Məhkəmə qərarları › İş №1(012)-706/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-706/2024

23.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-706/2024 23.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 ilə mopedlərin icarəyə verilməsi və əldə olunan gəlirin 80 faiz miqdarını sonuncuya vermək barədə razılığa gəldikdən sonra Zərərçəkmiş şəxs1 verdiyi pulun qarşılığında moped alacağını vəd verərək aldadıb, bu məqsədlə 2022-ci ilin iyun ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində "Caspian Plaza"-nın arxa hissəsində yerləşən moped təmiri sexində 6000 manat və 30 iyun 2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, "Masazır dairəsi" deyilən ərazidə yerləşən körpünün yaxınlığında 16.400 manat olmaqla ümumilikdə vahid niyyətlə 22.400 manat pulunu alıb ələ keçirərək, vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 ilə mopedlərin icarəyə verilməsi və əldə olunan gəlirin 80 faiz miqdarını sonuncuya vermək barədə razılığa gəldikdən sonra Zərərçəkmiş şəxs2 verdiyi pulun qarşılığında moped alacağını vəd verərək aldadıb, bu məqsədlə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən "Caspian Plaza"-nin arxa hissəsində yerləşən moped təmiri sexində 3150 manat və 2022-ci ilin sentyabr ayının əvvələrində yaşadığı Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən "Araz" marketdə quraşdırılmış "Milli ön" ödəmə terminalı vasitəsi ilə onun adına olan 4169-7578-5480-9013 saylı bank kartına göndərdiyi 1000 manatı ümumilikdə 4150 manat pulunu vahid niyyətlə alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 ümumilikdə 4150 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 ilə mopedlərin icarəyə verilməsi və əldə olunan gəlirin 80 faiz miqdarını sonuncuya vermək barədə razılığa gəldikdən sonra Zərərçəkmiş şəxs3 verdiyi pulun qarşılığında moped alacağını vəd verərək aldadıb, bu məqsədlə xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Masazır dairəsi yaxınlığında yerləşən "MS" yanacaqdoldurma məntəqəsinin içərisində sonuncunun 1300 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs3 1300 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 ilə mopedlərin icarəyə verilməsi və əldə olunan gəlirin 80 faiz miqdarını sonuncuya vermək barədə razılığa gəldikdən sonra Zərərçəkmiş şəxs4 verdiyi pulun qarşılığında moped alacağını vəd verərək aldadıb, bu məqsədlə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən "Caspian Plaza"-nin arxa hissəsində yerləşən moped təmiri sexində sonuncunun 1100 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs4 1100 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 ilə mopedlərin icarəyə verilməsi və əldə olunan gəlirin 80 faiz miqdarını sonuncuya vermək barədə razılığa gəldikdən sonra Zərərçəkmiş şəxs5 verdiyi pulun qarşılığında moped alacağını vəd verərək aldadıb, bu məqsədlə Zərərçəkmiş şəxs5 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 3-ün qarşısında yerləşən "Al merketdə" quraşdırılmış "E-manat" ödəmə terminalından onun adına olan 4169-7578-5480-9013 saylı bank kartına göndərdiyi 1050 manat pulu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs5 1050 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, təxminən 2019-cu ildən, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "Caspian Plaza"nın arxasındakı sexdə mopedlərin icarəyə verilməsi və təmiri işi ilə məşğul olmuşdur. X4 ilə 2022-ci ilin may ayından mopedlərin icarə verilməsi biznesi ilə məşğul olmağa qərarlaşdırmış, Rüfət vasitəsi ilə Zərərçəkmiş şəxs1 ilə tanış olmuş, sonuncu 17-20 ədəd moped alıb icarəyə vermək üçün ona 22.400 manat miqdarında pul verməli olmuşdur. Zərərçəkmiş şəxs1lə razılığa gəldikdən sonra ümumilikdə dəyəri 22.400 manat pul olan moped alaraq işləməyə başlamışdır. O, mopedlərin 11 ədədini Bəhruza birlikdə qalan mopedləri isə tək almışdır. İşlər planladığı kimi getmədiyinə görə Bəhruzla danışdığı 80 faiz qazancı Bəhruza verə bilməmişdir. O, ilk dəfə əldə etdiyi qazancdan Bəhruza 1150 manat pul versə də aralarında müəyyən narazılıqlar yaranmış, sonuncu aldıqları mopedləri geri tələb etmiş mopedlərin bir hissəsini qaytarsada bəziləri təmirdə və icarədə olduğu üçün hamısını qaytara bilməmişdir. O, moped biznesinin gəlirli olduğunu bu məqsədlə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 ilə də eyni məzmunlu razılaşmalarının olduğunu bununla əlaqədar Zərərçəkmiş şəxs2 28 avqust 2022-ci il tarixdə həmin sexdə 3150 manat və bank kartına 1000 manat göndərməklə ümumilikdə 4150 manat, alaraq həmin vəsait hesabına moped alıb müxtəlif şəxslərə icarəyə vermişdir. Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs3 28 oktyabr 2022-ci il tarixdə Abşeron rayonu, Masazır dairəsi yaxınlığında yerləşən "MS" yanacaqdoldurma məntəqəsində 1300 manat, Zərərçəkmiş şəxs4dən 30 oktyabr 2022-ci il tarixdə "Caspian Plaza"-ın arxa hissəsində yerləşən moped təmiri sexində 1100 manat və Zərərçəkmiş şəxs5 1050 manat məbləğində pul almışdır. O, həmin aldığı pulların demək olar ki, hamısına moped alaraq icarəyə vermiş, lakin sonradan işlər yaxşı getmədiyindən və səhhətində yaranmış xəstəliklə əlaqədar həmin şəxslərə pul ödəyə bilməmiş, razılaşmalarına əməl edə bilməmişdir. Onun niyyəti zərərçəkmiş şəxsləri aldatmaq olmamış, sadəcə olaraq məqsədi mopedlərin icrasından gəlir əldə etmək olmuşdur. Hadisələr ondan asılı olmadan bu yerə gəlib çıxmışdır. Belə ki, mopedlərin bəzilərində nasazlıq yaranmış, işlər əvvəlki kimi getməmiş, icarələri almaqda çətinlik çəkmiş və nəticədə pul sahiblərinə, yəni zərərçəkmişlərə yalan demək məcburiyyətində qalmışdır. Sonda etdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməklə sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını, himayəsində yaşlı valideynin olmasını, uzun müddətdir ki, həbsdə olmasını və bundan ciddi nəticə çıxarmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, bildirimişdir ki, o, hadisədən əvvəl Təqsirləndirilən şəxs tanımamış, onunla hər hansı ədavəti olmamışdır. O, Təqsirləndirilən şəxslə tanış olduqdan sonra ondan mopedin hansı şərtlərlə icarəyə verilməsini öyrənmiş, Kamran isə onu inandırmışdır ki, bu iş gəlirlidir. Belə ki, bir mopeddən ayda 200 manat gəlir əldə etmək mümkündür həmin vəsaitin 150 manatını ona, 50 manatını isə özünə götürəcəkdir. O, da etibar edib həmin şərtlərlə razılaşmışdır. 2022-ci ilin avqust ayının sonlarında özünə məxsus avtomobili sataraq pul əldə etmiş və əlavə iş qurmaq üçün Kamranın dediyi moped icarəsinə pul yatırmaq fikrinə düşmüşdür. 28 avqust 2022-ci il tarixdə Kamranın işlədiyi Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "Caspian Plaza"-nin arxa hissəsində yerləşən moped təmiri sexinə gəlmiş və orada sonuncuya 3150 manat pul verərək, 3 ədəd işlənmiş moped alib icarəyə vermişdir. Kamran bir neçə gün sonra onunla telefon əlaqəsi saxlayıb ucuz qiymətə başqa bir moped tapdığını deyərək, ondan 1000 manat pul istəmişdir. 2022-ci ilin sentyabr ayının əvvəllərində yaşadığı Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən "Araz" marketdə quraşdırılmış "Million" ödəmə terminalından Kamrana 1000 manat məbləğində pul göndərərək, ümumilikdə 4150 manat pul vermişdir. Təxminən bir neça ay sonra Kamran ona aylıq ödənişləri hissə-hissə ödəməyə başlamış, lakin tam məbləği ödəyə bilməmiş, 2022-ci ilin oktyabr ayınadəkj cəmi 1400 manat pul ödəmişdir. Onun tanışları Səxavət, İlkin və Mahir adlı şəxslər moped icarəsi ilə məşğul olmasından xəbər tutduqda həmin işin şərtləri ilə maraqlanmış, o isə Kamran adlı şəxsə pul verərək, moped alib icarəyə verməklə qazanc əldə edə biləcəkləri barədə məlumat vermiş, əlavə olaraq həmin şəxsə pul verməsini, 3 ədəd moped almasını va həmin mopedlərdən aylıq qazanc əldə etdiyini bildirmişdir. Onun tanışları olan şəxslər həmin işlə maraqlanmağa başlamış, hətta birlikdə Kamranın işlədiyi moped təmiri sexinə getmişlər. Orada Təqsirləndirilən şəxslə həmin şəxsləri tanış etmiş, sonuncu işin şərtlərini həmin şəxslərə başa salmış, onlara həmin vədi verib, pul qazanacağı və nə qədər çox moped olarsa daha çox qazanc əldə edəcəyini bildirmişdir. O, Kamrana pul verib, aldığı mopedi icarəyə verǝrǝk, qazanc əldə etdiyi üçün həm o, həm də yanındakı şəxslər sonuncuya inanaraq, ayrı-ayrılıqda ona pul vermiş, nəticə olaraq o və tanışları aldadılmışdır. Kamran ona bir neçə dəfə pul göndərdikdən sonra qaçıb gizlənmiş, telefonlara cavab verməmiş, digər tanışlarına isə heç bir ödəniş etmədən, hər birinin ayrı-ayrılıqda pulunu alaraq ələ keçirmişdir. Hazırda o, notarial qaydada təsdiq olunmuş ərizəni məhkəməyə təqdim edərək, Təqsirləndirilən şəxs qarşı irəli sürmüş şikayətini geri götürərək, ona qarşı heç bir tələbinin olmamasını, gələcəkdə mülki iddia qaydada şikayət vermək hüququnu özündə saxlamasını bildirmişdir. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, bildirimişdir ki, o, hadisədən əvvəl Təqsirləndirilən şəxs tanımamış, onunla hər hansı ədavəti olmamışdır. O, Təqsirləndirilən şəxs adlı şəxslə 2022-ci ilin oktyabr ayında dostu Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanış olmuşdur. Belə ki, Şəhriyar ona Kamran adlı şəxsə pul verǝrǝk, moped alıb icarəyə verməklə qazanc əldə etməyi təklif etmiş, o, təkliflə razılaşmış, ümumi tanışları olan Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 ilə birlikdə iş qurub pul qazanmaq üçün şəxsin işlədiyi moped təmiri sexinə getmişlər. Onlar sexdə olan zaman Təqsirləndirilən şəxsla tanış olmuş, onlara həmin işin şərtləri barədə məlumat vermiş və hər mopedi aylıq 300 manata icarəyə verərək pul əldə edib, həmin pulun 200 manatını onlara yerdə qalan qazancın 100 manatını isə özünə götürəcəyini bildirmiş, lakin, həmin mopedin sonda icarə verdiyi şəxsdə qalmasını bildirmişdir. Onlar həmin şəxsin verdiyi vədlərə inanmış və ilk dəfə bir ədəd moped almaq, Kamranın dediklərinin doğruluğunu sınamaq və dediyi vədə əməl edib-etməməsini yoxlamaq üçün 02 noyabr 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Masazır dairəsinin yaxınlığında yerləşən "MS OİL" yanacaq doldurma məntəqəsində digər tanışlarının yanında sonuncuya 1300 manat pul vermiş, həmin şəxs həmin pulla işlənmiş moped alacağını və icarəyə verib pul qazanacağı vǝdi vermişdir. Kamran pulu alandan sonra bir nəfər şəxsi çağırıb, guya həmin mopedi almaq istədiyini bildirmiş və razılaşıb həmin şəxsdən 1300 manata mopedi almış, lakin həmin mopeddən hər hansı miqdarda ona pul verməmişdir. Onlar Kamran adlı şəxsdən mopedin icarəyə verilməsi ilə bağlı notarial qaydada müqavilə bağlanmasını tələb etmiş, lakin, sonuncu 5-6 ədəd moped alib icarǝyǝ verməyi yalnız bundan sonra həmin mopedlərə görə icarə müqaviləsi bağlayacağını bildirmiş, lakin o, deyilənlə razılaşmayaraq bir ədəd mopedin icarə müqaviləsini bağlanmasını, öz verdiyi sözə əməl etməsini əlavə olaraq aldığı mopedlərə görə də onunla icarə müqaviləsi bağlamasına təkid etmişdir. Kamran onun təklifinə razılaşmayaraq, yayınmağa va telefon zənglərinə cavab verməmǝyǝ başlamış və onu aldatmaqla pulunu ələ keçirmişdir. O, Kamranla bir qədər sərt danışıb, ya mopedlərini, ya da verdiyi pulu geri qaytarmasını tələb etsədə sonuncu yenid\m təkrar-təkrar vədlər verərək, hazlrki vaxrtadək müxtəlif yalanlarla onu aldatmışdır. Hazırda o, notarial qaydada təsdiq olunmuş ərizəni məhkəməyə təqdim edərək, Təqsirləndirilən şəxs qarşı irəli sürmüş şikayətini geri götürərək, ona qarşı heç bir tələbinin olmamasını, gələcəkdə mülki iddia qaydada şikayət vermək hüququnu özündə saxlamasını bildirmişdir. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, bildirimişdir ki, o, hadisədən əvvəl Təqsirləndirilən şəxs tanımamış, onunla hər hansı ədavəti olmamışdır. O, Təqsirləndirilən şəxs adlı şəxslə 2022-ci ilin may ayında dostu Rüfət Rzayevin vasitəsi ilə tanış olmuşdur. Belə ki, həmin şəxsi təsadüf əsasında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "Caspian Plaza"-nin arxa hissəsində yerləşən moped təmiri sexində görüb tanımışdır. Təqsirləndirilən şəxs həm sexin rəhbəri, həm də orada özünə məxsus olan mopedləri icarəyə verməklə məşğul olmuşdur. O, həmin ərəfələrdə yeni bir biznes fəaliyyəti ilə məşğul olmaq üçün Kamranla danışıb bir neçə moped icarəyə vermək istəmiş, sonuncu isə onunla razılaşıb bir yerdə işləmək istədiyini bildirmişdir. Həmin şəxsin moped təmiri sexi olduğunu, həm də moped icarəyə verməklə məşğul olduğunu düşünüb onunla şərikli iş qurmaq qərarına gəlmiş, Kamran ilə danışıb birinci dəfə üçün ümumilikdə 20 ədəd moped almağı, həmin mopedlərdən əldə olunan qazancın 80 faizini ona verilməsini, yerdə qalan qazancın 20 faizini isə sonuncuya verəcəyinə razılaşmışdılar. Kamran bunun müqabilinda ondan ilk dəfə 2022-ci ilin iyun ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, ərazisində yerləşən sexində ondan 6000 manat pul alaraq bir neçə ədəd moped alacağını demiş, həmin günün sabahı 3 ədəd moped alaraq ona göstərmiş və əlavə olaraq moped tapacağı halda ona xəbər verəcəyini bildirmişdir. Təxminən bir neçə gün sonra əlavə 5 ədəd də moped tapdığını deyərək, həmin mopedlərin alınması üçün ondan pul istəmiş, o, isə Kamrana inanaraq, 30 iyun 2022-ci il tarixda Abşeron rayonu, Masazır qəsəbəsi, "Masazır dairəsi" adlanan ərazidə körpünün yaxınlığında 16,400 manat da pul vermişdir. Həmin şəxs pulu aldıqdan sonra yerdə qalan 17 adǝd mopedi alacağını ona bildirmişdir. Bir neçə gün sonra isə əlavə 5 ədəd də moped aldığını deyib, ümumilikdə 8 ədəd moped aldığını bildirmişdir. O isə Kamranla mopeddən əldə etdiyi qazancı hər ayın axırı alacağını düşünüb, onunla bir müddət əlaqə saxlamamış, ayın sonunda isə razılaşdığı formada əldə olunan qazancın 80 faizini istədikdə cəmi ona 1000 manat pul vermişdir. Daha sonra Kamrandan digər aldığı mopedləri ona göstərməsini istədikdə, hər dəfə müxtəlif bəhanələr gətirmiş, mopedlərin icarədə olduğunu ona deyərək, əlavə olaraq aldığı mopedləri ona göstərməmişdir. O, Kamrandan bir qədər sərt danışıb mopedlərini ona göstərməsini istədikdə sonuncu onun verdiyi əlavə 16.400 manata moped almadığını, verdiyi pulu öz borclarına verdiyini ona bildirmişdir. O, həmin şəxsin onu aldatmasını düşünmüş, aldığı 8 adad mopedi geri istəmiş, Kamran həmin mopedləri ona qaytarmış, pulu isə tezliklə geri ödəyəcəyinə söz vermişdir. Kamran onun verdiyi pulu qaytarmadığından DİN-nin elektron ünvanına şikayət ünvanlamışdır. Hazırda o, notarial qaydada təsdiq olunmuş ərizəni məhkəməyə təqdim edərək, Təqsirləndirilən şəxs qarşı irəli sürmüş şikayətini geri götürərək, ona qarşı heç bir tələbinin olmamasını, gələcəkdə mülki iddia qaydada şikayət vermək hüququnu özündə saxlamasını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Fatmayı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, bina 54, manzil 43-də ailǝsi ilə birlikdə yaşayır, Fərdi olaraq İnova constraction MMC-də sifarişlər üzrə mütəxəssis vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı ədavəti olmamışdır. O, ilk dəfə həmin şəxsla 2022-ci ilin oktyabr ayında dostu Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanış olmuşdur. Şəhriyar bir nəfər şəxsin olmasını və həmin şəxsin moped alqı-satqısı və icarəsi ilə məşğul olmasını bildirmişdir. Şəhriyar ona pul qazanmaq üçün həmin şəxsə pul verərək, moped alıb icarəyə verməklə qazanc əldə etməyi təklif etmişdir. Hətta həmin şəxsə 3000 manat pul verdiyini, həmin şəxsin 3000 manat pulun qarşılığında 3 ədəd moped almasını və həmin mopedlardan aylıq qazanc əldə etdiyini bildirmişdir. O, ortaq tanışları olan Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 ila birlikda həmin təkliflə razılaşmışdılar. İş qurub pul qazanmaq üçün Şəhriyarın dediyi şəxsin işlədiyi Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "Caspian Plaza"-nın arxa hissəsində yerləşən moped təmiri sexinə getmişdilər. Orada Təqsirləndirilən şəxslə tanış olmuşdular. Kamran moped işi və təmiri ilə məşğul olduğunu onlara bildirmişdir. Pul qazanmaq üçün onlara moped alıb verməyi, Kamran da har mopedi aylıq 300 manata icarəyə verərək pul ǝəldə edib, həmin pulun 200 manatını onlara yerdə qalan qazancın 100 manatını isə özünə götürəcəyini bildirmişdir. Lakin, homin mopedi icarə verdiyi x sonda qalmaq şərti ilə verəcəyini onlara bildirmişdir. Kamran onlara həmin vədi verib, pul qazanacağı va na qadar çox moped olarsa daha çox qazanc əldə edəcəyini bildirmişdir. Onlar dördü də həmin şəxsin verdiyi vədlərə inanmışdılar. X5 pul verib qazanc əldə etdiyi üçün Şəhriyarı sözü ilə Kamrana inanmışdılar. O, Kamranla razılaşıb, ilk dəfə bir ədəd moped almaq, Kamranı sınamaq və Kamranın dediyi vada amal edib-etməməsini yoxlamaq üçün 05 noyabr 2022-ci il tarixda Kamranınişlədiyi Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "Caspian Plaza"-nın arxa hissəsində yerləşən moped tamiri sexində 1100 manat pul vermişdir. Kamran həmin pula işlənmiş moped alacağını və icarəyə verib pul qazanacağı vodi vermişdir. Həmin vaxtı yanında adlarımı qeyd etdiyi Mahir, İlkin və Şəhriyar adlı tanışları da olmuşdur. Kamran pulu alandan sonra guya Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində bir nəfər şəxsdən 1100 manata işlənmiş moped alacağını bildirmişdir. Onlar isa yol uzaq olduğu üçün Kamranla getməmişdilər. Səhəri günü həmin mopedi aldığını və Kamranın iş yerində olduğunu görmüş, mopedi aldıqdan sonra həmin mopeddən hər hansı miqdarda ona pul verməmişdir. Daha sonra Türkiya Respublikası getdiyi üçün aldığı mopedin icaraya verilməsi ilə bağlı notarial qaydada müqavilə bağlanmasını Kamrandan talab etmişdilər. Lakin, Kamran onlardan əlavə də 5-6 adad moped alib icarəyə verməyi tələb edib. bundan sonra ümumilikdə həmin mopedlərə görə icarə müqaviləsi bağlayacağını bildirmişdir. O isə ilkin verdiyi bir ədəd mopedin icarə müqaviləsini bağlanmasını, öz verdiyi sözə əməl etməsini əlavə olaraq aldığı mopedlərə görə də onunla icarə müqaviləsi bağlayacağını bildirmişdir. Kamran bununla razı olmayıb onlardan qaçmağa va telefon zənglərinə cavab verməməyə başlamışdır. O, bundan sonra bilmişdir ki, Kamran onlara yalan vəd verib onları aldatmış və onun pulunu ələ keçirmişdir. O, Kamrandan bir qədər sərt danışıb mopedlərini ona qaytarmasını ya da verdiyi pulu geri qaytarmasını tələb etmişdir. Lakin, Kamran onu aldadıb yalan vədlər verib pulunu qaytarcağını desə də hazıra qədər onun verdiyi pulu qaytarmamışdır. O da buna görə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə kollektiv ərizə yazıb göndərmişdilər. Zərərçəkmiş şəxs4 məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək, Təqsirləndirilən şəxs qarşı irəli sürmüş şikayətini geri götürərək, ona qarşı heç bir tələbinin olmamasını, gələcəkdə mülki iddia qaydada şikayət vermək hüququnu özündə saxlamasını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Cəlilabad şəhəri, Ərdəbil küçəsi, bina 8, mənzil 18-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzada küçəsi, bina 3, mənzil 360-da yaşayır. Azərsun Holdinq "xxxx" MMC-də anbardar vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı ədavəti olmamışdır. O, ilk dəfə həmin şəxslə 2022-ci ilin oktyabr ayında dostu Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanış olmuşdur. Şəhriyar bir nəfər şəxsin olmasını və həmin şəxsin moped alqı-satqısı və icarəsi ilə məşğul olmasını bildirmişdir. Kamran ona pul qazanmaq üçün həmin şəxsə pul verərək, moped alıb icarəyə verməklə qazanc əldə etməyini təklif etmişdir. Hətta həmin şəxsə 3000 manat pul verdiyini, 3000 manat pulun qarşılığında 3 ədəd moped almasını və həmin mopedlərdən aylıq qazanc alda etdiyini bildirmişdir. O, ortaq tanışları olan Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 ila birlikdə həmin təkliflə razılaşmışdılar. İş qurub pul qazanmaq üçün Şəhriyarın dediyi şəxsin işlədiyi Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "Caspian Plaza"-nın arxa hissəsində yerləşən moped tamiri sexinə getmişdilər. Orada Təqsirləndirilən şəxslə tanış olmuş, Kamran moped işi və təmiri ilə məşğul olduğunu onlara bildirmişdir. Pul qazanmaq üçün onlaraǝ moped alıb verməyi, Kamran da har mopedi aylıq 300 manata icarəyə verərək pul əldə edib, həmin pulun 200 manatını onlara yerda qalan qazancın 100 manatını isə özünə götürəcəyini bildirmişdir. Lakin, homin mopedi icara verdiyi şəxsə sonda qalmaq şərti ilə verəcəyini onlara bildirmişdi. Kamran onlara həmin vǝdi verib, pul qazanacağı və nə qədər çox moped olarsa daha çox qazanc əldə edəcəyini bildirmişdir. Onlar hər biri həmin şəxsin verdiyi vədlərə inanmışdır. X5 pul verib qazanc əldə etdiyi üçün Şəhriyarın sözü ilə Kamrana inanmışdır. O, Kamranla razılaşıb, ilk dəfə bir ədəd moped almaq, Kamranı sınamaq va Kamranın dediyi vedǝ əməl edib-etməməsini yoxlamaq üçün 02 noyabr 2022-ci il tarixdə yaşadığı binanın yaxınlığında yerləşən "Al Marketin" içərisində quraşdırılmış "E-Manat" ödəmə terminalı vasitəsi ilə 1050 manat pulu Kamranın ona göndərdiyi kart hesabına göndərmişdir. O, həmin pula işlənmiş moped alacağını və icarəyə verib pul qazanacağını vad vermişdir. Həmin qəbzin şəkli hazırda ondandır. İlkin və Səxavət Təqsirləndirilən şəxsa pul verən zaman yanlarında olmuşdur. Səhəri günü Kamran bir ədəd moped şəklini onun mobil telefonuna göndərib, guya həmin mopedi aldığını bildirmişdir. O, mopedi aldıqdan sonra həmin mopeddən hər hansı miqdarda ona pul verməmişdir. Daha sonra Səxavət Türkiya Respublikası getdiyi üçün aldığı mopedlərin icarəyə verilməsi ilə bağlı notarial qaydada müqavilə bağlanmasını Kamrandan tələb etmişdir. Lakin, Kamran onlardan əlavə də hər biri üçün 5-6 ədəd moped alıb icarəyə verməyini tələb edib. bundan sonra ümumilikdə həmin mopedlara görə icarə müqaviləsi bağlayacağını bildirmişdir. O isə ilkin verdiyi bir adǝd mopedin icarə müqaviləsini bağlanmasını, öz verdiyi sözə əməl etməsini əlavə olaraq aldığı mopedlərə görə də onunla icarə müqaviləsi bağlayacağını bildirmişdir. Kamran bununla razı olmayıb onlardan qaçmağa və telefon zənglərinə cavab verməməyə başlamışdır. Kamran yalandan onlara moped aldığını deyib, onların pullarını ələ keçirmişdir. O, bundan sonra Kamranın onlara yalan vəd verib aldatmasını və onun pulunu ələ keçirməsini bilmişdir. O, Kamrandan bir qədər sart danışıb mopedlərini ona qaytarmasını ya da verdiyi pulu geri qaytarmasını tələb etmişdir. Lakin, Kamran onu aldadıb yalan vədlər verib pulunu qaytarcağını desə da hazıra qədər onun verdiyi pulu qaytarmamışdır. O da buna görə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə kollektiv ərizə yazıb göndərmişdilər. Zərərçəkmiş şəxs5 məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək, Təqsirləndirilən şəxs qarşı irəli sürmüş şikayətini geri götürərək, ona qarşı heç bir tələbinin olmamasını, gələcəkdə mülki iddia qaydada şikayət vermək hüququnu özündə saxlamasını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Cinayət işinin başlanması, icraata qəbul edilməsi və zərərçəkmiş şəxs ” haqqında 21 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin tərkibi olduğundan həmin şəxs barəsində cinayət işi başlanaraq, icraata qəbul edilməklə istintaqı aparılmış, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır;

2. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 04 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilməsi qərara alınmşdır;

3. “Cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində axtarış elan olunması və iş üzrə icraatın dayandırılması” haqqında 04 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, tutularaq Abşeron RPİ-nin MSY-nə təqdim olunması qərara alınmışdır;

4. “Axtarışda olan şəxsin tutulması” haqqında 31 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Caspian Plaza” mərkəzinin yaxınlığında tutularaq, Abşeron RPİ-nə gətirilmişdir;

5. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi” haqqında 02 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət təmin edilməmiş, o, Abşeron RPİ-nin MSYdən azad edilməklə, barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir;

6. “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 26 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 maddi ziyan vurulduğu üçün o, zərərçəkmiş şəxs qismində tanınmışdır;

7. “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 26 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs4 maddi ziyan vurulduğu üçün o, zərərçəkmiş şəxs qismində tanınmışdır;

8. Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 27 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs5 maddi ziyan vurulduğu üçün o, zərərçəkmiş şəxs qismində tanınmışdır;

9. “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 27 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 maddi ziyan vurulduğu üçün o, zərərçəkmiş şəxs qismində tanınmışdır;

10. “Cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında 01 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələtinə tövsif edilmişdir;

11. “Cinayət işi üzrə təqsirləndirilən şəxsin yenidən ittiham elan edilməsi” haqqında 01 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham yenidən elan edilmişdir;

12. “Təqsirləndirilən şəxsə ittiham elan edilməsi üçün tutulması və barəsində axtarış elan edilməsi” 01 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir;

13. “Axtarışda olan şəxsin tutulması” haqqında 21 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 11:00 radələrində ünvan 2 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə gətirilmiş və Yasamal RPİ-nin MSY-nə təqdim olunmuşdur;

14. “Təqsirləmdirilən şəxsin MSY-dən azad edilməsi” haqqında 23 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Yasamal rayon Pİ-nin MSY-dən azad edilmişdir;

15. “Qətimkan tədbirinin şərtlərinin pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi” haqqında 01 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə tutulması və tutulduqdan sonra Abşeron RPİnin MSY-nə təhvil veriıməsi müəyyən edilmişdir;

16. “Axtarışda olan şəxsin tutulması” haqqında 11 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ünvan 4 ünvanının qarşısında saxlanılaraq polis idarəsinə gətirilmiş və MSY-nə təhvil verilmişdir;

17. Abşeron rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 4(012)-237/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin əvvəli 11 mart 2024-cü il tarixdən hesablanmaqla barəsində istintaq müddətinin sonunadək 01 (bir) ay 07 (yeddi) gün müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir;

18. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28 mart 2024-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır;

19. Abşeron rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 4(012)-330/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 (on beş) gün müddətinə olmaqla, yəni 03 may 2024-cü il tarixədək uzadılmışdır;

20. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təyin olunmuş müdafiəçinin iştirakı ilə ərizə verərək müdafiəçinin hüquqi yardımından imtina etdiyini öz hüquqlarını özünün müdafiə etmək istədiyini bildirmişdir.

21. Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdiyi 26 oktyabr 2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs qarşı irəli sürmüş şikayətini geri götürərək, ona qarşı heç bir tələbinin olmamasını, gələcəkdə mülki iddia qaydada şikayət vermək hüququnu özündə saxlamasını bildirmişdir;

22. Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi 26 oktyabr 2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs qarşı irəli sürmüş şikayətini geri götürərək, ona qarşı heç bir tələbinin olmamasını, gələcəkdə mülki iddia qaydada şikayət vermək hüququnu özündə saxlamasını bildirmişdir;

23. Zərərçəkmiş şəxs X2 məhkəməyə təqdim etdiyi 28 oktyabr 2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs qarşı irəli sürmüş şikayətini geri götürərək, ona qarşı heç bir tələbinin olmamasını, gələcəkdə mülki iddia qaydada şikayət vermək hüququnu özündə saxlamasını bildirmişdir;

24. Zərərçəkmiş şəxs5 məhkəməyə təqdim etdiyi 02 noyabr 2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs qarşı irəli sürmüş şikayətini geri götürərək, ona qarşı heç bir tələbinin olmamasını, gələcəkdə mülki iddia qaydada şikayət vermək hüququnu özündə saxlamasını bildirmişdir;

25. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi 18 noyabr 2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş şikayətini geri götürərək, ona qarşı heç bir tələbinin olmamasını, gələcəkdə mülki iddia qaydada şikayət vermək hüququnu özündə saxlamasını bildirmişdir.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs ittiham olunduğu maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi yuxarıda qeyd olunan Plenumunun Qərarında məhkəmələrin nəzərinə çatdırılır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə cinayət qanunvericliyinin təlbələrini, Ali Məhkəmənin Plenumunun tövsiyyələrini, habelə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və sonuncuların hazırda ondan heç bir şikayət və tələbinin olmamasını, bundan başqa himayəsində yaşlı anasının olmasını cəzanı yüngülləşdirən hal olaraq qiymətləndirərək, həmçinin ağırlaşdırıcı halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü ilə onun islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən Bakı şəhəri hüdudlarından kənara çıxmamaq, saat 23:00dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4.8-ci bəndində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 04 (dörd) gün və həbsdə olduğu 08 (səkkiz) ay 12 (on iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla, ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunaraq dərhal məhkəmə zalından həbsdən azad olunmalı, seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4ma və Zərərçəkmiş şəxs5 maddi ziyanın ödənilməsi ilə bağlı hökm qanuni qüvvəsini aldqıdan sonra təqsirləndirilən şəxsə qarşı mülki iddia qaldırmaq hüququnun olmaları izah edilsin. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 4 gün və həbsdə olduğu 08 (səkkiz) ay 12 (on iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən Bakı şəhəri hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin və cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4ma və Zərərçəkmiş şəxs5 maddi ziyanın ödənilməsi ilə bağlı hökm qanuni qüvvəsini aldqıdan sonra təqsirləndirilən şəxsə qarşı mülki iddia qaldırmaq hüququnun olmaları izah edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar