Məhkəmə qərarları › İş №1(012)-70/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-70/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-70/2023 24.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 və onun müdafiəçi Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X9 07 sentyabr 2017-ci ildə nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2018-ci ü tarixdə X6 və xx.xx.2020-ci il tarixdə X7 dünyaya gəlmişdir. 17 may 2022-ci il tarixdə ərizəylə ailə münasibətləri faktiki pozulmuş, onu yaşadığı evdən uzaqlaşdırıblar və hazırda ata evi olan ünvan 1 ünvaninda yaşayır. 17 may 2022-ci il tarixdən etibarən P.Həşimzadə ilə aralarında olan nikah münasibətləri faktiki olaraq pozulub və həmin günün sabahısı günü onu evdən uzaqlaşdırdırıb gətirib ata evinə düşürüb və hazırda ata evində yaşayır. 18 may 2022-ci il tarixdə əri onu evdən Şəkiyə gətirib düşürüb və onun evdə qalan əşyalarını telefonu daxil olmaqla götürməyə qoymayıb və hazırda telefonu istifadə etdiyim nömrə və s. hamısı əvvəllər qonşuları, dostları, tanışları heç biri ilə ünsiyyət qura bilmir. Törədilən cinayət əməlinin X4 tərəfindən törədilməsini təsdiq edən sübutlar aşağıdakılardır. Pünhan Həşimzadə "Watsapp" proqramı vasitəsi ilə onun nömrəsindən "Mayın 17 yoldaşıma xəyanətimin son günü. Tutuldum Yaşasın qehbelik" sözləri paylaşdığını anasının “watsapp"-ında görmüşdür. Bu barədə dərhal qaynanası Abşeron rayonu, Masazır ərazi dairəsi, Masazır kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X5 rəsmi adına olan və istifadəsində olan ***-***-**-** mobil nömrəsinə "Watsapp" proqramı vasitəsi ilə statusu silmələri barədə yalvarış xarakterli mesajlar yazıb onun adından bu statusun Pünhan Həşimzadə tərəfindən paylaşıldığı barədə soruşduğu zaman həmin paylaşımın oğlu Pünhan Həşimzadə tərəfindən paylaşıldığını, hazırda içkili olduğunu, telefonu anasından aldığını, Pünhanın həmin mesajı silməsinə müdaxilə edə bilmədiyini, onu qovduğunu bildirən mesajlar göndərərək həmin cinayət əməlinin X4 tərəfindən törədildiyini etiraf etmişdir. X4 "Watsapp" proqramı vasitəsi ilə onun nömrəsindən "Maym 17 yoldaşıma xəyanətimin son günü. Tutuldum Yaşasin qehbelik" sözləri paylaşdığı 050 *** ** ** saylı mobil nömrəni hazırda yenə də istifadə edir. Belə ki, xalam qızı ünvan 3 ünvanında yasayan X8 onun nömrəsinin Pünhanın istifadəsində olduğunu bilmədən 11 iyun 2022-ci il tarixdə ona yazdığnı zənn edərək ***-***-**-** saylı mobil nömrənin "watsapp" proqramına "salam necəsən can" mesajı yazmış, həmin nömrədən 29 iyun 2022-ci il tarixdə "Salam Məryəm, mənəm Pünhan" yazıları olan cavab gəlmiş, lakin həmin vaxtı əmimqızı artıq həmin telefonun Pünhan tərəfindən istifadə olunduğunu bildiyi üçün həmin nömrəni bloka ataraq, kontaktından çıxarmışdır. Bu mesaj da özlüyündə həmin nömrənin Pünhan Həşimzadə tərəfindən istifadə edildiyini təsdiq edir. Eyni zamanda qrup yoldaşlarından Şəfəqə onun açıq şəkillərini atan zaman Pünhan Həşimzadə ona mesaj yazaraq "Şəki torpağında məni heç kim pis tanımasın deyə boşayıram" sözlərini yazmışdır. Bu sözləri yazmaqda məqsədi kütləvi informasiya vasitələrindən biri olan onun qohum, tanış və yaxınlarının toplu halda gördüyü, əvvəllər istifadə etdiyim 050 *** ** ** saylı mobil nömrənin "watsapp" statusunda "Mayın 17 yoldasima xəyanətimin son günü. Tutuldum Yaşasin qehbelik" sözləri yazması və onun açıq şəkillərini göndərməklə onun şəxsiyyətinin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla yolu ilə cəmiyyətdə onun barəsində "pis qadın" obrazını yaratsın ki, heç kim onu boşamaq üçün onu qınamasın. X4 yuxarıda törətdiyi cinayət əməli mənim cəmiyyət içərisində nüfuzdan düşməyimə, şərəf və ləyaqətimin alçalmasına səbəb olmuşdur. İllərdir münasibət qurduğu insanlar cinayətkar Pünhan Həşimzadə və anası Vəfa Həkimzadə sayəsində ondan uzaqlaşıblar. Hesab edir ki, X1 və anası X5 törətdikləri cinayət əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddəsinin tərkibi var. X15 mənə məxsus olan 100 nəfərdən çox izləyicinin olduğu "watsapp" statusunda "qəhbəlik" sözünü yazmaqla guya həm ona bu sözü layiq görüb onu təhqir etmiş və onun o sözə layiq olduğunu düşünərək böhtan atmışdır. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, şikayətindən imtina etməsini nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 və onun müdafiəçisi vəkil X10 şikayət ərizəsinin dəlillərinə etiraz edib əsassız olduğundan məhkəmənin icraatına qəbul olunmasından imtina edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmiş, hazırda həmin şikayətindən imtina edir və şikayətindən imtinasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 314.2. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 43.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarılır: Beləliklə məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətindən imtina etdiyinə görə xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 300.5, 302.1.3, 314.2 və 43.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə X2 xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. Qərardan 20 gün müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar