Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-7/2021 17.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1957-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Mingəçevir küçəsi, ev 8, mənzil 5-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə vətəndaş İsgəndərova Tamam Həsən qızına onun əri X3 həbsdən azad etdirəcəyini vəd edərək inandırmış, 2014-cü ilin sentyabr ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 1 saylı notariat kontorunun qarşısında 2500 manat pulu, 15 sentyabr 2014-ci il tarixdə Bakı şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən kafedə 4500 manat pulu, 26 sentyabr 2014-cü ildə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində Xırdalan dairəsinin yanında 1000 manat pulu, yəni ümumilikdə 8000 manat pulu vahid niyyətlə ələ keçirib, Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 2014-cü ilin sentyabr ayından tanıyır. Tamamı qonşuluğunda yaşayan Şahid3 vasitəsilə tanımış, belə ki, Rahib ona Tamam adlı qadının həyat yoldaşının həbsdə olduğunu, onun azadlığıa çıxarılması üçün köməklik etməsini xahiş etmişdir. Onun oğlu barəsində CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi üzrə həbs olunarkən bu işlə maraqlandığı üçün apellyasiya şikayəti verib oğlunun cəzasını azaldıb vaxtından əvvəl şərti azad olunmasına nail olmuşdur. Rahib bunu bildiyi üçün ona Tamamın ərinin işinə də köməklik etməsini xahiş etmişdir. Rahib ona Tamamın onun tanışı Həsən adlı şəxsin qohumu olduğunu, Tamamın əri Əbdürrəhimin yolnəqliyyat hadisəsi törətməsi ilə bağlı məhkəmənin hökmünə əsasən 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu demişdir. O, da bu işə köməklik etmək mümkün olduğunu və pul lazım olacağını demiş, onlar razı olduqları üçün Rahibə məhkəmdə iştirak etmək üçün Tamamın ona etibarnamə verməsini bildirmişdir.2014-cü ilin sentyabr ayında Rahib, Həsən, Tamam və Sadiq adlı şəxslərlə görüşüb onlarla Xırdalan şəhərinə notariusa getmişdir ki, Tamamın adından etibarnamə alsın. Həmin vaxt onlara Əbdürrəhimin işi ilə maraqlandığını, bu işə köməklik etməyin mümkün olduğunu demişdir. Onun şəxsiyyət vəsiqəsi üstündə olmadığından Bakı şəhərinə, evinə gəlib şəxsiyyət vərəqəsini götürüb oradan Heydər Əliyev prospektinə gəlib notariusda Tamamdan öz adına etibarnamə almışdır. Etibarnamə almazdan əvvəl Xırdalanda notariusun qabağında olarkən Həsən onunla danışdığı işə görə pulun 2500 manatını ödəmiş, üstündən bir neçə gün keçmiş Həsənə xəbər göndərmişdir ki, yenidən ona pul versin. Həsən də ona yenidən 4500 manat pul göndərmiş, aldığı pulları şəxsi problemləri ilə bağlı xərcləmişdir. Bundan sonra 2014-cü ilin sentyabr ayının sonu olardı, yenidən Həsənə xəbər göndərmişdir ki, Əbdürrəhimin işi ilə bağlı 2000 manat da pul lazımdır. Həmin günün səhərisi ona əlavə olaraq 1000 manat da pul verilmiş, həmin pulları Əbdürrəhimin məhkəmə işi ilə bağlı aldığını desə də, şəxsi problemləri olduğu üçün həmin pulları xərcləmişdir. Sonradan onlar işin gecikdiyini görüb ondan pulu tələb etməyə başlamış, o, əvvəlcə məhkəmə işinin vaxtının uzadılması ilə bağlı onlara bildirsə də, ona inanmayıb pulu geri tələb etməyə başlamışlar, bu səbəbdən də aralarında narazılıq yarandığı üçün Tamam polisə şikayət etmişdir. O, xəstələnməyi ilə əlaqədar Tamamın əri Əbdürrəhimin işi ilə bağlı heç bir iş görə bilməmiş, maddi vəziyəti ilə əlaqədar olaraq Tamamın ərinin cəzadan azad olunması ilə bağlı göndərdiyi ümumi 8000 manat pulu qaytara bilməmişdir. Əlavə olaraq göstərmişdir ki, onun etibarnamə almaqda məqsədi Tamamın əri Əbdürrəhim Quliyevin cəzasını azaltmaq üçün Ali məhkəməyə kasassiya şikayəti vermək olmuş, lakin xəstəliyi səbəbindən bu işlə məşğul ola bilməmiş və maddi problemləri ucbatından aldığı pulları xərcləmişdir. O, məhkəmə işi ilə bağlı söhbət etdikdə demişdir ki, iş ağır işdir və bu işin həlli üçün bir neçə məhkəmə prosesi lazım olacaq və təxminən 15.000 manata qədər pul lazım olacağını bildirmiş, həmin pulları işin həlli ilə bağlı hər hansı şəxsə verəcəyini bildirməmiş, ümumilikdə görəcəyi işə görə həmin məbləği demiş, onlar da razılaşmışlar, pulları yalnız öz adına almış, həmin puldan hər hansı şəxsə verəcəyini bildirməmiş və əldə etdiyi pulları özünə problemləri ilə bağlı xərcləmişdir. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək, barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, həyat yoldaşı X5 2013-cü ilin sentyabr ayında Bakı şəhəri, Binəqədi rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törətdiyinə görə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. O, həyat yoldaşı Əbdülrəhimin cəzadan azad olunmasını istədiyi üçün bacısı Şahid4nın kürəkəni Şahid1la söhbət edərkən ona bildirmişdir ki, onun dostunun tanışı var və ərini cəza çəkmə müəssisəsindən azad olunmasında köməklik edə bilər. Həmin şəxsin Hacıxanım adlı qadın olduğunu və öz oğlunu da cəzaçəkmə müəssisəsindən azad etdirdiyini demişdir. Həsənin deməsinə görə Hacıxanımla əri Əbdülrəhimin işi barədə danışmış, 15000 manata həmin qadın ərini cəzadan azad olunmasını təmin edəcəyini demişdir. Həsən pulun 8000 manatını əvvəlcədən verməyi, qalanını isə məhkəmə günü verməyi bildirmiş, o, da razılaşmışdır. 2014-cü ilin sentyabr ayında ilk olaraq 5000 manat pulu bacısı Minayəyə vermiş ki, həmin pulu Həsənə versin. Təxminən bir həftə sonra iş yerində olarkən Həsən, sonradan adlarını bildiyi Rahib, Sadiq və Hacıxanım kimi adını qeyd etdikləri şəxslərlə birlikdə gəlib ona demişdir ki, gərək onlarla notariusa gedib Hacıxanıma etibarnamə versin və sonuncu da məhkəmədə onun adından iştirak edə bilsin. Həsən onu Rahib və Hacıxanımla birlikdə Rahibin idarə etdiyi avtomobillə notariusa yola salmış, özü isə başqa maşınla onların arxasınca gələcəyini demiş, onlar əvvəl Xırdalan şəhərində yerləşən notariusa getmiş, lakin orada Hacıxanımın şəxsiyyət vəsiqəsi üzərində olmadığından, Bakı şəhərinə notariusa getmişlər. Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən notariusa gəlib orada onun adından özünü Hacıxanım kimi təqdim edən qadına etibarnamə verilmiş, sonuncu isə ərinin məsələsini bir həftə ərzində həll edəcəyini bildirmişdir. Bundan sonra Rahib əvvəl Hacıxanımı aparıb şəhərdə düşürmüş, sonra Sadiqi düşürüb onu Xırdalan şəhərinə gətirib Masazır dairəsində düşürmüşdür. Həmin vaxt Rahib Həsənə zəng vurmuş və Bakı şəhərində görüşmələrini demiş, təxminən bir həftə sonra Həsənə zəng vurub Əbdülrəhimin işi barədə maraqlananda ona demişdir ki, Hacıxanım ona bildirib ki, məhkəmə olduqda oradan ərini buraxacaqlar. Eyni zamanda Hacıxanım əlavə pul verilməsini Həsənə bildirdiyi üçün o, özündə olan 3000 manat pulu bacısı Minayəyə vermiş ki, həmin pulu Həsənə versin. Sonradan Həsənin həmin pulu gəlib bacısından götürdüyünü bilmişdir. Bundan sonra Hacıxanımın dediyi vaxtda Əbdülrəhimin cəza çəkdiyi yerin qarşısına gedib saatlarla gözləmiş, lakin heç bir nəticə olmadığı üçün Həsənlə telefon əlaqəsi saxlamış, Həsən ona bildirmişdir ki, Hacıxanım onları aldatmışdır, belə olduqda Həsənə öz narazılığını bildirmiş, Hacıxanımı axtarsa da onları tapa bilməmiş,buna görə də Həsən barəsində polisə şikayət ərizəsi yazmışdır. Sonradan ona məlum olmuşdur ki, Həsən bacısı Minayədən Əbdülrəhimin işi ilə bağlı ümumilikdə 8000 manat pul almış və deməsinə görə Zemfiraya vermiş, Polis idarəsində araşdırma zamanı məlum olmuşdur ki, Hacıxanım kimi özünü təqdim edən qadının əsl adı Təqsirləndirilən şəxs Əliağa qızıdır. O, Zemfira ilə telefon əlaqəsi saxlamış, sonuncu ona demişdir ki, 8000 manat pulu Həsən ona vermiş, həmin pulu yaxın vaxtda qaytaracaqdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında şahid X6 elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Bacısının həyat yoldaşı Əbdürrəhim Quliyev 2013-cü ildə yol nəqliyyat hadisəsi törədərək piyadanın ölümünə səbəb olmuş, bu səbəbdən 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2014-cü ilin sentyabr ayında kürəkəni Şahid1 bacısına bildirmişdir ki, onun dostunun tanışı vardır, Əbdürrəhimi cəzadan azad etməyə köməklik edə bilər. Ancaq buna görə 15000 manat pul lazımdır və pulun 8000 manatını əvvəlcədən verilməlidir. Tamam da Həsənlə razılaşıb bir neçə gün sonra onun evinə gəlib əvvəlcə 5000 manat, sonra isə bir neçə gün keçmiş əlavə 3000 manat pulu ona vermişdir ki, həmin pulu Həsənə versin və ərinin işini həll etsin. O da Tamamdan aldığı pulu Həsəni çağırıb evində ona vermişdir ki, sonuncunun ərinin işinə köməklik etsin. Sonra Tmamadan eşitmişdir ki, Həsən Rahib, Sadiq və Hacıxanım adlı şəxslərlə birlikdə Tamamı Bakı şəhrinə notariusa aparmışlar, Tamam Hacıxanım adlı qadına etibarnamə vermişdir ki, Əbdürrəhimin cəzaçəkmədən azad etməsi ilə bağlı işləri görsün.Təxminən 2- 3 gün sonra Həsən onlara gəlib demişdir ki, Əbdürrəhimin işi üçün əlavə olaraq 7000 manat pul lazımdır. 8000 manat verib, qalan 7000 manatı da verilməlidir ki, Əbdürrəhimi buraxsınlar. Lakin bir müddət keçsə də Əbdürrəhimin işi alınmamış və məlum olmuşdur ki, Hacıxanım adlı qadın Həsəni və Tamamı aldatmışdır və buna görə Tamam polisə şikayət ərizəsi yazmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs qaynanası Şahid4nın bacısıdır. 2013-cü ilin sentyabr ayında Rusiya Federasiyasında olarkən Zərərçəkmiş şəxs əri Əbdülrəhim Quliyevin ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsi səbəbindən ona məhkəmənin hökmü ilə 6 il həbs cəzası verildiyini eşitmişdir. Əbdürrəhim həbs olunduqdan təxminən 1 il yarım sonra Azərbaycana gəlmiş, evdə olarkən Tamam ərinin buraxılmasına köməklik etməyini ondan xahiş etmiş, o da bu səbəbdən tanışları ilə görüşərkən bu məsələ ilə maraqlanmış, 2014cü ilin avqust ayında dostu Sadiqlə görüşmüş, Əbdürrəhimin azadlığa çıxması ilə bağlı onunla söhbət edərkən Sadiqin yanında olan sonradan adının Rahib olduğunu bildiyim həmyerlisi bildirmişdir ki, onun tanıdığı qadın vəkil var, vəkilin özünün deməsinə görə Ali məhkəmənin sədri ilə qohumluq əlaqəsi vardır. Rahib həmin qadını Hacıxanım kimi təqdim etmiş və bildirmişdir ki, Həcc ziyarətinə getmişdir. Rahibin deməsinə görə Hacıxanımın oğlu da həbs olunmuş, ancaq sonuncu oğlunu həbsdən azad etdirmişdir. Rahib ona bildirmişdir ki, qohumu Əbdürrəhimin işinə Hacıxanım köməklik edə bilər. Rahib onun yanında Hacıxanımla telefonla danışıb Əbdürrəhimin işi barədə demiş və sonuncunun hazırda həbsdə olduğunu və onun azadlığa buraxılmasına köməklik edə bilməsi barədə maraqlanmış, X4 barəsində çıxarılmış məhkəmə hökmünün surətini gətirməsini, bundan sonra baxıb nəticəsini deyə biləcəyini dediyi üçün Tamamla görüşüb bu barədə bildirmişdir. Hökmün sürətini götürüb Rahibə vermiş ki, aparıb Hacıxanıma göstərsin. Təxminən 1 gün sonra Rahib onunla telefon əlaqəsi saxlayıb demişdir ki, Hacıxanımla Ali məhkəmənin yanında görüşmək lazımdır. O da Bakı şəhərinə Ali məhkəmənin yanına gedib Rahiblə birlikdə Hacıxanımla görüşmüş, Hacıxanım həmin vaxt məhkəmə binasından çıxıb məhkəmənin qarşı tərəfində onlarla görüşmüş, Rahib onu təqdim edib Əbdürrəhimin qohumu olduğumu ona demiş, Hacıxanım Əbdürrəhimin işi ilə bağlı məhkəmədə danışdığını və Əbdürrəhimin uzağı 1 ay müddətinə azadlığa buraxılmasını həll edə biləcəyini bildirmiş, Hacıxanım demişdir ki, əgər işin həll edilməsini istəyirlərsə ona etibarnamə verilməlidir ki, məhkəmədə bu işləri həll etsin. Həmin işin həll edilməsi ilə bağlı əlavə nə lazımdırsa Rahibə bu barədə deyəcəkdir. O, Rahib və dostu Sadiqlə birlikdə avtomobillə evə qayıdarkən yolda Rahib ona demişdir ki, Hacıxanım 12000 manat məhkəməyə veriləcəyini, 3000 manat isə iş bitdikdən sonra özünə alacaqdır. O da Rahibə məsləhətləşib bir söz deyəcəyini bildirmişdir. Axşam evə gəlib qaynanası Minayəyə demişdir ki, Tamamı da çağırsın Əbdürrəhimin işi ilə əlaqədar pul lazımdır. Tamam Minayənin evinə gələndən sonra ona Hacıxanım adlı vəkilin Əbdürrəhimin azadlığa buraxılması ilə bağlı məhkəmədə maraqlandığını və bu iş üçün ümumilikdə 15000 manat pul lazım olduğunu demiş, həmin pulun 12000 manatının məhkəməyə, 3000 manat isə vəkilə veriləcəyini demişdir. Tamam isə hazırda cəmi 5000 manat pulu olduğunu demiş, belə olduqda Rahiblə telefon əlaqəsi saxlayıb demişdir ki, Hacıxanımın təklifi ilə razıdırlar, ancaq ilkin olaraq cəmi 5000 manat pul verə bilərlər. Rahib Hacıxanımla danışıb ona zəng vurmuş və səhər notariusda Hacıxanımla müqavilə bağlamaq üçün görüşmə olduqlarını bildirmiş, o da Tamama zəng vurub demişdir ki, evdə olar müqavilə bağlamağa gedəcəyik. Səhəri günü Rahib öz maşını ilə Hacıxanımla birlikdə Xırdalan şəhərinə gəlib Tamamı iş yerindən götürüb birlikdə notariusa gəlmiş, həmin vaxtı dostu Sadiq də onunla işi olduğu üçün onun yanına notariusa gəlmiş, Hacıxanımla Tamam notariusa girmiş, Hacıxanımın şəxsiyyət vəsiqəsi olmadığı üçün Xırdalanda notariusda müqavilə bağlamaq mümkün olmamışdır. Hacıxanım demişdir ki, onun evinin yaxınlığında notarius vardır, gedib şəxsiyyət vəsiqəsini götürsün orada notariusda müqavilə bağlayarlar. Buna görə Xırdalan şəhərində 1 saylı notariat kontorunun qarşısında Tamamın və Hacıxanımın yanında Rahibə maşında ilkin olaraq 2500 manat pulu vermişdir ki, 500 manat müqailə üçün, 2000 manat isə məhkəmədə işlərin həll olunması üçün Hacıxanıma versin. 2500 manatı isə saxlamışdır ki, sonradan versin.Rahib pulu alıb Hacıxanım və Tamamı öz maşını ilə Bakı şəhərinə notariusa aparmış,o isə Sadiqlə öz işinin ardınca getmiş, təxminən 1 saat sonra Rahib ona zəng vurub demişdir ki, müqaviləni bağlamışlar və Tamam xalanı evinə qoyub onların yanına gəlir. Rahib onların yanına gəlib çay içdikdən sonra ona təşəkkürünü bildirmişdir. Üstündən bir neçə gün keçmiş Hacıxanım işin həlli üçün lazım olan pulun qalan hissəsini də düzəldib verməyi bildirmiş, belə olduqda bu barədə Tamamla danışmış və sonuncu üstündə 3000 manat pulu olduğunu bildirərək həmin pulu Minayənin evinə qoyacağını və oradan pulu götürüb Hacıxanıma verməyi bildirmişdir. O, həmin pulu da Minayənin evindən götürüb yaşadığı evə qoymuş, 15 sentyabr 2014-cü il tarixdə Rahib ona zəng vurub demişdir ki, Hacıxanım məhkəmədə işə baxılacağı üçün pulun qalanını təcili çatdırmıq lazımdır, o isə həmin vaxt rayonda qohumunun toyunda olduğu üçün Rahibə demişdir ki, dostu Sadiq pulu ona çatdıracaqdır. O,Sadiqə zəng vurub onlara getməyi və həyat yoldaşından pulu götürüb Rahiblə görüşməyi xahiş etmişdir. Sadiq onların yaşadığı evə gedib 4500 manat pul götürüb Bakı şəhərində Rahib və Hacıxanımla görüşüb pulu Rahibə verdiyini, Rahibin isə pulu onun yanında Hacıxanıma verdiyini bildirmişdir. Hacıxanım onunla telefon əlaqəsi saxldayıb demişdir ki, Rahib 3-cü mikrorayonda 4500 manat pulu ona çatdırıb, ayın axırına kimi məsələ həll olunacaqdır. Bundan sonra 25 sentyabr 2014-cü il tarixdə saat 17 radələrində Rahib onunla görüşüb demişdir ki, Hacıxanım ona deyib ki, Əbdürrəhim27 sentyabr 2014cü il tarixdə buraxılacaq, buna görə təcili kalona 2000 manat pul verilməlidir. O, isə Rahibə demişdir ki, indi gecdir, sabah günortaya düzəldib verər. Rahib onun yanında Hacıxanıma zəng vurub dedi ki, Həsən pulu indi düzəldə bilmir sabah günortaya verəcək. Bundan sonra Hacıxanımın oğlu olduğunu bildiyim Şirxan adlı şəxs Rahibə zəng vurub 2000 manatı o, tapıb verəcəyini, ancaq sabahı günü pulu ona çatdırmağı demişdir. 26 sentyabr 2014-cü il tarixdə Xırdalan şəhərində Xırdalan dairəsndə Rahiblə görüşüb 1000 manatı ona vermiş ki, Hacıxanıma versin. Bundan sonra Rahib Şirxana zəng vurub bu barədə məlumat vermiş, o, Rahiblə görüşüb oradan evə qayıtmışdır. 27 sentyabr 2014-cü il tarixdə Əbdürrəhimin azadlığa buraxılacağı gözlənilsə də, həmin günü Əbdürrəhimi buraxmamışlar. O, Hacıxanıma zəng vurub Əbdürrəhimin nə üçün buraxılmadığını soruşanda 25 sentyabr 2014-cü il tarixdə 2000 manatı gec verdikləri üçün Əbdürrəhimin buraxılması oktyabr ayına saxlanıldığını demiş, oktyabr ayında da Əbdürrəhimin işi alınmamış, həmin vaxt Rahib və Hacıxanımla əlaqə saxlamış, məhkəmə dekabr ayınadək işi təxirə salındığını ona bildirilmişdir. Hacıxanım hər dəfə işin uzandığını dediyi üçün Əbdürrəhimlə telefon əlaqəsi yaradıb onun azadlığa buraxılması ilə bağlı məhkəməyə aparılıb-aparılmadığını maraqlananda sonuncu demişdir ki, bu barədə ona heç bir məlumat verilməmişdir, belə olduqda Hacıxanımınonu aldatdığını başa düşmüş, buna görə də Rahiblə əlaqə saxlayıb bu barədə bildirmiş və Rahibə demişdir ki, Hacıxanımdan verdiyi pulları alıb geri qaytarmasını bildirmişdir. Hacıxanım isə səhəri günü gəlib pulu götürməyi bildirmiş, səhəri günüHacıxanıma zəng vurmuş, lakin onun telefonu bağlı olduğundan əlaqə saxlaya bilməmiş, bir neçə gün mütəmadi Hacıxanıma zəng vursa da telefon sönülü olduğu üçün əlaqə saxlaya bilməmişdir. Belə olduqda Rahiblə görüşüb 8000 maant pulu Hacıxanımdan almağı bildirmiş, X2 tapıb birlikdə görüşmüş, Şirxana 8000 manat pulu qaytarmaq lazım olduğu bildirilmiş,sonuncu isə anasının xəstə olduğunu, həmin pulu yaxın müddətdə düzəldib qaytarılacağı bildirilmişdir. O da öz növbəsində Tamama demişdir ki, Hacıxanım onları aldadıb, pulu qaytarmaları üçün onlara vaxt vermişdir, lakin hər dəfə Hacıxanımla danışıb pulu istəyəndə ondan vaxt istəmiş, polisə şikayət verildikdən sonra məlum olmuşdur ki, özünü Hacıxanım kimi təqdim edən qadının əsl adı Təqsirləndirilən şəxs Əliağa qızıdır.Həmin vaxtdan etibarən Rahibin vasitəsi ilə Hacıxanıma Əbdürrəhimin azadlığa buraxılması üçün verdiyi cəmi 8000 manat pul qaytarılmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsindən görünür ki, 2004-2009-cu illərdə Azərbaycan Texniki Universitetində oxuduğu zaman Bakı şəhərində yerləşən Yeganə şadlıq sarayında barmen kimi işləmiş, işlədiyi müddətdə restoranda mühavizəçi işləyən X7 ilə tanış olmuşdur. Şirxanla münasibətləri yarandığından restorandan işdən çıxandan sonra da əlaqəri olmuşdur. 2005-ci ilin oktyabr ayında Şirxanı Xətai polis idarəsində olan cinayət işi ilə bağlı həbs etmişlər. Həmin ərəfədə Şirxanın anası Hacıxanım kimi tanıdığı, sonradan isə adının Zemfira olduğunu bildiyi qadınla tanış olmuş, Zemfiranı həmin vaxt istifadəsində olan Mersedes markalı avtomobilmlə Şirxanın saxlanıldığı təcridxanaya aparıb gəitrmiş, Şirxan məhkəmənin hökmünə əsasən cərimə cəzasına məhkum olunub azadlığa buraxılmış, bundan sonra Şirxanla tez-tez görüşüb haləhval tutmuşlar. Təxminən 2013-cü ildə yaşadığım Xutor qəsbəsində kafedə olarkən orada həmyerlisi Şahid2lə tanış olmuş, Sadiqin vasitəsi ilə Həsən adlı şəxslə tanış olmuşdur. Həsən Rusiyada yaşadığını və hazırda Abşeron rayonu Xırdalan şəhərində yaşadığını bildirmiş, təxminən 2014-cü ilin avqust ayında Bakı şəhəri 20 yanvar dairəsinin yanında kafedə Həsən və Sadiqlə oturub çay içərkən söhbət əsnasında Həsən qaynanasının bacısının əri Əbdürrəhimin maşınla adam vurduğunu, vurduğu adam öldüyü üçün ona 6 il azadlıqdan məhrum etmə cəzası verdiklərini bildirmişdir. Əbdürrəhimin artıq bir il cəza çəkdiyini onun cəzadan azad olunması üçün vəkil axtardığını bildirmiş, o isə Həsənə demişdir ki, onun Şirxan adlı dostu da həbs olunmuş, məhkəmədə cərimə ilə azadlığa buraxmışlar. O, Şirxanla maraqlanıb onun vəkilinin kim olduğunu soruşmuş, Həsənlə Sadiqin yanında Şirxana zəng vurub onun məhkəmədə vəkilinin kim olduğunu soruşmuş, Şirxan isə onun işini anası Hacıxanımın həll etdiyini bildirmişdir. O, isə Şirxandan xahiş etmişdir ki, onun tanışının qohumuna 6 il azadlıqdan məhrum etmə cəzası verilib, onu vaxtından əvvəl şərti azad etməsinə köməklik göstərməsi üçün anası ilə danışıb ona bir söz desin. Şirxan anasının telefon nömrəsini ona vermiş, o da Hacıxanıma, yəni Zemfiraya zəng vurub Şirxanın dostu Rahib olduğunu bildirmişdir. Ona Həsənin qohumu Əbdürrəhimin işi ilə bağlı məlumat vermiş və Əbdürrəhimi vaxtından əvvəl azadlığa buraxılmasına köməklik etmişdir. Zemfira ondan Əbdürrəhimin anket məlumatlarını soruşmuş və maraqlanıb ona məlumat verəcəyini demişdir. Təxminən yarım saat sonra Zemfira ona zəng vurub Əbdürrəhimin hansı maddə ilə cəza aldığını və nə qədər ona iş kəsildiyini və hzazırda cəza çəkdiyi cəzaçəkmə müəssisəsi barədə məlumat verib vaxtından əvvəl azad olunmasü üçün köməklik göstərə bilməsini demiş və nümayəndə olması üçün notariusdan ona etibarnamə verilməli olduğunu bildirmişdir. O, Zemfiradan Əbdürrəhimin işinin həll olunması üçün nə qədər pul lazım olduğunu maraqlanmış, ona ilkin mərhələdə 2500 manat pul lazım olduğunu, sonrakı mərhələdə isə nə qədər lazım olarsa deyəcəyini bildirmiş, Həsən ondan iş üçün ümumilikdə nə qədər pul lazım olacağı barədə soruşduqda, o, Zemfiradan bu barədə maraqlanmış, sonuncu isə təxminən 8-9 min manat pul lazım olacağını bildirmişdir. Sonra Zemfira səhər görüşüb notariusa getməyi və etibarnamə verməyi bildirmiş, 2500 manatı da ödədikdən sonra gedib bu işlə məşğul olacağını bildirmişdir. Həsən razılıq verdiyi üçün 1-2 gün sonra Həsənlə görüşmüş, Zemfiraya zəng vurub onunla danışıb Bakı şəhərində Əcəmi metrosunun yanından onu götürüb Xırdalan şəhərinə gəlmiş, Zemsfiranın şəxsiyyət vəsiqəsi özündə olmadığından orada etirbaranmə almaq mümkün olmamış, buna görə Həsən onun və Tamamın yanında Zemfiraya məhkəmədə işləri həll etməsi üçün xidmət haqqı olaraq 2500 manat pul vermiş, Həsən işi olduğu üçün qalmış, o Zemfira ilə Tamamı Bakı şəhərinə aparmışdır. Yolda Zemfira kiməsə zəng vurub şəxsiyyət vəsiqəsini Nərimanov metrosunun yanına gətirməsini demiş, onlar metroya çatanda Zemfira həmin şəxslə danışıb vəsiqəsini alıb onların yanına gəlmiş, H.Əliyev prospektində yerləşən notariusa getmişlər. Zemfira ilə Tamam notariusa gedib etibaranmə verilmiş, sonra Zemfira onlarla görüşüb getmiş, o, isə Tamamı Xırdalan şəhərinə evlərinə gətirmiş, Həsənə zəng vurub Tamamın Zemfiraya etibarnamə verdiyini demiş, 1 həftə sonra Həsən onunla danışıb Zemfiranın Əbdürrəhimin işinə görə əlavə pul lazım olduğunu bildirmiş, həmin vaxtı Həsən rayonda olduğu üçün Sadiq onunla əlaqə saxlamış və pulu Həsəngildən götürdüyünü və həmin pulu ona vermək istədiyini demişdir. O da Zemfira ilə əlaqə saxlayıb kafedə Sadiqi gözləmiş, Sadiq gəlib 4500 manat pulu ona vermiş, o da pulu öz növbəsində Zemfiraya vermişdir ki, Əbdürrəhimin işini həll etsin. Zemfira isə pulu alıb məhkəməyə iş üçün getdiyini bildirmiş, 1 ay sonra Həsənlə Bakı şəhərində görüşərkən Zemfiranın oğlu Şirxan Həsənə zəng vurub anası Zemfiranın Əbdürrəhimin işinə görə cəzaçəkmə müəssisəsinə 1900 manat pul ödənilməli olduğunu bildirmiş və həmin pulu ona çatdırmağı demiş, Həsən isə həmin məbləğdə pul olmadığını, səhəri günü düzəldib verəcəyini Şirxana demiş, Şirxan isə anası həmin pulun mütləq çatmalı olduğu üçün başqasından pul alıb verdiyini, ancaq sabah üstündə 50 manat hörmət etməli olduğunu Həsənə demişdir. Səhəri günü Həsənlə Xırdalan şəhərində görüşmüş və sonunucu cəmi 1000 manat düzəltdiyini, qalan pulu isə az bir müddətdə verəcəyini bildirmiş,Şirxanla əlaqə saxlanılmış, lakin sonuncu kənarda olduğunu bildirdiyi üçün Həsən 1000 manatı ona vermiş, o da Şirxanın dediyi adı və nömrəsini yadında saxlamadığı şəxslə Xırdalan dairəsində görüşüb 1000 manatı ona vermiş, həmin şəxs Şirxanla danışıb 1000 manatı aldığını bildirmiş, 2-3 gün sonra Həsən ona Əbdürrəhimi buraxmadıqlarını bildirmiş, buna görə də Zemfira ilə danışıb maraqlanmış, sonuncu onlara narahat olmamağı, yaxın müddətdə məsələ həllini tapacağını bildirmiş, təxminən 1 həftə sonra Həsən ona zəng vurub Əbdürrəhimin işindən xəbər çıxmadığını demiş, o, rayonda olduğu üçün Həsən Zemfira ilə Ali məhkəmənin yanında görüşmüş Zemifra və sonuncu 3 günə Əbdürrəhim buraxılacağını onlara əmin etmiş, lakin həmin müddət keçsə də, Əbdürrəhimi buraxmamışlar. Bundan sonra başa düşmüşlər ki, Zemfira onları aldatmışdır və buna görə ondan pulun qaytarmasını tələb etmiş, Zemfira isə vaxt istəyərək pulu qaytaracağına söz vermiş, hər dəfə bəhanə gətirmiş, sonra isə telefona cavab verməmişdir. Məhkəmə istintaqında Şahid2 elan edilmiş ifadəsindən görünür ki, Şahid1 Rəfael oğlu ilə 2004-cü ildən tanış olmuş, Şahid3 isə 2012-ci ildən tanıyır. 2013-cü ildə Rahib birlikdə olarkən tanışı Həsənlə onu tanış etmiş, həmin vaxtdan sonra Rahiblə Həsən arasında münasibət yaranmışdır. 2014-cü ilin təxminən avqust ayında Həsən və Rahiblə Bakı şəhəri, 3-cü mikrorayon dairəsinin yaxınlığında kafedə çay içərkən Həsən bildirmişdir ki, onun qohumu bir il əvvəl avtomobilə adami vurub, adam öldüyü üçün ona 6 il azadlıqdan məhrum etmə cəzası verilib. Həsən həmin qohumunu həbsdən azad olunması üçün vəkil axtardığını bildirmişdir. Rahib həmin vaxt Həsənə demişdir ki, onun dostu yaxınlarda həbs olunmuşdur, onun anası güclü vəkil olduğu üçün həbsdən çıxarmışdır. Rahib Həsənə demişdir ki, əgər istəsə dostu ilə danışıb vəkil məsələsini həll edə bilər. Həsən də Rahibə qohumunun işi barədə bildirib həmin vəkillə danışıb köməklik edə bilibbilməməsini soruşmuş, 3-4 gün sonra özünə məxsus avtomobillə Xırdalan şəhrində yerləşən notariusun qarşısına gəlmiş, natariusun yanındakı çayxanada Həsənlə görüşmüş, oriada Rahib ona vəkili gətirib qohumu ilə notariusda müqavilə bağlamaq üçün getdiyini demiş və onları gözlədiklərini bildirmiş, bir neçə dəqiqə sonra Rahib Həsənə zəng vurub notariusa çağırmış Həsən notariusa getmiş, təxminən 5 dəqiqə sonra Həsənə Rahibin gətirdiyi vəkilin şəxsiyyət vəsiqəsi üstündə olmadığı üçün notariusda etibarnamə verə bilmədiklərini bildirmiş,buna görə də Nərimanov rayonundakı evinə gedib şəxsiyyət vəsiqəsini götürüb oradan notariusa getməli olduğunu bildirmişlər. Sonra Rahib özünə məxsus maşınla vəkili və Həsənin qohumunu aparmış,o isə Həsənə verilən torpaqla bağlı işin dalınca getmiş, təxminən bir müddət sonra Həsən ona zəng vurub Gədəbəy rayonuna qohumlarınının toyunda olduğunu və onun evinə gedib evdən pulu götürüb Rahiblə çatdırmağı xahiş etmiş,o, da Həsənin evinə gedib kağıza bükülmüş məbləğigötürmüş, 3cü mikrorayon dairəsində ailəvi kafedə gedib Rahib və sonradan Hacıxanım kimi tanıdığı vəkillə görüşmüş,Həsənin həyat yoldaşından aldığı pulu verməzdən əvvəl Həsənlə telefon əlaqəsi saxlayıb pulu Rahibə yoxsa vəkilə verməyi soruşmuş, Həsən isə pulu Rahibə sayıb verməyidemiş, Rahiblə Hacıxanımın yanında pulları saymış, cəmi 4500 manat olmuş, həmin pulu Rahibə vermiş, sonuncu da onun yanında pulu sayıb vəkil kimi tanıdığı Hacıxanıma vermişdir. Hacıxanım pulu alıb məhkəməyə getməli olduğunu bildirmiş və çıxıb getmişdir. O isə Rahiblə 5 dəqiqə kafedə əyləşib çay içiçb getmiş, bundan xeyli sonra Həsən ona bildirmişdir ki, Rahibin gətirdiyi Hacıxanım kimi tanıdığı vəkil onları aldatmışdır və Həsənin qohumunu həbsdən azad etməsi üçün ümumilikdə 8000 manat pul almış, lakin heç bir iş görməmişdir. X11 Hacıxanımı bir müddət axtarsalar da, tapa bilməmişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin materiallarında olan Abşeron rayon İcra hakimiyyətinin Mənzil- Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyi 1 saylı MTİİTS-i tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 13 iyun 2017-ci il tarixli tələbnamə arayışından görünür ki, İş materiallarında olan Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 17 mart 2009-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 128,132-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 150 manat miqdarında cərimə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri, Xətai rayon icra və parobasiya şöbəsindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 16.07.2009-cu il tarixdə cəriməni tam şəkildə dövlət büdcəsinə ödəmişdir. İş materiallarında olan Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 24 oktyabr 2012-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 306.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 15 gün müddət nəzərə alınmaqla cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 2000 manat miqdarında cərimə cəzası saxlanılmışdır. Bakı şəhəri, Xətai rayon icra və parobasiya şöbəsindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 27.11.2012-ci il tarixdə cəriməni tam şəkildə dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə hesdab edir ki, Təqsirləndirilən şəxs Əli Ağa qızına məhkumluğu olmayan şəxs hesab olunur. Təqsirləndirilən şəxs Əli Ağa qızına cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs Əli Ağa qızının şəxsiyyətini, yəni yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ziyanı qismən ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət işinin materiallarında olan 01.06.2017-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qızı həmin tarixdə təqsirləndirilən şəxs kimi cəlb edilərək barəsində axtarış verilmişdir İş materiallarında olan 15.07.2018-ci il tarixli qərarla axtarışda olan Təqsirləndirilən şəxs Əli Ağa qızı tutularaq Abşeron RPİ-nin İstintaq Şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan 15.07.2018-ci il tarixli qərarla axtarışda olan Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 25.02.2019-cu il tarixli qərarla barəsində axtarış verilmiş və 06.12.2019-cu il tarixdə tutularaq Abşeron Rayon Məhkəməsinə təhvil verilmişdir. İş materiallarında olan 18.02.2020-ci il tarixli qərarla barəsində axtarış verilmiş və 15.09.2021-ci il tarixdə tutularaq Abşeron Rayon Məhkəməsinə təhvil verilmiş, eyni tarixdə məhkəmənin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qəimkan tədbiri seşilmişdirr. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs Əli Ağa qızının məhkəmə istintaqı zamanı 15 sentyabr 2021-ci il tarixdən 17 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması ilə bağlı cəza təyin edildiyindən, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, məhkəmə iclas zalında həbsdən azad edilməli, hökm qanuni qüvvəsinin alanadək barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 sentyabr 2021-ci il tarixdən 17 sentyabr 2021-ci il tarixdək həbsdə saxlanıldığı 02 (iki) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutulmaqla cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs qızının üzərinə Bakı və Sumqayıt şəhəri hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs Əli Ağa qızının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Əli qızı barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclas zalında həbsdən azad edilsin, hökm qanuni qüvvəsini alanadək barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilsin. Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-7/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-7/2021
17.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver