Məhkəmə qərarları › İş №1(012)-694/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-694/2023

22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-694/2023 22.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2001-ci ildə Abşeron rayonu Ceyranbatan qəsəbəsində anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi ev-8, mənzil 1-də qeydiyyatda olmaqla Abşeron rayonu Ceyranbatan qəsəbəsi S.Quliyev küçəsi ev-11, mənzil 12-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Xətai küçəsində yerləşən 8 nömrəli evin 5 saylı mənzilinə pəncərəni açmaqla qanunsuz daxil olaraq, oradan 2050 manat nəğd pulu, 6600 manat dəyərində 1 ədəd qızıl qolbağı, 1 ədəd 4000 manat dəyərində, “Geneve” markalı, 140 ədəd xırda brilyant qaşı, 35 qr. çəkisi olan, 750 əyarlı qızıl qadın qol saatı, 400 manat dəyərində mirvari qaşlı qızıl sırğa, üzük və klonlu boyunbağı dəstini, 120 manat dəyərində 1 ədəd qızıl qolbağı, 250 manat dəyərində brilyant qaşlı 1 ədəd qızıl üzüyü, 200 manat dəyərində brilyant qaşlı 1 ədəd qızıl klonu, 150 manat dəyərində 1 ədəd “kitab” formalı qızıl klonu, 100 manat dəyərində 1 ədəd “gözmuncuğu” formalı qızıl klonu, 150 manat dəyərində 1 ədəd qırmızı qaşlı qızıl üzüyü və 150 manat dəyərində 1 ədəd qızıl boyunbağını gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 14170 manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, təxminən 3 il əvvəl bankdan özü istifadə etmək üçün kredit kartı almışdır. Covid-19 pandemiyası ilə bağlı karantin rejimi ərəfəsində iş olmadığına görə həmin kartında olan pulu xərclədiyi üçün banka təxminən 1400 manat kredit borcu yaranmışdır. O, həmin borcu qaytarmağa çalışsa da, yetərincə pul qazana bilmədiyinə görə qaytara bilməmiş, elə bu səbəbdən də oğurluq etmək və pul ələ keçirmək qərarına gəlmişdir. 19 mart 2023-cü ildə səhər saatlarında onunla eyni qəsəbədə yaşayan xalası Samirənin ailəsi ilə birlikdə rayonda yaşayan qohumlarıgilə qonaq gedəcəyini öyrəndikdən sonra sonuncunun mənzilindən oğurluq etmək qərarına gəlmiş və həmin günü saat 21 radələrində işdən evə gedib, ailə üzvülərinin yuxuya getməsini gözləyib, saat təxminən 01:30 radələrində onların xəbəri olmadan yaşadıqları mənzildən çıxıb piyada xalası Samirənin yaşadığı binaya tərəf getmiş, sonuncunun yaşdaığı mənzili əvvəldən tanıdığına görə binanın 1-ci mərtəbəsində yaşayan qonşusunun hamam otağının damının üstünə çıxmış və oradan xalası Samirəgilin mənzilinin mətbəxinin həmin yerə yaxın olan plastik pəncərəsini əli ilə itələyib açaraq pəncərədən mətbəxə, oradan da birbaşa yataq otağına keçib, qızıl və pul axtarmağa başlamış, həmin vaxtı otaqdakı güzgülü dolabın siyirməli rəfindəki qızıl qabın içərisində olan qızılları götürüb cibinə qoymuş və sonra həmin otaqdakı başqa bir siyirməli dolabın rəfində xeyli pul olduğunu görüb həmin pulları da götürüb cibinə qoyduqdan dərhal sonra mənzilə girdiyi yerdən çölə çıxıb yaşadıqları evə getmiş, oğurladığı qızılları satmaq üçün ertəsi günü səhər Sumqayıt şəhəri “Karvan” ticarət mərkəzinə getmiş və həmin qızıllardan bir ədəd brilyant qaşlı qızıl qol saatını sonra satmaq üçün özündə saxlayıb, digər qızılları isə həmin ticarət mərkəzində şəxsiyyət vəsiqəsini təqdim etməklə özünə məxsus qızıllar kimi tanımadığı qızıl alveri edən şəxsə satıb ondan cəmi 3300 manat pul alıb oradan birbaşa Bakı şəhərinə getmişdir. Oğurluqdan əldə etdiyi puldan əvvəlcə banka olan 1400 manat borcunu ödəmə terminalı vasitəsi ilə ödəmiş, sonra isə İsmayıllı rayonuna gedib qalan pulları da bayram günlərində orada istirahət edərək şəxsi ehtiyaclarına xəcləmişdir. Bundan başqa, heç bir oğurluq etməmiş, həmin oğurluğu etməsi ndən heç kimin məlumatı olmamışdır. Sonda əməlindən peşman olduğunu və dəymiş ziyanın ödənildiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X2 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Fərdi əməklə məşğuldur. 18 mart 2023cü il tarixdə saat 19 radələrində Novruz Bayramını qeyd etmək üçün ailəlikcə evdən çıxıb Tovuz rayonunda yaşayan qohumlarıgilə qpnaq getmişdir. 22 mart 2023-cü il tarixdə saat 21:30 radələri yaşadığı evə qayıdıb, mənzilinə daxil olduqları vaxt bəzi əşyaların səliqəsinin pozulduğunu və mətbəxin pəncərəsinin açıq olduğunu görüb, mənzilindən oğurluq olduğunu hiss edib, tez yataq otağında qızıl-zinət əşyalrını və pullarını saxladıqları güzgülü dolabın siyirməsinə baxmışlar. Həmin vaxtı orada saxladıqları 6600 manat dəyərində 1 ədəd qızıl qolbağının, 4000 manat dəyərində brilyant qaşılı 1 ədəd qızıl qadın qol saatının, 400 manat dəyərində mirvari qaşlı qızıl sırğa, üzük və klonlu boyunbağı dəstinin, 120 manat dəyərində 1 ədəd qızıl qolbağının, 250 manat dəyərində brilyant qaşlı 1 ədəd qızıl üzüyün, 200 manat dəyərində brilyant qaşlı 1 ədəd qızıl klonun, 150 manat dəyərində 1 ədəd “kitab” formalı qızıl klonun, 100 manat dəyərində 1 ədəd “gözmuncuğu” formalı qızıl klonun, 150 manat dəyərində 1 ədəd qırmızı qaşlı qızıl üzüyün, 150 manat dəyərində 1 ədəd qızıl boyunbağının və 2050 manat nəqd pulun yerində olmadığını görüb oğurlandığını yəqin etmişlər. Bundan sonra o, dərhal mobil telefonu ilə bu barədə DİN-nin 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Mənzilindən edilmiş oğurluqda şübhələndiyi şəxs yoxdur, baş vermiş hadisə nəticəsində ona ümumilikdə 14170 manat məbləğində ziyan dəymişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, o, ailəsiylə birlikdə ünvan 1 ünvanında yaşayır. Ceyranbatan qəsəbəsi 1 saylı tam orta məktəbdə müəllimə işləyir. Novruz Bayramını qeyd etmək üçün həyat yoldaşı Zərərçəkmiş şəxsla və uşaqlarıyla birlikdə 18 mart 2023-cü il tarixdə saat 19 radələrindələrində evdən çıxıb Tovuz rayonunda yaşayan qohumlarıgilə getmişlər. 22 mart 2023-cü il tarixdə 21:30 radələrində yaşadıqları evə qayıtmışlar. Mənzilə daxil olduqları zaman əşyaların səliqəsinin pozulduğunu və mətbəxin pəncərəsinin açıq olduğunu görüb mənzilimizdən oğurluq olduğunu hiss edib, tez yataq otağındakı qızıl-zinət əşyalarının və pul saxladıqları güzgülü dolabın siyirməsinə baxmışlar. Həmin vaxtı orada saxladıqları 6600 manat dəyərində 1 ədəd qızıl qolbağının, 4000 manat dəyərində brilyant qaşlı, 01 ədəd qızıl qadın qol saatının, 400 manat dəyərində mirvari qaşlı qızıl sırğa, üzük və klonlu boyunbağı dəstinin, 120 manat dəyərində 1 ədəd qızıl qolbağının, 250 manat adə brilyant qaşlı 1 ədəd qızıl üzüyün, 200 manat dəyərində brilyant qaşlı 1 ədəd qızılı, 150 manat dəyərində 1 ədəd “kitab” formalı qızıl klonun, 100 manat dəyərində 1 gözmuncuğu” formalı qızıl klonun, 150 manat dəyərində 1 ədəd qırmızı qaşlı qızılı, 150 manat dəyərində 1 ədəd qızıl boyunbağının və 2050 manat nəğd pulun yerində olmadığını görüb oğurlandığını yəqin etmişlər. Bundan dərhal sonra həyat yoldaşı Ruzi mobil telefonuyla DİN-nin 102 xidməti zəng mərkəzinə bu barədə məlumat vermişdir. Bir neçə gündən sonra onlara mənzildən oğurluğu bacısı oğlu Təqsirləndirilən şəxs etmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi zərərçəkmiş şəxsin və şahidin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. İstintaq materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli mütəxəssis arayışından görünürü ki, təqdim edilmiş - bir ədəd “Geneve” markalı, 140 ədəd xırda brilyant qaşı, 35 qr. çəkisi olan, 750 əyarlı, qızıl qol saatının 2023-cü ilin mart ayına olan orta satış qiyməti 4000,00 (dörd min ) manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi cinayət üzrə özünü təqsirli bilməsini nəzərə alır. Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalıdır. Təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Abşeron rayonu ərazisinin hüdudlarını, saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanı Təqsirləndirilən şəxs yaşadığı yer üzrə, yəni Sumqayıt şəhər Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda, yəni Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın mədudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Abşeron rayonu və Bakı şəhəri ərazi hüdudlarını, saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:CəmiləSəfiyeva Ş övkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar