Məhkəmə qərarları › İş №1(012)-69/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-69/2023

16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-69/2023 16.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1993-cü ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanında yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2022-ci il tarixdən Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli talama məqsədilə 2022ci ilin mart ayının axırlarında, saat 15 radələrində ünvan 3 ünvanında yerləşən tanışı Zərərçəkmiş şəxs2 məxsus həyətinə hasardan keçməklə, həyətdəki fərdi yaşayış sahəsinə isə pəncərəni sındırmaqla qanunsuz daxil olaraq, oradan 80 manat dəyərində 1 ədəd “Markos” markalı su motoru və 700 manat dəyərində 1 ədəd kombi aparatını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 780 manat dəyərində ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 20 aprel 2022-ci il tarixdə, saat 04 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Fatmayi kəndində yerləşən qadın gözəllik salonu olan binasının arxa pəncərə şüşəsini daşla vurub sındıraraq, pəncərədən binaya qanunsuz daxil olaraq oradan 270 manat dəyərində 1 ədəd “Ariston” su qızdırıcısını, 90 manat dəyərində 1 ədəd su matoru, 200 manat dəyərində 1 ədəd dırnaq dezinfeksiya aparatı, 150 manat dəyərində 1 ədəd hava feni, 70 manat dəyərində 1 ədəd saç buran fen aparatı, 70 manat dəyərində fen aparatı, 45 manat dəyərində 1 ədəd kiprik-qaş buran fen aparatı, 40 manat dəyərində 1 ədəd nazik saç buran aparatı, 100 manat dəyərində 1 ədəd qara qalın buruq fen aparatı, 100 manat dəyərində 1 ədəd saç maşinkası, 60 manat dəyərində 1 ədəd qulaq deşən aparat və 10 ədəd sırqası ilə birlikdə, 12 manat dəyərində 1 ədəd tapança kley, 35 manat dəyərində 7 ədəd şotka darağlar, 30 manat dəyərində dəsmallar, fartuk, əlcəklər, 20 manat dəyərində olan 1 ədəd “Tefal” çaynik, 45 manat dəyərində olan fincan dəsti, 35 manat dəyərində 1 ədəd divar saatı, 90 manat dəyərində 3 ədəd suvenir qablar, 50 manat dəyərində olan müxtəlif boyalar, 90 manat dəyərində supralar və açıcı tozlar, 100 manat dəyərində kiprik laminasiya materialları, 70 manat dəyərində 1 ədəd kiprik laminasiya alətləri, 300 manat dəyərində keratin botoks 2 litr, 100 manat dəyərində 2 ədəd qədimi güldan, 25 manat dəyərində dəsmallar, 60 manat dəyərində saç aksesuarları, sancaqlar və nevidimnikalar, 30 manat dəyərində saç lakı və falqalar, 15 manat dəyərində 1 ədəd saç kremləri, 150 manat dəyərində olan kosmetika, 80 manat dəyərində olan 4 ədəd tenlər, 110 manat dəyərində pamadalar, 50 manat dəyərində göz qələmləri, 20 manat dəyərində 1 ədəd ziq-zaq qayçı, 100 manat dəyərində tuşlar, 50 manat dəyərində layner+ firçası (Brend), 30 manat dəyərində kist dəsti, 100 manat dəyərində qoyulma kipriklər, 20 manat dəyərində tonal kremlər, 50 manat dəyərində 1 ədəd vaza, 50 manat dəyərində 5 ədəd göz zəri, 40 manat dəyərində üz boyaları, 25 manat dəyərində konturlar, 15 manat dəyərində üz spreyi, 15 manat dəyərində refle papağı, 50 manat dəyərində şampun–balzam, 50 manat dəyərində kist dəstləri, 40 manat dəyərində qaş-kiprik alətli, 83 manat dəyərində kompakt pudraları gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 3400 manat dəyərində ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində, onuna bir məhələdə yaşayan, sinif yoldaşı Zərərçəkmiş şəxs2 ilə heç bir ədavəti və düşmənçiliyi olmamış, onunla yaxın münasibətləri olduğu üçün evinə tez-tez getmişdir.Həmin vaxt Elxanın evində gördüyü kombi aparatı və su nasosunu oğurlamaq qərarına gəmişdir. Buna görə 2022-ci il mart ayının axırlarında, saat 15 radələrində Zərərçəkmiş şəxs2 evdə olmadığını bildiyi üçün onun yaşadığı evin həyətinə hasarın üstündən aşaraq daxil olmuş, sonrada evin pəncərəsinin şüşəsini sındırmaqla evə daxil olaraq, evəki kombi istilik aparatını və yanındakı su nasosunu yerindən çıxararaq, yenidən hasarın üstündən aşaraq yoldan keçən tanımadığı taksi ilə onları Bakı şəhəri, 3-cü mikrorayon deyilən yerdəki, işlənmiş əşyaların satıldığı bazara satmağa aparmış və su nasosunu tanımadığı bir kişiyə 30 manata satmışdır. Kombi aparatını alan olmadığına görə bazardan kənarda, xatırlamadığı yerdə kombi aparatını sökərək içindəki misdən olan radiatr hissəsini çıxartmış və onları rayonun Mehdiabad qəsəbəsindəki metal qəbulu məntəqəsində işləyən Hüseyn adlı şəxsə 50 manata satmışdır. Hüseynə satdığı mis radiatrı yol kənarında tapdığını demişdir. Beləliklə əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmışdir. Bundan başqa Abşeron rayonu Fatmayi kəndədə yerləşən “Aslan” adlı şəxsə məxsus “qadın gözəllik salonu”-nun son vaxtlar bağlı olduğunu, işləmədiyini, gözətçi omadığını gördükdə oradan oğurluq etmək qərarına gəlmiş və buna görə 20 aprel 2022-ci il tarixdə, saat 04 radələrində gözəllik salonun arxa pəncərəsi üzərində dəmir barmaqlıq olmadığını görə daşla pəncərənin şüşəsini sındırmaqla pəncərədən salona daxil olaraq oradan 1 ədəd ariston, 1 ədəd su nasos, 5 ədəd müxtəlif fenləri, tefal çaynik, suvenir güldan, müxtəlif növ kosmetkalar, saç üçün boyalar, şampun, adlarını bilmədiyi müxtəlif aparatlar və digər əşyaları oğurlamışdır. Oğurladığı əşyaları səhər açılanda yoldan keçən tanımadığı taksi ilə Bakı şəhəri, 3-cü mikrorayonda yerləşən əşyaların satıldığı bazara aparmış və tanımadığı bir kişi ilə yanındakı qadına 80 manata satmışdır. Müştəriyə satdığı həmin əşyaların özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını demişdir. Onların oğurluq olduğunu bildirməmişdir. Beləliklə qazandığı pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Fatmayi kəndində yerləşən, ona məxsus “qadın gözəllik” salonundan oğurluq olmasını 06 may 2022-ci il tarixdə aşkar etmiş və həmin tarixdə oğurluq barədə ərizə ilə Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə müraciət etmişdir. Hadisənin təsirindən ilk vaxtlar salondan oğurlanmış əşyaları tam yoxlamadan və ona dəymiş ümumi ziyanı dəqiq hesablamadan, dəymiş ziyanın 2800 manat olduğunu bildirmişdir. Sonradan salondakı əşyalarını dəqiqlikə yoxladıqda ona məxsus həmin “qadın gözəllik” salonundan 270 manat dəyərində 1 ədəd ariston, 90 manat dəyərində 1 ədəd su matoru, 200 manat dəyərində 1 ədəd dırnaq dezinfeksiya aparatı, 150 manat dəyərində 1 ədəd hava feni, 70 manat dəyərində 1 ədəd saç buran fen aparatı, 70 manat dəyərində vafli fen aparatı, 45 manat dəyərində 1 ədəd kiprik-qaş buran fen aparatı, 40 manat dəyərində 1 ədəd nazik saç buran aparatı, 100 manat dəyərində 1 ədəd qara qalın buruq fen aparatı, 100 manat dəyərində 1 ədəd saç maşinkası, 60 manat dəyərində 1 ədəd qulaq deşən aparat və 10 ədəd sırqası ilə birlikdə, 12 manat dəyərində 1 ədəd tapança kley, 35 manat dəyərində 7 ədəd şotka darağlar, 30 manat dəyərində nakitkalar, fartuk, əlcəklər, 20 manat dəyərində olan 1 ədəd tefal çaynik, 45 manat dəyərində olan çaşka dəsti, 35 manat dəyərində 1 ədəd divar saatı, 90 manat dəyərində 3 ədəd suvenir qablar, 50 manat dəyərində olan müxtəlif boyalar, 90 manat dəyərində supralar və açıcı tozlar, 100 manat dəyərində kiprik laminasiya materialları, 70 manat dəyərində 1 ədəd kiprik laminasiya alətləri, 300 manat dəyərində keratin botoks 2 litr, 100 manat dəyərində 2 ədəd qədimi güldan, 25 manat dəyərində dəsmallar, 60 manat dəyərində saç aksesuarları, sancaqlar və nivdimnikalar, 30 manat dəyərində saç lakı, falqalar, 15 manat dəyərində 1 ədəd saç kremləri, 150 manat dəyərində olan kosmetika, 80 manat dəyərində olan 4 ədəd tenlər, 110 manat dəyərində pamadalar, 50 manat dəyərində göz qələmləri, 20 manat dəyərində 1 ədəd ziq-zaq qayçı, 100 manat dəyərində tuşlar, 50 manat dəyərində layner+ firçası (Brend), 30 manat dəyərində kist dəsti, 100 manat dəyərində qoyulma kipriklər, 20 manat dəyərində tonal kremlər, 50 manat dəyərində 1 ədəd vaza, 50 manat dəyərində 5 ədəd göz zəri, 40 manat dəyərində rumiyanalar, 25 manat dəyərində konturlar, 15 manat dəyərində üz spreyi, 15 manat dəyərində refle papağı, 50 manat dəyərində şampun –balsam, 50 manat dəyərində kist dəstləri, 40 manat dəyərində qaş-kiprik alətli, 83 manat dəyərində kompakt pudraların oğurlandığını bildirmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 3400 manat ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şıkayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, anket məlumatında qeyd etdiyi ünvanda yaşayır. Abşeron rayon, Mehdiabad qəsəbəsində yerləşən evindən oğurluq olması barədə Abşeron rayon Polis İdarəsinin Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Belə ki, 25 mart 2022-ci il tarixdən, 04 aprel 2022-ci il tarixədək olan müddət ərzində qohumunun evində olmuşdur. 04 aprel 2022-ci il tarixdə evinə qayıtdıqda evindəki 700 manat dəyərində bir ədəd kombi aparatı və 80 manat dəyərində bir ədəd sü nasosunun naməlum şəxsin pəncərədən evə daxil olmaqla oğurlandığını aşkar etmişdir. Həmin oğurluq nəticəsində ona ümumilikdə 780 manat dəyərində ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2017-ci ildən Abşeron rayonu, Mehdiabad qəsəbəsində “Kərim” marketin yaxınlığında olan “əlvan metalların qəbulu” məntəqəsində işləyir. Təqsirləndirilən şəxs Mehdiabad qəsəbə sakini kimi tanıyıram, aralarında heç bir narazılıq və ya ədavət olmamışdır. 2022-ci ilin mart ayının axırlarında, saat 16 radələrində işdə olduğu vaxt yanına gəlmiş Təqsirləndirilən şəxs kombi istilik aparatının radiatrın misdən olan hissəsini satmağa gətirdiyini demişdir. Həmin mis materiala baxdıqda əzik olduğunu görmüş, bunu hardan gətirdiyini soruşduqda Təqsirləndirilən şəxs yol kənarında tapdığını demişdir. Həmin mis materialı 50 manata Təqsirləndirilən şəxs almışdır. Təxminən 2-3 gündən sonra həmin mis materialı zavoda əritmək üçün təhvil vermişdir. Təqsirləndirilən şəxs ona satdığı mis materialın oğurladığı kombi aparatından çıxartdığını bilməmişdir. Əgər Təqsirləndirilən şəxs ona satdığı həmin mis materialın oğurladığı kombi aparatından çıxartmasıni bilsəydi, onu almazdı və bu barədə müvafiq orqanlara məlumat verəcəkdi. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron rayon polis idarəsinin xx.xx.2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilməklə Azərbaycan Respublikası CM-in 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş və iş üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş və Azərbaycan Respublikası CM-in 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş və Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2022-ci qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi ilə, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə görə məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzasını yüngülləşdiriən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 ay 07 gün müddət olamaqla cəmi 03 ay 09 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və məhkəmə zalında həbsdən azad edilməlidir. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 ay 07 gün müddət olamaqla cəmi 03 ay 09 gün nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 05 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar