Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-702/2023 20.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Şikayətverən şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1985-ci il tarixdə Qubadlı rayonu, Mahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Qubadlı rayonu, Mahmudlu kəndində anadan olan və qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, A.Şəmşir küçəsi, döngə 2, ev 26-da yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 07 iyul 2023-cü il tarixdə gecə saat 04 radələrində əvvəlcə yaşadığı ünvan 1 ünvanında arvadı X4 ilə sonuncunun ona başqa şəxslə mobil telefonla danışmasına görə irad bildirməsi səbəbindən, yəni aralarında yaranmış şəxsi münasibətlər zəmnində mübahisə edərək Zərərçəkmiş şəxs sifət, baş, bədən nahiyələrindən yumruqla ayaq, bel, bədən nahiyələrindən təpiklə qəsdən zərbələr vuraraq saçını yolmuş, həmin vaxtı Zərərçəkmiş şəxs ondan aralanaraq eyni ünvanda həyətdəki qonşu evdə yaşayan sonuncunun anası Şahid1 evinə qaçdığını görüb orada da, Zərərçəkmiş şəxs üzərinə hücum edərək həmin ünvanda sonuncunun başından yumruqla qəsdən zərbələr vuraraq saçından yolmaqla ümumilikdə Zərərçəkmiş şəxs başın sol təpə və ənsə nahiyələrinin dərialtı hematoması, sol bazu və dirsək oynağı nahiyələrinin yumuşaq toxumalarının əziyi, dərialtı hematoması, hər iki diz oynaqları nahiyələrinin sıyrıqları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü CM-in 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, X4 ilə 2013-cü ildə ailə həyatı qurmuş və birgə nikahlarından iki övladları var. Əvvələr münasibətləri normal olsa da, son bir aydır ki, Kəmalə ilə münasibətləri normal deyildir. xx.xx.2023-cü il tarixdə saat 04 radələrində yaşadığı evin həyətində işiylə bağlı vacib zəng gəlmiş və o iş yoldaşıyla mobil telefonla danışmağa başlamışdır. Bu zaman Kəmalə ona yaxınlaşaraq gecə vaxt kiminlə danışdığını soruşmuşdır. Kəmaləyə iş yoldaşıyla vacib olan məsələ ilə bağlı danışdığını bildirmişdir. Lakin Kəmalə ona inanamamış, onun qadınla danışdığını və ona xəyanət etdiyini fikirləşərək mobil telefonu ondan istəmiş və o, telefonu Kəmaləyə verməmiş və Kəmalə yüksəsk səslə həyətdə qışqırmağa başlamışdır. Bu zaman anası Müşkünaz onun səsinə öz yatdığı evdən çölə çıxaraq nə baş verdiyini soruşaraq onları evə çağırmışdır. Kəmalə ilə birikdə anasının evinə getmişlər. Kəmalə yenədə anasının yanında mobil telefonu istəmiş və telefonu Kəmaləyə vermədiyi üçün Kəmalə əl ataraq telefonu ondan almaq istəmişdir. Bundan əsbləşərək əlinin içi ilə Kəmalənin sol çiyin nahiyəsindən bir dəfə zərbə vurmuş və Kəmalə zərbənin təsirindən anasının qonaq otağında olan açılan oturacaq kreslonun üstünə yıxılmışdır. Həmin vaxt Kəmalənin çiyini kresonun taxta hissəinə dəymişdir. Bu zaman anası Müşkünaz və qardaşı Rüstəm onları aralaşdırmış və onu çölə çıxartmaq istəyərkən əsəbləşərək Kəmləyə təpik atmışdır. Həddindən artıq əsəbi olduğu üçün təpiyin ona dəyib dəymədiyini xatırlamır. Səhər saatlarında yuxudan oyananada bilmişdir ki, Kəmalə təcili tibbi yardıma zəng etmiş və yaşadığı ünvana dəvət etdikdən sonra Təcili Tibbi yardım avtomobili ilə xəstəxanaya getmişdir. Mübahisə təxminən 10-15 dəqiqə davam etmişdir, Həmin vaxt yanlarında qardaşı Rüstəm və anası Müşkünaz olmuşdur. Hazırda törətdiyi əməldən peşmandır və Zərərçəkmiş şəxs ilə barışmışdır. Məhkəməyə ərizə təqdim edərək, törətdiyi əməldən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, Zərərçəkmiş şəxs ilə barışdığını və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2013-cü ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından iki övladı var. Rəşadla son vaxtlar münasibətləri pozulmuşdur. Belə ki, Rəşad spirtli içki aludəçisidir. Dəflərlə spirtli içkinin təsiri altında onunla münaqişə yaratmışdır. xx.xx.2023cü il tarixdə saat 04 radələrində evdə olarkən Rəşadın evin həyətində kiminləsə telefonla danışdığını eşidib həyətə çıxmışdır. Rəşaddan sakit tərzdə gecə vaxtı kiminlə danışdığını soruşmuşdur. Rəşad isə ona “sənə heç bir aidiyyəti yoxdur” deyə cavab verib, onu nalayiq söyüşlərlə təhqir etmiş, yumruqla sol qol nahiyyəsindən, təpiklə ayaq nahiyyəsindən bel nahiyyəsindən zərbələr vurmuş və o yerə yıxılmışdır. Sonra isə təpiklə baş nahiyəsindən bir neçə dəfə zərbələr vurub, saçını yolmuşdur. Rəşadın əlindən çıxaraq eyni həyətdə yanaşı evdə yaşayan qayınanası Müşkünazın yaşadığı evə qaçmışdır. Qaynı Rüstəm və qayınanası Müşkünaz onu Rəşadın əlindən almaq istəsələrdə, Rəşad yenidən onların yanında onun saçını yolmuş və başına yumruqla zərbələr vurmuşdur. Bir müddət huşunu itirmiş, bir qədər sonra özünə gəlib öz yaşadığı evə keçmişdir. Saat 06 radələrində bədənində ağrıları olduğundan Təcli tibi yardıma zəng etmiş və Təcili Tibbi yardım avtomobili onu Abşeron rayon Mərkəzi xəstəxanasına aparmışdır. Rəşadla aralarında olan mübahisə 10-15 dəqiqə davam etmişdir. Rəşad yaşadıqları evin həyətində onu döyərkən yanlarında heç kim olmamışdır. Lakin qayınasının evində qaynanası Müşkünaz və qaynı Rüstəmin yanlarında olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə ərizə təqdim edərək əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə bağlı şikayətini geri götürdüyünü və hazırda ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icaata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X4 onun gəlinidir. 06 iyul 2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 04 radələrində yaşadığı evin həyətində Rəşadla Kəmalənin səslərini eşidib, dərhal çölə çıxıb onları içəri çağırmışdır. Onlar mübahisələrini davam edərək bir-birlərinə əl-qol atmağa başlamışlar. Kəmalə Rəşadın əlində olan mobil telefonu almaq istəmiş, Rəşad da telefonu verməyərək onun çiyin nahiyəsindən əli ilə vurmuşdur. Kəmalə də aldığı zərbədən kreslonun üzərinə yıxılaraq qolunu zədələmişdir. Həmin vaxt oğlu Rüstəm yuxudan oyanmış və onları ayırmağa çaışmışdır. Rəşad yenidən təpiklə Kəmaləni vurmaq istəmişdir. Ona təpik atasa da, təpik Kəmaləyə dəyməmişdir. Rəşadın həddindən artıq əsəbi olduğunu görüb Kəmaləni öz yataq otağına keçirib qapını bağlamışdır. Səhər saatlarında ona məlum olmuşdur ki, Kəmalə özünü pis hiss etdiyi üçün təcili yardım çağırmış və xəstəxanaya getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü i il tarixli qərardan görünür ki, faktla bağlı toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində CM-in 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat işi açılmışdır. xx.xx.2023-cü il tarixli, 1384 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 rəyindən görünür ki, 1984-cü il təvəllüdlü X3 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-başın sol təpə və ənsə nahiyələrinin dərialtı hematoması, sol bazu və dirsək oynağı nahiyələrinin yumuşaq toxumalarının əziyi, dərialtı hematoması, hər iki diz oynaqları nahiyələrinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl törənmişdirlər, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixinə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən yumruq və təpiklə vurulan zərbənin təsirindən əmələ gələ bilərdilər. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Abşeron rayon İHB-nın 5 saylı MTİİTS-si tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materilaı üzrə əməli törətmiş şəxsə qarşı irəli sürülmüş və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, ekspertiza rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs ilə barışmışdır və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 20 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin, iş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Məhəbbər oğluna 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-702/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-702/2023
20.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver