəridən qiymətli əşya oğurlayıb sonradan sataraq şəxsi ehtiyaclarını ödəmək qərarına gəlmiş və mağazanın qapısını açmaq üçün yerdən dəmir parçası tapmışdır. Həmin küçədə heç kimin olmadığından əmin olduqdan sonra əlində saxladığı dəmir parçası ilə mağazanın giriş qapısını açmışdır. Qapını açdıqdan sonra mağazaya hər hansı şəxsin gəlib-gəlmədiyini görmək üçün kənara çəkilib bir qədər müşahidə etmişdir. Təxminən 5 dəqiqə gözlədikdən sonra mağazaya yaxınlaşaraq dəmir parçası ilə açdığı giriş qapısından içəri daxil olmuşdur. O, mağazada hər tərəfə baxdıqdan sonra kassa olan dolaba yaxınlaşmış və dolabın syirməsini açdıqda bir ədəd ağ rəngli zərf görmüşdür. Həmçinin zərfi açdıqda içərisində çoxlu pul olduğunu görmüş və həmin pulu oğurlayıb cibinə qoyaraq dərhal mağazadan çıxaraq oranı tərk etmişdir. Qeyd edir ki, o, həmin pulu bır müddət şəxsi ehtiyaclarına xərcləmişdır. Bildirir ki, o, həmin oğurluq cinayətini törədərkən yanında heç kim olmamışdır, tək olmuşdur. Bundan başqa o, yenə də oğurluq etmək məqsədlə xx.xx.2024-cü il tarixdə saat 05:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksinə gedərək oğurluq etməyi üçün münasib bir yer axtarmağa başlamışdır. Bu zaman həmin ərazidə yerləşən “Minarə” adlı aptekdə heç kimin olmadığını, plastik materialdan olan qapısının kilidini sındırmaqla içəri girməyi üçün münasib şəraitin olduğunu görmüşdür. Bundan sonra o, ətrafa nəzər yetirərək heç kimin olmadığına tam əmin olduqdan sonra həmin aptekə yaxınlaşıb plastik materialdan olan qapısının kilidini özü ilə gətirdiyi dəmir parçası ilə sındırıb qapını açaraq içəri daxil olmuşdur. Daha sonra isə o, aptekdə bir qədər axtarış apardıqdan sonra kassada saxlanılan 700 manat nağd pulu oğurlayıb bayıra çıxaraq həmin yerdən uzaqlaşıb getmişdir. Bundan sonrakı günlərdə də oğurluq yolla əldə etdiyi həmin 700 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Qeyd edir ki, oğurluq etdiyi aptekin sahibi Zərərçəkmiş şəxs4 əvvəllər tanımırdı. O, həmin oğurluq hadisəsini də tək törətmişdir və həmin vaxt yanında başqa heç kim olmamışdır. Bundan başqa o, yenə də oğurluq etmək məqsədlə xx.xx.2024-cü il tarixdə saat 03:50 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksinə gedərək oğurluq etməyi üçün münasib bir yer axtarmağa başlamışdır. Bu zaman həmin ərazidə yerləşən, üzərində adı olmayan aptekdə heç kimin olmadığını, plastik materialdan olan qapısının üzərindəki nəfəslik pəncərəsini açmaqla içəri girməyi üçün münasib şəraitin olduğunu görmüşdür. Bundan sonra o, ətrafa nəzər yetirərək heç kimin olmadığına tam əmin olduqdan sonra həmin aptekə yaxınlaşıb plastik materialdan olan qapısının üzərindəki nəfəslik pəncərəsini sıxıb açaraq içəri daxil olmuşdur. Daha sonra isə o, aptekdə bir qədər axtarış apardıqdan sonra kassada saxlanılan 150 manat nağd pulu oğurlayıb bayıra çıxaraq həmin yerdən uzaqlaşıb getmişdir. Bundan sonrakı günlərdə də oğurluq yolla əldə etdiyi həmin 150 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Ona görə də hazırda törətdiyi həmin cinayət əməlini səmimi olaraq etiraf edir. Qeyd edir ki, oğurluq etdiyi aptekin sahibi Zərərçəkmiş şəxs5 əvvəllər tanımırdı. O, həmin oğurluq hadisəsini də tək törətmişdir və həmin vaxt yanında başqa heç kim olmamışdır.Bundan başqa o, yenə də xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektinə gedərək oğurluq etməyi üçün münasib bir yer axtarmağa başlamışdır. Bu zaman həmin prospektdə yerləşən "Rahat" marketin yaxınlığında dövlət qeydiyyat nişanını xatırlamadığı "SSANG YONG" markalı avtomobilin park edildiyini, həmin avtomobilin qapısını açmaqla salonundan oğurluq etməyi üçün münasib şəraitin olduğunu görmüşdür. Bundan sonra o, ətrafa nəzər yetirərək heç kimin olmadığına tam əmin olduqdan sonra avtomobilə yaxınlaşıb qabaq sol qapısını dartaraq açıb salonuna daxil olmuş və axtarış aparmağa başlamışdır. Avtomobildə sürətlər qutusunun yanında olan bir ədəd “Unibank”a və bir ədəd “Kapital Bank”a aid plastik kartları, eləcə də qabaq sağ oturacağın qarşısında ayaqaltının altında olan 500 manat pulu oğurlamışdır. Bundan sonra isə oğurladığı plastik kartlarla hadisə yerinin yaxınlığında yerləşən marketlərdə, yəni “Unibank”a aid plastik kartla “Rahat” marketdə 47 manat və “Kapital Bank”a aid plastik kartla da “Araz” marketdə 134 manat dəyərində, ümumilikdə 181 manat dəyərində alış-veriş etmişdir. Ona görə də törətdiyi həmin cinayət əməlini də səmimi olaraq etiraf edir. Bildirir ki, o, həmin oğurluq hadisəsini tək törətmişdir və həmin vaxt yanında başqa heç kim olmamışdır. Bundan başqa o, yenə də oğurluq etmək məqsədlə xx.xx.2024-cü il tarixdə saat 03:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksinə gedərək oğurluq etməyi üçün münasib bir yer axtarmağa başlamışdır. Bu zaman həmin ərazidə yerləşən “Wine House” adlı şərab evində heç kimin olmadığını, həmin şərab evinin plastik materialdan olan qapısını açmaqla içəri girməyi üçün münasib şəraitin olduğunu görmüşdür. Bundan sonra o, ətrafa nəzər yetirərək heç kimin olmadığına tam əmin olduqdan sonra mağazanın qapısına yaxınlaşaraq qapını sıxmaqla və özü ilə gətirdiyi dəmir parçası ilə qapının kilidini sındıraraq qapını açıb içəri daxil olmuşdur. Daha sonra isə o, mağazada bir qədər axtarış apardıqdan sonra kassada saxlanılan 271 manat nağd pulu oğurlayıb bayıra çıxaraq həmin yerdən uzaqlaşıb getmişdir. Qeyd edir ki, oğurluq etdiyi mağazanın sahibi Zərərçəkmiş şəxs6 əvvəllər tanımırdı. Bildirir ki, o, həmin oğurluq hadisəsini tək törətmişdir və həmin vaxt yanında başqa heç kim olmamışdır. Bundan başqa o, Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksində yerləşən “Cahan Acsessories” adlı mağazadan ümumiyyətlə heç nə oğurlamaq üçün girməmiş, həmin mağazaya girmək istəməmişdir. Bundan başqa o, yenə də oğurluq etmək məqsədlə xx.xx.2024-cü il tarixdə saat 04 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” yaşayış kompleksinə gedərək oğurluq etməyi üçün münasib bir yer axtarmağa başlamışdır. Bu zaman həmin ərazidə yerləşən “Çıraq” adlı aptekdə heç kimin olmadığını, plastik materialdan olan qapısının kilidini sındırmaqla içəri girməyi üçün münasib şəraitin olduğunu görmüşdür. Bundan sonra o, ətrafa nəzər yetirərək heç kimin olmadığına tam əmin olduqdan sonra həmin aptekə yaxınlaşıb plastik materialdan olan qapısının kilidini özü ilə gətirdiyi dəmir parçası ilə sındırıb qapını açaraq içəri daxil olmuşdur. Daha sonra isə o, aptekdə bir qədər axtarış apardıqdan sonra kassada saxlanılan 287 manat nağd pulu oğurlayıb bayıra çıxaraq həmin yerdən uzaqlaşıb getmişdir. Bundan sonrakı günlərdə də oğurluq yolla əldə etdiyi həmin 287 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Ona görə də hazırda törətdiyi həmin cinayət əməlini səmimi olaraq etiraf edir. Qeyd edir ki, o, həmin oğurluq hadisəsini tək törətmişdir və həmin vaxt yanında başqa heç kim olmamışdır. Bundan başqa o, yenə də oğurluq etmək məqsədlə xx.xx.2024-cü il tarixdə saat 02:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksinə gedərək oğurluq etməyi üçün münasib bir yer axtarmağa başlamışdır. Bu zaman həmin ərazidə yerləşən “My Boutique” adlı mağazada heç kimin olmadığını, plastik materialdan olan qapısını açmaqla içəri girməyi üçün münasib şəraitin olduğunu görmüşdür. Bundan sonra o, ətrafa nəzər yetirərək heç kimin olmadığına tam əmin olduqdan sonra həmin mağazaya yaxınlaşıb plastik materialdan olan qapısının kilidini özü ilə gətirdiyi dəmir parçası ilə sındıraraq qapını açıb içəri daxil olmuşdur. Daha sonra isə o, mağazada bir qədər axtarış apardıqdan sonra mağazada dolabda olan pul kisəsini götürərək bayıra çıxmışdır. O, həmin yerdən bir qədər aralaşıb oğurladığı pul kisəsinin içərisinə baxdıqda 200 manat pul və adlarını xatırlamadığı sənədlər olduğunu görmüşüdür. O, həmin 200 manat pulu pul kisəsindən götürüb cibinə qoymuş və bir qədər sonra oğurluq etdiyi həmin mağazaya qayıdaraq içəri daxil olub pul kisəsini içərisindəki sənədlərlə birlikdə mağazanın içərisinə atmışdır. Həmçinin mağazadan çıxarkən də oradan bir dəst idman paltarını oğurlayıb bayıra çıxaraq həmin yerdən uzaqlaşıb getmişdir. Bundan sonrakı günlərdə də oğurluq yolla əldə etdiyi həmin 200 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Həmçinin oğurladığı bir dəst idman paltarını da ertəsi gün “20 Yanvar” metrosunun yaxınlığında tanımadığı şəxsə 50 manata sataraq həmin pulu da öz ehtiyaclarına xərcləmişdir. Bir daha bildirir ki, o, həmin mağazaya birinci dəfə, yəni xx.xx.2024-cü il tarixdə saat 02:42 radələrində daxil olarkən dolabda pul kisəsində saxlanılan 200 manat pulu oğurlasa da mağazada masanın üzərindən mobil telefon oğurladığını xatırlamır. Çünki, həmin vaxt çox həyəcanlı olmuşdur. Həmçinin o, həmin pul kisəsindən məcburi köçkünlük vəsiqəsini də oğurlamamışdır və onun hansısa sənədi oğurlamaq niyyəti olmamışdır. Onun hansısa sənədləri oğurlamaq niyyəti olmadığına görə də pul kisəsini mağazadan oğurlayıb getdikdən sonra içərisində sənədlər də olduğunu görüb hadisədən bir qədər sonra həmin sənədləri geri qaytarmaq məqsədilə mağazaya qayıdaraq pul kisəsini içərisindəki sənədlərlə birlikdə mağazada döşəməyə tullamışdır və mağazadan çıxarkən də oradan bir dəst idman paltarını oğurlayıb getmişdir. O, həmin oğurluq hadisəsini də tək törətmişdir və həmin vaxt yanında başqa heç kim olmamışdır. Sonda törətdiyi əməldən peşman olduğunu, ailə vəziyyətini və digər halları nəzərə alaraq, həmçinin polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı araşdırılma aparılmadığını, həmin məlumatın yekun nəticəsinin olmadığını bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən “Zəngibasar” adlı mini marketi işlədir. Hər gün gündəlik olaraq marketi saat 07 radələrində açır, axşam saat 22 radələrində isə bağlayır. 26 iyul 2024-cü il tarixdə saat təxminən 07 radələrində marketə gələn zaman görmüşdür ki, marketin ağ rəngli plastik qapısı naməlum şəxs tərəfindən açılmışdır. Həmçinin o, içəri daxil olaraq baxış keçirən zaman marketin içərisində olan stolda qoyulmuş təxminən 8 manat dəyərində qəpik pulların və vitrinlərdə olan ümumi dəyəri təxminən 650 manat olan müxtəlif adda və çeşiddə olan siaretlərin naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir. Ona görə də o, bu barədə dərhal polisə zəng edərək məlumat vermişdir. Daha sonra isə Sabunçu rayon Polis İdarəsinin 15ci polis bölməsinə gedərək baş vermiş hadisə ilə bağlı ərizə və izahat yazmışdır. 27 iyul 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin əməkdaşları ona zəng edərək polis bölməsinə dəvət etmişlər və o, polis bölməsinə getdikdən sonra orada ona məxsus olan 05 ədəd “Kent” Feel nazik, 01 ədəd “Kent” 1 nazik, 03 ədəd “Kent” 4 nazik, 01 ədəd “Kent” ağ qalın, 05 ədəd “Winston caster”, 05 ədəd “Line X” red qalın, 02 ədəd “Line X” red nazik, 02 ədəd “Sobranie” blues nazik, 04 ədəd “Sobranie” göy qalın, 03 ədəd “Sobranie” ağ qalın, 01 ədəd “Sobranie” ağ nazik, 05 ədəd “Winston Xstyle” boz qalın, 01 ədəd “LD” Club Platinum, 01 ədəd “Winchester compact blue” və 01 ədəd “PallMalİ American Nights” siqaret qutuları təhqiqatçı tərəfindən təqdim edildikdən sonra həmin malların ekspertizaya göndərəcəyini bildirmişdir. Göstərmişdir ki, o, həmin oğurluq hadisəsini 26 iyul 2024-cü il tarixdə saat 07 radələrində aşkar etmişdir və Abşeron rayonu, Məmmədli kəndində yerləşən “Zəngibasar” adlı mini marketdə baş vermişdir. Qeyd edir ki, o, ilk öncə marketdən təxminən 60 manat dəyərində qəpik pulların və təxminən 600 manat dəyərində olan siqaretlərin oğurlandığını zənn etdiyi üçün ilkin ərizə və izahatında belə qeyd etmişdir. Lakin sonradan tam aydınlaşdırdıqda ona məlum olmuşdur ki, marketin kassasından 8 manat dəyərində qəpik pullar, hər biri 4.20 manat dəyərində olan 16 ədəd “Kent” Feel nazik markalı, hər bir ədədi 4.20 manat dəyərində olan 18 ədəd “Kent” 1 nazik markalı, hər biri 4.20 manat dəyərində olan 6 ədəd “Kent” 4 nazik markalı, hər bir ədədi 4.20 manat dəyərində olan 13 ədəd “Kent” ağ qalın markalı, hər biri 4 manat dəyərində olan 21 ədəd “Winston caster” markalı, hər biri 2.90 manat dəyərində olan 7 ədəd “Want Line X” red qalın markalı, hər biri 2.90 manat dəyərində olan 12 ədəd “Want Line X” red nazik markalı, hər biri 4.50 manat dəyərində olan 15 ədəd “Sobranie” blues nazik markalı, hər biri 4.50 manat dəyərində olan 11 ədəd “Sobranie” göy qalın markalı, hər biri 4.50 manat dəyərində olan 10 ədəd “Sobranie” ağ qalın markalı, hər biri ədəd 4,50 manat dəyərində olan 7 ədəd “Sobranie” ağ nazik markalı, hər biri 4 manat dəyərində olan 15 ədəd “Winston Xstyle” boz qalın markalı, hər biri 3,40 manat dəyərində olan 6 ədəd “LD” Club Platinum markalı, hər biri 3,10 manat dəyərində olan 9 ədəd “Winchester compact blue” markalı və hər biri 3,10 manat dəyərində olan 5 ədəd “PallMalİ American Nights” markalı siqaretlər oğurlanaraq ona ümumilikdə 667 manat ziyan vurulmuşdur. Ona dəymiş ziyan ödənilməmişdir, hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi, ev 30, mənzil 30-da qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, yaşadığı evin yaxınlığında, “Yeni Bakı” yaşayış kompleksi ərazisində yerləşən özünə məxsus “Minarə” adlı apteki işlədərək ailəsini dolandırır. xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində o, işlədiyi həmin aptekin qapısını kilidlə bağlayıb evə getmişdir. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 08:30 radələrində aptekə gələn zaman plastik materialdan olan qapısının kilidinin naməlum şəxs və ya şəxslər tərəfindən sındırıldığını görmüşdür. Həmçinin o, içəri daxil olub baxdıqda aptekin kassasında saxladığı 700 manat nağd pulunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını görmüşdür. Ona görə də o, həmin vaxt DİN-in “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan bir qədər sonra da hadisə yerinə polis əməkdaşları gələrək müvafiq araşdırma aparmağa başlamışlar. Bir daha bildirir ki, ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksində yerləşən “Minarə” adlı aptekdə xx.xx.2024-cü il tarixdə oğurluq hadisəsinin baş verməsi nəticəsində ona ümumilikdə 700 manat məbləğində ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, , Laçın rayonu, Aybazar kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksi ev 62, mənzil 30-da tək kirayədə yaşayır. Mahiyyəti üzrə bildirir ki, Abşeron rayonu, Masazır qəsəbəsi “Yani Bakı” yaşayış kompleksi ərazisində yerləşən “My Boutique” adlı mağazanı icarəyə işlədərək ailəsini dolandırır. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində o, işlədiyi həmin mağazanın qapısını kilidlə bağlayıb evə getmişdir. Ertəsi gün, yəni xx.xx.2024-cü il tarixdə saat 08:15 radələrində o, mağazaya gələn zaman plastik materialdan olan qapısının kilidinin naməlum şəxs və ya şəxslər tərəfindən sındırıldığını görmüşdür. Həmçinin o, içəri daxil olub baxdıqda ilkin olaraq dolabda pul kisəsində saxladığı 200 manat pulunun və məcburi köçkünlük haqqında vəsiqəsinin, eləcə də mağazada masanın üzərinə qoyduğu 1 ədəd 650 manat dəyərində olan İphone 8+ markalı, **********30809 imei kodlu mobil telefonunun yerində olmadığını, oğurlandığını görmüşdür. Ona görə də o, həmin vaxt DİNin “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan bir qədər sonra da hadisə yerinə polis əməkdaşları gələrək müvafiq araşdırma aparmağa başlamışlar. Həmçinin sonradan onlar mağazanın müşahidə kameralarına baxdıqda naməlum şəxsin xx.xx.2024-cü il tarixdə saat 02:43 radələrində mağazanın qapısının kilidini sındıraraq içəri daxil olub dolabda pul kisəsində saxladığı 200 manat pulunu və məcburi köçkünlük vəsiqəsini, eləcə də mağazada masanın üstünə qoyduğu 1 ədəd İphone 8+ markalı mobil telefonunu oğurlayıb getdiyini, həmçinin həmin şəxsin bir qədər sonra, saat 06:25 radələrində geri qayıdaraq mağazadan 1 dəst 300 manat dəyərində olan, “Alexandr-vanq” markalı idman paltarını oğurladığı ona məlum olmuşdur. Bir daha bildirir ki, həmin oğurluq hadisəsi nəticəsində ona 1150 manat ziyan dəymişdir. Onda dəymiş ziyan ödənilməmiş, oğurlanmış mobil telefonun aqibəti barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, o, hazırda X10 Məsuliyyətli Cəmiyyətinin meneceri vəzifəsində çalışır. X10 Məsuliyyətli Cəmiyyətin ünvan 2 ünvanında "xxxx" adlanan uşaqlar üçün qida və geyim mağazası vardır. Bundan başqa MMC-nin bir neçə eyni təyinatlı mağazaları vardır. Onun işi həmin mağazaların fəaliyyətinə nəzarət etməkdən ibarətdir. O, demək olar ki, gündəlik bütün mağazalara nəzarət edir. 20 avqust 2024-cü il tarixdə səhər saatlarında X10 Məsuliyyətli Cəmiyyətin ünvan 2 ünvanında "xxxx" adlanan uşaqlar üçün qida və geyim mağazasına getmişdir. O, mağazaya çatdıqda giriş qapısının sındırıldığını görmüşdür. İçəri daxil olmadan ərazisinin polis sahə müvəkkilinə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəlib müayinə aparmışlar. Onlar içəri daxil olduqda o, kassada olan 2450 manat pulun yerində olmadığını və oğurlandığını müəyyən etmişdir. Bildirir ki, o, X10 Məsuliyyətli Cəmiyyətin ünvan 3 ünvanında "xxxx" adlanan uşaqlar üçün qida və geyim mağazasında sonuncu dəfə 19 avqust 2024-cü il tarixdə saat 22 radələrinədək olmuşdur. Belə ki, o, müəyyən hesabatlar apardığı üçün mağaza bağlandıqdan sonra işinə davam etdirmək üçün mağazada olmuşdur. Saat 22 radələrində mağazanı bağlayıb getmişdir, oğurluq xx.xx.2024-cü il saat 22 radələrindən, xx.xx.2024-cü il saat 10 radələrinədək olan müddət ərzində baş vermişdir. Onun qeyd etdiyi oğurluq hadisəsində şübhələndiyi hər hansı şəxs yoxdur. Oğurluq nəticəsində Baby Care MMC-yə maddi ziyan dəymişdir. Vurulmuş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Masazır ərazi dairəsi, Masazır kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi, ev 3 A, mənzil 5-də ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, təxminən 4 il olar ki, yaşadığı evin yaxınlığında yerləşən “Seymur” marketi icarəyə götürərək həmin marketdə ərzaq və gündəlik tələbat malları satmaqla ailəsini dolandırır. xx.xx.2024-cü il tarixdə saat 03 radələrində o, işlədiyi həmin marketin qapısını kilidlə bağlayıb evə getmişdir. Bundan təxminən 4 saat sonra, yəni xx.xx.2024-cü il tarixdə saat 07 radələrində o, marketə gələn zaman plastik materialdan olan qapısının qıfılının və kilidinin naməlum şəxs və ya şəxslər tərəfindən sındırıldığını görmüşdür. Həmçinin o, içəri daxil olub baxdıqda mağazada masanın sirməsində saxladığı 2000 manat nağd pulunun və hər biri 4,20 manat dəyərində olan 12 qutu “X9 04” markalı siqaretlərin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını görmüşdür. Ona görə də o, həmin vaxt DİN-in “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan bir qədər sonra da hadisə yerinə polis əməkdaşları gələrək müvafiq araşdırma aparmağa başlamışlar. Bir daha bildirir ki, marketdən həmin oğurluq hadisəsinin baş verməsi nəticəsində ona ümumilikdə 2050,4 manat məbləğində ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilməmişdir. Ondan şikayətçidir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq ona dəymiş zərərin qismən ödənildiyini, buna baxmayaraq şikayətçi olmadığını, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən “Zəngibasar” adlı mini marketi işlədir. Hər gün gündəlik olaraq marketi saat 07 radələrində açır, axşam saat 22 radələrində isə bağlayır. 26 iyul 2024-cü il tarixdə saat təxminən 07 radələrində marketə gələn zaman görmüşdür ki, marketin ağ rəngli plastik qapısı naməlum şəxs tərəfindən açılmışdır. Həmçinin o, içəri daxil olaraq baxış keçirən zaman marketin içərisində olan stolda qoyulmuş təxminən 8 manat dəyərində qəpik pulların və vitrinlərdə olan ümumi dəyəri təxminən 650 manat olan müxtəlif adda və çeşiddə olan siaretlərin naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir. Ona görə də o, bu barədə dərhal polisə zəng edərək məlumat vermişdir. Daha sonra isə Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinə gedərək baş vermiş hadisə ilə bağlı ərizə və izahat yazmışdır. 27 iyul 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin əməkdaşları ona zəng edərək polis bölməsinə dəvət etmişlər və o, polis bölməsinə getdikdən sonra orada ona məxsus olan 05 ədəd “Kent” Feel nazik, 01 ədəd “Kent” 1 nazik, 03 ədəd “Kent” 4 nazik, 01 ədəd “Kent” ağ qalın, 05 ədəd “Winston caster”, 05 ədəd “Line X” red qalın, 02 ədəd “Line X” red nazik, 02 ədəd “Sobranie” blues nazik, 04 ədəd “Sobranie” göy qalın, 03 ədəd “Sobranie” ağ qalın, 01 ədəd “Sobranie” ağ nazik, 05 ədəd “Winston Xstyle” boz qalın, 01 ədəd “LD” Club Platinum, 01 ədəd “Winchester compact blue” və 01 ədəd “PallMalİ American Nights” siqaret qutuları təhqiqatçı tərəfindən təqdim edildikdən sonra həmin malların ekspertizaya göndərəcəyini bildirmişdir. Göstərmişdir ki, o, həmin oğurluq hadisəsini 26 iyul 2024-cü il tarixdə saat 07 radələrində aşkar etmişdir və Abşeron rayonu, Məmmədli kəndində yerləşən “Zəngibasar” adlı mini marketdə baş vermişdir. Qeyd edir ki, o, ilk öncə marketdən təxminən 60 manat dəyərində qəpik pulların və təxminən 600 manat dəyərində olan siqaretlərin oğurlandığını zənn etdiyi üçün ilkin ərizə və izahatında belə qeyd etmişdir. Lakin sonradan tam aydınlaşdırdıqda ona məlum olmuşdur ki, marketin kassasından 8 manat dəyərində qəpik pullar, hər biri 4.20 manat dəyərində olan 16 ədəd “Kent” Feel nazik markalı, hər bir ədədi 4.20 manat dəyərində olan 18 ədəd “Kent” 1 nazik markalı, hər biri 4.20 manat dəyərində olan 6 ədəd “Kent” 4 nazik markalı, hər bir ədədi 4.20 manat dəyərində olan 13 ədəd “Kent” ağ qalın markalı, hər biri 4 manat dəyərində olan 21 ədəd “Winston caster” markalı, hər biri 2.90 manat dəyərində olan 7 ədəd “Want Line X” red qalın markalı, hər biri 2.90 manat dəyərində olan 12 ədəd “Want Line X” red nazik markalı, hər biri 4.50 manat dəyərində olan 15 ədəd “Sobranie” blues nazik markalı, hər biri 4.50 manat dəyərində olan 11 ədəd “Sobranie” göy qalın markalı, hər biri 4.50 manat dəyərində olan 10 ədəd “Sobranie” ağ qalın markalı, hər biri ədəd 4,50 manat dəyərində olan 7 ədəd “Sobranie” ağ nazik markalı, hər biri 4 manat dəyərində olan 15 ədəd “Winston Xstyle” boz qalın markalı, hər biri 3,40 manat dəyərində olan 6 ədəd “LD” Club Platinum markalı, hər biri 3,10 manat dəyərində olan 9 ədəd “Winchester compact blue” markalı və hər biri 3,10 manat dəyərində olan 5 ədəd “PallMalİ American Nights” markalı siqaretlər oğurlanaraq ona ümumilikdə 667 manat ziyan vurulmuşdur. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Zərərçəkmiş şəxs7 Sahib oğlu məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və şikayətçi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs7 Sahib oğlu ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, Naxçıvan MR, Ordubad şəhəri, N,Babayev küçəsi ev 28-də qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi, ev 90, mənzil 5-də ailəsi ilə birlikdə kirayədə yaşayır. Mahiyyəti üzrə bildirir ki, hazırda Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi ərazisində yerləşən “Cahan Acsessories” adlı mağazanı icarəyə götürərək həmin mağazada müxtəlif növ qadın ətirləri, saç boyaları, bijuteriyalar və digər xırdavat malları sataraq ailəsini dolandırır. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində o, işlədiyi həmin mağazanın qapısını kilidlə bağlayıb evə getmişdir. Ertəsi gün, yəni xx.xx.2024-cü il tarixdə saat 10:30 radələrində o, mağazaya gələn zaman naməlum şəxs və ya şəxslərin mağazanın plastik materialdan olan qapısının kilidinə müdaxilə etdiklərini, lakin qapını aça bilmədikləri görmüşdür. Bundan sonra o, mağazaya daxil olub mağazanın müşahidə kamerasına baxdıqda xx.xx.2024-cü il tarixdə saat 06 radələrində naməlum şəxsin mağazaya yaxınlaşaraq qapını sıxmaqla və özü ilə gətirdiyi dəmir parçası ilə kilidi sındırmaq istədiyini, lakin qapını aça bilmədiyini və ətrafda kimisə gördüyünə görə tələsik həmin yerdən çıxıb getdiyini görmüşdür. Ona görə də o, həmin gün DİN-in “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan bir qədər sonra da hadisə yerinə polis əməkdaşları gələrək müvafiq araşdırma aparmağa başlamışlar. Bir daha bildirir ki, həmin şəxs mağazaya oğurluq etmək məqsədilə daxil olmaq istəmişdir. Belə ki, hadisə baş verən zaman mağaza tam işlək vəziyyətdə olmuşdur və mağazada ümumilikdə 4000 manat dəyərində müxtəlif növ qadın ətirləri, saç boyaları, bijuteriyalar və digər xırdavat malları olmuşdur. Oeyd edir ki, həmin şəxsin mağazaya həmin 4000 manat dəyərində olan əmlakını oğurlamaq məqsədilə daxil olmaq istədiyini düşünür. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Zərərçəkmiş şəxs5 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, ona vurulmuş ziyanın ödənilmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs5 ibtidadi istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi, ev 44, mənzil 29-da qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, yaşadığı evin yaxınlığında, “Yeni Bakı” yaşayış kompleksi ərazisində yerləşən özünə məxsus apteki işlədərək ailəsini dolandırır. xx.xx.2024-cü il tarixdə saat 23:50 radələrində o, işlədiyi həmin aptekin qapısını kilidlə bağlayıb evə getmişdir. Ertəsi gün, yəni xx.xx.2024-cü il tarixdə saat 09 radələrində o, aptekə gələn zaman plastik materialdan olan qapısının üzərindəki nəfəslik pəncərəsinin açıq vəziyyətdə olduğunu, həmçinin içəri daxil olub baxdıqda aptekin kassasının da açıq vəziyyətdə olduğunu, kassada saxladığı 150 manat nağd pulunun oğurlandığını görmüşdür. Bundan sonra ona məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixə keçən gecə naməlum şəxs və ya şəxslər aptekin plastik materialdan olan nəfəslik pəncərəsini açmaq yolu ilə içəri daxil olaraq kassadan 150 manat pulunu oğurlamışlar. Ona görə də o, həmin vaxt Abşeron RPİ-nə ərizə ilə müraciət edərək hadisəni törətmiş şəxs və ya şəxslərin müəyyən olunmasını və cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Bundan sonra da hadisə yerinə polis əməkdaşları gələrək müvafiq araşdırma aparmağa başlamışlar. Bir daha bildirir ki, ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksində yerləşən aptekdə xx.xx.2024-cü il tarixə keçən gecə oğurluq hadisəsinin baş verməsi nəticəsində ona ümumilikdə 150 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Zərərçəkmiş şəxs11 ibtidai istintaqda verdiyi ifadəsini məhkəməyə ərizə göndərərək təsdiq etdiyini bildirmişdir, ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsi ev 56, mənzil 11-də qeydiyyatda olmaqla Abşeron rayonu, Novxanı kəndi, Vəli Axundov küçəsində nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, "SSANG YONG ACTYON" markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır və o, həmin avtomobili baş etibarnamə əsasında idarə edir. xx.xx.2024-cü il tarixdə saat 18:41 radələrində o, həmin avtomobili ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektinə gedərək avtomobilini həmin prospektdə yerləşən "Rahat" marketin yaxınlığında park edib qızı gilə getmişdir. Bundan bir neçə dəqiqə sonra, yəni saat 18:45 radələrində evdə olan zaman mobil telefonuna istifadəsində olan “Unibank” kartı vasitəsilə həmin prospektdə yerləşən “Rahat” marketdən 47 manat dəyərində ərzaq məhsullarının alış veriş edilməsi barədə mesaj gəlmişdir. Qeyd edir ki, özünə məxsus “Unibank”a aid və “Kapital Bank”a aid plastik kartları avtomobilində olduğuna görə o, dərhal evdən çıxıb avtomobilinə yaxınlaşmışdır. Bu zaman avtomobilinin qabaq sol qapısının açıq vəziyyətdə olduğunu, avtomobilində sürətlər qutusunun yanında saxladığı, “Unibank”a və “Kapital Bank”a aid plastik kartlarının, eləcə də qabaq sağ oturacağın qarşısında ayaqaltının altında saxladığı 500 manat pulunun yerində olmadığını görmüşdür. Həmçinin bir neçə dəqiqə sonra, yəni saat 19 radələrində “Kapital Bank”a aid hesab kartı ilə də Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Araz” marketdə 134 manat dəyərində alış veriş edilməsi barədə yenidən mobil telefonuna mesaj gəldiyi üçün o, dərhal plastik kartlarının hər ikisini bloklamışdır. Bundan sonra ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər avtomobilindən 500 manat pulunu oğurlamaqla, eləcə də avtomobilindən surətlər qutusunun yanından “Unibank”a və “Kapital Bank”a aid nömrələrini xatırlamadığı plastik kartlarını oğurlayıb “Unibank”a aid plastik kartı ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Rahat” marketdə 47,85 manat və “Kapital Bank”a aid plastik kartı ilə də Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Araz” marketdə 134,07 manat dəyərində, ümumilikdə 181,92 manat dəyərində alış-veriş edərək ona ümumilikdə 681,92 manat məbləğində ziyan vurmuşdur. Ona görə də o, həmin vaxt Abşeron RPİ-yə ərizə ilə müraciət edərək bu barədə məlumat vermişdir. Bundan sonra da hadisə yerinə polis əməkdaşları gələrək müvafiq araşdırma aparmağa başlamışlar. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə Zərərçəkmiş şəxs8 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, Yardımlı rayonu, Vərxanlı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” yaşayış kompleksi, ev 19, mənzil 25-də ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” yaşayış kompleksi ərazisində yerləşən “Çıraq” adlı apteki işlədərək ailəsini dolandırır. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində o, işlədiyi həmin aptekin qapısını kilidlə bağlayıb evə getmişdir. Ertəsi gün, yəni xx.xx.2024-cü il tarixdə saat 08 radələrində o, aptekə gələn zaman plastik materialdan olan qapısının kilidinin naməlum şəxs və ya şəxslər tərəfindən sındırıldığını görmüşdür. Həmçinin o, içəri daxil olub baxdıqda aptekin kassasında saxladığı 287 manat nağd pulunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını görmüşdür. Həmçinin aptekin müşahidə kamerasına baxdıqda xx.xx.2024cü il tarixə keçən gecə saat 04:06-da naməlum şəxsin aptekin qapısının kilidini sındıraraq içəri daxil olub oğurluq etdiyini görmüşdür. Ona görə də o, həmin vaxt zəng edərək bu barədə həyat yoldaşı X2 məlumat vermiş Rəhman da DİN-in “102” xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Bundan bir qədər sonra da hadisə yerinə polis əməkdaşları gələrək müvafiq araşdırma aparmağa başlamışlar. Bir daha bildirir ki, ona məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” yaşayış kompleksi ərazisində yerləşən “Çıraq” adlı aptekdə xx.xx.2024-cü il tarixə keçən gecə oğurluq hadisəsinin baş verməsi nəticəsində ona ümumilikdə 287 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə Zərərçəkmiş şəxs6 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi, İnteqral bina 12 A, mənzil 14-də ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, Abşeron rayonu, Masazır qəsəbəsi “Qurtuluş-93” yaşayış kompleksi ərazisində yerləşən “Wine House” adlı şərab evini işlədərək ailəsini dolandırır. xx.xx.2024-cü il tarixdə saat 00:10 radələrində o, işlədiyi həmin şərab evinin qapısını kilidlə bağlayıb evə getmişdir. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 09 radələrində o, işə gələn zaman şərab evinin plastik materialdan olan qapısının kilidinin naməlum şəxs və ya şəxslər tərəfindən sındırıldığını görmüşdür. Həmçinin o, içəri daxil olub baxdıqda kassada saxladığı 271 manat nağd pulunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını görmüşdür. Ona görə də o, həmin vaxt DİN-in “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan bir qədər sonra da hadisə yerinə polis əməkdaşları gələrək müvafiq araşdırma aparmağa başlamışlar. Bir daha bildirir ki, Abşeron rayonu, Masazır qəsəbəsi “Qurtuluş-93” yaşayış kompleksi ərazisində yerləşən, işlədiyi “Wine House” adlı şərab evində xx.xx.2024-cü il tarixə keçən gecə oğurluq hadisəsinin baş verməsi nəticəsində ona ümumilikdə 271 manat məbləğində ziyan dəymişdir Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 14 yanvar 2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 14 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs9 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 14 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ilə ********* saylı cinayət işi bir icraatda birləşdirilmiş, istintaq ********* nömrəsi adı altında davam etdirilməsi qərara alınmışdır. - “Cinayət işi başlama və icraata qəbul etmə haqqında” 22 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. - “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 23 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* və ********* saylı cinayət işləri bir icraatda birləşdirilmiş və ********* nömrəsi altında istintaqı davam etdirilmişdir. - “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 14 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışıdır. - “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 21 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 19:30 dəqiqədə şübhəli şəxs qismində tanınmışdır. - “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 22 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 22 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 23 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, X4 əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən Həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 23 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismndə cəlb edilməklə ona həmin maddələr ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Abşeron Rayon Məhkəməsinin 4(012)-736/2024 saylı, 23 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 21 oktyabr 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 noyabr 2024-cü il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 67.1 və 68.2-ci maddələri ilə təqsirli bilinib 04 il azadlıqdan məhrum etmə və 1000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. - “Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında” 06 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ilə ********* saylı cinayət işi bir icraatda birləşdirilmiş, ********* nömrəsi altında istintaqı davam etdirilmişdir. - “Tutma haqqında” 27 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 16:45 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. - “Tutma haqqında” 27 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 18:05 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 29 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməkləona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 29 iyul 2024-cü il tarixli qərardan görünür ki, X6 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi barədə” 29 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Bakı Şəhəri Sabunçu RPİ-nin müstənitiqi Həşdər Əmirahovun vəsatəti təmin edilməmişdir. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi barədə” 29 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Bakı Şəhəri Sabunçu RPİ-nin müstəntiqi Həşdər Əmirahovun vəsatəti təmin edilməmişdir. - “Qətimkan tədbirinin seçilməsi haqqında” 29 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. - “Qətimkan tədbirinin seçilməsi haqqında” 29 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. - “Maddi sübut kimi tanınma haqqında” 29 iyul 2024-cü il tarixli qərardan görünür ki, 05 ədəd “Kent” Feel nazik, 01 ədəd “Kent” 1 nazik, 03 ədəd “Kent” 4 nazik, 01 ədəd “Kent” ağ qalın, 05 ədəd “Winston caster”, 05 ədəd “Line X” red qalın, 02 ədəd “Line X” red nazik, 02 ədəd “Sobranie” blues nazik, 04 ədəd “Sobranie” göy qalın, 03 ədəd “Sobranie” ağ qalın, 01 ədəd “Sobranie” ağ nazik, 05 ədəd “Winston Xstyle” boz qalın, 01 ədəd “LD” Club Platinum, 01 ədəd “Winchester compact blue” və 01 ədəd “PallMalİ American Nights” markalı siqaretlər maddi sübut qismində tanınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 09 avqust 2024-cü il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 sentyabr 2024-cü il tarixli 9/6822 saylı “məhkəmə əmtəəşünaslıq ekspertizası” rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş siqaretlərin qiyməti 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 156,90 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli manat) təşkil edir. - “Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında” 24 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* və ********* saylı cinayət işləri bir icraatda birləşdirilmiş və ********* nömrəsi altında istintaqı davam etdirilmişdir. - “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 17 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3-cü və 177.2.3-1-ci maddələri, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri təqsirləndirilən şəxs qismində cəlb edilmiş və onlara həmin maddələrlə nəzərdə tutulan yenidən ittiham elan edilmiş, iş üzrə 05 ədəd “Kent” Feel nazik, 01 ədəd “Kent” 1 nazik, 03 ədəd “Kent” 4 nazik, 01 ədəd “Kent” ağ qalın, 05 ədəd “Winston caster”, 05 ədəd “Line X” red qalın, 02 ədəd “Line X” red nazik, 02 ədəd “Sobranie” blues nazik, 04 ədəd “Sobranie” göy qalın, 03 ədəd “Sobranie” ağ qalın, 01 ədəd “Sobranie” ağ nazik, 05 ədəd “Winston Xstyle” boz qalın, 01 ədəd “LD” Club Platinum, 01 ədəd “Winchester compact blue” və 01 ədəd “PallMalİ American Nights” markalı siqaretlər maddi sübut qismində tanınması və sahibinə qaytarılması nəzərə alınmış, iş üzrə təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyi, maddi sübutlar, diskə baxış keçirilməsi haqqında protokollar, ifadələrin yerində yoxlanılması protokolu, üzləşdirmə protokolları və digər istintaq hərəkəti protokolları sübut növləri kimi qəbul edilmişdir. - Məhkəmə iclasında cinayət işinin materiallarına əlavə edilmiş DVD disklərdə olan müxtəlif epizodlar üzrə oğurluq hadisəsi zamanı qeydə alınmış videogörüntülər tədqiq edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin 23 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə 1000 manat cərimə cəzasının təyin edilməsi müəyyən olunsa da, lakin bu günədək hökmün icrası və eləcə də icra və probasiya şöbəsinin qeydiyyatdan çıxarılması barədə DİN-nin informasiya sisteminə məlumat daxil olmamışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə iclasında bildirdiyi xüsusatlara iş üzrə toplanmış sübutlarla birlikdə qiymət verərək Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Məmmədli qəsəbəsi ərazisində yerləşən “Zəngibasar” adlı marketdən oğurluq edilməsi faktı üzrə hər iki şəxsin ifadəsi Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən yayındırmaq məqsədi ilə müdafiə xarakterli ifadə olmasını hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, istintaq orqanında hər iki şəxs həmin epizod üzrə cinayət əməlini qabaqcadan əldə edilmiş razılaşma əsasında törədilməsi ilə bağlı ifadə vermişdirlər və hər iki ifadə bir biri ilə eynilik təşkil etmiş, istintaqın hər hansı mərhələsində qeyd olunan epizodla bağlı heç bir vəsatət verilməmiş və ya ifadələrdə ziddiyyətli hallar aşkar olunmamışıdır. Təqsirləndirilən şəxslərin sonradan məhkəmə iclasında bildirdikləri xüsusat isə heç bir sübuta söykənmir və cinayət işinin materiallarında olan sübutlarla təkzib olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs7 qarşı olan epizod üzrə də həmin cinayət əməlinə cəhd etmədiyini bildirsə də həmin xüsusat da iş materiallarında olan sənədlərlə öz əksini tapmamışdır. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxsin ifadiəsi, digər zərərçəkmiş şəxslər və şahidlərin elan olunmuş ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxslərin hər birinə isnad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarına müvafiq olaraq cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Hazırki cinayət işində dörd nəfər təqsirləndirilən şəxs olduğundan məhkəmə cəza təyini məsələsini hər bir təqsirləndirilən şəxsə münasibətdə təhlil etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən zərərçəkmiş şəxslərdən ikisinin şikayətinin olmamasını yüngülləşdirici hal kimi nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs2 əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir ki, bu da cinayətin residivini yaradır. Həmin halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Bu Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və lavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Belə ki, Təqsirləndirilən şəxs2 Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaaycan Respublikası CMnin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək Həmin Məcəllənin 67.1 və 68.2-ci maddəsinə əsasən 04 il müddətinə azadlıqdan məhrum etmə və 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmiş, lakin Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən göndərilmiş məktubdan da görünür ki, Təqsirləndirilən şəxs2 ona təyin edilmiş 1000 manat məbləğində cərimə cəzasını ödəməmiş, lakin cəzanı çəkib qurtarmadan yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq, eyni zamanda onun məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətlərin törətməsini, əvvəllər təyin edilmiş cəzadan nəticə çıxarmamasını və ona təyin olunmuş cəzaların islahedici təsirinin yetərli olmadığı nəticəsinə gələrək hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.23 və 177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.23 və 177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək Həmin Məcəllənin 67.1 və 68.2-ci maddəsinə əsasən ona təyin edilmiş 1000 manat cərimə cəzası cəzası ilə birləşdirilməklə ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə ki, təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə iki günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanıldığı - 02 gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan – 21 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə digər Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəyərək, barışıq əldə etməsini, ona qarşı heç bir şikayət, tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cinayətin törədilməsində rolunu, eləcə də, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs1 onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 oğlunun üzərinə Abşeron rayonu və Bakı şəhəri hüdudlarından kənara çıxmamaq, saat 21:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 4 ünvanında yerləşən yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.3-və 158.6-cı maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 04 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq DVD formatlı kompakt disklər iş materiallarında saxlanılmalı və maddi sübut kimi tanınmış 05 ədəd “Kent” Feel nazik, 01 ədəd “Kent” 1 nazik, 03 ədəd “Kent” 4 nazik, 01 ədəd “Kent” ağ qalın, 05 ədəd “Winston caster”, 05 ədəd “Line X” red qalın, 02 ədəd “Line X” red nazik, 02 ədəd “Sobranie” blues nazik, 04 ədəd “Sobranie” göy qalın, 03 ədəd “Sobranie” ağ qalın, 01 ədəd “Sobranie” ağ nazik, 05 ədəd “Winston Xstyle” boz qalın, 01 ədəd “LD” Club Platinum, 01 ədəd “Winchester compact blue” və 01 ədəd “PallMalİ American Nights” markalı siqaretin sahibinə qaytarılması nəzərə alınmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs2 hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 hüquqi yardıma görə sərf etdiyi 15 saatın hər iş saatının 6 manatdan, 25 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 365 manat (15 saat x 6 AZN + 25 saat x 11AZN) məbləğində vəsaitin, həmçinin digər Təqsirləndirilən şəxs1 hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 hüquqi yardıma görə sərf etdiyi 15 saatın hər iş saatının 6 manatdan, 25 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 365 manat (15 saat x 6 AZN + 25 saat x 11AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.2, 29, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş 1000 manat cərimə cəzası həmin Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq bu cəza hazırkı hökmlə təyin edilən cəza ilə tamamilə birləşdirilərək, ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 1000 manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 3 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası və 1000 (bir min) manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza müstəqil icra olunsun Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni 21 oktyabr 2024-cü il tarixdən hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 02 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 04 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Abşeron rayonu və Bakı şəhər hüdudlarından kənara çıxmamaq, saat 21:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 4 ünvanında yerləşən yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli Sumqayıt Şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş DVD disklər iş materiallarında saxlanılsın. Maddi sübut kimi tanınmış 05 ədəd “Kent” Feel nazik, 01 ədəd “Kent” 1 nazik, 03 ədəd “Kent” 4 nazik, 01 ədəd “Kent” ağ qalın, 05 ədəd “Winston caster”, 05 ədəd “Line X” red qalın, 02 ədəd “Line X” red nazik, 02 ədəd “Sobranie” blues nazik, 04 ədəd “Sobranie” göy qalın, 03 ədəd “Sobranie” ağ qalın, 01 ədəd “Sobranie” ağ nazik, 05 ədəd “Winston Xstyle” boz qalın, 01 ədəd “LD” Club Platinum, 01 ədəd “Winchester compact blue” və 01 ədəd “PallMalİ American Nights” markalı siqaretin sahibinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi - 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 məhkəmə zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkli Müdafiəçi1 365 (üç yüz altmış beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 məhkəmə zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkli Müdafiəçi2 365 (üç yüz altmış beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-686/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-686/2025
20.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver