Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-711/2025 01.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Yardımlı rayonu, Osnakəran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, мящкумлуьу olmayan, Yardımlı району, Osnakəran kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumat verib sonuncunun inam və etibarını qazanaraq ona bankdan kredit götürməsi üçün tələb olunan iş yerindən arayış düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu niyyətlə Zərərçəkmiş şəxs Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində yerləşən “Araz” marketə quraşdırılmış “Milliön” ödəniş terminalı vasitəsilə ona məxsus "xxxx" ASC-yə aid 4098-5844-9745-0443 saylı bank kartına xx.xx.2024-cü il tarixdə göndərdiyi 300 manat və xx.xx.2024-cü il tarixdə göndərdiyi 250 manat vahid niyyətlə cəmi 550 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs 550 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Yardımlı rayonu, Osnaqıran kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayır. Evlidir və 15 yaşlı qız övladı var. İşləmir. Barəsində şikayət edən Zərərçəkmiş şəxs 2024-cü ilin avqust ayında tanımışdır.Belə ki, həmin ərəfələrdə “Kia-Rio” markalı **-ZS-*** qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti göstərirmiş. 2024-cü ilin avqust ayının əvvələrində taksi kimi idarə etdiyi avtomobilə sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs əyləşmişdir. Avtomobildə gedən zaman biz söhbətləşmişlər. Söhbət əsnasında Şərafət ona avtomobil almaq istədiyini, lakin bankların kredit vermədiyini bildirmişdir. Bu zaman o, Zərərçəkmiş şəxs iş yerindən arayış düzəldə biləcəyini və həmin arayışı banka təqdim edərək 10000 manat kredit əldə edə biləcəyini bildirmişdir. Şərafət isə onun təklifi ilə maraqlanmışdır. O, bu iş üçün 600 manat pul lazım olduğunu da bildirmişdir. Daha sonra onlar bir-birlərinin nömrələrini götürmüşlər. O, həmin nömrə vasitəsilə ona məxsus "xxxx" ASC-yə aid 4098-5844-9745-0443 saylı “Leobank” bank kartını Zərərçəkmiş şəxs göndərmişdir. Zərərçəkmiş şəxs isə iş yerindən arayış əldə etmək üçün onun həmin bank kartına xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə isə 250 manat göndərmişdir. Sonradan o, bu əməlimə peşman olmuşdur. Zərərçəkmiş şəxs ondann pulunu istəyən zaman isə 50 manatı geri ödəmişdir. Sonradan isə Zərərçəkmiş şəxs polis orqanlarına şikayət etməsi barədə eşitdiyini bildirmişdir. O, məhkəmə iclasında ərizə ilə müraciət edərək,zərərçəkənə dəyən ziyanı ödədiyini, barəsində olan olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə dostu ilə görüşmək üçün taksi sifariş vermişdi. Həmin taksi ilə gedib evə geri qayıtmışdır. Evə geri qayıdanda isə həmin taksi sürücüsü ilə söhbət etmişdir. Söhbət əsnasında taksi sürücüsünə kreditlə avtomobil almaq istədiyini bildirmiş və məsləhət almışdır. Taksi sürücüsü isə ona lizinqlə avtomobil almamağını və bankdan kredit götürməyi tövsiyyə etmişdir. O isə heç bir yerdə işləmədiyini və bankın ona kredit verməyəcəyini bildirmişdir. Bu zaman həmin taksi sürücüsü ona bu işi həll edəcəyini və 10000 manat bankdan kredit götürə biləcəyini demişdir. O, həmin sürücüdən bunun necə olacağını soruşanda taksi sürücüsü ona banka təqdim etmək üçün iş yeri arayışı məsələsini həll edə biləcəyini və bu işin həlli üçün 600 manat xərcinin olduğunu bildirmişdir. O da həmin şəxslə razılaşmış və sürücünün ***-***-**-** saylı mobil nömrəsini götürmüşdür. Səhəri günü isə həmin taksi sürücüsü ilə əlaqə saxlamış və ona özünə məxsus olduğunu bildirdiyi 4098-5844-9745-0443 saylı “Leobank”a aid bank kartını göndərmişdir. O da gün ərzində 2 dəfə olmaqla Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində yerləşən “Araz” marketə quraşdırılmış “Milliön” ödəniş terminalı vasitəsilə ümumilikdə 550 manat pulu həmin karta göndərmişdir. Həmin kartın məlumatlarında kartın X1 məxsus olduğu görsənirmiş. Lakin həmin vaxtdan etibarən taksi sürücüsü heç bir vədinə əməl etməmişdir. Hətta xx.xx.2024-cü il tarixdə ondan əlavə 100 manat pul da istəmişdir. Lakin o, taksi sürücüsünə işi görəndən sonra həmin pulu verə biləcəyini bildirmişdir. Bu məsələnin üzərindən uzun müddət keçsə də, taksi sürücüsü mənim işi həll etmədi. Bu zaman o, aldadıldığını başa düşmüş və müxtəlif hüquq mühafizə orqanlarına şikayətlər etmişdir. Bu hadisə zamanı ona 550 manat maddi ziyan dəymişdir. Həmin taski sürücüsü “Kia Rio” markalı **-ZS-*** qeydiyyat nişanlı avtomobili idarə etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ona dəyən ziyanı tam olaraq ödəmişdir, ondan şikayət və tələbi olmadığını, işə xitam verilməsini xahiş etmişdir. İstintaq zamanı DİN-in BƏSİİ-dən alınaraq iş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-də istntaqı aparılan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə təqsirli bilinərək barəsində olan cinayət işinə Azərbaycan Respublikası CM-nin 73.2 və Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddələri ilə bəraətverici əsaslar olmadan xitam verilmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması və ziyanı ödəməsi Azərbaycan Respublikası CM-nin 591.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması onun özünün ifadəsi, zərərçəkənin ifadəsi və işdə olan sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Ona görə də məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləgv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, cəmi 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləgv edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, cəmi 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-711/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-711/2025
01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver