Məhkəmə qərarları › İş №1(012)-71/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-71/2024

21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-71/2024 21.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 308.1, 313 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə və "xxxx" MMC barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 313 və 320.1-ci maddələrinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 may 2017-ci il tarixli qərarla cinayətdən xəbərsiz olan X5 tərəfindən təsis edilərək “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanına əsasən müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Milli Gəlirlər Departamentində qeydiyyata alınmış və hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən təsdiq edilmiş 3-cü redaksiya nizamnaməsinə əsasən 100% payla təsisçisi cinayətdən xəbərsiz olan atası Şahid2 olan, hüquqi ünvanı ünvan 3an "xxxx" MMC üzrə (VÖEN: **********) 17 iyun 2022-ci il tarixli, 08/22 nömrəli əmrə əsasən, həmin Cəmiyyətin direktoru təyin edilməklə həmin vəzifədə işləyərkən həmin Cəmiyyətin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən təsdiq edilmiş 3-cü redaksiya nizamnaməsinə əsasən, Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək və onun operativ idarə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyrikommersiya təşkilatları qarşısında, o cümlədən, məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil etmək, öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək, müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesablarını açmaq və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, Cəmiyyətin işçilərinin əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqavilələri bağlamaq, şərtlərini dəyişdirmək və qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, Cəmiyyətin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək, öz səlahiyyəti daxilində qərarlar qəbul etmək və həmin qərarları yazılı surətdə əmrlə rəsmiləşdirmək, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və direktoru olduğu "xxxx" MMC üçün qanunsuz üstünlük, yəni qanunsuz gəlir əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edib Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 512 nömrəli Sərəncamı ilə yaradılmış Qızılağac Milli Parkı tərəfindən elan edilmiş və satınalma predmeti işçi geyimlərinin satınalınması olan 46377 müsabiqə nömrəli elektron kotirovka sorğusu üsulu ilə keçirilən satınalmada "xxxx" MMC-nin iştirakını təmin etmək və qazanc əldə etməkdə ifadə olunan tamah niyyətilə ilə 01 sentyabr 2022-ci il tarixdə "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən ofisində quraşdırılmış kompüter texnikasından istifadə edərək istintaqla müəyyən edilməyən mənbədən əldə etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş hüquqi əhəmiyyətə malik olan, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.5-ci maddəsinə əsasən malgöndərənin Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmamasını müəyyən etməklə satınalmada iştirakını şərtləndirən, üzərində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəsmi blankı, dairəvi möhürü, rəhbər vəzifəli şəxsinin imzası və adı əks olunmuş rəsmi sənəd hesab edilən “Dövlət satınalma müsabiqələrində (tenderdə) iştirak barədə arayışın verilməsi haqqında” məktubun rəqəmsal nüsxəsini skayner qurğusu vasitəsilə kompüterin yaddaşına köçürüb qrafik proqram təminatından istifadə etməklə, həmin məktubun yuxarı hissəsinə “"xxxx" MƏHDUD MƏSULİYYETLİ CƏMİYYİTİ, AZ1149, BAKİ ŞƏHƏRİ XƏTAİ RAYONU, GENERAL SƏMƏDBƏY MEHMANDAROV ev.106.M3 m.1 VÖEN **********, xx.xx.2022 –ci il tarixli” yazılarını, mətnindəki müvafiq qrafalara isə “Bildiririk ki, xx.xx.2022-ci il tarixinə (bundan sonra cari tarixə) şəxi hesab vərəqəsinə əsasən borc məbləğləri aşağıdakı kimidir: Dövlət büdcəsinə Vergilər üzrə borc yoxdu, Sosial sığorta (MDSS) üzrə borc yoxdu, İşsizlikdən siğorta (işsizlik) üzrə borc yoxdu, İcbari tibbi siğorta üzrə borc yoxdu, Kameral yoxlanılmalı məbləğə görə təsdiq edilməmiş azalma üzrə vergi borcu üzrə borc yoxdur. Əlavə olaraq vergi ödəyicisinin aşağıdakı göstəricilərini qeyd edirik Dövriyyəsi (xx.xx.2021-xx.xx.2021 dövrü üzrə) təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən 527167,47 manat, təqdim edilməmiş bəyannamələr: yoxdur, Aktiv fəaliyyət göstərən obyektlərin sayı: yoxdur, "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ VÖEN: ********** xx.xx.2022-ci il tarixinə tələb olunan göstəricilərin vəziyyəti (arayışın ikinci səhifəsi), Cari tarixə işmi sayı: 10 nəfər, Cari tarixə orta aylıq əmək haqqı: 319 manat, İşçi sayının fəaliyyət sahəsinə uyğunluğu: uyğun gəlir, Minimum aylıq əmək haqqı məbləğindən (300 manat) aşağı əmək haqqısı olan işçi sayı: yoxdur” yazılarını kompüterdə daxil edib, habelə həqiqi qeydiyyat nömrəsini və tarixini silərək çap qurğusu (printer) vasitəsilə əksini kağız daşıyıcı üzərində çıxarmaqla cinayətdən xəbərsiz olan şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxsə cinayətkar niyyəti barədə məlumat vermədən öz yazı xətti ilə həmin sənədin tarix qrafasına “xx.xx.2022”, qeydiyyat nömrəsi qrafasına “22190M0031900” yazılarını yazdırmaqla hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlayıb rəqəmsal nüsxəsini skayner qurğusu vasitəsilə elektron məlumat daşıyıcısının yaddaşına köçürmüş, habelə eyni niyyətlə 1 sentyabr 2022-ci il tarixdə ünvan 2 ünvanda yaşadığı mənzildə quraşdırılmış internet şəbəkəsinə çıxışı olan kompüter texnikasından istifadə edərək "xxxx" MMC-ə məxsus +994(70) ***-**-** nömrəli “Asan İmza” gücləndirilmiş elektron imza vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi informasiya resursu olan “www.e-tender.gov.az” internet saytına daxil olaraq həmin tarixə Cəmiyyətin 208,30 manat dövlət büdcəsinə ödənilməmiş vergi borcu, 3.063,90 manat məcburi dövlət sosial sığorta üzrə borcu, 122,88 manat işsizlikdən sığorta haqları üzrə borcu və 490,72 manat icbari tibbi sığorta üzrə ödənilməmiş borcu olduğunu bildiyi halda qeyd edilən informasiya resursuna bilə-bilə yalan məlumatları, yəni saxtalaşdırmaqla qanunsuz hazırladığı borcunun olmamasına dair 1 sentyabr 2022-ci il tarixli, 22190M0031900 qeydiyyat nömrəli “Dövlət satınalma müsabiqələrində (tenderdə) iştirak barədə arayışın verilməsi haqqında” məktubun skayner vasitəsilə elektron məlumat daşıyıcısının yaddaşına köçürülmüş rəqəmsal surətini tamah niyyətilə daxil etməklə vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə dövlət satınalmaları zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmalarının şəffaflıq, aşkarlıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında həyata keçirilməsi, dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasının qarşısının alınması üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş, bilə-bilə hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə tamah niyyətilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1, 313 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tanışı X5 tərəfindən 22 may 2017-ci il tarixdə təsis edilməklə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Departamentində qeydiyyata alınmış, 22 iyul 2021-ci il tarixdə həmin Cəmiyyətin təsisçisi dəyişdirilmiş və 2 pay, yəni 100% təsisçi atası Şahid2 olmuşdur. 21 sentyabr 2021-ci il tarixdən o, "xxxx" MMC-nin direktoru təyin edilmiş, hazırda xatırlamadığı tarixdə həmin vəzifədən azad edilmiş, bir neçə ay müddətinə direktor vəzifəsinə X3 təyin edilmiş və təsisçinin 08/22 nömrəli, 17 iyun 2022-ci il tarixli əmri ilə yenidən özü direktor təyin edilmişdir. Hazırda həmin Cəmiyyətin fəaliyyətinə direktor kimi özü rəhbərlik edir. "xxxx" MMC-nin nizamnaməsinə əsasən fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növlərindən ibarətdir. Faktiki olaraq həmin Cəmiyyətin fəaliyyəti təmir-tikinti və təchizat işlərindən ibarətdir. Cəmiyyətin hüquqi ünvanı ünvan 4vanda olsa da, 2022-ci ilin avqust-sentyabr aylarında faktiki fəaliyyət göstərdiyi ofis Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşmiş, daha sonra 2023-cü ilin yanvar ayından isə ofis ünvan 5 ünvana köçürülmüşdür. Rəhbərlik etdiyi Cəmiyyət təxminən 2021-2022-ci illərdə 4 satınalmada iştirak etmiş və satınalma müqavilələri üzrə üzərinə götürdüyü işləri tam icra etmişdir. Son tender işlərindən biri isə Qızılağac Milli Parkının işçi geyimlərinin satın alınması olmuşdur. Həmin vaxt o, satınalmada iştirak etmək üçün tələb edilən bütün sənədləri toplasa da, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən arayış almağı unutmuş, daha sonra isə arayış almaq üçün vaxtı olmadığından 01 sentyabr 2022-ci il tarixdə qeyd edilən arayışı kompüter texnikasının köməkliyi ilə saxtalaşdırmaqla hazırlamaq qərarına gəlmişdir. Hazırda xatırlamadığı mənbədən əldə etdiyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş arayışı saxtalaşdırmaq üçün internetdə fotoredaktə proqramları barədə maarifləndirici videomateriallardan istifadə etmiş, orada qeyd edilənləri növbəli şəkildə icra edərək arayışı saxtalaşdırmışdır. Bunun üçün Cəmiyyətin həmin vaxt fəaliyyət göstərdiyi Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən ofisindəki kompüter texnikasından istifadə edərək skaner qurğusu vasitəsilə əldə etdiyi arayışın rəqəmsal nüsxəsini kompüterin yaddaşına köçürərək fotoredaktə proqramı vasitəsilə qeyd edilən arayışın tarix və qeydiyyat nömrələrini silmiş, habelə yuxarı hissəsinə “"xxxx" MƏHDUD MƏSULİYYETLİ CƏMİYYİTİ, AZ1149, BAKİ ŞƏHƏRİ XƏTAİ RAYONU, GENERAL SƏMƏDBƏY MEHMANDAROV ev.106.M3 m.1 VÖEN **********, xx.xx.2022–ci tarixliyə” sözlərini, məzmununa “Bildiririk ki, xx.xx.2022-ci il tarixinə (bundan sonra cari tarixə) şəxi hesab vərəqəsinə əsasən borc məbləğləri aşağıdakı kimidir: Dövlət büdcəsinə Vergilər üzrə borc yoxdu, Sosial sığorta (MDSS) üzrə borc yoxdu, İşsizlikdən siğorta (işsizlik) üzrə borc yoxdu, İcbari tibbi siğorta üzrə borc yoxdu, Kameral yoxlanılmalı məbləğə görə təsdiq edilməmiş azalma üzrə vergi borcu üzrə borc yoxdur. Əlavə olaraq vergi ödəyicisinin aşağıdakı göstəricilərini qeyd edirik Dövriyyəsi (xx.xx.2021-xx.xx.2021 dövrü üzrə) təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən 527.167,47 manat, təqdim edilməmiş bəyannamələr: yoxdur, Aktiv fəaliyyət göstərən obyektlərin sayı: yoxdur, "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ VÖEN: ********** xx.xx.2022-ci il tarixinə tələb olunan göstəricilərin vəziyyəti (arayışın ikinci səhifəsi), Cari tarixə işçi sayı: 10 nəfər, Cari tarixə orta aylıq əmək haqqı: 319 manat, İşçi sayının fəaliyyət sahəsinə uyğunluğu: uyğun gəlir, Minimum aylıq əmək haqqı məbləğindən (300 manat) aşağı əmək haqqısı olan işçi sayı: yoxdur” sözlərini yazmış, “Risklərlə bağlı göstəricilər:” və “Fəaliyyətlə bağlı öhdəliklərin və vəzifələrin yerinə yetirilməməsi:” qrafalarındakı məlumatları, vəzifə, imza, möhür və vəzifəli şəxsin ad və soyadı hissəsinə heç bir dəyişiklik etmədən hazırladığı həmin arayışı printer qurğusu vasitəsilə çap etmiş, daha sonra xatırlamadığı şəxsə tarix qrafasına xx.xx.2022-ci il tarixi, qeydiyyat nömrəsi qrafasına isə “22190M0031900” yazısını qeyd etməsini xahiş etmiş, sonuncu xahişini icra etdikdən sonra tam hazır etdiyi arayışın skaner qurğusu ilə rəqəmsal nüsxəsini kompüterin yaddaşına köçürmüş, qeyd edilən faylı fləşkart tipli elektron məlumat daşıyıcısının yaddaşına yazaraq özü ilə götürmüşdür. Həmin arayışı saxtalaşdırdığını məxfi saxlamış, bu barədə heç bir tanışına məlumat verməmişdir. Belə ki, həmin vaxt qeyd edilən sənədin saxtalaşdırılmasının qanunsuz olduğunu bilmişdir. Odur ki, tarix və qeydiyyat nömrəsi qrafalarını yazan şəxsin də, həqiqi niyyəti və törətdiyi cinayət əməli barədə heç bir məlumatı olmamışdır. Hazırda həmin yazıları ora kimin yazdığını xatırlaya bilmir. Daha sonra elə həmin gün ünvan 2 ünvandakı yaşadığı evə gedərək həmin fləşkart tipli elektron məlumat daşıyıcısını evində quraşdırılmış stasionar kompüterin blokuna daxil etmiş, daha sonra "xxxx" MMC-yə məxsus +994(70) ***-**-** mobil telefon nömrəsinə bağlı Asan İmza vasitəsilə “e-tender.gov.az” informasiya resursundakı “malgöndərən” kabinetinə daxil olaraq satınalmada iştirak etmək üçün zəruri olan digər sənədlərlə birlikdə saxtalaşdırmaqla hazırladığı guya Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 22190M0031900 qeydiyyat nömrəli arayışın qeyd edilən fləşkart tipli elektron məlumat daşıyıcısının yaddaşında olan rəqəmsal nüsxəsini həmin informasiya resursuna daxil etmişdir. "xxxx" MMC-nin şəxsi hesab vərəqəsindən xx.xx.2022-xx.xx.2022-ci il tarixləri əhatə edən dövrə dair çıxarışa əsasən həmin Cəmiyyətin 208,30 manat dövlət büdcəsinə ödənilməmiş vergi borcu, 3.063,90 manat məcburi dövlət sosial sığorta üzrə borcu, 122,88 manat işşsizlikdən sığorta haqları üzrə borcu və 490,72 manat icbari tibbi sığorta üzrə ödənilməmiş borcu olmuşdur. Lakin o, sentyabr ayının 20-də həmin vergi borclarının hamısını ödəmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdir müavini Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin dekabr ayından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdir müavini vəzifəsinə təyin edilmişdir. Keçirilən elektron müsabiqələrlə əlaqədar satınalan təşkilatlar satınalma prosedurunun yekununa dair tender komissiyasının protokolunu işlədiyi şöbəyə təqdim etdikdə tərəfindən həmin satınalma üzrə tender və ya kotirovka təklifi vermiş müəssisələrin təqdim etdikləri sənədlər yoxlanılır. Eyni qaydada Qızılağac Milli Parkı tərəfindən elan edilmiş və satınalma predmeti işçi geyimlərinin satınalınması olan 46377 müsabiqə nömrəli elektron kotirovka sorğusu təklifi vermiş malgöndərənlərin sənədləri təhlil edilərkən "xxxx" MMC tərəfindən e-tender.gov.az informasiya resursuna yüklənilmiş 1 sentyabr 2022-ci il tarixli, 22190M0031900 qeydiyyat nömrəli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş arayışın həqiqiliyi şübhə doğurmuşdur. Belə ki, qeyd edilən arayışda sözlərin və rəqəmlərin yerləri standartlardan kənar olmuş, məlumatlar tələb edilənlərə uyğun olmamış, habelə sözlərdə çoxsaylı hərf səhvləri olmuşdur. Bu məqsədlə qeyd edilən sənədin həqiqiliyi özü tərəfindən araşdırılmış, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müvafiq sorğu verilmişdir. Həmin sorğuya qeyd edilən Baş İdarə tərəfindən verilmiş cavab məktubu ilə müəyyən edilmişdir ki, 1 sentyabr 2022-ci il tarixli, 22190M0031900 qeydiyyat nömrəli arayış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilməmiş, "xxxx" MMC-nin vəzifəli şəxsləri tərəfindən saxtalaşdırılaraq hazırlanmış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi informasiya resursu olan “e-tender.gov.az” saytının müvafiq alt bölməsinə yüklənmişdir. Bununla əlaqədar qeyd edilən materiallar araşdırılması üçün hüquq mühafizə orqanlarına göndərilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Tacir oğlu ifadəsində göstərmişdir ki, 22 iyul 2021-ci il tarixdən "xxxx" MMC-nin təsisçisidir. 21 sentyabr 2021-ci il tarixdən "xxxx" MMC-nin direktoru oğlu Təqsirləndirilən şəxs təyin edilmiş, hazırda xatırlamadığı tarixdə həmin vəzifədən azad edilmiş, bir neçə ay müddətinə direktor vəzifəsinə X3 təyin edilmiş və təsisçi kimi özünün 08/22 nömrəli, 17 iyun 2022-ci il tarixli əmri ilə yenidən Təqsirləndirilən şəxs direktor təyin edilmişdir. Hazırda həmin Cəmiyyətin fəaliyyətinə direktor kimi Təqsirləndirilən şəxs rəhbərlik edir. Həmin Cəmiyyətin heç bir fəaliyyəti ilə özü məşğul olmamışdır. 2022-ci ilin dekabr ayında mətbuatda gedən yazılardan ona məlum olmuşdur ki, "xxxx" MMC tərəfindən dövlət satınalmalarında qanunsuzluqlara yol verildiyinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edilmişdir. Bu barədə Təqsirləndirilən şəxs soruşduqda ona məlum olmuşdur ki, sonuncu, Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş arayışı saxtalaşdıraraq tenderdə iştirak üçün təqdim etmişdir. Bu barədə özünün əvvəlcədən heç bir məlumatı olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş 21 dekabr 2022-ci il tarixli, AİBNDX- 11/01-5/40528 nömrəli məktuba əlavə edilmiş saxtalaşdırılmaqla hazırlanmış və guya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş 1 sentyabr 2022-ci il tarixli, 22190M0031900 qeydiyyat nömrəli arayışa "xxxx" MƏHDUD MƏSULİYYETLİ CƏMİYYİTİ, AZ1149, BAKİ ŞƏHƏRİ XƏTAİ RAYONU, GENERAL SƏMƏDBƏY MEHMANDAROV ev.106.M3 m.1 VÖEN **********, xx.xx.2022–ci tarixliyə” yazıları, mətnindəki müvafiq qrafalarda isə “Bildiririk ki, xx.xx.2022-ci il tarixinə (bundan sonra cari tarixə) şəxi hesab vərəqəsinə əsasən borc məbləğləri aşağıdakı kimidir: Dövlət büdcəsinə Vergilər üzrə borc yoxdu, Sosial sığorta (MDSS) üzrə borc yoxdu, İşsizlikdən siğorta (işsizlik) üzrə borc yoxdu, İcbari tibbi siğorta üzrə borc yoxdu, Kameral yoxlanılmalı məbləğə görə təsdiq edilməmiş azalma üzrə vergi borcu üzrə borc yoxdur. Əlavə olaraq vergi ödəyicisinin aşağıdakı göstəricilərini qeyd edirik Dövriyyəsi (xx.xx.2021-xx.xx.2021 dövrü üzrə) təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən 527167,47 manat, təqdim edilməmiş bəyannamələr: yoxdur, Aktiv fəaliyyət göstərən obyektlərin sayı: yoxdur, "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ VÖEN: ********** xx.xx.2022-ci il tarixinə tələb olunan göstəricilərin vəziyyəti (arayışın ikinci səhifəsi), Cari tarixə işmi sayı: 10 nəfər, Cari tarixə orta aylıq əmək haqqı: 319 manat, İşçi sayının fəaliyyət sahəsinə uyğunluğu: uyğun gəlir, Minimum aylıq əmək haqqı məbləğindən (300 manat) aşağı əmək haqqısı olan işçi sayı: yoxdur” yazıları qeyd edilmişdir. Qeyd edilən sənədin üzərində çoxsaylı orfoqrafiq səhvlər mövcuddur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş 21 dekabr 2022-ci il tarixli, AİBNDX- 11/01-5/40528 nömrəli məktuba əlavə edilmiş Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş 28 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixli arayış Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi ödəyicisi "xxxx" MMC-yə (VÖEN: **********) təqdim edilməmişdir. Belə ki, vergi ödəyicisi "xxxx" MMC tərəfindən dövlət satınalmalarında (tenderlərdə) iştirakla bağlı avqust ayı ərzində vergi orqanına müraciət daxil olmamışdır. Vergi ödəyicisinin xx.xx.2022-ci il tarixli müraciəti xx.xx.2022-ci il tarixli, **********859000 nömrəli sənədlə cavablandırılmışdır. 12 aprel 2023-cü il tarixli protokola əlavə etdiyi "xxxx" MMC-nin (VÖEN: **********) qeydiyyat sənədləri, habelə nizamnaməsindən görünür ki, həmin Cəmiyyət 22 may 2017ci il tarixli qərarla X5 tərəfindən təsis edilərək “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanına əsasən müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Milli Gəlirlər Departamentində qeydiyyata alınmış və hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır. Həmin Cəmiyyətin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən təsdiq edilmiş 3-cü redaksiya nizamnaməsinə əsasən 100% payla təsisçisi Şahid2dur. Həmin Cəmiyyətin hüquqi ünvanı ünvan 6r. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 28 mart 2023cü il tarixli, 3-13-12-1/2-M-316xx/xx/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. "xxxx" MMC-nin Dövlət Reyestrindən çıxarış sənədlərinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 17 iyun 2022-ci il tarixli əmrlə həmin tarixdən qeyd edilən Cəmiyyətin qanuni təmsilçisi olmuşdur. Həmçinin Cəmiyyətin nizamnaməsinə əsasən Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək və onun operativ idarə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyrikommersiya təşkilatları qarşısında, o cümlədən, məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil etmək, öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək, müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesablarını açmaq və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, Cəmiyyətin işçilərinin əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqavilələri bağlamaq, şərtlərini dəyişdirmək və qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, Cəmiyyətin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək, öz səlahiyyəti daxilində qərarlar qəbul etmək və həmin qərarları yazılı surətdə əmrlə rəsmiləşdirmək, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirmək və digər təşkilati sərəncamverici funksiyasına malik olan direktor tərəfindən həyata keçirilir. - Bundan əlavə gələcəkdə qeyd edilən hüquqi şəxsin adından istifadə edilməklə fiziki və ya hüquqi şəxslərin, eyni zamanda dövlət qurumlarının yenidən aldadılması və nəticədə onlara ziyan vurulmasının qarşısının alınması məqsədilə hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi zəruridir. - Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5.4-cü maddəsinə əsasən hüquqi şəxsə tətbiq olunacaq cinayət-hüquqi tədbirin növü və həddi seçilərkən həmin Məcəllənin 99-5.4.2-ci maddəsinə əsasən cinayət nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, 99-5.4.6-cı maddəsinə əsasən əvvəllər onun barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməməsi kimi hallar nəzərə alınmalıdır. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 5(001)- 942/2023 nömrəli qərarı ilə "xxxx" MMC (VÖEN: **********) barəsində tətbiq oluna biləcək cinayət-hüquqi tədbirlərin təmin edilməsi məqsədi ilə təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həmin hüquqi şəxsin ləğv edilməsinə qadağa qoyulmuşdur. Subutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş 21 dekabr 2022-ci il tarixli, AİBNDX-11/01-5/40528 nömrəli məktuba əlavə edilmiş saxtalaşdırılmaqla hazırlanmış və guya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş 1 sentyabr 2022-ci il tarixli, 22190M0031900 qeydiyyat nömrəli arayışın surəti və həmin məktuba əlavə edilmiş Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş 28 oktyabr 2022-ci il tarixli məktubun surəti, Təqsirləndirilən şəxs 12 aprel 2023-cü il tarixli şahid qismində dindirilməsi haqqında protokola əlavə etdiyi "xxxx" MMC-nin şəxsi hesab vərəqəsindən 12 aprel 2023-cü il tarixli çıxarış cinayət işinin materiallarına əlavə edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Cəmiyyətin balansında daşınmaz əmlakı yoxdur. Daşınar əmlak olaraq şirkətin inventarında 760 manat dəyərində 01 ədəd PC (Core i7 RX 580 8GB 16 GB DDR) Monitor 165hz 19 inc DELL və 380 manat dəyərində 01 ədəd HP Smart Tank 515 (printer) mövcuddur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, müdafiə tərəfin təqsirləndirilən şəxsin əməlində CM-in 308.1-ci maddəsinin tərkib əlamətləri mövcud olmamasına dair məhkəmə iclasında verdiyi ifadəsinə hüquqi qiymət verilməsini zəruri hesab edib aşağıdakıları qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli qərarında qeyd edilir ki, “vəzifə səlahiyyətlərindən sui-istifadə etmə obyektiv cəhətdən aşağıdakı zəruri əlamətlərin məcmusu ilə xarakterizə olunur: - vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi növündə əməl; - fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət nəticənin baş verməsi; - əməllə nəticə arasında səbəbli əlaqənin olması. Vəzifə səlahiyyətlərindən sui-istifadə vəzifəli şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğu vəzifəyə görə ona verilmiş hüquq və vəzifələrin həyata keçirilməsi ilə bağlı hərəkətlərdə ifadə oluna bilər. Lakin cinayət tərkibi belə hərəkətlər qulluq mənafeyinə qəsdən zidd olaraq həyata keçirildikdə yaranır. Vəzifəli şəxslərin fəaliyyət dairəsi geniş olduğundan, vəzifə səlahiyyətlərindən sui-istifadənin konkret formaları da müxtəlif ola bilər. Sui-istifadə həm hərəkət, həm də hərəkətsizliklə edilə bilər. CM-in 308-ci maddəsinin məzmununa əsasən vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir. Vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyri-kommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinin zəruri əlamətlərindən biri fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsidir. Vəzifə səlahiyyətlərindən sui-istifadə subyektiv cəhətdən qəsdən edilən cinayətdir. Şəxs qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk edir, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görür, bu nəticələrin baş verməsini arzu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin subyektiv cəhətinin daha bir zəruri əlaməti cinayətin motividir. CM-in 308-ci maddəsində bu cinayətin motivi vəzifəli şəxsin özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlüyün əldə edilməsi kimi müəyyən olunmuşdur. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmənin subyekti yalnız vəzifəli şəxs ola bilər.” Qərarda həmçinin qeyd edilir ki, CM-in 308-ci maddəsinin əvvəlki və yeni redaksiyada olan “Qeyd” hissəsində subyekt baxımından “vəzifəli şəxs” anlayışını birləşdirən məqamlar mövcuddur. Bu məqamlara görə vəzifəli şəxsləri üç kateqoriyaya bölmək olar: - hakimiyyət nümayəndəsinin funksiyasını daimi və ya xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən şəxslər; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC üzrə (VÖEN: **********) 17 iyun 2022-ci il tarixli, 08/22 nömrəli əmrə əsasən, həmin Cəmiyyətin direktoru olmaqla həmin Cəmiyyətin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən təsdiq edilmiş 3-cü redaksiya nizamnaməsinə əsasən, Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək və onun operativ idarə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən, məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil etmək, öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək, müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesablarını açmaq və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, Cəmiyyətin işçilərinin əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqavilələri bağlamaq, şərtlərini dəyişdirmək və qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, Cəmiyyətin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək, öz səlahiyyəti daxilində qərarlar qəbul etmək və həmin qərarları yazılı surətdə əmrlə rəsmiləşdirmək, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirmək və digər təşkilati-sərəncamverici səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxsdir. "xxxx" MMC-nin qeydiyyat sənədlərindən göründüyü kimi, həmin Cəmiyyət 22 may 2017-ci il tarixdə X5 tərəfindən təsis edilmişdir. Hazırda həmin Cəmiyyətin təsisçisi Şahid2dur. Təqsirləndirilən şəxs 17 iyun 2022-ci il tarixdən həmin cəmiyyətin direktorudur. Təqsirləndirilən şəxs direktoru olmaqla rəhbərlik etdiyi hüquqi şəxs – "xxxx" MMC üçün qanunsuz üstünlük, yəni qanunsuz gəlir əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, tamah niyyətilə hüquq verən rəsmi sənəd olan 1 sentyabr 2022-ci il tarixli, 22190M0031900 qeydiyyat nömrəli “Dövlət satınalma müsabiqələrində (tenderdə) iştirak barədə arayışın verilməsi haqqında” məktubu saxtalaşdırmaqla hazırlayaraq saxta olduğunu bilə-bilə həmin arayışın rəqəmsal surətini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi informasiya resursu olan www.e-tender.gov.az informasiya resursuna tamah niyyətilə daxil etmişdir. "xxxx" MMC-nin Dövlət Reyestrindən çıxarış sənədlərinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 17 iyun 2022-ci il tarixli əmrlə həmin tarixdən qeyd edilən Cəmiyyətin qanuni təmsilçisi olmuşdur. Həmçinin Cəmiyyətin nizamnaməsinə əsasən Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək və onun operativ idarə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən, məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil etmək, öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək, müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesablarını açmaq və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, Cəmiyyətin işçilərinin əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqavilələri bağlamaq, şərtlərini dəyişdirmək və qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, Cəmiyyətin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək, öz səlahiyyəti daxilində qərarlar qəbul etmək və həmin qərarları yazılı surətdə əmrlə rəsmiləşdirmək, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirmək və digər təşkilati sərəncamverici funksiyasına malik olan direktor tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs, tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs məhkəmə məsuliyyətinə verilmişdir ona görə ki, o, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və hüquqi şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş, bilə-bilə hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə tamah niyyətilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamışdır. Göründüyü kimi, cinayətin törədildiyi gündən iki ildən artıq müddət keçmişdir, yəni Təqsirləndirilən şəxs həmin cinayət əməlini xx.xx.2017-ci il tarixdə törətmişdir. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313 və 320.1ci maddələri ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Eyni zamanda Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Cinayət Məcəlləsinin 313 və 320.1-ci maddələri üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 308.1, 313 və 320.1-ci maddələri ilə elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 313 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddələr ilə nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X4 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı bir azyaşlı övladının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən ağırlaşdıran hal müəyyən edilməmişdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə, islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli qərarına əsasən “...müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-in Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. CM-in 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi cinayət qanununun Xüsusi hissəsində nəzərdə tutulduğu, həm də nəzərdə tutulmadığı hallarda da tətbiq edilə bilər. Lakin sonuncu halda bu cəzanın əlavə cəza kimi tətbiqi zamanı mütləq CM-in 46-cı maddəsinə istinad edilməlidir...”. Məhkəmə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən və həmin maddənin şərhinə dair Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmasa da, törədilmiş cinayətin xarakteri əsas götürülməklə, təqsirləndirilən şəxsə əlavə cəza qismində dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-4.1-ci maddəsinə əsasən, hüquqi şəxsə cinayət-hüquqi tədbirlər həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs və həmin vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən cinayətlərə görə tətbiq edilir. Həmin Məcəllənin 99-4.5-ci maddəsinə əsasən hüquqi şəxslərə cinayət-hüquqi tədbirlər bu Məcəllənin 144, 144-1, 144-2, 144-3, 167– 169, 169-1, 170–171-1, 192- 2, 193-1, 194, 200-1, 200-2, 214–220, 233, 242-244-1, 259- 261, 271–284, 303.2, 308, 311, 312, 312-1, 313, 315, 316-1, 316-2, 320 və 323–326-cı maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsinə görə tətbiq edilir. Həmin Məcəllənin 99-5.1-ci maddəsinə əsasən, hüquqi şəxslərə cinayət-hüquqi tədbirlər kimi cərimə, xüsusi müsadirə, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və hüquqi şəxsi ləğv etmə tətbiq edilə bilər. Həmin Məcəllənin 99-5.3-cü maddəsinə əsasən hüquqi şəxsi ləğv etmə cinayəthüquqi tədbiri yalnız əsas, cərimə həm əsas, həm də əlavə, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və xüsusi müsadirə yalnız əlavə cinayət-hüquqi tədbir növü kimi tətbiq olunur. Həmin Məcəllənin 99-6.1. maddəsinə əsasən hüquqi şəxslərə tətbiq edilən cinayəthüquqi tədbir qismində cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən və dövlət nəfinə keçirilən məcburi pul tutulmasından ibarətdir. Həmin Məcəllənin 99-6.2-ci maddəsinə əsasən cərimə bu Məcəllənin 99-6.3, 99- 6.4 və 99-8.3-cü maddələrində göstərilən hallar və hüquqi şəxsin maliyyə-iqtisadi vəziyyəti nəzərə alınmaqla əlli min manatdan iki yüz min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən beş mislinədək miqdarda müəyyən olunur. Həmin Məcəllənin 99-6.4-cü maddəsinə əsasən hüquqi şəxsə tətbiq edilən cərimə onun əmlakının dəyərinin yarıdan çox hissəsini təşkil edə bilməz. Beləliklə məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 313 və 320.1 maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin "xxxx" MMC adlı hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək və onun fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxs Təqsirləndirilən şəxs tərəfindən törədilməsi öz təsdiqini tapdığından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti əmlakının dəyərinin yarısı məbləğində, yəni 570 manat məbləğində cərimə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş 21 dekabr 2022-ci il tarixli, AİBNDX-11/01- 5/40528 nömrəli məktuba əlavə edilmiş saxtalaşdırılmaqla hazırlanmış və guya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş 1 sentyabr 2022-ci il tarixli, 22190M0031900 qeydiyyat nömrəli arayışın surəti və həmin məktuba əlavə edilmiş Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş 28 oktyabr 2022-ci il tarixli məktubun surəti, Təqsirləndirilən şəxs 12 aprel 2023-cü il tarixli şahid qismində dindirilməsi haqqında protokola əlavə etdiyi "xxxx" MMC-nin şəxsi hesab vərəqəsindən 12 aprel 2023-cü il tarixli çıxarış saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza isə iş üzrə keçirilməmişdir. Bundan başqa təqsirləndirilən şəxsə məhkəmə istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1, 313 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddələrinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası CM-in 313 və 320.1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilsin və həmin epizodlar üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsi tətbiq olunmaqla, 01 il 03 ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddiməsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə, qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla, 01 il 03 ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan, hüquqi ünvanı ünvan 3an "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) 570 manat məbləğində cərimə edilsin. Hökm qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan, hüquqi ünvanı ünvan 3an "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Məhdud Məsuliyyətli Cəmiyyətinin yenidən təşkil olunması, yaxud təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsi qadağan edilsin. İş üzrə maddi sübut qismində tanınmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş 21 dekabr 2022-ci il tarixli, AİBNDX-11/01-5/40528 nömrəli məktuba əlavə edilmiş saxtalaşdırılmaqla hazırlanmış və guya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş 1 sentyabr 2022-ci il tarixli, 22190M0031900 qeydiyyat nömrəli arayışın surəti və həmin məktuba əlavə edilmiş Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş 28 oktyabr 2022-ci il tarixli məktubun surəti, Təqsirləndirilən şəxs 12 aprel 2023-cü il tarixli şahid qismində dindirilməsi haqqında protokola əlavə etdiyi "xxxx" MMC-nin şəxsi hesab vərəqəsindən 12 aprel 2023-cü il tarixli çıxarış cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə məhkəmə istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar