Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-693/2024 07.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin yuridiksiyasında olan birinci instansiya məhkəmələri üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərər çəkmiş şəxsin hüquqi varisi: X6 Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2-də yaşayan, barəsində “polisin nəzarəti altam vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə etməklə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Bakı şəhəri, Xətai rayonu ərazisində və sonuncu dəfə Abşeron rayonu Saray qəsəbəsində qanunsuz olaraq dayısı X5 məxsus Kapital bank ASC-dən verilmiş 5103 0716 6353 5728 və 5103 0716 6351 8872 nömrəli debit kart hesablarından istifadə etməklə öz telefonunda mobil tətbiq yaradaraq hissə-hissə olmaqla müxtəlif vaxtlarda 5103 0716 6353 5728 nömrəli hesabdan 1239 manat, 5103 0716 6351 8872 nömrəli hesabdan 2277 manat, ümumilikdə 3516 manat pulu anası Şahid məxsus 4169 7388 6082 9864 nömrəli "xxxx" ASC və 4098 5844 9618 1486 nömrəli "xxxx" ASC-də olan hesablarına online qaydada köçürməklə gizli olaraq talamışdır İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, X7 doğma dayısıdır. Fizuli spirtli içki aludəçisi olmuş çox vaxt onlarda qalmışdır. Onlar da dayısının onların evində qalmasına etiraz etməmişlər. Dayısı Fizuli 1-ci Qarabağ müharibəsi veteranı olmuş və onların evində qaldığı müddətdə ona özünə məxsus Kapital bank kartlarını vermiş və demişdir ki, ona lazım olanda kartdan pulu çıxarıb xərcləsin. Yəni ona lazım olan ərzağı, içkini almışdır. Bundan başqa özünə də lazım olan siqaret və su almışdır. Dayısı onlarda qaldığı üçün evə onun pulu ilə bazarlıq etməyi tapşırmış, o da sonuncunun kartlarının əsasında mobil telefonunda birbank mobil tətbiqi yaratmışdır. Dayısının kart hesabında olan pulları online olaraq öz kartı olmadığı üçün anası Şahid məxsus bank kartına köçürüb həmin kartdan pulu çıxarmışdır. Bundan başqa dayısı tanışlarına məxsus bank hesabları verib həmin bank hesablarına pul köçürməsini demişdir. O da sonuncunun kartına köçən pulları onun və özünün şəxsi ehtiyaclarına xərcləmişdir. Dayısı 2022-ci ilin dekabr ayından 2023-cü ilin yay aylarının sonunadək onlarda qalmış, daha sonra isə özü Saray qəsəbəsinə evinə qayıtmışdır. Onlarda qaldığı müddətdə onun təqaüdünü o mobil tətbiq vasitəsi ilə hesabında olan pulları anasına məxsus kart hesabına atmaqla çıxarıb bir hissəsini özünə lazım olan ərzaq alıb vermiş, bir hissəsini isə onunla birlikdə Bərdə şəhərinə dostugilə qonaq gedərkən kartında olan pulu çıxarıb özünə vermişdir. Qalanını isə öz razılığı ilə xərcləmiş, ümumilikdə təxminən 3500 manat pulu dayısı onlarda qaldığı müddətdə çıxarmış və həmin təqaüdün çox hissəsini dayısına xərcləmişdir. Dayısı demək olar ki, hər gün spirtli içki qəbul etmiş, sonuncu özü ona pulu çıxarıb lazım olan ərzağı almağı demişdir. Bərdə rayonuna gedəndə kartındakı pulu çıxarıb özünə vermiş, ola bilsin ki, dayısı içkili olduğu üçün bunu unutmuşdur. Dayısı 2022-ci ilin dekabr ayından 2023-cü ilin avqust ayınadək onlarda qalmışdır. Dayısının kartında olan pulun çox hissəsini yaşadıqları evdə olan zaman, sonuncu dəfə isə təxminən 2023-cü ilin iyul ayında Abşeron rayonu, Saray qəsəbəsinə dayısını evinə gətirəndə ona pul lazım olduğu üçün orada mobil telefonundakı tətbiq vasitəsi ilə 100 manat pulu sonuncu dəfə onun kart hesabından anasının kartına köçürüb xərcləmişdir. Dayısı ona əvvəllər icazə verdiyi üçün pul çıxardığı vaxt dayısına əlavə məlumat verməmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu və hazırda zərər çəkmiş şəxsə vurulmuş zərəri tam ödəyərək, sağlığında dayısının özünün də ərizə verərək şikayətçi olmadığını, həmçinin hüquqi varisi ilə barışıq əldə etməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X10 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, mərhum X7 onun doğma atası olmuşdur. Atası müharibə veteranı və müharibə əlili olmuş və onlarla birlikdə yaşamışdır. Atası 2022-ci ilin dekabr ayından etibarən təqaüd kartında və pensiya kartında pulun əskik olduğunu ona demişdir. O, isə sonuncunun mütəmadi spirtli içki qəbul etdiyindən fikirləşmişdir ki, ola bilsin ki, özü çıxarıb yadında qalmamışdır. Lakin artıq bir neçə dəfə atasının kartında pulun kəm olması səbəbindən atasına bildirmişdir ki, gedib bankdan çıxarış alsınlar və pulların haraya silindiyini öyrənsinlər. Çünki atasının kredit öhdəliyi də olmuşdur. Bəzən isə atası hətta onu da ittiham etmişdir ki, kartdan pulu yəqin o, çıxarıb. Atası ilə birlikdə ona məxsus Kapital bank kartlarının hesabdan çıxarış aldıqdan sonra məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda kart hesabından marketlərdə alış verişə, həmçinin digər bank hesabına ümumilikdə 3516 manat pulların silindiyi məlum olmuşdur. Buna görə o DİN-nin 102 xidmətinə bu barədə məlumat vermişdir. Bundan sonra onu və atasını Saray polis bölməsinə dəvət etmişlər. Orada atasından ərizə və izahat alınmışdır. Atası sonradan ona bildirmişdir ki, bibisıgildə qalan müddətdə öz kartını bibisi oğlu Şamilə vermişdir ki, ona və evlərinə lazım olan bazarlığı etsin. Polis idarəsində araşdırma zamanı Şamil atasının kartından pulların bir hissəsini atasının öz razılığı ilə marketdən alış-veriş zamanı xərcləməsini, bir hissəsini isə ansının kartına köçürüb evlərinə bazarlıq etməsini bildirmişdir. Atası bunu bildikdən sonra Şamilin onun öz razılığı ilə pulu xərcləməsi səbəbindən polis idarəsinə ərizə verərək, Şamildən şikayətçi olmadığını bildirmişdir. Atası uzun müddət ağciyər xəstəliyindən əziyyət çəkmiş və 22 yanvar 2024-cü il tarixdə xəstəxanada dünyasını dəyişmişdir. Dəymiş ziyan tam ödənildiyindən, aralarında barışıq əldə edilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasına dəvət olunaraq şahid qismində dindirilmiş Şahid vermiş olduğu ifadəsində göstərmişdir ki, X7 doğma qardaşı olmuşdur. Qardaşı Fizuli spirtli içki aludəçisi olmuş və sərxoş vəziyyətdə küçələrdə qaldığı üçün 2022-ci ilin dekabr ayında onlara gəlib qalmağa yeri olmadığını və oğlunun da onu evə qoymadığını bildirmişdir. Onlar da qardaşının onların evində qalmasına etiraz etməmişlər. Qardaşı Fizuli 1-ci Qarabağ müharibəsi veteranı olmuşdur. Fizuli onların evində qaldığı müddətdə oğlu Şamilə özünə məxsus Kapital bank kartlarını vermiş və demişdir ki, ona lazım olanda kartdan pulu çıxarıb xərcləsin. Yəni ona lazım olan, ərzaqları və içkini alsın. Bundan başqa oğlu Şamil Fizulinin kartından istifadə etmiş və bir sıra ərzaqları almışdır. Eyni zamanda onun Kapital bank tərəfindən verilmiş bank kartı olmuş və həmin kart oğlu Şamildə olmuşdur. 2013-cü ilin oktyabr ayında ona məlum olmuşdur ki, qardaşı Fizuli onların evində qaldığı müddətdə, yəni xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində ona məxsus bank kartlarından xəbəri olmadan ümumilikdə 3516 manat pulu özündən xəbərsiz çıxarılmışdır. Qardaşı Fizuli bu barədə polisə müraciət etmiş və sonradan ona məlum olmuşdur ki, qardaşına məxsus bank kartları oğlu Şamildə olduğu zaman həmin kart hesabından müəyyən qədər pulları onun adına olan və oğlu Şamilin istifadə etdiyi Unibank və Kapital bank kartlarına köçürmüşdür. Onun bu barədə əvvəlcədən heç bir məlumatı olmamışdır. Yalnız polis bölməsində bu barədə məlumat almışdır. Oğlu Şamilin həmin kartdakı pulların çox hissəsini qardaşı Fizulinin özünün razılığı ilə çıxararaq ərzaq və içki almasını, bir hissəsini isə özündə olan 4169 7388 6082 9864 nömrəli Kapital bank və 4098 5844 9618 1486 nömrəli Unibank kart hesablarına köçürüb şəxsi ehtiyaclarına xərclədiyi ona məlum olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanması” barədə 11 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* cinayət işi həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-1ci maddəsi ilə başlanılaraq icraata qəbul edilib istintaqı aparılmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. - Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 26 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Abşeron RPİ-nin MSY-dən azad olunmuşdur. - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən 27 yanvar 2024-cü il tarixdə verilmiş AZ-İİ 402186 №-li ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X3 ağciyər ürəyi olması göstərilməklə “ağciyər emboliyası" xəstəliyindən 2024-cü ilin 01 ayının 2-cü günündə Bakı şəhərində vəfat etmişdir. - 05 fevral 2024-cü il tarixli “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma” haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X11 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. - İş üzrə Kapital bank tərəfindən X4 adına verilmiş 510307*******5738 nömrəli və 510307*******8872 nömrəli kart hesablarından edilmiş və istintaqa təqdim edilmiş çıxarışlara baxış keçirilmiş, təqdim edilmiş kartlara zərərçəkmiş X4 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Kapital bank tərəfindən X4 adına verilmiş 510307*******5738 nömrəli bank kartındakı hesabdan hissə-hissə olmaqla ümumilikdə 1239 manat, qeyd olunan müddət ərzində Kapital bank tərəfindən X4 adına verilmiş 510307*******8872 bank kartındakı hesabdan 2277 manat pul debet qaydasında köçürülmə edilmişdir. - Kapital bank tərəfindən 510307*******5738 nömrəli və 510307*******8872 nömrəli kartlara dair xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində edilmiş çıxarışlara baxış zamanı zərərçəkmiş X8 qeyd edilən məbləğlərin ondan gizli digər bank hesablarına köçürülərək gizli talandığını bildirmişdir. - X1 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyan tam olaraq ödənilmişdir, ona qarşı hər hansı şikayət və tələbi yoxdur, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərər çəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompüter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Hazırki işin faktiki hallarından aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Bakı şəhəri, Xətai rayonu ərazisində və sonuncu dəfə Abşeron rayonu Saray qəsəbəsində qanunsuz olaraq mərhum dayısı X5 məxsus Kapital bank ASC-dən verilmiş 5103 0716 6353 5728 və 5103 0716 6351 8872 nömrəli debit kart hesablarından istifadə etməklə öz telefonunda mobil tətbiq yaradaraq hissə-hissə olmaqla müxtəlif vaxtlarda 5103 0716 6353 5728 nömrəli hesabdan 1239 manat, 5103 0716 6351 8872 nömrəli hesabdan 2277 manat, ümumilikdə 3516 manat pulu anası Şahid məxsus 4169 7388 6082 9864 nömrəli "xxxx" ASC və 4098 5844 9618 1486 nömrəli "xxxx" ASC-də olan hesablarına online qaydada köçürməklə gizli olaraq ələ keçirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmədə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, onun tərəfindən zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam şəkildə ödəyərək, hüquqi varisi ilə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal olaraq nəzərə alır. Eyni zamanda cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, onun tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş maddi ziyanın tam şəkildə ödənilməsini və zərərçəkmiş şəxsin hüquqi varisinin hazırda ondan heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar olaraq qiymətləndirərək, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, , elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 25 saat üçün nəzərdə tutulan 150 manat pul ödənilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 25 dekabr 2023-cü il tarixdən 26 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı Probasiya İdarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Bakı şəhəri hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov
Məhkəmə qərarları › İş №1(012)-693/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-693/2024
07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver