Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-698/2024 14.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Hacıqabul şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu, Hacıqabul şəhəri, X2 küçəsi ev 35-də qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncuya 1000 manat müqabilində sürücülük vəsiqəsi düzəldəcəyini yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanda olarkən xx.xx.2023-cü il tarixdə saat 21:54 radələrində mobil tətbiq proqramı vasitəsilə 4098 5844 5811 5985 nömrəli “Leobank” kartından onun 4169 7413 2914 0808 nömrəli “Kapital Bank" kartına göndərdiyi 500 manat, xx.xx.2023-cü il tarixdə saat 06:50 radələrində həmin Bank kartına eyni üsulla göndərdiyi 300 manat və xx.xx.2023-cü il tarixdə saat 16:35 radələrində həmin üsulla onun 4169 7388 1049 2029 nömrəli “Kapital Bank” kartına göndərdiyi 200 manat pulunu vahid niyyətlə alıb ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1000 manat məbləğində ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Hacıqabul rayonu, Hacıqabul şəhəri, X2 küçəsi ev 35-də qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Subaydır və heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun barəsində etdiyi şikayət ərizəsi ilə bağlı bildirir ki, həqiqətəndə o, 2023-cü ilin iyun ayının əvvəllərində mobil telefonunun “Vhatsapp” xidmətinin statusunda kimə sürücülük vəsiqəsi almaq lazımdırsa köməklik göstərə biləcəyini qeyd etmişdir. Həmçinin o, həmin ərəfədə tanışı Şahid2 ilə görüşüb söhbət edən zaman mobil telefonunda statusda qeyd etdiklərini bir daha təsdiq edərək kimə sürücülük vəsiqəsi lazımdırsa 1000 manat müqabilində düzəldə biləcəyini demişdir. Bundan təxminən 10 gün sonra sonradan adını bildiyi Məmməd adlı şəxs ona zəng edərək mobil nömrəsini Anar adlı tanışından aldığını, Sehran adlı bir nəfər tanışına sürücülük vəsiqəsi düzəldə bilib-bilməyəcəyini soruşmuşdur. O, həmin vaxt Məmməd adlı şəxsə kimə sürücülük vəsiqəsi lazımdırsa 1000 manat müqabilində düzəldə biləcəyini bildirdiyi üçün Məmməd mobil nömrəsini Sehran adlı tanışına verəcəyini demişdir. xx.xx.2023-cü il tarixdə Sehran adlı xanım onun ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək mobil nömrəsini ona Mamedin verdiyini bildirmiş və ondan sürücülük vəsiqəsi almağı üçün lazım olan şərtləri soruşmuşdur. Bu zaman o, Sehrana sürücülük vəsiqəsini 1000 manat müqabilində düzəldəcəyini, ilkin olaraq kart vasitəsilə 500 manat və şəxsiyyət vəsiqəsinin şəklini göndərməyini, qalan 500 manatı da təxminən 1 həftə sonra sürücülük vəsiqəsi hazır olduqdan sonra ödəməli olduğunu bildirmişdir. Sehran da onunla razılaşdığı üçün həmin gün saat 21:54 radələrində istifadəsində olan 4169 7413 2914 0808 nömrəli “Kapital Bank” kartına 500 manat göndərmiş və şəxsiyyət vəsiqəsinin şəkilini də çəkib mobil telefonuna göndərmişdir. Bundan 3 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə o, Sehrana zəng edərək qalan puldan 300 manat göndərməyini istədiyi üçün Sehran həmin gün saat 06:50 radələrində istifadəsində olan həmin 4169 7413 2914 0808 nömrəli "Kapital Bank’ kartına 300 manat da göndərmişdir. Həmçinin o, xx.xx.2023-cü il tarixdə Sehranla yenidən telefon əlaqəsi saxlayıb sürücülük vəsiqəsinin düzəlmə ərəfəsində olduğunu deyib qalan 200 manatı da göndərməyini bildirdiyi üçün o, xx.xx.2023-cü il tarixdə istifadəsində olan 4169 7388 1049 2029 nömrəli “Kapital Bank” kartına 200 manat da göndərmişdir. Bundan sonrakı vaxtlarda da Sehran ona verdiyi vədinə əməl etmədiyini görüb dəfələrlə ona zəng edərək ona hissə-hissə göndərdiyi ümumilikdə 1000 manat pulunu geri qaytarmağını tələb etsə də maddi vəziyyəti yaxşı olmadığına görə o, Sehranın pulunu qaytara bilməmişdir. Həmçinin Zərərçəkmiş şəxs pulunu qaytara bilmədiyinə görə polis əməkdaşlarının çağırışlardan yayınsa da xx.xx.2024-cü il tarixdə tutularaq Abşeron rayon polis idarəsinə gətirilmişdir. Bir daha bildirirəm ki, o, Zərərçəkmiş şəxs 500 manat, 300 manat və 200 manat olmaqla ümumilikdə 1000 manat pulu ona sürücülük vəsiqəsi düzəltməyi məqsədilə almışdır. Lakin pula ehtiyacı olduğuna görə həmin 1000 manat pulu xərcləyib vədinə əməl edə bilməmişdir. O, məhkəmə iclasında ərizə ilə müraciət edərək, iş üzrə özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs ilə barışdığını, ona vurulmuş ziyanı tam ödədiyini bildirərək cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi. Z.Həsənov küçəsi ev 91-də ailəsi ilə birlikdə yaşayır. Şikayət etdiyi şəxs Təqsirləndirilən şəxsdur. O, Firuzu xx.xx.2023-cü il tarixdə rəfiqəsinin həyat yoldaşı Mamed adlı şəxsin vasitəsilə tanısa da onu üzbəüz görməmişdir. Belə ki, həmin ərəfədə o, sürücülük vəsiqəsi almaq istəyirdi və Mamed də sürücülük vəsiqəsi almağına köməklik göstərən bir adam axtardığını eşidib xx.xx.2023-cü il tarixdə onunla telefon əlaqəsi saxlayıb bildirmişdir ki, bu işdə ona tanıdığı Firuz adlı şəxs köməklik göstərə bilər. Bundan sonra Mamed Firuzun mobil nömrəsinin ***-***-**-** olduğunu deyib onunla əlaqə saxlamağını, Firuzun özünün bu barədə ona lazım olan məlumatları verəcəyini demişdir. Bundan sonra o, Firuzun ***-***-**-** nömrəli mobil telefonu ilə əlaqə saxlayıb mobil nömrəsini ona Mamedin verdiyini bildirmiş və ondan sürücülük vəsiqəsi almağı üçün lazım olan şərtləri soruşmuşdur. Bu zaman Firuz ona sürücülük vəsiqəsini 1000 manat müqabilində düzəldəcəyini, ilkin olaraq kart vasitəsilə 500 manat və şəxsiyyət vəsiqəsinin şəklini göndərməyini, qalan 500 manatı da təxminən 1 həftə sonra sürücülük vəsiqəsi hazır olduqdan sonra ödəməli olduğunu bildirmişdir. O, Firuzun bu təklifi ilə razılaşdığı üçün həmin gün saat 21:54 radələrində yaşadığı ünvan 2-də olduğu zaman Firuzun bir qədər əvvəl mobil telefonuna şəklini göndərdiyi 4169 7413 2914 0808 nömrəli “Kapital Bank” kartına mobil tətbiq proqramı vasitəsilə özünə məxsus 4098 5844 5811 5985 nömrəli “Leobank” kartından 500 manat göndərmiş və şəxsiyyət vəsiqəsinin şəkilini də çəkib mobil telefonuna göndərmişdir. Bundan 3 gün sonra, yəni xx.xx.2023- cü il tarixdə Fizuz ona zəng edərək 300 manat göndərməyini istədiyi üçün o, həmin gün saat 06:50 radələrində 4098 5844 5811 5985 nömrəli “Leobank” kartından onun 4169 7413 2914 0808 nömrəli "Kapital Bank” kartına yaşadığı evdə olarkən mobil tətbiq proqramı vasitəsilə 300 manat da göndərmişdir. Bildirir ki, Firuz sürücülük vəsiqəsinin xx.xx.2023-cü il tarixdə hazır olacağını bildirsə də o, xx.xx.2023-cü il tarixdə onunla telefon əlaqəsi saxlayıb müxtəlif bəhanələr gətirərək sürücülük vəsiqəsinin xx.xx.2023- cü il tarixdə hazır olacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə o, yenidən Firuzla telefon əlaqəsi saxladıqda isə o, xx.xx.2023-cü ildə sürücülük vəsiqəsinin hazır olacağını bildirmişdir. Həmçinin, xx.xx.2023cü il tarixdə Firuz yenidən onunla telefon əlaqəsi saxlayıb qalan 200 manatı da göndərməyini bildirdiyi üçün o, xx.xx.2023-cü il tarixdə yaşadığı evdə oduğu zaman saat 16:35-də Firuzun bir qədər əvvəl mobil telefonuna şəklini göndərdiyi 4169 7388 1049 2029 nömrəli "Kapital Bank” kartına mobil tətbiq proqramı vasitəsilə 200 manat da göndərmişdir. Bundan sonrakı vaxtlarda da dəfələrlə Firuz ilə bu barədə danışıb sürücülük vəsiqəsinin düzəlməsini həll edə bilmədiyi üçün ona hissə-hissə göndərdiyi ümumilikdə 1000 manat pulunu geri qaytarmasını tələb etməyinə baxmayaraq o, bu günə kimi müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmadığına görə onun barəsində şikayət etmək qərarına gəlmişdir. Ona görə də o, xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidmətinə zəng edərək və Abşeron RPİ- yə ərizə ilə müraciət edərək ona qarşı dələduzluq edərək 1000 manat pulunu ələ keçirdiyinə görə Təqsirləndirilən şəxs barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. O, ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam ödədiyini, onunla barışdığını və ondan şikayətçi olmadığını bildirdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışında ifadəsi elan edilib təqiq edilən Şahid1 ifadəsində göstərmişdir ki, o, Xaçmaz şəhəri, B.Məcidov küçəsi ev 21-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal-Abşeron-2” yaşayış kompleksi ev 8, mənzil 193-də ailəsi ilə birlikdə kirayədə yaşayır. Zərərçəkmiş şəxs Abşeron rayon polis idarəsinə ünvanladığı müraciəti ilə tanış olmuşdur. Bununla bağlı bildirir ki, həqiqətən də o, Zərərçəkmiş şəxs təxminən 7-8 ay olar ki, həyat yoldaşı X1 ilə iş yoldaşı olması səbəbindən tanıyır. Belə ki, xx.xx.2023- cü il tarixdə həyat yoldaşı Günay ona iş yoldaşı Sehranın sürücülük vəsiqəsi almaq istədiyini bildirib bu işdə ona köməklik göstərə bilən hər hansı bir tanışının olub- olmadığını soruşmuşdur. Qeyd edir ki, bundan təxminən 2-3 gün əvvəl də tanışı Anar adlı şəxs mobil telefonunun "Vhatsapp" statusunda kimə sürücülük vəsiqəsi almaq lazımdırsa köməklik göstərə bilən tanışının olduğunu qeyd etmişdir. O, həmin vaxt Anarla telefon əlaqəsi sxladıqda o, Firuz adlı tanışının olduğunu, atasının vəzifədə işlədiyini deyib kimə sürücülük vəsiqəsi lazımdırsa Firuzun köməklik göstərə biləcəyini bildirmişdir. Ona görə də həyat yoldaşının bu sözündən sonra o, Anardan Firuzun 077- ***-**-** saylı mobil nömrəsini alıb ona zəng edərək mobil nömrəsini Anardan aldığını, bir nəfər tanışına sürücülük vəsiqəsi düzəldə bilib-bilməyəcəyini soruşmuşdur. Həmin vaxt Firuz həqiqətən də atasının Daxili İşlər Nazirliyində işlədiyini deyib kimə sürücülük vəsiqəsi lazımdırsa 1000 manat müqabilində atasının vasitəsilə düzəldə biləcəyini demişdir. Bundan sonra o, Sehranla telefon əlaqəsi saxlayıb Firuzun mobil nömrəsini ona verib əlaqə saxlamağını bildirmişdir. Bundan bir neçə gün sonra eşitmişdir ki, Sehran sürücülük vəsiqəsinin düzəlməsi məqsədilə Firuza ilkin olaraq 500 manat göndərmişdir. O, yenidən Sehranla əlaqə saxlayıb nə üçün sürücülük vəsiqəsi düzəlməmiş Firuza 500 manatı göndərdiyini soruşanda o, Firuz istədiyi üçün ona 500 manat göndərdiyini demişdir. Bundan sonra o, Firuzla telefon əlaqəsi saxlayıb nə üçün Sehrandan əvvəlcədən 500 manat aldığını soruşanda o, həmin 500 manat pulu ilkin sənədlərin hazırlanması üçün Sehrandan aldığını demişdir. Bundan sonrakı müddətdə də eşitmişdir ki, Sehran sürücülük vəsiqəsinin düzəlməsi məqsədilə əlavə olaraq hissə- hissə Firuza 500 manat da göndərməsinə baxmayaraq Firuz verdiyi vədə əməl etməmişdir. Ona görə də 2023-cü ilin avqust ayında o, yenidən Firuza zəng edərək ona öz iradını bildirdikdə o, atasının işdən çıxarılması səbəbindən işin alınmadığını, buna baxmayaraq təxminən 10 gün müddətində Sehrandan aldığı ümumilikdə 1000 manat pulu geri qaytaracağını bildirmişdir. Lakin 10 gün keçməsinə baxmayaraq Firuz yenə də Sehranın 1000 manat pulunu geri qaytarmamış, həmçinin onun və Sehranın mobil telefon zənglərinə də cavab verməmişdir. Bundan sonra o, Anarla telefon əlaqəsi saxlayıb bu barədə məlumat vermişdir. Anar da Firuzla əlaqə saxldıqdan sonra yaxın müddətdə 1000 manat pulu geri qaytaracağını bildirdiyini demişdir. Lakin bundan sonrakı vaxtlarda Firuz yenə də vədinə əməl etmədiyi üçün Sehran bu barədə polis idarəsinə şikayət etmişdir. Həmçinin qeyd edir ki, 2023-cü ilin təxminən sentyabr- oktyabr aylarında Firuz Zərərçəkmiş şəxs bu barədə polis idarəsinə şikayət etdiyini eşidib ona zəng edərək Sehrana polis idarəsindən ərizəsini geri götürməsini deməyini xahiş etmiş və yaxın vaxtlarda da Sehranın 1000 manat pulunu geri qaytaracağını bildirsə də bu günkü günə kimi yenə də vədinə əməl etməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışında ifadəsi elan edilib təqiq edilən Şahid2 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, Kəpəz rayonu, Cuvarlı küçəsi ev 1-də qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu ərazisində tək kirayədə yaşayır. Zərərçəkmiş şəxs Abşeron rayon polis idarəsinə ünvanladığı müraciəti ilə tanış olmuşdur. Bununla bağlı bildirir ki, o, Təqsirləndirilən şəxs təxminən 1 il olar ki, tanıyır. Təxminən 2023-cü ilin iyun ayının əvvəllərində Firuzun mobil telefonunun “Vhatsapp” xidmətinin statusunda kimə sürücülük vəsiqəsi almaq lazımdırsa köməklik göstərə biləcəyini qeyd etdiyini görmüşdür. Həmçinin o, Firuzla görüşüb söhbət edən zaman o, mobil telefonunda statusda qeyd etdiklərini bir daha təstiq edərək atasının DİNdə vəzifədə işlədiyini, ona görə də kimə sürücülük vəsiqəsi lazımdırsa atasının vasitəsilə 1000 manat müqabilində düzəldə biləcəyini demişdir. Bundan təxminən 10 gün sonra da tanışı Məmməd ona zəng edərək sürücülük vəsiqəsinin düzəlməsi haqqında soruşduğu üçün o, Firuzun ***-***-**-** saylı mobil nömrəsini Məmmədə vermişdir. Bundan təxminən 3 ay sonra Məmməd ona zəng edərək Sehran adlı tanışının sürücülük vəsiqəsi düzəltməsi məqsədilə Firuza hissə-hissə ümumilikdə 1000 manat göndərdiyini, lakin Firuzun vədinə əməl etmədiyini bildirmişdir. Bundan sonra o, Firuzla telefon əlaqəsi saxlayıb bu barədə soruşduqda o, Məmmədin tanışı olan Sehranın sürücülük vəsiqəsinin düzəlməsinin baş tutmadığını, yaxın vaxtlarda Sehranın 1000 manat pulunu geri qaytaracağını bildirmişdir. Lakin bundan sonrakı vaxtlarda da dəfələrlə Firuzla telefon əlaqəsi saxlamağına baxmayaraq o, müxtəlif bəhanələr gətirərək Sehranın 1000 manat puilunu geri qaytaramamış, həmçinin onun da telefon zənglərinə cavab verməmişdir. Beləliklə, məhkəmə, tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Ona görə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, apelyasiya şikayəti və protesti verilmədiyi halda, qeyd olunan müddətin başa çatdığı vaxtın sonrakı günü qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-698/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-698/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver