Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-693/2025 28.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrı şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1990-cı ildə Beyləqan rayonu Gödəklər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Abşeron Məhkəməsinin 14 aprel 2023-ci il tarixli, 1(012)-189/2023 saylı hökmü ilə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş, İmişli rayonu, İmişli şəhəri, Koroğlu küçəsi ev 74 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə 2024cü ilin dekabr ayının sonlarında gecə saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yolun kənarında Zərərçəkmiş şəxs kişi, qadın və uşaq geyimləri satdığı ətrafı bağlı halda olan taxtadan hazırlanmış böyük həcimli piştaxtanın üzərində olan bağlanmış çadırın kəndirini açaraq saxlanc yerinə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus bir ədədinin dəyəri 5 manat olan 206 ədəd 1030 manat dəyərində bellik, bir ədədinin dəyəri 5 manat olan 152 ədəd 760 manat dəyərində dizlik, bir ədədinin dəyəri 1 manat olan 200 ədəd 200 manat dəyərində kişi corabı, bir ədədinin dəyəri 2 manat olan 225 ədəd 450 manat dəyərində kişi corabı, bir ədədinin dəyəri 1 manat 80 qəpik olan 270 ədəd 486 manat dəyərində üzərində “Bangerni” yazısı olan, 36-42 ölçülü, çəhrayı rəngli qalın qadın corabı və bir ədədi 7 manat olan 600 ədəd 4200 manat dəyərində üzərində markalanma yazıları olmayan qara rəngli papağı gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 7126 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 2025-ci ilin yanvar ayının əvvəllərində gecə saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yolun kənarında Zərərçəkmiş şəxs kişi, qadın və uşaq geyimləri satdığı ətrafı bağlı halda olan taxtadan hazırlanmış böyük həcimli piştaxtanın üzərində olan bağlanmış çadırın kəndirini açaraq saxlanc yerinə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus bir ədədinin dəyəri 7 manat olan 127 ədəd 889 manat dəyərində uşaq papağı, bir ədədi 7 manat olan 242 ədəd 1694 manat dəyərində üzərində “LOVE” yazısı olan, yaşıl rəngli papaq, bir ədədi 2 manat olan 83 ədəd 166 manat dəyərində Çin istehsalı qara rəngli uşaq əlcəyi, bir ədədi 7 manat olan 126 ədəd 882 manat dəyərində üzərində markalanma yazıları olmayan qara rəngli kəsic əlcək, bir ədədi 5 manat olan 129 ədəd 645 manat dəyərində üzərində “LSWYA” yazısı olan, qəhvəyi rəngli qadın əlcəyi, bir ədədi 14 manat olan 27 ədəd 378 manat dəyərində üzərində “Best New” yazıları olan, 2XL ölçülü, boz rəngli idman şalvarı, bir ədədi 10 manat olan 15 ədəd 150 manat dəyərində üzərində markalanma yazıları olmayan boz rəngli şalvar, bir ədədi 5 manat olan 30 ədəd 150 manat dəyərində çəkələk, bir ədədi 10 manat olan 37 ədəd 370 manat dəyərində çəkələk, bir ədədi 5 manat olan 39 ədəd 195 manat dəyərində uşaq şalvarı və bir ədədi 5 manat olan 78 ədəd 390 manat dəyərində kişi maykasını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 5909 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 09 yanvar 2025-ci il tarixdə gecə saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yolun kənarında Zərərçəkmiş şəxs kişi, qadın və uşaq geyimləri satdığı ətrafı bağlı halda olan taxtadan hazırlanmış böyük həcimli piştaxtanın üzərində olan bağlanmış çadırın kəndirini açaraq saxlanc yerinə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus bir ədədi 3 manat olan 150 ədəd 450 manat dəyərində üzərində “Vbonıt” yazısı olan, Çin istehsalı, qara rəngli kişi alt geyimi, bir ədədi 8 manat olan 37 ədəd 296 manat dəyərində uşaq alt geyimi (retuz), bir ədədi 10 manat olan 60 ədəd 600 manat dəyərində qadın alt geyimi (retuz), bir ədədi 10 manat olan 87 ədəd 870 manat dəyərində qadın kalqotkası, bir ədədi 5 manat olan 48 ədəd 240 manat dəyərində kişi qısaqol köynəyi, bir ədədi 1 manat olan 100 ədəd 100 manat dəyərində ayaqqabı içliyi, bir ədədi 2 manat olan 100 ədəd 200 manat dəyərində ayaqqabı içliyi, bir ədədi 3 manat olan 100 ədəd 300 manat dəyərində ayaqqabı içliyi və bir ədədi 5 manat olan 60 ədəd 300 manat dəyərində qadın şarflarını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 3356 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmiş, lakin ifadə verməkdən imtina edərək, istintaqda verdiyi ifdəsini təsdiq etdiyini bildirərək, məhkəmə iclasında elan olunmasını xahiş etdi. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, İmişli rayonu, İmişli şəhəri, Koroğlu küçəsi ev 74 ünvanda qeydiyyatdadır, daimi yaşayış yeri olmamış, belə ki, heç bir yerdə işləməmiş, tufeyli həyat tərzi sürmüş və Abşeron rayonu ərazisində binaların zirzəmilərində yaşamışdır. Əvvəllər bir neçə dəfə məhkum olunmuş, belə ki, cinayət törətdiyinə görə azadlıqdan məhrum edilmiş və sonuncu dəfə azadlığın məhdudlaşdırılması cəzası ilə cəzalandırılmışdır. 2024cü ilin dekabr ayının sonlarında pulu olmamış, heç bir yerdə işləmədiyinə görə də asalanlıqla pul əldə etmək üçün oğurluq etmək qərarına gəlmişdir. 2024-cü ilin dekabr ayının sonlarında gecə saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yolun kənarı ilə piyada getmişdir. Yolun kənarında ətrafı kəndir bağlı olan böyük piştaxta görmüşdür. Piştaxtanın üzəri göy rəngli çadır ilə bağlı olmuşdur. Həmin piştaxtanın üzərində kişi geyimləri satılmışdır. Belə ki, oradan gündüz saatlarında keçmiş və kişi geyimləri satılmasını görmüşdür. Orada olan kişi geyimlərindən oğurlayaraq sataraq pul əldə edəcəyini fikirləşmişdir. İlkin olaraq ətrafa baxmışdır ki, oğurluq edən zaman görən olmasın. Növbəti günə keçən gecə olduğuna görə ətrafda heç kim olmamış və sakitlik müşahidə olunmuşdur. Diqqət çəkmyərək sakit şəkildə piştaxtaya yaxınlaşmış və ətrafına çəkilmiş kəndiri əli ilə açmışdır. Piştaxtanın üzərində olan göy çadırı da əli dartaraq yerə salmışdır. Piştaxtanın üzərindən papaq, əlcək və digər kişi geyimləri olmuşdur. Üzərində olan böyük ağ rəngli sellofan torbanı çıxarıb piştaxtanın üzərində olan kişi, qadın uşaq papağı, əlcək, idman şalvarı, çəkələy, şalvar, mayka, bellik, dizlik, corab, mayka, alt geyimləri, qısa qol köynəklər, ayaqqabı içlikləri və kalqotkadan çoxsayda səliqəli şəkildə götürərək içərisinə qoymuşdur. Sonra yaşıl çadır ilə piştaxtanın üzərini örtmüş və kəndir ilə ətrafını bağlamışdır ki, oğurluq etdiyi bilinməsin. Sellofan torbanı götürüb Abşeron rayon “Azərsu” idarəsinin yaxınlığında yerləşən binanın qarşısına gəlmişdir. Binanın zirzəmisinə daxil olaraq sellofan torbanı orada gizlətmiş və çıxmışdır. Həmin malları müştəri tapdıqda və yaxud bazara aparıb orada satmağa qərar vermişdir. 08 yanvar 2025-ci il tarixdə axşam saatlarında yenidən oğurluq etmək üçün həmin piştaxtanın yaxınlığına getmişdir. Ora çatdıqda artıq 09 yanvar 2025-ci il tarixə keçmişdir. Gecə olduğu üçün ətrafda heç kim olmamışdır. Diqqət çəkməyərək sakit şəkildə piştaxtaya yaxınlaşmış və ətrafına çəkilmiş kəndiri əli ilə açmışdır. Piştaxtanın üzərində olan göy çadırı da əli dartaraq yerə salmışdır. Piştaxtanın üzərindən yenədə çoxsayda kişi, qadın uşaq papağı, əlcək, idman şalvarı, çəkələy, şalvar, mayka, bellik, dizlik, corab, mayka, alt geyimləri, qısa qol köynəklər, ayaqqabı içkiləri və kalqotkadan götürərək özü ilə gətirdiyi sellofan torbanın içərisinə qoymuşdur. Həmin sellofan torbanı götürüb oradan uzaqlaşıb getmişdir. Sellofanı Abşeron rayon “Azərsu” idarəsinin yaxınlığında yerləşən binanın zirzəmisinə gətirib digər torbanın yanında gizlətmişdir. Bir neçə saat keçdikdən sonra fikirləşmişdir ki, zirzəmidən oğurladığı malları kimsə götürər. Ona görədə oraya gedərək malları bir ədəd böyük sellofana qoymuş və Cəmilə adlı qadının Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə olan daima yemək yediyim kafesinə gətirmişdir. Cəmilədən xahiş edərək malları boş otağa qoymuş və gəlib götürəcəyini bildirmişdir. Lakin malları satmaq üçün müştəri tapa bilməmiş və 12 yanvar 2025-ci il tarixdə Xırdalan şəhəri, H.Əliyev prospektində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan başqa təqsirləndirilən şəxsin ona elan olunmuş ifadəsində əlavə olaraq göstərmişdir ki, həmin hadisəni özü tək törətmişdir. Kafedə işləyən Cəmilə adlı qadına malları oğurlamağını deməmişdir. Özünə məxsus olmasını deyərək gəlib götürəcəyini bildirmişdir. Həmin yerdən iki dəfə oğurluq etmiş, oğurladığı əşyaların konkret olaraq sayını bilməmiş, lakin həmin mallar kişi, qadın uşaq papağı, əlcək, idman şalvarı, çəkələy, şalvar, mayka, bellik, dizlik, corab, mayka, alt geyimləri, qısa qol köynəklər, ayaqqabı içkiləri və kalqotka olmuşdur. Oğurladığı malları bir dəfə həmin yerdən götürə bilməmiş, belə ki, diqqət çəkəcəyini fikirləşmiş və malları aparmağa gücu çatmamışdır. Ona görədə oradan iki dəfəyə oğurluq etmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yolun kənarında olan piştaxtadan 2024-cü ilin dekabr ayının sonlarında və 08 yanvar 2025-ci il tarixdən 09 yanvar 2025-ci il tarixə keçən gecə oğurluq etmişdir. Oğurladığı əşyaların konkret sayını bilməmiş, lakin həmin malları satmamış və Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə olan daima yemək yediyi Cəmilə adlı qadının icarədarı olduğu kafeyə qoymuşdur. Oğurladığı malların dəyəri 17210 manat deyil, malların sayı və qiyməti ittihamda göstərilənə uyğun olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, o ittiham olunduğu cinayət əməlinin yalnız iki epizodunda özünü təqsirli bilir, yəni, məlum olan hadisə yerinə cəmi iki dəfə, daxil olmuş, bundan başqa ittiham aktında qeyd olunan miqdarda və məbləğdə əşya oğurlamamışdır. O, dəymiş ziyanı zərərçəkmiş şəxsə ödəməmiş, bunun üçün maddi imkanı olmamışdır. Lakin malların bir hissəsi, elə həmin vaxt ondan alınaraq zərərçəkmişə qaytarılmışdır. Sonda əməlindən peşman olmasını, şəhid övladı olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslnda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, təxminən üç il olar ki, davam olaraq hər gün Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yolun kənarında piştaxtanın üzərində kişi və qadına məxsus qarışıq mallar satmaqla məşğul olmuşdur. O, geyimləri “Sədərək” və “Binə” ticarət mərkəzlərindən alaraq üzərinə müəyyən məbləğdə pul qoyaraq özü satmış, axşamlar isə malların üzərinə göy rəngli çadır ilə, ətrafını isə kəndir ilə bağlamış və getmişdir. Oranın gözətçisi olmasa da, lakin yaxınlığında olan obyektlərin müşahidə kameraları olmuşdur. 2024-cü ilin dekabr ayının sonlarında təxminən səhər saatlaırnda piştaxtanın yanına gələrək ərafına bağladığı kəndiri açmış və çadırı üzərindən götürüb satışa başlamışdır. O, malları yoxlayan zaman müəyyən etmişdir ki, bir gün əvvəl piştaxtanı bağlayıb getdikdən sonra kimsə gələrək kəndiri və çadırı açaraq, ona məxsus 5 manat olan 206 ədəd 1030 manat dəyərində bellik, bir ədədinin dəyəri 5 manat olan 152 ədəd 760 manat dəyərində dizlik, bir ədədinin dəyəri 1 manat olan 200 ədəd 200 manat dəyərində kişi corabı, bir ədədinin dəyəri 2 manat olan 225 ədəd 450 manat dəyərində kişi corabı, bir ədədinin dəyəri 1 manat 50 qəpik olan 270 ədəd 405 manat dəyərində qadın corabı, bir ədədi 5 manat olan 600 ədəd 3000 manat dəyərində kişi papağını oğurlanmışdır. İlkin olaraq düşnmüşdür ki, bu barədə şikayət etməsin və həmin şəxsi özü tapsın, lakin eyni hadisə ikinci dəfə yəni 2025-ci il yanvar ayında yenidən baş vermişdir. Belə ki, o, kəndiri açdıqda yenidən eyni halla rastlaşaraq, malların azalmasın müəyyən edərək, bir ədədinin dəyəri 7 manat olan 127 ədəd 889 manat dəyərində uşaq papağı, bir ədədi 10 manat olan 242 ədəd 2420 manat dəyərində qadın papağı, bir ədədi 5 manat olan 83 ədəd 415 manat dəyərində uşaq əlcəyi, bir ədədi 10 manat olan 126 ədəd 1260 manat dəyərində kişi əlcəyi, bir ədədi 10 manat olan 129 ədəd 1290 manat dəyərində qadın əlcəyi, bir ədədi 15 manat olan 27 ədəd 405 manat dəyərində kişi idman şalvarı, bir ədədi 15 manat olan 15 ədəd 225 manat dəyərində qadın idman şalvarı, bir ədədi 5 manat olan 30 ədəd 150 manat dəyərində ev üçün çəkələy, bir ədədi 10 manat olan 37 ədəd 370 manat dəyərində ev üçün çəkələy, bir ədədi 5 manat olan 39 ədəd 195 manat dəyərində uşaq şalvarı, bir ədədi 5 manat olan 78 ədəd 390 manat dəyərində kişi üçün mayka oğurlanmışdır. O, həmin hadisədən yenədə şikayət etməyərək, fikiləşmişdir ki, həmin şəxsi özü tapsın. Son olaraq üçüncü dəfə eyni hal təkrarlanmış,o, işə gedən zaman məlum olmuşdur ki, bağladığı kəndir açılmış, üzərindəki çadırda götürülərək yerə atılmış və ona məxsus olan bir ədədi 5 manat olan 150 ədəd 750 manat dəyərində kişi üçün alt geyim, bir ədədi 8 manat olan 37 ədəd 296 manat dəyərində uşaq üçün alt paltarı (retuz), bir ədədi 10 manat olan 60 ədəd 600 manat dəyərində qadın üçün alt geyimi (retuz), bir ədədi 10 manat olan 87 ədəd 870 manat dəyərində qadın üçün yun kalqotka, bir ədədi 5 manat olan 48 ədəd 240 manat dəyərində kişi üçün qolu qısa köynək, bir ədədi 1 manat olan 100 ədəd 100 manat dəyərində ayaqqabı içliyi, bir ədədi 2 manat olan 100 ədəd 200 manat dəyərində ayaqqabı içliyi, bir ədədi 3 manat olan 100 ədəd 300 manat dəyərində ayaqqabı içliyi və bir ədədi 5 manat olan 60 ədəd 300 manat dəyərində qadın üçün şərflərin oğurlanmasını aşkar etmişdir. O, artıq oğurluq hadisəsinin kim tərəfindən törədilməsini müəyyən etmək üçün yaxınlıqda olan obyektdə quraşdırılmış müşahidə kameralarına baxmış, həmin şəxsin arıq bədən quruluşlu, təxminən 34-35 yaşlarında bir nəfər şəxs olmasını aşkar etmiş və Abşeron RPİ-nə gələrək ərizə ilə müraciət etmişdir. Polis əməkdaşı tərəfindən hadisə yerinə baxış keçirilib fotoşəkillər çəkilmiş və izahatı alınmışdır. O, ilkin ərizədə və izahat verən zaman həyəcanlı olduğundan mallarının qiymətini təxminən qeyd etmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, o, baş vermiş hadisəyədək Təqsirləndirilən şəxs tanımamış və görməmiş, Nizami həmin əməllərdən boyun qaçırmasının səbəbi məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, eyni oğurluq hadisə üç dəfə davamlı olaraq eyni üsulla və eyni yolla törədilmişdir. Sonda baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış mallar qismən qaytarılsa da, lakin dəymiş ziyan tam ödənilməmişdir. Ona qeyd edilən mallar üzrə dəymiş ziyanın tam şəkildə ödənilməsini əks halda barəsinə ağır cəza təyin olunmasını xahiş etmişdr. Məhkəmə iclasında şahid qismində dəvət olunaraq, dindirilmiş Şahid qismində dindirilərək, istintaqda verdiyi ifadəni təsdiq edərək göstərdi ki, o, təxminən 2 ilə yaxındır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşəm “Kənan” adlı kafeni icarəyə götürüb, yemək bişirib satmaqla məşğul olmuşdur. Həmin kafeni hər gün aəti üzrə səhər saatlarında açmış və axşam saatlarında bağlamışdır. Təqsirləndirilən şəxsi təxminən 2024-cü ilin dekabr ayından işlətdiyi kafeyə mütəmadi olaraq icarə müştəri kimi gəlmişdir. O, Nizaminin nə işlə məşğul olmasından xəbəri olmamış, ona yalnız pul müqabilində yemək vermişdir. Dəqiq yadında qalmayan 2025-ci il yanvar ayının nahar saatlarında işlədiyi kafedə olan zaman Nizami kafeyə gəlib, bir neçə ədəd sellofan bağlamada paltarları olduğunu, qoymağa yer tapmadığını və həmin paltaları satması üçün bağlamaları kafedə bir yerə qoymasına icazə verməsini xahiş etmiş, o, sonuncunun hərəkətlərində hər hansı şübhəli davranışa rast gəlmdiyi üçün razılıq vermişdir. O, Nizamidən bağlamalarda olan paltarları haradan almasını soruşduqda sonuncu həmin geyimləri müxtəlif yerlərdən alaraq satmaqla məşğul olub özünü dolandırdığını dediyindən ona inanmışdır. Təxminən 2-3 gün keçdikdən sonra kafedə olarkən iki nəfər şəxs işlədiyi kafeyə gələrək, xidməti vəsiqələrini göstərib Abşeron rayon Polis İdarəsinin əməkdaşları olmasını bildirmiş, Nizaminin kafeyə qoyduğu paltarların oğurluq olmasından xəbər tutduqdan sonra həmin malları əməkdaşalra təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Götürmə aparılması barədə” 09 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsi baş verdiyi yerin yaxınlığında, yəni Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən obyektdə quraşdırılmış müşahidə kameralarında 09 yanvar 2025-ci il tarixdə gecə saatlarında qeydə alınmış oğurluq hadisəsini törətmiş şəxsin görüntüləri bir ədəd “DVD” diskə köçürülərək götürülmüşdür;
2. “Şübhəli şəxsin tutulması haqqında” 12 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur;
3. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 13 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmaqla, istintaq aparılması üçün icraata qəbul edilmişdir;
4. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 13 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır;
5. “Təqsirləndirilən şəxs qismində cəlb edilmə” 13 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir;
6. Abşeron Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 4(012)-7/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 12 yanvar 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir;
7. “Götürmə aparılması”haqqında 13 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yolun kənarında kişi, qadın və uşaq geyimləri satılan ətrafı bağlı halda olan taxtadan hazırlanmış böyük həcimli piştaxtanın üzərindən cinayət yolu ilə ələ keçirdiyi 22 ədəd kişi papağı, 24 ədəd qadın papağı, 8 ədəd qadın şarfı, 2 ədəd kişi idman şalvarı, 2 ədəd kişi alt paltarı (Pejama), 21 ədəd qadın əlcəyi, 18 ədəd uşaq əlcəyi, 7 ədəd qadın corabı və 3 ədəd kişi əlcəyi Şahid icarədarı olduğu Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə olan “Kənan” adlı kafedən götürülmüşdür;
8. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 07 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs İmişli rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə nəliyyat vasitələrini idarəemə hüququndan məhrum edilməklə, 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən İmişli rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli hökm dəyişdirilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, 06 ay sınaq müddəti müəyyən edilrək, bundan sonra o, yenidən Abşeron Məhkəməsinin 14 aprel 2023-ci il tarixli, 1(012)-189/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, qeyd olunan Məcəllənin 66.2-ci maddəsinə əsasən ona qəti olaraq 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, onun həbsdə saxlanıldığı 07 ay 07 gün müddət həbsdə saxlanıldığı bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 01 il 06 ay 14 gün müddət ona təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudıaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq, 01 (bir) il 05 (beş) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır;
9. «X1» MMC-nin 04 mart 2025-ci il tarixli 9/889 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ekspertizaya təqdim edilmiş bir ədəd üzərində “Best New” yazıları olan, 2XL ölçülü, boz rəngli idman şalvarının qiyməti 14 manat, bir ədəd üzərində markalanma yazlkarı olmayan, boz rəngli şalvarın qiyməti 10 manat, bir ədəd üzərində “LOVE” yazısı olan, yaşıl rəngli papağın qiyməti 7 manat, bir ədəd üzərində markalanma yazıları olmayan qara rəngli papağın qiyməti 7 manat, bir ədəd üzərində markalanma yazıları olmayan mavi rəngli şarfın qiyməti 5 manat, bir ədəd üzərində “LSWYA” yazısı olan, qəhvəyi rəngli qadın əlcəyinin qiyməti 5 manat, bir ədəd Çin istehsalı qara rəngli uşaq əlcəyinin qiyməti 2 manat, bir ədəd üzərində markalanma yazıları olmayan qara rəngli kəsik əlcəyin qiyməti 7 manat, bir ədəd üzərində “Bangerni” yazısı olan, 36-42 ölçülü, çəhrayı rəngli qalın qadın corabının qiyməti 1 manat 80 qəpik, bir ədəd üzərində “Vbonıt” yazısı olan, Çin istehsalı, qara rəngli kişi alt geyiminin qiyməti 3 manat olmaqla ekspertiza tədqiqatına təqdim edilən 10 adda malların 2024-cü ilin dekabr və 2025-ci ilin yanvar aylarına orta bazar ilə ümumi dəyəri təxminən 61,80 manat müəyyən olunur; Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir;
10. Sübutların qiymətləndirilməsi haqqında” 05 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi, şahıd qismində dindirilmiş Şahid ifadəsi, hadisə yerinə baxış, götürmə, diskə baxış, ifadənin yerində yoxlanılması, üzləşdirmə protokolları, məhkəmə əmtəəşünaslıq ekspertizasının 04 mart 2025-ci il tarixli 9/889 saylı rəyi iş üzrə sübut növü kimi qiymətləndirilmiş, təqsirləndirilən şəxsin cinayət yolu ilə ələ keçirdiyi 22 ədəd kişi papağın, 24 ədəd qadın papağın, 8 ədəd qadın şərfinin, 2 ədəd kişi idman şalvarının, 2 ədəd kişi alt paltarının (Pejama), 21 ədəd qadın əlcəyinin, 18 ədəd uşaq əlcəyinin, 7 ədəd qadın corabının və 3 ədəd kişi əlcəyinin maddi sübut kimi tanınaraq, tərəflər cinayət işinin materialları ilə tanış olduqdan sonra iş üzrə məhkəmənin qanuni qüvvə alacaq hökmünün icra olunmasınadək saxlanılması üçün sahibinə təhvil verilməsi, işdə olan Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində olan obyektdəki müşahidə kameralarında qeydə alınmış videogörüntü və fotoşəkillərin olduğu bir ədəd “DVD” diskin maddi sübut kimi tanınması, istintaq zamanı əldə edilmiş Zərərçəkmiş şəxs məxsus 22 ədəd kişi papağı, 24 ədəd qadın papağı, 8 ədəd qadın şərfi, 2 ədəd kişi idman şalvarı, 2 ədəd kişi alt paltarı (Pejama), 21 ədəd qadın əlcəyi, 18 ədəd uşaq əlcəyi, 7 ədəd qadın corabı və 3 ədəd kişi içəyinin dəyəri məhkəmə-əmtəəşünaslıq ekspertizanın 04 mart 2025-ci il tarixli 9/889 saylı rəyinə əsasən götürülməsi, zərərçəkmiş şəxsə məxsus oğurlanmış müəyyən edilməyən əmlakların dəyəri sonuncunun ifadəsində qeyd etdiyi miqdarlara əsasən götürülməsi, onun əməlinin Azərbaycan Respublikası CMnin 177.2.2, ‘77.2.3 və 177.2.4-cü maddələri ilə qiymətləndirilməsi, özünü qismən təqsirli bilərək ifadəsində Abşeron rayonu. Xırdalan şəhəri, Qalubiyyə küçəsində yolun kənarında kişi, qadın və uşaq geyimləri atılan ətrafı bağlı halda olan taxtadan hazırlanmış böyük həcmli piştaxtanın üzərində olan hasarlanmış çadırın kəndirini açaraq saxlanc yerinə qanunsuz daxil olaraq oradan üç dəfə deyil, yalnız iki dəfə, yəni 2024-cü ilin dekabr ayının sonlarında və 09 yanvar 2025-ci il tarixdə oğurluq etməsini, eyni zamanda oradan Zərərçəkmiş şəxs göstərdiyi miqdarda va dəyərdə əmlakları oğurlamadığını, yəni oğurladığı əmlakların miqdarının va dəyərinin az olmasını göstərməsi iş üzrə toplanmış sübutlarla təkzib olunduğundan məsuliyyətdən yayınmaq məqsədi ilə özünü müdafiə kimi qiymətləndirilmişdir.
11. “Təqsirləndirilən şəxə yenidən ittiham elan edilməsi” haqqında 05 mart 2025ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəs qismində cəlb edilmiş, ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir;
12. “Maddi sübut qismində tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət yolu ilə ələ keçirdiyi 22 ədəd kişi papağı, 24 ədəd qadın papağı, 8 ədəd qadın şarfı, 2 ədəd kişi idman şalvarı, 2 ədəd kişi alt paltarı, 21 ədəd qadın əlcəyi, 18 ədəd uşaq əlcəyi, 7 ədəd qadın corabı, 3 ədəd kişi əlcəyi maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvə alacaq hökmünün icra olunmasınadək saxlanılması üçün sahibinə təhvil verilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində olan obyektdəki müşahidə kameralarında qeydə alınmış videogörüntü və fotoşəkillərin olduğu bir ədəd “DVD” disk maddi sübut kimi tanınmışdır.
13. Sumqayıt şəhər Probasiya Şöbəsinin 21 aprel 2025-ci il tarixli, məktubundan görünür ki, Abşeron Məhkəməsinin 14 aprel 2023-ci il tarixli, 1(012)-189/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 01 il 05 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, sonuncu Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdə hesablandığından qeyd edilən cəzanın 5 ay 10 gün hissəsini çəkmiş, cəzanın çəkilməmiş hissəsi 01 il 06 gün təşkil etmişdir.
Cinayət işində olan bir ədəd diskə tərəfimdən baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin disk “DVD” formatlıdır, diskin üzəri boş olmaqla markalanma yazıları və göstəriciləri yoxdur, disk açıldıqda içərisində bir ədəd “mp4” formatı 08 ədəd isə fotoşəkil aşkarlanmış, fotoşəkillər və videogörüntü 09 yanvar 2025-ci il tarixdə gecə saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində olan obyektin müşahidə kameralarında qeydə alınmış, 08 ədəd fotoşəkillərdə bir nəfər kişi cinsli şəxs vardır, həmin şəxs arıq bədən qruluşu, qısa boyludur, başında papaq vardır, beş ədəd fotoşəkildə həmin şəxs danmış, əlində heç bir əşya yoxdur, digər 03 ədəd fotoşəkillərdə isə həmin şəxsin əlində içərisi dolu vəziyyətdə olan böyük sellofan torba vardır, “mp4” formatı özündə görüntüləri əks etdirmiş və 02 dəqiqə 29 saniyədən ibarətdir, görüntüdə hava nisbətən qaranlıqdır, ətrafı bağlı halda taxtadan böyük həcimli piştaxta vardır, piştaxtanın üzərinə çadır bağlanmış, fotoşəkilərdə olan şəxs piştaxtaya yaxınlaşıb cibindən kəsici alət çıxarıb piştaxtanın ətrafına çəkilmiş kəndiri kəsib çadırı piştaxtanın üzərindən misbətən kənara çəkib altında olan əşyaları götürüb torbaya qoymuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, fotoşəkillərdə və videogörüntüdə olan şəxs özüdür, həmin görüntü oğurluq edən vaxt müşahidə kameralarında çəkilmişdir.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yəni - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən inkar edilən əməlin xüsusatına isə məhkəmə özünümüdafiə xarakter daşıması, bu yolla vurulmuş zərərin həcminin azaldılması məqsədi güddüyü nəticəsinə gəlir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Bu səbəbdən də o, Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün qismən etirafı, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məhsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlinə görə Abşeron Məhkəməsinin 14 aprel 2023-ci il tarixli, 1(012)-189/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, qeyd olunan Məcəllənin 66.2-ci maddəsinə əsasən ona qəti olaraq 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, onun həbsdə saxlanıldığı 07 ay 07 gün müddət həbsdə saxlanıldığı bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 01 il 06 ay 14 gün müddət ona təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudıaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq, 01 (bir) il 05 (beş) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, yəni barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza tətbiq edilmişdir. Məhkəmə onu qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması hazırki iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə uyğun residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini, lakin onun əvvəllər analoji cinayət törətdiyinə görə təyin edilmiş yüngül cəzadan nəticə çıxarmayıb, cəza çəkdiyi müddət ərzində yenidən qəsdən cinayət törətməsini, bununla da əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Lakin cəza təyin edilərkən digər hallar da nəzərə alınaraq cəza həddi müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qanunvericiliyin bu tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Quliyev X2 Məhkəməsinin 14 aprel 2023-ci il tarixli, 1(012)-189/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 06 (altı) gün hissəsinin iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalı və hazırkı hökmlə təyin edilən cəza ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. İstinad olunan Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona hökmlərin məcmusu üzrə təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Qeyd edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun azadlığının məhdudlaşdırıldığı vaxtdan yəni 12 yanvar 2025-ci il tarixdən hesablanmalı, həmçinin sonuncunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 66-cı bəndində müəyyən olunur ki, cinayət prosesində zərər çəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.20-ci maddəsi zərərçəkmiş şəxsin cinayət törətmiş şəxsdən ona məxsus əmlakı geri almaq imkanını hər hansı şərtlə əlaqələndirilməyən hüquq kimi təsbit etmiş, buna müvafiq olaraq da qanunverici cinayət prosesini həyata keçirən orqanların zərərçəkmiş şəxsin həmin hüququndan irəli gələn vəzifələrini müəyyən etmişdir. Belə ki, həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. Bundan başqa qeyd olunan Məcəllənin 132.1.5-ci maddəsinə görə isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış (maddi sübut kimi qiymətləndirilmiş) pul və qiymətli əşyalar məhkəmənin yekun qərarı çıxarılarkən sahiblərinə, mülkiyyətçılərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Odur ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxsin maddi ziyanın vurulması ilə müşayiət olunan (məsələn, oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə, quldurluq, əmlakı qəsdən və yaxud ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və s. bu kimi) cinayət nəticəsində məhrum olunduqları (sübut yetirilmiş cinayətin təsvirində qeyd olunan) pul vəsaitləri və digər əmlakı mülki iddianın verilməsi ilə şərtləndirilmədən cinayət-prosessual restitusiya qaydasında onlara qaytarılmalı, hər hansı səbəbdən həmin əmlakı qaytarmaq mümkün olmadıqda və xüsusi müsadirə tətbiq olunduqda isə, təqsirkarın bu əmlaka bərabər digər əmlakının müsadirə olunması hesabına onlara vurulmuş maddi ziyan ödənilməlidir. Ona görə də, məhkəmə cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyana görə - geri qaytarılmış əmlakların dəyəri nəzərə alınmaqla 16940 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmş “22 ədəd kişi papağı, 24 ədəd qadın papağı, 8 ədəd qadın şərfi, 2 ədəd kişi idman şalvarı, 2 ədəd kişi alt paltarı, 21 ədəd qadın əlcəyi, 18 ədəd uşaq əlcəyi, 7 ədəd qadın corabı, 3 ədəd kişi əlcəyi”nin – zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə - 01 ədəd DVD formatlı kompak disk - cinayət işinin materiallarında saxlanılmalı, həmçinin iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 50 (əlli) manat məbləğində pul - Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə müsadirə edilməli əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hər-hansı əmlakla bağlı xüsusi müsadirənin tətbiq edilməsinin zərurət olmadığı qənaətindədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) saat üçün nəzərdə tutulan 150 (bir yüz əlli) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Abşeron Məhkəməsinin 14 aprel 2023-ci il tarixli, 1(012)- 189/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 06 (altı) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 06 (altı) ay 03 (üç) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və həmin Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq bu cəza hazırkı hökmlə təyin edilən cəza ilə qismən birləşdirilərək, ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 12 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs xeyrinə - 16940 manat məbləğində pul vəsaiti tutularaq, ödənilsin. Cinayət işi üzrə maddi sübut qismində tanınmış -“22 ədəd kişi papağı, 24 ədəd qadın papağı, 8 ədəd qadın şərfi, 2 ədəd kişi idman şalvarı, 2 ədəd kişi alt paltarı, 21 ədəd qadın əlcəyi, 18 ədəd uşaq əlcəyi, 7 ədəd qadın corabı, 3 ədəd kişi əlcəyi”nin – zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə ekspertizası tədqiqatının xərci – 50 (əlli) manat məbləğində pul - Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə 01 (bir) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın.
Cinayət işi üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Abusət Qasımov