Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-707/2025 17.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Nəsibov Fərid Fərman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil X1 iştirakı ilə xx.xx.2001-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, Göygöl rayonu, Qızıl Qaya qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, X8 küçəsi ərazisində kirayədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr ayının ortalarında ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs6 ilə danışıb onu tanışı olan kişi müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürərək özü üçün 100 manat məbləğində tamah niyyəti ilə gəlir əldə etmək məqsədi ilə müvafiq olaraq 320 manat pul müqabilində cinsi əlaqədə olması barədə razılığını aldıqdan sonra, 2023-cü ilin sentyabr ayının ortalarından 2024-cü ilin iyun ayının ortalarınadək olan müddət ərzində Zərərçəkmiş şəxs6 təxminən 30 dəfə müxtəlif kişi müştərilərlə Bakı şəhəri ərazisində yeləşən müxtəlif otellərdə cinsi əlaqədə olmasını təşkil edərək fahişəliyə cəlb etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 2023-cü ilin sentyabr ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X8 küçəsi, "xxxx" MTK-da yaşayan Zərərçəkmiş şəxs4 ilə danışıb onu tanışı olan kişi müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürərək özü üçün 100 manat məbləğində tamah niyyəti ilə gəlir əldə etmək məqsədi ilə müvafiq olaraq 320 manat pul müqabilində cinsi əlaqədə olması barədə razılığını aldıqdan sonra, 2023-cü ilin sentyabr ayının ortalarından 2024-cü ilin aprel ayının əvvəllərinədək olan müddət ərzində Zərərçəkmiş şəxs4 təxminən 25-30 dəfə müxtəlif kişi müştərilərlə Bakı şəhəri ərazisində yeləşən müxtəlif otellərdə cinsi əlaqədə olmasını təşkil edərək fahişəliyə cəlb etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 2023-cü ilin sentyabr ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 ilə danışıb onu tanışı olan kişi müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürərək özü üçün 200 manat məbləğində tamah niyyəti ilə gəlir əldə etmək məqsədi ilə müvafiq olaraq 500 manat pul müqabilində cinsi əlaqədə olması barədə razılığını aldıqdan sonra, 2023-cü ilin sentyabr ayının sonlarından 2024-cü ilin fevral ayının sonlarınadək olan müddət ərzində Zərərçəkmiş şəxs2m təxminən 15-20 dəfə müxtəlif kişi müştərilərlə Bakı şəhəri ərazisində yeləşən müxtəlif otellərdə cinsi əlaqədə olmasını təşkil edərək fahişəliyə cəlb etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 2023-cü ilin oktyabr ayının ortalarında ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 ilə danışıb onu tanışı olan kişi müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürərək özü üçün 100 manat məbləğində tamah niyyəti ilə gəlir əldə etmək məqsədi ilə müvafiq olaraq 320 manat pul müqabilində cinsi əlaqədə olması barədə razılığını aldıqdan sonra, 2023-cü ilin oktyabr ayının ortalarından 2024-cü ilin iyun ayının ortalarınadək olan müddət ərzində Zərərçəkmiş şəxs3 təxminən 30-40 dəfə müxtəlif kişi müştərilərlə Bakı şəhəri ərazisində yeləşən müxtəlif otellərdə cinsi əlaqədə olmasını təşkil edərək fahişəliyə cəlb etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 2024-cü ilin fevral ayının ortalarında ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs5 ilə danışıb onu tanışı olan kişi müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürərək özü üçün 100 manat məbləğində tamah niyyəti ilə gəlir əldə etmək məqsədi ilə müvafiq olaraq 320 manat pul müqabilində cinsi əlaqədə olması barədə razılığını aldıqdan sonra, 2024-cü ilin fevral ayının ortalarından 2024-cü ilin iyun ayının ortalarınadək olan müddət ərzində Zərərçəkmiş şəxs5m təxminən 2-3 dəfə müxtəlif kişi müştərilərlə Bakı şəhəri ərazisində yeləşən müxtəlif otellərdə cinsi əlaqədə olmasını təşkil edərək fahişəliyə cəlb etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 2024-cü ilin mart ayının əvvəllərində ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ilə danışıb onu tanışı olan kişi müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürərək özü üçün 100 manat məbləğində tamah niyyəti ilə gəlir əldə etmək məqsədi ilə müvafiq olaraq 300 manat pul müqabilində cinsi əlaqədə olması barədə razılığını aldıqdan sonra, 2024-cü ilin mart ayının əvvəllərindən 2024-cü ilin iyun ayının əvvəlləinədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 təxminən 10-15 dəfə müxtəlif kişi müştərilərlə Bakı şəhəri ərazisində yeləşən müxtəlif otellərdə cinsi əlaqədə olmasını təşkil edərək fahişəliyə cəlb etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 2024-cü ilin aprel ayının əvvəllərində ünvan 6 ünvanında yaşayan X6 ilə danışıb onu tanışı olan kişi müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürərək özü üçün 100 manat məbləğində tamah niyyəti ilə gəlir əldə etmək məqsədi ilə müvafiq olaraq 320 manat pul müqabilində cinsi əlaqədə olması barədə razılığını aldıqdan sonra, 2024-cü ilin aprel ayının əvvəllərindən 2024-cü ilin iyun ayının ortalarınadək olan müddət ərzində Zərərçəkmiş şəxs7 təxminən 10 dəfə müxtəlif kişi müştərilərlə Bakı şəhəri ərazisində yeləşən müxtəlif otellərdə cinsi əlaqədə olmasını təşkil edərək fahişəliyə cəlb etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 01 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 243.1-ci maddəsi ilə təqsirli bilinərək Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 3000 manat cərimə cəzasına məhkum edilmiş, hazırda həmin cəriməni ödəmişdir. 2019-cu ildə Elnur Əliyev adlı şəxslə ailə qurmuş, həmin evlilikdən bir övladı vardır. 2019-cu ildə problemləri olduğundan Elnur ilə boşanmış, hazırda işləmir. 2021- ci ildə Bakı şəhərinə köçmüş, Bakı şəhərinə gəldikdən sonra iş tapa bilmədiyindən maddi cəhətdən sıxıntıları yaranmağa başlamış, məhz buna görə də, pul müqabilində müxtəlif kişi müştərilərlə görüşüb cinsi əlaqədə olmağa başlamış, lakin həmin əmək haqqı maddi cəhətdən qane etməmiş, buna görə də, 2021-ci ildən etibarən Bakı şəhəri ərazisində 500 manat pul müqabilində müxtəlif şəxslərlə görüşüb onlarla cinsi əlaqədə olmuş, təxminən 3-4 ay ərzində özü pul müqabilində cinsi əlaqədə olduqdan sonra daha çox pul qazanmaq məqsədilə Bakı şəhəri ərazisində müxtəlif qadınları pul müqabilində cinsi əlaqədə olmaları üçün müştərilərə təqdim etməyə başlamışdır. Gördüyü işə görə hər dəfə 100-200 manat pul qalmış, belə ki, əvvəldən tanıdığı müxtəlif kişi müştərilər ona məxsus ***-***-**-** mobil nömrəsinə zəng vurub cinsi əlaqədə olmaları üçün onlara qız təşkil etməyini ona bildirmiş, bundan sonra mobil telefonunda olan qadınların şəkillərini “Whatsapp” mobil tətbiqetməsi vasitəsilə həmin şəxslərə göndərmişdir. Müştəri bəyəndiyi qadının şəklini ona atdıqdan sonra həmin qadınla əlaqə saxlayıb uyğun olduğu təqdirdə onu müştərinin olduğu ünvana göndərmiş, müştərilərə təqdim etdiyi qadınlar cinsi əlaqədə olmağın müqabilində 300-500 manat pul almış və həmin pulun 100-200 manatını onları müştəriyə təqdim etdiyi üçün ona vermiş, onlar həmin məbləğləri “Kapital bank”a məxsus onun adına olan bank hesabına göndərmişlər. Müştəriyə təqdim etdiyi qadınlardan Aytac, Asya, Günel, Səma, Səyalı, Lalə, Günay və hazırda adını xatırlamadığı qadınları tanıyır. Belə ki, onlar maddi cəhətdən sıxıntılarının olduğunu dedikdə, onları pul müqabilində cinsi əlaqədə olmaları üçün tanıdığı müştərilərə təqdim edə biləcəyini demiş, onlar razılaşdıqdan sonra müxtəlif vaxtlarda onları 300-500 manat pul müqabilində müştəriyə təqdim etmişdir. Zərərçəkmiş şəxs5 2023-cü ilin noyabr ayından etibarən tanıyır. 2024-cü ilin fevral ayının ortalarından etibarən onunla müştərilərlə görüşməyi üçün əlaqə saxlamağa başlamış, razılaşmaya əsasən Asyanı 320 manat pul müqabilində müştərilərinə təqdim etməli olmuş, pulu müştəridən aldıqdan sonra hər dəfə ona 100 manat pul vermişdir. Bundan sonra bir neçə dəfə onu müştərilərin olduğu məkana göndərmiş, hər dəfə müştərilərlə görüşdükdən sonra Asya müştəridən 320 manat pul alıb 100 manatını ona məxsus bank kartına göndərmiş, 2024-cü ilin iyun ayından etibarən Asya ilə hər hansı əlaqəsi olmamışdır. Bundan əlavə Zərərçəkmiş şəxs3 2023-cü ilin oktyabr ayından etibarən tanıyır. 2023-cü ilin oktyabr ayının ortalarından etibarən onunla müştərilərlə görüşməyi üçün əlaqə saxlamağa başlamış, olan razılaşmaya əsasən Aytacı 300 manat pul müqabilində müştərilərinə təqdim etməli olmuş, pulu müştəridən aldıqdan sonra hər dəfə ona 100 manat pul vermişdir. Bundan sonra bir neçə dəfə onu müştərilərin olduğu məkana göndərmiş, hər dəfə müştərilərlə görüşdükdən sonra Aytac müştəridən 300 manat pul alıb 100 manatını ona məxsus bank kartına göndərmiş, 2024cü ilin iyun ayından etibarən Aytac ilə hər hansı əlaqəsi olmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs6 2023-cü ilin sentyabr ayından etibarən tanıyır. 2023-cü ilin sentyabr ayının ortalarından etibarən onunla müştərilərlə görüşməyi üçün əlaqə saxlamağa başlamış, razılaşmaya əsasən Güneli 300 manat pul müqabilində müştərilərinə təqdim etməli olmuş, pulu müştəridən aldıqdan sonra hər dəfə ona 100 manat pul vermişdir. Bundan sonra bir neçə dəfə onu müştərilərin olduğu məkana göndərmiş, hər dəfə müştərilərlə görüşdükdən sonra Günel müştəridən 300 manat pul alıb 100 manatını ona məxsus bank kartına göndərmiş, 2024-cü ilin iyun ayından etibarən Günel ilə hər hansı əlaqəsi olmamışdır. Bundan əlavə X5 2024-cü ilin aprel ayından etibarən tanıyır. 2024-cü ilin aprel ayının əvvəllərindən etibarən onunla müştərilərlə görüşməyi üçün əlaqə saxlamağa başlamış, razılaşmaya əsasən Səmanı 300 manat pul müqabilində müştərilərinə təqdim etməli olmuş, pulu müştəridən aldıqdan sonra hər dəfə ona 150 manat pul vermişdir. Bundan sonra bir neçə dəfə onu müştərilərin olduğu məkana göndərmiş, hər dəfə müştərilərlə görüşdükdən sonra Səma müştəridən 300 manat pul alıb 150 manatını ona məxsus bank kartına göndərmiş, 2024-cü ilin iyun ayından etibarən Səma ilə hər hansı əlaqəsi olmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs1 2022-ci ilin əvvəllərindən etibarən tanıyır. 2024-cü ilin mart ayının ortalarından etibarən onunla müştərilərlə görüşməyi üçün əlaqə saxlamağa başlamış, razılaşmaya əsasən Səyalını 300 manat pul müqabilində müştərilərinə təqdim etməli olmuş, pulu müştəridən aldıqdan sonra hər dəfə ona 100 manat pul vermişdir. Bundan sonra bir neçə dəfə onu müştərilərin olduğu məkana göndərmiş, hər dəfə müştərilərlə görüşdükdən sonra Səyalı müştəridən 300 manat pul alıb 100 manatını ona məxsus bank kartına göndərmiş, 2024-cü ilin iyun ayından etibarən Səyalı ilə hər hansı əlaqəsi olmamışdır. Bundan əlavə Zərərçəkmiş şəxs4 2023-cü ilin sentyabr ayından etibarən tanıyır. 2023-cü ilin aprel ayının əvvəllərindən etibarən onunla müştərilərlə görüşməyi üçün əlaqə saxlamağa başlamış, razılaşmaya əsasən Günayı 300 manat pul müqabilində müştərilərinə təqdim etməli olmuş, pulu müştəridən aldıqdan sonra hər dəfə 100 manat pul vermişdir. Bundan sonra bir neçə dəfə onu müştərilərin olduğu məkana göndərmiş, hər dəfə müştərilərlə görüşdükdən sonra Günayı müştəridən 300 manat pul alıb 100 manatını ona məxsus bank kartına göndərmiş, 2024-cü ilin aprel ayından etibarən Günay ilə hər hansı əlaqəsi olmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs2 2023-cü ilin sentyabr ayından etibarən tanıyır. 2023-cü ilin sentyabr ayının sonlarından etibarən onunla müştərilərlə görüşməyi üçün əlaqə saxlamağa başlamış, razılaşmaya əsasən Laləni 500 manat pul müqabilində müştərilərinə təqdim etməli olmuş, pulu müştəridən aldıqdan sonra hər dəfə mənə 200 manat pul vermişdir. Bundan sonra bir neçə dəfə onu müştərilərin olduğu məkana göndərmiş, hər dəfə müştərilərlə görüşdükdən sonra Lalə müştəridən 500 manat pul alıb 200 manatını ona məxsus bank kartına göndərmiş, 2024-cü ilin fevral ayından etibarən Lalə ilə hər hansı əlaqəsi olmamışdır. Əməlindən peşman olduğunu bildirərək, zərərçəkmiş şəxslərlə barışdığını, ondan şikayət olmadığını, himayəsində azyaşlı uşağın olmasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, heç yerdə işləmir. Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin noyabr ayından etibarən tanıyır. Mahirənin adını xatırlamadığı tanışı vasitəsilə tanımışdır. Həmin tanışı Mahirənin qadınları fahişəliyə cəlb etdiyini demiş, onunla söhbət əsnasında maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, belə olan halda Mahirə ona pul qazanacağı iş tapa biləcəyini demişdir. Ondan həmin işin nə olduğunu soruşduqda müştəriləri olduqda onunla əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağını təşkil edə biləcəyini, qadınları fahişəliyə cəlb etdiyini demiş, belə olan halda maddi vəziyyətinin düzəlməsi üçün onunla razılaşmışdır. Mahirə ilə tanış olduqdan sonra aralarında bir müddət mobil telefon əlaqəsi olmuş, 2024-cü ilin fevral ayının ortalarında yaşadığı ünvan 4 ünvanında olan zaman Mahirə onunla “Whatsapp” sosial şəbəkəsi vastəsilə əlaqə saxlamış, bu zaman onun müştəriləri ilə görüşüb pul müqabilində onlarla cinsi əlaqədə olmağı təklif etmiş, onunla razılaşmışdır. Həmin vaxtdan etibarən Mahirə müştərilərlə görüşməyi üçün onunla əlaqə saxlamağa başlamış, aralarında olan razılaşmaya əsasən Mahirə onu 320 manat pul müqabilində müştərilərinə təqdim etməli olmuşdur. Pulu müştəridən aldıqdan sonra hər dəfə ona 100 manat pul verməli olmuş, bundan sonra bir dəfə Mahirə onu müştərilərinin olduğu məkanlara göndərmək üçün əlaqə saxlamış, onunla danışdıqdan sonra o, müştərinin olduğu məkana getmiş, müştəri ilə görüşdükdən sonra müştəridən 320 manat pul alıb 100 manatını Mahirəyə məxsus bank kartına göndərmişdir. Getdiyi hotelin adını hazırda dəqiq xatırlamır. Mahirə onu iki-üç dəfə 2024-cü ilin iyun ayının ortalarında fahişəliyə cəlb etmiş, Həmin vaxtdan sonra onunla əlaqələri kəsilmişdir. Belə ki, Mahirə onu müştərilərin olduğu məkanlara göndərmək istəsə də, yer və vaxt baxımından ona uyğun gəlmədiyindən bu mümkün olmamışdır. Mahirə ümumilikdə 2024cü ilin fevral ayının ortalarından 2024-cü ilin iyun ayının ortlarınadək keçən müddət ərzində onu 2-3 dəfə fahişəliyə cəlb etmişdir. Mahirənin fahişəliyə cəlb etdiyi qadınlardan hər hansı bir şəxsi tanımır. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, heç yerdə işləmir. Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin oktyabr ayından etibarən tanıyır. Mahirəni adını xatırlamadığı tanışı vasitəsilə tanımışdır. Belə ki, onunla hazırda xatırlamadığı məclislərin birində tanış olmuş, onunla söhbət əsnasında maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, belə olan halda Mahirə ona pul qazanacağı iş tapa biləcəyini demiş, ondan həmin işin nə olduğunu soruşduqda o, müştəriləri olduqda onunla əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağını təşkil edə biləcəyini, qadınları fahişəliyə cəlb etdiyini demiş, maddi vəziyyətinin düzəlməsi üçün onunla razılaşmışdır. Mahirə ilə tanış olduqdan sonra aralarında bir müddət mobil telefon əlaqəsi olmuş, 2023-cü ilin oktyabr ayının ortalarında yaşadığı ünvan 3 ünvanında olan zaman Mahirə onunla “Whatsapp” sosial şəbəkəsi vastəsilə əlaqə saxlamış, bu zaman onun müştəriləri ilə görüşüb pul müqabilində onlarla cinsi əlaqədə olmağı təklif etmiş, onunla razılaşmışdır. Həmin vaxtdan etibarən Mahirə müştərilərlə görüşməyi üçün onunla əlaqə saxlamağa başlamişdır. Onunla aralarnda olan razılaşmaya əsasən Mahirə onu 320 manat pul müqabilində müştərilərinə təqdim etməli idi. Pulu müştəridən aldıqdan sonra hər dəfə ona 100 manat pul verməli olmuşdur. Bundan sonra bir neçə dəfə Mahirə onu müştərilərinin olduğu məkanlara göndərmək üçün əlaqə saxmağa başlamış, onunla danışdıqdan sonra müştərilərin olduğu məkana getmiş, hər dəfə müştərilərlə görüşdükdən sonra müştəridən 300 manat pul alıb 100 manatını Mahirəyə məxsus bank kartına göndərmiş, getdiyi müxtəlif hotellər olduğu üçün harada müştərilərlə cinsi əlaqədə olduğunu dəqiq xatırlamır, sonuncu dəfə isə Mahirə onu 2024cü ilin iyun ayının ortalarında fahişəliyə cəlb etmişdir. Həmin vaxtdan sonra onunla əlaqəsi kəsilmiş, müştərilər onunla cinsi əlaqədə olarkən onun nömrəsini heç bir zaman götürməmiş, həmçinin Mahirə onun müştərilərinə nömrəsini verməyini və müştəridən nömrə istəməməyini demişdir. 2024-cü ilin iyun ayından etibarən onunla hər hansı əlaqəsi olmamışdır. Mahirə ümumilikdə onu 2023-cü ilin oktyabr ayının ortalarından 2024-cü ilin iyun ayının ortalarınadək keçən müddət ərzində müxtəlif vaxtlarda təxminən 30-40 dəfə fahişəliyə cəlb etmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2023-ci ilin sentyabr ayından etibarən tanıyır. Mahirəni adını xatırlamadı tanışı vasitəsilə tanımış, onunla söhbət əsnasında maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, belə olan halda Mahirə ona pul qazanacağı iş tapa biləcəyini demiş, ondan həmin işin nə olduğunu soruşduqda müştəriləri olduqda onunla əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağını təşkil edə biləcəyini, qadınları fahişəliyə cəlb etdiyini demişdir. Belə olan halda maddi vəziyyətinin düzəlməsi üçün onunla razılaşmış, Mahirə ilə tanış olduqdan sonra aralarında bir müddət mobil telefon əlaqəsi olmuşdur. 2023-cü ilin sentyabr ayının sonlarında həmin vaxt yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanında olan zaman Mahirə onunla “Whatsapp” sosial şəbəkəsi vastəsilə əlaqə saxlamış, bu zaman müştəriləri ilə görüşüb pul müqabilində onlarla cinsi əlaqədə olmağı təklif etmiş, onunla razılaşmış, həmin vaxtdan etibarən Mahirə müştərilərlə görüşməyi üçün onunla əlaqə saxlamağa başlamış, razılaşmaya əsasən Mahirə onu 500 manat pul müqabilində müştərilərinə təqdim etməli olmuş, pulu müştəridən aldıqdan sonra hər dəfə ona 200 manat pul verməli olmuşdur. Bundan sonra bir neçə dəfə Mahirə onu müştərilərinin olduğu məkanlara göndərmək üçün əlaqə saxmağa başlamış, onunla danışdıqdan sonra müştərilərin olduğu məkana getmiş, hər dəfə müştərilərlə görüşdükdən sonra müştəridən 500 manat pul alıb 200 manatını Mahirəyə məxsus bank kartına göndərmiş, getdiyi müxtəlif hotellər olduğu üçün harada müştərilərlə cinsi əlaqədə olduğunu dəqiq xatırlamır. Sonuncu dəfə isə Mahirə onu 2024-cü ilin fevral ayının sonlarında fahişəliyə cəlb etmiş, həmin vaxtdan sonra onlarla əlaqələri kəsilmiş, müştərilər onunla cinsi əlaqədə olarkən nömrəsini heç bir zaman götürməmiş, həmçinin Mahirə müştərilərinə nömrəsini verməyini və müştəridən nömrə istəməməyini demişdir. 2024-cü ilin fevral ayından etibarən onunla hər hansı əlaqəm olmamış, Mahirə ümumilikdə onu 2023-cü ilin sentyabr ayının sonlarından 2024cü ilin fevral ayının sonlarınadək keçən müddət ərzində müxtəlif vaxtlarda təxminən 15-20 dəfə fahişəliyə cəlb etmişdir. Mahirənin fahişəliyə cəlb etdiyi qadınlardan hər hansı bir şəxsi tanımır, Mahirə onu hər dəfə müştərilərlə görüşdükdən sonra müştəridən 500 manat pul alıb 200 manatını Mahirəyə məxsus bank kartına göndərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2023- cü ilin sentyabr ayından etibarən tanıyır. Mahirəni adını xatırlamadığı tanışım vasitəsilə tanımış, belə ki, onunla hazırda xatırlamadığı məclislərin birində tanış olmuşdur. Onunla söhbət əsnasında maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, belə olan halda Mahirə ona pul qazanacağı iş tapa biləcəyini demiş, ondan həmin işin nə olduğunu soruşduqda o, müştəriləri olduqda əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağını təşkil edə biləcəyini, qadınları fahişəliyə cəlb etdiyini demişdir. Belə olan halda maddi vəziyyətinin düzəlməsi üçün onunla razılaşmış, Mahirə ilə tanış olduqdan sonra aralarında bir müddət mobil telefon əlaqəsi oldmuşdur. 2023-cü ilin sentyabr ayının ortalarında yaşadığı ünvan 1 ünvanında olan zaman Mahirə onunla “Whatsapp” sosial şəbəkəsi vastəsilə əlaqə saxlamış, bu zaman müştəriləri ilə görüşüb pul müqabilində onlarla cinsi əlaqədə olmağı təklif etmiş, onunla razılaşmışdır. Həmin vaxtdan etibarən Mahirə müştərilərlə görüşməyi üçün onunla əlaqə saxlamağa başlamış, aralarında olan razılaşmaya əsasən Mahirə onu 320 manat pul müqabilində müştərilərinə təqdim etməli olmuş, pulu müştəridən aldıqdan sonra hər dəfə ona 100 manat pul verməli olmuş, bundan sonra neçə dəfə Mahirə onu müştərilərinin olduğu məkanlara göndərmək üçün onunla əlaqə saxmağa başlamış, onunla danışdıqdan sonra o, müştərilərin olduğu məkana getmiş, hər dəfə müştərilərlə görüşdükdən sonra müştəridən 320 manat pul alıb 100 manatını Mahirəyə məxsus bank kartına göndərmişdir. Getdiyi müxtəlif hotellər olduğu üçün harada müştərilərlə cinsi əlaqədə olduğumu dəqiq xatırlamır. Sonuncu dəfə isə Mahirə onu 2024-cü ilin iyun ayının ortalarında fahişəliyə cəlb etmiş, həmin vaxtdan sonra onlarla əlaqələri kəsilmiş, müştərilər onunla cinsi əlaqədə olarkən nömrəsini heç bir zaman götürməmiş, həmçinin Mahirə müştərilərinə nömrəsini verməyini və müştəridən nömrə istəməməyini demişdir. 2024-cü ilin iyun ayından etibarən onunla hər hansı əlaqəsi olmamış, Mahirə ümumilikdə onu 2023cü ilin sentyabr ayının ortalarından 2024-cü ilin iyun ayının ortalarınadək keçən müddət ərzində müxtəlif vaxtlarda təxminən 30 dəfə fahişəliyə cəlb etmişdir. Mahirənin fahişəliyə cəlb etdiyi qadınlardan hər hansı bir şəxsi tanımır, Mahirə onu hər dəfə müştərilərlə görüşdürdükdən sonra müştəridən 320 manat pul alıb 100 manatını Mahirəyə məxsus bank kartına göndərmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, heç yerdə işləmir. Təqsirləndirilən şəxs təxminən 2024-cü ilin aprel ayından etibarən tanıyır, Mahirəni adını xatırlamadığı tanışı vasitəsilə tanımış, onunla hazırda xatırlamadığı məclislərin birində tanış olmuş, onunla söhbət əsnasında maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, belə olan halda Mahirə ona pul qazanacağı iş tapa biləcəyini demiş, ondan həmin işin nə olduğunu soruşduqda o, müştəriləri olduqda onunla əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağını təşkil edə biləcəyini, qadınları fahişəliyə cəlb etdiyini demişdir. Belə olan halda maddi vəziyyətinin düzəlməsi üçün onunla razılaşmış, Mahirə ilə tanış olduqdan sonra aralarında bir müddət mobil telefon əlaqəsi olmuşdur. 2024-cü ilin aprel ayının əvvəllərində yaşadığı ünvan 6 ünvanında olan zaman Mahirə onunla “Whatsapp” sosial şəbəkəsi vastəsilə əlaqə saxlamış, bu zaman ona müştəriləri ilə görüşüb pul müqabilində onlarla cinsi əlaqədə olmağı təklif etmiş, maddi cəhətdən sıxıntıları olduğundan onunla razılaşmışdır. Həmin vaxtdan etibarən Mahirə müştərilərlə görüşməyi üçün onunla əlaqə saxlamağa başlamış, onunla aralarında olan razılaşmaya əsasən Mahirə onu 300 manat pul müqabilində müştərilərinə təqdim etməli olmuşdur. Pulu müştəridən aldıqdan sonra hər dəfə ona 150 manat pul verməli olmuş, bundan sonra bir neçə dəfə Mahirə onu müştərilərinin olduğu məkanlara göndərmək üçün onunla əlaqə saxlamağa başlamış, onunla danışdıqdan sonra o, müştərilərin olduğu məkana getmiş, hər dəfə müştərilərlə görüşdükdən sonra müştəridən 300 manat pul alıb 150 manatını Mahirəyə məxsus bank kartına göndərmiş, getdiyi müxtəlif hotellər olduğu üçün harada müştərilərlə cinsi əlaqədə olduğunu dəqiq xatırlamır. Sonuncu dəfə isə Mahirə onu 2024-cü ilin iyun ayının ortalarında fahişəliyə cəlb etmiş, həmin vaxtdan sonra onlarla əlaqələri kəsilmişdir. Müştərilər onunla cinsi əlaqədə olarkən onun nömrəsini heç bir zaman götürməmiş, həmçinin Mahirə onun müştərilərinə nömrəsini verməyini və müştəridən nömrə istəməməyini demiş, 2024-cü ilin iyun ayından etibarən onunla hər hansı əlaqəm olmamışdır. Mahirə ümumilikdə onu 2024-cü ilin aprel ayının əvvələrindən 2024-cü ilin iyun ayının ortalarınadək keçən müddət ərzində müxtəlif vaxtlarda təxminən 10 dəfə fahişəliyə cəlb etmişdir. Mahirə onu hər dəfə müştərilərlə görüşdükdən sonra müştəridən 300 manat pul alıb 150 manatını Mahirəyə məxsus bank kartına göndərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, heç yerdə işləmir. Təqsirləndirilən şəxs təxminən 2024-cü ilin aprel ayından etibarən tanıyır, Mahirəni adını xatırlamadığı tanışı vasitəsilə tanımış, onunla hazırda xatırlamadığı məclislərin birində tanış olmuş, onunla söhbət əsnasında maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, belə olan halda Mahirə ona pul qazanacağı iş tapa biləcəyini demiş, ondan həmin işin nə olduğunu soruşduqda o, müştəriləri olduqda onunla əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağını təşkil edə biləcəyini, qadınları fahişəliyə cəlb etdiyini demişdir. Belə olan halda maddi vəziyyətinin düzəlməsi üçün onunla razılaşmış, Mahirə ilə tanış olduqdan sonra aramlarında bir müddət mobil telefon əlaqəsi olmuşdur. 2024-cü ilin aprel ayının əvvəllərində yaşadığı ünvan 6 ünvanında olan zaman Mahirə onunla “Whatsapp” sosial şəbəkəsi vastəsilə əlaqə saxlamış, bu zaman ona müştəriləri ilə görüşüb pul müqabilində onlarla cinsi əlaqədə olmağı təklif etmiş, maddi cəhətdən sıxıntıları olduğundan onunla razılaşmışdır. Həmin vaxtdan etibarən Mahirə müştərilərlə görüşməyi üçün onunla əlaqə saxlamağa başlamış, onunla aralarında olan razılaşmaya əsasən Mahirə onu 300 manat pul müqabilində müştərilərinə təqdim etməli olmuşdur. Pulu müştəridən aldıqdan sonra hər dəfə ona 150 manat pul verməli olmuş, bundan sonra bir neçə dəfə Mahirə onu müştərilərinin olduğu məkanlara göndərmək üçün onunla əlaqə saxlamağa başlamış, onunla danışdıqdan sonra o, müştərilərin olduğu məkana getmiş, hər dəfə müştərilərlə görüşdükdən sonra müştəridən 300 manat pul alıb 150 manatını Mahirəyə məxsus bank kartına göndərmiş, getdiyi müxtəlif hotellər olduğu üçün harada müştərilərlə cinsi əlaqədə olduğunu dəqiq xatırlamır. Sonuncu dəfə isə Mahirə onu 2024-cü ilin iyun ayının ortalarında fahişəliyə cəlb etmiş, həmin vaxtdan sonra onlarla əlaqələri kəsilmişdir. Müştərilər onunla cinsi əlaqədə olarkən onun nömrəsini heç bir zaman götürməmiş, həmçinin Mahirə onun müştərilərinə nömrəsini verməyini və müştəridən nömrə istəməməyini demiş, 2024-cü ilin iyun ayından etibarən onunla hər hansı əlaqəm olmamışdır. Mahirə ümumilikdə onu 2024-cü ilin aprel ayının əvvələrindən 2024-cü ilin iyun ayının ortalarınadək keçən müddət ərzində müxtəlif vaxtlarda təxminən 10 dəfə fahişəliyə cəlb etmişdir. Mahirə onu hər dəfə müştərilərlə görüşdükdən sonra müştəridən 300 manat pul alıb 150 manatını Mahirəyə məxsus bank kartına göndərmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, heç yerdə işləmir. Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin sentyabr ayından etibarən tanıyır. Mahirəni adını xatırlamadığı tanışı vasitəsilə tanımışdır. Həmin tanışı onun qadınları fahişəliyə cəlb etdiyini demiş, onunla söhbət əsnasında maddi vəziyyətimin yaxşı olmadığını bildirmiş, belə olan halda Mahirə ona pul qazanacağı iş tapa biləcəyini demiş, ondan həmin işin nə olduğunu soruşduqda o, müştəriləri olduqda onunla əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağını təşkil edə biləcəyini, qadınları fahişəliyə cəlb etdiyini demişdir. Belə olan halda maddi vəziyyətinin düzəlməsi üçün onunla razılaşmış, Mahirə ilə tanış olduqdan sonra aralarında bir müddət mobil telefon əlaqəsi olmuşdur. 2023-cü ilin sentyabr ayının ortalarında yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X8 küçəsi, "xxxx" MTK-da yerləşən mənzildə olan zaman Mahirə onunla “Whatsapp” sosial şəbəkəsi vastəsilə əlaqə saxlamış, bu zaman müştəriləri ilə görüşüb pul müqabilində onlarla cinsi əlaqədə olmağı təklif etmiş və onunla razılaşmışdır. Bundan sonra ona öz şəkillərini göndərmiş, həmin vaxtdan etibarən Mahirə müştərilərlə görüşməyi üçün onunla əlaqə saxlamağa başlamış, onunla aralarında olan razılaşmaya əsasən Mahirə onu 300 manat pul müqabilində müştərilərinə təqdim etməli olmuşdur. Pulu müştəridən aldıqdan sonra hər dəfə ona 100 manat pul verməli olmuş, bundan sonra bir neçə dəfə Mahirə onu müştərilərinin olduğu məkanlara göndərmək üçün əlaqə saxmağa başlamış, onunla danışdıqdan sonra o, müştərilərin olduğu məkana getmiş, hər dəfə müştərilərlə görüşdükdən sonra müştəridən 300 manat pul alıb 100 manatını Mahirəyə məxsus bank kartına göndərmiş, getdiyi müxtəlif hotellər olduğu üçün harada müştərilərlə cinsi əlaqədə olduğunu dəqiq xatırlamır. Sonuncu dəfə isə Mahirə onu 2024-cü ilin aprel ayının əvvələrində fahişəliyə cəlb etmiş, həmin vaxtdan sonra onlarla əlaqəmiz kəsilmiş, müştərilər onunla cinsi əlaqədə olarkən nömrəsini heç bir zaman götürməmiş, həmçinin Mahirə onun müştərilərinə nömrəsini verməyini və müştəridən nömrə istəməməyini demiş, 2024-cü ilin aprel ayından etibarən onunla hər hansı əlaqəsi olmamışdır. Mahirə ümumilikdə onu 2023-cü ilin sentyabr ayının ortalarından 2024-cü ilin aprel ayının ortalarınadək keçən müddət ərzində müxtəlif vaxtlarda təxminən 25-30 dəfə fahişəliyə cəlb etmiş, Mahirənin fahişəliyə cəlb etdiyi qadınlardan hər hansı bir şəxsi tanımır. Mahirə onu hər dəfə müştərilərlə görüşdükdən sonra müştəridən 300 manat pul alıb 100 manatını Mahirəyə məxsus bank kartına göndərmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, hazırda heç yerdə işləmir. Təqsirləndirilən şəxs təxminən 2019-cu ildən etibarən tanıyır. Mahirəni ortaq tanışları vasitəsilə tanımışdır. Belə ki, onunla bir neçə ortaq tanışıları vardır. Təxminən bir ildir ki, Mahirənin qadınları fahişəliyə cəlb etməsini ortaq tanışlarından eşitmiş, həmin vaxtdan etibarən münasibətləri tədricən soyumuşdur. Mahirə onu fahişəliyə cəlb etməmiş, sadəcə olaraq onunla dost kimi münasibətləri olmuş, Mahirənin fahişəliyə cəlb etdiyi qadınlardan hər hansı bir şəxsi tanımır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hazırda “Yasamal” hospitalda həkim-cərrah kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs 2021 -ci ildən etibarən tanıyır. Belə ki, 2021 -ci ildə onun burnunu əməliyyat etmiş, həmin vaxtdan etibarən onunla münasibətləri yaranmışdır. Həmin vaxtdan bir müddət sonra yəni, 2022-ci ildə Mahirə ilə iki dəfə fərqli vaxtlarda cinsi əlaqədə olmuş, təxminən 2023-cü ilin sentyabr ayında əməliyyat etdiyi, hazırda adını xatırlamadığı xəstələrindən biri Mahirənin qadınları fahişəliyə cəlb etməsi barədə məlumat vermişdir. Bundan sonra Mahirə ilə “Whatsapp” sosial şəbəkəsində yazışan zaman o, bir neçə dəfə faişəliyə cəlb etdiyi müxtəlif qadınların şəkillərini göndərərək onlarla cinsi əlaqədə olmağı təklif etmişdir. Lakin onun fahişəliyə cəlb etdiyi qadınlarla pul müqabilində cinsi əlaqədə olmamış, Mahirə göndərdiyi şəkillərdə olan qadınların 300-400 manat pul müqabilində cinsi əlaqədə olmağını demiş, 2023-cü ilin dekabr ayında dostu ilə birlikdə olan zaman Mahirəyə dostu Fəridə də, fahişəliyə cəlb etdiyi qadınların şəkilləri göndərməsini demiş, lakin Fərid də, onun fahişəliyə cəlb etdiyi qadınlarla cinsi əlaqədə olmamışdır. Həmin vaxtdan etibarən Mahirə ilə münasibətləri tədricən soyumuş, Mahirə pul müqabilində cinsi əlaqədə olmaq üçün ona qadın təşkil etməmiş, sadəcə olaraq fahişəliyə cəlb etdiyi qadınların rəsmlərini ona göndərmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərmişdir ki, hazırda heç yerdə işləmir. 2015-ci ildə Elvin adlı şəxslə ailə həyatı qurmuş, 2021 -ci ildə boşanmışdır, həmin evlilikdən bir övladı vardır. Hazırda “tiktok” sosial şəbəkəsində “djavadzade555” profili ona məxsusdur. Həmin sosial şəbəkədə oyunlar oynamaqla özünü dolandırır. Təqsirləndirilən şəxs təxminən 2023-cü ildən etibarən “tiktok” sosial şəbəkəsindən tanıyır, həmin sosial şəbəkədə Mahirə ilə müxtəlif oyunlar oynayan zaman tanış olmuş, həmin vaxt münasibətləri yaranmışdır. Daha sonra Mahirə ilə aralarında mübahisə baş verdiyindən onunla münasibətləri sonlanmışdır. Lakin onun mobil nömrəsi mobil telefonunda qalmış, Mahirə “Whatsapp” sosial şəbəkəsində müxtəlif qadınların şəkillərini paylaşmış, belə olan halda onun qadınları fahişəliyə cəlb etdiyini bilmişdir. Mahirə onufahişəliyə cəlb etməmiş, Mahirənin fahişəliyə cəlb etdiyi qadınlardan hər hansı bir şəxsi tanımamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayından etibarən tanıyır. Onu görməsə də qadınları fahişəliyə cəlb etdiyini bilmiş, belə ki, həmin şəxsin mobil nömrəsini ona Rüfət adlı tanışım vermişdir. Belə ki, Rüfət onun qadınları fahişəliyə cəlb etdiyini demişdir. 2024-cü ilin aprel ayında Mahirə ilə anket məlumatlarında qeyd edilən ***-***-**-** mobil telefon nömrəsi ilə danışmış və ona bildirmişdir ki, cinsi əlaqədə olmaq üçün qadın lazımdır. Həmin şəxs qadınları təşkil etməyin qiyməti barədə 320 manat olduğunu qeyd etmişdir. Bundan sonra Mahirə ilk öncə mənə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə qadın şəkilləri göndərmiş, həmin şəkillərə baxdıqdan sonra ona əgər görüşmək istəsə əlaqə saxlayacağını demiş, həmin vaxtdan etibarən onunla hər hansı bir əlaqəm olmamışdır. Mahirə ilə ümumilikdə bir dəfə danışmış, onda da danışıqları alınmamış, Mahirə yalnız ona qadınların şəkillərini göndərmiş, başqa hər hansı söhbətləri olmamışdır Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində satıcı işləyir. Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin oktyabr ayından etibarən tanıyır. Mahirəni hazırda adını xatırlamadığı tanışı vasitəsilə tanımışdır. Həmin vaxtdan etibarən onunla aralarında yaxşı münasibətləri olmuşdur. 2023-cü ilin oktyabr ayının əvvəllərində tanışı ilə söhbət əsnasında o Mahirənin qadınları fahişəliyə cəlb etdiyini bildirmiş, həmin vaxt onun maddi cəhətdən sıxıntıları olduğundan Mahirə ilə əlaqə saxlayıb pul müqabilində cinsi əlaqədə olmağa qərar vermiş, bundan sonra tanışından Mahirənin mobil nömrəsini götürüb onunla əlaqə saxlamış, Mahirə ilə söhbət əsnasında maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, belə olan halda Mahirə ona pul qazanacağı iş tapa biləcəyini demişdir. Ondan bu barədə soruşduqda müştəriləri olduqda onunla əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağımı təşkil edə biləcəyini, qadınları fahişəliyə cəlb etdiyini demiş, belə olan halda maddi vəziyyətinin düzəlməsi üçün onunla razılaşmışdır. Bundan sonra Mahirə ona “Whatsapp” sosial şəbəkəsi vastəsilə şəkillərini göndərməyini demiş, onunla aralarında olan razılaşmaya əsasən Mahirə onu 500 manat pul müqabilində müştərilərinə təqdim etməli olmuş, pulu müştəridən aldıqdan sonra hər dəfə ona 200 manat pul verməli olmuş, sonradan ona müştərilərlə görüşmək istəmədiyini demiş, Mahirə də onunla razılaşmış, həmin vaxtdan sonra onunla əlaqəsi olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs görməsə də onun qadınları fahişəliyə cəlb etdiyini bilmiş, belə ki, həmin şəxsin mobil nömrəsini ona hazırda adını xatırlamadığı tanışı vermiş, həmin tanışı onun qadınları fahişəliyə cəlb etdiyini demişdir. 2024-cü ilin yanvar ayının sonlarında Mahirə ilə anket məlumatlarında qeyd edilən ***-***-**-** saylı mobil telefon nömrəsi ilə danışmış və ona bildirmişdir ki, ona cinsi əlaqədə olmaq üçün qadın lazımdır. Həmin şəxs qadınları təşkil etməyin qiymətinin 320 manat olması barədə ona məlumat vermiş, bundan sonra Mahirə ilk öncə ona “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə qadın şəkilləri göndərmiş, ona seçdiyi qadınların şəkillərini göndərmiş, belə olan halda bir nəfər adını xatırlamadığı qadını hazırda adını xatırlamadığı hotelə göndərməsini bildirmişdir, həmin vaxt içkili olmuş, məhz bu səbəbdən yuxuya getdiyindən həmin qadının olduğu yerə gəlib onunla cinsi əlaqədə olması mümkün olmamışdır. Həmin günün səhəri Mahirə ilə danışan zaman o, yanına cinsi əlaqədə olması üçün qadın göndərdiyini və həmin qadına taksi üçün pul göndərməyini demiş, belə olan halda dediyi məbləğdə pulu yəni 50 manat pulu ona göndərmişdir. Bundan sonra bir neçə dəfə cinsi əlaqədə olmaq üçün qadın təşkil etməsinə görə Mahirə ilə əlaqə saxlamış, həmçinin ona müxtəlif qadın şəkilləri göndərmiş, lakin onun şəklini göndərdiyi qadınlarla cinsi əlaqədə olmamışdır. Sonuncu dəfə onunla 2024-cü ilin fevral ayında danışmış, həmin vaxtdan etibarən onunla hər hansı bir əlaqəsi olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, hal-hazırda Bakı şəhəri ərazisində stomatoloq kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs işlədiyi klinikaya müraciət edən zaman tanımış, həmin vaxtdan sonra onunla aralarında münasibət yaranmışdır. Bunun nəticəsində onun mobil nömrəsini özündə qeyd etmiş, bir müddət sonra Mahirə qadınları fahişəliyə cəlb etdiyini demişdir. 2023-cü ilin iyun ayının ortalarında həmin şəxs ilə anket məlumatlarında qeyd edilən ***-***-**-** mobil telefon nömrəsi ilə danışmış və ona bildirmişdir ki, cinsi əlaqədə olmaq üçün qadın lazımdır. Həmin şəxs qadınları təşkil etməyin qiymətinin 320-520 manat olduğunu demiş, bundan sonra Mahirə ilk öncə ona “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə qadın şəkilləri göndərmiş, həmin şəkillərə baxdıqdan sonra ona yazmamış, həmin vaxtdan etibarən onunla hər hansı bir əlaqəsi olmamışdır. Mahirə ilə bu barədə ümumilikdə bir dəfə danışmış, onda da danışıqları alınmamışdır. Mahirə yalnız ona qadınların şəkillərini göndərmiş və cinsi əlaqədə olmaq üçün 320-520 manat pul ödəməli olduğunu demiş, onunla başqa hər hansı söhbətləri olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs görməsə də onun qadınları fahişəliyə cəlb etdiyini bilmiş, belə ki, həmin şəxsin mobil nömrəsini ona Seymur adlı tanışı vermiş, Seymur onun qadınları fahişəliyə cəlb etdiyini demişdir. 2023-cü ilin iyun ayın əvvəllərində həmin şəxs ilə anket məlumatlarında qeyd edilən ***-***-**-** mobil telefon nömrəsi ilə danışmış və ona bildirmişdir ki, cinsi əlaqədə olmaq üçün qadın lazımdır. Həmin şəxs qadınları təşkil etməyin qiyməti barədə ona hər hansı məlumat verməmiş, bundan sonra Mahirə ilk öncə ona “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə qadın şəkilləri göndərmiş, həmin şəkillərə baxdıqdan sonra ona yazmamış, həmin vaxtdan etibarən onunla hər hansı bir əlaqəsi olmamışdır. Mahirə ilə ümumilikdə bir dəfə danışmış, onda da danışıqları alınmamış, yalnız ona qadınların şəkillərini göndərmiş, onunla başqa hər hansı söhbəti olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, hazırda heç yerdə işləmir, Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayından etibarən tanıyır, belə ki, onun mobil nömrəsini hazırda adını xatırlamadığı tanışı ona vermişdir. Həmin tanışı onun qadınları fahişəliyə cəlb etdiyini demiş, bundan sonra Mahirə ilə “Whatsapp” sosial şəbəkəsində yazışan zaman ona fahişəliyə cəlb etdiyi müxtəlif qadınların şəkillərini göndərərək onlarla cinsi əlaqədə olmağı təklif etmişdir. Lakin onun fahişəliyə cəlb etdiyi qadınlarla pul müqabilində cinsi əlaqədə olmamış, Mahirə göndərdiyi şəkillərdə olan qadınların 300-500 manat pul müqabilində cinsi əlaqədə olduqlarını demiş, həmin vaxtdan sonra onunla hər hansı əlaqəsi olmamışdır. Mahirə pul müqabilində cinsi əlaqədə olmaq üçün ona qadın təşkil etməmiş, sadəcə olaraq fahişəliyə cəlb etdiyi qadınların rəsmlərini ona göndərmiş, həmin qadınlarla cinsi əlaqədə olmaq üçün ondan 300-500 manat pul istəmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin avqust ayından etibarən tanıyır, həmin şəxsin nömrəsini ona hazırda adını xatırlamadığı tanışı vermiş, Mahirənin nömrəsini ona verən tanışı onun qadınları fahişəliyə cəlb etdiyini demişdir. Həmin vaxtdan onun nömrəsini özündə saxlamış, birinci dəfə təxminən 2023-cü ilin noyabr ayında Mahirə ilə anket məlumatlarında qeyd edilən ***-***-**-** mobil telefon nömrəsi ilə danışmış və ona bildirmişdir ki, cinsi əlaqədə olmaq üçün ona bir nəfər qadın təşkil etsin. Mahirə qadınları təşkil etməyin qiymətinin hər bir qadın üçün 520 manat olduğunu bildirmiş, ona razılıq vermişdir. Bundan sonra Mahirə ilk öncə ona “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə qadın şəkilləri göndərmiş, daha sonra isə ona seçdiyi qadını Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən adını hazırda xatırlamadığı otellərin birinə göndərməsini bildirmişdir. Bundan sonra bir nəfər adını xatırlamadığı qadın onun olduğu yerə gələrək cinsi əlaqədə olmuş, bunun müqabilində həmin qadına 520 manat pul ödəmiş, sonradan eyni qaydada Mahirədən ona qadın şəkilləri göndərməsini xahiş etmişdir. Mahirə də, həmin qaydada ona qadın şəkilləri göndərmiş, 2023-cü ilin noyabr ayında ona cinsi əlaqədə olmaq üçün qadın təşkil etmiş, həmin vaxtdan etibarən onunla hər hansı bir əlaqəsi olmamışdır. Mahirə bir dəfə cinsi əlaqədə olmağı üçün ona pul müqabilində qadın təşkil etmiş, həmin vaxt 520 manat pul ödəmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs görməsə də onun qadınları fahişəliyə cəlb etdiyini bilmiş, belə ki, həmin şəxsin mobil nömrəsini ona hazırda adını xatırlamadığı tanışı vermiş, belə ki, onun qadınları fahişəliyə cəlb etdiyini demişdir. 2023-cü ilin may ayın əvvəllərində həmin şəxs ilə anket məlumatlarında qeyd edilən ***- ***-**-** mobil telefon nömrəsi ilə danışmış və ona bildirmişdir ki, cinsi əlaqədə olmaq üçün qadın lazımdır. Həmin şəxs qadınları təşkil etməyin qiyməti barədə hər hansı məlumat verməmiş, bundan sonra Mahirə ilk öncə mənə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə qadın şəkilləri göndərmiş, həmin şəkillərə baxdıqdan sonra ona yazmamış, həmin vaxtdan etibarən onunla hər hansı bir əlaqəsi olmamışdır. Həmin şəxs ilə ümumilikdə bir dəfə danışmış, onda da danışıqları alınmamışdır, Mahirə yalnız ona qadınların şəkillərini göndərmiş, başqa hər hansı söhbətləri olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs görməsəm də onun qadınları fahişəliyə cəlb etdiyini bilmiş, belə ki, həmin şəxsin mobil nömrəsini ona hazırda adını xatırlamadığı tanışı vermiş, həmin tanışı onun qadınları fahişəliyə cəlb etdiyini demiş, 2024-cü ilin fevral ayın əvvəllərində həmin şəxs ilə anket məlumatlarında qeyd edilən ***-***-**-** mobil telefon nömrəsi ilə danışmış və ona bildirmişdir ki, cinsi əlaqədə olmaq üçün qadın lazımdır. Həmin şəxs qadınları təşkil etməyin qiymətinin 300 manat olması barədə ona məlumat vermiş, bundan sonra Mahirə ilk öncə mənə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə qadın şəkilləri göndərmiş, həmin şəkillərə baxdıqdan sonra ona yazmamış, bundan sonra bir neçə dəfə Mahirəyə yazsa da, ona cavab verməmiş, həmin vaxtdan etibarən onunla hər hansı bir əlaqəsi olmamışdır. Mahirə ilə ümumilikdə bir dəfə danışmış, onda da bizim danışığı alınmamış, o, yalnız ona qadınların şəkillərini göndərmiş, onunla başqa hər hansı söhbətləri olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərmişdir ki, hazırda heç yerdə işləmir, Təqsirləndirilən şəxs təxminən 2023-cü ildən etibarən tanıyır, Mahirəni hazırda adını xatırlamadığı tanışı vasitəsilə tanımışdır. Həmin vaxtdan etibarən onunla aramızda yaxşı münasibətimiz olmuşdur. 2023-cü ilin sentyabr ayında Mahirə ilə söhbət əsnasında maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, belə olan halda Mahirə ona pul qazanacağı iş tapa biləcəyini demiş, ondan həmin işin nə olduğunu soruşduqda, müştəriləri olduqda onunla əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağımı təşkil edə biləcəyini, qadınları fahişəliyə cəlb etdiyini demiş, belə olan halda maddi vəziyyətinin düzəlməsi üçün onunla razılaşmışdır. Bundan sonra Mahirə ona “Whatsapp” sosial şəbəkəsi vastəsilə şəkillərini göndərməyini demiş, onunla aralarında olan razılaşmaya əsasən Mahirə onu 520 manat pul müqabilində müştərilərinə təqdim etməli olmuşdur. Pulu müştəridən aldıqdan sonra hər dəfə ona 200 manat pul verməli olmuş, sonradan ona müştərilərlə görüşmək istəmədiyini demiş, Mahirə də onunla razılaşmış, həmin vaxtdan sonra münasibətləri yenə də davam etmiş, lakin sonradan bu işlə məşğul olmamaq qərarına gəlmiş, belə olan halda Mahirəyə bu barədə məlumat vermiş, Mahirə də, onunla razılaşmışdır. Mahirə ona müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olmağı təklif etsə də, ona görüşmək istmədiyini demiş, məhz buna görə onun müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs özünü görməsə də onun qadınları fahişəliyə cəlb etdiyini bilmiş, Mahirəni təxminən 2023-cü ilin noyabr ayından etibarən tanıyır. Həmin şəxsin nömrəsini ona hazırda adını xatırlamadığı tanışı vermiş, Mahirənin nömrəsini ona verən tanışı onun qadınları fahişəliyə cəlb etdiyini demiş, həmin vaxtdan onun nömrəsini özündə saxlamışdır. Birinci dəfə təxminən 2024-cü ilin aprel ayında Mahirə ilə anket məlumatlarında qeyd edilən ***-***-**-** mobil telefon nömrəsi ilə danışmış və ona bildirmişdir ki, cinsi əlaqədə olmaq üçün ona bir nəfər qadın təşkil etsin. Mahirə qadınları təşkil etməyin qiymətinin hər bir qadın üçün 520 manat olduğunu bildirmiş, mən ona razılıq vermiş, bundan sonra Mahirə ilk öncə ona “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə qadın şəkilləri göndərdi. Daha sonra isə ona seçdiyi qadını Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən adını hazırda xatırlamadığı otellərin birinə göndərməsini bildirmiş, bundan sonra bir nəfər adını xatırlamadığı qadın onun olduğu yerə gələrək cinsi əlaqədə olmuş, bunun müqabilində həmin qadına 520 manat pul ödəmişdir. Sonradan eyni qaydada Mahirədən ona qadın şəkilləri göndəməsini xahiş etmiş, Mahirə də, həmin qaydada ona qadın şəkilləri göndərmiş, sonradan iki dəfə onun göndərdiyi adını xatırlamadığı qadınlarla Bakı şəhəri ərazisində yerləşən hoteldə cinsi əlaqədə olmuşdur. Sonuncu dəfə Mahirə 2024-cü ilin yanvar ayında ona cinsi əlaqədə olmaq üçün qadın təşkil etmiş, həmin vaxtdan etibarən onunla hər hansı bir əlaqəsi olmamışdır. Mahirə üç dəfə cinsi əlaqədə olmağı üçün ona pul müqabilində qadın təşkil etmiş, onlardan ikisində 520 manat, birində isə 420 manat pul ödəmişdir. Həmin qadınları əvvəlcədən tanımamış, onların anket məlumatları barədə hər hansı məlumatı yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs özünü görməsə də onun qadınları fahişəliyə cəlb etdiyini bilmiş, Mahirəni təxminən 2023-cü ilin noyabr ayından etibarən tanıyır. Həmin şəxsin nömrəsini ona Həsən adlı tanışı vermiş. Mahirənin nömrəsini ona verən tanışı onun qadınları fahişəliyə cəlb etdiyini demiş, həmin vaxtdan onun nömrəsini özümdə saxlamışdır. Birinci dəfə təxminən 2023-cü ilin noyabr ayında Mahirə ilə anket məlumatlarımda qeyd edilən ***-***-**-** mobil telefon nömrəsi ilə danışmış və ona bildirmişdir ki, cinsi əlaqədə olmaq üçün ona bir nəfər qadın təşkil etsin. Mahirə qadınları təşkil etməyin qiymətinin hər bir qadın üçün 320 manat olduğunu bildirdi və ona razılıq vermiş, bundan sonra Mahirə ilk öncə ona “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə qadın şəkilləri göndərmiş, daha sonra isə ona seçdiyi qadını Bakı şəhəri ərazisində yerləşən adını hazırda xatırlamadığı otellərin birinə göndərməsini bildirmişdir. Bundan sonra bir nəfər adını xatırlamadığı qadın onun olduğu yerə gələrək onunla cinsi əlaqədə olmuş, bunun müqabilində həmin qadına 320 manat pul ödəmiş, sonradan eyni qaydada Mahirədən ona qadın şəkilləri göndəməsini xahiş etmiş, Mahirə də, həmin qaydada ona qadın şəkilləri göndərmişdir. Sonradan üç-dörd dəfə onun göndərdiyi adını xatırlamadığı qadınlarla Bakı şəhəri ərazisində yerləşən hoteldə cinsi əlaqədə olmuş, sonuncu dəfə Mahirə ona 2024-cü ilin may ayında cinsi əlaqədə olmaq üçün qadın təşkil etmişdir. Mahirə üç-dörd dəfə cinsi əlaqədə olmağı üçün ona pul müqabilində qadın təşkil etmiş, hər dəfə gələn qadına 320 manat pul ödəmiş, həmin qadınları əvvəlcədən tanımamış, onların anket məlumatları barədə hər hansı məlumatı yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, hazırda heç yerdə işləmir. Təqsirləndirilən şəxs təxminən 2015-ci ildən etibarən tanıyır. Mahirəni Gəncə şəhərində tanımış, həmin vaxtdan etibarən onunla aralarında yaxşı münasibətləri olmuş, daha sonra onunla 2024-cü ildə Bakı şəhərində yerləşən restoranların birində rastlaşmışlar. Həmin vaxtdan etibarən onunla yenidən əlaqə saxlamağa başlamış, bir müddət sonra Mahirə ona qadınları fahişəliyə cəlb etdiyini demiş, həmçinin o, dediyi kişi müştərilərlə cinsi əlaqədə olacağı təqdirdə pul qazana biləcəyini demiş, lakin onunla razılaşmamışdır. Həmin vaxtdan sonra Mahirə ilə münasibətləri tədricən soyumuşdur. Həmçinin onun ətrafında olan şəxslər yüngül həyat tərzi yaşayan qadınlar olduğundan onunla əlaqə saxlamamışdır. Mahirə onu fahişəliyə cəlb etməmiş, Mahirənin fahişəliyə cəlb etdiyi qadınlardan hər hansı bir şəxsi tanımamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərmişdir ki, hazırda heç yerdə işləmir. Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin oktyabr ayından etibarən tanıyır. Mahirəni Çiçək adlı tanışı vasitəsilə tanımışdır. 2023-cü ilin oktyabr ayında Çiçək ilə söhbət əsnasında o Mahirənin qadınları fahişəliyə cəlb etdiyini bildirmiş, həmin vaxt onun maddi cəhətdən sıxıntıları olduğundan həmçinin sevgilisindən ayrıldığından Mahirə ilə əlaqə saxlayıb pul müqabilində cinsi əlaqədə olmağa qərar vermiş, bundan sonra Çiçəkdən Mahirənin mobil nömrəsini götürüb onunla əlaqə saxlamış, Mahirə ilə söhbət əsnasında maddi vəziyyətinin yaxşı olmadığını bildirmişdir. Belə olan halda Mahirə ona pul qazanacağı iş tapa biləcəyini demiş, ondan bu barədə soruşduqda o, müştəriləri olduqda onunla əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağını təşkil edə biləcəyini, qadınları fahişəliyə cəlb etdiyini demişdir. Belə olan halda maddi vəziyyətinin düzəlməsi üçün onunla razılaşmış, bundan sonra Mahirə ona “Whatsapp” sosial şəbəkəsi vastəsilə şəkillərini göndərməyini demiş, sonradan ona müştərilərlə görüşmək istəmədiyini demiş, Mahirə də onunla razılaşmış, həmin vaxtdan sonra əlaqəsi olmamışdır. Mahirə onun müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olmağı təklif etsə də, ona görüşmək istmədiyini demiş, məhz buna görə onun müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, hal-hazırda Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən mağazada satıcı işləyir. Təqsirləndirilən şəxs heç vaxt görməmişdir. 2024-cü ilin iyun ayında dostları ilə məclisdə olan zaman hazırda adını xatırlamadığı tanışı Mahirənin mobil nömrəsini verərək qadınları fahişəliyə cəlb etdiyini demiş, bunun nəticəsində onun mobil nömrəsini özündə qeyd etmişdir. 2023-cü ilin iyun ayının ortalarında həmin şəxs ilə anket məlumatlarında qeyd edilən ***-***-**-** mobil telefon nömrəsi ilə danışmış, ona bildirmişdir ki, cinsi əlaqədə olmaq üçün qadın lazımdır. Həmin şəxs qadınları təşkil etməyin qiymətinin 320-520 manat olduğunu demiş, bundan sonra Mahirə ilk öncə ona “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə qadın şəkilləri göndərmiş, həmin şəkillərə baxdıqdan sonra ona bir dəfə qiymət barədə yazmış, həmin vaxtdan etibarən onunla hər hansı bir əlaqəsi olmamışdır. Mahirə ilə ümumilikdə bir dəfə danışmış, onda da danışıqları alınmamışdır. Mahirə yalnız ona qadınların şəkillərini göndərmiş və cinsi əlaqədə olmaq üçün 320-520 manat pul ödəməli olduğunu demiş, onunla başqa hər hansı söhbətləri olmamışdır. Şəkilləri olan qadınları əvvəlcədən tanımamış, onların anket məlumatları barədə hər hansı məlumatı yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, heç yerdə işləmir. Təqsirləndirilən şəxs təxminən 2022-ci ildən etibarən tanıyır. Mahirəni adını xatırlamadığı tanışı vasitəsilə tanımış, həmin vaxtdan etibarən onunla aralarında yaxşı münasibətləri olmuşdur. 2023-cü ilin mart ayında Mahirə ilə söhbət əsnasında maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, belə olan halda Mahirə ona pul qazanacağı iş tapa biləcəyini demiş, ondan həmin işin nə olduğunu soruşduqda o, müştəriləri olduqda əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağını təşkil edə biləcəyini, qadınları fahişəliyə cəlb etdiyini demişdir. Belə olan halda maddi vəziyyətinin düzəlməsi üçün onunla razılaşmış, bundan sonra Mahirə ona “Whatsapp” sosial şəbəkəsi vastəsilə şəkillərini göndərməyini demişdir. Onunla aralarında olan razılaşmaya əsasən Mahirə onu 1000 manat pul müqabilində müştərilərinə təqdim etməli olmuş, pulu müştəridən aldıqdan sonra hər dəfə ona 300 manat pul verməli olmuş, lakin sonradan onun maddi vəziyyəti düzəldiyindən ona müştərilərlə görüşmək istəmədiyin demiş, Mahirə də onunla razılaşmışdır. Həmin vaxtdan sonra münasibətləri yenə də davam etmiş, 2024-cü ilin may ayının əvvəllərində sevgilisi dostunun pul müqabilində qadınla cinsi əlaqədə olmaq istədiyini demiş, belə olan halda Mahirənin mobil nömrəsini sevgilisinin dostuna verərək onun qadınları fahişəliyə cəlb etdiyini bildirmiş, həmçinin bu barədə Mahirəyə də, məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda heç yerdə işləmir. Təqsirləndirilən şəxs təxminən 2024-cü ilin iyun ayından etibarən tanıyır. Mahirəni Bakı şəhəri ərazisində yerləşən “Kaddeh” restoranında tanımış, həmin vaxtdan etibarən onunla aralarında yaxşı münasibətləri olmuşdur. Restoran da olan zaman Mahirə ilə söhbət əsnasında maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, belə olan halda Mahirə pul qazanacağı iş tapa biləcəyini demişdir. Ondan həmin işin nə olduğunu soruşduqda o, müştəriləri olduqda əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağını təşkil edə biləcəyini, qadınları fahişəliyə cəlb etdiyini demişdir. Belə olan halda onunla razılaşmış, bundan sonra Mahirə ona “Whatsapp” sosial şəbəkəsi vastəsilə şəkillərini göndərməyini demiş, öz şəkillərini ona göndərmişdir. Onunla aralarında olan razılaşmaya əsasən Mahirə onu 320 manat pul müqabilində müştərilərinə təqdim etməli olmuş, lakin pulu müştəridən aldıqdan sonra hər dəfə ona 100 manat pul verməli olmuşdur. Sonradan Mahirə ilə danışan zaman müştərilərlə görüşmək istəmədiyini demiş, Mahirə də onunla razılaşmış, həmin vaxtdan sonra onların hər hansı əlaqəsi olmamışdır. Mahirə onun müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olmağını təklif etsə də, ona görüşmək istəmədiyini demiş, məhz buna görə onun müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Təqsirləndirilən şəxs götürülmüş “İphone 14 pro max” markalı mobil telefon olan olan məlumatlara baxış keçirilən zaman aşağıdakılar müəyyən edilmişdir: Mobil telefonun “Whatsapp” mobil tətibiqinin “söhbətlər” bölməsində adı “Asi” kimi qeyd edilmiş ***-***-**-** saylı mobil nömrənin sahibi ilə, adı “Aytac Ygsh” kimi qeyd edilmiş ***-***-**-** rəqəmli mobil nömrəsinin sahibi ilə, adı “Şahid5” kimi qeyd edilmiş 50-521-00-80 rəqəmli mobil nömrəsinin sahibi ilə, adı “Günay Yegis” kimi qeyd edilmiş ***-***-**-** rəqəmli mobil nömrəsinin sahibi ilə, adı “Günel 111” kimi qeyd edilmiş ***-***-**-** rəqəmli mobil nömrəsinin sahibi ilə, adı “X11” kimi qeyd edilmiş ***-***-**-** rəqəmli mobil nömrəsinin sahibi ilə adı “X14” kimi qeyd edilmiş ***-***-**-** rəqəmli mobil nömrəsinin sahibi ilə, adı “X13” kimi qeyd edilmiş ***-***-**-** rəqəmli mobil nömrəsinin sahibi ilə, adı “Orxan Seymur” kimi qeyd edilmiş ***-***-**-** rəqəmli mobil nömrəsinin sahibi ilə, adı “X12” qeyd edilmiş 50-500-58-58 rəqəmli mobil nömrəsinin sahibi ilə, adı “Rahim N” kimi qeyd edilmiş ***-***-**-** rəqəmli mobil nömrəsinin sahibi ilə, Adı “Rustem Reshad” kimi qeyd edilmiş 50-200-35-03 rəqəmli mobil nömrəsinin sahibi ilə, “Sadiq Chipa” kimi qeyd edilmiş ***-***- **-** rəqəmli mobil nömrəsinin sahibi ilə, adı “Sema Hs” qeyd edilmiş ***-***-**-** rəqəmli mobil nömrəsinin sahibi ilə, adı “X15” kimi qeyd edilmiş ***-***-**-** rəqəmli mobil nömrəsinin sahibi ilə, Adı “Yanichka” kimi qeyd edilmiş ***-***-**-** rəqəmli mobil nömrəsinin sahibi ilə Təqsirləndirilən şəxs qadınları fahişəliyə cəlb etməsi barədə yazışmaları müəyyən edilmişdir. Bundan başqa mobil telefonun şəkillər bölməsinə baxış zamanı çoxsaylı qadın şəkillərinin olması müəyyən edilmişdir. Aşkar edilmiş yazışmalar və şəkillər cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 243.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəriməni tam ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 243.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış, 01 ədəd ““İphone 14 pro max” mobul telefon saxlanılması üçün İAQMBİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən, Zərərçəkmiş şəxs4 poçt vasitəsi ilə məhkəməyə təqdim olunmuş teleqramdan görünür ki, onlara dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü X7 adlı bir azyaşlı övladı vardır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1 -ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməklə aradan qaldırılması, zərərçəkmiş şəxslə barışıq etməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Məhkəmədə Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxsnun az ağır cinayətlər törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən halı, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79-cu maddəsi tətbiq olunmalı və həmin Məcəllənin 243.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanın çəkilməsi Təqsirləndirilən şəxs azyaşlı uşağı xx.xx.2019-cu il təvəllüdlü X7 on dörd yaşına çatanadək təxirə salınmalıdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİ və İİİ hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 28-ci maddəsinin İ hissəsinə, 147-ci maddəsinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 mart 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin müddəaları (o cümlədən 79-cu maddə) müəyyən siyasi-hüquqi münasibətlərin, hüquq normalarının, ideyaların, baxışların sistemi kimi səciyyələndirilən və dövlət tərəfindən yürüdülən cinayət-cəza siyasəti ilə bağlıdır. Bu siyasətin əsas məzmunu məqsəd və vəzifələrin işlənib hazırlanmasından, ictimai təhlükəsizliyin və cinayətkarlığın aradan qaldırılması və ya sosial baxımdan qəbul oluna biləcək səviyyədə saxlanmasının təmin edilməsi üçün zəruri vasitə və üsulların seçilməsindən ibarətdir. Cinayət-cəza siyasəti kompleks xarakteri daşıyır və digərləri ilə yanaşı ilk növbədə cinayətkarlıqla mübarizənin aparılması üzrə cinayət-hüquqi, cinayətprosessual, cəza-icra normalarının müəyyənləşdirilməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin müddəalarında, o cümlədən 79.1-ci maddədə müəyyən sosial qruplara aid olunan şəxslər arasında mümkün olan fərqləndirmə bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməməlidir. Cinayət qanunvericiliyi ilə qadınlara, xüsusən də hamilə və 14 yaşınadək uşaqları olan qadınlara, 65 yaşından yuxarı olan kişilərə, İ və İİ qrup əlillərə və digər şəxslərə verilən imtiyazlar (pozitiv ayrı-seçkilik) heç də qalan şəxslərin konstitusiya hüquqlarını pozmur və sadəcə həssas sosial qruplara dövlətin xüsusi münasibətini ifadə edir. Cəzanın çəkilməsinin təxirə salınması ilə bağlı həmçinin qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə uyğun olaraq, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Bu zaman məhkəmə qadının fizioloji vəziyyətini və ya qadının (kişinin) uşağının azyaşlı olmasını nəzərə alaraq təyin edilmiş cəzanın icrasının təxirə salınmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia sübut yoxdur; maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində saxlanılan 01 ədəd ““İphone 14 pro max” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılmalıdır, zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilmiş, onlarla barışıq əldə olunmuş, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Hökmün icrası Göygöl rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79-cu maddəsinə əsasən, həmin cəzanın çəkilməsi Təqsirləndirilən şəxs azyaşlı uşağı xx.xx.2019-cu il təvəllüdlü X7 on dörd yaşına çatanadək təxirə salınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində saxlanılan 01 ədəd “İphone 14 pro max” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə Təqsirləndirilən şəxs qaytarılsın. Hökmün icrası Göygöl rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-707/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-707/2025
17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver