Məhkəmə qərarları › İş №1(012)-698/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-698/2023

29.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-698/2023 29.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində ünvan 2 ünvanında yerləşən qohumu Zərərçəkmiş şəxs kirayə yaşadığı fərdi evə giriş qapısının qıfılını sındırma yolu ilə qanunsuz daxil olub, evin qonaq otağında olan masanın üzərindən bir ədəd 300 manat dəyərində “Lenovo” markalı noutbuku, çarpayının üzərində olan bir ədəd 150 manat dəyərində “Redmi Note 11” markalı mobil telefonu və bir ədəd 30 manat dəyərində “Versace” markalı kişi qol saatını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 480 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə işləmədiyi üçün bekarçılıq olduğundan evdə uzanıb mobil telefonda “kazino” adlanan oyun oynamışdır. O, öz adına Samsung A32 markalı mobil telefonu kreditlə götürmüş, lakin həmin vaxt borcları olduğundan kreditə götürdüyü həmin telefonu 400 manata satıb borclarını verə bilməmişdir. Zərərçəkmiş şəxs bacısı X2 həyat yoldaşıdır, onlar Xırdalan şəhərində Quşçuluq yaşayış massivi, M.Hüseyn küçəsində onunla eyni məhəllədə yaşayırlar. O, maddi sıxıntıları olduğundan və borclarını verə bilmədiyindən bacısıgilin evindən oğurluq etməyi qərara almışdır. Bu məqsədlə günorta saat 13-14 radələrində yaşadığı məhəlləyə çıxıb bacısıgilin evinə girməyi qərara almışdır. Həyətə çıxıb yeznəsi Eldarın həyətinin qapısına gəlmişdir. O, Eldargilin evində notebook olduğunu bilmiş, həmin noteboku oğurlayıb sataraq borclarını qaytarmağı qərara almışdır. Ətrafa baxıb məhəllədə heç kimin olmadığını müəyyən etdikdən sonra darvazadan içəri keçmişdir. Daha sonra Eldargilin qapısına yaxınlaşıb qapını itələmiş, bu zaman qapı özlüyündən açılmışdır. Yenidən ətrafda heç kimin olmadığından əmin olduqdan sonra bacısı Gülnar və yeznəsi Eldarın yaşadığı mənzilə daxil olmuşdur. İçəri girdikdən sonra qonaq otağının yanında masanın üzərində olan “Lenovo” markalı noteboku görmüşdür. Daha sonra çarpayının üzərində baxan zaman orada olan “Redmi Note 11” markalı mobil telefonu görərək həmin mobil telefonu da götürüb şalvarının .cibinə qoymuşdur. Həmin otaqda şkafın içərisinə baxan zaman orada olan markasını xatırlamadığı saatı da notebookla birlikdə yeznəsigilin evindən tapdığı sellofan torbaya qoymuşdur. Daha sonra pul və qızıl tapmaq məqsədilə evi axtarmağa başlamış, lakin heç bir şey tapmadıqdan sonra mənzili tərk etmək qərarına gəlmişdir. Həyətə çıxıb yaşadığı mənzilə gəlmiş, bir neçə dəqiqə evdə qaldıqdan sonra yaşadığı mənzili tərk edib həyətə çıxmışdır. Dayanacağa gələrək avtobus gözləməyə başlamış, 135 nömrəli marşrut avtobusuna əyləşərək “Şamaxinka” adlanan əraziyə gəlmişdir. Daha sonra nömrəsini xatırlamadığı digər bir marşrut avtobusuna əyləşərək “28 May" adlanan əraziyə gəlmişdir. “28 May” adlanan əraizdə adını xatırlamadığı dükanda bacım Gülnar Hacılı və yeznəsi Zərərçəkmiş şəxs evindən oğurladığı “Lenovo” markalı notebooku 100 manata satmışdır. O, həmin dükanda notebookun özünə məxsus olduğunu deyərək şəxsiyyət vəsiqəsi ilə satmış, noteboku satdıqdan sonra adını xatırlamadığı digər bir dükana daxil olub orada yeznəsinin evindən oğurladığı “Redmi Note 11” markalı mobil telefonu 30 manata satmışdır. Daha sonra bacısıgilin evindən oğurladığı markasını xatırlamadığı saatı «Tap.az» internet satış saytında satılması üçün qoymuş və həmin günü 15 manata saatı internet saytında tanımadığı şəxsə satmışdır. O, saatı və notebooku sataraq əldə etdiyi pulun 70 manatım mobil telefonda oynadığı “Kazino” oyununa vurmuş, qalan hissəsi isə hissə-hissə şəxsi ehtiyyaclarına xərcləmişdir. xx.xx.2023-cü il tarixdə yeznəsi Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseyn küçəsində yerləşən mənzilə qanunsuz daxil olaraq oradan bir ədəd “Lenovo” markalı notebook, bir ədəd “Redmi Note 11” markalı mobil telefon və markasını xatırlamadığı qol saatı oğurlamış, oğurluq cinayətini tək törətmiş, bundan başqa oğurluq cinayəti törətməmiş, sadəcə pulu olmadığından oğurluq etmək qərarına gəlmişdir. Sonda əməlindən peşman olduğunu və dəymiş ziyanın ödənildiyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Mehdi Hüseyn küçəsində yerləşən nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə kirayə yaşayır. xx.xx.2023-cü il tarixdə həyat yoldaşı və uşaqları Oğuz rayonuna göndərmiş, özü də Bakı şəhəri, Yasamal rayonunda ərzaq mağazasında satıcı işləmişdir. Hər gün səhər 07 radələrində evdən çıxır və gecə saat 23:00 radələrində evə qayıdır. xx.xx.2023-cü il tarixdə səhər 07 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Mehdi Hüseyn küçəsində yerləşən evdən çıxaraq Bakı şəhəri, Yasamal rayonunda yerləşən iş yerinə getmişdir. Həmin tarixdə saat 23:00 radələrində yaşadığı evə gələrkən qapının aralı olduğunu görmüş, daha sonra yaşadığı mənzilə daxil olub ətrafa baxmağa başlamışdır. O, evə baxan zaman evdəki əşyaların dağınıq vəziyyətdə olduğunu görmüş, evə baxan zaman bir ədəd “Lenovo” markalı təxmini qiyməti 300 manat olan notebook, bir ədəd “Redmi Note 11” markalı təxmini qiyməti 150 manat olan mobil telefon və bir ədəd təxmini qiyməti 30 manat olan “Versace” markalı kişi qol saatının oğurlandığını aşkar etmişdir. Daha sonra qaynı Təqsirləndirilən şəxs bu barədə məlumat vermiş, təxminən bir neçə dəqiqə sonra qaynı Ziyad onun yanma gəlmiş, evdən oğurluq olduğundan əmin olduqdan sonra bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, M.Hüseyn küçəsində yerləşən kirayə yaşadi mənzildən naməlum şəxs və ya şəxslər 1 ədəd 300 manat dəyərində Lenovo markalı notebook, 1 ədəd 150 manat dəyərində “Redmi Note 11” markalı mobil telefon və bir ədəd 30 manat dəyərində “Versace” markalı kişi qol saatını oğurlamış, baş vermiş oğurluq hadisəsi nəticəsində ona 480 manat maddi ziyan dəymişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi zərərçəkmiş şəxsin ifadəsi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Abşeron RİHB-nın 4 N-li MTİİTS-nin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Axundov X3 rayonu, Xırdalan şəhəri, “Quşçuluq” massivi, M.Hüseyn küç, ev 76 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi cinayət üzrə özünü təqsirli bilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır. Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu ərazisinin hüdudlarını, saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanı Təqsirləndirilən şəxs yaşadığı yer üzrə, yəni Sumqayıt şəhər Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda, yəni Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını, saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar