Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-711/2023 29.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Gədəbəy rayonu, Saratovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində xx.xx.2023-cü il tarixdə polisin nəzarəti altna vermə qətimkan tədbiri seçilmiş, Gəncə şəhəri, Kəpəz rayonu, İ.Yusifov küçəsi, ev 1-də qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Kristal-2 mənzil 51-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçkmiş səxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri, Qaradağ rayonu, Qobu yaşayış kompleksi, bina 33, mənzil 2-də yaşayan Zərərçəkmiş şəxs X6 sürücü kimi işə düzəltdirəcəyinə yalan vəd verib, aldadaraq xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, Kristal Abşeron 2-ünvanında sonuncunun 8000 (səkkiz min) manat pulunu alıb ələ keçirtməklə xeyli miqdarda ziyan vuraraq dələduzluq cinayətini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2-ildən artıqdır ki, tanıyır. Onunla hər hansı düşmənçiliyi və ya ədavəti olmamışdır. Özü əvvəllər X7 Dəstəklər Xidməti Şöbəsində şöbə müdürü vəzifəsində çalışmış, lakin 2021-ci ildə həmin yerdən işdən çıxmışdır. Etibarla söhbət zamanı o, X7 sürücü kimi işə düzəlməsinə köməklik göstərilməsini xahiş etdiyindən Ehtibara köməklik göstərəcəyinə söz vermişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 19radələrində Etibarnani ünvan 2ünvanın qarşısında görüşərək, orada Ehtibadan 8000 (səkkiz min) manat pul almışdır. Lakin Ehtibarı sürücü kimi işə düzəltdirə bilməmiş və aldığı pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Ehtibardan 12000 manat deyil, 8000 manat almışdır. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmə istintaqı dövründə zərərçəkmiş şəxsə vurmuş olduğu ziyan tam olaraq ödəmiş, zərərçəkmiş şəxslə barışmış, bundan əlavə ziyanın 25 faizini təşkil edən məbləği dövlət büdcəsinə ödəmişdir. Məhkəmədən qeyd edilən halların nəzərə alınaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 3 ilə yaxındır ki, tanıyır. Təqsirləndirilən şəxs əvvəllər X4rac müdiri vəzifəsində çalışmış, lakin sonradan həmin vəzifədən cıxardılmışdır. Həmin qaracda bacanağı Sadiq adlı şəxs işdədiyindən onun yanına gedib-gələrkən Elxan ilə tanışlıqları yaranmşdır. Təqsirləndirilən şəxsla 2022-ci ilin oktyabr ayında oturub söhbət etdiyi zamanı ona bekar olduğunu və iş axtardığını dedikdə Elxan X7 “səni sürücü kimi işə düzəltdirə bilərəm” demişdir. Elxana alınırsa düzəltdir deyə cavab vermişdir. Elxan ora 8000 (səkkiz min) manatdan aşağı işə götürmədikləini demişdir. Elxana həmin məbləği borc xərc edib verəcəyini və ona bu işdə köməklik etməsini bildirmişdir. Elxan ona “narahat olma 100 faiz arxayın ol, sən pulu gətir mən səni sürücü kimi işə düzəltdirəcəm və hər ayda 1200 manat pul alacaqsan” demişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 19-20 radəllərində Elxanla Abşeron rayonu, Kristal Abşeron 2-ünvanında görüşərək 8000 manat pulu Elxana vermişdir. Elxan pulu cibinə qoyub ona narahat olmamasını, 6 ay müddət ərzində iş məsələsini həll edəcəyini, sənədləri hazırlayıb Səhiyyə nazirliyinə göndərəcəyini və bu prosesin 6 aya kimi davam edəcəyini bildirmişdir. Sonra aradan 6 ay müddət keçməsinə baxmayaraq işə düzəlməmişdir. Bundan sonra Elxana məxsus olan 3 telefonuna zəng etsədə Elxan telefonu söndürdüyündən və Elxan tərəfindən aldadıldığını bilib polisə müraciət etmişdir. Əlavə olaraq sənədləri hazırlamaq üçün 4 min manat pulu çıxdığından şikayət ərizəsində Elxana 12 min manat verdiyini göstərmişdir. Lakin Elxana faktiki 8000 manat pul vermişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödəmilmiş, sonuncu ilə barışmış və Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Abşeron RPİ-nin istintaq şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Orucov X5 Respublikası CM-nin 178.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və tutularaq Abşeron RPİnin MSY-nə təhvil verilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs istintaq orqanına təqdim edilənədək cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs tutularaq Abşeron RPİ-nə gətirilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 53.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar aradan qalxdığı üçün cinayət işi üzrə icraatın təzələnməsi və istintaqın davam etdirilməsi qərara alınmışdır. Abşeron rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və qərarın icrası Abşeron RPİ-nin İstintaq Şöbəsinə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Abşeron RPİ-nin MSY-də saxlanılan Təqsirləndirilən şəxs həmin tarixdə Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham yenidən elan edilmişdir. xx.xx.2023-cü il tarixli üzləşmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı xx.xx.2022-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. xx.xx.2023-cü il tarixli, 10238 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" ASC vasitəsilə X2 hesabına (dövlət nəfinə) cinayət hadisəsi nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi olan 2000 (iki min) manat məbləğində pul keçirilmişdir. xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, özünü tam təqsirli bilir, zərərçəkmiş şəxslə barışımışdır, cinayət hadisəsi nəticəsində tərəfindən Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan və həmin ziyanın iyirmi beş faizi müvafiq olaraq ödənilmişdir. İş üzrə ondan heç bir şikayət və tələb yoxdur. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189- 1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş maddi ziyanı tam şəkildə ödəməklə barışıq əldə etmiş, habelə həmin ziyanın 25% (iyirmi beş faiz) məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (bir yüz iyirmi) manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (bir yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-711/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-711/2023
29.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver