Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-694/2025 17.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun vəkili-nümayəndəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx.xx.1989-cü il tarixdə Cəbrayıl rayonu, Horovlu kəndində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Abşeron rayon, Masazır kəndində qeydiyyatda olmaqla Masazır kəndində nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3,177.2.4,180.2.2,180.2.3 və 326.2ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində anası Zərərçəkmiş şəxs ilə ayrı yaşadığı yaşayış sahəsi hesab edilən Abşeron rayon, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 64 nömrəli evə qanunsuz daxil olaraq, evdə heç kimin olmamasından istifadə edib ikinci mərtəbədə olan yataq otağından 1500 manat dəyərində televizoru, həmin otaqda dolabda olan çantadan 4000 manat dəyərində qızıl-zinət əşyalarını, evin 1-ci mərtəbəsində olan mətbəxdən 350 manat dəyərində musiqi mərkəzini, cəmi 5850 manat dəyərində əmlakı və həyətdə olan sonuncuya məxsus “MG” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan Zərərçəkmiş şəxs adına olan qeydiyyat şəhadətnaməsi və sürücülük vəsiqəsini gizli yolla talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə xx.xx.2024-cü il tarixdə anası Zərərçəkmiş şəxs ilə ayrı yaşadığı yaşayış sahəsi hesab edilən Abşeron rayon, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 64 nömrəli evə qanunsuz daxil olaraq sonucunun evdə olduğunu görüb ondan pul istəyib ala bilmədikdə Zərərçəkmiş şəxs əlində olan 700 manat dəyərində “Samsung” markalı mobil telefonu əlindən alıb sonuncunun gözü qarşısında oradan qaçaraq açıq talayıb Zərərçəkmiş şəxs 700 manat məbləğdə ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bildi, ifadəsində göstərdi ki, verilən ittihamda oğurluqda pul olmayıb, qızıl olmayaıb, bunlar həqiqətə uyğun deyil. Bu hadisəni isə əsəbi pozulub edib.Əməlindən peşimandır. Ziyanı ödəmək imkanı olmadığını bildirdi və cəza təyinində bunun nəzərə alınmasını məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ifadə verərkən Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4, 180.2.2, 180.2.3 və 326.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və elan onunmuş ittihamın mahiyyəti üzrə bildirmişdir ki, 5 ildir atası və anasından ayrı yaşayır və onlar onun xəbəri olmadan onu ünvan 1 ünvanında yerləşən evin qeydiyyatından çıxardıqları üçün onlarla aralarında ədavət yaranmışdır. xx.xx.2024-cü il tarixdə pula ehtiyacı olduğu üçün həmin ünvanda yerləşən evlərinə gəlib atası Şahid1 pul almaq istədikdə onların evdə olmadığını, qapının bağlı olduğunu görmüş. Bu zaman evdən televizoru götürüb satıb pul əldə etmək fikrinə düşüb və bunun üçün hasara çıxıb hasarın üzəri ilə hərəkət edərək eyvana qədər gəlmiş və eyvandan evin ikinci mərtəbəsinə daxil olaraq həmin otaqda olan televizoru götürüb 1-ci mərtəbəyə aparmış və daha sonra birinci mərtəbədə olan musiqi mərkəzini görüb onu da özü ilə aparmağı qərarlaşdırmışdır. Bundan başqa, həyətə çıxıb orada olan anası Zərərçəkmiş şəxs məxsus MG markalı nəqliyyat vasitəsinin qapısını açıb daxil olaraq oradan qeydiyyat şəhadətnaməsini və sürücülük vəsiqəsini götürmüşdür ki, daha sonra onları qaytarmaq müqabilində atasından pul alsın. Daha sonra televizoru, musiqi mərkəzini və həmin sənədləri özü ilə götürüb, onları nərdivan vasitəsilə hasardan çölə daşıyaraq oradan uzaqlaşmışdır. Götürdüyü televizoru baha qiymətə sata bilmədiyi üçün təxminən 1 ay sonra atasıgilə geri qaytarmış, musiqi mərkəzini isə 50 manata satmışdır. Anasına məxsus avtomobilin qeydiyyat şəhadətnaməsi və sürücülük vəsiqəsini isə yaşadığı evdə gizlətmişdir. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə pula ehtiyacı olduğu üçün bir daha göstərdiyi ünvanda yerləşən evə getmiş, qapı bağlı olduğu üçün hasardan həyətə düşüb anası Zərərçəkmiş şəxs evdə olduğunu görmüşdür. Anası onu görüb evi tərk etməyini tələb etmiş, o isə ondan pul istəyib bildirmişdir ki, pul verdikdən sonra gedəcəkdir. Anası ona pul verməyəcəyini bildirib mobil telefonunu götürüb atası Şahid1 zəng vurmaq istədikdə o, onu itələyib əlində olan Samsung markalı mobil telefonu götürüb qaçaraq oradan uzaqlaşmışdır. Həmin mobil telefon hal-hazırda yaşadığı evdə gizlətmişdir. Suallara cavab verərəkən halhazırda həyat yoldaşı Sevinc Müslümzadə ilə birlikdə yaşadığını və həmin gün onun orada olmadığını bildirmişdir. Bundan başqa O, həmin hadisəni tək törətdiyini, anası Flora Kərimovanın bildirdikləri isə yalan olduğunu, nə həmin gün nə də ki, başqa bir vaxt ona məxsus olan qızıl zinət əşyası oğurlamadığını qeyd etmişdir. O, mobil telefonu və sənədləri gizlədibmiş ki, əvəzində atasından pul alsın, lakin hal-hazırda onları gizlətdiyi yer yaddan çıxmış, musiqi mərkəzini isə satdığı yeri və adamı isə xatırlamamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs vəkili-nümayəndəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi3 izahatında bildirdi ki, Təqsirləndirilən şəxs zərərçəkənin oğludur və Sevinc Şirinli adlı qadınla qeyri-rəsmi yaşayır. Təqsirləndirilən şəxs onlara bir çox problemlər yaratdığı üçün təxminən beş ildir ki, ayrı yaşayırlar. Rəşadət mütəmadi olaraq onları hədələyir və hər dəfə pul tələb edirmiş. O, dəfələrlə onların evinə girərək oğurluqlar etmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixində saat 14 radələrində yoldaşı Şahid1la birgə yaşadıqları Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 64 ünvanında yerləşən evlərindən çıxaraq dincəlmək üçün Beyləqan rayonuna qohumlarının yanına getmişlər. xx.xx.2024-cü il tarixində saat 00:30 radələrində yaşadıqları evə qayıtdıqda evin ikinci mərtəbəsinin eyvan qapısının açıq olduğunu görmüş, daha sonra evə baxış keçirmişlər. Eyvanın qapısı açıq olan otaqda divara bərkidilmiş dəyəri 1500 manat olan televizorun, həmin otağın dolabında qoyduğu içərisində təxminən dəyəri 4000 manat olan qızıl- zinət əşyaları olan əl çantasının, evin birinci mərtəbəsinin mətbəxinə qoyduğu dəyəri 350 manat olan musiqi mərkəzinin oğurlandığı məlum olmuşdur. Həmçinin, həyətyanı sahələrində saxladıqları MG markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilinin içərisindən qeydiyyat şəhadətnaməsi və ona məxsus sürücülük vəsiqəsi də oğurlanmışdır. Həmçinin, avtomobili qaçırmağa cəhd göstərsələr də, küçə qapısını aça bilmədikləri üçün avtomobili apara bilməmişlər. Təqsirləndirilən şəxs bu hərəkətləri ilə onlara ümumilikdə 5850 manat ziyan vurmuşlar. Əlavə olaraq bildirmişdir ki, Rəşadətin oğurladığı dəyərli əşyaları onların Rəşadətlə birgə əmlakı deyildir. Belə ki, Rəşadət təxminən beş ildir ki, onlardan ayrı yaşayır. Onlar ayrı yaşadıqları müddətdə, yəni təxminən iki il əvvəl televizoru, on gün əvvəl musiqi mərkəzini və təxminən bir il əvvəl isə qızıl-zinət əşyalarını almışlar. Həmin əmlak yalnız yoldaşı Müzəffərlə onun birgə əmlakıdır. Evə gəldikdən sonra evdən oğurluq olunduğunu gördüklərini və daha sonra müşahidə kameralarına baxdıqda bu əməlləri Rəşadətin törətdiyini görmüşlər.Zərərçəkənə dəyən ziyan ödənilməmişdir.Ona görə də, təqsirləndirilən şəxsin barəsində ciddi cəza tədbiri görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirib, təqsirləndirilən şəxsin ədalətli qaydada cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, xx.xx.2024-cü il tarixində həyat yoldaşı Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-in 102 xidmətinə verdiyi məlumat və Abşeron RPİ-nə yazdığı ərizə ilə bağlı bildirmişdir ki, şikayətçi olduğu Təqsirləndirilən şəxs onun oğludur və Sevinc Şirinli onunla qeyri-rəsmi yaşayan qadındır. Təqsirləndirilən şəxsla təxminən beş ildir ki, ayrı yaşayırlar. Rəşadət mütəmadi olaraq onları hədələyir və hər dəfə pul tələb edir. xx.xx.2024-cü il tarixində saat 14 radələrində yoldaşı Flora ilə birgə yaşadıqları Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 64 ünvanında yerləşən evlərindən çıxaraq dincəlmək üçün Beyləqan rayonuna qohumlarının yanına getmişlər. xx.xx.2024-cü il tarixində saat 00:30 radələrində yaşadıqları evə qayıtdıqda evin ikinci mərtəbəsinin eyvan qapısının açıq olduğunu görmüşdür. Daha sonra, evə baxış keçirmişlər. Eyvanın qapısı açıq olan otaqda divara bərkidilmiş dəyəri 1500 manat olan televizorun, həmin otağın dolabında qoyduğu yoldaşı Zərərçəkmiş şəxs məxsus içərisində təxminən dəyəri 4000 manat olan qızıl-zinət əşyaları olan əl çantasının, evin birinci mərtəbəsinin mətbəxinə qoyduğu dəyəri 350 manat olan musiqi mərkəzinin oğurlandığını aşkar etmişlər. Həmçinin həyətyanı sahədə saxladıqları MG markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilinin bar hissəsində qoyduğu qeydiyyat şəhadətnaməsi və yoldaşı Zərərçəkmiş şəxs məxsus sürücülük vəsiqəsi də oğurlanmışdır. Həmçinin avtomobili qaçırmağa cəhd göstərilmiş, lakin çöl qapını aça bilmədikləri üçün avtomobili apara bilməmişlər. Təqsirləndirilən şəxs bu hərəkətləri ilə onlara ümumilikdə 5850 manat ziyan vurmuşdur. Əlavə olaraq bildirmişdir ki, Rəşadət və Sevincin oğurladığı dəyərli əşyaları onların Rəşadətlə birgə əmlakı deyildir. Belə ki, Rəşadət təxminən beş ildir ki, onlardan ayrı yaşayır. Onlar ayrı yaşadıqları müddətdə, yəni təxminən iki il əvvəl televizoru, üç ay əvvəl musiqi mərkəzini və təxminən bir il əvvəl isə qızıl-zinət əşyalarını almışlar. Həmin əmlak yalnız yoldaşı ilə onun birgə əmlakıdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində zəng edərək ondan 350 manat pul tələb etmiş, o da onun kart hesabına 350 manat pul köçürmüşdür. Təqsirləndirilən şəxs ziyanı ödəməmişdir.Ona görə də onun cəzalandırılmasını məhkəmədən xahiş etdi. İbtidai istintaqda iş üzrə şahid qismində fadə vermiş Lia Poladova verilən suallara cavab olaraq bildirmişdir ki, qaynı Şahid1 onlarla qonşudur. Mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2024cü il tarixində qaynıgilin evində səs-küy olduğunu eşitmişdir. O, onlarla öz evlərinin arasında olan pəncərəyə tərəf gedib orada nə baş verdiyini öyrənmək istəmişdir. Bu zaman məlum olmuşdur ki, qaynının həyat yoldaşı Zərərçəkmiş şəxs ilə oğlu Təqsirləndirilən şəxs mübahisə edir. Zərərçəkmiş şəxs kömək edin deyə qışqırırmış. O da bunu görüb dərhal iki həyətin ortasında olan hasara nərdivan qoyub Floranın onların həyətinə keçməsinə kömək etmişdir. Flora onların həyətinə keçdikdə Rəşadət qaçaraq oradan uzaqlaşmışdır və ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs mobil telefonunu əlindən almışdır. Əlavə olaraq bildirmişdir ki, bir neçə ildir Təqsirləndirilən şəxs ailəsindən ayrı yaşayır və mütəmadi olaraq onları narahat edir. Şahid1 tərəfindən təqdim edilmiş 01 ədəd DVD disk sübut əhəmiyyəti kəsb etdiyi üçün cinayət işi materiallarına əlavə edilmişdir. Təqdim edilmiş bir ədəd DVD diskdə 02 ədəd fayl vardır. Qeyd olunan fayllarda olan görüntülərə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi kimi, ona məxsus olan televizoru evin ikinci mərtəbəsindən oğurlayaraq evin birinci mərtəbəsinə gətirib pəncərədən həyətə çıxararaq nərdivandan istifadə etməklə həyətdən çıxarır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3,177.2.4,180.2.2,180.2.3 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi onun özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri ilə kifayət qədər işdə olan istintaq materialları ilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.3,177.2.4,180.2.2,180.2.3 və 326.2-ci maddələri ilə tövsif edilmişdir. Onun cəzadan və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də, o həmin maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilməli və ona həmin maddələr üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-yə sorğu verilmişdir. DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən gələn tələbnamədən görünür ki, o, əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yoxdur. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını,törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onu islah etməsi və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3,177.2.4,180.2.2,180.2.3 və 326.2-ci maddələri ilə təyin edilən azadlıqdan məhrum etmə cəzalarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Abşeron RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq MSY-nə təhvil verilmiş, xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4, 180.2.2, 180.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş,Abşeron rayon prokurorunun təqdimatı təmin edilərək, Abşeron rayon Məhkəməsinin həmin tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, “həbs” qətimkan tədbiri məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır.CPM-in 158.7-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli həbs olunduğu xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Pİ-nə, Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Zərərçəkənə mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları elan edilsin. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin, ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.3-cü maddəsi ilə təqsirli bilinsin, ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə təqsirli bilinsin, ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Polis İdarəsinə və Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Şahid1 tərəfindən təqdim edilmiş 01 ədəd DVD disk sübut əhəmiyyəti kəsb etdiyi üçün cinayət işi materiallarına əlavə edilsin. Zərərçəkənə mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları elan edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-694/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-694/2025
17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver