Məhkəmə qərarları › İş №1(012)-70/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-70/2020

10.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-70/2020 10.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1978-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan və ödənilməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən bir ədəd kibrit qutusuna doldurulmuş, cəmi 5,750 qram təmiz çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddə olan qurudulmuşmarixuananı qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində saxlamış, xx xxxx 2019-cu il tarixdə saat 01 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron rayon polis idarəsinin əməkdaşları Abşeron rayonu, Saray qəsəbəsi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi ərazisində saxlayaraq, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti-6 ünvanında yerləşən, Abşeron rayon Pİ-nin inzibati binasına gətirmiş və xidməti iş otağında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qəhvəyi rəngli şalvarınınsol yan cibindən bir kibrit qutusuna doldurulmuş, qanunsuz olaraqəldə edib saxladığı təmiz çəkisi5,750 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmışnarkotik vasitə olan qurudulmuş marixuananı aşkar edib götürmüşlər. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən iki il olarkı narkotik vasitə olan marixuanadan istifadə edir, xx.xx.2019-cu il tarixdə şəxsi istifadəsi üçün Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 70 manata bir kibrit qutusuna doldurulmuş narkotik vasitə olan marixuana almış, xx.xx.2019-cu il tarixdə saat 01 radələrində Abşeron rayonu, Saray qəsəbəsində “Samovar” kafesindən çıxan zaman polis əməkdaşları onu yanlarına çağıranda üzərində narkotik vasitə olduğu üçün üzdən tanıdığı taksiyə əyləşərək ondan maşını sürməyini xahiş etmiş, sürücü avtomobili sürərək həmin yerdən uzaqlaşmışlar. Polis əməkdaşları onların arxasınca gəldikləri üçün taksidən düşərək qaçmış və bu zaman yıxılaraq sifət nahiyyəsindən xəsarət almış, həmin vaxt polis əməkdaşları onun yanına gələrək özlərini təqdim etdikdən sonra onu Abşeron RPİ-nə gətirmişlər. Abşeron RPİ-də xidməti otaqların birində polis əməkdaşları onun üzərinə video çəkilişlə hüquq və vəzifələri izah etdikdən sonra şəxsi axtarış keçirəcəklərini bildirib üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşya və ya predmet olubolmaması sorğu edildikdən sonra o, əynində olan açıq qəhvəyi rəngli şalvarının sol yan cibindən narkotik vasitə olan marixuananı çıxarıb təqdim etmişdir. Sonda o, tutduğu əməldən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini əsas gətirərək məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2019-cu il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında, xx.xx.1978-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadə etməsi barədə daxil olmuş məlumatı rəhbərliyə məruzə olunmuş, həmin məlumat əsasında xx.xx.2019-cu il tarixdə, onun da daxil olduğu, Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Şahid2 və Abşeron RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Rauf Mirzəliyevdən ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat tədbiri nəticəsində xx.xx.2019-cu il tarixdə saat 01 radələrində vətəndaş Təqsirləndirilən şəxs yerini müəyyən edərək Abşeron rayonu Saray qəsəbəsində yerləşən “Samovar” kafesinin yaxınlığına gedib gözləməyə başlamışlar, bir qədər sonra onlar Təqsirləndirilən şəxs kafedən çıxdığını görüb onu yanlarına çağıraraq özlərini təqdim etdikdən sonra onlarla polis idarəsinə getməli olduğunu bildirərkən Təqsirləndirilən şəxs onlara məhəl qoymayaraq yaxınlıqda olan, “Vaz- 2107” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı taksiyə əyləşmiş və sürücü avtomobili sürətlə idarə edərək getmiş, bundan sonra onlar həmin avtomobili uzaq məsafədən izləyərək efir vasitəsilə Saray və Masazır qəsəbələrində gecə xidmətində olan PPXB-nin əməkdaşlarına həmin avtomobilin saxlanması barədə məlumat vermiş, az sonra həmin avtomobil saxlanılmış və bu zaman Təqsirləndirilən şəxs avtomobildən düşərək qaçmağa başlamış, onlar və PPXB-nin əməkdaşları dərhal Təqsirləndirilən şəxs tutulması üçün arxasınca qaçarkən o, 2-3 dəfə üzü üstə yerə yıxılmış və bu zaman onlar Təqsirləndirilən şəxs tutaraq post patrul xidməti avtomobili ilə RPİ-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. Həmçinin taksi sürücüsü, sonradan adı məlum olan X2 da RPİ-nə gətirilməsi təmin edilmiş, bundan sonra onlar RPİ-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyini bildirmişlər, axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməyi təklif olunmuş, o da üzərində özü istifadə etmək üçün bir kibrit qutusuna doldurulmuş narkotik vasitə olan marixuana olduğunu bildirərək əlini əynindəki qəhvəyi rəngli şalvarının sol yan cibinə salıb oradan bir kibrit qutusu çıxarıb təqdim etmiş, bundan sonra onlar videoçəkiliş ilə onun üzərində şəxsi axtarış aparan zaman Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmiş, daha sonra onlar videoçəkiliş ilə onun təqdim etdiyi kibrit qutusuna baxış keçirdikdə həmin kibrit qutusunda qurudulmuş yaşımtıl rəngli, xırdalanmış otşəkilli kütlə aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusundakı kütlənin marixuana olduğunu, bir gün əvvəl Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 70 manata özü istifadə etmək üçün alaraq cibinə qoyduğunu bildirmiş və bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülümüş kibrit qutusuna doldurulmuş narkotik vasitə olan marixuana tərəzidə çəkilmiş və cəmi 5,750 qram olması müəyyən edildikdən sonra həmin narkotik vasitə kağız zərfə qoyularaq qablaşdırılıb imzalandıqdan sonra bu barədə protokol tərtib olunmuş və o da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Şahid2 və Abşeron RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı X6 da Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid5 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, xx.xx.2019-cu il tarixə keçən gecə Abşeron rayonu, Saray və Masazır qəsəbələrində 3 saylı xidməti avtopotrul ilə gecə xidmətində olduğuqları zaman saat 01 radələrində növbətçi hissədən efir vasitəsilə onlara Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 əməliyyat tədbiri ilə əlaqədar köməklik ğöstərilməsi bildirilmiş, bundan sonra o, ekipajı Şahid4 ilə birlikdə Saray qəsəbəsində deyilən yerə gedib qəbristanlığının yaxınlığında onlara məlumat verilən “Vaz- 2107” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanması üçün xidməti avtomobilin üzərində olan sayrışan işıqları yandırmaqla həmin avtomobilin saxlanması üçün köməklik göstərmişlər. Həmin vaxt **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü dərhal avtomobili yol kənarına çəkib saxlamaq istəyərkən avtomobilin sağ qabaq qanadı işıq dirəyinə dəymiş, avtomobil dayanan kimi sağ qabaq qapıdan bir nəfər şəxsin yerə düşərək sürətlə kənd istiqamətinə qaçmağa başladığını görən zaman əməliyyat müvəkkili Şahid1, sahə rəsi Şahid2 və kiçik əməliyyat müvəkkili Rauf Mirzəliyev və onlar həmin şəxsin tutulması üçün onun arxasınca qaçmışlar, həmin şəxs qaçarkən 2-3 dəfə üzü üstə yerə yıxılmış, sonra onlar həmin şəxsə çatdıqdan sonra Şahid1 həmin şəxsə polis işçiləri olduqlarını deyərək narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün onlarla Abşeron RPİ-nə gəlməli olduğunu söyləmiş, daha sonra onlar xidməti avtomobil ilə həmin şəxsi Abşeron rayon polis idarəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər, növbətçi hissədə avtomobildən düşərək qaçmağa çalışan şəxsin Abşeron rayonu, Saray qəsəbə sakini Təqsirləndirilən şəxs olduğu onlara məlum olmuş, Təqsirləndirilən şəxs növbətçi hissəyə təhvil verdikdən sonra xidmətdə olduqları Abşeron rayonu, Saray qəsəbəsinə qayıdıb xidmətlərini davam etdirmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, iş üzrə şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid5 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. X9 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X9 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı nümayiş etdirilərək tədqiq edilmiş, iş üzrə maddi sübut 1 ədəd “DVD” formatlı diskə yazılmış videogörüntülərdə əynində olan qəhvəyi rəngli şalvarının sol yan cibindən bir kibrit qutusuna doldurulmuşqurudulmuş marixuananın aşkar olunaraq götürülməsi bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 17313 saylı materialların məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfin içərisində 1(bir) ədəd kibrit qutusunda, təmiz çəkisi 5,750 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Həmçininarayışdaqeydedilmişdirki, birədədkibrit qutusunda olanmaddədən 0,02qrammaddətədqiqatasərfolunmuş 5,730qramolanmaddəqalıqqalmışdır.Həmin rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 69,82 (altmış doqquz manat səksən iki) manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzi (VÖEN **********, hesab AZ34CTRE********************). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 5,730qram narkotik vasitə marixuana saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator X1 dair xx.xx.2020-ci il tarixli 1787 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburu müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji disponserində deydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün verdiyi ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, onları tamamlayan videogörüntülər, aparılmış ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 tərəfindən verilmiş məhkumluq haqqında xx.xx.2020-ci il tarixli arayışından (tələbnamədən) və Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs Əbilov X7 rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 221.3, 228.4-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən qəti olaraq ona təyin olunmuş 03 (üç) il 04 (dörd) ay 01 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti müəyyən edilməklə ona şərti olaraq tətbiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə məhkumluğu hazırda, o cümlədən hazırki iş üzrə cinayət əməlini törədən zaman ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda isə Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi müəyyən olunur. Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivinin olması isə onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmlə təyin edilmiş şərti məhkumetmə ləğv edilməklə həmin hökmdə müəyyən edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 maddəsinə uyğun hökmlərin məcmusu üzrə təyin olunmuş cəza ilə birləşdirilməli və Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan Abşeron RİH Saray qəsəbə üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Əbilov X7 rayonu, Saray qəsəbəsi, Nəsimi küçəsi, ev 22 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs tutduğu əməli səmimi etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, daha sonra o, məhkəmə iclaslarına gəlmədiyi üçün xx.xx.2019-cu il tarixdə barəsində Abşeron RM tərəfindən axtarış elan edilmiş və o, xx.xx.2020-ci il tarixdə tutularaq həbsə alınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət 01 (bir) gün müddət cəza müddətinə daxil edilməli və cəzaçəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuşşəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 5,730 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 72 (yetmiş iki) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(012)-54/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 03 (üç) il 04 (dörd) ay 01 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti hesab edilməsi və 02 (iki) il sınaq müddətinin təyin edilməsi barədə şərti məhkum etmə ləğv edilsin və həmin hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə uyğun olaraq hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 01 (bir) gün həbsdə saxlamanın müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə müddətindən çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 04 (dörd) ay 11 (on bir) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 5,730 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 69.82 (altmış doqquz manat səksən iki) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 72 (yetmiş iki) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar