Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-7/2020 23.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində 2 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Bulduq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinəXırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxx 2018-ci il tarixdə saat 22 radələrində tanışı Coşqun adlı şəxsiyyəti istintaqa məlum olmayan şəxslə birlikdə qabaqcadan əlbir olan şəxs halında X8 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə məhəlləsi, Nəsimi küçəsindəki evinə hasardan aşaraq evin birinci mərtəbəsindəki avtomobil saxlamaq üçün nəzərdə tutulan qaraja qanunsuz daxil olaraq oradan bir ədəd 600 manat dəyərində “Dəmir Döküm” markalı kombi istilik aparatı və bir ədəd 100 manat dəyərində elektrik starblizatoru oğurlamaqla zərərçəkmiş şəxsə 700 manat dəyərində maddi ziyan vurmuşlar. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Sabirabad rayonu, Bulduq kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır, 2 övladı var, hazırda qeyri- rəsmi olaraq , Coşqun adlı tanışı ilə Bakı şəhəri, Nəsimi rayonu, M.Əcəmi qəsəbəsində günlük evlərdə kirayə yaşayır. xx xxxx 2018-ci il tarixdə saat 16 radələrində tanışı Coşqunla birlikdə qaldıqları evdə yemək yeyib, spirtli içki qəbul edən zaman söhbət əsnasında hər ikisi pulu olmadıqlarından danışarkən, o, Coşquna həmkəndlisi Ağa Həsənova məxsus Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarajında kombi istilik aparatı olduğunu bildirmiş və həmin aparatı oğurlamağı təklif etmiş, onun Ağa ilə münasibəti əvvəllər yaxşı olmuş və onlara gedib-gəlmiş, hətta bir neçə dəfə də onun Masazır qəsəbəsində yerləşən evində qalmış, həmin gündən iki gün əvvəl Ağa ilə zəngləşib danışmış, Ağa ona rayona gedəcəyini bildirmişdir. Coşqun kombini oğurlayandan sonra harada saxlayacağını ondan soruşanda bu barədə fikirləşmədiyini ona demiş, o, isə Cabir adlı tanışının Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən “xxxxxx” MTK-da komendant işlədiyini deyib, onunla birlikdə gedib Cabirlə danışmağı təklif etmiş, daha sonra onlar razılaşaraq birlikdə Cabirin işlədiyi binaya getmişlər, orada Coşqun ondan tanışının 32-lik kombisinin olduğunu, evində qaz zəif gəldiyi üçün kombini işlədə bilmədiyini, buna görə də satmaq istədiyini demiş, Cabirdən sakinlər arasında işlənmiş kombi almaq istəyən olub-olmadığını soruşmuş, əlavə olaraq Coşqun Cabirə kombini satsa onun da hörmətini edəcəyini bildirmiş, Cabir Vüqar adlı usta işləyən tanışının işlənmiş kombi almaq istədiyini demiş, Vüqarın telefonuna zəng vurub onunla danışmış, Vüqar həmin kombini almaq istədiyini bildirdikdə Coşqun Cabirə gedib kombini gətirməyi söyləmiş, Tural ilə birlikdə Ağanın yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə Restoranının yaxınlığındakı Nəsimi küçəsinin sağ tərəfindəki evinə getmiş, Coşqun onu küçədə gələn olsa xəbər etmək üçün gözləyib ətrafa nəzarət etməyi tapşırmış, o, isə hasardan aşıb həyətə daxil olmuş, həyətdə evin birinci mərtəbəsində yerləşən qarajda olan “Dəmir Döküm” markalı kombi istilik aparatını və elektrik tənzimləyicisini özü ilə gətirdiyi qaz açarı ilə açıb yerindən çıxarmış və Çoşqunun köməkliyi ilə oğurladığı əşyaları küçəyə çıxardıqdan sonra isə köməkləşib yolun kənarına apararaq tanımadıqları taksiyə qoyub əvvəlcədən razılaşdıqları Cabirin işlədiyi binanın yanına gətirmişlər. Cabir Vüqara zəng vurub yanına çağırmış və onunla 260 manata razılaşıb kombini ona satmışlar, əldə etdikləri pulun 60 manatını Cabirə verdikdən sonra qalan 200 manatı isə aralarında yarı bölüb şəxsi ehtiyaclarına xərcləmişlər, əlavə olaraq o, Cabirin və Vüqarın kombinin oğurluq olmasından məlumatı olmadığını, elektrik tənzimləyicisinin isə Coşqunda qaldığını, onu kimə satmasından məlumatının olmadığını bildirdi. Hazırda törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət törətməsini, himayəsində iki azyaşlı uşaqlarının olmasını və dəymiş ziyanın ödənilməsini əsas gətirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X12 verdiyi ifadəsində göstərdi ki, Sabirabad rayonunda qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır, həmçinin özünə məxsus Abşeron rayonu, Masazır kəndi, Nəsimi küçəsində yerləşən fərdi yaşayış evi var, həftənin bir neçə günü rayondan gəlib qeyd edilən ünvanda yaşayırlar, ev kürsülü, bir mərtəbəli fərdi yaşayış evidir və birinci mərtəbəsində avtomobil saxlamaq üçün qaraj yerləşir, qarajın qapısı yoxdur və orada “Dəmir Döküm” markalı kombi istilik aparatı quraşdırılmış, sonuncu dəfə xx xxxx 2018-ci il tarixdə evdən çıxıb yaşadığı Sabirabad rayonundakı evlərinə getmişlər. xx xxxx 2018-ci il tarixdə evinə nəzarət etmək üçün qayıdanda həyətə daxil olub ətrafa nəzər yetirdikdə evin qarajına quraşdırılmış kombi və kombiyə quraşdırılmış elektrik starblizatorun oğurlandığı ona məlum olmuş, ilk əvvəl evindən oğurluq edən şəxsləri özü tapıb hüquq mühafizə orqanlarına təhvil vermək istəsə də, həmin gün tapa bilmədiyi üçün bir gün sonra xx xxxx 2018-ci il tarixdə Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, əlavə olaraq “Dəmir Döküm” markalı kombi istilik aparatını 1600 manata, elektrik tənzimləyicisini isə 100 manata aldığını bildirdi. İş üzrə zərərçəkmiş şəxs X12 məhkəməyə ünvanladığı ərizədə Təqsirləndirilən şəxs ilə barışdığını, dəymiş ziyanı ödədiyini və ona qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X1 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır, usta işləyir, X5 bir neçə ay olar tanıyır, onunla nəzarətçi işlədiyi binada tanış olmuş və həmin binada usta kimi işləmiş, o, Cabir ilə danışanda ona evinə kombi almaq istədiyini, əgər işlədiyi binanın sakinlərindən işlənmiş kombi satılarsa ona məlumat verməsini xahiş etmişdir. xx xxxx 2018-ci il tarixdə Cabir onunla əlaqə saxlayıb tanıdığı Coşqun adlı şəxsin 300 manata 32-lik kombi satdığını dedikdə ondan şəklini göstərməsini xahiş etmiş, Cabir ona kombinin şəklini göndərəndə kombi xoşuna gəldikdən sonra isə Cabirin yanına gəlib sonradan tanıdığı Coşqun və Tural adlı şəxsləri görmüş, Coşqun dostunun evində qaz zəif olduğu üçün kombinin işləmədiyini və onu satdığını demiş, o, kombini onlarla 260 manat almağa razılaşmış, pulu Coşquna vermiş, əlavə olaraq ucuz qiymətə kombi tapdığı üçün Cabirə 5 manat da pul vermiş, xx xxxx 2018-ci il tarixdə Cabir onunla telefon əlaqəsi saxlayıb ona satılan kombinin oğurluq olduğunu bildirmiş və Vüqar kombini polis əməkdaşlarına təhvil vermiş və kombinin oğurluq olduğundan məlumatı olmamışdır. İş üzrə şahid X2 məhkəməyə teleqram vuraraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X3 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Beyləqan rayonu, Eyvazalılar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində valideynləri ilə birlikdə yaşayır, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən “xxxxxx” MTK-da nəzarətçi vəzifəsində çalışır, Coşqun adlı şəxsi işlədiyi binada fəhlə kimi tanımış, Təqsirləndirilən şəxs isə tanımamış, Coşqunun yanında iki dəfə görmüşdür. xx xxxx 2018-ci il tarixdə Coşqun yanına gələrək dostunun evində kombi olduğunu, pula ehtiyacı olduğu üçün 300 manata satmaq istədiyini bildirmiş, əlavə olaraq ondan həmin kombini binanın zirzəmisinə qoymağı xahiş etmiş, həmin vaxt Tural kənarda dayanıb onlara baxmış, kombini hansı səbəbdən satdığını soruşanda, dostunun evinə qaz az gəldiyindən kombinin gücü çox olduğu üçün işləmədiyini demiş, ona kombini gətirməyi demiş, kimə satmaq barədə fikirləşmiş, həmin vaxt yadına tanıdığı Vüqar adlı şəxs düşmüş və Vüqara zəng vurub kombi istəyib-istəmədiyini soruşanda, o, kombiyə baxdıqdan sonra fikrini deyəcəyini bildirmiş, onlar həmin günün axşamı kombini işlədiyi binanın yanına gətirdikdən sonra o, kombinin şəkillərini Vüqara göstərmiş, onlar aralarında 260 manat məbləğində alqı-satqı etməyi razılaşdıqdan sonra Vüqar kombiyə görə Cabirə 5 manat, Coşqun isə 60 manat pul vermiş, daha sonra xx xxxx 2018-ci il tarixdə polis əməkdaşları onunla görüşüb kombinin oğurluq olduğunu bildirdikdən sonra o, Vüqara bu barədə demiş, Vüqar kombini polis əməkdaşlarına təhvil vermişdir. əlavə olaraq onun kombinin oğurluq olduğundan məlumatı olmadığını bildirmişdir. X11 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X11 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş X1 və X3 ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, ibtidai araşdırma zamanı şahid X2 1 ədəd “Dəmir Döküm” markalı kombi istilik aparatını ibtidai istintaq orqanına təqdim etmiş və həmin kombi istilik aparatı müvafiq qaydada götürülərək ekspertizaya təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9032 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd “Dəmir Döküm” markalı, 32 kvv-lıq kombinin istifadədə olması nəzərə alınmaqla 2018-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 600 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, hesab AZ34CTRE********************). İş materiallarından görünür ki, iş üzrə maddi sübut olan 1 ədəd istifadə olunmuş “Dəmir Döküm” markalı kombi istilik aparatı saxlanılması üçün zərərçəkmiş şəxs X8 müvafiq qəbzlə təhvil verilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxx 2018-ci il tarixdə saat 22 radələrində tanışı Coşqun adlı şəxsiyyəti istintaqa məlum olmayan şəxslə birlikdə qabaqcadan əlbir olan şəxs halında X8 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə məhəlləsi, Nəsimi küçəsindəki evinə hasardan aşaraq evin birinci mərtəbəsindəki avtomobil saxlamaq üçün nəzərdə tutulan qaraja qanunsuz daxil olaraq oradan bir ədəd 600 manat dəyərində “Dəmir Döküm” markalı kombi istilik aparatı və bir ədəd 100 manat dəyərində elektrik starbizatoru oğurlamaqla zərərçəkmiş şəxsə 700 manat dəyərində maddi ziyan vurmuşlar, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsəməlidüzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin177.2.1 və 177.2.3cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. “Məhkəmələrtərəfindəncinayətcəzalarınıntəyinedilməsihaqqında”AzərbaycanRespublik asıAliMəhkəməsiPlenumunun xx xxxx 2003-cüiltarixli 04 saylıqərarının 1cibəndindəqeydolunmuşdurki, məhkəmələr hərbirkonkrethaldatəqsirləndirilənşəxslərəcəzalarıntəyinedilməsinəfərdiyanaşılmalı, cinayətqanunununvəzifələrivəcəzanınməqsədindənbəhsedənCinayətMəcəlləsinin 2 və 41cimaddələrininmüddəalarınınhəyatakeçirilməsinitəminetməlidirlər. CinayətQanununədalətprinsipindənbəhsedənCM-nin 8cimaddəsinəgörəcinayəttörətmişşəxshaqqındatətbiqediləncəzacinayətinxarakterinəvəictima itəhlükəlilikdərəcəsinə, onuntörədilməsihallarına, cinayəttörətməkdətəqsirlibilinənşəxsinşəxsiyyətinəuyğunolmalıdır. MəhkəmətəqsirləndirilənşəxsəcəzatəyinedərkənAzərbaycanRespublikasıCinayətMəcəll əsinin 58.3-cümaddəsinəəsasənonuntörətdiyicinayətinxarakterini, ictimaitəhlükəlilikdərəcəsini, şəxsiyyətini, ocümlədəncəzasınıyüngülləşdirənvəağırlaşdıranhalları, habelətəyinolunacaqcəzanınonunislaholunmasınavəailəsininhəyatşəraitinətəsirininəzərəal malıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin məhkumluq barədə xx.xx.2018-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sabirabad RİHB Ulucalı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Əliyev X4 rayonu, Bulduq kəndində həyat yoldaşı-X7, 2009-cu il təvəllüdlü X9 və 2011-ci il təvəllüdlü X10 ilə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməkləəməlindən peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, vurulmuş ziyanın ödənilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmaçılıq hissi keçirməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2018-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, daha sonra istintaq orqanının çağırışlarına vaxtlı-vaxtında gəlmədiyi üçün barəsində axtarış elan edilmiş, daha sonra o, Abşeron Pİ-nə könüllü gəlmiş, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri istintaq orqanı tərəfindən qüvvəsində saxlanılmış, daha sonra məhkəmə iclaslarına gəlmədiyi üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və o, xx.xx.2020-ci il tarixdə tutularaq həbsə alınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 01 (bir) gün və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 02 (iki) ay 07 (yeddi) gün, cəmi 02 (iki) ay 8 (səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) ay 16 (on altı) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Sabirabad rayonu ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanı Təqsirləndirilən şəxs yaşadığı yer üzrə, yəni Sabirabad rayon İcra və Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda, yəni Sabirabad rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan 1 ədəd “Dəmir Döküm” markalı kombi istilik aparatının ibtidai istintaq zamanı zərərçəkmiş şəxs X8 təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat və məhkəmə baxışı zamanı 30 saat, cəmi 70 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 420 (dörd yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxsAzərbaycanRespublikasıCinayətMəcəlləsinin177.2.1 və 177.2.3-cü maddələriilənəzərdə tutulmuş cinayətin törədilməsində təqsirlibilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 01 (bir) gün və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 02 (iki) ay 07 (yeddi) gün, cəmi 02 (iki) ay 08 (səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) ay 16 (on altı) gün müddət çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Sabirabad rayonu ərazisini və saat 23:00-dan saat 08:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Sabirabad rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunsun. İş üzrə maddi sübut olan 1 ədəd “Dəmir Döküm” markalı kombi istilik aparatının ibtidai istintaq zamanı zərərçəkmiş şəxs X8 təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat və məhkəmə baxışı zamanı 30 saat, cəmi 70 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 420 (dörd yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-7/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-7/2020
23.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver