Məhkəmə qərarları › İş №1(012)-697/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-697/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-697/2023 06.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1990-cı il tarixdə Kəlbəcər rayonu Abdullauşağı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş, Kəlbəcər rayonu Abdullauşağı kəndində qeydiyyatda olmaqla Yevlax şəhəri M.S.ünvan 1 ünvanında yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 fevral 2023-cü il tarixdə saat 23:00 radələrində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində əvvəllər qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərinin pozulması zəminində yaranmış mübahisə zamanı evin mətbəxindən götürdüyü boşqabla Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən bir dəfə vuraraq təpə nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmişcırılmış yarası kimi bədən xəsarəti yetirməklə sonuncunun dərəcəsinə görə sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. İstifadəsində olan “Tofaş” markalı Az **-US-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Xırdalan xətti üzrə sərnişin daşıma fəaliyyəti ilə məşğul olur. Əvvəllər yol-nəqliyyat hadisəsi törətdiyinə və qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etdiyinə görə məhkum olunmuşdur. Zərərçəkmiş şəxs barəsində etdiyi 02 fevral 2023-cü il tarixli müraciətlərlə tanış olmuşdur. Mənsurəni təxminən 10 il əvvəl tanımış, bu müddətdə qeyri-rəsmi ər-arvad münasibətində yaşamışlar. Əvvəllər dəfələrlə aralarında mübahisə baş vermişdir. 2022-ci ilin yay aylarında Mənsurə ondan ayrılmaq istədiyini bildirmiş, ilk öncə bununla razılaşmasa da, sonradan ayrılmağı qərar almışlar. Qeyri-rəsmi münasibətdə olmalarına baxmayaraq valideynləri rayonda yaşadıqlarından və Bakı şəhərində yaşamaq üçün yeri olmadığından Mənsurənin evində yaşamağa davam etmişdir. Həmin müddətdə mübahisə etsələr də, ümumi münasibətləri normal olmuşdur. 02 fevral 2023-cü il tarixdə saat 23:00 radələrində işdən sonra Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Mənsurənin yaşadığı evə gedib qapını döymüş, Mənsurə açıb onu evə keçirmiş və bir qədər söhbət etmişlər. İşlərinin yolunda getməməsi ilə əlaqədar pulu az olduğundan Mənsurədən bir miqdar pul istəmişdir. Lakin Mənsurə kobud tərzdə və kəskin formada ona veriləsi pulu olmadığını və pul istəməməsini bildirmişdir. Mənsurə ilə bu mövzuda bir qədər mübahisə etdikdən sonra ayağa qalxıb evi tərk etmək qərarına gəlmişdir. Mənsurə nalayiq ifadələrlə üzərinə getmiş, əli ilə Mənsurəni itələyərək evdən çölə çıxmışdır. Mənsurə onun bu hərəkətinə əsəbiləşib polisə şikayət edəcəyini bildirmiş, o isə heç nə demədən evi tərk etmişdir.Zərərçəkmiş şəxs heç bir xəsarət yetirmədiyini, Mənsurənin onun başqa biri ilə ailə qurmaq istəmədiyi üçün barəsində şikayət etdiyini, Mənsurə ilə arasında yalnız sözlə mübahisə baş verdiyini bildirdi. Həmçinin, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 10 il əvvəl tanımış və həmin şəxslə qeyri-rəsmi ər-arvad münasibətində yaşamağa başlamışdır. Bu müddət ərzində dəfələrlə aralarında mübahisə baş vermişdir. 2022-ci ilin yay aylarında Turaldan ayrılaraq tək yaşamağa başlamışdır. Buna baxmayaraq, Tural tez-tez onun yaşadığı evə gəlib mübahisə yaratmış, dava-dalaş salmaqla onu narahat etmişdir. 02 fevral 2023-cü il tarixdə saat 23:00 radələrində Tural yenidən onun evinə gedib pul istəmiş, o isə Turala pulu olmadığını bildirmiş və evindən çıxıb getməsini tələb etmişdir. Bu zaman Turalın narkotik vasitənin təsirində olduğunu hiss etmiş, Tural onun dediklərinə əhəmiyyət vermədən ünvanına nalayiq ifadələr işlətmiş və söyüşlər söymüşdür. Daha sonra mübahisə zamanı Tural mətbəxə keçib orada götürdüyü boşqabla onun baş nahiyəsinə bir dəfə güclü zərbə endirmişdir. Zərbənin təsirindən boşqab sınaraq yerə düşmüş və onun baş nahiyəsi qanamışdır. Turalı itələyərək qaçıb evdən həyətə çıxmış və cibindəki mobil telefon vasitəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” zəng-mərkəzi xidmətinə müraciət edib döyülməsi barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra evə qayıdanda Turalın çıxıb getdiyini görmüşdür. Bu zaman Turalın ona məxsus "xxxx" ASC-yə aid, hesabında 700 manat pul olan debit bank kartını özü ilə apardığını görmüşdür. Onun Tural ilə mübahisəsi təxminən 5 dəqiqə davam etmiş, həmin vaxt evdə özündən və Turaldan başqa heç kəs olmamışdır. Mübahisədən 1 gün sonra Tural onun bank kartını gətirib özünə qaytarmışdır. Mübahisə zamanı Turala heç bir xəsarət yetirməmiş, sadəcə Tural ona xəsarət yetirdiyi üçün evdən çölə qaçıb bu barədə daxili işlər orqanlarına məlumat vermişdir.Aralarında olan mübahisədən başqa heç kimin məlumatı olmadığını, Turalın evi evin içərisində bir dəfə boşqabla başından vurduğunu, mübahisənin təxminən 5-10 dəqiqə davam edib başa çatdığını göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 Abşeron rayon şöbəsinin 11 fevral 2023-cü il tarixli 229 nömrəli rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsasən hadisə haqqında olan məlumatları nəzərə almaqla onun bədəni üzərində müəyyən edilmiş xəsarət – təpə nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası bərk küt əşyanın təsirindən törənmişdir; 02 fevral 2023-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmişdir.Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur.Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 09 may 2023-cü il və 05 iyul 2023-cü il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 18 avqust 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 11 dekabr 2015-ci il tarixli qərarı ilə hökmdən verilmiş apellyasiya protesti təmin edilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 may 2016-cı il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ləğv edilərək iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qərarına əsasən hökm dəyişdirilmədən saxlanılmış; Bakı şəhəri Yasamal rayon məhkəməsinin 03 mart 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 04 il 11 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 08 ay 09 gün vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarinda olan Azərbaycan Respublikası Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Abdullauşağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 26 may 2023-cü il tarixli M144 nömrəli arayışdan və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Kəlbəcər rayonu Abdullauşağı kəndində qeydiyyatda olmaqla Yevlax şəhəri M.S.ünvan 1 ünvanında yaşayır, ictimaiyyətdə müsbət xarakterizə olunan sakinlərdən biridir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar və yüngülləşdirən hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın onun islah olunmasına nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı həm də, cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, Abşeron rayonu ərazilərini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanında qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməldir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Abşeron rayon ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs məhkəmə zamanı hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Cəmilə Səfiyeva “

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar