Məhkəmə qərarları › İş №1(012)-7/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-7/2024

19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-7/2024 19.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Abıyev Elnur Elman oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X7, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X12, vəkili “Union” Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, məhkumluğu olmayan, Barəsində şikayət verilmiş X12 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasına dair xüsusi ittihamçı X14 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X16 10-11 sentyabr 2021-ci il tarixlərdə “İnstaqram” sosial şəbəkəsində özünə məxsus olan səhifədən «Vəkil özbaşınalığı» adlı çıxışda kütləvi şəkildə “şantajçı”, “qara yaxır”, “şər atır”, “şərləyir” “cinayətə sövq edir”, “ləkələyir” kimi yalan olduğunu bilə-bilə söz və ifadələr işlətməklə Zaman Səmədovun şərəf və ləyaqətini nalayiq formada alçaldan, nüfuzdan salan böhtan xarakterli məlumatları yaymış, “ lotuluq edir”, “cinayətə sövq edir”, “hədə-qorxu gəlir”, “deyir başımı kəsdirəcək”, “dövlətə qarşı etibarsızlıq yaradır” kim neqativ rəy yarada bilən söz ifadələr işlətməklə sonuncunun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etmişdir. Bununla da X16 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, ********* nömrəli cinayət işi Azərbaycan Respubikası Baş Prokurorluğu Bakı şəhər, Xəzər rayon prokuroru tərəfindən 28 aprel 2020-ci il tarixdə ünvan 3 ünvanında yaşayan X7 Bakı şəhər, Xəzər rayon prokurorluğuna ərizə ilə müraciət edərək, tanışı X12 barəsində rüsvayedici məlumatlar yaymaqla hədələyərək, ondan 75.000 manat pul tələb etməsini bildirməsi, həmçinin araşdırma zamanı X12 2018-ci ildən 2020-ci ilin mart aymadək tanışları X8 və X4 əvvəlcə Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən kirayə yaşadığı evdə, sonra isə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Dalğa beach” istirahət mərkəzində müxtəlif kişilərdən pul alaraq, cinsi əlaqədə olmalarını təşkil edərək, İradə Məmmədova və Nailə Quliyevanı gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etməsi faktı ilə bağlı toplanmış ilkin materiallar əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə başlanılaraq, istintaqın aparılması üçün həmin tarixdə də Bakı şəhər, Xəzər RPİ-nin İŞ-nə göndərilmişdir. 18 iyun 2020-ci il tarixdə Bakı şəhər, Xəzər RPİ-nin İŞ-nin sabiq müstəntiqi, polis mayoru X9 tərəfindən cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsindən, həmin Məcəllənin 182.1 və 243.1-ci maddələrinə tövsif edilmişdir. 18 iyun 2020-ci il tarixdə Bakı şəhər, Xəzər RPİ-nin İŞ-nin sabiq müstəntiqi, polis mayoru X9 tərəfindən X16 Azərbaycan Respublikası CM-nin 182.1 və 243.1-ci maddələri ilə ittiham edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş və lıəmiıı tarixdə də tərəfindən barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. X16 10-11 sentyabr 2021-ci il tarixlərdə “İnstagram” vasitəsi ilə sosial şəbəkələrdə «Vəkil özbaşınalığı» adlı çıxışda kütləvi şəkildə bildirmişdir ki, “X14 barəmdə Xəzər rayon Polis İdarəsində sifarişli cinayət işi başlatdırmışdır. Bu sifarişin təşkilatçısı Vəkillər Kollegiyasının üzvü X14 olmuşdur.Məni qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edib. Həmin vaxt vəkillər kollegiyasının üzvü idi. Hal-hazırda barəsində Bakı İnzibati Məhkəməsində vəkillər kollegiyasından xaric olunma posesi davam edir. Vəkil Zaman Səmədov bilə-bilərəkdən saxta ifadə vermək, yalan danışmaq, polisə şər atmaq cinayət məsuliyyətinə gətirib çıxardır. Amma əməlindən vaz keçməmiş, hələ üstəlik tanışlarını da bu işə cəlb etmişdir. Zaman Səmədovun arxasında Xəzar rayon prokurorunun köməkçisi Zaur Abakişiyev dayanır. Çünki Zaman özü mənə demişdir ki, zaur mənim dostumdur. Səmədov Zaman «Dalğa biç» istirahət mərkəzini əxlaqsız yuvası kimi qələmə vermişdir. Bunun arxasında nə dayanır. Çox müəmmalıdır Zaman Səmədov bir çox adamlırın vasitəsilə mənə təzyiq göstərir, kimlər əsə zəng vurdurur, kimlərdənsə xahiş elətdirir ki, gəlsinlər polisə üzümə dursunlar, hamısını mənə çatdırırlar, hədə qorxu gəlir, məhkəmələrə təsir edir, hakimlərə təsir edir. Vəkil Zaman Səmədov nə böyük adamdır ki, hakimlərə, məhkəmələrə təsir edir. Vəkil Zaman Səmədov deyir ki, məni şantaj edir. Şantajçı sən özünsən. Dəfələrlə mənə demisən ki, müştərilərinə zəng edirsən ki, tez ol pul gətir, hakim qərar qəbul etmir. Hakimlərin adına qara yaxan da sənsən. Bütün bunlar sübutlardır. Heç kim sənə şər atmır. Şantajçı sən özünsən. Özün bu şantaj əməlləri ilə məşğul olursan. Başqalarına şər atırsan. Sən müdafiə etdiyin adamları məhkəmədə, sonra onların qarşı tərəfini tapırsan. Şəxsi xarakterli konfidensial məlumatları toplayaraq onlara verirsən. Həmin adamlara deyirsən ki, jurnalistləri gətirin, məhkəmələrə təsir edin. Kim bu adama səlahiyyət verib, adi adamları şərləyir, gözəl güzəranlı istirahət mərkəzlərini ləkələyir. Məndə dəqiq məlumatlar var. Bu adam haqqında ölçü götürülməlidir. Növbəti çıxışında bildirir, «Vəkillər Kollegiyasının keçmiş üzvü vəkil X22 ad oğlu və X1 ifadələri əsasında hal-hazırda açılışında iştirak etdiyiniz Mərdəkan qəsəbəsində yerləşən «Dalğa Biç» istirahət mərkəzi əxlaqsızlıq yuvası kimi qələmə verilib. Bu adamları heç kim cinayət məsuliyyətinə cəlb etmir. Vəkil Səmədov Zaman adını çəkmək istəmədiyim xanıma göstəriş verib ki, onun haqqında məlumatları yaşadığım ərazidə yaysın. Xanım öz əməlindən peşman olub. Zərifə adlı bir qadındır, Mehriban adlı bir qadındır, Əmrah adlı bir oğlandır. Onların hamısının ifadəsinə nəzər yetiriləcək. Onlar bilməsinlər ki, Səmədov Zamana qoşulmaqla Səmədov Zaman öz əməlindən kölgədə qalacaq. Belə deyil. Səmədov Zaman vəkil ola-ola digər insanları da cinayətə sövq edir və sövq etməkdə davam edir və ona qoşulan bu insanlar anlamırlar ki, yalan ifadə vermək, saxta şahidlik etmək cinayət məsuliyyətinə gətirib çıxardır. Kimlər sizə nə vəd verib bilmirəm, amma bu işlər belə qalmayacaq. Xəzər polisi mənimlə Səmədov Zamanı təkrar üzləşdirməyimi istəyir, halbuki Səmədov Zamanla üzləşmişəm. Xüsusilə saxta cinayət işində Xəzər rayon prokurorunun köməkçisi dayanır. Səmədov Zamanla dostluq münasibətində olduğuna görə saxta şahidləri cinayət məsuliyyətinə cəlb etmirlər. Bu adamlara Xəzər rayon prokurorluğu havadarlıq edir. Bu ölkəni Səmədov Zaman idarə etmir. Sən (X10 nəzərdə tutur) Səmədov Zamanla oturub mənə hədə-qorxu gəlmə, kimlərisə öyrətdirib mənə zəng etdirirsən. Sms yollatdırırsız ona buna deyir siz ki, başımı gə sürəcəksiniz. Mən evimdə oturmuşam. Başımı kəsdirəcəksinizsə gəlin. Siz bu ölkəni idarə etmirsiniz. Siz bilmirəm lotuluq edirsiniz. Sizin bu əməlləriniz cinayət məsuliyyəti daşıyacaqdır. Elə bilməyin ki. Xəzər rayon prokurorluğu sizə havadarlıq edəcək. Siz cinayət törətmisiniz, yalan ifadə vermisiniz. Siz adi sıravi vətəndaşlarda dövlətə qarşı etibarsızlıq yaradırsınız. Yalan şahidçilik hamısı sizi sübut olunacaq». Növbəti çıxışında isə onu öldürməklə hədələməyim qeyd olunur. X16 tərəfindən onun barəsində olan böhtan və təhqir dolu çıxışlar kütləvi informasiya vasitəsi hesab olunan sosial şəbəkələrdə yayılmışdır. X12 onun barəsində ləkələyici, yalan, böhtan xarakterli məlumatları yaymaqda məqsədi onu ağır cinayətdə ittiham etmək, nüfuzunu alçaltmaq, ictimaiyyət arasında onun haqqında yanlış fikirlər formalaşdırmaq, onu alçaltmaqdır. Göstərdiklərini nəzərə alaraq, 28 yanvar 1984-cü il təvəllüdlü, ünvan 5 ünvanda yaşayan X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair “xüsusi ittiham qaydasında” təqdim etdiyi şikayəti icraatınıza qəbul edərək, onun həmin maddələrlə təqsirli bilinərək məhkum edilməsinə dair hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X14 şikayətini müdafiə edərək X12 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddəsi təqsirli bilinib, cəzalandırılmasını xahiş etmiş, CM-nin 147.2-ci maddəsilə ittihamdan imtina etmişdir. Abşeron rauon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə X12 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi başlanmış xüsusi ittiham qaydasında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X16 xüsusi ittihamçının onun barəsində verdiyi şikayətlə razı olmadığnı və ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi tamamilə əsassızdır, ona görə də təmin edilməməlidir. Belə ki, onun müraciəti ölkə başçısına olub, həmin sözlərinin də arxasında durur, hansı çıxış eləyibsə bu özünümüdafiə etmək məqsədilə olub. Onun kimisə təhqir etmək və ya böhtan atmaq fikri olmayıb. Zaman Səmədov ona şər atıb, tutdurmaq istəyib, həmin cinayət işi üzrə cinayət işinin başlanması rədd edilib. Ona görə də şikayətin rədd olunmasını və ona qarşı irəli sürülmüş xüsusi ittiham üzrə bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Beləliklə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X16 ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli olması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, iş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş SD diskdə olan video görüntülər və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X12 törətdiyi cinayətlər, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, xüsusi ittihamçının məhkəmə iclasında verdiyi ifadələri, ekspert rəyi, SD-də olan videogörüntülər və digər iş materialları ilə X2 nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yalan olduğunu bilə-bilə xüsusi ittihamçının barəsində böhtan xarakterli yalan məlumatlar yaymaqla şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etməsi cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Bununla da, X12 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə tövsif edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «xüsusi ittiham qaydasında şikayətlər dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 5-ci bəndinin 5-ci abzasına əsasən kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Göründüyü kimi təqsirləndirilən şəxs X16 tərəfindən xüsusi ittihamçı barəsində təhqir xarakterli söz və ifadələr sosial şəbəkə hesab edilən “instaqram”-da kütləvi şəkildə yayılmışdır. Sosial internet şəbəkəsi Ali Məhkəmənin yuxarıda qeyd olunmuş Plenum qərarından göründüyü kimi internet informasiya ehtiyatı hesab edilir və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında böhtan xarakterli yalan məlumatlar yaymaqla şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma isə birbaşa Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin tərkibini yaradır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi aşağıdakılarla təsdiq edilir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Yəni, təqsirləndirilən şəxs X16 xüsusi ittihamçı barəsində təhqir xarakterli söz və ifadələri internet informasiya ehtiyatı hesab edilən “instaqram” sosial internet şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda paylaşım edən zamanı qəsdən bildirməklə, Azərbaycan Respublikasının CM-nin 147.1 və 148-ci maddələrinin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlini törətmiş, yəni, cəmiyyətdə əxlaqi və mənəvi baxımdan sonuncu barəsində mənfi rəy yaradan, onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan məlumatları kütləvi şəkildə yaymışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X16 10-xx.xx.2021-ci il tarixdə “İnstagram” sosial şəbəkəsində «Vəkil özbaşınalığı» adlı çıxışda bildirmişdir ki, X16 10-11 sentyabr 2021-ci il tarixlərdə “İnstagram” vasitəsi ilə sosial şəbəkələrdə «Vəkil özbaşınalığı» adlı çıxışda kütləvi şəkildə bildirmişdir ki, “X14 barəmdə Xəzər rayon Polis İdarəsində sifarişli cinayət işi başlatdırmışdır. Bu sifarişin təşkilatçısı Vəkillər Kollegiyasının üzvü X14 olmuşdur.Məni qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edib. Həmin vaxt vəkillər kollegiyasının üzvü idi. Hal-hazırda barəsində Bakı İnzibati Məhkəməsində vəkillər kollegiyasından xaric olunma posesi davam edir. Vəkil Zaman Səmədov bilə-bilərəkdən saxta ifadə vermək, yalan danışmaq, polisə şər atmaq cinayət məsuliyyətinə gətirib çıxardır. Amma əməlindən vaz keçməmiş, hələ üstəlik tanışlarını da bu işə cəlb etmişdir. Zaman Səmədovun arxasında Xəzar rayon prokurorunun köməkçisi Zaur Abakişiyev dayanır. Çünki Zaman özü mənə demişdir ki, zaur mənim dostumdur. Səmədov Zaman «Dalğa biç» istirahət mərkəzini əxlaqsız yuvası kimi qələmə vermişdir. Bunun arxasında nə dayanır. Çox müəmmalıdır Zaman Səmədov bir çox adamlırın vasitəsilə mənə təzyiq göstərir, kimlər əsə zəng vurdurur, kimlərdənsə xahiş elətdirir ki, gəlsinlər polisə üzümə dursunlar, hamısını mənə çatdırırlar, hədə qorxu gəlir, məhkəmələrə təsir edir, hakimlərə təsir edir. Vəkil Zaman Səmədov nə böyük adamdır ki, hakimlərə, məhkəmələrə təsir edir. Vəkil Zaman Səmədov deyir ki, məni şantaj edir. Şantajçı sən özünsən. Dəfələrlə mənə demisən ki, müştərilərinə zəng edirsən ki, tez ol pul gətir, hakim qərar qəbul etmir. Hakimlərin adına qara yaxan da sənsən. Bütün bunlar sübutlardır. Heç kim sənə şər atmır. Şantajçı sən özünsən. Özün bu şantaj əməlləri ilə məşğul olursan. Başqalarına şər atırsan. Sən müdafiə etdiyin adamları məhkəmədə, sonra onların qarşı tərəfini tapırsan. Şəxsi xarakterli konfidensial məlumatları toplayaraq onlara verirsən. Həmin adamlara deyirsən ki, jurnalistləri gətirin, məhkəmələrə təsir edin. Kim bu adama səlahiyyət verib, adi adamları şərləyir, gözəl güzəranlı istirahət mərkəzlərini ləkələyir. Məndə dəqiq məlumatlar var. Bu adam haqqında ölçü götürülməlidir. Növbəti çıxışında bildirir, «Vəkillər Kollegiyasının keçmiş üzvü vəkil X22 ad oğlu və X1 ifadələri əsasında hal-hazırda açılışında iştirak etdiyiniz Mərdəkan qəsəbəsində yerləşən «Dalğa Biç» istirahət mərkəzi əxlaqsızlıq yuvası kimi qələmə verilib. Bu adamları heç kim cinayət məsuliyyətinə cəlb etmir. Vəkil Səmədov Zaman adını çəkmək istəmədiyim xanıma göstəriş verib ki, onun haqqında məlumatları yaşadığım ərazidə yaysın. Xanım öz əməlindən peşman olub. Zərifə adlı bir qadındır, Mehriban adlı bir qadındır, Əmrah adlı bir oğlandır. Onların hamısının ifadəsinə nəzər yetiriləcək. Onlar bilməsinlər ki, Səmədov Zamana qoşulmaqla Səmədov Zaman öz əməlindən kölgədə qalacaq. Belə deyil. Səmədov Zaman vəkil ola-ola digər insanları da cinayətə sövq edir və sövq etməkdə davam edir və ona qoşulan bu insanlar anlamırlar ki, yalan ifadə vermək, saxta şahidlik etmək cinayət məsuliyyətinə gətirib çıxardır. Kimlər sizə nə vəd verib bilmirəm, amma bu işlər belə qalmayacaq. Xəzər polisi mənimlə Səmədov Zamanı təkrar üzləşdirməyimi istəyir, halbuki Səmədov Zamanla üzləşmişəm. Xüsusilə saxta cinayət işində Xəzər rayon prokurorunun köməkçisi dayanır. Səmədov Zamanla dostluq münasibətində olduğuna görə saxta şahidləri cinayət məsuliyyətinə cəlb etmirlər. Bu adamlara Xəzər rayon prokurorluğu havadarlıq edir. Bu ölkəni Səmədov Zaman idarə etmir. Sən (X10 nəzərdə tutur) Səmədov Zamanla oturub mənə hədə-qorxu gəlmə, kimlərisə öyrətdirib mənə zəng etdirirsən. Sms yollatdırırsız ona buna deyir siz ki, başımı gə sürəcəksiniz. Mən evimdə oturmuşam. Başımı kəsdirəcəksinizsə gəlin. Siz bu ölkəni idarə etmirsiniz. Siz bilmirəm lotuluq edirsiniz. Sizin bu əməlləriniz cinayət məsuliyyəti daşıyacaqdır. Elə bilməyin ki. Xəzər rayon prokurorluğu sizə havadarlıq edəcək. Siz cinayət törətmisiniz, yalan ifadə vermisiniz. Siz adi sıravi vətəndaşlarda dövlətə qarşı etibarsızlıq yaradırsınız. Yalan şahidçilik hamısı sizi sübut olunacaq»..” çıxışında kütləvi şəkildə paylaşaraq, “şantajçı”, “qara yaxır”, “şər atır”, “şərləyir” “cinayətə sövq edir”, “ləkələyir” kimi yalan olduğunu bilə-bilə söz və ifadələr işlətməklə Zaman Səmədovun şərəf və ləyaqətini nalayiq formada alçaldan, nüfuzdan salan böhtan xarakterli məlumatları yaymış, “ lotuluq edir”, “cinayətə sövq edir”, “hədə-qorxu gəlir”, “deyir başımı kəsdirəcək”, “dövlətə qarşı etibarsızlıq yaradır” kim neqativ rəy yarada bilən söz ifadələr işlətməklə sonuncunun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu qəsdən təhqir etmiş, xüsusi ittihamçı barəsində onu nüfuzdan salan böhtan xarakterli yalan məlumatlar yaymışdır. Təqsirləndirilən şəxs Günay Əliyeva məhkəmə iclasında «İnstagram» sosial şəbəkəsində təhqiredici sözlərin nalayiq ifadə kimi qiymətləndirilməməsini, Z.Səmədovun onun barəsində verdiyi şikayətlə bağlı çıxışının özünümüdafiə xarakteri daşıdığını və buna görə də, yazılan sözlərin başqaları tərəfindən böhtan və təhqir kimi qəbul edilməsinin heç də digər şəxsə böhtan atması və təhqir etməsi mənasına gəlmədiyini irəli sürmüşdür. Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İş materiallarında olan tələbnamədən görünür ki, X12 məhkumluğu yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlər dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 8-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərərçəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafiq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fikirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/1464 nömrəli məhkəmə linqvistik ekspertizasının rəyindən görünür ki:

1. X12 “İnstagram” vasitəsi ilə sosial şəbəkələrdə kütləvi şəkildə etdiyi “Vəkil özbaşınalığı” adlı çıxışında yer almış bir çox məlumatlar, xüsusilə də, “şantajçı”, “qara yaxır”, “şər atır”, “şərləyir” “cinayətə sövq edir”, “ləkələyir” kimi söz və ifadələr bərabər işlədilərək ciddi neqativ rəy yarada bilən məlumatlar olduğu üçün X7 şərəf və ləyaqətini nalayiq formada alçaldan, nüfuzdan salan sözlər və ifadələr hesab olunur. Bu kimi söz və ifadələrin yer aldığı məlumatlar sübut olunmadığı təqdirdə, həmin məlumatlar böhtan olmaqla yanaşı təhqir xarakterli hesab edilir. Məlumatların həqiqiliyinin yoxlanılması hüquqi araşdırmaya aid məsələlərdir.

2. X12 “İnstaqram” vasitəsi ilə sosial şəbəkələrdə etdiyi digər çıxışda yer almış “lotuluq edir”, “cinayətə sövq edir”, “hədə-qorxu gəlir”, “deyir başımı kəsdirəcək”, “dövlətə qarşı etibarsızlıq yaradır” kimi söz və ifadələr bərabər işlədilərək ciddi neqativ rəy yarada bilən məlumatlar olduğu üçün X7 şərəf və ləyaqətini nalayiq formada alçaldan, nüfuzdan salan sözlər və ifadələr hesab olunur. Bu kimi söz və ifadələrin yer aldığı məlumatlar sübut olunmadığı təqdirdə, həmin məlumatlar böhtan olmaqla yanaşı təhqir xarakterli hesab edilir. Məlumatların həqiqiliyinin yoxlanılması hüquqi araşdırmaya aid məsələlərdir.

3. Göstərilən çıxışlarda şəxsin əməlləri ilə bağlı qeyd olunmuş-ölümlə hədələmə, dövlətə qarşı etibarsızlıq yaratma, insanlara şər atma və ləkələmə, hakimlərə qara yaxma kimi çoxsaylı və ağır cinayətlər barədə fikirləri(məlumatları), cinayətləri təsdiqləyən, sübut edən faktlar olmadan irəli sürülməsi və sosial şəbəkədə kütləvi şəkildə paylaşılması böhtan əlamətlərindən hesab edilə bilər. Hazırki xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə təqsirləndirilən şəxsin 10xx.xx.2021-ci il tarixində “İnstagram” sosial şəbəkəsində yazdığı sözlərin təhqir və böhtan xarakterli olub-olmaması mübahisəli olduğundan məhkəmə tərəfindən məhkəmə-linqvistik ekspertizası təyin edilmiş, iş üzrə tərəflər dinlənilmiş, sənədlər tədqiq edilmiş müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X12 10-11 sentyabr 2021-ci il tarixlərdə “İnstaqram” sosial şəbəkəsində özünə məxsus olan səhifədən «Vəkil özbaşınalığı» adlı çıxışda kütləvi şəkildə “şantajçı”, “qara yaxır”, “şər atır”, “şərləyir” “cinayətə sövq edir”, “ləkələyir” kimi yalan olduğunu bilə-bilə söz və ifadələr işlətməklə Zaman Səmədovun şərəf və ləyaqətini nalayiq formada alçaldan, nüfuzdan salan böhtan xarakterli məlumatları yaymış, “ lotuluq edir”, “cinayətə sövq edir”, “hədə-qorxu gəlir”, “deyir başımı kəsdirəcək”, “dövlətə qarşı etibarsızlıq yaradır” kim neqativ rəy yarada bilən söz ifadələr işlətməklə sonuncunun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etmişdir Məhkəmə qeyd etməyi vacib hesab edir ki, şəxsin şərəf və ləyaqəti onun fundamental dəyəridir. Bu səbəbdən, şərəf və ləyaqət milli və beynəlxalq hüquqla qorunur və şərəf və ləyaqətə qəsd cinayət və ya mülki məsuliyyətə səbəb olur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 12-ci maddəsində qeyd olunmuşdur ki, heç kim şərəf və nüfuzuna özbaşına qəsdə məruz qala bilməz. İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakta görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. «Mülki və Siyası Hüquqlar haqqında» Beynəlxalq Paktın müqəddiməsinə əsasən bu hüquqlar insan şəxsiyyətinə xas olan ləyaqətdən irəli gəlir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X5 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının tövsiyyəsinə əsasən şəxsi həyat sirrinin qorunması hüququ ailədə, qohumlar, dostlar arasında əlaqələrdə, insanlar arasında azadlıqda ifadəsini tapır. Düşüncə tərzi, siyasi və sosial dünyagörüş, məşğuliyyət və yaradıcılıq da şəxsi həyatın təzahürlərinə aiddir. İnsanın şəxsi həyatı, şəxsi və ailə sirri, şərəf və təmiz adı qanunun müdafiəsi altındadır. Qanunda nəzərdə tutulduğu hallardan başqa insanın hüquqlarından istifadəsinə müdaxilə edilməsinə yol verilmir. «X3» Haqqında Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə görə «rəsmi, mötəbər olmayan mənbə adı altında şayələr, yalan və qərəzli yazılar çap etdirmək, böhtan atmaq yaxud digər qanunsuz əməllər törətmək məqsədi ilə X3ndə istifadə olunmasına yol verilmir». İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Bodroşıçin Serbiyaya qarşı işi üzrə” 23 iyun 2009-cu il tarixli 32550/05 saylı qərarında qeyd edilmişdir ki, məhkəmə demokratik cəmiyyətdə mətbuatın yerinə yetirdiyi mühüm funksiyanı xüsusi olaraq qeyd edir. Baxmayaraq ki, mətbuat üçün də müəyyən sərhədlər vardır. Xüsusilə, başqalarının reputasiyası və hüquqlarına münasibətdə, mətbuat həmin sərhədləri aşmamalıdır. Mətbuatın vəzifəsi hər bir halda ictimai maraq kəsb edən bütün məlumatları özünün hüquq və vəzifələri ilə bir araya sığan tərzdə ötürməkdir. Jurnalist azadlığı həmçinin şişirtmə və ya təxribatın da müəyyən həddə mümkünlüyünü əhatə edir. Ona görə də məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş X12 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasına dair maddələr ilə ittiham hökmü çıxarılmalıdır. Belə ki, təqsirləndirilən şəxs X12 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, xüsusi ittihamçının məhkəmə iclasında verdiyi ifadələri, ekspert rəyi, SD-də olan videogörüntülər və digər iş materialları ilə X2 nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yalan olduğunu bilə-bilə xüsusi ittihamçının barəsində böhtan xarakterli yalan məlumatlar yaymaqla şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etməsi cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Bununla da, X12 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə tövsif edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs X12 10-xx.xx.2021-ci il tarixində “İnstagram” sosial şəbəkəsində xüsusi ittihamçı barəsində yazdığı sözlər sonuncunun özünün iddia etdiyi kimi tənqid deyil, birbaşa təhqir xarakterli olmuş, yəni ünvanlandığı şəxsin şərəf və ləyaqətini alçaltmaq, işgüzar nüfuzunu ləkələmək, onu nüfuzdan salan böhtan xarakterli yalan məlumatlar yaymaq xarakteri daşımışdır. Təqsirləndirilən şəxs X16 böhtan xarakterli yalan məlumatlar yaymaqla onun aid olduğu şəxsin cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi, mədəni keyfiyyətlərini alçaltmış, onun cəmiyyətdə tutduğu mövqeyini ləkələmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs X16 tərəfindən xüsusi ittihamçı barəsində təhqir xarakterli söz və ifadələr sosial şəbəkə hesab edilən “İnstagram”-da kütləvi şəkildə yayılmışdır. Sosial internet şəbəkəsi Ali Məhkəmənin yuxarıda qeyd olunmuş Plenum qərarından göründüyü kimi internet informasiya ehtiyatı hesab edilir və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında böhtan xarakterli yalan məlumatlar yaymaqla şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma isə birbaşa Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin tərkibini yaradır. Yəni, təqsirləndirilən şəxs X16 xüsusi ittihamçı barəsində təhqir xarakterli söz və ifadələri internet informasiya ehtiyatı hesab edilən “İnstagram” sosial internet şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda paylaşım edən zamanı qəsdən bildirməklə, Azərbaycan Respublikasının CM-nin 147.1 və 148-ci maddələrinin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlini törətmiş, yəni, cəmiyyətdə əxlaqi və mənəvi baxımdan sonuncu barəsində mənfi rəy yaradan, onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan məlumatları kütləvi şəkildə yaymışdır. Lakin, məhkəmə, X13 irəli sürülmüş ittihamla bağlı qeyd edir ki: İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Avropa Birliyinin Məhkəməsi tərəfindən də qəbul olunan hüquqi müəyyənlik prinsipi «hüquqi təhlükəsizlik konsepsiyasının» baş prinsiplərindən biri hesab olunur. Hüquqi müəyyənlik ümumi ideya kimi bir çox hüquq sistemlərinə daxil edilmişdir. Onun əsasını isə hüquqi məsuliyyətə cəlb etmə müddətləri də əhatə olunmaqla, hüquqi vəziyyətin sabitliyini təmin edən əvvəlcədən xəbər vermə təşkil edir.” Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın «Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Coeme and others Belçikaya qarşı iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir.” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 75.1, 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; Azərbaycan Respublikası CM-in 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Göründüyü kimi X16 “İnstagram” sosial şəbəkəsində 10-xx.xx.2021-ci il tarixdə xüsusi ittihamçı barəsində təhqir xarakterli olmuş, yəni ünvanlandığı şəxsin şərəf və ləyaqətini alçaltmaq, işgüzar nüfuzunu ləkələmək, onu nüfuzdan salan böhtan xarakterli yalan məlumatlar yaymışdır. Yəni, cinayət əməlinin törədilməsindən 2 ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikasının CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 44.2.2-ci maddəsinə əsasən Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə məhkəmə ittiham hökmü çıxarır. Ona görə də məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edildiyindən, lakin bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən, X12 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinməklə cəza təyin etmədən ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, iş üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut olan bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 150 manat müəyyən edilmişdir. Ekspertiza xərci 150 manat təqsirləndirilən şəxs X11 tutulub dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Göstərilənlərə əsasən və CPM-in 39.1.3, 41.1, 43.1.2, 45, 321 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:

X16 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməsin. İş üzrə 150 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar