Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-7/2023 17.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran Sovxozunda qeydiyyatda olan, daimi yaşayış yeri olmayan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs Daxili işlər Nazirliyinin Polis Akademiyasından xaric edilmiş övladı X2 yenidən təhsil müəssisəsinə bərpa etdirəcəyi adı ilə aldadaraq 2019-cu ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən N.Nərimanov adına istirahət parkında 2800 (iki min səkkiz yüz) manat, eyni adla 2019-cu ilin noyabr ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesində yerləşən “İst” yanacaqdoldurma məntəqəsinin yaxınlığında 2000 (iki min) manat, eyni adla və eyni ünvanda 2019-cu ilin noyabr ayının ortalarında 4000 (dörd min) manat, eyni adla və eyni ünvanda 2019-cu ilin noyabr ayının ortalarında 5000 (beş min) manat olmaqla ümumilikdə 13.800 (on üç min səkkiz yüz) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə əvvəl özünü təqsirli bilməsə də sonda özünü təqsirli bilərək ifadə verməkdən imtina etmişdir. Onun ibtidai istintaqda olan ifadəsindən görünür ki, əvvəllər Alov Mühafizə idarəsində mühafizəçi işləmiş və orada işləyən vaxtdan Şahid2lə tanış olmuşdur. Onunla aralarında normal münasibətlər olmuşdur. Sonradan orada işləmək ona sərf etmədiyinə görə işdən çıxmış və fərdi qaydada bağlarda günəmuzd fəhlə və ya bağban işləməyə başlamışdır. Həmin vaxtlarda da Məmmədağa ilə telefonla danışmış və imkan olduqda görüşmüşdür. 2019-cu ilin oktyabr ayının əvvəllərində Məmmədağa ona zəng edərək, bir nəfər tanışının olduğunu, həmin tanışının övladının DİN-in Polis Akademiyasından xaric edildiyini deyərək onun bərpa olunmasında köməklik etməyini xahiş etmişdir. Ona narahat olmamağını demiş və işi həll edə biləcəyini, həmin şəxslə onu görüşdürməyini istəmişdir. Bundan bir qədər sonra Məmmədağa ona zəng edərək Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Nərimanov parkı adlanan yerdə görüş təşkil etdiyini bildirmişdir. Maddi imkanı zəif olduğuna görə həmin şəxsdən bir qədər pul alıb xərcləmək istəmişdir. Çünki maddi vəziyyətin çox aşağı olmuş və lazımi tələbatlarını ödəyə bilməmişdir. Beləliklə 2019-cu ilin oktyabr ayının əvvəllərində Nərimanov parkı adlanan yerdə görüşmüşlər. Görüş zamanı orada o, Məmmədağa və başqa 2 nəfər olmuşdur. Tanış olanda bilmişdir ki, həmin iki nəfər Rəşad və Aslan adlı şəxslərdir. Belə ki, Aslanın oğlu, Rəşadın isə bacısıoğlu Ülvi nöqsana yol verdiyinə görə DİN-in Polis Akademiyasından xaric edilmişdir. Görüş zamanı Məmmədağa onu həmin şəxslərə təqdim edərək işi özünün görəcəyini bildirmiş, işdən agah olduğunu deyərək yalandan yüksək vəzifəli şəxslərin bağında bağban işlədiyini, həmin şəxslərin onun hörmətini saxladıqlarını və nə lazım olsa köməklik edə biləcəklərini bildirmişdir. Aslan və Rəşadın ona inandığını görmüş və həmin vaxt müvafiq sənədləşmə işlərinin aparılması üçün Aslandan 2800 (iki min səkkiz yüz) manat pul istəmişdir. Həmin vaxt Aslan 2800 (iki min səkkiz yüz) manat pulu çıxarıb Məmmədağanın və Rəşadın yanında ona vermişdir. Pulu götürmüş və işin qısa müddət ərzində həllini tapacağını desə də, bu işi kimin vasitəsi ilə düzəldəcəyi barədə hecnə deməmişdir. Çünki elə bir tanışı olmamış və bunu yalandan demişdir. Pulu götürüb özünün tələbatlarına xərcləmiş və həmin puldan heç kimə verməmişdir. Bu hadisədən bir neçə gün sonra eyni tərkibdə yenidən eyni yerdə görüşmüşlər. Görüş zamanı həmin şəxslərdən əlavə pul almaq və inamlarını qazanmaq üçün guya Ülvinin işini lazımi şəxslərdən xahiş etdiyini, işin qısa müddət ərzində həllini tapacağını demişdir. Bundan bir müddət sonra Aslana zəng edərək əlavə 2000 (iki min) manat pula ehtiyac olduğunu deyərək həmin pulu təcili çatdırmasını istəmişdir. Aslan özünün işinin olduğunu bildirmiş və pulu Rəşadla göndərəcəyini demişdir. Ona etiraz etməmişdir. Bundan bir qədər sonra Rəşad ona zəng edərək pul vermək istədiyini bildirmiş və ondan harada olduğunu soruşmuşdur. Rəşad Abşeron rayonu, Xırdalan qəsəbəsində olduğunu demiş və orada gözləməyini istəmişdir. Beləliklə 2019-cu ilin noyabr ayının əvvəllərində Abşeron rayonu, Xıradalan qəsəbəsində yerləşən "İst Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında görüşmüşlə. Görüş zamanı Rəşad ona 2000 (iki min) manat pul vermiş və pul alanda işin qısa müddət ərzində həll olunacağını, zəruri işlərin görüldüyünü demişdir. Rəşad ona təşəkkür etmiş, həmin pulu da özümün tələbatlarına xərcləmiş və ondan heç kimə pay verməmişdir. Bundan bir müddət sonra yəni 2019-cu ilin noyabr ayının ortalarında yenidən Aslana zəng edərək təcili olaraq 4000 (dörd min) manat pula ehtiyac olduğunu, işin həllini tapdığını bildirmişdir. Bundan bir neçə saat sonra Rəşad ona zəng edərək görüşmək istədiyini demiş, onun harada olduğunu soruşanda keçən səfər görüşdükləri yerdə olduqlarını bildirmişdir. Oraya gedəndə Rəşad kartdan 2000 (iki min) manat pul çıxarmış və bankomatda başqa pul olmadığı üçün qalan pulu səhərisi vermək təklifini etmişdir. Lakin işini sonraya saxlamamaq üçün yalandan pulun təcili verilməli olduğunu demiş, Rəşad da vəziyyəti görüb kartın kodunu ona vermiş və onun yanından çıxıb kartı geri qaytaracağını bildirmişdir. Rəşadda onunla razılaşmış və kartı ondan alıb təxminən 200-300 metr getdikdən sonra Xırdalan şəhəri ərazisində olan bankomatların birindən 2000 (iki min) manatı çıxarmışdır. Həmin günün səhərisi Rəşada zəng edərək kartını geri qaytarmış və işin qısa müddət ərzində həllini tapacağını bildirmişdir. Həmin pullarla özünün tələbatlarını ödəmiş və rahat bir neçə gün ərzində restoranlarda həmin pulların bir hissəsini xərcləmişdir. Aslanla telefonda danışanda işin qaydasında olduğunu, lazım olsa bizi Bakı şəhrinə çağıracağımı demiş, bundan bir neçə gün sonra Aslan zəng edərək oğlu ilə birlikdə Bakı şəhərində gəlməli olduqlarını deyərək görüş yerini Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən Polis Akademiyasının yanında təyin etmişlər. Guya Aslanın təhsil müəssisəsinə bərpa edilməsi üçün lazımi sənədləri götürüb Ülvini akademiyaya təhvil verməli olmuşdur. Beləliklə həmin günün səhərisi qeyd olunan yerdə görüşmüşlər. Orada o, Rəşad, Ülvi və Aslan olmuşdur. Görüş zamanı yalandan əmrin guya hazır olduğunu, sabaha əlavə 5000 (beş min) manat pulu kağız paketdə qoyaraq lazımi adama çatdırmalı olduqlarını, həmin vaxt Ülvinin əmrinin veriləcəyini demişdir. Aslan ona inandığını demiş və həmin gün onu yenə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "İst Petrol" Yanacaqdoldurma məntəqəsinin yanına dəvət etmişdir. Orada Aslanla görüşmüş və ondan 5000 (beş min) manat pulu almışdır. Həmin pulu da şəxsi tələbatlarına xərcləmiş və puldan heç kimə verməmişdir. Həmin günü səhərisi də yenə onlara akademiyanın yanında görüşmək lazım olduğunu demiş, görüş vaxtı yalandan bəhanələr işlədərək onları aldatmağa başlamış, sonradan isə telefonunu söndürmüş və verdiyi vədləri yerinə yetirməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs elan olunmuş ifadəsindən görünür ki, oğlu X3 2018-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Polis Akademiyasına daxil olmuş, lakin orada 1 il təhsil aldıqdan sonra təhsil müəssisəsi daxilində yol verdiyi intizamsızlıqlara görə müəssisədən xaric edilmişdir. Valideyin olaraq onun təhsil müəssisəsinə bərpa edilməsi üçün çalışmağa başlamışdır. Həmçinin qaynı Şahid1 da bu işlə maraqlanmağa başlamışdır. Qaynı Rəşadla danışan zaman Məmmədağa adlı şəxslə tanış olduğunu deyərək onunla görüşə getməli olduqlarını bildirmişdir. Onunla kimin vasitəsi ilə tanış olduğunu dəqiq xatırlamır. Beləliklə o və qaynı Rəşad 2019-cu ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən N.Nərimanov adına istirahət parkında yerləşən çayxanaların birində Məmmədağa ilə görüşmüşlər. Görüş zamanı Şahid2 yanında bir nəfər Təqsirləndirilən şəxs da olmuşdur. Həmin vaxt salamlaşmışlar və söhbət zamanı Məmmədağa tanışı Ceyhunu onlara təqdim edərək məsələni ona danışdığını, həmin şəxsin onların işi ilə bağlı öz köməkliyini göstərəcəyini bildirmişdir. Onunla söhbət edən zaman həmin şəxsdən onalara köməklik etməsini və oğlunu Polis Akademiyasına bərpa edilməsinə köməklik etməsini xahiş etmişdir. Bu zaman Ceyhun özünün yüksək vəzifədə işləyən tanışlarının olduğunu deyərək bu işin görülməsi üçün həmin şəxslərlə danışdığını və ilkin olaraq müvafiq sənədləşdirmələr aparmaq məqsədi ilə 2800 (iki min səkkiz yüz) manat pul istəmişdir. Həmin vaxt üzərində pul olduğuna görə qeyd olunan məbləği çıxarıb Rəşadın və Məmmədağanın yanında Ceyhuna vermişdir. Həmin vaxt yanlarında başqa şəxslər olmamışdır. Lakin Ceyhun həmin işi kiminlə görəcəyi barədə onlara məlumat verməmişdir. Görüş zamanı Ceyhundan işin müqabilində nə qədər pul verməli olduqlarını soruşanda həmin şəxs heç bir məlumat verməmiş və qısa müddət ərzində məlumat verəcəyini demişdir. Bundan təxminən 3-4 gün sonra danışıb görüşmək qərarına gəlmişlər. Beləliklə onlar 2019-cu ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən N.Nərimanov adına istirahət parkındakı çayxanaların birinə getmişlər. Oraya çatan zaman Məmmədağa və Ceyhunla görüşmüşlər. Görüş zamanı Ceyhun Ülvinin nə üçün təhsil müəssiəsindən xaric edildiyindən tam məlumatlı olmuşdur. Bu zaman o və X8 təhsil müəssiəsinə bərpa etdirməsini yenidən xahiş etmişdir. Ceyhun da bu iş üçün lazımı şəxslərdən xahiş etdiyini, işin qısa müddət ərzində həllini tapacağını demişdir. Bir qədər söhbət etmişlər və Ceyhun özünün yüksək vəzifədə işləyən tanışlarının olduğunu və işin qısa müddət ərzində həllini tapacağını bildirmişdir. Orada razılaşmış və sağollaşıb ayrılmışlar. Bu hadisədən bir müddət sonra Ceyhun ona zəng edərək müxtəlif sənədləşmə işlərinin görülməsi üçün əlavə 2000 (iki min) manat pul istəmişdir. Pulun hazır olduğunu demiş və 2000 manat pulu Abşeron rayonu, Xırdalan qəsəbəsi ərazisində qaynı Rəşada verərək özünün işinin olduğunu, pulu Ceyhuna çatdırmasını xahiş etmişdir. Rəşad da etiraz etməmiş və pulu ondan almışdır. Sonradan məlum olmuşdur ki, Rəşad pulu götürüb 2019-cu ilin noyabr ayının əvvəllərində Abşeron rayonu, Xıradalan qəsəbəsi ərazisində yerləşən "İst Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Ceyhuna vermişdir. Çünki Rəşad zəng edib ona bu barədə məlumat vermişdir. Beləlikə ümumilikdə 4800 (dörd min səkkiz yüz) manat pulu Ceyhuna vermişdir. Bundan sonra Şəki rayonuna getmiş, lakin Rəşad şəxsi işləri ilə bağlı Bakı şəhərində qalmışdır. Bundan bir neçə gün sonra Ceyhun ona zəng edərək 4000 (dörd min) manat pul lazım olduğunu demiş, pulunun olmadığını bildirmiş lakin Ceyhun təkidlə işlərin qaydasında olduğunu, Ülvinin əmrinin hazırlandığını, lazım olan şəxslərə pullar verilməli olduğunu bildirmişdir. Bundan sonra məcbur qalıb əlində olan 4000 manat pulu ona göndərəcəyini demişdir. Həmin vaxt banklar bağlı olduğuna görə Ceyhundan pulu nə edəcəyi barədə maraqlanmış və Ceyhun pulu kiminsə adına olan karta yükləməyini, pulun təcili çatmalı olduğunu bildirmişdir. Bu zaman ağlına qaynı Rəşad gəlmiş, çünki Rəşad Bakı şəhərində olmuşdur. Rəşada zəng etmiş və onun adına pul yükləmək istədiyini, həmin pulu Ceyhuna çatdırmasını xahiş etmişdir. Rəşadda ona etiraz etməmiş və maaş kartının nörməsini ona göndərmişdir. Dəqiq yadında qalmayan yerdə Rəşadın adına olan karta 4000 (dörd min) manat pulu ödəmə sistemi vasitəsi ilə göndərmişdir. Bu hadisələr 2019-cu ilin noyabr ayının ortalarında baş vermişdir. Rəşad bir neçə dəqiqədən sonra ona zəng edərək, pulların köçdüyünü, həmin pulları qısa müddət rəzində Ceyhuna çatdıracağını demiş, bundan bir neçə saat sonra Rəşad ona zəng edərək pulları Ceyhuna çatdırdığını, həmin şəxsin pulun 2000 (iki min) manatını kartdan nağd formada çıxardığını, qalan hissəsinin isə çıxarılması üçün kartı ona verdiyini bildirmişdir. Ona təşəkkür etmiş və Ceyhuna zəng etmişdir. Bu zaman Ceyhun pulu götürdüyünü qısa müddət ərzində işlərinin həllini tapacağını bildirmişdir. Həmçinin Ceyhun həmin vaxt işin qısa müddət ərizində həll olunacağını deyərək lazım olacağı halda onu və oğlunu çağıracaqlarını demişdir. Bu hadisədən 2-3 gün sonra Ceyhun onu və oğlu Ülvini Bakı şəhərinə dəvət etmiş və görüş yeri olaraq Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən Polis Akademiyasının qarşısını təyin etmişdir. Oğlu Ülvi və Rəşadla birlikdə müəyyən olunmuş tarixdə yəni 2019-cu ilin noyabr ayının ortalarında Bakı şəhərinə gəlib Polis Akademiyasının qarşına getmişlər. Ceyhun guya Ülvini akademiyaya aparıb təhvil verməli olmuş, həmçinin Ceyhun guya Ülvinin bərpa olunması üçün hazırlanan sənədləri gətirməli olmuşdur. Orada bir neçə saat gözlədikdən sonra Ceyhun yanlarına gəlmiş və işin sabaha qaldığını deyərək əlavə 5000 (beş min) manat pul istəmişdir. Ceyhun həmin pulu zərfin içərisinə qoyulmalı olduğunu, həmin pulun yuxarı vəzifəli şəxsə veriləcəyini demişdir. Lakin pulun kimə veriləcəyini barədə məlumat verməmişdir. Həmin vaxt pulu gün ərzində verəcəyini demişdir. Həmin gün qohumlarından və tanışlarından 5000 (beş min) manat pul tapmış və Ceyhuna zəng edərək pulu hazırladığını və ona vermək istəyini bildirmişdir. Bu zaman Ceyhun özünün gələcəyini bildirmiş və olduğu yeri soruşmuşdur. Abşeron rayonu, Xırdalan qəsəbəsində olduğunu demiş və təxminən 2 saat sonra Ceyhun ona zəng edərək Xırdalan şəhərində olduğunu bildirmişdir. Onunla Abşeron rayonu, Xıradalan şəhərində yerləşən "İst Petrol” Yanacaqdoldurma Məntəqəsinin yaxınlığında görüşmüş və görüş zamanı zərfin içərisində 5000 (beş min) manat pulu Ceyhuna vermişdir. Həmin vaxt yanlarında başqa adamlar olmamışdır. Pulu verəndən sonra guya qısa müddət ərzində oğlunu akademiyaya çağırmalı olmuşdur. Məhkəməyə zərərçəkmiş şəxs tərəfindən dəftərxana vasitəsilə daxil olmuş ərizədən görüür ki, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaq, növbəti iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 elan olunmuş ifadəsindən görünür ki, X3 2018-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Polis Akademiyasına daxil olmuş, lakin orada 1 il təhsil aldıqdan sonra təhsil müəssisəsi daxilində yol verdiyi intizamsızlıqlara görə müəssisədən xaric edilmişdir. Onun təhsil müəssisəsinə bərpa edilməsi üçün çalışmağa başlamış, bir neçə nəfər tanışından bu işlə bağlı maraqlanan zaman yadında qalmasa da kiminsə vasitəsi ilə Şahid2 ilə tanış olmuşdur. Onunla telefonda danışan zaman vəziyyəti başa salmış, bu zaman Məmmədağa qısa müddət ərzində bir nəfər tanışı ilə onları tanış edəcəyini, həmin şəxsin onlara köməklik edə biləcəyini bildirmişdir. Ona təşəkkür etmiş və zəngini gözləməyə başlamışdır. Həmçinin yeznəsi Aslana da bu barədə deyəndə Aslan da çox sevinmiş və zəng olan zaman birlikdə görüşə getmək istədiyini demişdir. Razılaşmış və birlikdə Məmmədağanın zəngini gözləməyə başlamışlar. Beləliklə o və yeznəsi Aslan 2019-cu ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən "Nərimanov Parkın”da yerləşən çayxanaların birində Məmmədağa ilə görüşmüşlərk. Görüş zamanı Şahid2 yanında bir nəfər adının sonradan Təqsirləndirilən şəxs olduğu öyrəndiyi şəxs olmuşdur. Söhbət zamanı Məmmədağa tanışı Ceyhunu onlara təqdim edərək məsələni ona danışdığını, həmin şəxsin onların işi ilə bağlı öz köməkliyini göstərəcəyini bildirmişdir. Onunla söhbət edən zaman Ceyhun özünün yüksək vəzifədə işləyən tanışlarının olduğunu deyərək bu işi görə biləcəyini demiş və ilkin olaraq müvafiq sənədləşdirmələr aparmaq məqsədi ilə 2800 (iki min səkkiz yüz) manat pul istəmişdir. Həmin vaxt yeznəsi Aslanın üzərində pul olduğuna görə qeyd olunan məbləği çıxarıb onun və Məmmədağanın yanında Ceyhuna vermişdir. Həmin vaxt yanlarında başqa şəxslər olmamışdır. Lakin Ceyhun həmin işi kiminlə görəcəyi barədə onlara məlumat verməmişdir. Görüş zamanı Aslan Ceyhundan işin müqabilində nə qədər pul verməli olduğunu soruşanda həmin şəxs onlara heç bir məlumat verməmiş və qısa müddət ərzində xəbər edəcəyini demişdir. Bundan təxminən 3-4 gün sonra danışıb görüşmək qərarına gəlmişlər. Beləliklə 2019-cu ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən "Nərimanov Parkı”da olan çayxanaların birinə getmişlər. Oraya çatan zaman Məmmədağa və Ceyhunla görüşmüşlər. Görüş zamanı Ceyhun Ülvinin nə üçün təhsil müəssiəsindən xaric edildiyindən tam məlumatlı olmuş, bu zaman yeznəsi X9 təhsil müəssiəsinə bərpa etdirməsini yenidən xahiş etmişdir. Ceyhun da bu iş üçün lazımı şəxslərdən xahiş etdiyini, işin qısa müddət ərzində həllini tapacağını demişdir. Bir qədər söhbət etmiş və Ceyhun özünün yüksək vəzifədə işləyən tanışlarının olduğunu və işin qısa müddət ərzində həllini tapacağını bildirmişdir. Orada razılaşmış və sağollaşıb ayrılmışlar. Bu hadisədən bir müddət sonra yeznəsi Aslan ona 2000 manat pul verərək onları Ceyhuna çatdırmağını xahiş etmişdir. Ona etiraz etməmiş və 2000 manat pulu Abşeron rayonu, Xırdalan qəsəbəsi ərazisində yeznəsi Aslandan almış, bu zaman Aslan özünün işinin olduğunu, pulu Ceyhuna çatdırmağını xahiş etmişdir. Ona etiraz etməmiş, həmin gün Ceyhuna zəng edərək dediyi pulun hazır olduğunu və görüşmək istədiyimi bildirmişdir. Ceyhun harada olduğunu soruşanda Abşeron rayonu, Xırdalan qəsəbəsində olduğunu demiş, bu zaman Ceyhun Abşeron rayonu, Xıradalan qəsəbəsi ərazisində yerləşən "İst Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığına gələcəyini demişdir. Bir neçə saat sonra Ceyhun onunla danışmış və birlikdə Abşeron rayonu, Xırdalan qəsəbəsində Ceyhunla görüşmüşlər. Görüş zamanı Ceyhuna yeznəsi Aslanın verdiyi 2000 manat pulu vermişdir. Bu zaman yanlarında başqa adamlar olmamış və Ceyhun işin qaydasında olduğunu, qısa müddət ərzində müsbət cavab verəcəyini bildirmişdir. Ona təşəkkürünü bildirmiş, hadisələr 2019-cu ilin noyabr ayının əvvəllərində baş vermişdir. Pulu Ceyhuna verəndən sonra yeznəsi Aslana zəng edərək pulunu çatdırdığını bildirmiş, o da təşəkkürünü bildirmişdir. Beləlikə ümumilikdə 4800 (dörd min səkkiz yüz) manat pulu Ceyhuna vermişdir. Bundan sonra yeznəsi Aslan Şəki rayonuna getmiş, lakin şəxsi işləri olduğundan Bakı şəhərində qalmışdır. Bundan bir neçə gün sonra yeznəsi Aslan ona zəng edərək, Ceyhunun ona zəng edib təcili 4000 manat pul istədiyini, bankların bağlı olduğuna görə pulu adına olan karta yükləmək istədiyini demişdir. Ona etiraz etməmiş və pulu göndərməsini istəmiş və kartının kodunu ona vermişdir. Bundan bir qədər sonra kartına 4000 manat pul yüklənmiş və yeznəsi Aslana zəng edərək pulun çatdığını bildirmişdir. Bu zaman Aslan pulu təcili Ceyhuna verməli olduğunu demişdir. Ceyhuna zəng edərək pulun onda olduğunu bildirmiş və görüşmək istədiyini demişdir. Bu zaman Ceyhun onun harada olduğunu soruşanda Abşeron rayonu, Xıradalan qəsəbəsində olduğunu bildirmiş və Ceyhun olduğu yerə gələcəyini demişdir. Bir neçə saat sonra Ceyhun ona zəng edərək keçən dəfə görüşdükləri yerdə olduğunu demiş və onun yanına getmişdir. Abşeron rayonu, Xıradalan qəsəbəsi ərazisində yerləşən "İst Petrol" yanacaqdoldurma məntəqəsinin yaxınlığında görüşmüş və pulun karta olduğunu deyərək kartdan 2000 manat pul çıxarıb Ceyhuna vermişdir. Daha sonra yenə 2000 manat çıxarmaq istəmiş, lakin deyəsən bankomatda pul olmadığına görə çıxara bilməmişdir. Bu zaman ona sabah pulu verməyini təklif etsə də, Ceyhun pulun təcili olaraq çatmalı olduğunu demişdir. Məcbur qalıb kartı ona vermiş və kartın kodunu da ona deyərək kartdan özünün pul çıxarmasını istəmişdir. Ceyhunda onunla razılaşmış, həmin günü səhərisi Ceyhun ona zəng edərək kartı gətirib Abşeron rayonu, Xıradalan qəsəbəsində ona vermişdir. Bu hadisələr 2019-cu ilin noyabr ayının ortalarında baş vermişdir. Beləliklə Ceyhuna ümumulikdə 6000 (altı min) manat pul vermişdir. Ceyhun pulu alan zaman işin qısa müddət ərizində həll olunacağını deyərək lazım olacağı halda Aslanı və bacısı oğlu Ülvini də çağıracaqlarını demişdir. Bu hadisədən 2-3 gün sonra Ceyhun yeznəsi Aslanı və oğlu Ülvini Bakı şəhərin dəvət etmiş və görüş yeri olaraq Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən Polis Akademiyasının qarşısını təyin etmişdir. Ülvi və Aslanla birlikdə müəyyən olunmuş tarixdə yəni 2019-cu ilin noyabr ayının ortalarında Bakı şəhərinə gəlib birlikdə Polis Akademiyasının qarşına getmişlər. Ceyhun guya Ülvini akademiyaya aparıb təhvil verməli olmuş, Ceyhun guya Ülvinin bərpa olunması üçün hazırlanan sənədləri gətirməli idi. Orada bir neçə saat gözlədikdən sonra Ceyhun yanlarına gəlmiş və işin sabaha qaldığını deyərək əlavə 5000 (beş min) manat pul istəmişdir. Ceyhun həmin pulu zərfin içərisinə qoyulmalı olduğunu, həmin pulun yuxarı vəzifəli şəxsə veriləcəyini demişdir. Lakin pulun kimə veriləcəyini deməmişdir. Həmin vaxt yeznəsi Aslan pulub gün ərzində verəcəyini demiş və sağollaşıb getmişlər. Həmin gün Aslan 5000 (beş min) manat pul tapmış, sonradan məlum olmuşdur ki, Aslan həmin pulu Abşeron rayonu, Xıradalan qəsəbəsi ərazisində yerləşən “İst Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Ceyhun vermişdir. Lakin pulun verilməsinə iştirak etməmişdir. Lakin həmin vaxtdan hal-hazıradən Ceyhun verdiyi vədi yerinə yetirməmiş və onları aldatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2006-cı il tarixdən Alov Müfahizə xidmətində xidmət rəisi vəzifəsində işləyir, xidmət rəisi işləyən vaxtda Təqsirləndirilən şəxs ilə tanış olmuş, həmin şəxs onun rəhbərliyi altında işləmiş və onunla normal münasibətləri olmuşdur. Lakin Ceyhun təxminən 2008-2009-ci il tarixlərdə işdən çıxmış və “Bilgəh Bağları” adlanan yerə bağban işi tapdığına görə işdən çıxmaq istədiyini bildirmiş və könüllü olaraq ərizə yazıb işdən çıxmışdır. Ceyhun özünə yüksək vəzifədə işləyən şəxisin bağ evində "bağban” vəzifəsini tapdığını demiş və nəsə köməklik lazım olanda ona müraciət etməyini demişdir. Lakin konkret olaraq kimin bağında işlədiyini dəqiq deməmiş, heç bu barədə soruşmadır. Buna baxmayraq biz tez- tez telefonla danışmış və imkan olduqca da görüşmüşdür. 2019-cu ilin oktyabr ayının əvvəllərində dostlarından biri ona zəng edərək, bir nəfər tanışının olduğunu, onun bir probleminin olduğunu və ona köməklik etməyimi xahiş etmişdir. Lakin konkret olaraq hansı dostu olduğunu dəqiq xatırlamır. Beləlikə həmin şəxs onun adından bir nəfərin zəng edəcəyini, ona köməklik etməyini istəmişdir. Əlindən gələn köməkliyi edəcəyini bildirmişdir. Bir neçə dəqiqədən sonra tanımadığı bir nömrədən zəng gəlmiş və həmin şəxs özünü Rəşad kimi təqdim etmişdir. Telefonda hal-əhval tutmuş və söhbət zamanı ona problemləri barədə danışmışlar. Bu zaman ağlına Ceyhun gəlmiş və Rəşada qısa müddət ərzində görüşmək təklifini etmişdir. Bu barədə Ceyhuna zəng edib məlumat verəndə həmin şəxs işin həll edə biləcəyini, özünün yüksək vəzifədə işləyən tanışlarının olduğunu deyərək onu həmin şəxslərlə görüşdürməyini istəmişdir. Ona etiraz etməmiş, bundan bir neç gün sonra Ceyhunla birlikdə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Nərimanov parkı adlanan yerə getmişlər. Orada olan zaman Aslanla tanış olmuş və Ceyhunu onlara təqdim edərək həmin şəxsin işlərinə köməklik edə biləcəyini bildirmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs özünü yüksək vəzifədə işləyən tanışlarının olduğunu, həmin şəxslərin vasitəsi ilə Ülvinin işlərini düzəldə biləcəyini demişdir. Bu zaman Ceyhun ilkin olaraq sənədləşmə işləri üçün 2800 (iki min səkkiz yüz) manat pul istəmiş, həmin vaxt Aslan cibindən 2800 (iki min səkkiz yüz) manat çıxarıb Ceyhuna vermişdir. Ceyhun pulu götürmüş və işin həllini tapacağını bildirmişdir. Buna baxmayaraq Ceyhun işi kiminlə görəcəyi barədə heç kimə məlumat verməmişdir. Bundan bir neçə gün sonra yenə də Ceyhunla Bakı şəhəri, Nərimaov rayonu, Nərimanov parkı adlanan yerə görüşmüşlər. Görüş zamanı Ceyhun Ülvinin nə üçün təhsil müəssisəsindən qovulduğunu ətraflı danışmış və Aslanı inandırmışdır. Bundan sonra Aslan bir daha ona köməklik etməsini xahiş etmiş, bundan bir müddət sonra məlum olmuşdur ki, Ceyhun Aslanın etibarından sui-istifadə edərək ümumulikdə 13800 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Həmin məbləğ onun tərəfindən zərərçəkən şəxsə ödənilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyətinə cəlb edilməmişdir. Abşeron RPİ-in xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqdan yayındığına görə barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron rayon Pİ-in 09 dekabr 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 09 dekabr 2020-ci il tarixdə tutulmuş və Abşeron RPİ-in MSY-nə təhvil verilmiş və barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 11 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə barəsində axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş və Abşeron RPİ-in MSY-nə təhvil verilmişdir. Cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir.. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün ifadəsi, həmçinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «İnsan Hüquqlarının və X5 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olması, o cümlədən zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yerinin olmaması, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-7/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-7/2023
17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver