Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-707/2024 26.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Ş.İ.Xətai prospekti ev 40-da qeydiyyatda olan və Abşeron rayonu Novxanı kəndində fərdi evdə yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 20 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində Abşeron rayonu Masazır qəsəbəsi “Qurtuluş 93” ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil edilmiş 01 ədəd ağ kağıza bükülmüş çəkisi 6,870 qram olan şəxsi istehsalak miqdarından artıq miqdarda küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 30 manat müqabilində əldə edib Abşeron rayonu Masazır qəsəbəsi “Qurtuluş 93” qəsəbəsinə daşımış və üzərində saxlamış, 20 oktyabr 2023-cü il tarixdə saat 23:30-da Abşeron RPİ-nin Post Patrul bölüyünün əməkdaşları tərəfindən Abşeron rayonu Masazır qəsəbəsi “Qurtuluş 93” küçəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinib saxlanılaraq, Abşeron RPİ-nin inzibati binasına gətirilib orada 21 oktyabr 2023-cü il tarixdə saat 01:25-dən 01:33-dək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd boz rəngli gödəkçənin sağ yan cibindən həmin 6,870 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 11 yanvar 2024-cü il tarixdə axşam vaxtı Sumqayıt şəhəri Corat qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil edilmiş 01 ədəd şəffaf rəngli sellofana bükülmüş çəkisi 2,510 qram olan xeyli miqdarda küstar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəki 20 manat müqabilində əldə edib Abşeron rayonu, Novxanı qəsəbəsinə daşımış və üzərində saxlamış, 18 yanvar 2024-cü il tarixdə saat 20:15-də Abşeron RPİ-nin Saray polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Novxanı qəsəbəsi Duz gölü yaxınlığında küçədə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinib saxlanılaraq, Abşeron RPİ-nin Saray polis bölməsinə gətirilib orada həmin gün, saat 22:05-dən saat 22:12-dək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən həmin 2,510 qram çəkidə narkotik vasitə olan asetilə edilən tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşiman olduğunu, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 4-5 il olar ki, Abşeron rayonu Novxanı kəndində həmin kənd sakinlərindən birinin bağ evində fəhləçilik edərək həmin evin həyətindəki yardımçı tikilidə yaşayır. 20 oktyabr 2023-cü il tarixdə həyətdəki toyuqları və heyvanları yemləmək üçün köhnəlmiş çörək qalıqları toplanmaq məqsədi ilə Abşeron rayonu Masazır kəndi, “Qurtuluş-93” yaşayış kompleksinə gedib oradakı zibil qutularını axtarmağa başlamışdır. Həmin vaxt saat 21 radələrində Abşeron rayonu Masazır qəsəbəsi Qurtuluş 93-də tanımadığı şəxsdən 30 manat müqabilində narkotik vasitə olan qurudulmuş marixuana almışdır. Saat təxminən 00:10-da polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, ondan şübhələndiklərini bildirib, kimliyini və gecə vaxtı “Qurtuluş-93” yaşayış kompleksinə nə üçün gəldiyini soruşmuşlar. O da adını və soyadını dedikdən sonra köhnəlmiş çörək qalıqları toplamaq üçün gəldiyini söyləmişdir. Onlar da narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, birlikdə Abşeron rayon polis idarəsinə getməyini söyləmişlər. O da polis əməkdaşları ilə Abşeron RPİ-nə gəlmişdir. Xidməti otaqların birində üzərində videoçəkilişlə axtarış aparılacağını demiş, onun razılığıyla həmin otağa hüquqlarını müdafiə etmək üçün vəkil dəvət etmişlər və onun iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra ona üstümdə saxlanılması qadağan olunan əşya və predmet varsa təqdim etməyini təklif etmişlər. Üzərində bir büküm qurudulmuş marixuana olduğunu deyib, əynindəki gödəkçənin sağ yan cibində olan həmin bir ədəd kağız büküm qurudulmuş marixuananı çıxarıb polislərə təqdim etmiş və bükümün cibinə hansı yolla daxil olduğunu bilmədiyini bildirmişdir. Onun bu sözündən sonra polislər üzərində şəxsi axtarış aparmışlar. Lakin heç nə tapmayıb onlara təqdim etdiyi kağız bükümə baxış keçirmişlər və sonra həmin bükümdəki yaşıl rəngli kütləni zərfə qoyularaq möhürləyib götürmüşlər. Sonra bu barədə protokol tərtib etmişlər. O və polis əməkdaşları həmin zərfə və protokola imza etmişlər. Özünü müdafiə etmək məqsədilə çəkiliş zamanı elə demişdir. Həqiqətdə isə həmin qurudulmuş marixuana ona məxsusdur. Həmin qurudulmuş marixuananı xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Masazır qəsəbəsi Qurtuluş 93-dən tanımadığım şəxsdən özü istifadə etmək məqsədi ilə almışdır. Bundan başqa bildirmək istəyirəm ki, 11 yanvar 2024-cü il tarixdə axşam radələrində Sumqayıt şəhərində Corat qəsəbəsində tanımadığı şəxsdən 1 ədəd şəffaf rəngli selofanda olan bükümün içərisində narkotik vasitə olan tiryəki 20 manat pul müqabilində əldə edib, şalvarının sağ yan cibində öz şəxsi istifadəm üçün saxladım. xx.xx.2023-cü il tarixdə axşam saatlarında mən yaşadığım evdən çıxaraq Masazır qəsəbəsinə gedən zaman Abşeron rayonu Novxanı qəsəbəsində duz gölünün yaxınlığında olan zaman özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər ona yaxınlaşıb, onun narkotik maddə gəzdirməkdə şübhəli olduğunu bildirib saxlamışlar. O da həmin vaxt özünü polis əməkdaşlarına təqdim etmiş, üzərində narkotik vasitə olduğunu bildirmiş və polislər onu Abşeron rayon Polis İdarəsinə gətirmişlər. Polis İdarəsində ona xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Əvvəlcə ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra ərizəsi əsasında vəkil dəvət edilmişdir. Vəkili gəldikdən sonra polis əməkdaşları tərəfindən vəkil ilə onun arasında konfendensial görüş təmin edilmiş. Daha sonra videoçəkiliş ilə və müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Videoçəkiliş zamanı o da heç bir etirazının olmadığını bildirmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. O da əynindəki boz şalvarının sağ yan cibində olan 1 ədəd şəffaf selofanda bükülmüş tiryək bükümünü təqdim etmişdir. Həmin vaxt ona məxsus olan narkotik vasitə olan 1 ədəd şəffaf selofanda bükülmüş tiryək bükümü ağ kağız zərfə qoyulub, qablaşdırlaraq möhürlənib bağlanmışdır. Həmin qablaşdırılmış zərfi bununla əlaqədar tərtib olunmuş protokolu imzalamışdır. Həmin narkotik vasitəni 11 yanvar 2024-cü il tarixdə axşam radələrində Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata almışdır və öz şəxsi istifadəsi üçün daşımışdır. Həmin narkotik vasitəni heroin bildiyim üçün almışdır. Lakin sonra həmin sellofana baxan zaman həmin narkotik vasitənin tiryək olduğunu görmüşdür. Həm heroin həm də tiryək istifadə etdiyindən, öz düşüncəsində də həmin maddə heroin kimi qaldığından videoçəkiliş zamanı və ifadəsini verən zaman həmin maddənin heroin olduğunu bildirmişdir. Əslində isə həmin maddə tiryəkdir. İlkin ifadəsində və videoçəkiliş zamanı qeyd etdikləri deyil, hal hazırda verdiyi ifadəsinin düzgün olduğunu. polis əməkdaşları tərəfindən saxlanılan zaman və bölməyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Abşeron RPİ-nin Saray PB-nin inzibati binasında vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməzdən öncə polis əməkdaşları tərəfindən üzəri yoxlanılmamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, 21 oktyabr 2023-cü il tarixdə saat təxminən 00:10-da iş yoldaşı Şahid2 ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksində 47-68 çağrılı avtopatrulla xidmət apararkən sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiy şəxsin onları görən kimi dayandığı yerdən yayınmaq istədiyini görüb, ona yaxınlaşıb özlərini təqdim edib, anket məlumatlarını öyrəndikdən sonra onun narkotik maddə istifadəçisi olmasından şübhələndiklərini bildirib, üzərində şəxsi axtarış aparılması ilə bağlı onlarla birlikdə Abşeron RPİ-nə gəlməsini söyləmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla Abşeron RPİ-nə gəlmişdir. Onlar bu barədə raportla idarə rəhbərliyinə məruzə etdikdən sonra təhqiqatçı tərəfindən RPİ-nin xidməti otaqlarından birinə vəkil dəvət olunmuş və Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirləcəyi bildirilmişdir. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. O da üzərində bir büküm qurudulmuş marixuana olduğunu bildirib, əlini əynindəki gödəkçəsinin sağ yan cibinə salıb oradakı bir ədəd kağız bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra yenə onun üzərində şəxsi axtarış aparmışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra onlar videoçəkilişlə onun təqdim etdiyi bükümə baxış keçirmişlər. Baxış zamanı həmin bükümdə spesifik qoxuya malik yaşıl kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümün onun cibinə hansı yolla daxil olduğunu bilmir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülümüş bir büküm kütlə kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, o da protokolda yazılanların doğru olduğunu imzasıyla təsdiq etmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onun həmin narkotik vasitəni haradan, hansı məqsədlə əldə etməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin sahə polis nəfəri, polis serjantı Şahid4 ifadəsində göstərmişdir ki, 18 yanvar 2024-cü il tarixdə saat 20 radələrində Abşeron RPİ-nin Saray PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə Abşeron rayonu Novxanı qəsəbəsi Duz gölü yaxınlığında xidməti ərazidə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb, ona yaxınlaşaraq özlərini təqdim etmişlər və nəyə görə özünü şübhəli apardığını soruşduqda həmin şəxs narkotik vasitələrdən istifadə etdiyini və üzərində də narkotik vasitə olduğunu bildirmişdir. Bu səbəbdən də onu Abşeron RPİ-nin Saray PB-na dəvət etmişlər.Saray PB-da məlum oldu ki, həmin şəxs Abşeron rayonu Novxanı kənd sakini Təqsirləndirilən şəxsdur. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olundu. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olundu ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəməiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində heroinə bənzər kütlə çıxardıb təqdim etdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri- qanuni əşya və ya predmet aşkar olunmadı. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırıldı və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürüldü. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya predmet və maddə aşkar olunmadı. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Eşqin bildirdi ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki maddə narkotik vasitə olan heroindir. O, həmin narkotik vasitə olan heroini 1 həftə əvvəl yəni, 11 yanvar 2024-cü il tarixdə Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 25 manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Lakin daha sonra məhkəməkimyəvi ekspertiza rəyindən məlum olmuşdur ki, həmin narkotik vasitə heroin yox, asetile edilmiş tiryekdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, həmçinin istifadə etməsi barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Həmin şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşmışlar və onun üzərində narkotik vasitə olmasını bilmişik. ona qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Bu faktı özü və baxışda iştirak edən şəxslərin də təsdiq edə biləcəyini bildirmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, iş üzrə şahid Abşeron RPİ-nin Saray PB-nin sahə polis nəfəri, polis serjantı Şahid4 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nin polis nəfəri Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, iş üzrə şahid Abşeron RPİnin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 240270034 nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki azadlığı xx.xx.2024-cü il tarixdə saat 21:40-da məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 240270034 nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki azadlığı xx.xx.2024-cü il tarixdə saat 01:20-də məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi və birləşdirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, cinayət işi üzrə istintaq ********* nömrəsi altında davam etdirilmişdir. xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan büküm aşkar olunaraq götürülmüşdür. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış zamanı əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş içərisində yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2024-cü il tarixli, 6/362 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Tədqiqata təqdim edilmiş, üzərində “...(imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,510 qram maddə kütləsi küstar üsulla hazırlanmış narkotik vasitə - asetilə edilən tiryəkdir. Asetilə edilən tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Republikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına (Siyahı 1) daxildir”. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-7/1474 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 6,870 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Qurudulmuş marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Republikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına (Siyahı 1) daxildir”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 13 fevral 2024-cü il tarixli, 906 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarınn birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs faktiki azadlığı ********* nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə saat 21:40-da məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə saat 01:20-də məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 04 (dörd) gün müddətində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi üzrə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, ********* nömrəli cinayət işi üzrə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. İstintaq zamanı ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş və ekspertizadan sonra 6,820 qram qalmış narkotik vasitə olan qurudulmuş marixuana Abşeron rayon polis idarəsinin istintaq şöbəsinin baş müstəntiqi polis X6 tərəfindən maddi sübut qismində tanınaraq, saxlanılmasından ötrü Bakı şəhər, Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. İstintaq zamanı ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş və ekspertizadan sonra 2,410 qram asetilə edilən tiryək tərəfimdən maddi sübut qismində tanınaraq, saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan iki ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Məhkəmə baxışında tədqiq olunan və baxış keçirilən xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş çəkiliş diskinə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülü narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin ona məxsus olmadığını və haradan əldə etdiyini bilmədiyini bildirmişdir. Məhkəmə baxışında tədqiq olunan və baxış keçirilən xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş çəkiliş diskinə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünün içərisində narkotik vasitə olan heroinə bənzər kütləni 11 yanvar 2024-cü il tarixdə axşam vaxtı Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata almış və özü ilə Abşeron rayonu Novxanı kəndində daşımışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 317-1.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş, xx.xx.2012-ci il tarixdə həmin cinayət işinə CPM-nin 40.2.1-ci maddəsi ilə xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin təkrar törədilməsi cəzasını ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hal olmamasını,cəzanı ağırlaşdıran halın olması ilə yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını) təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini və özünün islah olunmasına təsirini nəzərə alır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu Novxanı kəndində fərdi evini axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra– CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, ********* nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək, ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmisi 4 (dörd) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından 08 gün çıxılmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 6,820 qram qalmış narkotik vasitə olan qurudulmuş marixuana və 2,410 qram asetilə edilən tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 180 (yüz səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin, cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 4 (dörd) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından cəmi 08 gün çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il, 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu Novxanı kəndində fərdi evini axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Abşeon RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,820 qram qalmış narkotik vasitə olan qurudulmuş marixuana və 2,410 qram asetilə edilən tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 180 (yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası CPM-nin Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası səlahiyyətləri daxilində Abşeron rayon Polis İdarəsinə, Sumqayıt şəhər Probasiya Şöbəsinə və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-707/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-707/2024
26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver