Məhkəmə qərarları › İş №1(012)-706/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-706/2025

07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-706/2025 07.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Şikayət vermiş şəxs: Zərərçəkmiş şəxs Cinayət qanunu ilə nəzərdə Təqsirləndirilən şəxs tutulmuş əməli törətmiş şəxs: iştirakı ilə xx xxxxxx 1982-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, “ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Yekun protokola əsasən Təqsirləndirilən şəxs 21 fevral 2025-ci il gecə saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “ünvan 4 ünvanda onun mobil telefonla başqa qadınla ünsiyyət saxlamasını görüb qısqanclıq zəmnində ona irad bildirən qeyrirəsmi ər-arvad münasibətində olduğu tanışı Zərərçəkmiş şəxs ilə aralarında həmin səbəbdən yaranmış narazılıq üstündə mübahisə etdikdə həmin mübahisə əsnasında əsəbiləşib əli ilə Zərərçəkmiş şəxs sağ əlindən tutub sonuncunun həmin əlini və barmağını qəsdən tutub sıxmaqla burub Zərərçəkmiş şəxs sağ əlin 1-ci daraq sümüyünün qapalı yerdəyişməyən sınığı ilə müşayiət olunan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, onun barəsində şikayət edən Zərərçəkmiş şəxs ilə təxminən 1 il olar ki, qeyrirəsmi nikah münasibətləri vardır. İlk zamanlar Səfiyyə ilə münasibətləri yaxşı olsa da, lakin son zamanlar sonuncu onu qısqandığı üçün aralarında sözlə mübahisələri yaranmışdır. Belə ki, 21 fevral 2025-ci il tarixdə gecə saatlarında Səfiyyə ilə birlikdə yaşadığı “Abşeron Gənclər şəhərciyi”ndə yerləşən mənzildə olarkən sonuncu onun mobil telefonunda başqa qadınla yazışmasını görmüş və aralarında mübahisə baş vermişdir. O, mübahisə zamanı əsəbiləşərək Səfiyyənin sağ əlindən tutaraq, qəsdən baş barmağını sıxmaqla, ona xəsarət yetirmişdir. Bundan sonra o, Səfiyyənin ağrıdığını görərək, dərhal onu Respublika xəstəxanasına aparmış, orada ilkin tibbi yardım edildikdən sonra yaşadığı evə buraxılmışdır. Baş vermiş mübahisə zamanı yaşadıqları mənzildə ikisindən başqa heç kim olmamış, Səfiyyə tərəfindən ona hər hansı formada xəsarət yetirilməmişdir. Sonda törətdiyi əməldən peşman olmasını, cinayət əməli nəticəsində dəymiş ziyanı tam ödəyərək, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, sonuncunun şikayətinin olmadığını bildirməklə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iş üzrə şikayət vermiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs ilə təxminən 1 il olar ki, qeyri-rəsmi ər-arvad münasibətində yaşamışlar. Səbuhi ilə ilk zamanlar münasibətləri normal olsa da, lakin son müddətlər Səbuhinin qısqanclığı səbəbindən tez-tez aralarında mübahisə baş vermişdir. 20 fevral 2025-ci il tarixdə, axşam saatlarında Səbuhi onun yaşadığı “Abşeron Gənclər Şəhərciyi” yerləşən mənzilinə gəlmiş və onlar söhbət etmişlər. Gecə yarısını keçdikdən sonra, yəni 21 fevral 2025-ci il tarixdə təxminən saat 03 radələrində Səbuhinin telefon vasitəsi ilə başqa qadınla yazışmasını gördükdə, etdiyi hərəkətlə bağlı iradını bildirmiş və ondan evdən getməsini tələb etmişdir. Bu hadisə nəticəsində onlar arasında mübahisə baş vermiş və Səbuhi onun sağ əlindən tutub baş barmağını qəsdən sıxmaqla, xəsarət yetirmişdir. O, yaranmış xəsarətlə bağlı ağrıdığından Səbuhi onu Bakı şəhərində yerləşən xəstəxanalardan birinə aparmış, ona qarşı ilkin tibbi yardım edildikdən sonra evə buraxılmışdır. O, Səbuhi barəsində ilk olaraq DİN-nin “102” xidmətinə mobil telefonla məlumat vermiş, daha sonra isə Abşeron rayon Polis İdarəsinə gələrək, şikayət ərizəsi yazmışdır. O, əlavə olaraq baş vermiş mübahisənin təxminən 5-10 dəqiqə Mehmanın yaşadığı evdə davam etməsini, həmin vaxt onların yanında heç kim olmadığını və sonuncuya qarşı hər hansı formada zor tətbiq etmədiyini bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyaın ödənilməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş  “Məhkəməyədək sadələşdirilmiş icraat açılması və icraata qəbul edilməsi barədə” 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılmış və araşdırılma aparılması üçün icraata götürülmüşdür;  “Zərərçəkmiş şəxs qismində tanınma” barədə 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.  Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin canlı şəxsin ekspertizasının 27 fevral 2025-ci il tarixli 383 nömrəli rəyindən görünür ki, 1977-ci il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni səthində aşkar edilmiş xəsarətlər – sağ əlin sağ əlin 1-ci daraq sümüyünün qapalı yerdəyişməyən sınığı küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olun müddətdə və müayinə olunan şəxsin göstərdiyi şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə qeyd olunan nahiyəyə kənar şəxsin bədən hissəsinin təsirindən yarana bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aiddir;  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 04 fevral 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək, 03 il nəqliyyat vasitələrini idarəetmə hüuququndan məhrum edilməklə, 04 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 17 dekanr 2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur;  Şikayət vermiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, aralarında barışıq əldə olduğundan sonuncunun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir;  Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini və sonuncunun ondan şikayətçi olmamasını bildirərək, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etdi. Beləliklə, aparılmış məhkəmə araşdırması zamanı toplanmış və tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxs ifadəsi, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, lakin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4- cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 300.1.7-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimaixüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxsin və şikayət vermiş şəxsin ifadələrini tədqiq edərək, iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxslə barışması ilə əlaqədar cinayət təqibinə xitam verilməsinə razılığını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxsin zərərçəkmiş şəxslə barışmasını və cinayət təqibinə xitam verilməsi barədə müraciətini, həmçinin əməli törətmiş şəxsin əvvəllər barəsində bu növ kateqoriyalı işlər üzrə icraata bəraətveici əsaslar olmadan xitam verilməsi barədə qərarın mövcud olmadığını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iş üzrə aparılan təhqiqat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxsin barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “qətimkan tədbiri” seçilməməsi nəzərə alınsın. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar