Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-701/2024 02.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1992-ci ildə Şamaxı rayonu, Astraxanovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, Şamaxı rayonu, Qızmeydan kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına audio və video yazı aparılmaqla açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 mart 2024-cü il tarixdə saat 18 radələrində qayınatası Şahid məxsus ünvan 2 ünvanında faktiki olaraq ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 1 ünvanına sahiblik hüququ ilə bağlı arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış fikir ayrılığı ilə əlaqədar aralarında yaranmış mübahisə zamanı masanın üzərində olan xrustaldan olan qəndqabını əli ilə götürüb Zərərçəkmiş şəxs üzərinə hücum edərək sonuncunun özünü qorumaq üçün qarşıya verdiyi sol qolundan həmin qənd qabı ilə bir dəfə qəsdən vurmaqla ona sol said və mil-bilək oynağı nahiyyələrinin yumşaq toxumalarının əziyi, dərialtı hematoması ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs yekun protokol üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır, Aysel ilə 2013cü ildə ailə həyatı qurmuş, həmin vaxtdan rəsmi nigahda olmaqla 2 övladları vardır. Halhazırda yaşadıqları evi 2023-cü ildəözü almış, evin alınmasında Ayselin xalası 30.000 manat köməklik göstərmişdir. Son vaxtlar Aysel və ailəüzvləri onun həmin evdən çıxmasını tələb etmiş, evin Ayselin xalası Ziyafətə məxsus olduğunu bildirmişlər. xx.xx.2024-cü il tarixdə yaşadıqları evdə olan zaman yenə eyni mövzu ətrafında Aysellə aralarında mübahisə baş vermiş, Aysel azyaşlı uşaqlarında, götürüb valideyinlərigilə getmişdir. xx.xx.2024-cü il tarixdə Ayselin valideyinləri dayısını çağırtdığı üçün dayısı ilə birlikdə ora getmiş, Aysel votsap vasitəsi ilə ona “Sənin qəbirdə yatan atan ev alıb verib mənə sən orda qalırsan” səsli mesaj yollamış, onun bu sözü ona pis təsir etdiyi üçün iradını bildirmişdir. Aysel ona kobud cavab qaytardığı üçün əsəbiləşib masanın üzərində olan xrustal qəndqabı ilə bir dəfə qoluna zərbə vurmuş, sonra isə Ayselin valideyinləri onu evdən çıxartmış, oradan uzaqlaşıb getmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə hazırlıq iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həyat yoldaşıdır, onunla 2013-cü ildə ailə həyatı qurmuş, həmin vaxtdan rəsmi nigahda omaqla birgə nigahdan 2 övladı vardır. Son vaxtlar Elşən heç bir yerdə işləməmiş, ailəyə maddi köməklik göstərməmiş, heç bir səbəb olmadan evdə münaqişə yaratmışdır. Hazırda yaşadıqları Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksi, ev 97, 22 saylı mənzili xalası tərəfindən alınaraq ona hədiyyə edilmiş, Elşən isə boşandıqları halda həmin mənzildən onada pay ayrılacağını söyləmişdir. xx.xx.2024-cü il tarixdə yaşadıqları evdə Elşənlə ailədaxili münaqişə zəmnində mübahisə baş vermiş, mübahisəyə səbəb Elşənə evin xalası tərəfindən alındığı üçün ona pay düşməyəcəyini xatırlatmış, Elşən isə mübahisə edərək evin ona məxsus olduğunu iddia etmiş, bundan sonra azyaşlı uşaqları ilə birlikdə Masazır qəsəbəsində yaşayan atasının evinə getmişdir. xx.xx.2024-cü il tarixdə valideyinləri yaşadığı ünvanında olan zaman Elşən dayısı ilə ora gəlmiş, dayısı onları barışdırmağa çalışmış, Elşən yenidən evin xalası tərəfindən alınmadığını, yarı pulu özünün verdiyini söyləmiş, buna cavab olaraq Elşənə evin alınmasında onun valideyinlərinin heç bir maddi köməklik etmədiyini söyləmiş, bundan sonra Elşən üstünə gəlib mübahisə etməyə başlamış, masanın üzərində olan xrustal qəndqabını başına vurmaq istəmiş, qolunu qabağa verən zaman sol qoluna bir dəfə zərbə ilə vurmuş, sonra isə meyvə qabını ona tərəf atsada qab divara dəyib qırılmışdır. Yanında olan valideyinləri Elşəni sakitləşdirib evdən çıxartmış, Elşən oradan çıxıb getmiş, özü DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Elşənin ona atdığı qəndqabını 20 manata almış, bu gün ki, dəyərinin təxminən 10 manat məbləğində olmuş, həmin qəndqabını baş vermiş hadisədən sonra yığışdırıb zibilliyə, xatırlamadığı yerə tullamış, mübahisələri bir neçə dəqiqə davam etmiş, mübahisə vaxtı orada valideyinləri, xalası və Elşənin dayısı olmuş, Elşən qəndqabı ilə bir dəfə qolundan xəsarət yetirmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai isintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs həyat yoldaşıdır, onlar 2013-cü ildə ailə həyatı qurmuş, birgə nigahdan 2 övladları vardır. Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində yaşayırlar. Qızı Aysel xx.xx.2024-cü il tarixdəiki övladı ilə birlikdə onun yaşadığı evə gəlmiş, həyat yoldaşı ilə aralarında münaqişə olduğunu bildirmiş, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində evdə olan zaman Elşən dayısı ilə onun yaşadığı ünvana gəlmiş, bir qədər söhbət edəndən sonra Elşən qızı Aysel ilə mübahisə etməyə başlamış, Ayselin üstünə gedib masanın üzərində olan xrustal qəndqabı ilə onun qoluna zərbə vurmuş, sonra digər xrustal qabı ona tərəf atmış, qızı çəkildiyi üçün qab divara dəyib sınmışdır. Bundan sonra arvadı ilə birlikdə Elşəni sakitləşdirib evdən çıxartmış, sonra qızı bu barədə DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Mübahisə bir neçə dəqiqə davam etmiş, Elşən qızının sol qolundan bir dəfə xrustal qəndqabı ilə vurub xəsarət yetirmiş, qənqabının qırılması, yəni onlara dəymiş maddi ziyanla bağlı şikayət və tələbi yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası SN-nin “MTE və PAB"-nin Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 566 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – sol said və mil-bilək oynağı nahiyyələrinin yumşaq toxumalarının əziyi, dərialtı hematoması bərk küt əşyanın təsirindən müayinədən 5-7 gün əvvəl şüşə qənd qabı ilə vurulan zərbənin təsirindən əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı hazırlıq iclasında işin aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə aid olması, sadələşdirilmiş icraat materialı üzrə məhkəməyədək aparılmış araşdırma dövründə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmaması, iş üzrə icraatın dayandırılmasına səbəb olan halların olmaması, yekun protokolun prosessual formasına riayət edilməsi, məhkəməyədək icraatın hüquq pozuntularına yol verilmədən aparılması müəyyən edilmişdir. Lakin hazırlıq iclasında iş üzrə icraata xitam verilməsi üçün müvafiq əsaslar müəyyən edilmişdir. Belə ki, məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəyib onunla barışdığını göstərmiş, cinayət məsuliyyətindən azad edilməsini, barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, bu barədə ərizə vermişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödədiyini və barışdıqlarını göstərərək, təqsirləndirilən şəxsin barəsindəki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, işin məhkəmə baxışına təyin edilməsi üçün zərurət qalmamışdır, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır; 39.1 və 39.1.11 -ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir; 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs barışdıqları barədə məhkəməyə müraciət etmələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, cinayət qanununun tələbləri baxımından hazırlıq iclası mərhələsində Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iş üzrə aparılan təhqiqat zamanı təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməmişdir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmənın hazırlıq iclası zamanı mülki iddia verməmişdir, təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; iş üzrə maddi sübut yoxdur, məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 299, 300, 305 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş materialın icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-701/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-701/2024
02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver