Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-70/2021 18.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil X1 iştirakı ilə xx.xx.1998-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işsiz, Gürcüstan Respublikası, Marneuli rayonu, Sadaxlı kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “Kristal-Abşeron 2” yaşayış kompleksi, bina 6, mənzil 69-da yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2020-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talamaq məqsədilə elektron məlumat daşıyıcılardan istifadə etməklə xx xxxx 2019-cu il tarixdə saat 23 radələrində ünvan 1 saylı ünvanda yerləşən “xxxx” ASC-nin Binəqədi filialının qarşısındakı ATM-in yanında olarkən Zərərçəkmiş şəxs5 qeyd olunan bankomatda **********634921 nömrəli kartla əməliyyat aparıb pul çıxarmaq istəyinin olduğunu, lakin əməliyyat sistemindən istifadə edərək pulların bankomatdan çıxarılmasında çətinlik çəkdiyini görüb sonuncunun xahişi ilə bankomata yaxınlaşmış və Zərərçəkmiş şəxs5 bank kartının bankomata daxil etdikdən sonra təhlükəsizlik şifrəsini daxil edilməsini bildirdirməsinin ardınca əməliyyat apararaq Zərərçəkmiş şəxs5 bankomatda olan 1059 manat məbləğində pulun bakomatdan çıxararaq vermiş, daha sonra isə sonuncunun bankomatda əməliyyat aparılması bacarığının olmamasından istifadə edərək bankomatın ekranında olan reklam lövhəsini çıxarmaq istəyinin olub-olmamasını soruşmuş və Zərərçəkmiş şəxs5 razılığından sonra o, sonuncuya məxsus bank kartını yenidən bankomata daxil edib və təhlükəsizlik şifrəsini Zərərçəkmiş şəxs5 özünün iştirakı ilə daxil etmiş və avans bölməsinə daxil olaraq həmin hərəkətlərin Zərərçəkmiş şəxs5 hüquqazidd olmasını dərk etmədən 200 manat pulu elektron məlumat daşıyıcılarındn istifadə etməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, özgə əmlakını gizli yolla talamaq məqsədilə elektron məlumat daşıyıcılardan istifadə etməklə xx.xx.2019-cu il tarixdə saat 17 radələrində ünvan 1 saylı ünvanda yerləşən “xxxx” ASC-nin Binəqədi filialının qarşısındakı ATM-in yanında olarkən Zərərçəkmiş şəxs7 qeyd olunan bankomatda 416974********9769 nömrəli kartla əməliyyat aparıb pul çıxarmaq istəyinin olduğunu, lakin əməliyyat sistemindən istifadə edərək pulların bankomatdan çıxarılmasında çətinlik çəkdiyini görüb sonuncunun xahişi ilə bankomata yaxınlaşmış və Zərərçəkmiş şəxs7 bank kartının bankomata daxil etdikdən sonra təhlükəsizlik şifrəsini daxil edilməsini bildirdirməsinin ardınca əməliyyat apararaq Zərərçəkmiş şəxs7 bankomatda olan 815 manat məbləğində pulun bakomatdan çıxararaq vermiş, daha sonra isə sonuncunun bankomatda əməliyyat aparılması bacarığının olmamasından istifadə edərək bankomatın ekranında olan reklam lövhəsini çıxarmaq istəyinin olub-olmamasını soruşmuş və Zərərçəkmiş şəxs7 razılığından sonra o, sonuncuya məxsus bank kartını yenidən bankomata daxil edib və təhlükəsizlik şifrəsini Zərərçəkmiş şəxs7 özünün iştirakı ilə daxil etmiş və avans bölməsinə daxil olaraq həmin hərəkətlərin Zərərçəkmiş şəxs7 hüquqazidd olmasını dərk etmədən 200 manat pulu elektron məlumat daşıyıcılarındn istifadə etməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, özgə əmlakını gizli yolla talamaq məqsədilə elektron məlumat daşıyıcılardan istifadə etməklə xx.xx.2019-cu il tarixdə saat 14 radələrində ünvan 1 saylı ünvanda yerləşən “xxxx” ASC-nin Binəqədi filialının qarşısındakı ATM-in yanında olarkən Zərərçəkmiş şəxs6 qeyd olunan bankomatda **********85029 nömrəli kartla əməliyyat aparıb pul çıxarmaq istəyinin olduğunu, lakin əməliyyat sistemindən istifadə edərək pulların bankomatdan çıxarılmasında çətinlik çəkdiyini görüb sonuncunun xahişi ilə bankomata yaxınlaşmış və Zərərçəkmiş şəxs6 bank kartının bankomta daxil etdikdən sonra təhlükəsizlik şifrəsini daxil edilməsini bildirdirməsinin ardınca əməliyyat apararaq Zərərçəkmiş şəxs6 bankomatda olan 815 manat məbləğində pulun bakomatdan çıxararaq vermiş, daha sonra isə sonuncunun bankomatda əməliyyat aparılması bacarığının olmamasından istifadə edərək bankomatın ekranında olan reklam lövhəsini çıxarmaq istəyinin olub-olmamasını soruşmuş və Zərərçəkmiş şəxs6 razılığından sonra o, sonuncuya məxsus bank kartını yenidən bankomata daxil edib və təhlükəsizlik şifrəsini Zərərçəkmiş şəxs6 özünün iştirakı ilə daxil etmiş və avans bölməsinə daxil olaraq həmin hərəkətlərin Zərərçəkmiş şəxs6 hüquqazidd olmasını dərk etmədən 200 manat pulu elektron məlumat daşıyıcılarındn istifadə etməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, özgə əmlakını gizli yolla talamaq məqsədilə elektron məlumat daşıyıcılardan istifadə etməklə xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Q.Musabəyov keçəsi 22B ünvanında yerləşən “xxxx” ASC-nin Abşeron filialının yanında yerləşən bankomatın yanında olarkən, Zərərçəkmiş şəxs3 **********77 nömrəli kartla əməliyyat sistemindən istifadə edərək kartına pul yükləmək istədiyini, lakin çətinlik çəkdiyini görüb sonuncunun razılığı ilə bankomata yaxınlaşmış, bank kartının bankomta daxil etdikdən sonra hərəkətlərin Ruslan Abbasovun hüquqazidd olmasını dərk etmədən kartın şifrəsini və nömrəsini yadında saxlamış, əməliyyat aparıb Ruslsn Abbaslının hesabına 300 manat pulu köçürüb kartı geri qaytardıqdan sonra xx.xx.2019-cu il tarixədək olan müddət ərzində kartın nömrəsindən və şifrəsindən istifadə edərək ümumilikdə 300 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə elektron məlumat daşıyıcılarındn istifadə etməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, özgə əmlakını gizli yolla talamaq məqsədlə elektron məlumat daşıyıcılardan istifadə etməklə xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Q.Musabəyov keçəsi 22B ünvanında yerləşən “xxxx” ASC-nin Abşeron filialının yanında yerləşən bankomatın yanında olarkən, bankomatda əməliyyat aparan Şahid1 bacısı qızı Zərərçəkmiş şəxs4 Azadı qızının adına olan «xxxx» tərəfindən verilmiş **********974448 nömrəli «Bir Kart» kartında əməliyyat apardıqdan sonra həmin kartı baxmaq adı ilə Şahid1 alıb həmin hərəkətlərin sonuncu tərəfindən hüquqazidd olmasını dərk etmədən kartın şifrəsini və nömrəsini yadında saxlamış, kartı geri qaytardıqdan sonra xx.xx.2019-cu il tarixədək olan müddət ərzində kartın nömrəsindən və şifrəsindən istifadə edərək ümumilikdə 450 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə elektron məlumat daşıyıcılarındn istifadə etməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, özgə əmlakını gizli yolla talamaq məqsədlə elektron məlumat daşıyıcılardan istifadə etməklə xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, «Araz» marketin qarşısındakı ərazidə yerləşən “xxxx” ASC-nin Abşeron filialının yanında yerləşən bankomatın yanında olarkən, orada Zərərçəkmiş şəxs2 «xxxx»a məxsus **********955351 nömrəli əmək haqqı kartından istifadə edib əmək haqqını çıxardığını görüb ona yaxınlaşmış, Zərərçəkmiş şəxs2 bankomatda əməliyyat aparılması bacarığının olmamasından istifadə edərək bankomatın ekranında olan bildiriş yazısına görə hesabından aylıq 2 manat çıxılması barədə yalan məlumat verib həmin lövhəsini çıxarmaq istəyinin olub-olmamasını soruşmuş və Zərərçəkmiş şəxs2 razılığından sonra o, sonuncuya məxsus bank kartını yenidən bankomata daxil edib və təhlükəsizlik şifrəsini Zərərçəkmiş şəxs2 özünün iştirakı ilə daxil etmiş və avans bölməsinə daxil olaraq həmin hərəkətlərin Zərərçəkmiş şəxs2 hüquqazidd olmasını dərk etmədən 200 manat pulu elektron məlumat daşıyıcılarındn istifadə etməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, özgə əmlakını gizli yolla talamaq məqsədlə elektron məlumat daşıyıcılardan istifadə etməklə xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən «Bazarstore» mağazasının yaxınlığındakı ərazidə “xxxx” ASC-nin bankomatının yanında olarkən həmin bankomatdan Zərərçəkmiş şəxs1 dövlət tərəfindən verilmiş **********158568 nömrəli pensiya kartından pul çıxarmaq üçün gəlmiş Şahid2 bankomatın ekranının qaralmasını düzəlcəyi adı ilə yaxınlaşmış, sonuncu bank kartını yenidən bankomata daxil edib təhlükəsizlik şifrəsini yığdıqdan sonra avans bölməsinə daxil olaraq həmin hərəkətlərin Şahid2 hüquqazidd olmasını dərk etmədən 200 manat pulu elektron məlumat daşıyıcılarındn istifadə etməklə gizli olaraq talayıb zərərçəkmiş şəxs Mussa Teymurova 200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2018-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə təyin edilmiş cəza 01 ilə endirilmişdir. Maddi vəziyyəti yaxşı olmadığı üçün oğurluq etmək qərarına gəlmiş, buna görədə Abşeron rayonu, Xırdalan şəhərində və Bakı şəhəri ərazisində yerləşən “xxxx” ASC-nə məxsus olan bankomatların yanında durub, orada olan şəxslərdən kiminsə bankomatdan pul götürə bilmədiyini görən zaman onlara yaxınlaşaraq kömək edib pul çıxardıb özlərinə vermiş və həmin kartların nömrələrini və şifrələrini yadında saxlayıb sonadan həmin kartlardan tanıdığı şəxslərin mobil nömrələrinə, öz nömrəsinə kontur yükləmişdir. xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “xxxx” ASC-nin Abşeron filialının yanında olan zaman bir nəfər tanımadığı şəxsin əlində olan 300 manat pulu plastik karta yükləmək istədiyini lakin, bacarmadığını görüb, həmin şəxsə yaxınlaşmış və köməklik lazım olub-olmadığını soruşmuşdur. Həmin şəxs ona «əgər bacarırsansa, köməklik et pulu karta yükləyim» demiş, həmin şəxsə köməklik edərək 300 manat pulu sonuncunun hesabına yükləmişdir. Lakin, həmin vaxtı plastik kartın 16 rəqəmli kodunu və şifrəsini yadında saxlamış, sonra həmin kart vasitəsi ilə tanıdığı şəxslərə və öz mobil nömrəmə Online formada kontur yükləmişdir. Bundan başqa xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “xxxx” ASC-nin Abşeron filialının yanında olan zaman bir nəfər tanımadığı şəxsin bankomata yaxınlaşaraq pul çıxarmaq istədiyini görmüş, həmin şəxsə yaxınlaşaraq ona məxsus karta baxmaq istədiyini demiş, həmin şəxs razılaşıb kartı vermiş, o həmin vaxtı plastik kartın nömrəsini və şifrəsini yadında saxlamış, sonra həmin kart vasitəsi ilə tanıdığı şəxslərə və öz mobil nömrəsinə Online formada kontur yükləmişdir. Bundan başqa xx.xx.2019-cu il tarixdə axşam radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş 93» yaşayış massivində yerləşən «Araz» marketin qarşısındakı “xxxx” ASC-nin bankomatın yanında olarkən bir nəfər orta yaşlı şəxsin bankomata yaxınlaşaraq kartı salıb pul çıxardığını görmüş, həmin şəxsə yaxınlaşıb ona ekranda olan bildiriş sözünə əsasən ayda əmək haqqından 2 manat pul çıxıldığını bildirib həmin pulun çıxılmamasında köməklik etməsini demiş, həmin şəxs də razılaşdıqda bankomata yaxınlaşmış, o, həmin şəxkin bankomat kartından istifadə edib 200 manat kredit yazmış və sonra kartı çıxarıb həmin şəxsə verərək bir daha kartından pul çıxılmayacağını demiş, həmin şəxs çıxıb getdikdən bir neçə saniyə sonra kredit pulun bankomatdan çıxdığını götürüb oradan uzaqlaşmışdır. Bundan başqa xx xxxx 2019-cu il tarixdə saat 23 radələrində ünvan 4 saylı ünvanda yerləşən “xxxx”ın qarşısına gəlmiş, X7 pul köçürmələri ilə işlədiyi “Rent a car”a aid pulları çıxarmaq üçün gəlmiş, bankomata yaxınlaşdıqda ondan əvvəl adının sonradan bildiyi Zərərçəkmiş şəxs5 bankomatdan pul çıxardığını görmüşdür. Famil kartı bankomata saldıqdan sonra bankomatın ekranında kartda 1059 manat pul olduğu görünmüş, əvvəlcə Zərərçəkmiş şəxs5 1059 mant pulu bir dəfəyə çıxarmaq üçün 1059 rəqəmi yazmış, lakin həmin pulu çıxarda bilməmişdir. Belə ki, bankomat bir dəfəyə 1000 manat puldan artıq pul çıxarmamış, bundan sonra Famil adlı şəxs kartdan bir neçə dəfə olmaqla pul çıxarmağa başlamışdır. Zərərçəkmiş şəxs5 kartı hər dəfə bankomata saldıqda bankomatda avans götürmək üçün ekrana reklam gəlmiş, sonuncu reklam gəldikdə Zərərçəkmiş şəxs5 özözünə reklamın gəlməsinə gileylənmiş, bunu eşitdikdə həmin şəxsə yalandan «əgər istəsəniz o reklamı silmək olar» demiş, Zərərçəkmiş şəxs5 ona reklamın silinməsini istədiyini demiş, bundan sonra ekranda olan avans yazısının üstünə onun ardınca isə 200 manat qeyd olunan yerə basmış, Zərərçəkmiş şəxs5 kartı bankomatdan çıxdıqdan sonra kartı götürüb getmiş, sonuncu bankomatdan uzaqlaşdıqdan təxminən 15-20 saniyə sonra bankomatdan 200 manat pul çıxmış, o, həmin pulları götürmüş və oradan uzaqlaşmışdır. Onun bankomatdan 200 manat pulu götürməsini heç kəs görməmiş, bundan sonra əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx xxxx 2019-cu ildə saat 17 radələrində ünvan 4 saylı ünvanın qarşısına pul dəyişmək üçün gəlmiş, pul dəyişdiyi yerin yaxınlığında yerləşən “xxxx”ın bankomatının qarşısında növbə olduğunu görmüş, bankomata pul çıxarmaq üçün gələn orta yaşlı adını sonradan bildiyi Zərərçəkmiş şəxs7 yol vermiş ki, bankomatdan pulunu çıxarsın. Zərərçəkmiş şəxs7 bankomatdan pul çıxarda bilmədiyini görüb ona kartdan pul çıxartmaqda kömək etməyi təklif etmiş, əvvəlcə Zərərçəkmiş şəxs7 təqaüd kartındakı pulları çıxarmaqda kömək etmiş, sonra Şakir ona əmək haqqı kartından da pul çıxarmasını xahiş edib kartını bankomata salıb şifrəni yazmışdır. Bundan sonra bankomatın ekranına avans götürmək reklam gəlmiş, o, əvvəlcə reklamdan imtina edib balansda olan 815 manat pulu çıxarıb Zərərçəkmiş şəxs7 vermiş, sonra Zərərçəkmiş şəxs7 təklif etmişdir ki, kartı ekrana saldıqda ekrana gələn avans götürmək reklamını silsin ki, bir daha ekrana avans götürmək reklamı gəlməsin. Şakir onunla razılaşmış, sonra Şakirə kartı bankomata salıb şifrəsini yazmasını bildirmiş, sonuncu kartı bankomata salıb şifrəni yazdıqdan sonra bankomatın ekranına avans reklamı deyil, bir başa avans götürülən səhifə gəlmiş, o, avans qeyd olunan yerə onun ardınca isə 200 manat qeyd olunan yerə düyməni basmış və Şakirə reklamın silindiyini bildirib kartı özünə qaytarmışdır. Bankomatın kartı geri çıxdıqda isə Şakir kartı götürüb getmiş, o isə 200 mant pulu götürüb çıxıb getmiş, bankomatdan 200 manat pulu götürməsini heç kim görməmişdir. Bundan başqa xx xxxx 2019-cu il tarixdə saat 14 radələrində radələrində ünvan 4 saylı ünvanın qarşısına pul dəyişmək üçün gəlmiş, pul dəyişdiyi yerin yaxınlığında “xxxx”ın bankomatında bir nəfər yaşlı kişinin pul çıxardığını görüb ona yaxınlaşmış, adını sonradan bildiyi Zərərçəkmiş şəxs6 “xxxx”ın bankomatından pul çıxartmaqda ona kömək lazım olub olmadığı ilə maraqlanmış, sonuncu ondan ona kömək etməsini xahiş etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs6 kartın şifrəsini yığmasını bildirmiş, sonuncu kartın şifrəsini yazdıqdan sonra pullalrı çıxarmaqda həmin şəxsə köməklik etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs6 pulunu gizli talamaq üçün yalandan təklif etmişdir ki, ekrana gələn avans yazılan reklamı silsin ki, bir daha reklam bankomatın ekranına gəlməsin. Məhəmməd onunla razılaşmış, sonra Məhəmmədə kartı bankomata salmasını və şifrəni yığmağı demiş, Zərərçəkmiş şəxs6 şifrəni yığdıqdan sonra avans yazıları gəlmiş, o, manitorda avans yazılan yerə basmış, bunun arxasınca 200 manat yazılan yerə basmış, kart çıxdıqdan sonra Məhəmməd kartı götürmüş və sonuncuya reklamın silindiyini bildirmiş, Məhəmməd sağollaşıb getmiş və o, isə bankomatdan çıxan 200 manat pulu götürmüş, pulu götürərkən Məhəmməd artıq çıxıb getmiş, Məhəmmədin kartından çıxardığı 200 manat pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində «Bazarstore» nin yaxınlığında yerləşən xxxxa məxsus bankamatdan oğurluq etməsi ilə bağlı göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən bankamatın qarşısında dayanmış, həmin vaxtı bir nəfər 18-19 yaşlarında qız gəlmiş və kartını salıb bankamatdan 50 manat pul çıxarmış, həmin vaxt bankamatın ekranı qaralmışdır. O, həmin tanımadığı qıza demişdir ki, «kartınızı daxil edin, həmin qaralmanı düzəldim». Həmin qız da əlində olan kartı özü bankamata daxil etmiş, sonuncu kartın kodunu yığmış, o sonra bankamata yaxınlaşıb, həmin kartdan 200 manat avans çıxarmaq üçün istifadə etmiş, sonra isə qız özü həmin kartı bankamatdan götürüb getmişdir. Bir qədər gözləmiş və 200 manat avans çıxdığı üçün həmin pulu götürüb oradan uzaqlaşmış və əldə etdiyi pulu özü üçün xərcləmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xxxxda özümə kart hesabı açdırmış və həmin hesaba 300 manat pul yükləməyi qərara almışdır. xx xxxxxxx 2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “xxxx” ASC-nin Abşeron filialına yaxınlaşmış, lakin dəfələrlə çalışsa da, pulu kartına yükləyə bilməmişdir. Həmin vaxtı orada olan əvvəllər tanımadığı, arıq bədən quruluşuna malik olan, orta boylu, üzü tüklü olan şəxs ona yaxınlaşmış və ona karta pul yükləməkdə köməklik etmək istədiyini demiş, o, təkliflə razılamış və həmin şəxs ona kömək edərək pulu kartına yükləmiş və kartı özünə qaytarıb çıxıb getmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə bankomata yaxınlaşıb kartını yoxladıqda kartında pul olmadığını görmüş və başa düşmüşdür ki, həmin şəxs onun pulunu ələ keçirmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə və Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Adına açılmış kartdan tanımadığı şəxs tərəfindən 300 manat pulu elektron vasilərdən istifadə edilməkdə ələ keçirilmiş və baş vermiş oğurluq nəticəsində ona həmin məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Şahid1 dayısıdır. 2019-cu ilin noyabr ayının əvvəllərində öz adına xxxxdan «Bir kart» kartı götürmüş, həmin kartdan pul çıxarılması, eyni zamanda alış veriş etmək üçün kartı dayı Şafiqə vermişdir. Həmin kartdan istifadə olunduqca, eyni zamanda alış-veriş edildikdə məbləğ və kartın balansı barədə onun telefonuma mesaj gəlmişdir. Sonuncu dəfə kartdan 450 manat pul çıxarıldıqda dayısı Şafiqə zəng vurmuş və bu barədə məlumatlı olub-olmaması ilə bağlı maraqlanmışdır. Dayısı Şafiq isə kartdan hər hansı əməliyyat etmədiyini ona bildirmiş, belə olduqda o, xxxxın Gənclik filialına yaxınlaşmış, orada kartdan pul çıxarılmadığını bildirmişlər. Kartın balansında 900 manat pul olsa da, həmin balansdan 450 manat pul dayısı tərəfindən çıxarıldığı bildirilmiş, lakin dayısı tərəfindən kartdan qalan 450 manat pul çıxarılmamışdır. Bundan sonra X6 ofisindən ona zəng gəlmiş və ofisə dəvət olunmuş, orada onun adına olan, lakin dayısının istifadəsində olmuş xxxxa məxsus kartdan «Online» vasitəsi ilə 450 manat pul çıxarılması barədə məlumat almışdır. Baş vermiş oğurluq nəticəsində ona 450 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə saat 17 radələrində təqaüd kartından Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 50 saylı “xxxx”ın bankomatında 815 manat pul çıxarmış, bundan sonra sonra mobil nömrəsinə SMS gəlmiş, SMS-də təqaüd kartından 603 manat pul alacağı göstərilmişdir. xx xxxx 2019-cu il tarixdə “xxxx”a müraciət etmiş, bankdan ona bildirilmişdir ki, xx xxxx 2019-cu il tarixdə 17 radələrində təqaüd kartından avans olaraq 200 manat pul götürmüş, banka təqaüd kartından pul götürmədiyini demiş, sonra xatırlamışdır ki, kartdan pulunu çıxaran vaxtı yanında dayanmış əvvəllər tanımadığı cavan oğlan bankomatdan onun təqaüd kartından 200 manat pul çıxarmışdır. Bundan sonra mən DİN-nin 102 Xidmətinə zəng edərək məlumat vermiş və Nəsimi RPİ-nin 19-cu PŞ-nə ərizə ilə müraciət etmişdir. Əlavə olaraq göstərmişdir ki, təqaüd kartından 200 manat pul çıxarılmış, 12 manat pul isə bankdan faiz tutulmuşdur. Sonradan ona məlum olmuşdur ki, xx xxxx 2019-cu il tarixdə Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 50 saylı “xxxx”ın bankomatında təqaüd kartından pul çıxararkən adını sonradan bildiyi Təqsirləndirilən şəxs onun yanında dayanmış, o, kartı bankomata salıb şifrəni yığdıqdan sonra ekrana avans reklamı gəlmiş, həmin şəxs bankomatın ekranına əli ilə basmış, sonra həmin şəxsə etiraz olaraq kənarda durmağı bankomata müdaxilə etməməyi bildirmişdir. Həmin şəxs daha bankomata müdaxilə etməmiş, sonra ekrana onun təqaüd kartında olan 815 manat məbləğ görsənmiş, o, 815 rəqəmlərini yığıb «enter» düyməsini basmış, sonra kartı bankomatdan çıxmış və kartini, həmçinin bankomatdan çıxan 815 manat təqaüd pulunu götürüb getmiş, həmin şəxsin sonradan pul götürməsini görməmişdir. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2005-ci ildə təqaüdə çıxmış və həmin vaxtdan etibarən təqaüd pulunu «xxxx»a məxsus bankomatlardan alır. 25 avqust 2019-cu il tarixdə təxminən saat 23:50 radələrində Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 50 ünvanında yerləşən xxxxa məxsus bankomatdan təqaüd pulunu çıxararkən ona məlum olmuşdur ki, təqaüd pulundan 224 manat pul naməlum şəxs tərəfindən çıxarılmışdır. Belə olduqda səhəri günü banka müraciət etmiş və pulunun kim tərəfindən çıxarılmasını öyrəndikdə məlum olmuşdur ki, xx xxxx 2019-cu il tarixdə təqaüd pulundan avans şəklində naməlum şəxs tərəfindən çıxarılmışdır. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 21:30 radələrində əmək haqqı kartından pulunu çıxarmaq üçün Abşeron rayonu, Masazır qəsəbəsi, «Şok» marketin yaxınlığında yerləşən «Araz» marketin qarşısında yerləşən bankomata getmiş, bankomata kartını salıb oradan 1180 manat əmək haqqımı çıxardıqdan sonra həmin vaxtı bankomatın yanında dayanmış tanımadığı 25 yaşlarında boyu təxminən 178 sm olan, qara rəngli saçı və saqqalı olan orta bədən quruluşlu, əynində boz rəngli gödəkçə, qara rəngli şalvarı olan naməlum şəxs ona bildirmişdir ki, «sən hər dəfə maaş çıxaranda, bildiriş gəlir, ayda sənin maaşından 2 manat pul çıxılır, istəyirsən, mən kod yazım, bunu dayandırım». O, həmin şəxsin dediklərini həqiqət kimi qəbul etmiş və onunla razılaşmış, sonra həmin şəxs bankomatda kod yazmış və əmək haqqı kartını çıxarıb getmiş, sonradan məlum olmuşdur ki, həmin şəxs onun kartından 200 manat avans pul çıxarmışdır. Buna görə də baş vermiş hadisə ilə bağlı polis ərizə ilə müraciət etmişdir. Əlavə olaraq göstərmişdir ki, baş vermiş oğurluq nəticəsində ona 200 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə qızı Şahid2 təqaüd kartını vermiş və bildirmişdir ki, kartından 50 manat pulu çıxarıb ona gətirsin. Həmin günü əvvəlcə saat 14:24 də istifadəmdə olan mobil telefona 50 manatı pulun çıxarılması barədə mesaj gəlmiş, ondan bir neçə saniyə sonra yenidən 200 manat çıxarılması barədə mesaj gəlmişdir. Dərhal istifadəsində olan mobil telefonla qızı Sevincin istifadəsində olan mobil telefona zəng etmiş və bildirmişdir ki, kartdan ümumilikdə 250 manat pul çıxarılıbdır. Qızı Sevinc ona bildirmişdir ki, kartdan cəmisi 50 manat çıxarıb, lakin bildirmişdir ki, həmin bankamatın qarşısında bir nəfər ondan kartı bankamata daxil etməyi və bankamatda olan qaraltını düzəltməyi bildirmiş, qızı Sevinc də kartı bankamata daxil etmiş, kodu özü yığmış, bundan sonra həmin şəxs bankamatın qarşısına keçərək güya qaraltını düzəltmiş, lakin əslində həmin şəxs avansdan 200 manat pul çıxarmış, Sevinc oradan uzaqlaşandan sonra, həmin 200 manat pulu götürüb getmişdir. Hadisə baş verən ərəfədə orada olmadığından həmin şəxsi görə bilməmişdir. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 14 radələrində özünə məxsus təqaüd kartını Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 50 saylı “xxxx”ın bankomatına keçirib pul çıxarmaq istədikdə 212 manat pulunun kartda əskik olduğunu görmüş, bankdan bu barədə maraqlandıqda məlum olmuşdur ki, kartından avans pul götürülmüşdür. Bundan sonra xxxxdan təqaüd kartının çıxarışını çıxarıb Nəsimi RPİ-nin 19-cu PŞ-nə gedərək ərizə ilə müraciət etmişdir. Əlavə olaraq göstərmişdir təqaüd kartnmdan 200 manat pul çıxarılmış, 12 manat pul isə bankdan faiz çıxmışdır. Belə ki, sonradan ona məlum olmuşdur ki, xx xxxx 2019-cu il tarixdə Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 50 saylı “xxxx”ın bankomatında təqaüd kartımdan pul çıxararkən adını sonradan bildiyi Təqsirləndirilən şəxs onun yanında dayanmış, o, kartı bankomata salıb şifrəni yığdıqdan sonra ekrana avans reklamı gəlmiş, gözü yaxşı görmədiyinə görə reklamı çətinliklə oxuyarkən yanında dayanmış əvvəllər tanımadığı Təqsirləndirilən şəxs bankomatın ekranına əli ilə basmış, bundan sonra ekrana onun təqaüd kartında olan 341 manat məbləğ görünmüş, 341 rəqəmlərini yığıb «enter» düyməsini basmış, sonra kartı bankomatdan çıxmış, kartını və bankomatdan çıxan 341 manat təqaüd pulunu götürüb getmiş, həmin şəxsin sonradan pul götürməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, istifadəsində olan «xxxx»a məxsus «Bir kart» kartı bacısı qızı Zərərçəkmiş şəxs4 adınadır. Həmin «Bir kart» kartının balansında 900 manat pul olmuş, həmin puldan 450 manat məbləğində hissəsini çıxarıb şəxsi ehtiyacları üçün xərcləmişdir. Qalan 450 manat isə kartın balansında qalmış, xx xxxxxx 2019-cu il tarixdə bacısı qızı Nurqiyyə ona zəng edib bildirmişdir ki, onun adına olan həmin kartdan gizli əməliyyat olunmuşdur, buna görə də ona banka yaxınlaşması bildirilmişdir. Bacısı qızı Nurqiyyəyə kartından Online vasitəsi ilə əməliyyat olunduğunu və balansmdan 450 manat pul çıxarıldığı bildirilmiş, Zərərçəkmiş şəxs4 ona bu barədə bildirdikdən sonra o da ərizə ilə Abşeron rayon polis idarəsinə müraciət etmişdir. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən xxxxın yaxınlığındakı bankomatdan pul çıxaran zaman bir nəfər tanımadığı şəxs ona yaxınlaşıb kartını baxmaq üçün ondan istəmiş, o da bir söz demədən kartı baxması üçün həmin şəxsə vermiş, həmin şəxs də kartı alib bir neçə saniyə həmin karta baxdıqdan sonra özünə qaytarmış, həmin tanımadığı şəxs ona yaxınlaşıb kartına baxdığı gün də kartdan əməliyyat olunmuş və hesabdan 450 manat pul çıxarılmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə atam Zərərçəkmiş şəxs1 təqaüd kartını ona verərək, bildirmişdir ki, ona məxsus olan plastik kartdan (**********158563) nömrəli 50 manat pul çıxarsın. O da həmin kartı götürüb Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində, «Bazarstore» mağazasının yaxınlığında yerləşən bankamata getmiş və atasına məxsus olan kartı bankamata daxil edərək 50 manat pulu oradan özü çıxarmış, o pulu çıxaran anda bankamatın ekranı qaralmışdır. Kartdan pulu çıxarıb getmək istədikdə, bir nəfər tanımadığı, təxminən 25-26 yaşında kişi, ona bildirmişdir ki, «kartınızı bankamata yenidən daxil edin, orada olan qaraltını ləğv edim». O da həmin şəxsin sözünə inanıb, atasına məxsus olan kartı yenidən bankamata daxil etmiş, kartın kodunu yığmış, həmin vaxt bankamatın ekranı qaraldığı üçün, bankamatın ekranında heç nə görməmiş və fikirləşmişdir ki, həmin şəxs qaraltını düzəldir. Bundan sonra, həmin şəxs kartı çıxarıb ona vermiş, o da həmin şəxsdən bu barədə maraqlandıqda sonuncu bankamaktda olan qaraltını düzəltdiyini ona bildirmişdir. O, kartı götürdükdən sonra oradan uzaqlaşmış, bir neçə dəqiqə sonra atası Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil telefonla ona zəng etmiş və bildirmişdir ki, kartdan 50 manatdan əlavə olaraq 200 manatda pul çıxarılmışdır. O, atasına yalnız 50 manat çıxardığını, lakin sonradan bankomatın qarşısında baş verənlər barədə danışmış, həmin vaxtı atası ona yenidən həmin yerə qayıtmasını və kartdan pul çıxarılıbçıxarılmadığını öyrənməsini bildirmiş, o, həmin yerə qayıtdıqda artıq həmin şəxs orada olmamış, o, kartı yenidən bankamata daxil etdikdə görmüşdür ki, balans yerindədir. Atası Musaya zəng edib balansın yerində olduğunu bildirmiş, atası isə həmin pulun balansdan deyil, avansdan çıxarıldığını bildirmiş, o bundan sornra başa düşmüşdür ki, kartı verdiyi şəxs onu aldadaraq atasına məxsus olan kartından 200 manat pulu avans kimi gizli çıxarmışdır. Bundan sonra polisə gəlmiş və ərizə ilə müraciət etmiş, atası isə 196 xidmətinə zəng etmiş və pulunun çıxarılması barədə əlavə məlumat almışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təqdim edilmiş bir ədəd CD diskə baxış keçirilmiş, diskdə 1 ədəd qovluq olduğu, CD diskinə köçürülmüş qovluqda olan görüntünün xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs6 Nəsimi rayonu, 5-ci mikrorayon, A.Məhərrəmov küçəsi 50 saylı “xxxx”ın bankomatından pul çıxarma anını fiksə etdiyi müyyən edilmişdir. Qeyd olunan qovluqdakı görüntüyə baxış zamanı Zərərçəkmiş şəxs6 xx xxxx 2019cu il tarixdə Nəsimi rayonu, 5-ci mikrorayon, A.Məhərrəmov küçəsi 50 saylı “xxxx”ın bankomatında təqaüd kartından pul çıxararkən Zərərçəkmiş şəxs6 ona əməliyyat aparılmasında bir nəfər şəxsin köməklik etdiyi, daha sonra Zərərçəkmiş şəxs6 bankomatdan uzaqlaşıb getdiyi anda həmin şəxsin bankomata yaxınlaşdığı və oradan çıxan pulu götürüb uzaqlaşdığı öz öz əksini tapmışdır. İş üzrə təqdim edilmiş bir ədəd CD diskə baxış keçirilmiş, diskdə 1 ədəd qovluq olduğu, CD diskinə köçürülmüş qovluqda olan görüntünün xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs5 Nəsimi rayonu, 5-ci mikrorayon, A.Məhərrəmov küçəsi 50 saylı “xxxx”ın bankomatından pul çıxarma anını fiksə etdiyi müyyən edilmişdir. Qeyd olunan qovluqdakı görüntüyə baxış zamanı Zərərçəkmiş şəxs5 xx xxxx 2019cu il tarixdə Nəsimi rayonu, 5-ci mikrorayon, A.Məhərrəmov küçəsi 50 saylı “xxxx”ın bankomatında təqaüd kartından pul çıxararkən bir nəfər şəxsin ona əməliyyat aparılmasında köməklik etdiyi, daha sonra Zərərçəkmiş şəxs5 bankomatdan uzaqlaşıb getdiyi anda həmin şəxsin bankomata yaxınlaşdığı və oradan çıxan pulu götürüb uzaqlaşdığı öz əksini tapmışdır. İş üzrə təqdim edilmiş bir ədəd CD diskə baxış keçirilmiş, diskdə 1 ədəd qovluq olduğu, CD diskinə köçürülmüş qovluqda olan görüntünün xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs7 Famil oğlunun Nəsimi rayonu, 5-ci mikrorayon, A.Məhərrəmov küçəsi 50 saylı “xxxx”ın bankomatından pul çıxarılma anını fiksə etdiyi müyyən edilmişdir. Qeyd olunan qovluqdakı görüntüyə baxış zamanı Zərərçəkmiş şəxs7 Famil oğlunun xx xxxx 2019-cu il tarixdə Nəsimi rayonu, 5-ci mikrorayon, A.Məhərrəmov küçəsi 50 saylı “xxxx”ın bankomatında təqaüd kartından pul çıxararkən Zərərçəkmiş şəxs7 ona əməliyyat aparılmasında bir nəfər şəxsin köməklik etdiyi, daha sonra Zərərçəkmiş şəxs7 bankomatdan uzaqlaşıb getdiyi anda həmin şəxsin bankomata yaxınlaşdığı və oradan çıxan pulu götürüb uzaqlaşdığı öz öz əksini tapmışdır. İş üzrə xx.xx.2020-ci il tarixdə saat 14:23:08 radələrindən saat 14:24:52 radələrindək olan müddət ərzində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən «Bazarstore» mağazasının yaxınlığındakı ərazidə “xxxx” ASC-nin bankomatda aparılmış əməliyyatın fotocədvəl formasında köçürüldüyü və xx.xx.2020-ci il tarixli məktubla istintaqa daxil olmuş bir ədəd CD diskinə baxış keçirilmiş, fotocədvəldə əks olunmuş fotoşəkil ardıcıllığına nəzər saldıqda müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə saat 14:23:08 dəqiqədə bir nəfər sifətində qoruyucu maska olan qız bankomata yaxınlaşaraq kartı daxil edib əməliyyat aparır, saat 14:23:31 dəqiqədə arxadan həmin qıza yaxınlaşan orta boylu oğlan həmin qıza əməliyyatın aparılmasında köməklik edir, qız bankomatda kodu yığıb saat 14:23:17 dəqiqədə üzərində 5 manatlıq əskinaz olan pulu bankomatdan götürür, saat 14:24:23 dəqiqədə kart yenidən bankomata daxil edilir, arxadan bankomatın qarşısında dayanmış qıza yaxınlaşan oğlan ekrana baxır, saat 14:24:34 dəqiqədə həmin oğlan bankomatda əməliyyat aparır, saat 14:24:48 dəqiqədə bankomatın qarşısında dayanmış qız kartı götürərək oradan uzaqlaşır, saat 14:24:52 dəqiqədə həmin oğlan yenidən bankomata yaxınlaşıb və bankomatdın çıxmış 100-lük əskinazları götürür, saat 14:24:03 dəqiqədə isə həmin oğlan bankomatdan çıxmış çeki götürür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Nəsimi rayonu, 5-ci mikrorayon, A.Məhərrəmov küçəsi 50 saylı “xxxx”ın bankomatında əmliyyatların qeydə alındığı üç ədəd CD diski və xx.xx.2020-ci il tarixdə saat 14:23:08 radələrindən saat 14:24:52 radələrindək olan müddət ərzində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən «Bazarstore» mağazasının yaxınlığındakı ərazidə “xxxx” ASC-nin bankomatda aparılmış əməliyyatın fotocədvəl formasında köçürüldüyü bir ədəd CD diski iş üzrə müddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq, dörd ədəd CD diski cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilmiş və Təqsirləndirilən şəxs təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 1 il müddətinə azadlıqdan məhrum etmə ilə əvəz edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1 -ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1 -ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 65.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, müstəsna hallar (CM-nin 62-ci maddəsi) olduqda məhkəmə CM-in 65.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydaların tətbiq edilməsi barədə qərarını hökmün təsviri-əsaslandırıcı hissəsində CPM-in 353.2-ci maddəsinə müvafiq surətdə əsaslandırmalıdır. Bu halda hökmün nəticəvi hissəsində yalnız CM-in 62ci maddəsinə istinad edilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 10.3-cü bəndində törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması tövsiyə olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halı, onun cinayət törətdikdən sonra davranışını, zərərçəkmiş şəxsin xahişini, onun ailəsinin həyat şəraitinə təsirini, göstərilən cinayətin ictimai təhlükəliyini əhəmiyyətli dərəcədə azaldan halları Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə əsasən müstəsna hal kimi qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs, CM-in 65.3-cü maddəsinə əsasən CM-in 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, təqsirləndirilən şəxs Cəlilov X3 Respublikası vətəndaşı olduğuna görə CMin 52-1.6-cı maddəsini əsasən ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilə bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri cəza müddətinin sonuna qədər dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış dörd ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, ibtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X1 göstərdiyi 60 saat hüquqi yardıma görə 360 manat məbləğində pul və eyni zamanda məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X2 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində CM-in 62-ci maddəsi tətbiq edilərək 11 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 ay 24 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq, 08 ay 06 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri cəza müddətinin sonuna qədər dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış dörd ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X1 göstərdiyi 60 saat hüquqi yardıma görə 360 manat məbləğində pul və eyni zamanda məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X2 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-70/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-70/2021
18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver