Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-71/2022 05.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və qeyrilərinin Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3 müdafiəçisi və hüquqi varisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1996-cı il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Dövlət Sosial Fondunun valideyn himayəsindən məhrum edilmiş şəxslərə inşa etdiyi «Məzun evi» adlı yaşayış binası mənzil 26 ünvanında yaşayan barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1987-ci il tarixdə Astara rayonu Motlayataq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olan, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Dövlət Sosial Fondunun inşa etdiyi valideyn himayəsindən məhrum edilmiş şəxslərə inşa edilmiş «Məzun evi» adlı yaşayış binası mənzil 50 ünvanında yaşayan barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə xx.xx.1958-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, ünvan 4 ünvanında qeydiyyatda olan, Abşeron rayonu Qobu qəsəbəsi yeni yaşayış massivi nömrəsiz evdə yaşayan barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli talamaqla oğurluq cinayəti törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 12 mart 2021-ci il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı Abşeron rayonu Masazır qəsəbəsi Yolaltı-1 ünvanında yerləşən evin pəncərəsini dəmir parçası ilə açaraq yaşayış sahəsinə qanunsuz olaraq daxil olub, evin ikinci mərtəbəsində olan yataq otağında dolabın içərisindən 1500 manat pulu, digər dolabdakı 500 manat dəyərində bir ədəd qızıl kişi üzüyü, 30 manat dəyərində bir ədəd gümüşdən olan qadın üzüyü və 30 manat dəyərində bir ədəd gümüşdən olan qadın üzüyünü gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 ümumilikdə 2060 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 23 mart 2021-ci il tarixdə saat 15 radələrində tamah niyyəti ilə təkrarən özgənin əmlakını talama məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, “Park Solero” yaşayış kompleksində yerləşən iki mərtəbəli fərdi evinin plastik pəncərəsinin dəmir barmaqlığını sındıraraq qanunsuz içəri daxil olub evdən bir ədəd 350 manat dəyərində “Sony” markalı televizoru, bir ədəd 200 manat dəyərində krosno aparatını, 800 manat dəyərində mis qabları, bir ədəd 850 manat dəyərində “Stark Peleton” markalı velosipedi, bir ədəd 400 manat dəyərində “Pioneer” markalı ev kinoteatrını, bir ədəd 200 manat dəyərində radio tuneri, bir ədəd 100 manat dəyərində “AND” markalı inqolasiya aparatını, bir ədəd 400 manat dəyərində “Arçelik” markalı çörək bişirən aparatını, bir ədəd 300 manat dəyərində şirniyyat bişirən aparatı və bir ədəd 5 manat dəyərində “Tefal” markalı toster aparatını, hər birinin qiyməti 40 manat olan ümumilikdə 80 manat dəyərində iki ədəd kiçik ölçülü fotoplakatı, hər birinin qiyməti 70 manat olan ümumilikdə 140 manat dəyərində iki ədəd böyük ölçülü fotoplakatı gizli talayaraq oğurlamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 3825 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 tamah niyyətilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 mart 2021-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin hasarından həyətə düşməklə evin birinci mərtəbəsinin pəncərəsinin dəmir barmaqlığını dəmir parçası ilə sındıraraq pəncərəni əlində olan mismarla açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağında dolabın üzərində olan 1 ədəd 50 manat dəyərində “Emporia” markalı ətiri, 1 ədəd 100 manat dəyərində uşaq gödəkçəsini, 1 ədəd 75 manat dəyərində boyunbağ bijuteriyasını, 1 ədəd 45 manat dəyərində üzük bijuteriyasını, yataq otağında döşəklərin arasında olan 3500 manat nağd pulu, qonaq otağında divardan asılmış 1 ədəd 1000 manat dəyərində “Samsung” markalı plazma televizoru, qonaq otağında stolun üzərində olan 1 ədəd gümüşü rəngli “Leno” markalı 350 manat dəyərində və 1 ədəd qara rəngli “Samsung” markalı 300 manat dəyərində noutbuk kompyuterləri gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 5420 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən özgənin əmlakını talama məqsədi ilə 11 aprel 2021-ci il tarixdə saat 22:00 radələrində Abşeron rayonu Masazır kəndi Yoncalıq yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs1 məxsus nömrəsiz yaşayış evinə qanunsuz daxil olub oradan 1 ədəd Samsunq markalı 4900 manat dəyərində televizoru, 1 ədəd Samsunq markalı 350 manat dəyərində televizoru, 1 ədəd 2000 manat dəyərində televizoru, 1 ədəd 300 manat dəyərində yazı stolunu, 1 ədəd 250 manat dəyərində yemək daşımaq üçün servis arabasını, 1 ədəd 1800 manat dəyərində qadın şubasını, 4 ədəd hər birinin dəyəri 100 manat, ümumi dəyəri 400 manat olan pərdələri, 1 ədəd 150 manat dəyərində ütünü, 1 ədəd 80 manat dəyərində tüklü yataq örtüyünü, 3800 manat nağd pulu, 2000 manat dəyərində müxtəlif qadın paltarlarını, ümumi dəyəri 1000 manat olan 5 ədəd hər birinin dəyəri 200 manat olan yataq dəstələrini, 5 ədəd hər birinin dəyəri 20 manat olan ümumi dəyəri 100 manat əl-üz dəsmallarını, 300 manat dəyərində çemodanın içində olan çəngəl, qaşıq, bıçaq dəstini, 1 ədəd 30 manat dəyərində «Sanny» markalı elektrik qazanı-sac aparatını, 6 ədəd hər birinin dəyəri 100 manat, ümumi dəyəri 600 manat olan stulları, 300 manat dəyərində 1 ədəd boşqab dəstini, 1 ədəd 10 manat dəyərində üzərində “Laquna” sözləri yazılmış yük çantasını, 1 ədəd 10 manat dəyərində “Zara” markalı, ağ rəngli orta ölçülü düymə ilə açılıb bağlanan istifadə olunmuş çantanı, 1 ədəd 5 manat dəyərində parlaq qara rəngli tək tutacaqlı, kiçik ölçülü düymə ilə açılıb-bağlanan istifadə olunmuş çantanı, 1 ədəd 3 manat dəyərində ağ rəngli kiçik ölçülü üzərində qızılı rəngli qaşlar olan, düymə ilə açılıb bağlanan istifadədə olmuş çantanı, 1 ədəd 3 manat dəyərində qəhvəyi rəngli, kiçik ölçülü istifadə olunmuş pul kisəsini, 1 cüt üzərində “Fashion” yazıları olan, 5 manat dəyərində qızılı rəngli istifadə olunmuş idman ayaqqabısını, 1 cüt 5 manat dəyərində qara rəngli uzun boğazlı, hündür dabanlı istifadə olunmuş ayaqqabını, 1 ədəd 15 manat dəyərində parlaq qara rəngli istifadə olunmuş gödəkçəni, 1 ədəd 10 manat dəyərində idman «Weesky» qol saatını gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs1 18426 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talama və əldə olunmuş əmlakı öz aralarında bölmək məqsədilə tanışı Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək, 17 aprel 2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs7 Masazır kəndi, AAAF-Park yaşayış kompleksinin “C” binasının 12 nömrəli yaşayış evinin yaxınlığına getmiş və Təqsirləndirilən şəxs3 evin sahibinin həmin yerə gələcəyi halda xəbər vermək üçün küçədə mövqe seçib gözləmiş, Təqsirləndirilən şəxs1 isə yaşayış evinin hasarından tullanıb həyətə keçib oradan eyvanın qapısını açıb yaşayış evinə qanunsuz daxil olmuş həmin evdən hər birinin dəyəri 50 manat, ümumi dəyəri 150 manat olan 3 ədəd smistitel su kranlarını, 220 manat dəyərində olan 1 ədəd duş dəstini, hər biri dəyəri 400 manat, ümumi dəyəri 800 manat olan 2 ədəd əlüzyuyan dəsti, hər birinin dəyəri 150 manat, ümumi dəyəri 600 manat dəyərində olan 4 ədəd pərdələri, hər birinin dəyəri 100 manat, ümumi dəyəri 200 manat olan 2 ədəd jalüz pərdələri, 250 manat dəyərində olan 1 ədəd “Redmond” markalı elektrik qazanı, 270 manat dəyərində olan 1 ədəd Türkiyə istehsalı elektrik qazanı, hər birinin dəyəri 300 manat, ümumi dəyəri 600 manat olan 2 ədəd ayaqlı meyvə qablarını, 700 manat dəyərində olan 1 ədəd bokal dəstini, 900 manat dəyərində olan 1 ədəd gümüş qab dəstini, 70 manat dəyərində olan bir qutu çəngəl-bıçaq dəstini, hər biri dəyəri 100 manat, ümumi dəyəri 500 manat olan 5 ədəd yataq dəstini, hər birinin dəyəri 50 manat, ümumi dəyəri 250 manat olan 5 ədəd hamam dəsmal dəstini, hər birinin dəyəri 150 manat, ümumi dəyəri 450 manat olan 3 ədəd masa örtüyünü, 100 manat dəyərində olan 1 ədəd “Kenvood” markalı toster aparatını, hər birinin dəyəri 110 manat ümumi dəyəri 330 manat dəyərində olan 3 ədəd çemodanları, hər birinin dəyəri 100 manat, ümumi dəyəri 300 manat olan 3 ədəd balıq tutmaq üçün tilovları, evə quraşdırılmış 300 manat dəyərində olan “Damafon” aparatını və 1500 manat dəyərində olan istifadə olunmuş geyim əşyaları, hər birinin dəyəri 30 manat, ümumi dəyəri 120 manat olan 1 cüt cəhrayi rəngli, 1 cüt qara rəngli, 2 cüt boz rəngli qadın ayaqqabılarını, 1 cüt 50 manat dəyərində uzunboğaz çəkməni, 1 ədəd 30 manat dəyərində qara rəngli, 1 ədəd boz rəngli 30 manat dəyərində qadın gödəkçələrini, 1 ədəd tünd göy rəngli 30 manat dəyərində uşaq gödəkçəsini, 1 ədəd tünd göy rəngli 30 manat dəyərində qadın gödəkçəsini, 1 ədəd 40 manat xardal rəngli qadın gödəkçəsini, 1 ədəd 40 manat dəyərində qırmızı rəngli qadın gödəkçəsini, 1 ədəd 15 manat dəyərində göy rəngli toxunma yun qadın şərfini, 1 ədəd 40 manat dəyərində şabalıdı rəngli tüklü xəzi, 1 ədəd 10 manat dəyərində uşaq üçün boz rəngli ətəyi, 1 ədəd 10 manat dəyərində uşaq üçün qara rəngli ətəyi, 1 ədəd 15 manat dəyərində qarışıq güllü qadın papağını, 2 ədəd üzərində qara xətlər olan hər birinin dəyəri 7 manat, ümumi 14 manat olan böyük boşqabları, 4 ədəd hər birinin dəyəri 3 manat ümumi dəyəri 12 manat olan sadə böyük boşqabları, 4 ədəd hər birinin dəyəri 3 manat ümumi dəyəri 12 manat olan güllü dərin boşqabları, 8 ədəd hər birinin dəyəri 2 manat ümumi dəyəri 16 manat olan dayaz güllü boşqabları, 1 ədəd 5 manat dəyərində şəffaf böyük boşqabı, 6 ədəd hər ümumi dəyəri 18 manat olan qulpsuz fincanları, 1 ədəd 4 manat dəyərində qulpsuz fincanı, 8 ədəd hər birinin dəyəri 2 manat ümumi dəyəri 16 manat olan güllü kasaları, 1 ədəd 2 manat dəyərində qara rəngli külqabını, 2 ədəd hər birinin dəyəri 5 manat olan, ümumi dəyəri 10 manat olan qapaqlı şüşə qablarını, 1 ədəd 20 manat dəyərində dəmir qapaqlı qazanı, 1 ədəd 5 manat dəyərində dəmir ətdöyən çəkici, 2 ədəd hər birinin dəyəri 2 manat ümumi dəyəri 4 manat olan taxta qaşıqları, 13 ədəd ümumi dəyəri 8 manat olan xörək qaşıqlarını, 7 ədəd ümumi dəyəri 4 manat olan bıçaqları, 5 ədəd ümumi dəyəri 3 manat olan çəngəlləri, 9 ədəd balaca və 3 ədəd böyük ümumi dəyəri 8 manat olan çay qaşıqlarını, ümumi dəyəri 13 manat olan 9 ədəd çay qaşığı və 11 ədəd limon çəngəlini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs7 ümumilikdə 10124 manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli talamaqla oğurluq cinayəti törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 12 mart 2021-ci il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı Abşeron rayonu Masazır qəsəbəsi Yolaltı-1 ünvanında yerləşən evin pəncərəsini dəmir parçası ilə açaraq yaşayış sahəsinə qanunsuz olaraq daxil olub, evin ikinci mərtəbəsində olan yataq otağında dolabın içərisindən 1500 manat pulu, digər dolabdakı 500 manat dəyərində bir ədəd qızıl kişi üzüyü, 30 manat dəyərində bir ədəd gümüşdən olan qadın üzüyü və 30 manat dəyərində bir ədəd gümüşdən olan qadın üzüyünü gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 ümumilikdə 2060 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs6 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi yeni məhəllədə yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini vintburanla sıxıb açmaqla qanunsuz içəri daxil olaraq oradan sonuncuya məxsus 01 ədəd 800 manat dəyərində “Samsung” markalı plazma televizorunu, 2 dəst 300 manat dəyərində pərdəni, paltar dolabından 2000 manat dəyərində 5 ədəd gödəkçəni və 2 dəst idman paltarını, 01 ədəd 180 manat dəyərində elektrik generatorunu, 01 ədəd 70 manat dəyərində ot biçən maşını, 01 ədəd 300 manat dəyərində samovarı, həmin evin həyətindən 01 ədəd 1000 manat dəyərində kombini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs6 ümumilikdə 4650 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 19 mart 2021-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs7 Abşeron rayonu Masazır kəndi, AAAF-Park yaşayış kompleksi bina “C”, 12 nömrəli yaşayış evinin balkonuna divardakı daşlardan tutub qalxaraq plastik pəncərəni açıb yaşayış evinə qanunsuz daxil olub, oradan hər biri 100 manat dəyərində olan 10 ədəd istilik radiatorlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 1000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 mart 2021-ci il tarixdə saat 23 radələrində, Abşeron rayonu, Masazır qəsəbəsi, yeni yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs5 fərdi yaşayış evinin həyətinə hasardan keçərək, evin pəncərəsinin dəmir barmaqlıqlarını əyib, pəncərəni basıb açma yolu ilə, pəncərədən evə qanunsuz daxil olmaqla, həmin otağın qapısının şüşəsini sındıraraq, dəhlizə daxil olub, dəhlizdə olan şkafdan 1000 manat dəyərində boşqab dəstini, 500 manat dəyərində qazan dəstini, 500 manat dəyərində samovar dəstini, 500 manat dəyərində 3 ədəd xrustal vazaları, 250 manat dəyərində bir ədəd uşaq arabasını, mətbəxdən 620 manat dəyərində Beko markalı bir ədəd paltaryuyan maşını, 150 manat dəyərində bir ədəd qaz sobasını, 180 manat dəyərində 1 ədəd aspratoru, 40 manat dəyərində bir ədəd su kranını, 2ci mərtəbədən hamamdan 3 ədəd hər birinin dəyəri 50 manat, ümumi dəyəri 150 manat olan su kranlarını, iki ədəd hər birinin dəyəri 50 manat, ümumi dəyəri 100 manat olan oturacaqları və həyətdən bir ədəd 30 manat dəyərində əl-arabasını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs5 ümumilikdə 4020 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını talama məqsədi ilə 11 aprel 2021-ci il tarixdə saat 22:00 radələrində Abşeron rayonu Masazır qəsəbəsi Yoncalıq yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs1 məxsus nömrəsiz yaşayış evinə qanunsuz daxil olub oradan 1 ədəd Samsunq markalı 4900 manat dəyərində televizoru, 1 ədəd Samsunq markalı 350 manat dəyərində televizoru, 1 ədəd 2000 manat dəyərində televizoru, 1 ədəd 300 manat dəyərində yazı stolunu, 1 ədəd 250 manat dəyərində yemək aparmaq üçün servis arabasını, 1 ədəd 1800 manat dəyərində qadın şubasını, 4 ədəd hər birinin dəyəri 100 manat, ümumi dəyəri 400 manat olan pərdələri, 1 ədəd 150 manat dəyərində ütünü, 1 ədəd 80 manat dəyərində tüklü yataq örtüyünü, 3800 manat nağd pulu, 2000 manat dəyərində müxtəlif qadın paltarlarını, ümumi dəyəri 1000 manat olan 5 ədəd hər birinin dəyəri 200 manat olan yataq dəstələrini, 5 ədəd hər birinin dəyəri 20 manat olan ümumi dəyəri 100 manat əl-üz dəsmallarını, 300 manat dəyərində çemodanın içində olan çəngəl, qaşıq, bıçaq dəstini, 1 ədəd 30 manat dəyərində Sanny markalı elektrik qazanı-sac aparatını, 6 ədəd hər birinin dəyəri 100 manat, ümumi dəyəri 600 manat olan stulları, 300 manat dəyərində 1 ədəd boşqab dəstini, 1 ədəd 10 manat dəyərində üzərində “Laquna” sözləri yazılmış yük çantasını, 1 ədəd 10 manat dəyərində “Zara” markalı, ağ rəngli orta ölçülü düymə ilə açılıb bağlanan istifadə olunmuş çantanı, 1 ədəd 5 manat dəyərində parlaq qara rəngli tək tutacaqlı, kiçik ölçülü düymə ilə açılıb-bağlanan istifadə olunmuş çantanı, 1 ədəd 3 manat dəyərində ağ rəngli kiçik ölçülü üzərində qızılı rəngli qaşlar olan, düymə ilə açılıb bağlanan istifadədə olmuş çantanı, 1 ədəd 3 manat dəyərində qəhvəyi rəngli, kiçik ölçülü istifadə olunmuş pul kisəsini, 1 cüt üzərində “Fashion” yazıları olan, 5 manat dəyərində qızılı rəngli istifadə olunmuş idman ayaqqabısını, 1 cüt 5 manat dəyərində qara rəngli uzun boğazlı, hündür dabanlı istifadə olunmuş ayaqqabını, 1 ədəd 15 manat dəyərində parlaq qara rəngli istifadə olunmuş gödəkçəni, 1 ədəd 10 manat dəyərində idman «Weesky» qol saatını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 18426 manat xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə qabaqcadan əlbir olman bir qrup şəxs halında birləşərək yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını talayıb oğurluq cinayəti törətmişdir. Belə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama və əldə olunmuş əmlakı öz aralarında bölmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək, 17 aprel 2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs7 Abşeron rayonu Masazır kəndi, AAAF-Park yaşayış kompleksinin “C” binasının 12 nömrəli yaşayış evinin yaxınlığına getmiş və evin sahibinin həmin yerə gələcəyi halda xəbər vermək üçün küçədə mövqe seçib gözləmiş, Təqsirləndirilən şəxs1 isə yaşayış evinin hasarından tullanıb həyətə keçib oradan eyvanın qapısını açıb yaşayış evinə qanunsuz daxil olmuş həmin evdən hər birinin dəyəri 50 manat, ümumi dəyəri 150 manat olan 3 ədəd smistitel su kranlarını, 220 manat dəyərində olan 1 ədəd duş dəstini, hər biri dəyəri 400 manat, ümumi dəyəri 800 manat olan 2 ədəd əlüzyuyan dəsti, hər birinin dəyəri 150 manat, ümumi dəyəri 600 manat olan 4 ədəd pərdələri, hər birinin dəyəri 100 manat, ümumi dəyəri 200 manat olan 2 ədəd jalüz pərdələri, 250 manat dəyərində olan 1 ədəd “Redmond” markalı elektrik qazanı, 270 manat dəyərində olan 1 ədəd Türkiyə istehsalı elektrik qazanı, hər birinin dəyəri 300 manat, ümumi dəyəri 600 manat olan 2 ədəd ayaqlı meyvə qablarını, 700 manat dəyərində olan 1 ədəd bokal dəstini, 900 manat dəyərində olan 1 ədəd gümüş qab dəstini, 70 manat dəyərində olan bir qutu çəngəl-bıçaq dəstini, hər biri dəyəri 100 manat, ümumi dəyəri 500 manat olan 5 ədəd yataq dəstini, hər birinin dəyəri 50 manat, ümumi dəyəri 250 manat olan 5 ədəd hamam dəsmal dəstini, hər birinin dəyəri 150 manat, ümumi dəyəri 450 manat olan 3 ədəd masa örtüyünü, 100 manat dəyərində olan 1 ədəd “Kenvood” markalı toster aparatını, hər birinin dəyəri 110 manat ümumi dəyəri 330 manat dəyərində olan 3 ədəd çemodanları, hər birinin dəyəri 100 manat, ümumi dəyəri 300 manat olan 3 ədəd balıq tutmaq üçün tilovları, evə quraşdırılmış 300 manat dəyərində olan “Damafon” aparatını və 1500 manat dəyərində olan istifadə olunmuş geyim əşyaları, hər birinin dəyəri 30 manat, ümumi dəyəri 120 manat olan 1 cüt cəhrayi rəngli, 1 cüt qara rəngli, 2 cüt boz rəngli qadın ayaqqabılarını, 1 cüt 50 manat dəyərində uzunboğaz çəkməni, 1 ədəd 30 manat dəyərində qara rəngli, 1 ədəd boz rəngli 30 manat dəyərində qadın gödəkçələrini, 1 ədəd tünd göy rəngli 30 manat dəyərində uşaq gödəkçəsini, 1 ədəd tünd göy rəngli 30 manat dəyərində qadın gödəkçəsini, 1 ədəd 40 manat xardal rəngli qadın gödəkçəsini, 1 ədəd 40 manat dəyərində qırmızı rəngli qadın gödəkçəsini, 1 ədəd 15 manat dəyərində göy rəngli toxunma yun qadın şərfini, 1 ədəd 40 manat dəyərində şabalıdı rəngli tüklü xəzi, 1 ədəd 10 manat dəyərində uşaq üçün boz rəngli ətəyi, 1 ədəd 10 manat dəyərində uşaq üçün qara rəngli ətəyi, 1 ədəd 15 manat dəyərində qarışıq güllü qadın papağını, 2 ədəd üzərində qara xətlər olan hər birinin dəyəri 7 manat, ümumi 14 manat olan böyük boşqabları, 4 ədəd hər birinin dəyəri 3 manat ümumi dəyəri 12 manat olan sadə böyük boşqabları, 4 ədəd hər birinin dəyəri 3 manat ümumi dəyəri 12 manat olan güllü dərin boşqabları, 8 ədəd hər birinin dəyəri 2 manat ümumi dəyəri 16 manat olan dayaz güllü boşqabları, 1 ədəd 5 manat dəyərində şəffaf böyük boşqabı, 6 ədəd hər ümumi dəyəri 18 manat olan qulpsuz fincanları, 1 ədəd 4 manat dəyərində qulpsuz fincanı, 8 ədəd hər birinin dəyəri 2 manat ümumi dəyəri 16 manat olan güllü kasaları, 1 ədəd 2 manat dəyərində qara rəngli külqabını, 2 ədəd hər birinin dəyəri 5 manat olan, ümumi dəyəri 10 manat olan qapaqlı şüşə qablarını, 1 ədəd 20 manat dəyərində dəmir qapaqlı qazanı, 1 ədəd 5 manat dəyərində dəmir ətdöyən çəkici, 2 ədəd hər birinin dəyəri 2 manat ümumi dəyəri 4 manat olan taxta qaşıqları, 13 ədəd ümumi dəyəri 8 manat olan xörək qaşıqlarını, 7 ədəd ümumi dəyəri 4 manat olan bıçaqları, 5 ədəd ümumi dəyəri 3 manat olan çəngəlləri, 9 ədəd balaca və 3 ədəd böyük ümumi dəyəri 8 manat olan çay qaşıqlarını, ümumi dəyəri 13 manat olan 9 ədəd çay qaşığı və 11 ədəd limon çəngəlini gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 10124 manat məbləğində, xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilən ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Dövlət Sosial Fondunun inşa etdiyi valideyn himayəsindən məhrum edilmiş şəxslərə inşa edilmiş «Məzun evi» adlı yaşayış binasında 26 nömrəli mənzildə babası Zərərçəkmiş şəxs9la birlikdə yaşayır. İnternatda böyümüş, valideyinləri yoxdur. Təqsirləndirilən şəxs2 da onunla internatda böyüdüyü üçün onu tanıyır, aramızda heç bir qərəzli münasibətimiz olmamış, onunla tez-tez görüşmüşdür. Maddi vəziyyətim yaxşı olmadığı üçün qərara gəlmişdir ki, yaşayış evlərindən oğurluq etsin. 12 mart 2021-ci il tarixdə, təxminən saat 19 radələrində Abşeron rayonu Masazır qəsəbəsi yolaltı-1 adlanan ərazidə Sadiq ilə bir yerdə olan zaman orada olan bir evdə heç kimin olmadığını görüb həmin evdən oğurluq etmək istəmişdir. Ətrafda heç kimin olmadığını görüb hasarın üstündən həmin evin həyətinə girmiş, sonra yerdən tapdığı bir dəmir parçası ilə evin yan tərəfində birinci mərtəbənin plasmas pəncərəsini açıb oradan həmin evə girmişdir. Ondan sonra evin ikinci mərtəbəsinə qalxıb yataq otağına girmiş və yataq otağında axtarmağa başlamışdır. Elə ilk baxdığı dolabda bir qutu görmüş, qutu bağlı olmuş və açarla açmaya yeri olmuşdur. O həmin qutunun içərisində pul və ya hər hansı bir qiymətli əşya olduğunu guman edib daha evi axtarmayıb həmin qutunu götürüb, Sadiq də həmin evdən bir ədəd qızıl üzük və bir ədəd gümüş üzüyü götürüb evdən çıxıb oradan uzaqlaşmışlar. Sonra yolda həmin qutunu sındırıb açmış və içərisində 1500 manat pul olmuş, həmin puldan 750 manat özü, 750 manat isə Sadiq götürmüşdür. Sonra Sadiq ona 30 manat pul vermiş və demişdir ki, götürdüyü qızıl üzüyün əvəzində ona verir, onları satıb pulunu özünə götürəcəkdir. Həmin içərisində pul olan qutunu da xatırlamadığı yerdə atmışdır. Ondan sonra Sadiqdən ayrılmışdır. Həmin pulu da özünə xərcləmiş və əsasən qan azlığı xəstəsi olduğu üçün şokaladlar alıb yemişdir. Bundan başqa onun pula ehtiyacı olduğu üçün və sağlam həyat tərzi keçirmək üçün qərara gəlmişdir ki, bir yaşayış evi tapıb oradan oğurluq cinayəti törətsin və əldə etdiyi əşyaları satıb pul əldə etsin. Ona görə 23 mart 2021-ci il tarixdə həmin yaşadığı binanın qarşısından piyada hərəkət edərək Abşeron rayonu Masazır qəsəbəsi “Park Solero” yaşayış massivinə gəlmişdir. Orada saat 15 radələrində ikimərtəbəli fərdi yaşayış evi görmüşdür. Həmin yaşayış evinin hasarına qalxıb oradan yaşayış evinin həyətinə keçmişdir. Yaşayış evinin 1-ci mərtəbədə plastik pəncərənin dəmir barmaqlıqlarını sındıraraq həmin pəncərədən içəriyə daxil olmuşdur. Oradan o qonaq otağından 2 böyük və iki kiçik ölçüdə plakatları, bir ədəd çörək bişirən aparatı ətirləri götürüb çörəkbişirən aparatın içərisinə qoymuşdur. Həmin aparatı isə öz qutusuna qoymuşdur. Sonra evin içərisində olan “Stark Peleton” markalı velosipedi daxil olduğu pəncərədən çölə çıxartmışdır. Həmin əşyaları həyətə çıxardandan sonra o hasarın üstünə çıxmış, yolda gedərkən bir 12-13 yaşlarında uşağa rast gəlmişdir. Velosiped uşağın xoşuna gəldiyi üçün ona vermişdir. Oğurladığım malları evinə aparmışdır. Yaşayış evindən başqa heç nə oğurlamamışdır. Həmin əşyaları öz yaşadığı evə qoymuşdur. Bundan əlavə ölkədə elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq heç bir yerdə işləmədiyi üçün maddi sıxıntıları olmuşdur. Bu səbəbdən oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2021-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Abşeron küçəsi ilə hərəkət edərkən işıqları sönmüş ev görmüşdür. O həmin evdə heç kimin olmadığını düşünüb oğurluq etmək üçün həmin evə girmək qərarına gəlmişdir. Bundan sonra ətrafa baxmış, heç kimin olmadığını görüb evin hasarına çıxaraq həyətə düşmüşdür. Bundan sonra o əvvəlcədən küçədən tapdığı dəmir parçası ilə evin birinci mərtəbəsinin pəncərəsinin dəmir barmaqlığını sındıraraq pəncərəni dəmir mismar ilə açmışdır. Bundan sonra o evə daxil olmuşdur. O evin otaqlarını gəzdikdən sonra yataq otağında olan dolabın üzərində olan 1 ədəd uşaq gödəkçəsini, 50 manat pul, 1 ədəd ətir, 1 ədəd gümüşü rəngli boyunbağı və 1 ədəd gümüşü rəngli üzüyü götürüb evdən çıxmışdır. O evdən oğurladığı uşaq gödəkçəsini əyninə geyinmiş, ancaq həmin gödəkçə əyninə çox balaca olmuşdur. O oğurluq etdiyi evdən bir qədər aralandıqdan sonra evdən oğurladığı uşaq gödəkçəsini əynindən çıxarıb xatırlamadığı yerə atmışdır. Daha sonra yaşadığı evə getmişdir. Həmin evdən oğurladığı 50 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin evdən oğurladığı 1 ədəd gümüşü rəngli boyunbağı və 1 ədəd gümüşü rəngli üzüyün bijuteriya olduğunu sonradan anlayıb xatırlamadığı yerdə atmışdır. Ətiri isə istifadə edib qurtarsa da, həmin ətirin qabı yaşadığı evdədir. Ətirin qabını istintaqa təqdim etmişdir. Bundan əlavə bildirmişdir ki, Təqsirləndirilən şəxs2 onun tanışıdır, o Dövlət Sosial Fondunun inşa etdiyi valideyn himayəsindən məhrum edilmiş şəxslərə inşa edilmiş «Məzun evi» adlı yaşayış binasında yaşayır, onunla dostluq münasibəti yaranmışdır. 11 aprel 2021-ci il tarixdə saat təxminən 21:00 radələrində o yaşadığı binanın qarşısında Sadiqlə görüşmüşdür. Onun pula ehtiyacı olduğu üçün və sağlam həyat tərzi keçirmək üçün qərara gəlmişdir ki, oğurluq etsin. Buna görə Sadiqlə danışıb razılaşmışdır ki, bir yaşayış evi tapsın oradan oğurluq cinayəti törətsin və əldə etdiyi əşyaları hər biri öz evlərinə aparıb sonra satıb pul əldə etsinlər. Ona görə həmin yaşadığı binanın qarşısından piyada hərəkət edərək Abşeron rayonu Masazır qəsəbəsi Yoncalıq yaşayış massivinə gəlmişdir. Orada saat 22 radələrində üç mərtəbəli yaşayış evi görmüşdür. Həmin yaşayış evinin hasarına Sadiqlə qalxıb oradan yaşayış evinin həyətinə keçmişdir. Yaşayış evinin sol böyründə 1-ci mərtəbədə plastik pəncərə sınıq və açıq olduğu üçün həmin pəncərədən Sadiqlə içəriyə daxil olmuşdur. Oradan o qonaq otağından Sadiqlə 1 ədəd böyük ekranlı Samsunq markalı televizoru daxil olduğu pəncərədən çölə çıxartmışdır. Həmin televizoru həyətə çıxardandan sonra o hasarın üstünə çıxmış, orada yerdən televizoru Sadiq ona uzatmış o da götürüb hasarın üstünə qoymuş, daha sonra isə Sadiq hasarın üstünə qalxıb həmin televizoru yaşayış evindən çölə ona verməyə köməklik etmiş, o da həmin televizoru aparmaq rahat olması üçün ekran hissəsini başına qoymuşdur. Sadiq oğurluq etmək üçün həmin mənzilə qayıtmış, o isə gəzərək tək piyada həmin televizoru öz yaşadığı mənzilə gətirmişdir. Həmin televizoru mənzilə qoyandan sonra yenidən oğurluq etmək üçün həmin mənzilə saat 23:30 radələrində gəlmiş, o gələndə artıq Sadiq orada olmamışdır. Sadiq o olmayan zaman həmin evdən nə oğurladığı barədə məlumatı olmamışdır. O evin ikinci mərtəbəsinə qalxıb oradan 1 ədəd qara rəngil yük çantasını, götürüb onun içinə 3 ədəd qadın pul kisəsi, 1 ədəd qadın əl çantasını, 1 ədəd idman qol saatını, 1 ədəd qadın şubasını, qadın ayaqqabılarını, 1 ədəd qara rəngli qadın gödəkçəsini, 25 ədəd servis qablarını yığmış, sonra 1 ədəd içi boş çəngəl, qaşıq və bıçaq dəstinin çemodanını götürüb içinə bir qədər servis qablarını yığmış, daha sonra mətbəxdən 1 ədəd saç götürüb yük çantasının içinə qoymuşdur. Sonra yük çantasına yığdığı əşyaları çanta ilə, qaşıq, çəngəl və bıçaq dəsti çemodanınınıda götürüb daxil olduğu kimi həmin evdən çıxmış və öz yaşadığı evə gəlmişdir. Yolda evə gələn zaman servis qabları sındığı üçün yolda həmin qabları tullamışdır. Yaşayış evindən başqa heç nə oğurlamamışdır. Həmin əşyaları öz yaşadığı evə qoymuşdur. Oğurladığı əşyalardan 1 ədəd qadın şubasını 50 manata 1 ədəd sacı 40 manata yaşadığı binanın öz yaşadığı blokun 5-ci mərtəbəsinə yaşayan Elçin adlı qonşusuna satmışdır. Elçinə həmin şubanın və sacın oğurluq olmadığını və ona məxsus olduğunu bildirmişdir. Qadın ayaqqabılarrından isə 1 ədəd qadın gödəkçəsini 10 manata, 1 cüt qadın qış ayaqqabısını 5 manata, 1 ədəd bəzəkli qadın idman ayaqqabısını 5 manata babamın qeyri rəsmi yaşadığı Reyhan adlı qadına satmışdır. Reyhana və Elçinə satdığı əşyaların oğurluq olmadığını və ona məxsus olduğunu bildirmişdir. Evdən oğurlanan 1 ədəd iri ekranlı Samsunq markalı televizor, 1 ədəd qara rəngil yük çantası, 3 ədəd qadın pul kisəsi, 1 ədəd qadın əl çantası, 1 ədəd idman qol saatı, 1 ədəd içi boş çəngəl, qaşıq və bıçaq dəsti çemodanı hal hazırda yaşadığım evdə olmuşdur. Onları istintaqa təqdim etmişdir. Hadisədən 2 iki gün sonra o yaşadığı binanın məhəlləsində Təqsirləndirilən şəxs2 görmüş, ondan həmin birlikdə oğurluq etdiyi evdən nə oğurlamasını soruşmuş, Sadiq isə ona evdən nə oğurlamasını ondan sonra konkret cavab verməmiş, ona dolğun cavab verməkdən yayınmış və ondan aralanmışdır. Bundan əlavə bildirmişdir ki, Təqsirləndirilən şəxs3 bir müddət olar ki, tanıyır. Onun oğlu Anar onunla qonşuluqda öz ailəsi ilə yaşayır. Anarla dostluq etdiyinə görə onun atası Ehtibarla da yaxşı münasibəti var. 2021-ci ilin aprel ayının əvvəllərində tarixini dəqiq xatırlamadığı gündə Ehtibar Anar gildə qonaq olduğu vaxtı o təsadüfən Etibarla görüşmüşdür. Ehtibar Qobuda yaşadığı evə getməyə pulu olmadığını bildirib, ondan 10 manat borc pul istəmişdir. O da işləmədiyi üçün pulu olmadığını bildirib ona birlikdə iş axtarmağı təklif etmişdir. Ertəsi günü, yəni xx.xx.2021-ci il tarixdə saat 11-12 radələrində iş axtarmaq üçün Ehtibarla birlikdə Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” yaşayış kompleksinin yaxınlığındakı 3 mərtəbəli binaların yanındakı yeni tikililərin olduğu məhəllədə gəzmişdir. Lakin iş tapa bilməyib evinə qayıtmışdır. Həmin günü gecə saat 23-24 radələrində o Ehtibarla yaşadığı yerin yaxınlığındakı parkda gəzərkən o, yenə ondan borc pul barədə soruşmuşdur. O da ona birlikdə zibil qutularını axtarıb orada satmaq üçün münasib bir şey tapmağı təklif etmişdir. Ehtibar da razılaşmış və onunla birlikdə Masazır kəndi, “Qurtuluş-93” yaşayış kompleksinin yaxınlığındakı 3 mərtəbəli binaların yanına getmişlər. Həmin vaxtı o oradakı zibil qutularının yanında kağız qutularda olan istifadə olunmuş geyim əşyalarını, ayaqqabıların və qab-qacağın olduğunu görüb həmin əşyalara baxmışdır. Əşyaları satıb pul əldə etmək mümkün olduğunu düşünüb həmin əşyaları zibil qutularının yanından tapdığı 3 ədəd sellofan torbaya yığıb Ehtibarla birlikdə özləridə götürüb piyada yaşadığı ünvana yollanmışdır. Mərkəzi asfalt yola çıxdığı vaxtı Abşeron RPİ-nin əməkdaşları onları saxlamış və əllərindəki torbalarda olan əşyaları görüdükdən sonra oğurluq etmələrindən şübhələnib onları polis idarəsinə gətirib sorğu-sual etmişlər. O da həmin torbadakı əşyaları haradan və necə götürdüklərini polislərə söyləmişdir. Həmin əşyaların kimə məxsus olduğunu bilmir, o əşyaları zibil qutusunun yanındakı kağız qutudan tapıb götürmüşdür. Həmin əşyaları oraya kimin qoymasından xəbəri olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilən ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki o, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Dövlət Sosial Fondunun inşa etdiyi valideyn himayəsindən məhrum edilmiş şəxslərə inşa edilmiş «Məzun evi» adlı yaşayış binasında 50 nömrəli mənzildə arvadı Ellada Nəcəfova və 2 azyaşlı uşaqlarımla birlikdə yaşayır. O internatda böyümüş, valideyinləri yoxdur. Təqsirləndirilən şəxs1 Yedigar oğlu onunla internatda böyüdüyü üçün onu tanıyır, aralarında heç bir qərəzli münasibətimiz olmamış, onunla tez-tez görüşmüşdür. Maddi vəziyyəti yaxşı olmamış, ona yaşayış evlərindən oğurluq etmək qərarına gəlmişdir. 12 mart 2021-ci il tarixdə, təxminən saat 19 radələrində Abşeron rayonu Masazır qəsəbəsi yolaltı-1 adlanan ərazidə Nicat ilə bir yerdə olan zaman orada olan bir evdə heç kimin olmadığını görüb həmin evdən oğurluq etmək istəmişdir. Ətrafda heç kimin olmadığını görüb hasarın üstündən həmin evin həyətinə girmiş, sonra yerdən tapdığımız bir dəmir parçası ilə evin yan tərəfində birinci mərtəbənin plasmas pəncərəsini açıb oradan həmin evə girmişdir. Ondan sonra evin ikinci mərtəbəsinə qalxıb yataq otağında girmiş və yataq otağında axtarmağa başlamış, mən həmin otaqda olan güzgülü mebelin süyürməsindən bir ədəd kişi qızıl üzüyünü və bir ədəd qadın gümüş üzüyünü götürmüş, Nicat da dolabda bir qutu görmüş, qutu bağlı idi və açarla açmağa yeri olmuşdur. Biz həmin qutunun içərisində pul və ya hər hansı bir qiymətli əşya olduğunu guman edib daha evi axtarmayıb həmin qutunu götürüb, evdən çıxıb oralardan uzaqlaşmışdır. Sonra yolda həmin qutunu sındırıb açmış və içərisində 1500 manat pul olmuşdur. Həmin puldan 750 manat özü, 750 manat isə Nicat götürmüşdür. Sonra o 30 manat da Nicata vermişdir ki, qızıl üzüyü satıb pulunu özünə götürəcəkdir. Ondan sonra Nicatdan ayrılmış və səhəri gün həmin qızıl və gümüş üzükləri M.Əcəmi metrosunun yaxınlığında Moskva univermağın qarşısında tanımadığı şəxsə satmış və nə qədər pul aldığını xatırlamamışdır. Həmin şəxs üzüklərin oğurluq olduğunu bilməmişdir. Oğurluq nəticəsində əldə etdiyi pulu da özünə xərcləmişdir. Bundan əlavə 16 mart 2021-ci il tarixdə saat 22 radələrində oğurluq etmək üçün Abşeron rayonu, Masazır qəsəbəsi Duz zavodunun yanında yerləşən fərdi yaşayış evlərinin qarşısına gəlmişdir. Orada iki mərtəbəli fərdi yaşayış evinin sahibsiz olduğunu görüb, hasardan həyətə keçmişdir. Həmin vaxtı evin mətbəxinin plastik pəncərəsini özü ilə götürdüyü vintaçan alətlə ilə açıb evə daxil olmuşdur. Evin qonaq otağında divara bərkidilmiş Samsung markalı televizoru açıb özü ilə aparmışdır. Televizor işləmədiyi üçün zibil qutusuna atmışdır. Bundan dərhal sonra yenidən həmin evə gəlmiş və evin həyətində sol tərəfdə kombini açıb özü ilə aparmışdır Öz yaşadığı binanın yaxınlığında bir kənara qoymuşdur. Yenə həmin evə qayıdıb pəncərədən evə daxil olmuş və 1-ci mərtəbədə saxlanc yerində olan 1 ədəd generatoru və 1 ədəd ot biçən aparatı oğurlayıb aparmışdır. 17 mart 2021-ci il tarixdə saat 16 radələrində bir taksi tutub oğurladığı kombi apartını taksiyə yükləyib Sabunçu bazarına getmişdir. Orada tanımadığı, anket məlumatlarını bilmədiyi tanımadığı şəxsə 60 manata satmışdır. Evdən oğurladığı generatoru və ot biçən maşını isə xx.xx.2021-ci il tarixdə məhlədə qonşusu Elyara 55 manata satmışdır. Əldə etdiyi pulları şəxsi ehtiyacı üçün xərcləmişdir. Bundan başqa 2021-ci ilin mart ayının 24-də saat təxminən 23 radələrində, Abşeron rayonu Masazır qəsəbəsində yeni məhəllədə yerləşən fərdi yaşayış evinin həyətinə hasarından keçərək, evin pəncərəsində olan dəmir barmaqlığı əyib oradan otağa daxil olmuş, otaqda olan qapının şüşəsini sındıraraq, qapını açıb oradan dəhlizə, dəhlizdən isə mətbəxə keçərək, mətbəxdə olan bir ədəd paltaryuyanı və bir ədəd aspiratoru oğurlamışdır. O evə baxış keçirəndə, evin açarlarını tapmış, həmin açarla evin qapısını içəridən açıb, oğurladığı bir ədəd paltaryuyanı və bir ədəd aspiratoru, bir ədəd qaz peçini, bir ədəd uşaq arabasını həyətdə olan əl-arabasına qoyaraq, evdən götürdüyü açarla çöl qapınıda açıb, həmin oğurladığı əşyaları əl-arabası ilə aparıb yaşadığı evdə bloka qoymuş, həmin bir ədəd paltaryuyanı qonşusu David adlı şəxsə 250 manata satmışdır. Bundan bir iki gün sonra, həyətdə Davidi görmüş, ona pul lazım olduğu üçün Davidə demişdir ki, onda bir ədəd işlənmiş aspirator var, həmin aspiratoru satır. Daviddə ona aspiratoru gətirməyi xahiş etmişdir. O da evə gəlib həmin oğurladığı aspiratoru götürüb, Davidin yaşadığı evə gedib qapını döymüş, David evdən çıxıb aspiratora baxandan sonra ona 40 manat pul vermişdir. O həmin pulu da öz şəxsi işləri üçün xərcləmişdir. O bir ədəd uşaq arabasını, bir ədəd qaz peçini 3-cü mikrorayon bazarında tanımadığı şəxslərə 100 manata satmışdır. O həmin oğurluğu tək eləmiş, həmin evdən bir ədəd paltaryuyan və bir ədəd aspirator oğurlamışdır. O həmin evdən başqa heç nə oğurlamamışdır. Həyətdən apardığı əl-arabası köhnə olmuş, həmin əl-arabasını bir az işlətmiş, əl-arabası sındığı üçün, o arabanı dəmirlərini harada gəlmiş tulamışdır. Bundan başqa 11 aprel 2021-ci il tarixdə saat təxminən 21:00 radələrində o yaşadığı binanın blokunda Nicatla görüşmüşdür. Onun pula ehtiyacı olduğu oğurluq etmək qərarına gəlmişdir. Buna görə Nicatla danışıb bir yaşayış evi tapmağı və oradan oğurluq cinayəti törətməsi barədə və əldə etdiyi əşyaları hər birini öz evlərinə aparıb sonra satıb pul əldə etməyi barədə razılaşmışdır. Ona görə həmin yaşadığı binanın qarşısından piyada hərəkət edərək Abşeron rayonu Masazır qəsəbəsi Yoncalıq yaşayış massivinə gəlmişdir. Orada saat 22 radələrində üç mərtəbəli yaşayış evi görmüşdür. Həmin yaşayış evinin hasarına Nicatla qalxıb oradan yaşayış evinin həyətinə keçmişdir. Yaşayış evinin sol böyründə 1-ci mərtəbədə plastik pəncərə sınıq və açıq olduğu üçün həmin pəncərədən Nicatla içəriyə daxil olmuşdur. Oradan o qonaq otağından Nicatla 1 ədəd böyük ekranlı Samsunq markalı televizoru daxil olduğu pəncərədən çölə çıxartmışdır. Sonra isə o evin mətbəxindən 1 ədəd mikrodalğalı soba tapıb onu götürüb onu da pəncərədən çölə çıxartmışdır. Həmin televizoru və mikrodalğalı sobanı həyətə çıxardandan sonra Nicat hasarın üstünə çıxmış, orada yerdən televizoru və mikrodalğalı sobanı o Nicata uzatmışdır. Nicat televizoru və mikrodalğalı sobanı götürüb hasarın üstünə qoymuş, daha sonra isə o hasarın üstünə qalxıb həmin televizoru və mikrodalğalı sobanı yaşayış evindən çölə Nicata verməyə köməklik etmiş, Nicat həmin televizoru aparmaq rahat olması üçün ekran hissəsini başıma qoymuşdur. O da əlinlə mikrodalğalı soba ilə öz yaşadığı binaya tərəf gəlmişdir. Nicat həmin televizoru öz yaşadığı evə aparmış, o da mikrodalğalı sobanı öz yaşadığı evə aparmışdır. Sonra tək həmin evə saat 23 radələrində qayıtmış və həmin evə yenə keçən dəfəki kimi daxil olub oradan 1 cüt pərdə və 1 ədəd tüklü yataq örtüyünü götürüb öz yaşadığı evə aparmışdır. Mikrodalğalı soba xarat olduğu üçün, 1 ədəd pərdə və 1 ədəd tüklü örtükdən pis iy gəldiyi üçün onları tullamışdır. Hadisədən sonra 2 iki gün sonra o Nicatı yaşadığı binanın məhəlləsində görmüş, Nicat ona söhbət əsnasında həmin evdən başqa əşyalarda oğurlayıb onları satacağı barədə bildirmişdir. Ondan ev əşyaları istəyən olsa ona xəbər verməsini xahiş etmişdir. 19 mart 2021-ci il tarixdə saat 22 radələrində yaşadığı evdən çıxıb tək Abşeron rayonu Masazır kəndi ərazisindəki AAAF parkı yaxınlığında yerləşən iki mərtəbəli yaşayış evindən 10 ədəd istilik radiatorlar oğurlamamışdır. Sonda himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alıb barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan edilən ittiham üzrə özünü qismən təqsirli bilərək köstərmişdir ki o, 2010-cu ildə oğurluq etdiyinə görə Masallı rayon məhkəməsi tərəfindən 4 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2013-cü ilin noyabr ayında cəzasını çəkib qurtarmışdır. Həmin vaxtdan da fəhləliklə pul qazanır. Bir həftə əvvəl Cəlliabaddan Abşeron rayonu, Masazır kəndi ərazisindəki “Məzunlar evi” adlanan yaşayış kompleksində yaşayan oğlu Anargilə qonaq gəlmişdir. Qobuda yaşadığı evə getməyə pulu olmadığına görə həmin vaxtdan oğlunun evində qalmışdır. 2-3 gün sonra Qobuya getməyə pul axtardığı vaxtı oğlu Anarın qonşusu Nicatla görüşüb söhbət edərkən ondan 10 manat borc pul istəmişdir. O da verəcəyini bildirmişdir. Ertəsi günü, yəni xx.xx.2021-ci il tarixdə saat 24 radələrində oğlu Anargildə nəvələri ilə televizora baxdığı vaxtı Nicat yanına gəlib onunla yaxılıqdakı parka gəzməyə getməyimi xahiş etmişdir. O da onun ona borc pul verəcəyini düşünüb onunla birlikdə evdən çıxmışdır. Biz əvvəl söhbət edə-edə yaxınlığındakı parka getmişdir. O yenə Nicatdan ona nə vaxt borc pul verəcəyini soruşmuşdur. O da ona Masazır kəndində hansısa evdən oğurluq etdikdən sonra oradan götürdüyü əşyaları satıb səhəri günü ona pul verəcəyini söyləyib onunla həmin evə getməyimi təklif etmişdir. Pula ehtiyacı olduğuna görə o da əlacsız qalıb razılaşmışdır. Bundan sonra o piyada Nicatın oğurluq etdiyi evin yanına getmişdir. Nicat kimsə gəldiyi halda xəbər vermək üçün ona küçədə gözləməyini tapşırıb özü oradakı iki mərtəbəli fərdi yaşayış evinin hasarından həyətə tullanmış və 20-25 dəqiqədən sonra o, içərisində əşyalar olan 3 ədəd sellofan torbaları hasarın üstündən ona vermişdir. O da həmin torbaları alıb yerə qoyduqdan sonra Nicat hasardan küçəyə tullanıb onun yanına gəlmiş və həmin torbaların içərisində paltar olanını ona verib digər iki torbanı özü götürmüşdür. Bundan sonra onlar həmin torbaları onun yaşadığı evə aparmaq üçün oradan piyada hərəkətə başlamışdır. Mərkəzi asfalt yola çıxdığı vaxtı Abşeron RPİ-nin əməkdaşları onları saxlamışlar və əllərindəki torbalarda olan əşyaları görüdükdən sonra oğurluq etməyinizdən şübhələnib onları polis idarəsinə gətirib sorğu-sual etmişlər. O da həmin torbadakı əşyaları haradan və necə götürdüyünü polislərə söyləmişdir. Lakin o, həmin evdən bakal, boşqab, paltar götürməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, o Bakı şəhərində yaşasa da Abşeron rayonu, Masazır kəndində yerləşən “Park Solero” yaşayış kompleksində də özünə məxsus iki mərtəbəli evi vardır. O evə arada bir gəlib baş çəkir, belə ki, o əvvəllər ailəsi birlikdə həmin mənzildə 5 il daimi yaşamışdır. O həmin mənzilə axırıncı dəfə xx.xx.2021-ci il tarixdə getmiş və evdə olan hər şey qaydasında olmuşdur. Evin qapısını bağlamış və Bakı şəhərinə qayıtmışdır. xx.xx.2021-ci il tarixdə o Bakı şəhərindən çıxaraq Masazırda olan evinə gəlmişdir. Evə gəldikdə darvazanı açaraq həyətə daxil olmuş və həyətdə olan skamyanın evinin pəncərəsinin qarşısında olduğunu və evin plastikdən olan pəncərəsinin dəmir barmaqlığını divardan çıxarıldığını aşkar etmişdir. Bundan sonra o evin qapısını açar ilə açaraq evə daxil olmuş və evin dağınıq olduğunu aşkar etmişdir. Evin hər tərəfinə baxdıqda evdən 350 manat dəyərində “Sony” markalı televizorun, 200 manat dəyərində krosno aparatının, 800 manat dəyərində mis qabların, 850 manat dəyərində “Stark Peleton” markalı velosipedin, 400 manat dəyərində “Pioneer” markalı ev kinoteatrı, 200 manat dəyərində radio Tunerin, 100 manat dəyərində “AND” markalı inqolasiya aparatının, 400 manat dəyərində “Arçelik” markalı çörək bişirən aparatının, 300 manat dəyərində şirniyyat bişirən aparatın, 5 manat dəyərində “Tefal” markalı toster aparatının və birinci mərtəbədə olan dolablardan uşaqlara məxsus paltarların evdə olmadığını və evin dağınıq olduğunu gördükdə evdən oğurluq olduğunu başa düşmüşdür. O dərhal Azərbaycan Respublikası DİN-nin 102 mərkəzi-zəng xidmətinə evindən oğurluq olması barədə məlumat vermişdir. Daha sonra Abşeron rayon polis idarəsinin əməkdaşları hadisə yerinə baxış keçirmişlər. Konkret olaraq yaşadığı evdən 350 manat dəyərində “Sony” markalı televizor, 200 manat dəyərində krosno aparatı, 800 manat dəyərində mis qablar, 850 manat dəyərində “Stark Peleton” markalı velosipedi, 400 manat dəyərində “Pioneer” markalı ev kinoteatrı, 200 manat dəyərində radio Tuneri, 100 manat dəyərində “AND” markalı inqolasiya aparatı, 400 manat dəyərində “Arçelik” markalı çörək bişirən aparatı, 300 manat dəyərində şirniyyat bişirən aparatı, 50 manat dəyərində “Tefal” markalı toster aparatı, 1 ədədi 40 manat dəyərində olan ümimi 80 manat dəyərində 2 ədəd kiçik ölçülü fotoplakat, 1 ədədi 70 manat dəyərində olan ümumi 140 manat dəyərində 2 ədəd böyük ölçülü fotoplakat oğurlanmış və həmin oğurluq nəticəsində ona 3825 manat maddi ziyan dəymişdir. Baş vermiş oğurluqda əlaqədar heç kəsdən şübhələnməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, Bakı şəhərində 4-cü mikrorayonda dairəsində yerləşən “King Pub” adlı restoranda aşbaz köməkçisi işləmişdir. Hər gün saat 13 radələrində işə getmiş, axşam saat 23 radələrində isə işdən çıxıb evə gəlmişdir. Arada oğlu Aslanı da işə gedərkən özü ilə aparmışdır. xx.xx.2021ci il tarixdə oğlu Aslanla birlikdə işə getmişdir. Həmin gün saat təxminən 23:45 radələrində yaşadığı ünvan 7 ünvanda yerləşən evinə gəlmişdir. O evə yaxınlaşanda evin həyətinin giriş darvazasının bir tayının açıq olduğunu görmüşdür. O ilk öncə darvazanın bir tayını külək açdığını düşünmüşdür. Daha sonra evin həyətinə daxil olmuşdur. Həyət qaranlıq olduğu üçün telefonunun işığını yandırıb evə doğru irəliləmişdir. O evin giriş qapısına yaxınlaşanda pəncərənin dəmir barmaqlığının sındırıldığını, pəncərənin isə açıq olduğunu görmüşdür. Bundan sonra o evin giriş qapısını açıb içəri daxil olmuşdur. Evin işıqlarını yandırmaq istədikdə işıqların yanmadığını görmüşdür. Bundan sonra o evin həyətinə çıxıb evinin hasarının küçə tərəfindən divarda quraşdırılmış işıq sayğacından işıqları yandırmışdır. Bundan sonra evin işıqları yanmışdır. Daha sonra o qorxmuş vəziyyətdə evə daxil olmuşdur. Evin otaqlarını gəzən zaman o otaqlarda olan əşyaların dağılmış vəziyyətdə olduğunu görmüşdür. O otaqlara baxan zaman yataq otağında çarpayıda yığılmış döşəklərin arasında saxladığı 3500 manat pulun, dolabın üzərində olan 1 ədəd “emporia” markalı ətirin, 1 ədəd uşaq gödəkçəsinin, 1 ədəd boyunbağ bijuteiyamın, 1 ədəd üzük bijuteriyamın, qonaq otağında divardan asılmış “Samsung” markalı plazma televizorun, qonaq otağında stolun üzərində olan 1 ədəd gümüşü rəngli “Leno” markalı və 1 ədəd qara rəngli “Samsung” markalı notbuk kompyuterlərinin oğurlandığını aşkar etmişdir. Bundan sonra mən DİN-in 102 xidmətinə zəng edərək evindən oğurluq hadisəsinin baş verməsi barədə məlumat vermişdir. Aradan bir neçə dəqiqə keçdikdən sonra polis əməkdaşları gəlib evimə baxış keçirərək müayinə etmişlər. Ona məxsus evindən 3500 manat nəğd pul, 1 ədəd 1000 manat dəyərində “Samsung” markalı plazma televizor, 1 ədəd gümüşü rəngli “Leno” markalı 350 manat dəyərində və 1 ədəd qara rəngli “Samsung” markalı 300 manat dəyərində notbuk kompyuterləri, 1 ədəd 50 manat dəyərində “emporia” markalı ətir, 1 ədəd 100 manat dəyərində uşaq gödəkçəsi, 1 ədəd 75 manat dəyərində boyunbağ bijuteiyası, 1 ədəd 45 manat dəyərində üzük bijuteriyamın oğurlanması nəticəsində ona ümumilikdə 5420 manat məbləğində maddi ziyan dəymişdir. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar konkret olaraq şübhələndiyi şəxs və ya şəxslər olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindiriən Zərərçəkmiş şəxs1 göstərdi ki, ona məxsus Abşeron rayonu Masazır qəsəbəsi Yoncalıq yaşayış massivində yaşayış evi var. 09 aprel 2021-ci il tarixdə saat 11 radələrində Abşeron rayonu Masazır qəsəbəsi Yoncalıq yaşayış massivində yaşayış evində tək olmuş, saat 11 radələrində həmin Abşeron rayonu Masazır qəsəbəsi Yoncalıq yaşayış massivində yaşayış evindən çıxıb Abşeron rayonu Masazır qəsəbəsi H. Aslanov küçəsində yerləşən evimə getmişdir. 12 aprel 2021-ci il tarixdə saat 17 radələrində həmin yaşayış evinə tək gələndə yaşayış evimin 1-ci mərtəbəsindəki qonaq otağının pəncərəsi sındırılmış vəziyyətdə olmasını görmüşdür. Evə daxil olanda evdə hər şeyin pərakəndə şəklində olduğunu, yaşayış evindən oğurluq hadisəsi baş vermişdir. Yaşadığı evdən 1 ədəd Samsunq markalı 4900 manat dəyərində televizorun, 1 ədəd Samsunq markalı 1800 manat dəyərində televizorun, 1 ədəd 2000 manat dəyərində televizorun, 1 ədəd 300 manat dəyərində yazı stolunun, 1 ədəd 250 manat dəyərində yemək aparmaq üçün servis arabasının, 1 ədəd 4000 manat dəyərində qadın şubasının, 4 ədəd hər birinin dəyəri 100 manat, ümumi dəyəri 400 manat olan pərdələrin, 1 ədəd 150 manat dəyərində ütünün, 1 ədəd 80 manat dəyərində tüklü yataq örtüyünün, 3800 manat nağd pulun, 2000 manat dəyərində müxtəlif qadın paltarlarının, ümumi dəyəri 1000 manat olan 5 ədəd hər birinin dəyəri 200 manat olan yataq dəstələrinin, 5 ədəd hər birinin dəyəri 20 manat olan ümumi dəyəri 100 manat əl-üz dəsmallarının, 300 manat dəyərində çemodanın içində olan çəngəl, qaşıq, bıçaq dəstinin, 1 ədəd 200 manat dəyərində sacın, 6 ədəd hər birinin dəyəri 100 manat, ümumi dəyəri 600 manat olan stulların, 300 manat dəyərində 1 ədəd boşqab dəstinin, 1 ədəd 50 manat dəyərində yük çantasının, 3 ədəd hər birinin dəyəri 50 manat ümümi dəyəri 150 manat olan qadın pul qablarının, 1 ədəd 100 manat dəyərində qadın əl çantasının, 1 ədəd 50 manat dəyərində idman «Weesky» qol saatının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. Başqa evdən heçnə oğurlanmamışdır. Oğurluq hadisəsi nəticəsində ona 22530 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs4 ərizə ilə məhkəməyə müraciət edərək istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, ona vurulmuş zərər ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətci olduğunu bildirmişdir. İbtidai istintaqda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, yaşadığı ev iki mərtəbəlidir, həmin evdə iki ildir ki, yaşayır. Evin pəncərələri dəmir barmaqlıqlarla təhçiz edilmişdir. 12 mart 2021-ci il tarixdə saat təxminən 11 radələrində həyat yoldaşı ilə evdən çıxıb Bakı şəhəri Yasamal rayonuna getmiş, həyat yoldaşı isə işə getmişdir. Həmin gün gecə o saat təxminən 23 radələrində evə gəlmiş, həyat yoldaşı isə azyaşlı uşaqla valideyinlərinin evində qalacaqdır. O evə gəlib qapını açarla açmış və içəri girəndə evin birinci mərtəbəsinin zal otağın pəncərəsinin açıq olduğunu görmüşdür. O elə bilmişdir ki, pəncərə açıq qalmışdır. Bu zaman həmin pəncərənin dəmir barmaqlığı divardan qopardılmışdır. Onda evə oğru girdiyini bilmişdir. O oğrunun evdə olacağından ehtiyyat edib qonşu Amili də evə çağırmışdır. Sonra evin ikinci mərtəbəsinə və çardağa da baxmış, lakin heç kim olmamışdır. Evin yataq otağında çarpayının yanında olan dolabın süyürməsi açıq olmuş və orada olan duxu qutusu içərisində olan 1500 manat pul ilə birlikdə oğurlanmışdır. Bundan başqa həmin otaqda tryumodan bir ədəd 500 manat dəyərində kişi qızıl üzüyü, bir ədəd 30 manat dəyərində gümüş qadın üzüyü, bir ədəd də 30 manat dəyərində digər gümüş üzüyü oğurlanmışdır. Evdə digər qızılları da olmuşdur, lakin onlar oğurlanmamışdır. Ona görə də o DİN-in 102 xidmətinə məlumat vermişdir. Onun konkret şübhələndiyi şəxs yoxdur. OĞurluq hadisəsini kimin törətməsini bilməmişdir. Zərərçəkmiş şəxs7 ərizə ilə məhkəməyə müraciət edərək istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, ona vurulmuş zərər ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətci olduğunu bildirmişdir. İbtidai istintaqda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 2014-cü ilin iyul ayında AAAF-Park yaşayış kompleksinin Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən “C” binasının 12 nömrəli mənzilini alıb içərisini təmir etmiş və heç vaxt orada mütəmadi olaraq yaşamamışdır. Bakı şəhərində yaşadığı evdə olan istifadə etmədiyi əşyalarını həmin evlərinə yığmışdır. Hərdən bir vaxtı olanda da həmin evinə baş çəkməyə getmişdir. Axırıncı dəfə xx.xx.2021-ci ildə o həmin evinə baş çəkməyə getdiyi vaxtı evdə hər şeyin qaydasında olduğunu görüb qapı və pəncərələri bağlayıb Bakı şəhərində yaşadığı evə qayıtmışdır. Bir müddət vaxtı olmadığına görə evinə baş çəkməyə gedə bilməmişdir. xx.xx.2021-ci il tarixdə saat 20 radələrində həmin evinə baş çəkməyə getdiyi vaxtı evin giriş qapısının açıq olduğunu görüb tez içəriyə daxil olmuşdur. Bu zaman evin 2-ci mərtəbəsindəki eyvanın plastik qapısının açıq olduğunu və əşyaların səliqəsinin pozulduğunu, otaqlardakı hər biri 100 manat dəyərində olan ümumi dəyəri 1000 manat olan 10 ədəd istilik radiatorlarının, hamam otaqlarındakı hər biri 50 manat, ümumi 150 manat dəyərində 3 ədəd smistitel su kranlarının, 220 manat dəyərində olan 1 ədəd duş dəstinin və hər biri 400 manat, ümumi 800 manat dəyərində olan 2 ədəd əlüzyuyan dəstinin, pəncərələrə asılmış hər biri 150 manat, ümumi 600 manat dəyərində olan 4 ədəd pərdələrin və hər biri 100 manat, ümumi 200 manat dəyərində olan 2 ədəd jalüz pərdələrin, evin ikinci mərtəbəsindəki yataq otağında kağız qutularda saxladığı, istifadə olunmamış 250 manat dəyərində olan 1 ədəd “Redmond” markalı 1 ədəd elektrik qazanının, 270 manat dəyərində olan 1 ədəd Türkiyə istehsalı elektrik qazanının, hər biri 300 manat, ümumi 600 manat dəyərində olan 2 ədəd ayaqlı meyvə qabının, 700 manat dəyərində olan 1 ədəd bokal dəstinin, 900 manat dəyərində olan 1 ədəd gümüş qab dəstinin, 70 manat dəyərində olan bir qutu çəngəl-bıçaq dəstinin, hər biri 100 manat ümumi 500 manat dəyərində olan 5 ədəd yataq dəstinin, hər biri 50 manat ümumi 250 manat dəyərində olan 5 ədəd hamam dəsmal dəstinin, hər biri 150 manat, ümumi 450 manat dəyərində olan 3 ədəd masa örtüyünün, 100 manat dəyərində olan 1 ədəd “Kenvood” markalı toster aparatının, hər biri 110 manat ümumi 330 manat dəyərində olan 3 ədəd çemadanın, hər biri 100 manat ümumi 300 manat dəyərində olan 3 ədəd balıq tutmaq üçün tilovun, evə quraşdırılmış 300 manat dəyərində olan “Damafon” aparatının və 1500 manat dəyərində olan istifadə olunmuş geyim əşyalarının yerində olmadığını görüb evdə olmadığı müddətdə evindən oğurluq olduğunu güman edib mobil telefonu ilə bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bundan əlavə evindən naməlum şəxs və ya şəxslər hər birinin dəyəri 30 manat, ümumi dəyəri 120 manat olan 1 cüt cəhrayi rəngli, 1 cüt qara rəngli, 2 cüt boz rəngli qadın ayaqqabılarını, 1 cüt 50 manat dəyərində uzunboğaz çəkməni, 1 ədəd 30 manat dəyərində qara rəngli, 1 ədəd boz rəngli 30 manat dəyərində qadın gödəkçələrini, 1 ədəd tünd göy rəngli 30 manat dəyərində uşaq gödəkçəsini, 1 ədəd tünd göy rəngli 30 manat dəyərində qadın gödəkcəsini, 1 ədəd 40 manat xardal rəngli qadın gödəkçəsini, 1 ədəd 40 manat dəyərində qırmızı rəngli qadın gödəkçəsini, 1 ədəd 15 manat dəyərində göy rəngli toxunma yun qadın şərfini, 1 ədəd 40 manat dəyərində şabalıdı rəngli tüklü xəzi, 1 ədəd 10 manat dəyərində uşaq üçün boz rəngli ətəyi, 1 ədəd 10 manat dəyərində uşaq üçün qara rəngli ətəyi, 1 ədəd 15 manat dəyərində qarışıq güllü qadın papağını, 2 ədəd üzərində qara xətlər olan hər birinin dəyəri 7 manat, ümumi 14 manat olan böyük boşqabları, 4 ədəd hər birinin dəyəri 3 manat ümumi dəyəri 12 manat olan sadə böyük boşqabları, 4 ədəd hər birinin dəyəri 3 manat ümumi dəyəri 12 manat olan güllü dərin boşqabları, 8 ədəd hər birinin dəyəri 2 manat ümumi dəyəri 16 manat olan dayaz güllü boşqabları, 1 ədəd 5 manat dəyərində şəffaf böyük boşqabı, 6 ədəd hər ümumi dəyəri 18 manat olan qulpsuz fincanları, 1 ədəd 4 manat dəyərində qulpsuz fincanları, 8 ədəd hər birinin dəyəri 2 manat ümumi dəyəri 16 manat olan güllü kasaları, 1 ədəd 2 manat dəyərində qara rəngli külqabını, 2 ədəd hər birinin dəyəri 5 manat olan, ümumi dəyəri 10 manat olan qapaqlı şüşə qablarını, 1 ədəd 20 manat dəyərində dəmir qapaqlı qazanı, 1 ədəd 5 manat dəyərində dəmir ətdöyən çəkici, 2 ədəd hər birinin dəyəri 2 manat ümumi dəyəri 4 manat olan taxta qaşıqları, 13 ədəd ümumi dəyəri 8 manat olan xörək qaşıqlarını, 7 ədəd ümumi dəyəri 4 manat olan bıçaqları, 5 ədəd ümumi dəyəri 3 manat olan çəngəlləri, 9 ədəd balaca və 3 ədəd böyük ümumi dəyəri 8 manat olan çay qaşıqlarını, ümumi dəyəri 13 manat olan 9 ədəd çay qaşığı və 11 ədəd limon çəngəlini oğurlamışlar. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 10124 manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkəmə əmtəşunaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli 117 nömrəli rəyi tanış olmuş və rəydə göstərilən qiymətlərlə razıdır. İbtidai istintaqda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi yeni məhəllədə Duz gölünün ətrafında iki mərtəbəli fərdi yaşayış evi var. Hazırda evdə heç kim yaşamasada hərdən gedib evə baş çəkir. Sonuncu dəfə evdə xx.xx.2021-ci il tarixdə olmuş və həmin vaxtı hər şey qaydasında olmuşdur. İşlərimin gərgin olması ilə bağlı bir müddət evə gedib baş çəkə bilməmişdir. xx.xx.2021-ci il tarixdə səhər saatlarında Masazır qəsəbəsinə evə gəlib baş çəkmiş və həmin vaxtı evin 1-ci mərtəbəsinin plastik pəncərəsinin açıq olduğunu görmüşdür. Qapını açıb evə daxil olmuş və həmin vaxtı evin 1-ci mərtəbəsində qonaq otağından 01 ədəd 800 manat dəyərində Samsung markalı plazma televizorun, 01 ədəd 300 manat dəyərində generatorun, 01 ədəd 250 manat ot biçən aparatın, 01 ədəd 300 manat dəyərində samovarın, 02 ədəd 300 manat dəyərində pərdələrin, ikinci mərtəbədə yataq otağında şkafın olan ümumi dəyəri 2000 manat olan 05 ədəd gödəkçənin və 02 ədəd idman paltarının, həmçinin həyətdə evin sağ böyründə yerləşən 1000 manat dəyərində kombinin oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 4950 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs5 ərizə ilə məhkəməyə müraciət edərək istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, ona vurulmuş zərər ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətci olduğunu bildirmişdir. İbtidai istintaqda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Masazır qəsəbəsində fərdi yaşayış evi var. xx.xx.2021-ci il tarixdə saat 16 radələrində o həmin evə gələrkən müəyyən etmişdir ki, xx.xx.2021-ci il tarixdən, xx.xx.2021-ci il tarixədək olan müddətdə, yəni o evdə olmadığı müddətdə naməlum şəxs və ya şəxslər onun Abşeron rayonu Masazır qəsəbəsində təzə yaşayış massivində yerləşən fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlıqlarını əyərək, pəncərədən evə daxil olub dəhlizdə yerləşən qarderobdan 1000 manat dəyərində boşqab dəstini, 500 manat dəyərində qazan dəstini, 500 manat dəyərində samovar dəstini, 500 manat dəyərində 3 ədəd xrustal vazaları, 250 manat dəyərində bir ədəd uşaq arabasını, mətbəxdən 600 manat dəyərində bir ədəd paltaryuyanı, 150 manat dəyərində bir ədəd qaz sobasını, 100 manat dəyərində 1 ədəd aspratoru, 40 manat dəyərində bir ədəd su kranlarını, 2-ci mərtəbədən hamamdan hər biri 50 manat olan 3 ədəd 150 manat dəyərində su kranını, iki ədəd hər birinin dəyəri 50 manat olan ümumi 100 manat dəyərində oturacaq və həyətdən bir ədəd 30 manat dəyərində əl-arabasını gizli olaraq oğurlamaqla ona ümumilikdə 3920 (üç min doqquz yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etdiyini müəyyən etmişdir. İbtidai istintaqda cinayət işi üzrə şahid qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Dövlət Sosial Fondunun inşa etdiyi valideyn himayəsindən məhrum edilmiş şəxslərə inşa edilmiş «Məzun evi» adlı yaşayış binasında 26 nömrəli mənzildə tanışı Zərərçəkmiş şəxs9 və onun nəvəsi Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşayır. 2021-ci ilin aprel ayının ortalarında Telmanın nəvəsi Təqsirləndirilən şəxs1 yaşadığımız evə 1 ədəd qadın gödəkçəsi, 1 cüt qadın qış ayaqqabısı, 1 ədəd bəzəkli qadın idman ayaqqabısı gətirmişdir. Nicat bildirmişdir ki, o hardasa fəhlə işləmiş, zəhmət haqqı əvəzinə ona 1 ədəd qadın gödəkçəsi, 1 cüt qadın qış ayaqqabısı, 1 ədəd bəzəkli qadın idman ayaqqabısı vermişlər. Həmin 1 ədəd qadın gödəkçəsini 10 manata, 1 cüt qadın qış ayaqqabısını 5 manata, 1 ədəd bəzəkli qadın idman ayaqqabısını 5 manata ona satmışdır. Bir neçə gün sonra isə eşitmişdir ki, Telmanın nəvəsi Kərimov X5 polis idarəsinin əməkdaşları tərəfindən oğurluq etmədiyinə görə tutulmuşdur. Təqsirləndirilən şəxs1 evlərdən oğurluq cinayəti törətməsi barədə onun heç bir məlumatı olmamışdır. O Təqsirləndirilən şəxs1 mənzilə gətirdiyi əşyaların oğurluq olmasını bilməmişdir. İbtidai istintaqda cinayət işi üzrə cinayət işi üzrə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadələrində Zərərçəkmiş şəxs8 dediklərini təsdiq edərək, istintaqa analoji ifadələr vermişdir. İbtidai istintaqda cinayət işi üzrə şahid qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2019-cu ilin yay aylarından etibarən qonşu kimi tanıyır. Ona Abşeron rayonu Masazır qəsəbəsində Dövlət Sosial Fondunun inşa etdiyi valideyn himayəsindən məhrum edilmiş şəxslərə verilən mənzillərdən həmin vaxtı 1 otaqlı mənzil verilmişdir. O da həmin 3 nömrəli binada 5-ci mərtəbədə yerləşən 17 nömrəli mənzilə 2019-cu ilin yay aylarından köçüb ailəsi ilə birlikdə yaşamışdır. Nicata da həmin onun yaşadığı binadan və blokdan mənzil verilmişdir. O 7-ci mərtəbədə babası ilə birlikdə yaşamışdır. O 2021-ci ilin aprel ayının ortalarında saat 20:00 radələrində Təqsirləndirilən şəxs1 binanın həyətində görmüş, ona Nicat özü yaxınlaşaraq özündə 40 manata satdıq yeni elektrik sac olduğunu, pula ehtiyacı üçün həmin sacı satdığını bildirmişdir. Ona həmin sacı almağı təklif etmişdir. O da bildirmişdir ki, sacı mənzilimin qarşısına gətirsin. Az bir vaxt sonra Nicat mənzilin qarşısına 1 ədəd elektriklə işləyən sac gətirmişdir. O da sacı baxıb bəyənmişdir. Nicata 40 manat pul verib sacı almışdır. Nicat ona həmin sacın özünə məxsus olmasını və sacın oğurluq olmamasını söyləmişdir. Nicat 40 manat pulu götürüb çıxıb getmişdir. 2 gün sonra 2021-ci ilin aprel ayının ortalarında saat 20:30 radələrində Nicat yenə ona yaxınlaşıb pula ehtiyacı olmasını söyləyib 1 ədəd qadın şubası satdığını bildirmişdir. Az bir vaxt sonra Nicat onun yaşadığı mənzilin qarşısına 1 ədəd qara rəngli qadın şubası gətirmişdir. Həmin şubanın oğurluq olmadığını və ehtiyacı olduğu üçün 50 manata satdığını söyləmişdir. O da şubanı baxıb bəyənmiş Nicata 50 manat verib həmin şubanı ondan almışdır. Nicat 50 manat pulu götürüb çıxıb getmişdir. Nicatdan aldığı şubanın və elektrikli sacın oğurluq olması barədə onun heç bir məlumatı olmamışdır. İbtidai istintaqda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ilə bir binada yaşayır. Təqsirləndirilən şəxs2la elə bir yaxın münasibəti yoxdur, lakin bir qonşu kimi hərdən onunla salamlaşır. 2021-ci ilin mart ayının axırlarında o işdən evə gələndə yaşadığı binanın blokunda Sadiq ona yaxınlaşmış və onda bir ədəd paltaryuyan maşın olmasını və həmin paltaryuyanı satdığını bildirmişdir. O Sadiqdən həmin paltaryuyan onda haradan olmasını soruşmuş, Sadiq paltaryuyanın özünə məxsus olmasını və pul lazım olduğu üçün satdığını bildirmişdir. Sadiq həmin paltaryuyanın təzə olduğunu və 250 manata satdığını bildirmişdir. O da Sadiqə paltaryuyan maşını gətirməsini və ona baxacağını söyləmişdir. Bundan təxminən 15-20 dəqiqə sonra onun evinin qapısı döyülmüş, o qapını açanda Sadiqin bir ədəd «Beko» markalı, 7 kq-lıq solofanda olan təzə paltaryuyanı onların evin qapısının qarşısına qoyduğunu görmüşdür. O paltaryuyana baxandan sonra evdən 250 manat pul gətirib Sadiqə vermiş, Sadiq çıxıb gedəndən sonra həmin paltaryuyanı qapının qarşısından götürüb evə qoymuşdur. Lakin həmin paltaryuyanı istifadə etməmiş, Sadiq necə vermişdirsə eləcədə qapının qarşısında qalmışdır. Bundan bir iki gün sonra yenə Sadiq məhlədə onunla görüşmüş və evlərində olan işlənmiş bir ədəd Aspiratoru satmaq istədiyni bildirmişdir. Sadiq həmin aspiratoru 40 manata satmaq istədiyini söyləmişdir. O da ona aspiratoru gətirməsini xahiş etmişdir. Bundan təxminən 10 dəqiqə sonra Sadiq yenə onun evinin qapısını döymüş və bir ədəd qara rəngli aspirator gətirmişdir. O həmin aspiratora baxandan sonra Sadiqdə 40 manat pul verib həmin aspiratoru alaraq evə qoymuşdur. O həmin aspiratoru da istifadə etməmişdir. Bundan bir neçə ay sonra ona zəng edildi və özünü polis əməkdaşı kimi təqdim edən şəxs bildirdi ki, həmin əşyalar, yəni paltaryuyan və aspirator oğurluqdur, polisə gətirmək lazımdır. Bundan sonra o özü könüllü olaraq həmin əşyaları Abşeron rayon polis idarəsinə gətirmişdir. O həmin əşyaların oğurluq olmasını bilməmişdir. Sadiq ona demişdir ki, öz evinin əşyalarıdır, pul lazım olduğu üçün satır. O da pulunu verib həmin əşyaları almışdır. Sadiq həmin paltaryuyanı və aspiratoru onun evinə liftlə tək gətirmişdir. İbtidai istintaqda cinayət işi üzrə şahid qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, , ünvan 9 ünvanında yaşayır. Təqsirləndirilən şəxs2 onunla qonşuluqda yaşayır. 2021-ci ilin mart ayının ortalarında Sadiq 1 ədəd elektrik generatoru və 1 ədəd ot biçən apartını yaşadığı məhlədə ona təqdim edib həmin əşyaları usta işlədiyi yerdən pul müqabilində ona verdiklərini və buna görə ikisini 55 manata satmaq istədiyini bildirmişdir. Ona Sadiqə 55 manat verib generatoru və ot biçən maşını almışdır. O həmin əşyaların oğurluq olduğunu bilməmişdir. Sadiq generatoru və ot biçən aparatını işlədiyi yerdən pul müqabilində ona verildiyini bildirmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşunaslıq ekspertizasına əsasən, Azərbaycan Respublikası Alternativ Ekspertizası Mərkəzindən alınmış xx.xx.2021-ci il tarixli, 117 №li rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ekspertiza tədqiqatına təqdim edilmiş sənədlərdə qeyd edilən əşyaların nəzəri hesablama yolu ilə ayrı ayrılıqda orta bazar qiymətləri rəyin tədqiqat hissəsində göstərilməklə ümumi orta bazar qiyməti ilə 634.00 manat məbləğində müəyyən edilir. İş materiallarında olan məhkəmə-əmtəəşunaslıq ekspertizasına əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2021-ci il tarixli, 9/2709 №li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 451, 00 manat müəyyən edilir. O cümlədən 1 ədəd “Samsunq” markalı, “UE55J6500AU” model, 55 düymlü, 140 diaqonallı istifadədə olmuş televizor -350.0 manat; 1 ədəd üzərində “Weesky» yazıları olan, süni dəri materialından remeni olan istifadədə olmuş qol saatı -10,0 manat; 1 ədəd “Zara” markalı, ağ rənli, orta ölçülü, düymə ilə açılıb-bağlanan istifadə olmuş çanta – 10.0 manat; 1 ədəd parlaq qara rəngli tək tutacaqlı, kiçik ölçülü düymə ilə açılıb bağlanan istifadədə olmuş çanta – 5,0 manat; 1 ədəd ağ rəngli kiçik ölçülü üzərinəd qızılı rəngli qaşlar olan, düymə ilə açılıb bağlanan istifadə olunmuş çanta – 3,0 manat, 1 ədəd qəhvəyi rəngli, kiçik ölçülü istifadədə olmuş pul kisəsi – 3,0 manat; 1 ədəd üzərində “Laqona” yazıları olan, qara rəngli, süni dəri materialından olan, zəncirbəndlə açılıb bağlanan, iki tutacaqlı böyük ölçülü istifadədə olmuş çanta – 10,0 manat; 1 cüt üzərində “Fashion” yazıları olan, qızılı rəngli, istifadədə olmuş idman üslubunda olan ayaqqabı – 5,0 manat; 1 cüt qara rəngli, uzun boğazlı, hündür dabanlı istifadə olunmuş ayaqqabı – 5,0 manat; 1 ədəd parlaq qara rəngli, süni dəri materiallarından, içərisi yunlu olan istifadədə olmuş gödəkçə – 15,0 manat; 1 ədəd istifadədə olmuşqırmızı rəngli qutuda içərisində 12 nəfərlik, çəngəl, bıçaq, qaşıq dəsti -35.0 manat; İş materiallarında olan məhkəmə-əmtəəşunaslıq ekspertizasına əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2021-ci il tarixli, 9/2710 №li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd BƏƏ istehsalı olan “Emporia” markalı 100 ml tutumlu ətirin tamlığı pozulmadan təzə vəziyyətdə 2021-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 40,0 manat müəyyən edilir. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 1240 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 şəxsiyyətin affektiv tip pozuntusu aşkar edilir. Yoxlanılan şəxsdə müəyyən edilən şəxsiyyətin affektiv tip pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqdidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. N. Kərimovun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan məhkəmə-əmtəəşunaslıq ekspertizasına əsasən, Azərbaycan Respublikası Alternativ Ekspertizası Mərkəzindən alınmış xx.xx.2021-ci il tarixli, 226 №li rəyindən görünür ki, 19 may 2021-ci il tarixli ekspertiza təyini qərarda qeyd olunan əmlakın işlənmə dərəcəsi nəzərə alınmaqla 2021-ci ilin ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 620.0 manat müəyyən edilir. Həmin əmlakın ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində qeyd edilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşunaslıq ekspertizasına əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2021-ci il tarixli, 9/4005 №li rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və mağazalarda, eləcə də inşaat materialları satışı məntəqələrində (Xəqani küçəsi 14) mövcud olan qiymətlərə və internet saytlarının məlumatlarına əsasən, ekspertizaya təqdim edilən tədqiqat obyektlərinin hazırki vəziyyətdə, 2021-ci ilin mart ayının sonu tarixinə, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: Bir ədəd üstündə “Petrol Generator, Wolk Korea, 1,5 KVA” markalanma yazıları olan, xarici görünüşünə görə istifadə olunmuş, gövdəsi qaragöy rəngli benzin generatoru 180,00 manat; Bir ədəd gövdəsinin üzərində “Cayenne CTG- 20-350 sözləri yazılmış, gövdəsimetal və plastmasdan hazırlanmış ot biçən cizaz 70,00 manat. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 1411 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xəsiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqdidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqdidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan məhkəmə-əmtəəşunaslıq ekspertizasına əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2021-ci il tarixli, 9/3664 №li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması və yuxarıda xüsusiyyətlərini nəzərə alınmaqla 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1830,0 (min səkkiz yüz otuz) manat müəyyən edilir. O, cümlədən: 01 ədəd “Sanny” markalı “SN5 PT01” modelli, 1500 W-luq, qapaqlı elektrikli qazan – 30,0 manat, 01 ədəd üzərində «Jaquar Nafa mink» yazıları olan, yunanıstan istehsalı olan ölçülü, düyməli, qara rəngli, papaq, ətək və qol hissələri su samuru xəzi ilə kombinə edilmiş qadın üçün nəzərdə tutulmuş xəz-1800,0 manat. İş materiallarında olan məhkəmə-əmtəəşunaslıq ekspertizasına əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2021-ci il tarixli, 9/4472 №li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2 adda malların istifadə olunmaması nəzərə alınaraq 2021-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 800,00 manat müəyyən edilir. Həmin malların ayrı ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs1 1 ədəd Samsunq markalı 350 manat dəyərində televizor, 1 ədəd 30 manat dəyərində Sanny markalı elektrik qazanı-sac aparatı, 1 ədəd 10 manat dəyərində üzərində “Laquna” sözləri yazılmış yük çantası, 1 ədəd 10 manat dəyərində “Zara” markalı, ağ rəngli orta ölçülü düymə ilə açılıb bağlanan istifadə olunmuş çanta, 1 ədəd 5 manat dəyərində parlaq qara rəngli tək tutacaqlı, kiçik ölçülü düymə ilə açılıb-bağlanan istifadə olunmuş çanta, 1 ədəd 3 manat dəyərində ağ rəngli kiçik ölçülü üzərində qızılı rəngli qaşlar olan, düymə ilə açılıb bağlanan istifadədə olmuş çanta, 1 ədəd 3 manat dəyərində qəhvəyi rəngli, kiçik ölçülü istifadə olunmuş pul kisəsi, 1 cüt üzərində “Fashion” yazıları olan, 5 manat dəyərində qızılı rəngli istifadə olunmuş idman ayaqqabısı, 1 cüt 5 manat dəyərində qara rəngli uzun boğazlı, hündür dabanlı istifadə olunmuş ayaqqabı, 1 ədəd 15 manat dəyərində parlaq qara rəngli istifadə olunmuş gödəkçə, 1 ədəd 10 manat dəyərində idman «Weesky» qol saatı qaytarıldığı üçün Zərərçəkmiş şəxs1 446 manat ziyan ödənilmişdir. 17980 manat maddi ziyan Zərərçəkmiş şəxs1 ödənilməmişdir. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 oğlu tərəfindən Zərərçəkmiş şəxs7 hər birinin dəyəri 30 manat, ümumi dəyəri 120 manat olan 1 cüt cəhrayi rəngli, 1 cüt qara rəngli, 2 cüt boz rəngli qadın ayaqqabılar, 1 cüt 50 manat dəyərində uzunboğaz çəkmə, 1 ədəd 30 manat dəyərində qara rəngli, 1 ədəd boz rəngli 30 manat dəyərində qadın gödəkçələri, 1 ədəd tünd göy rəngli 30 manat dəyərində uşaq gödəkçəsi, 1 ədəd tünd göy rəngli 30 manat dəyərində qadın gödəkcəsi, 1 ədəd 40 manat xardal rəngli qadın gödəkçəsi, 1 ədəd 40 manat dəyərində qırmızı rəngli qadın gödəkçəsi, 1 ədəd 15 manat dəyərində göy rəngli toxunma yun qadın şərfi, 1 ədəd 40 manat dəyərində şabalıdı rəngli tüklü xəz, 1 ədəd 10 manat dəyərində uşaq üçün boz rəngli ətək, 1 ədəd 10 manat dəyərində uşaq üçün qara rəngli ətək, 1 ədəd 15 manat dəyərində qarışıq güllü qadın papağı, 2 ədəd üzərində qara xətlər olan hər birinin dəyəri 7 manat, ümumi 14 manat olan böyük boşqablar, 4 ədəd hər birinin dəyəri 3 manat ümumi dəyəri 12 manat olan sadə böyük boşqablar, 4 ədəd hər birinin dəyəri 3 manat ümumi dəyəri 12 manat olan güllü dərin boşqablar, 8 ədəd hər birinin dəyəri 2 manat ümumi dəyəri 16 manat olan dayaz güllü boşqablar, 1 ədəd 5 manat dəyərində şəffaf böyük boşqab, 6 ədəd hər ümumi dəyəri 18 manat olan qulpsuz fincanlar, 1 ədəd 4 manat dəyərində qulpsuz fincanlar, 8 ədəd hər birinin dəyəri 2 manat ümumi dəyəri 16 manat olan güllü kasalar, 1 ədəd 2 manat dəyərində qara rəngli külqabı, 2 ədəd hər birinin dəyəri 5 manat olan, ümumi dəyəri 10 manat olan qapaqlı şüşə qabları, 1 ədəd 20 manat dəyərində dəmir qapaqlı qazan, 1 ədəd 5 manat dəyərində dəmir ətdöyən çəkic, 2 ədəd hər birinin dəyəri 2 manat ümumi dəyəri 4 manat olan taxta qaşıqlar, 13 ədəd ümumi dəyəri 8 manat olan xörək qaşıqları, 7 ədəd ümumi dəyəri 4 manat olan bıçaqlar, 5 ədəd ümumi dəyəri 3 manat olan çəngəllər, 9 ədəd balaca və 3 ədəd böyük ümumi dəyəri 8 manat olan çay qaşıqları, ümumi dəyəri 13 manat olan 9 ədəd çay qaşığı və 11 ədəd limon çəngəli qaytarıldığı üçün Zərərçəkmiş şəxs7 634 manat ziyan ödənilmişdir. 9490 manat maddi ziyan Zərərçəkmiş şəxs7 ödənilməmişdir. İş üzrə Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs3 hər birinin qiyməti 40 manat olan ümumilikdə 80 manat dəyərində iki ədəd kiçik ölçülü fotoplakat, hər birinin qiyməti 70 manat olan ümumilikdə 140 manat dəyərində iki ədəd böyük ölçülü fotoplakat qaytarıldığı üçün Zərərçəkmiş şəxs3 220 manat ziyan ödənilmişdir. 3605 manat maddi ziyan Zərərçəkmiş şəxs3 ödənilməmişdir. İş üzrə Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs6 01 ədəd 180 manat dəyərində elektrik generator, 01 ədəd 70 manat dəyərində ot biçən maşın qaytarıldığı üçün Zərərçəkmiş şəxs6 250 manat ziyan ödənilmişdir. 4400 manat maddi ziyan Zərərçəkmiş şəxs6 ödənilməmişdir. İş üzrə Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs5 Beko markalı bir ədəd paltaryuyan maşın, 1 ədəd asprator qaytarıldığı üçün Zərərçəkmiş şəxs5 800 manat ziyan ödənilmişdir. 3220 manat maddi ziyan Zərərçəkmiş şəxs5 ödənilməmişdir. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən dəymiş 2060 manat maddi ziyan Zərərçəkmiş şəxs4 ödənilməmişdir. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 tərəfindən dəymiş 5420 manat maddi ziyan Zərərçəkmiş şəxs2 ödənilməmişdir. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 tərəfindən dəymiş 1000 manat maddi ziyan Zərərçəkmiş şəxs7 ödənilməmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli olması tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 məhkəmə iclasında özlərini qismən təqsirli bilmələri müdafiə xarakteri daşıyır. Belə ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 ittiham elan edilən zaman ifadəsində Zərərçəkmiş şəxs1 məxsus evdən 1 ədəd iri ekranlı televizordan, 1 ədəd qara rəngil yük çantasından, 3 ədəd qadın pul kisəsindən, 1 ədəd qadın əl çantasından, 1 ədəd idman qol saatından, 1 ədəd qadın şubasından, qadın ayaqqabılarından, 1 ədəd qara rəngli qadın gödəkçəsindən, 25 ədəd servis qablarından, 1 ədəd içi boş çəngəl, qaşıq və bıçaq dəsti çemodanından, 1 ədəd saçdan başqa heç bir əşya oğurlamadığını, Zərərçəkmiş şəxs2 evindən 1 ədəd uşaq gödəkçəsindən, 50 manat puldan, 1 ədəd ətirdən, 1 ədəd gümüş rəngli boyunbağından, 1 ədəd gümüşü rəngli üzükdən başqa heç bir əşya oğurlamadığını, Zərərçəkmiş şəxs4 evindən 1 ədəd qadın, 1 ədəd kişi üzüyündən, 1500 manat puldan başqa heç bir əşya oğurlamadığını, Zərərçəkmiş şəxs3 evindən 2 ədəd böyük ölçülü, 2 ədəd kiçik ölçülü plakatlardan, 1 ədəd çörək bişirən aparatından, 1 ədəd velosipeddən başqa heç bir əşya oğurlamadığını, Zərərçəkmiş şəxs7 məxsus evdən heç bir əşya oğurlamadığını bildirərək öz müdafiəsi üçün dəlil gətirmiş, Təqsirləndirilən şəxs1 gətirdiyi dəlil toplanmış sübutlarla: şahid ifadələri, iş üzrə götürülmüş maddi sübutlarlə və sair sübutlarla təkzib edilmiş, tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını talamaqla təkrarən oğurluq cinayəti törətməsini və Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsini təsdiq edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs2 ittiham elan edilən zaman ifadəsində Zərərçəkmiş şəxs1 məxsus evdən 1 ədəd iri ekranlı televizordan,1 cüt pərdəni və ədəd tüklü örtükdən başqa heç bir əşya oğurlamadığını, Zərərçəkmiş şəxs2 evindən 1 ədəd uşaq gödəkçəsindən, 50 manat puldan, 1 ədəd ətirdən, 1 ədəd gümüş rəngli boyunbağından, 1 ədəd gümüşü rəngli üzükdən başqa heç bir əşya oğurlamadığını, Zərərçəkmiş şəxs4 evindən 1 ədəd qadın, 1 ədəd kişi üzüyündən, 1500 manat puldan başqa heç bir əşya oğurlamadığını, Zərərçəkmiş şəxs5 məxsus evdən 1 ədəd paltaryuyan və 1 ədəd aspiratordan, 1 ədəd qaz sobasından və 1 ədəd uşaq arabasından başqa heç bir əşya oğurlamadığını, Zərərçəkmiş şəxs6 məxsus evdən 1 ədəd televizordan, 1 ədəd kombi aparatından, 1 ədəd generatordan və 1 ədəd otbiçən aparatdan başqa heç bir əşya oğurlamadığını bildirərək öz müdafiəsi üçün dəlil gətirmiş, Təqsirləndirilən şəxs2 gətirdiyi dəlil toplanmış sübutlarla: şahid ifadələri, iş üzrə götürülmüş maddi sübutlarlə və sair sübutlarla təkzib edilmiş, tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını talamaqla təkrarən oğurluq cinayəti törətməsini və Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsini təsdiq edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs3 ittiham elan edilən zaman ifadəsində Zərərçəkmiş şəxs7 məxsus evdən 1 cüt cəhrayi rəngli, 1 cüt qara rəngli, 2 cüt boz rəngli qadın ayaqqabılarından, 1 cüt uzunboğaz çəkmədən, 1 ədəd qara rəngli, 1 ədəd boz rəngli qadın gödəkçələrindən, 1 ədəd tünd göy rəngli uşaq gödəkçəsindən, 1 ədəd tünd göy rəngli qadın gödəkcəsindən, 1 ədəd xardal rəngli qadın gödəkçəsindən, 1 ədəd qırmızı rəngli qadın gödəkçəsindən, 1 ədəd göy rəngli toxunma yun qadın şərfindən, 1 ədəd şabalıdı rəngli tüklü xəzdən, 1 ədəd uşaq üçün boz rəngli ətəyindən, 1 ədəd uşaq üçün qara rəngli ətəyindən, 1 ədəd qarışıq güllü qadın papağından, 2 ədəd üzərində qara xətlər olan böyük boşqablardan, 4 ədəd sadə böyük boşqablardan, 4 ədəd güllü dərin boşqablardan, 8 ədəd dayaz güllü boşqablardan, 1 ədəd şəffaf böyük boşqabdan, 6 ədəd qulpsuz fincanlardan, 1 ədəd qulpsuz fincanlardan, 8 ədəd güllü kasalardan, 1 ədəd qara rəngli külqabından, 2 ədəd qapaqlı şüşə qablarından, 1 ədəd dəmir qapaqlı qazandan, 1 ədəd dəmir ətdöyən çəkicdən, 2 ədəd taxta qaşıqlardan, 13 ədəd xörək qaşıqlarından, 7 ədəd bıçaqlardan, 5 ədəd çəngəllərdən, 9 ədəd balaca və 3 ədəd böyük çay qaşıqlarından, 9 ədəd çay qaşığı və 11 ədəd limon çəngəlindən başqa heç bir əşya oğurlamadığını bildirərək öz müdafiəsi üçün dəlil gətirmiş, Təqsirləndirilən şəxs3 gətirdiyi dəlil toplanmış sübutlarla: şahid ifadələri, iş üzrə götürülmüş maddi sübutlarlə və sair sübutlarla təkzib edilmiş, tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını talamaqla oğurluq cinayəti törətməsini və Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsini təsdiq edilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2014-cü il tarixdə Göyçay rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 10 fevral 2017-ci il tarixdə Təqsirləndirilən şəxs1 Salyan rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməyən hissəsindən şərti olaraq azad edilmişdir. xx.xx.2021-ci il tarixdə Kərimov X5 rayon məhkəməsinin hökmü ilə 01 il 10 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş materiallarında olan Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 10 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası “08 noyabr –Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən 01 il azadılmışdır. Məhkəmə zamanı müəyyən edildi ki, Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və177.2.3-cü maddələri ilə təqsirli bilinib iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 10 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası “08 noyabr –Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən 01 il azadılmışdır. Həmin cəzadan 01(bir) il çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmalıdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə təyin olunacaq cəzaya Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin olunmuş 01 il 10 ay 26 gün müddətinə azadlığını məhdudlaşdırılması cəzasının “08 noyabr –Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən azadılmış və çəkilməmiş 01(bir) il hissəsi ilə qismən hesablanmalı və ona ona qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini qismən etiraf etməsi, əməlindən səmimi peşman olması, vurulmuş ziyanın qismən ödənilməsi onun cəzasını yüngülləşdirən hallardır. Ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli tutulduğu xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmalarına dair Azərbaycan Respublikası DİNnin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini qismən etiraf etməsi, əməlindən səmimi peşman olması, vurulmuş ziyanın qismən ödənilməsi, himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallardır. Ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli tutulduğu xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2010-cu il tarixdə Masallı rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2013-cü il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Məhkəməyə təqdim edilmiş AR Ədliyyə NazirliyiPenitensiar Xidmət Müalicə Müəssəsinin xx.xx.2022-ci i tarixli arayışından görünür ki, X4 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hüquqi varisi kimi tanınmışdır. Müdafiəçi1 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsi səbəbindən cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 106-1.7-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin hüquqi varisi cinayət təqibi üzrə icraatda ölmüş şəxsin əvəzinə iştirak edir. Bu zaman o, təqsirləndirilən şəxsin ifadə vermək hüququndan və şəxsiyyətin ayrılmaz hüquqları və həmin Məcəllənin 91.8.2-91.8.5-ci maddələrində nəzərdə tutulmuş vəzifələri istisna olmaqla, digər hüquqlardan istifadə edir və vəzifələrini yerinə yetirir. Bununla yanaşı, təqsirləndirilən şəxsin hüquqi varisi şahid qismində dindirilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi, təqsirləndirilən şəxsin və şahidlərin məhkəmə zamanı elan olunmuş ifadələri, həmçinin digər materiallarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsi, həmçinin təqsirləndirilən şəxsin hüquqi varisinin, o, cümlədən onün müdafiəçisinin işə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair etirazlarının olmaması səbəbindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməlidir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu Masazır qəsəbəsi Dövlət Sosial Müdafiə fondunun valideyn himayəsindən məhrum edilmiş şəxslərə inşa edilmiş “Məzun evi” 26 nömrəli mənzilə baxış zamanı oradan götürülmüş 1 ədəd Samsunq markalı televizor, 1 ədəd qara rəngli yük çantası, 3 ədəd qadın pul qabları, 1 ədəd qadın əl çantası, 1 ədəd «Weesky» markalı idman qol saatı, 1 ədəd qaşıq dəstinin içi boş çemodan 01 oktyabr 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu Masazır qəsəbəsi Dövlət Sosial Müdafiə fondunun valideyn himayəsindən məhrum edilmiş şəxslərə inşa edilmiş “Məzun evi” 26 nömrəli mənzilə baxış zamanı oradan götürülmüş 1 ədəd “Emporia” markalı boş ətir qabı 02 oktyabr 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqdim etdiyi və istintaq zamanı götürülmüş 2 ədəd kiçik ölçülü, 2 ədəd böyük ölçülü fotoplakatlar 01 oktyabr 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü qanuni sahibi Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs3 təqdim etdiyi və istintaq zamanı götürülmüş 1 cüt cəhrayi rəngli, 1 cüt qara rəngli, 2 cüt boz rəngli qadın ayaqqabıları, 1 cüt uzunboğaz çəkmə, 1 ədəd qara rəngli, 1 ədəd qadın gödəkçələri, 1 ədəd tünd göy rəngli uşaq gödəkçəsi, 1 ədəd tünd göy rəngli qadın gödəkçəsi, 1 ədəd xardal rəngli qadın gödəkçəsi, 1 ədəd qırmızı rəngli qadın gödəkçəsi, 1 ədəd 15 manat dəyərində göy rəngli toxunma yun qadın şərfi, 1 ədəd şabalıdı rəngli tüklü xəz, 1 ədəd uşaq üçün boz rəngli ətək, 1 ədəd uşaq üçün qara rəngli ətək, 1 ədəd qarışıq güllü qadın papağı, 2 ədəd üzərində qara xətlər olan böyük boşqablar, 4 ədəd sadə böyük boşqablar, 4 ədəd güllü dərin boşqablar, 8 ədəd dayaz güllü boşqablar, 1 ədəd şəffaf böyük boşqab, 6 ədəd qulpsuz fincanlar, 1 ədəd qulpsuz fincanlar, 8 ədəd güllü kasalar, 1 ədəd qara rəngli külqabı, 2 ədəd qapaqlı şüşə qabları, 1 ədəd dəmir qapaqlı qazan, 1 ədəd dəmir ətdöyən çəkic, 2 ədəd taxta qaşıqlar, 13 ədəd xörək qaşıqları, 7 ədəd bıçaqları, 5 ədəd çəngəlləri, 9 ədəd balaca və 3 ədəd böyük çay qaşıqları, 9 ədəd çay qaşığı və 11 ədəd limon çəngəli 01 oktyabr 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü qanuni sahibi Zərərçəkmiş şəxs7 qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə Zərərçəkmiş şəxs11 təqdim etdiyi və istintaq zamanı götürülmüş 1 ədəd Beko markalı ağ rəngli 7 kq-lıq paltaryuyan və 1 ədəd qara rəngli aspitaror 01 oktyabr 2021ci il tarixli qərarla maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü qanuni sahibi Zərərçəkmiş şəxs5 qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə Zərərçəkmiş şəxs10 təqdim etdiyi və istintaq zamanı götürülmüş 1 ədəd ot biçən aparat və 1 ədəd elektrik generator 01 oktyabr 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü qanuni sahibi Zərərçəkmiş şəxs6 qaytarılması nəzərə alınmalıdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ekspert xərclərinə dair bildirişindən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində olan cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 575 (beş yüz yetmiş beş) manatdır. İş üzrə 575 (beş yüz yetmiş beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖİN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2ov Tofiq oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində, Təqsirləndirilən şəxs3 məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində, pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin olunmuş 01 il 10 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının “08 noyabr –Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021ci il tarixli Qərarının 5-ci bəndinə əsasən azadılmış və çəkilməmiş 01(bir) il hissəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla hazırki cinayət işi üzrə ona təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən hesablansın və ona qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli tutulduğu xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli tutulduğu xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.5 madəsinə əsasən həmin məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsi səbəbindən cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Cinayət işi üzrə Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu Masazır qəsəbəsi Dövlət Sosial Müdafiə fondunun valideyn himayəsindən məhrum edilmiş şəxslərə inşa edilmiş “Məzun evi” 26 nömrəli mənzilə baxış zamanı oradan götürülmüş 1 ədəd Samsunq markalı televizor, 1 ədəd qara rəngli yük çantası, 3 ədəd qadın pul qabları, 1 ədəd qadın əl çantası, 1 ədəd «Weesky» markalı idman qol saatı, 1 ədəd qaşıq dəstinin içi boş çemodan 01 oktyabr 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqdim etdiyi və istintaq zamanı götürülmüş 2 ədəd kiçik ölçülü, 2 ədəd böyük ölçülü fotoplakatlar 01 oktyabr 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü qanuni sahibi Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə Təqsirləndirilən şəxs3 təqdim etdiyi və istintaq zamanı götürülmüş 1 cüt cəhrayi rəngli, 1 cüt qara rəngli, 2 cüt boz rəngli qadın ayaqqabıları, 1 cüt uzunboğaz çəkmə, 1 ədəd qara rəngli, 1 ədəd qadın gödəkçələri, 1 ədəd tünd göy rəngli uşaq gödəkçəsi, 1 ədəd tünd göy rəngli qadın gödəkçəsi, 1 ədəd xardal rəngli qadın gödəkçəsi, 1 ədəd qırmızı rəngli qadın gödəkçəsi, 1 ədəd 15 manat dəyərində göy rəngli toxunma yun qadın şərfi, 1 ədəd şabalıdı rəngli tüklü xəz, 1 ədəd uşaq üçün boz rəngli ətək, 1 ədəd uşaq üçün qara rəngli ətək, 1 ədəd qarışıq güllü qadın papağı, 2 ədəd üzərində qara xətlər olan böyük boşqablar, 4 ədəd sadə böyük boşqablar, 4 ədəd güllü dərin boşqablar, 8 ədəd dayaz güllü boşqablar, 1 ədəd şəffaf böyük boşqab, 6 ədəd qulpsuz fincanlar, 1 ədəd qulpsuz fincanlar, 8 ədəd güllü kasalar, 1 ədəd qara rəngli külqabı, 2 ədəd qapaqlı şüşə qabları, 1 ədəd dəmir qapaqlı qazan, 1 ədəd dəmir ətdöyən çəkic, 2 ədəd taxta qaşıqlar, 13 ədəd xörək qaşıqları, 7 ədəd bıçaqları, 5 ədəd çəngəlləri, 9 ədəd balaca və 3 ədəd böyük çay qaşıqları, 9 ədəd çay qaşığı və 11 ədəd limon çəngəli 01 oktyabr 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü qanuni sahibi Zərərçəkmiş şəxs7 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə Zərərçəkmiş şəxs11 təqdim etdiyi və istintaq zamanı götürülmüş 1 ədəd Beko markalı ağ rəngli 7 kq-lıq paltaryuyan və 1 ədəd qara rəngli aspitaror 01 oktyabr 2021ci il tarixli qərarla maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü qanuni sahibi Zərərçəkmiş şəxs5 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə Zərərçəkmiş şəxs10 təqdim etdiyi və istintaq zamanı götürülmüş 1 ədəd ot biçən aparat və 1 ədəd elektrik generator 01 oktyabr 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü qanuni sahibi Zərərçəkmiş şəxs6 qaytarılması nəzərə alınsın. İş üzrə 575 (beş yüz yetmiş beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖİN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində, Təqsirləndirilən şəxs3 məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində, pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-71/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-71/2022
05.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver