Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-69/2022 23.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1966-cı ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ali təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanında yaşamış, Abşeron Rayon Məhkəməsinin 05.08.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 03.08.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 iyul 2021-ci il tarixdə saat 08:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu Masazır qəsəbəsi Atatürk küçəsi döngə 2-də yerləşən 7 saylı evin həyətinə darvazadan qanunsuz daxil olub, oradan Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd 650 manat dəyərində samovarı gizli olaraq talayaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 650 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 iyul 2021-ci il tarixdə səhər saat 08:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu Masazır qəsəbəsi ,S.Aşıq küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə darvazadan qanunsuz daxil olaraq həyətdə olan 1 ədəd 300 manat dəyərində 7 litr həcmində mis materialdan hazırlanmış samovarı gizli olaraq talayaraq oğurluq cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20.07.2021-ci il tarixdə saat 11 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 kirayə yaşadığı mənzilə qapının açıq olmasından istifadə edərək qanunsuz daxil olaraq mənzildən Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd 2100 manat dəyərində“İphone 11 Promax” markalı mobil telefonu gizli olaraq talayaraq vətəndaş Zərərçəkmiş şəxs1 oğluna ümumilikdə 2100 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq cinayətini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 3 il olarki, narkotik vasitələrdən istifadə edir. Son zamanlar maddi vəziyyəti pis olduğu üçün oğurluq etmək qərarına gəlmiş, bunun üçün də 02.07.2021-ci il tarixdə yaşadığı evdən çıxmış və Abşeron rayonu Masazır qəsəbəsi ərazisinə gəlmişdir. Abşeron rayonu Masazır qəsəbəsi ərazisində olarkən saat təxminən 08 radələrində orada olan evlərdən birinin qapısının açıq olduğunu görmüşdür. Həyətdə bağlı vəziyyətdə olan it olmuşdur. O, həyətə daxil olan zaman it onu görüb hürməyə başlamış, həmin vaxtı həyətin sol tərəfi ilə gələndə orada 1 ədəd misdən hazırlanmış samovarın olduğunu görmüşdür. Həmin samovarı götürüb gəldiyi kimi həyətin dəmir qapısından çölə çıxmışdır. Oradan çıxdıqdan sonra Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon bazarına getmiş və həmin oğurladığı samovarı orada 30 yaşlarında anket məlumatlarını bilmədiyi arıq bədən qurluşlu müştəriyə 40 manata satmış və əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 03.07.2021-ci il tarixdə yaşadığı evdən çıxaraq Abşeron rayonu Masazır qəsəbəsi ərazisinə gəlmiş, həmin vaxtı saat təxminən 08 radələri olmuş və Abşeron rayonu Masazır qəsəbəsi ərazisində oğurluq məqsədi ilə gəzişmişdir. Abşeron rayonu Masazır qəsəbəsi S.Aşıq küçəsi ilə piyada tək gəzən zaman həmin küçədə yolun kənarında olan fərdi yaşayış evinin həyət darvazasının açıq olduğunu görüb həmin qapıya yaxınlaşmış və həyətə baxmışdır. Həyətdə heç kimin olmadığını gördükdən sonra həyətə daxil olmuş,həyətdə 1 ədəd mis samovarın olduğunu görüb həmin samovarı oğurlamaq qərarına gəlmiş, Həyətə daxil olub həmin samovarı götürüb həyətdən çıxmış, həyətin yerləşdiyi küçədən uzaqlaşıb yola çıxmışdır. Yolda tanımadığı yol ilə gedən Opel markalı avtomobilə əl edib saxlatdırmış, həmin avtomobilə onu Bakı şəhəri Nəsimi rayonu 3–cü mikrorayon bazarına aparmasını xahiş etmiş, 3-cü mikrorayon bazarında tanımadığı mağazaya həmin samovarı 40 manat pula satmış, pulu isə öz şəxsi ehtiyaclarına xərcləmişdir.Bundan sonra həmin samovarın sahibinin ondan şikayət etdiyini öyrəndiyi üçün həmin samovarı satdığı yerdən götürüb gətirib sahibinə təhvil vermişdir. Bundan başqa 20.07.2021-ci il tarixdə təxminən saat 11 radələrində Abşeron rayonu Xırdalan şəhəri, Kənd Xırdalan adlanan ərazidə olarkən bir evin qapısının açıq olduğunu görüb həmin evdən oğurluq etmək qərarına gəlmiş,həmin vaxtı istifadə etdiyi narkotik vasitələrdən bədənində ağrılar olduğu üçün pul əldə etmək məqsədi ilə oğurluq etmək qərarına gəlmişdir.Həyətə daxil olduqdan sonra evin giriş qapısının açıq olduğunu görmüş,evə daxil olan zaman evdə heç kimin olmadığını görmüş,ev 1 otaqdan ibarət olmuş, evdə çarpayının yanında cərəyana taxılı vəziyyətdə olan 1 ədəd “İphone 11 Promax” markalı mobil telefon olmuş, həmin telefonu götürərək oradan çıxıb getmiş, evə daxil olan zaman orada gizli kameraların olmasından məlumatsız olmuş, həmin evdən çıxıb getdikdən sonra telefonu satmaq üçün Bakı şəhəri 20 yanvar deyilən əraziyə getmiş, Həmin ərazidə mobil telefonların alqı-satqısı ilə məşğul olan mağazalara yaxınlaşmış, Həmin mağazalar ondan heç biri mobil telefon almaq istəmədiklərini bildirmiş,bundan sonra mağazadan çıxdıqdan sonra bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq nə satdığını soruşmuş, o həmin şəxsə “İpone 11 Promax” markalı mobil telefonu olduğunu və satdığını bildirmiş, həmin oğurladığı“İpone 11 Promax” markalı mobil telefonu həmin şəxsə 160 manat pul müqabilində satmış və əldə etdiyi pulu özü şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda törətdiyi əməldən peşmançılıq hissi keçirir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 02 iyul 2021-ci il tarixdə saat 07 radələrində arvadı və uşaqları ilə birlikdə Tərtər rayonuna atası Gündüzün evinə getmiş, evindən çıxarkən darvazanın qapısını bağlamağı unutmuşdur. Onun ünvan 4 ünvanında yerləşən fərdi evi müşahidə kameraları ilə iəchiz olunmuşdur və həmin kameraları mobil telefonu ilə müşahidə edir. 04 iyul 2021-ci il tarixdə saat 09:45 radələrində Tərtər rayonunda olarkən mobil telefonu ilə müşahidə kameralarına baxdıqda məlum olmuşdur ki, 02 iyul 2021-ci il tarixdə saat 08 radələrində şəxsiyyətini bilmədiyi şəxs ona məxsus fərdi evin dəmir darvazasını açaraq içəri daxil olmuş və həyətdən bir ədəd 5 litr tutumlu misdən hazırlanmış samovarı oğurlayaraq həyəti tərk etmişdir. Belə olduqda mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, yaşadığı ünvanda bir həyətdə iki ailə yaşayır. 20.07.2021-ci il tarixdə o, evdə olduğu zaman saat təxminən 09:50 radələrində özünə məxsus “İphone 11 Promax” markalı **********28070 İMEİ kodlu mobil telefonu yataq otağında olan istilik batareyasının üzərinə qoyub enerjı yığması üçün cərəyana qoşmuş, özü isə hamam otağına keçmişdir. Həmin vaxtı isə mənzilinin qapısını açıq olmuş, hamam otağından çıxdıqdan sonra evdə olan özünə məxsus 1 ədəd 2100 manat dəyərində “İphone 11 Promax” markalı mobil telefonun oğurlandığını aşkar etmiş, evin giriş qapısında yerləşən kamera görüntülərinə baxan zaman 09:50 radələrində hamama girdikdən sonra 09:56 radələrində həyətə tanımadığı bir şəxsin daxil olduğunu və 3 dəqiqə sonra 09:59 radələrində həyətdən çıxdığını görmüş, bundan sonra mobil telefonunun oğurlanması ilə bağlı DİN-nin 102 xidmətinə və ərizə ilə Abşeron RPİ-nə müraciət etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 2100 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, özünə məxsus Masazır qəsəbəsində fərdi evi vardır. Təxminən hadisədən bir il əvvəl İsmayıllı rayonu, Lahıc qəsəbəsindən 300 manata bir ədəd istifadə olunmuş mis materialdan olan 7 litr tutumlu samovar almış və Masazır qəsəbəsindəki evinə gətirmiş, həmin gündən hadisə baş verdiyi tarixədək həmin samovardan evinin həyətində saxlamışdır. Həmişə olduğu kimi 02 iyul 2021-ci il tarixdə samovarı həyətinin bir küncünə qoyub darvazanı bağlayaraq yatmaq üçün otağına keçmiş, səhəri günü 03 iyul 2021-ci il tarixdə təxminən saat 08:15 radələrində həyətinə çıxan zaman samovarı həyətində görməmiş və oğurlandığını başa düşmüşdür. Bundan sonra evində quraşdırılmış müşahidə kameralarına baxdıqda 03 iyul 2021-ci il tarixdə saat 08:00 radələrində bir nəfər yaşlı kişi həyətinə darvazadan daxil olaraq orada saxladığı bir ədəd misdən hazırlanmış samovarı oğurlayıb aparır. Bundan sonra baş vermiş hadisə ilə bağlı DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir.Əlavə olaraq göstərmişdir ki, ilkin araşdırma dövründə hadisəni törətmiş şəxs ona məxsus samovarı ona gətirib təqdim etmiş, lakin həmin samovarı o, bazarda tanımadığı şəxsə satdığı üçün hazırda həmin samovarı istintaqa təqdim edə bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Bakı şəhəri 20 yanvar dairəsi adlanan ərazidə “Vertu telecom” adlı mağazanı icarə əsasında işlədir və həmin mağazada işlənmiş mobil telefonların alışı-satışı ilə məşğul olur. 20 iyul 2021-ci il tarixdə təxminən saat 13 radələrində bir nəfər tanımadığı şəxs işlədiyi mağazaya yaxınlaşaraq bir ədəd “İphone 11 Promax” markalı mobil telefonu satdığını bildirmiş, o, həmin şəxsə sənədlə həmin mobil telefonu ala biləcəyini bildirmiş, həmin şəxs şəxsiyyət vəsiqəsini ona təqdim etmiş, bu zaman həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Həmin şəxsin telefonu blokda yəni “İcloud” düşdüyü üçün həmin mobil telefonu ehtiyyat hissələrinə bölərək satmaq üçün almış, həmin mobil telefonu 160 manat pul müqabilində Təqsirləndirilən şəxs Əziz oğlundan almış və ehtiyyat hissələrinə bölərək satmışdır. Əlavə olaraq göstərmişdir ki, ona təqdim edilmiş “İphone 11 Promax” markalı mobil telefon işlətməyə yararlı olmamış, belə ki, mobil telefon “İcloud”a düşmüş vəziyyətdə olmuş, müştəri yeniləmə verən zaman telefon iclouda düşür və müştərilərin əksəriyyəti parolu bilmədiyi üçün telefon bloka düşür, bu səbəbdən də telefon blokda olduğundan hissələrə bölüb satmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 tərəfindən istintaqa təqdim edilmiş bir ədəd CD diskinə baxış keçirilmiş, təqdim edilmiş bir ədəd CD diskində 6 ədəd qovluq var olmaqla CD diskinə köçürülmüş hər bir görüntü fotoşəkil formatında olmuş və hər bir fotoşəkil ardıcıl halda bir nəfər şəxsin fərdi evin həyətində əlindəki mobil telefonla danışaraq bir ədəd samovarı gizli taladığı anlar fiksə edilmişdir. Qeyd olunan qovluqdakı fotoşəkillərə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, həqiqətən fotoşəkillərdə əksi təsvir olunmuş şəxs özüdür və 03.07.2021-ci il tarixdə saat 08 radələrində Abşeron rayonu Masazır qəsəbəsi ərazisində olarkən həmin fərdi evin qapısının açıq olduğunu görmüş, həyətə daxil olduqda sağ tərəfdə bağlanmış it olduğunu görmüş, İt onu görüb hürməyə başlamış, həmin vaxtı həyətin sol tərəfi ilə gələndə orada 1 ədəd misdən hazırlanmış samovarın olduğunu görmüş, həmin samovarı götürüb gəldiyi kimi həyətin dəmir qapısından çölə çıxmışdır. İstintaq zamanı 20.07.2021-ci il tarixdə saat 11 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 kirayə yaşadığı ünvana mənzilin qapısının açıq olmasından istifadə edilməklə evdən 1 ədəd “İphone 11 Promax” markalı mobil telefonun gizli olaraq talanması faktını qeydə almış müşahidə kamerasının fiksə etdiyi görüntünün köçürüldüyü və Zərərçəkmiş şəxs1 tərəfindən istintaqa təqdim edilmiş bir ədəd CD diskinə baxış keçirilmiş,təqdim edilmiş bir ədəd CD diskdə 2 ədəd qovluq olmuş, CD diskinə köçürülmüş görüntünün biri 7 saniyədən ibarət olmaqla həmin dövr ərzində bir nəfər qara-sarı rəngli köynək və qara rəngli şalvar geyinmiş şəxsin müşahidə kameranın qarşısından keçib getdiyi an fiksə edilmişdir. 2-ci görüntü 01:45 saniyəni əhatə etməklə həmin görüntüdə bir nəfər qara-sarı rəngli köynək və qara rəngli şalvar geyinmiş şəxs kameranın qarşısından küçə ilə keçib getdiyi, daha sonra geri qayıdaran kameranın fiksə etdiyi ərazidə olan iki ədəd fərdi evin birinin qapısını döydüyü, daha sonra isə digər fərdi evin qapısını döydüyü, daha sonra həmin ikinci fərdi evin həyətinə daxil olduğu və bir neçə saniyə sonra əlində mobil telefonla danışaraq sakit tərzdə ərazidən uzaqlaşdığı an fiksə edilmişdir. Qeyd olunan qovluqdakı fotoşəkillərə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirdiki, həqiqətən fotoşəkillərdə əksi təsvir olunmuş şəxs özüdür və həmin evin həyətinə daxil olduqdan sonra evin giriş qapısının açıq olduğunu görmüş, evə daxil olan zaman evdə heç kimin olmadığını görmüş, ev 1 otaqdan ibarət olmuş, evdə çarpayının yanında cərəyana taxılı vəziyyətdə olan 1 ədəd “İphone 11 Promax” markalı mobil telefon olmuş, həmin telefonu götürərək oradan çıxıb getmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Şirinov X3 Rayon Məhkəməsinin 06.03.2019-cu il tarixli hökmü ilə AR CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 11 ay 8 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 08.06.2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim olunmuş ərizələrdən görünür ki, onlara dəymiş ziyan ödənilmədiyinə görə Təqsirləndirilən şəxs şikayətçidirlər. Abşeron rayon polis idarəsinin 05.07.2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə verilmiş təqdimat təmin edilməmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 06.07.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Şübhəli şəxsin tutulması haqqında 03.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 05.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsetmənin əvvəli 03.08.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iki ədəd CD disk iş üzrə maddi sübut tanınmış və cinayət işinə əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi ilə, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X2 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05.07.2021-ci il tarixdən 06.07.2021-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 01 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 03.08.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut tanınmış iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05.07.2021-ci tarixdən 06.07.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 03.08.2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut tanınmış iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-69/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-69/2022
23.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver