Məhkəmə qərarları › İş №1(012)-689/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-689/2025

27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-689/2025 27.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkən Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay və orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi, ev-56k-da qeydiyyatda olan, Abşeron rayonu, Masazır kəndi,F.Əliyev küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs əvvəllər tanıdığı və sevgili münasibətində olduğu, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan, xx xxxxxxxx 2009-cu il tarixdə doğulmuş Zərərçəkmiş şəxs 25 may 2024-cü il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi, Firdovsi Vəliyev küçəsində yerləşən yaşadığı fərdi evə gətirərək orada həmin gün və sonuncunun 24 iyun 2024-cü il tarixdən 11 iyul 2024-cü il tarixə kimi olan müddət ərzində həmin evdə yaşadığı vaxtda mütəmadi olaraq ayrı-ayrı günlərdə razılığı ilə cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsinə daxil edərək seksual xarakterli hərəkətlər etmişdir. Bundan başqa o, 19 iyun 2024-cü il tarixdə gecə saat 01 radələrində Abşeron rayonu Masazır qəsəbəsi, Firdovsi Vəliyev küçəsində yerləşən evində əvvəllər tanıdığı və sevgili münasibətində olduğu, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan, xx xxxxxxxx 2009-cu il tarixdə doğulmuş Zərərçəkmiş şəxs ilə sonuncunun razılığı ilə bir dəfə cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına daxil etməklə cinsi əlaqədə olub qızlıq pərdəsininin tamlığını pozmuş, bundan sonra Zərərçəkmiş şəxs 24 iyun 2024-cü il tarixdən 11 iyul 2024-cü il tarixə kimi olan müddət ərzində həmin evdə yaşadığı vaxtda mütəmadi olaraq ayrı-ayrı günlərdə sonuncunun razılığı ilə cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına daxil etməklə cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ittihamla razı olduğunu, cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətdiyini, əməlindən peşman olduğunu bildirib, bunun cəza təyinində nəzərə alınmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə iki ildir ki, bir-birlərini tanıyırlar. Belə ki, hər ikisi eyni məktəbdə - Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Kəlbəcər rayonu 56 saylı tam orta məktəbdə oxumuşlar. Özü 2024cü il tədris ilində 11-ci sinifi bitirib tam orta təhsillə, Zərərçəkmiş şəxs isə 9-cu sinfi bitirib namatam orta təhsillə məktəbdən çıxmışlar. Bir il aralarında sevgi münasibətləri olmuş və sevgi münasibətlərindən onların valideyinlərinin də məlumatı olmuşdur. Özünün təkidi ilə ailə üzvləri də gələcəkdə Zəhra ilə onun evliliyinə razılıq vermişlər. Valideynləri Zəhranın yaşadığı evə elçiliyə getdikdə Zəhranın 16 yaşının tamam olmasından sonra onların evlənməyinə razı olacaqlarını bildirmişlər. Bu barədə söhbət olunarkən Zəhranın nənəsi Rəna, anası Tünzalə də onun valideynləri ilə eyni fikirdə olduqlarını demişlər. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs Abşeron rayonu Masazır qəsəbəsi, Cantəpə yaşayış massivində yerləşən evlərində olduqları vaxt sərxoş olmuş və həmin vaxt Zəhranın istəyi ilə onların evlərindəki otaqların birində qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. xx.xx.2024-cü il tarixdə Zəhranı ailəsi ilə yaşadığı Abşeron rayonu Masazır qəsəbəsi, Firdovsi Vəliyev küçəsində yerləşən evinə dəvət etmişdir. Evdə olduqları müddətdə xx.xx.2024-cü il tarixdə gecə saat 01 radələrində özünə aid olan yataq otağında Zəhranın razılığı ilə təbii yolla cinsi əlaqəda olmuşdur. Zəhranın qana bulaşmış alt paltarını Zəhra zibil qabına atmışdır. xx.xx.2024-cü il tarixdə Zəhranı öz evlərinə aparmışdır. Bundan sonra xx.xx.2024-cu il tarixdə anası Şahid5 və Zəhra ilə birlikdə nənəsi Şahid3 Bakı şəhəri Yasamal rayonu, Alatava qəsəbəsində yerləşən evinə getmişlər. Oradan anası Təranə Zəhranı nənəsi Ağcanın qonşuluğunda yaşayan Zemfira adlı qadın həkiminin yanına aparmışlar. Orada hamısı bir daha Zərərçəkmiş şəxs bakirəliyinin pozulmasını öyrənmişlər. xx.xx.2024-cü il tarixdə yenə evlərinə gəlmişlər. Həmin gün aralarında intim münasibət olmamışdır. xx.xx.2024-cü il tarixdə Zəhra yaşadıqları evə getmişdir. xx.xx.2024-cü il tarixdə Zəhranın nənəsi Şahid1 bu barədə bildikdən sonra nənəsi də onu sonadək dəstəkləyəcəyini demiş, elə həmin gün də nənəsi Rənanın təkidi ilə onu evlərinə çağırdığından onların yaşadığı evə getmişdir. Zəhra da patlarlarını yığıb onunla birlikdə yaşadığı evə gəlmişdir. Həmin gündən Zərərçəkmiş şəxs onunla və ailə üzvləri ilə birlikdə yaşdıqları mənzildə bir yerdə yaşamağa başlamışlar. Yaşadıqları müddət ərzində Zəhranın razılığı ilə onunla iki dəfə cinsi əlaqədə olmuşdur. xx.xx.2024-cü il tarixdə Zəhra nənəsi üçün darıxdığını bildirmiş və ona görə də Zəhranı ailəsi ilə görüşdürməyə aparmışdır. Həmin gün Zəhra bilmədiyi səbəbdən onunla yaşadığı evə qayıtmamış, sonradan Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə onun barəsində Abşeron rayon polis idarəsinə şikayət etdiyini bilmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində Zəhrayla cinsi əlaqədəyə anası Təranənin onu təhrik etmədiyini, Zəhranın bu barədə bildirdiklərinin yalan olduğunu, Zərərçəkmiş şəxs və onun ailəsi ilə aralarında heç bir ədavət və ya düşmənçilik olmadığını göstərmişdir. Məhkəmə iclasında zərərçəkən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə uzun müddətdir ki, birbirlərini tanıyırlar. Belə ki, hər ikisi eyni məktəbdə - Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Kəlbəcər rayonu 56 saylı tam orta məktəbdə oxumuşlar, 2024-cü tədris ilində 9-cu sinifi natamam orta təhsillə, Elmir Bədələov isə 11-ci sinifi tam orta təhsillə bitirmişlər. Bir il aralarında sevgi münasibətləri olmuş və sonradan bu sevgi münasibətlərindən onların valideyinlərinin də məlumatı olmuşdur. Öz təkidi ilə ailə üzvləri də gələcəkdə Elmirlə onun evliliyinə razılıq vermişlər. Elmirin valideynləri elçiliyə gəldikdə də onlara Elmirin hərbi xidməti başa vurub qayıtmasından və onun 16 yaşı tamam olmasından sonra evlənmələrinə razı olacaqlarını bildirmişlər. xx.xx.2024-cü il tarixdən Təqsirləndirilən şəxs anası Şahid5 Əskər qızı evlərinə qonaq çağırdığından Elmirin yaşadığı evə getmişdir. Elmirin yaşadığı evdə olduğu müddətdə Elmirlə cinsi əlaqədə olmalarını və cinsi əlaqədə olandan sonra heç kim onların evliliyinə mane ola bilməyəcəyini düşünüb, hər ikisinin razılığı ilə xx.xx.2024-cü il tarixdə gecə saat 01 radələrində Təqsirləndirilən şəxs ilə onun yaşadığı Abşeron rayonu Masazır qəsəbəsi, “Əliqardaş” məhəlləsi adlanan ərazidə yerləşən evlərində cinsi əlaqədə olmuşlar.Bundan sonrakı müddətdə də ittiham aktında göstərildiyi kimi təbii və qeyri- təbii yolla cinsi əlaqədə olmuşlar. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur.Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda zərərçəkən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə uzun müddətdir ki, birbirlərini tanıyırlar. Belə ki, hər ikisi eyni məktəbdə - Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Kəlbəcər rayonu 56 saylı tam orta məktəbdə oxumuşlar, 2024-cü tədris ilində 9-cu sinifi natamam orta təhsillə, Elmir Bədələov isə 11-ci sinifi tam orta təhsillə bitirmişlər. Bir il aralarında sevgi münasibətləri olmuş və sonradan bu sevgi münasibətlərindən onların valideyinlərinin də məlumatı olmuşdur. Öz təkidi ilə ailə üzvləri də gələcəkdə Elmirlə onun evliliyinə razılıq vermişlər. Elmirin valideynləri elçiliyə gəldikdə də onlara Elmirin hərbi xidməti başa vurub qayıtmasından və onun 16 yaşı tamam olmasından sonra evlənmələrinə razı olacaqlarını bildirmişlər. xx.xx.2024-cü il tarixdən Təqsirləndirilən şəxs anası Şahid5 Əskər qızı evlərinə qonaq çağırdığından Elmirin yaşadığı evə getmişdir. Elmirin yaşadığı evdə olduğu müddətdə Elmirlə cinsi əlaqədə olmalarını və cinsi əlaqədə olandan sonra heç kim onların evliliyinə mane ola bilməyəcəyini düşünüb, hər ikisinin razılığı ilə xx.xx.2024-cü il tarixdə gecə saat 01 radələrində Təqsirləndirilən şəxs ilə onun yaşadığı Abşeron rayonu Masazır qəsəbəsi, “Əliqardaş” məhəlləsi adlanan ərazidə yerləşən evlərində cinsi əlaqədə olmuşlar.Bundan sonra qana batmış alt paltarını, yəni tumanını götürüb zibilliyə atmışdır. Elmirlə cinsi əlaqədə olmasını Elmirin anasına bildirmiş, həmin vaxt Elmirin anası onlara cinsi əlaqədə olmalarına görə iradını bildirmişlər. xx.xx.2024-cü il tarixdə evə gəlmiş, həmin gün bu barədə valideyinlərinə məlumat verməyə qorxmuşdur. Bundan sonra xx.xx.2024-ci il tarixdə Elmirin yaşadığı evdə olarkən Elmir, Elmirin anası Şahid5, atası Şahid2 və onunla birlikdə Elmirin nənəsi Ağcanın Bakı şəhəri Yasamal rayonu, Alatava qəsəbəsində yerləşən evinə getmişdir. Oradan Ağca və Təranə onu Ağcanın qonşuluğunda yaşayan Zemfira adlı qadının evinə aparmışlar. Həmin vaxt Zemfiranın qadın həkimi olduğunu bilmişdir. Orada Şahid5 onu bacısı qızı kimi təqdim edərək ağacdan yıxıldığını və cinsiyyət orqanından qan gəldiyini, buna görə də müayinəyə ehtiyacının olduğunu bildirmişlər. Zemfira öz evindəki otaqlardan birində olan taxta masanın üzərinə onu çıxarıb, orada onu cinsiyyət orqanını vizual baxış keçirtmişdir. Bundan sonra onun ağacdan yıxılmağı nəticəsində xəsarət almadığını, kiminsə cinsi əlaqədə olmağına görə bakirəliyinin pozulduğunu bildirib, ona də bakirəliyini pozan şəxslə mütləq evlənməli olduğunu, əks halda gənc yaşından bədbəxt olacağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə yenə Təqsirləndirilən şəxs evində olarkən Elmirin təklifi və özünün razılıgı ilə yenə onların evində cinsi əlaqədə olmuşlar. xx.xx.2024cü il tarixdə yenə yaşadığı evə gəlmişdir. Həmin gün yenə evdə bu barədə danışmamışdır. xx.xx.2024-cü il tarixdə nənəsi Şahid1 onun hərəkətlərindən şübhələnmiş və onu həkimə aparıb müayinə etdirəcəyini dedikdə baş verən hadisələri, yəni Təqsirləndirilən şəxsla iki dəfə cinsi əlaqədə olduğunu demişdir. Nənəsi ona əsəbləşmiş, paltarlarını yığışdırmağı və Elmirin yaşadığı evə köçməsini bildirmişdir. Eyni zamanda həmin gün Elmir ailəsi ilə birlikdə gəlib onu evlərinə aparmışdır. Nənəsi baş verən hadisə barədə Elmirin anası Şahid5 ilə danışdıqda o, baş verən hadisəyə təəssüfləndiyini, lakin onunla oğlunu mütləq evləndirəcəyini deyib onu öz evlərinə aparmış və Elnurun yaşadığı evdə eyni otaqda Elmirlə yatırmışlar. Evlərində yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs ilə demək olar ki, hər gün, bəzən də gündə iki dəfə təbii və ya qeyri-təbii yol ilə cinsi əlaqədə olmuşdur. xx.xx.2024-cü il tarixdə Elmir, bacısı və anası ilə birlikdə onu anasının kirayədə yaşadığı evə qonaq gətirmişlər. Həmin gün geri qayıdanda bir-iki gün orada qalmaq bəhanəsi ilə onu anası evində qoyub çıxıb getmişlər. Bundan sonra isə Elmir onunla əlaqə saxlamadığından və bundan başqa onunla heç kimin maraqlanmadığını gördükdə bu barədə anası Abşeron rayon polis idarəsinə şikayət etmişdir. Qeyri-təbii yol ilə cinsi əlaqədə ilk dəfə Təqsirləndirilən şəxs yaşadığı evdə xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxsla bir dəfə, bir həftə sonra isə Təqsirləndirilən şəxs ilə onun yaşadığı evin həyətində olan yardımçı tikilidə qeyri-təbii yol ilə cinsi əlaqədə olduğunu, xx.xx.2024-cü il tarixdə Elmirin yaşadığı evdə təbi yolla və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək evlərində yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs ilə hər gün, bəzən də gündə iki dəfə təbii və ya qeyritəbii yol ilə cinsi əlaqədə olmuşlar. Məhkəmə iclasında zərərçəkənin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, anası Şahid1 və üç uşağı ilə birlikdə kirayədə yaşayır. Zərərçəkmiş şəxs doğma qızıdır. Qızı Zərərçəkmiş şəxs Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Kəlbəcər rayonu 56 saylı tam orta məktəbdə ondan iki yaş böyük Təqsirləndirilən şəxs ilə sevgili olmuş, Təqsirləndirilən şəxs ailəsi də qızı ilə Elmirin evlənmələri üçün elçi göndərmiş o və nənəsi Şahid1 qızı Zəhranın təkidi ilə gələcəkdə onların evlənmələrinə razılıq vermişlər. Belə ki, Elmirin valideynləri evə Elçiliyə gəldikdə də onlara Elmirin hərbi xidməti başa vurub qayıtmasından və qızı Zəhranın 16 yaşının tamam olmasından sonra evlənmələrinə razı olacağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə gecə işdən evə gəldikdə anası Şahid1 ona bildirmişdir ki, qızı Zəhra nişanlısı Təqsirləndirilən şəxsla cinsi əlaqədə olmuş və qızın bakirəliyi pozulmuşdur. Hadisə barədə ətraflı öyrəndikdə isə Zəhra xx.xx.2024-cü il tarixdə nişanlısı Təqsirləndirilən şəxs anası Bəhrəmova X3 və oğlu Elmirə cinsi əlaqədə olmalarını təklif etməsini, onların cinsi əlaqədə olmağından sonra heç kimin onların evliliyinə mane olmayacağına, həmçinin qızının onun evində gəlin olmağına əmin olacağını bildirmişdir. Elə həmin gün, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə saat 01 radələrində qızı Zəhra ilə Təqsirləndirilən şəxs onun yaşadığı Abşeron rayonu Masazır qəsəbəsi, “Əliqardaş” məhəlləsi adlanan ərazidə yerləşən evlərində cinsi əlaqədə olmuşlar. Bundan sonra Elmirin anası Şahid5 qızı Zəhranın qana batmış alt paltarını, yəni tumanını götürüb atmışdır. xx.xx.2024-cü il tarixdə qızı Zəhra evlərinə gəlmiş, xx.xx.2024-cü il tarixdə Şahid5 Zəharnı öz evlərinə aparmış, oradan isə Elmir, Elmirin anası Şahid5, atası Şahid2 və qızı Zəhra birlikdə Elmirin nənəsi Ağcanın Bakı şəhəri Yasamal rayonu, Alatava qəsəbəsində yerləşən evinə getmişlər. Oradan Ağca və Təranə qızı Zəhranı Ağcanın qonşuluğunda yaşayan Zemfira adlı həkimin evinə aparmışlar. Orada Şahid5 qızı Zəhranı bacısı qızı kimi təqdim edərək tut ağacından yıxıldığını və cinsiyyət orqanından qan gəldiyini, buna görə də müayinəyə ehtiyacının olduğunu bildirmişdir. Zemfira öz evində qızı Zəhranı müayinə edib onun ağacdan yıxılmağı nəticəsində xəsarət almadığını, onunla kiminsə cinsi əlaqədə olmağına görə bakirəliyinin pozulduğunu bildirib, qızı Zəhraya da bakirəliyini pozan şəxslə mütləq evlənməli olduğunu, əks halda gənc yaşından bədbəxt olacağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə qızı Zəhra yenə Təqsirləndirilən şəxs evində olarkən Elmirin təklifi və hər ikisinin razılığı ilə yenə onların evində cinsi əlaqədə olmuşlar. Anası Şahid1 Zərərçəkmiş şəxs hərəkətlərindən şübhələndiyindən ona doğru danışmasa ginekoloq müayinəsinə aparacağını dedikdə Zəhra baş verənləri anasına danışmışdır. Baş verən hadisələr barədə Elmirin anası Şahid5 ilə danışdıqda o, baş verən hadisəyə təəssüfləndiyini, lakin qızı Zəhra ilə oğlu Elmiri mütləq evləndirəcəyini deyib Zəhranı öz evlərinə aparmışdır. xx.xx.2024-cü il tarixdə Zəhra kirayədə yaşadığı evə gəlmişdir. Bundan sonra Zəhra ilə heç kimin maraqlanmadığını görüb polisə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma oğludur. Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxsla eyni məktəbdə - Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Kəlbəcər rayonu 56 saylı tam orta məktəbdə oxumuşlar. Oğlu Təqsirləndirilən şəxs 2024-cü tədris ilində 11-ci sinifi tam orta təhsillə, Zərərçəkmiş şəxs isə 9-cu sinifi natamam orta təhsillə bitirmişlər. 2024-cü ilin fevral-mart aylarında 6 yaşlı qızı Səadətin soyuqdəymə ilə bağlı səhhətində problemlər yaranmış, əraziyə nəzarət edən sahə həkiminin yaşayış yeri uzaq olduğu üçün qızına tibbi yardım göstərməsindən ötrü yaxınlıqda həkim axtarmış, Elmir yaxınlıqda yaşayan tibb bacısı tandığını demişdir. Qızı Səadəti həkim təyinatı ilə yazılmış sistemin köçürülməsi üçün Abşeron rayonu Masazır qəsəbəsi, Cantəpə yaşayış massivində yaşayan Tünzalə adlı qadının evinə aparmışdır. Orada da Zərərçəkmiş şəxs ailəsi ilə tanış olmuşlar. Orada oğlu Elmirin əvvəllər tanımadığı sonradan adının Zəhra olduğunu bildiyi qıza çox qəribə baxdığını görmüş və onlar arasında qeyri-adi münasibət olduğunu başa düşmüşdür. Bu barədə Elmirdən soruşduqda əvvəl o, bunu etiraf etməsə də sonradan Zəhranı əvvəldən tanıdığını və bir-birlərini sevdiklərini demişdir. Bundan sonra, aralarında ailəvi yaxınlıq yaranmış və ailələlikcə vaxtaşırı bir-birlərinin evinə qonaq getmişlər. Eyni zamanda, gələcəkdə, yəni evlilik yaşlarına çatdıqda oğlu Elmirlə Zəhranın evlənməsinə etiraz etməmişdir. Həmçinin, Zəhranın ailəsi də onların gələcəkdə ailə qurmasına razılıq vermişdir. X5 azyaşlı bacısı ilə birlikdə yaşadıqları evə qonaq gətirmiş, gəldiyi günün axşamı isə Zəhranı evinə yola salmışdır. xx.xx.2024-cü il tarixdə ailəliklə Zəhranın ailəsinin yaşadığı Abşeron rayonu Masazır qəsəbəsi, Cantəpə yaşayış massivindəki evində qonaq olmuşlar. Orada olanda Zəhranın nənəsi Şahid1 nəvəsi Zəhranın darıxıdığını deyərək onlarla birlikdə onlara göndərmiş, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Zəhra Elmir ilə həmin gecə cinsi əlaqədə olmasını bildirmişdir. Lakin, alt paltarını verməmiş, bunu yoxlatdırmaq üçün xx.xx.2024-cu il tarixdə Zəhranı götürüb, həyat yoldaşı İbrahim, oğlu Elmir ilə birlikdə qaynanası Şahid3 Bakı şəhəri Yasamal rayonu, Alatava qəsəbəsində yerləşən evinin qonşuluğunda yaşayan və ginekoloq kimi tanıdığı Zemfira adlı şəxsin evinə aparmışdır. Zemfira adlı qadın həkimi Zəhranı vizual yoxladıqdan sonra onun bakirəliyinin pozulmasını öyrənmişdir. xx.xx.2024-cü il tarixdə yenə evlərinə qayıtmışlar, Zəhranı isə evlərinə aparmışlar. Gələcəkdə onsuz da oğlu Təqsirləndirilən şəxsla Zəhranın evlənəcəyini düşündüyü üçün, həm də bundan başqalarının məlumatlı olmasının biabrçılıq olacağaından ehtiyyat edərək heç kimə məlumat verməmişdir. xx.xx.2024-cü il tarixdə Zəhranın nənəsi Şahid1 bu barədə öyrəndikdə Zəhranın paltarlarını yığıb oğlu Elmirlə Zəhranı onların yaşadığı evə göndərmişdir. Həmin gündən Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə yaşadığı evdə onlarla birlikdə yaşamışdır. Birlikdə yaşadıqları müddətdə oğlu Elmirlə Zəhranın arasında sonradan cinsi əlaqə olub-olmamasını bilmir. xx.xx.2024-cü il tarixdə Zəhra nənəsi üçün darıxdığını bildirmiş və oğlu Elmir onu ailəsi ilə görüşdürməyə aparmışdır. Həmin gün Zəhra bilmədiyi səbəbdən onların yaşadığı evə qayıtmamışdır. Sonradan Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə oğlu Təqsirləndirilən şəxs barəsində Abşeron rayon polis idarəsinəşikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Qanuni nümayəndə doğma qızıdır. Tünzalə və onun üç uşağı ilə birlikdə kirayədə yaşayır. Zərərçəkmiş şəxs nəvəsidir. Zərərçəkmiş şəxs Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Kəlbəcər rayonu 56 saylı tam orta məktəbdə ondan iki yaş böyük Təqsirləndirilən şəxs ilə sevgili olmuş, Təqsirləndirilən şəxs ailəsi də Zəhra ilə Elmirin evlənmələri üçün elçi göndərmiş, Qanuni nümayəndə Zəhranın təkidi ilə gələcəkdə onların evlənmələrinə razılıq vermişlər. Belə ki, Elmirin valideynləri onların yaşadığı evə elçiliyə gəldikdə də onlara Elmirin hərbi xidməti başa vurub qayıtmasından və nəvəsi Zəhranın 16 yaşının tamam olmasından sonra evlənmələrinə razı olacağlarını bildirmişlər. xx.xx.2024-cü il tarixdə isə Təqsirləndirilən şəxs anası Şahid5 Əskər qızı nəvəsi Zəhranı evlərinə qonaq aparmış, səhərisi gün-yəni xx.xx.2024-cü il tarixdə Zəhra evə qayıtmışdır. xx.xx.2024-cü il tarixdə yenidən Zəhra onların evinə qonaq getmişdir. xx.xx.2024-cü il tarixdə Zəhra yenə evə gəlmiş, onun hərəkətlərindən şübhələnib başına nəsə iş gəldiyini fikirləşərək, bu barədə Zəhradan soruşduqda heç nə baş vermədiyini demiş, xx.xx.2024-cü il tarixdə Zəhraya onu ginekoloqa aparıb yoxlatdıracağını dedikdə o, Elmirlə xx.xx.2024-cü il tarixdə təbii yolla cinsi əlaqədə olduğunu bildirmişdir. jElə həmin gün, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə saat 01 radələrində Zəhra ilə Təqsirləndirilən şəxs onun yaşadığı Abşeron rayonu Masazır qəsəbəsi, “Əliqardaş” məhəlləsi adlanan ərazidə yerləşən evlərində cinsi əlaqədə olmuşlar. Bundan sonra Elmirin anası Şahid5 nəvəsi Zəhranın qana batmış alt paltarını götürüb atmışdır. xx.xx.2024-cü il tarixdə Zəhra evə gəlmiş, xx.xx.2024-cü il tarixdə Şahid5 Zəhranı öz evlərinə aparmış, oradan isə Elmir, Elmirin anası Şahid5, atası Şahid2 və Zəhra birlikdə Elmirin nənəsi Ağcanın Bakı şəhəri Yasamal rayonu, Alatava qəsəbəsində yerləşən evinə getmişlər. Oradan Ağca və X4 qonşuluğunda yaşayan Zemfira adlı həkimin evinə aparmışlar. Orada Şahid5 Zəhranı bacısı qızı kimi təqdim edərək tut ağacından yıxıldığını və cinsiyyət orqanından qan gəldiyini, buna görə də müayinəyə ehtiyacının olduğunu bildirmişdir. Zemfira öz evində Zəhranı müayinə edib onun Ağacdan yıxılmağı nəticəsində xəsarət almadığını, onunla kiminsə cinsi əlaqədə olmağına görə bakirəliyinin pozulduğunu bildirib, Zəhraya da bakirəliyini pozan şəxslə mütləq evlənməli olduğunu, əks halda gənc yaşından bədbəxt olacağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə Zəhra yenə Təqsirləndirilən şəxs evində olarkən Elmirin təklifi və hər ikisinin razılığı ilə yenə onların evində cinsi əlaqədə olmuşlar. Qeyd edilənləri eşitdikdən sonra əsəbləşib Zəhraya paltarlarını yığıb Elmirin yaşadığı evə getməsini tapşırmışdır. Həmçinin qızı Qanuni nümayəndə da məlumat vermişdir. Baş verən hadisələr barədə Elmirin anası Şahid5 ilə danışdıqda o, baş verən hadisəyə təəssüfləndiyini, lakin Zəhra ilə oğlu Elmiri mütləq evləndirəcəyini deyib Zəhranı öz evlərinə aparmışdır. xx.xx.2024-cü il tarixdə Zəhra kirayədə yaşadığı evə gəlmiş, bundan sonra Zəhra ilə heç kimin maraqlanmadığını gördükdə bu barədə Qanuni nümayəndə Abşeron RP-nə şikayət etmişdir. İstintaq zamanı ifadəsi alınmış Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma oğludur. Zərərçəkmiş şəxs da oğlu Təqsirləndirilən şəxsla eyni məktəbdə - Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Kəlbəcər rayonu 56 saylı tam orta məktəbdə oxumuşlar. Oğlu Təqsirləndirilən şəxs 2024-cü tədris ilində 11-ci sinifi, Zərərçəkmiş şəxs isə 9-cu sinifi bitirib natamam orta təhsillə məktəbdən çıxmışlar. 2024-cü ilin mart-fevral aylarında onların bir-birlərini sevdiklərini eşitmiş, həmçinin, oğlu Təqsirləndirilən şəxs soyuqdəymə ilə bağlı səhhətində problemlər yaranmış, Zəhranın anası Tünzalə də tibb bacısı olduğu üçün Elmirə həkim təyinatı ilə yazılmış sistemin köçürülməsi üçün onların Abşeron rayonu Masazır qəsəbəsi, Cantəpə yaşayış massivində yerləşən evlərinə getmişlər. Orada da Zərərçəkmiş şəxs ailəsi ilə tanış olmuş, aralarında ailəvi yaxınlıq yaranmış və ailələr vaxtaşırı bir-birimizə qonaq getmişdir. Eyni zamanda gəlcələkdə, yəni evlilik yaşlarına çatdıqda oğlu Elmirlə Zəhranın evlənməsinə eitraz etməmişdir. Həmçinin Zəhranın ailəsi də razı olmuşdur. X5 azyaşlı bacısı ilə birlikdə yaşadıqları evə qonaq gətirmiş, gəldiyi gün axşamı isə Zəhranı evinə yola salırmışlar. xx.xx.2024-cü il tarixdə ailəliklə Zəhranın ailəsinin yaşadığı Abşeron rayonu Masazır qəsəbəsi, Cantəpə yaşayış massivindəki evində qonaq getmişlər, orada olanda Zəhranın nənəsi Şahid1 nəvəsi Zəhranın darıxıdığı üçün onların yaşadığı evə göndərmişdir. Zəhra xx.xx.2024-cü il tarixdə isə öz yaşadığı evə qayıtmışdır. Həmin gün həyat yoldaşı Şahid5 ona Elmirin Zəhra ilə həmin gecə cinsi əlaqədə olmasını dediyindən, Zəhranı yoxlatdırmaq üçün xx.xx.2024-cu il tarixdə evlərindən götürüb, həyat yoldaşı Təranə, oğlu Elmir ilə birlikdə anası Şahid3 Bakı şəhəri Yasamal rayonu, Alatava qəsəbəsində yerləşən evinin qonşuluğunda yaşayan və ginekoloq kimi tanıdığları Zemfira adlı şəxsin evinə aparmışlar. Zemfira adlı qadın həkimi Zəhranı vizual yoxladıqdan sonra onun bakirəliyinin pozulmasını öyrənmişlər. xx.xx.2024-cü il tarixdə yenə evlərinə qayıtmışlar. Zəhranı isə evlərinə aparmışlar. Gələcəkdə onsuz da oğlu Təqsirləndirilən şəxsla Zəhranınm evlənəcəyini düşündükləri üçün, həm də bundan başqalarının məlumatlı olmasının biabrçı olmasına görə heç kimə məlumat verməmişlər. xx.xx.2024-cü il tarixdə Zəhranın nənəsi Şahid1 həmin hadisə barədə öyrəndikdə Zəhranın paltarlarını yığıb oğlu Elmirlə Zəhranı onların yaşadığı evə göndərmişdir. Həmin gündən Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə onlarla birlikdə qalmışdır. Birlikdə yaşadıqları müddətdə oğlu Elmirlə Zəhranın arasında cinsi əlaqə olub-olmamasını bilməmişdir. xx.xx.2024-cü il tarixdə Zəhra nənəsi üçün darıxdığını bildirmiş və oğlu Elmir onu ailəsi ilə görüşdürməyə aparmışdır. Həmin gün Zəhra bilmədiyi səbəbdən geri qayıtmamışdır. Sonradan Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə oğlu Təqsirləndirilən şəxs barəsində Abşeron rayon polis idarəsinə şikayət etdiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 da şahid oğlu Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları öz ifadəsində təsdiq etmişdir. İşdə olan Məhkəmə- Tibbi ekspertiza və Pataloji Anatomiya Birliyinin xx.xx.2024-cü il tarixli 3616 saylı rəyindən görünür ki, 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasına əsaslanaraq və ilkin məlumatı nəzərə alıb belə nəticəyə gəlinir ki, Zərərçəkmiş şəxs bədən səthinin üzərində və arxa keçəcək nahiyyəsində hər hansı xəsarət və xəsarət izi aşkar edilməmişdir. Onun qızlıq pərdəsinın tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən iki həftəyə qədərdir. Onun arxa keçəcək nahiyyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar olundu. Qeyri-təbii yolla cinsi əlaqədə olma zamanı arxa keçəcək nahiyyəsində xəsarət və ya xəsarət izi aşkar olunmursa müddət haqqında fikir söyləmək mümkün deyildir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkənin, onun qanuni nümayəndəsinin və şahidlərin ifadələri, aparılmış ekspertizaların rəyi və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar,həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda, həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi çinayətin yetkinlik yaşına çatmadığı vaxt törətməsidir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayəti təkrar törətməsidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2024cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə zalından “həbs” edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2025-ci il tarixdən hesablansın. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar