Məhkəmə qərarları › İş №1(012)-69/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-69/2021

22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-69/2021 22.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1990-cı il təvəllüdlü, Ağsu rayonu Musabəyli kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, Musabəyli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, ünvan 2t işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11.01.2020-ci il tarixdə saat 00:30 radələrində Zərərçəkmiş şəxs Abşeron rayonu, Xırdalan şəhəri, «Ekologiya» postunun yaxınlığında yerləşən «Qızılgül» kafesində yeyib içdikdən sonra 1 manat pul verib musiqi sifariş verməsi kimi hərəkətinə irad bildirməsini cüzi səbəb gətirərək, əslində heç bir əsaslı səbəb olmadan özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla, insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər edərək, Zərərçəkmiş şəxs yumruq və təpiklə başından və bədəninin müxtəlif nahiyələrindən vurub, ona sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz yarığının daralması ilə nəticələnən sol göz ətrafı yumşaq toxumaların – sol üst və alt göz qapaqlarının sol gözaltı nahiyədə əhatə olmaqla qançır-şişkinliyi, sol almacıq nahiyəsinin əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirməklə «Qızılgül» kafesinin normal fəaliyyətini 10 dəqiqə müddətində pozulmasına səbəb olan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu “Ekologiya postu”nun arxasında yerləşən “Qızılgül” kafesində çörək yemək üçün arabir gedir. Həmin kafeni işlədən Elnuru və Ceyhunu tanıyır, həmin kafedə sintezatoru Samir adlı şəxs ifa edir, orada adını bilmədiyi bir xanım isə musiqi oxuyur. 10 yanvar 2020-ci il tarixdə saat 22 radələrində “Qızılgül” kafesinə tək getmiş, orada heç bir müştəri olmamış, lakin Samir, Elnur, Ceyhun və adını bilmədiyi xanım orada olmuşdur. Qapıdan içəri daxil olub, sol tərəfdə masada əyləşmiş, bir az musiqiyə qulaq asmış, təxminən 1 saat sonra oraya iki nəfər tanımadığı şəxs gəlmiş, həmin şəxslərdən biri iri bədən quruluşlu, digəri isə arıq bədən quruluşlu olmuşdur. Həmin şəxslər digər masada əyləşib yemək sifariş etmiş, yemək gələnə kimi sonuncular pivə içmiş, yemək gözləyən zaman təxminən iki-üç bakal pivə içmişdir. Ona yemək gələndən sonra o, sintezator çalan Samiri masasına dəvət etmiş ki, onunla yemək yesin. Həmin vaxt oxuyan qız da mətbəxə keçmiş ki, orada olan Ceyhun və Elnurla yemək yesin. Samirlə masada oturub söhbət edən zaman iri bədən quruluşlu olan şəxs onun masasına yaxınlaşmış, Samirin qarşısına bir manat pul atmış ki, durub sintizatorda musiqi ifa etsin. Samir həmin şəxsə yemək yediyini bildirmiş və bir azdan musiqi ifa edəcəyini demişdir. Lakin həmin şəxs sonradan adını Asif kimi bildiyi şəxs bu hərəkətini bir neçə dəfə təkrar etmiş, onun hər dəfə masalarına yaxınlaşıb, pul atmasına əsəbiləşmiş və ayağa durub, Asifə iradını bildirmişdir. Bu zaman Asifin yanında olan və onunla bir masada əyləşən şəxs də ona yaxınlaşanda, sonuncunun sinəsindən itələmiş, bundan sonra Asiflə arasında mübahisəsi yaranmış, Asifə yumruq və sillə vurmuşdur. Bundan sonra onları Samir, Elnur aralaşdırmış, davanın daha da böyüməsindən ehtiyyat edib oradan çıxıb getmişdir. Etdiyi əmələ görə peşmandır, həmin vaxt içkili olduğu üçün bu cür hərəkət etmişdir. Mübahisə Abşeron rayonu, “Ekologiya” postunun yaxınlığında yerləşən “Qızılgül” kafesində baş vermiş, hadisə vaxtı orada Samir olmuş, sonra oraya Elnur da gəlmiş, mübahisə təxminən 5-6 dəqiqə davam etmiş, hadisə vaxtı Asifin cibindən pul götürməmiş, ola bilsin ki, dava zamanı sonuncunun pulu cibindən düşüb itmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid1 həmkəndlisidir, onlar birlikdə fəhləlik edib ailələrini dolandırırlar. 10 yanvar 2020-ci l tarixdə saat 23 radələrində işdən çıxıb evə gedən zaman Kərimlə qərarlaşmışlar ki, Abşeron rayonu ərazisində yerləşən “Ekologiya” postunun yaxınlığında yerləşən “Qızılgül” kafesinə getsinlər və orada yemək yeyib içdikdən sonra evə getsinlər. Kafeyə daxil olub masada ikisi əyləşmiş və yemək sifariş etmişlər. Yemək gələnə kimi Kərimlə hərəsi bir bakal pivə içmiş, kafedə sintezator ifa edilmiş və bir xanım isə mahnı oxumuşdur. Digər masada bir nəfər şəxs tək oturub pivə içmiş və həmin şəxs də onlar kimi yemək gözləmişdir. Bir manat pulu oxuyan xanıma təqdim etmiş ki, əlavə mahnı oxusun, bu zaman orada olan tanımadığı iki nəfər şəxs ona yaxınlaşmış və ona “sən bir manata mahnı oxuyarsanmı?” sualını vermişdir. O, isə “oxuyaram, lakin indi yeyib içməyə gəlmişəm” cavabını vermişdir. Bu zaman onlardan biri arıq bədən quruluşlu olan şəxs mikrafonu gətirərək ona tərəf uzatmış və oxumasını tələb etmiş, o, həmin şəxslə razılaşmadığı üçün həmin oğlan qəfildən yumruqla onun sifətindən vurmuş, zərbədən yerə yıxılmışdır. Bundan istifadə edən həmin tanımadığı şəxs yumruq və təpiklə onun baş nahiyyəsindən və bədəninin müxtəlif nahiyyələrindən zərbələr endirmiş, onunla kafedə olan dostu Kərim və orada tanımadığı iki-üç nəfər şəxs onları ayırmışdır. Yerdən qalxdıqdan sonra kafedən Kərimlə birlikdə çıxıb getmiş, sonra cibinə baxdıqda görmüşdür ki, cibindəki 200 manat pul yoxdur, lakin pulunun kimin tərəfindən götürülməsini və yaxud hansı şəraitdə itirməsini bilmir. Hadisə Abşeron rayonu “Ekologiya” postunun yaxınlığında yerləşən “Qızılgül” kafesində 11.01.2020-ci il tarixdə saat 00:30 radələrində baş vermiş, hadisə zamanı orada Kərim və tanımadğı iki nəfər şəxs olmuş, həmin tanımadığı şəxslərdən biri ona xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onunla həmkəndlidir və onlar birlikdə fəhləlik edib ailələrini dolandırırlar. 10 yanvar 2020-ci l tarixdə saat 23 radələrində Asiflə birlikdə işdən çıxıb evə gedən zaman qərara almışlar ki, Abşeron rayonu ərazisində yerləşən “Ekologiya” postunun yaxınlığında yerləşən “Qızılgül” kafesinə getsinlər və orada yemək yeyib içdikdən sonra evə getsinlər. Kafeyə daxil olub masada ikisi əyləşmiş və yemək sifariş etmişlər. Yemək gələnə kimi hərəsi bir bakal pivə içmiş, kafedə sintezator ifa edilmiş və bir xanım isə mahnı oxumuşdur. Digər masada bir nəfər şəxs tək oturub pivə içmiş və həmin şəxs də onlar kimi yemək gözləmişdir. Onlar pivə içdikdən sonra Asif bir manat pulu aparıb oxuyan xanıma təqdim etmiş ki, əlavə mahnı oxusun. Bu zaman orada olan tanımadığı iki nəfər şəxs Asifə yaxınlaşmış və sonuncuya “sən bir manata mahnı oxuyarsanmı?” sualını vermiş, Asif isə «oxuyaram, lakin indi yeyib içməyə gəlmişəm» cavabını vermişdir. Bu zaman onlardan biri, yəni arıq bədən quruluşlu olan şəxs mikrafonu gətirərək Asifə tərəf uzatmış və sonuncudan oxumasını tələb etmişdir. Lakin Asif həmin şəxsin hərəkətlərinə irad bildirdikdə həmin oğlan qəfildən yumruqla Asifin sifətindən vurmuş, zərbədən təsirindən Asif yerə yıxılmışdır. Bundan istifadə edən həmin tanımadığı şəxs Asifin yumruq və təpiklə baş nahiyyəsindən və bədəninin müxtəlif nahiyyələrindən zərbələr endirmişdir. Belə olduqda Asiflə həmin oğlanın arasına girib ayırmış, kafedə olan tanımadığı 2-3 nəfər şəxs də onları ayırmaqda köməklik etmişdir. Bundan sonra Asif yerdən qalxmış və onunla birlikdə kafedən çıxıb getmişdir. Yolda gedərkən Asif əlini cibinə salmış və cibindəki 200 manat pulunun olmadığını görmüş, lakin pulun kimin tərəfindən götürülməsini və yaxud hansı şəraitdə itirməsini bilməmişdir. Belə olduqda Asif DİN-nin 102 xidmətinə zənd edərək hadisə barədə məlumat vermiş, sonradan yenidən hadisə yerinə qayıtdıqda artıq həmin şəxslərin oradan qaçıb getdiklərinin şahidi olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu “Ekologiya postu”nun arxasında yerləşən “Qızılgül” kafesini icarə əsasında işlədir. Təqsirləndirilən şəxs kafeyə arabir gəlib gedən müştəri kimi tanıyır. Kafedə canlı musiqi vardır və sintezatoru Samir adlı şəxs ifa edir, kafedə adını hazırda unutduğu bir xanım isə musiqi oxuyur, həmin qadın az müddət kafedə fəaliyyət göstərdiyi üçün hazırda həmin qadın barədə hər hansı məlumatı yoxdur. 10 yanvar 2020-ci il tarixdə həmişə olduğu kimi kafedə olmuş, axşam saat 22 radələri olardı, kafedə olmuş, kafenin daimi müştərisi olan Asif adlı şəxs də dostu ilə birlikdə həmin kafedə olmuş, onlar pivə içmişlər, kafedə əlavə müştəri olmamışdır. Həmin vaxtı kafedə zalda möhkəm səs küy düşdüyünü eşidib zala keçmiş və görmüşdür ki, zal dağınıq vəziyyədədir. Həmin vaxtı orada kafedə müştəri olmuş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünün şahidi olmuş, zala keçdikdə artıq mübahisə sakitləşmiş və orada olan musiqiçilər onları aralaşdırmış, kafenin iş fəaliyyəti pozulduğu üçün həmin yerə yaxınlaşıb iradını bildirmiş və aralaşdırıb çıxıb getmələrini tələb etmiş, bundan sonra hər iki şəxs kafedən çıxıb getmiş, üstündən bir qədər keçmiş polis əməkdaşları gəlmiş, polis əməkdaşları gəldikdə artıq Zərərçəkmiş şəxs dalaşdığı Təqsirləndirilən şəxs kafedən çıxıb getmişdir. Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında yaranmış dava dalaş kafenin zalında baş vermiş, lakin dava dalaş zamanı kafeyə hər hansı miqdarda maddi ziyan dəyməmiş, kafedə heç bir əşya sınıb məhv olmamışdır. Həmçinin kafedə Zərərçəkmiş şəxs məxsus hər hansı miqdarda pulun düşməsinin şahidi olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə - tibbi ekspertizasının 21 yanvar 2020-ci il tarixli, 81 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi msüayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan, sol göz yarığının daralması ilə nəticələnən sol göz ətrafı yumşaq toxumaların - sol üst və alt göz qapaqlarının sol gözaltı nahiyədə əhatə olmaqla qançır-şişkinliyi, sol almacıq nahiyəsinin əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 11.01.2020-ci il tarixdə dava dalaş nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN- nin BƏSİİ tərəfindən verilmiş 06.05.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Abşeron rayon polis idarəsinin 22.05.2020-ci il tarixli qərarından görünür ki, ibtidai istintaqdan yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı dayandırılmışdır. 25.07.2020-ci il tarixli tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25.07.2020-ci il tarixdə tutulmuşdur. 27.07.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 27.07.2020-ci il tarixdə MSY-dən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətmkan tədbiri seçilmişdir. ünvan 2t işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayati və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25.07.2020-ci il tarixdən 27.07.2020-ci il tarixədək tutulduğu 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22.04.2021-ci il tarixdən hesablanmalıdır. ünvan 2t işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Eyni zamanda məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçilərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X2 göstərdiyi 35 saat hüquqi yardıma görə 210 manat məbləğində pul və Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25.07.2020-ci tarixdən 27.07.2020-ci il tarixədək tutulduğu 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22.04.2021-ci il tarixdən hesablansın. ünvan 2t işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaq zamanı müdafiəçilər tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X2 göstərdiyi 35 saat hüquqi yardıma görə 210 manat məbləğində pul və Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ**********0000001944, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar