Məhkəmə qərarları › İş №1(012)-71/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-71/2023

09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-71/2023 09.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvəllər məhkum olunmamış, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 iyun 2022-ci il tarixdə saat 20 radələrində, işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 67 ünvanda yerləşən “377 Pub” adlanan kafenin qarşısında Zərərçəkmiş şəxs “Volkswagen Passat” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilini saxılamasından narazı qalaraq ictimai yer olan həmin küçədə sonuncu ilə mübahisə edib cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəməiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək, heç bir əsaslı səbəb olmadan insanların gözü qarşısında nalayiq ifadələr işlədib yumruqla iki dəfə Zərərçəkmiş şəxs baş və sinə nahiyələrinə qəsdən vurub yerə yıxaraq, sonuncuya üst dodağının selikli qişasının əzilmiş-cırılmış yarasından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvuran, başın ənsə nahiyəsinin səthi əzilmiş yarası, sağ qulaq seyvanının əzilmiş yarasından ibarət sağlamlığına zərər vurmayan xəsarət yetirməklə və davam edən münaqişə zamanı sonuncunu təkrar vurmaq üçün ona hücum edib zor təbiq edəcəyi ilə hədələməklə qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanda yerləşən “377 Pub” adlanan obyekti icarə müqaviləsi əsasında kafe kimi işlədir. Zərərçəkmiş şəxs onun işlətdiyi kafe ilə üzbəüz yolun digər tərəfində yerləşən plastik qapı-pəncərə sexində usta işləyir, aralarında əvvəllər hər hansı münaqişə olmamış, hətta onun işlədiyi kafenin plastik işlərini də görmüşdür. Onun işlətdiyi “377 Pub” adlanan kafenin qarşısında gələn müştərilərin avtomaşınlarını park etməsi üçün iki avtomaşınlıq yer saxlanması zəruri olduğundan qonşu obyektlərdə işləyən şəxslərə, o cümlədən Əlıimərdan Orucəlizadəyə demişdir ki, obyektin qarşısında maşın saxlamasınlar. Buna baxmayaraq Əlimərdan, onun işlədiyi kafenin qarşısında arabir maşın saxlamışdır. Əlimərdana obyektin qarşısında maşın saxlaması barədə dəfələrlə bildirmişdir. 25 iyun 2022-ci il tarixdə, saat təxminən 19 radələrində iş yerinə gəldikdə Əlimərdanın “Fosfagen passat” markalı avtomaşınını onun işlədiyi kafenin qarşısında saxladığını və kafenin qarşısında sıxlıq olduğunu görmüşdür. Ona görə də, Əlimərdanın iş yerinə gedib onun iş yoldaşına demişdir ki, əlimərdan gəlib maşını kafenin qarşısından götürüsün. Təxminən yarım saatdan sonra o, kafenin qarşısında telefonla danışarkan Əlimərdan ona yaxınlaşmış, maşını kafenin qarşısında saxlaması ilə bağlı mübahisə etmişlər. Əlimərdan onun üstünə qışqırıb çiynindən itələdikdə əsəbləşib onun sol çənə nahiyəsinə bir dəfə vurmuş və o, yerə yıxılmışdır. Onun huşunu itirərək yıxıldığını görüb, park edilmiş maşınların arasına çəkmiş və orada olan tanımadığı şəxsi kafeyə göndərmişdir ki, su gətirsin. Kafedən su gətirdib, Əlimərdanın sifətini yumuş, Əlimərdan özünə gələndən sonra kömək edib onu yıxıldığı yerdən qaldırmış, hadisə yerində olan iş yoldaşları Əlimərdanı yola salarkan Əlimərdan onun ünvanına nalayiq söyüş söymüşdür. Ona görə də hirslənib Əlimərdanın üstünə hücum edərək onu təzədən vurmaq istəmiş, lakin hadisə yerində olan şəxslər onun qarşısını alaraq Əlimərdanı vurmağa qoymamışlar. Zərərçəkmiş şəxs sol çənə nahiyəsinə yumruqla vuraraq onun üst dodağının selikli qişasının əzilmiş-cırılmış yarası və yerə yıxılarkan başının ənsə nahiyəsinin əzilməsindən ibarət xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs kəsici alətlə xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs sol budunun aşağı 3/1-nin ön səthinin yarasından ibarət xəsarəti hansı şəraitdə alması ona məlum deyildir. Hadisə zamanı Zərərçəkmiş şəxs yalnız o vurmuş, onu nə kafenin işçiləri, nə də digər şəxslər vurmamışlar. Həmiçinin Zərərçəkmiş şəxs onu və hər hansı digər şəxsləri vurmamışdır. Əməlindən peşmançılıq çəkir, zərərçəkmiş şəxsə maddi yardım göstərmiş və yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Xırdalan şəhəri, H.Əliyev prospektində “Park 287” adlanan plastik qapıpəncərə sexində işləyir. Onun işlədiyi sex Xırdalan şəhəri, H.Əliyev prospektində. İşlədiyi sexlə üzbəüz, yolun əks tərəfində, “377 pub” adlanan kafe fəaliyyət göstərir. Həmin kafeni işlədən Təqsirləndirilən şəxs təxminən 4-5 ildir ki, tanıyır, onunla münasibətləri əvvəllər normal olmuş, hətta onun işlədiyi kafedə dəfələrlə usta işləri görmüşdür. O,“fosfagen passat” markalı, ** HT *** dövlət qeydiyyat nişanlı şəxsi minik avtomobilini əvvəllər dəfələrlə Orxanın işlədiyi kafenin qarşısında saxlamış, bəzən kafeyə giriş sıxlığı olduqda ona Orxan və ya işçiləri dedikdə, həmişə avtomobilini götürmüş və bununla əlaqədar aralarında heç vaxt narazılıq olmamışdır. 25 iyun 2022-ci il tarixdə, saat 09.30 radələrində işə gəlib avtomobilini “377 Pub” kafesinin qarşısında saxlamış və axşama qədər öz iş yerində işləmişdir. Saat 19 radələrində pəncərə quraşdırmaq üçün iş yerinin yaxınlığında yerləşən “Abşeron Siti” yaşayış massivinə plastik pəncərə quraşdırmaq üçün getmiş, təxminən saat 20 radələrində iş yerinə qayıtdıqda “377 Pub” kafesinin qarşısında kafeni işlədən Orxan qabağını kəsmiş və ondan nə üçün kafenin qarşısında maşın saxladığını əsəbi şəkildə soruşduqda, yer olmadığı üçün maşını həmin yerdə saxladığını bildirmişdir. Orxan onun bu sözündən daha da əsəbləşmiş və ona qarşı kobud ifadələr işlətdikdə, Orxana demişdir ki, belə danışma, əgər sərxoşsansa çıx get. Bu zaman Orxan onu söymüş və maşını həmin yerdən götürməyini tələb etmişdir. O, Orxandan söyüş söyməməyi tələb etdikdə Orxan onun çiynindən yapışmış və yolun kənarına tərəf çəkərək sol yumruğu ilə sol yumruğu ilə gicgah nahiyəsinə və sağ yumruğu ilə sinəsinə vurmuş və o, yıxılıb huşunu itirmişdir. Özünə gəldikdən sonra qalxıb öz iş yerinə tərəf gedərkən əsəbləşib Orxanı söymüş, bu zaman Orxan yenidən ona hücum etmiş, həmin vaxt hadisə yerində olan bir neçə şəxs Orxanıtutub ondan aralayaraq, onu yenidən döyməsinin qarşısını almışlar. Bundan sonra o, öz iş yerinə getmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs yanında olmuş iş yoldaşları onu vurmamış, Orxanın onu təkrar döyməsinə mane olmuş, Orxanı ondan aralamışlar. Sol budumun aşağı 3/1-nin ön səthinin yarasından ibarət xəsarəti Orxanla dava-dalaş zamanı almamış, həmin xəsarəti iş yerində inşaat bıçağı (rezak ilə) ilə plastik materialın artıq hissəsini kəsərkən bıçağın uc hissəsi sol buduna toxunaraq kəsməklə almışdır. Hadisə təxminən 10-15 dəqiqə müddətində baş vermiş, hadisə nəticəsində küçədə olan şəxslər hadisə yerinə toplaşmışlar. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs icarəyə götürdüyü Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanda yerləşən “377 Pub” adlanan kafedə təxminən dörd il müddətində adminstrator vəzifəsində işlmiş, 2022-ci ilin aprel ayında həmin kafedə işdən çıxmışdır. O, işdən çıxandan sonra kafedə adminstrator işini Orxanın qayını Azad aparmışdır. 23 iyun 2022-ci il tarixdə Orxan ona zəng edib Azadın işi olduğu üçün bir neçə gün işə gəlməyəcəyni bildrmiş və ondan Azadın olmadığı müddətdə kafeni idarə etməyi xahiş etmişdir. O da, Orxanın xahişi ilə Azad işə qayıdana qədər bir neçə gün kafedə adminstrator işini icra etmişdir. 25 iyun 2022-ci il tarixdə, saat 20 radələrində kafenin qarşısında olan səs-küyə küçəyə çıxmış, həmin vaxt bir nəfər əynində ağ köynək olan, tanımadığı küçəfdən keçən oğlan kafeyə tərəf gəlib dava-dalaş olduğunu, bir nəfər huşunu itirmiş şəxsi ayıltmaq üçün su lazım olduğunu bildirmişdir. O, hadisə yerinə dərhal getmiş, tanışı Qəhrəman onun arxasınca su gətirmişdir. Hadisə yerinə çatarkan küçənin kənarında avtomobillərin arasında, qonşu obyektdə işləyən Əlimərdanın yerdə huşunu itirmiş vəziyyətdə olduğunu, Təqsirləndirilən şəxs isə, onu silkələyərək ayıltmağa çalışdığını görmüşdür. Qəhrəman su gətirmiş və suyu Əlimərdanın üzünə vurduqdan sonra Əlimərdanın huşu özünə gəlmişdir. Köməkləşib onu yerdən qaldırmış və yolun digər tərəfinə keçirtmişlər ki, işlədiyi sexə getsin. Əlimərdan onlardan aralanan kimi Orxanın ünvanına nalayiq söyüş söymüşdür. Ona görə də Təqsirləndirilən şəxs, Əlimərdana hücum etmiş, lakin o, hadisə yerində olan Qəhrəman və tanımadığı bir nəfər oğlanla birlikdə Orxanın qarşısına keçib onu tutmuş və Əlimərdanla dalaşmasının qarşısını almışlar və Əlimərdanı öz iş yerinə yola salmış, Orxanı isə, işlədiyi “Pub 377” kafesinə gətirmişlər. Hadisə yerində “Pub 377” kafesinin işçiləri olaraq o və əvvəllər həmin kafedə barmen işləmiş Qəhrəman olmuş, onlar Zərərçəkmiş şəxs vurmamış, ona kömək göstərmiş, Təqsirləndirilən şəxs ondan aralamış, hadisənin qarşısını almışlar. Hadisə təxminən 10-15 dəqiqə müddətində baş vermiş, hadisə yerində ondan və Qəhrəmandan başqa tanımadığı yoldan keçən şəxslər olmuşlar. Hadisə zamanı Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs bıçaqla və digər kəsici alətlə vurmamış, ona kəsici alətlə xəsarət yetirməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs icarəyə götürdüyü Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanda yerləşən “377 Pub” adlanan kafedə bir neçə il barmen işləmiş, lakin 2022-ci ilin aprel ayında həmin kafedən işdən çıxmışdır. 25 iyun 2022-ci il tarixdə, saat 20 radələrində həmin kafedə çay içib əvvəllər həmin kafedə işləmiş Şahid1la söhbət edərkən kafenin qarşısında olan səs-küyə küçəyə çıxmışdır. Kafedən çıxarkan bir nəfər əynində ağ köynək olan tanımadığı, yəni həmin vaxt küçədən keçən oğlan kafeyə tərəf gəlib dava-dalaş olduğunu, bir nəfər huşunu itirmiş şəxsi ayıltmaq üçün su lazım olduğunu bildirmişdir. Ruslan hadisə yerinə dərhal getmiş, o, isə kafedən butulkada su götürüb onun dalınca hadisə yerinə getmişdir. Küçənin kənarında park edilmiş avtomobillərin arasında qonşu obyektdə işləyən Əlimərdanın yerdə huşunu itirmiş vəziyyətdə olduğunu, Təqsirləndirilən şəxs isə, onu silkələyərək ayıltmağa çalışdığını görmüş, kafedən gətirdiyi suyu Ruslana vermiş, Ruslan suyu Əlimərdanın üzünə vurduqdan sonra Əlimərdanın huşu özünə gəlmişdir. Köməkləşib onu yerdən qaldıraraq yolun digər tərəfinə keçirtmişlər ki, işlədiyi sexə getsin. Əlimərdan onlardan aralanan kimi Orxanın ünvanına nalayiq söyüş söymüş, bu zaman Orxan Əlimərdanı vurmaq üçün ona hücum etmək istədikdə o, Ruslan və tanımadığı bir nəfər oğlan Orxanın qarşısına keçib onu tutmuş və Əlimərdanla dalaşmasının qarşısını almışlar. Əlimərdanı öz iş yerinə yola salmış, Orxanı isə, “Pub 377” kafesinə gətirmişlər. Hadisə yerində “Pub 377” kafesinin işçiləri olaraq o və Ruslan olmuş, onlar Zərərçəkmiş şəxs vurmamış, ona kömək göstərmiş, Təqsirləndirilən şəxs ondan aralamış, hadisənin qarşısını almışlar. Hadisə təxminən 10-15 dəqiqə müddətində baş vermiş, hadisə yerində onlardan başqa tanımadığı yoldan keçən şəxslər olmuşlar. Hadisə zamanı Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs bıçaqla və digər kəsici alətlə vurmamış, ona kəsici alətlə xəsarət yetirməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə uzun müddətdir ki, iş yoldaşıdırlar. Zərərçəkmiş şəxs onun işlətdiyi plastik qapı-pəncərə sexində usta işləyir. İşlədiyi sex Təqsirləndirilən şəxs icarəyə götürdüyü Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanda yerləşən “377 Pub” adlanan kafe ilə üzbəüz yolun kənarında yerləşir. Onun işlədiyi sexin qarşısında piyada səkisi dar olduğu üçün həmin yerdə maşın saxlamaq olmur. Ona görə də məcbur qalıb maşınları yolun əks tərəfində yolun kənarında saxlayırlar. 25 iyun 2022-ci il tarixdə saat 18 radələrində Əlimərdan drelini götürüb “Abşeron Siti” yaşayış massivində pəncərə torları quraşdırmağa getmişdir. Əlimərdan gedəndən təxminən yarım saat sonra Təqsirləndirilən şəxs onun iş yerinə gəlmiş və Əlimərdanı soruşmuş, o da Əlimərdanın vətəndaşın ünvanına quraşdırma işi görməyə getdiyini söyləmişdir. Orxan əsəbi şəkildə Əlimərdanın bir də maşını onun kafesinin qarşısında saxlayacağı təqdirdə maşının təkərlərini deşəcəyini və Əlimərdanı da döyəcəyini, onun bu sözlərini Əlimərdana çatdırmağı bildirmişdir.O, Orxanı sakitləşdirmiş və bildirmişdir ki, Əlimərdan gələn kimi ona deyər və o, maşını götürər. Orxan gedəndən bir qədər sonra o, çay içmək üçün birinci mərtəbədə olan çayxanaya getmiş, çay içərkən təxminən saat 20 radələrində küçədən səs-küy eşidib çölə çıxmış, Əlimərdanın qapıpəncərə sexinin qarşısına çatdığını, lakin həmin vaxt yolun əks tərəfində piyadalar hərəkət edən zolaqda hücum edən Orxanı iki nəfər şəxsin saxladığını və öz işlədiyi kafeyə tərəf apardıqlarını görmüşdür. Bu zaman Əlimərdanın ağzının qanamasını gördükdə onu Orxanın döydüyünü dərhal başa düşmüş, Əlimərdandan bir daha onu kimin vurduğu barədə soruşmuş, o da, onu Orxan qəflətən yumruqla vurduğunu söyləmişdir. O, Əlıimərdanı işlədiyi sexə gətirmiş və onu sakitləşdirmiş, bir neçə dəqiqədən sonra işdən çıxıb evə getmişdir. Zərərçəkmiş şəxs 25 iyun 2022-ci il tarixdə günortadan qabaq sexdə pəncərə quraşdırma işi görərkən, əlində olan inşaat bıçağı (rezak) onun sol buduna toxunaraq sol budunun kəsilməsinmdən ibarət xəsarəti almışdır. Qeyd olunan sol budun kəsilmiş yarasından ibarət xəsarət ona sözügedən dava-dalaş zamanı yetirilməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1390 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - üst dodağın selikli qişasının əzilmiş-cırılmış yarası, başın ənsə nahiyəsinin səthi əzilmiş yarası, sağ qulaq seyvanının əzilmiş yarası bərk küt əşya (əşyalar) təsirindən, sol budun aşağı 3/1-nin ön səthinin yarası isə iti kəsici alətin təsirindən törənmiş, törədilmə müddəti qərarda qeyd olunan vaxtda, yəni xx.xx.2022-ci il tarixinə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər zərərvurmaya aiddir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 35Ə saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- üst dodağın selikli qişasının əzilmiş-cırılmış yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər zərərvurmaya aiddir. Başın ənsə nahiyəsinin səthi əzilmiş yarası, sağ qulaq seyvanının əzilmiş yarası və sol budun aşağı 3/1-nin ön səthinin yarası isə ayrı-ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslə barışdığına görə onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Məhkəmə baxışı iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, diskin yaddaşında olan “WhatsApp Video 2022-06-28 at 17.08.29” adlı qovluqdakı görüntülərə baxdıqda Təqsirləndirilən şəxs küçədə yavaş addımlarla yeriyərək telefonla danışdığı vaxt onun hərəkəti istiqamətində Zərərçəkmiş şəxs gələrək onun yanında dayanması, Təqsirləndirilən şəxs telefon danışığını qurtarıb onların üzbəüz dayanaraq bir-birləri ilə danışması, mübahisə etməsi, üzbəüz dayanaraq danışarkan onların əlbəyaxa olması, küçədən keçən piyadaların narahat olaraq onlara tərəf diqqət yönəltmələri, bəzilərinin ayaq saxlayıb baxmaları, Təqsirləndirilən şəxs dartaraq Zərərçəkmiş şəxs arxasını “Mersedes” markalı maşına tərəf çevirib həmin vaxt qəflətən əvvəlcə sağ, sonra sol yumruğu ilə Zərərçəkmiş şəxs vurması, Zərərçəkmiş şəxs arxası üstə yıxılaraq huşunu itirməsi, hadisə yerinə piyada hərəkət edən şəxslərin toplaşması, hadisə yerinə bir-birinin ardınca əynində qara rəngli köynək olan iki nəfər oğlanın gəlməsi və Zərərçəkmiş şəxs ayıltmağa çalışmaları, Zərərçəkmiş şəxs huşu özünə gəldikdən sonra Təqsirləndirilən şəxs və yanındakı şəxslərin onu yerdən qaldırıb hadisə yerindən avtomaşınların hərəkət etdiyi zolağa doğru yola salmalarından ibarət görüntülər müəyyən olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nın 221.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olması, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən, məhkəmə, X4 ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, zərərçəkmiş şəxsin şikayətçi olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi subut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla, 09 ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin İş üzrə maddi sübut, mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar