Məhkəmə qərarları › İş №1(012)-703/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-703/2023

13.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-703/2023 13.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxx 1980-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Sumqayıt şəhəri, 10-cu mkr, ev 40, mənzil 46-da qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsi, Üzümçülük massivi, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 iyun 2023-cü il tarixdə saat 20 radələrində qonşusu X4 yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük massivi fərdi yaşayış evinin qarşısında tam araşdırmadan sonuncuya həmin günü bir az əvvəl azyaşlı övladı X11 oğlu və X2 vurması ilə bağlı irad bildirməsi səbəbindən, yəni şəxsi münasibətlər zəmnində aralarında yaranmış narazılıq üstündə mübahisə edərək Səbuhi Qəhramovun üzərinə hücum edib onun sifət nahiyəsindən başı ilə bir dəfə qəsdən «kəllə» zərbəsi vuraraq ona burun sümüyünün yerdəyişməyən sınığı ilə müşahidə olunan burun nahiyyəsinin qançırı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirərək Səbuhi Qəhramanovun sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 20:00 radələrində oğlu Ruslan və qohumu Mehdi yaşadıqlaı evə gələrək qonşuluqda yaşayan Səbuhinin onları döydüyünü bildirmişdir. Bacısı Səbinə bu zaman hirslənərək onun ünvanına getmək istədikdə onu sakitləşdirib məsələni öyrənməyə çalışmışdır. Sonradan o və bacısı Səbinə Səbuhinin yaşadığı ünvana getmişlər. O, Səbuhini çölə çağırdıqda Səbuhinin adını bilmədiyi arvadı onun qarşısına çıxmış və ondan Səbuhini çağırmasını istəmişdir. Səbuhi ilə söhbət etdikdə onların və onun qohumlarımın yüksək səslə danışmasını görüb Səbuhini kənara çəkib onunla söhbət etmək istəmişdir. Bundan sonra, Səbuhinin arvadı uzaqdan onu səsləyərək və qışqıraraq əri Səbuhini döyməyə apardığını demişdir. Səbuhiyə “evin kişisi sənsən,yoxsa arvadın” dedikdə, Səbuhi onu təhqir etməyə başlamışdır. O, Səbuhidən uşaqları nə üçün döymüsən üzr istə dedikdə, Səbuhi yaxşı etdiyini və üzr istəməyəcəyini bildirmişdir. Həmin vax o, anidən Səbuhini özünə tərəf çəkdikdə onun baş (kəllə) nahiyəsi Səbuhinin sifət nahiyəsinə dəymişdir. Səbuhi yerə yıxıldıqdan sonra ona hədə qorxu gəlmişdir. Səbuhi onun oğlu Ruslanı və bacısı oğlu Mehdini döydüyünə görə aralarında mübahisə yaranmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs özünü CM-nin 128-ci maddəsində təqsirli bilməməsi məzmununda ifadə verməsi özünü müdafiə xarakterlidir, cinayət məsuliyyətinə cəlb olunmaq və cəza çəkməkdən boyun qaçırmaq məqsədi ilə edilmişdir. Onun törətdiyi cinayət əməli cinayət işi üzrə toplanmış dəlillərlə tam sübuta yetirilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Tofiqi uzun müddətdir tanıyır. Aralarında heç vaxt mübahisə olmamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 20:00 radələrində oğlu Sədi yaşadığı ünvana gələrək qonşuluqda yaşayan adını bilmədiyi uşağın onu narahat etdiyini demişdir. Həmin uşaqdan nə üçün belə hərəkət etdiyini soruşduqda, adını bilmədiyi uşaq onun içəri girməsini demişdir. Uşağın danışığına dözə bilməyib onun qolundan tutub evə getməsini bildirmişdir. Sonradan yaşadığı evin həyətində iş görən zaman qonşuluqda yaşayan Təqsirləndirilən şəxs qohumları ilə onun yaşadığı ünvana gələrək onu çölə çağırmışdır. Çölə çıxdıqda Tofiq ona nə üçün uşağını döydüyünü soruşmuşdur. Tofiqə uşağın ona verdiyi cavabı yəni, ona “evə gir” dediyini bildirdikdə, Tofiq ona uşaq deyirsə girməlisən deyə cavab vermişdir. Tofiqə onun uşağının sənə “içəri gir” desə sən içəri girərdinmi dedikdə, Tofiq anidən onun üz nahiyəsindən kəllə ilə zərbə endirmişdir. Nə baş verdiyini bilmədiyindən ona qarşılıq verə bilməmişdir. Bundan sonra, DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermişdir. Hadisə təxminən 5 dəqiqə davam etmişdir və həmin vaxt orada qohumlardan başqa şəxslərin olmamşdır. Təqsirləndirilən şəxs onunla barışığa cəhd etməmiş, onunla barışmamışdır və hazırda ondan şikayətçidir. Məhkəmədən Təqsirləndirilən şəxs ilə barışmadığını və hazırda ondan şikayətçi olduğunu bildirərək onun barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli, 1283 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X13 rəyindən görünür ki, 1987-ci il təvəllüdlü X5 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət-burun sümüyünün yerdəyişməyən sınığı ilə müşahidə olunan burun nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissəsinin (əl, baş və.s) təsiridən əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sumqayıt şəhər İHB-nın 16 saylı MİS-si tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Sumqayıt şəhər İHB-nın 16 saylı MİS-si tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 10 mkr, ev 40, mənzil46-da qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsinin surətindən göünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü Ruslan adlı bir yetkinlik yaşına çatmayan uşağı var. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməli törətmiş şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə onu da qeyd edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal yoxdur. Məhkəmədə, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxs əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmamışdır və hazırda ondan şikayətçidir. Məhkəmə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü CM-nin 128-ci maddəsi ilə təqsirli hesab etməməsi barədə ifadəsini dinləyərək qeyd edir ki, məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan ifadələr, eləcə də, məhkəmə baxışının gedişatında zərəçəkmiş şəxs tərəfindən verilmiş ifadənin qarşılıqlı şəkildə tədqiqi, ibtidai istintaq zamanı keçirilmiş təhqiqat hərəkətlərinin protokolları belə qənaətə gəlməyə əsas verir ki, əməli törətmiş şəxs şəxs Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və əməli törətmiş şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxsin qeyd olunan hallara istinad edilməklə qurulmuş müdafiəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Saray qəsəbəsi, Üzümçülük massivi nömrəsiz fərdi yaşayş evini gecə saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-128-ci maddəsində nəzərdə tutulmuş əməldə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdrılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərində daimi yaşayış yeri olan Abşeron rayonu, Saray qəsəbəsi, Üzümçülük massivi nömrəsiz fərdi yaşayş evini gecə saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar