Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-712/2025 14.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs: X2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1966-cı ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X3 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumat verib sonuncunun inam və etibarını qazanaraq sonuncuya alacağı torpaq sahəsinin sənədlərindəki problemləri dövlət orqanlarında aradan qaldıracağına yalan vəd verib aldadaraq bu niyyətlə Şərafət Rzayevin xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən ofisdə ona verdiyi 1100 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş X3 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. Evlidir və iki yetkinlik yaşına çatan övladı var. Səhhətilə əlaqədar hal-hazırda işləmir. Barəsində şikayət edən X4 2024-cü ilin iyul ayından tanıyır. Belə ki, həmin ərəfələrdə makler kimi işləyirmiş. xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən işlədiyi ofisdə olan zaman tanıdığı Sevil adlı makler ilə birlikdə Tural Akhverdiyev və iki qohumu gəlmişdir. Həmin vaxt Tural və yanındakı şəxslər ona ev axtardıqlarını bildirmişlər və o, Tural və yanındakı şəxslərə Taleh adlı şəxsə məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsi olan birmərtəbəli evi göstərmişdir. Tural Akhverdiyev və qohumları ev alqı-satqısını 65000 manata razılaşdırmışlar. Ancaq torpaq sahəsinin sənədlərində problem var imiş. Bu zaman o, Turala bu problemi həll edə biləcəyini bildirmiş və bu iş üçün 1100 manat pul istəmişdir. Tural isə həmin gün işlədiyi ofisdə ona 1100 manat pulu vermişdir. Lakin sonradan o, verdiyi vədi yerinə yetirə bilməmişdir. Tural ondan pulunu geri istəsə də, maddi problemləri olduğu üçün bunu qaytarmamışdır. Sonradan isə Tural Akhverdiyev barəsində şikayət etmişdir. Etdiyi əməldən peşmandır və bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Hazırda ziyanlığı tam olaraq ödəmiş və zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsas olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxsla ilk tanışlığı xx.xx.2024-cü il tarixə təsadüf etmişdir. Belə ki, o, həmin ərəfələrdə ev almaq istəyirmiş. Buna görə bir neçə maklerə bu barədə müraciət etmişdir. Həmin maklerdən Sevil adlı qadın ona uyğun ev tapdığını və həmin evin Təqsirləndirilən şəxs əlində olduğunu bildirmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə o, Sevil adlı makler, atası Mahal Akhverdiev və dostu X10 rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən ofisə gedib Təqsirləndirilən şəxsla görüşmüşlər. Sevil onları tanış etdikdən sonra çıxıb getmişdir. Onlar da Təqsirləndirilən şəxsla birlikdə Abşeron rayonu, Masazır kəndində yerləşən evə baxmışlar. Ev onların xoşuna gəlmiş və onlar 65000 manata həmin evi razılaşmışlar. Lakin evin həyətyanı sahəsi olan 0,03 hektar torpaq sahəsinin sənədlərində problem var imiş. Təqsirləndirilən şəxs ona bu məsələni həll edəcəyini söz vermiş və bu iş üçün 1100 manat lazım olduğunu bildirmişdir. O da Təqsirləndirilən şəxsla razılaşmışlar. Buna görə atası Mahal və dostu Füzuli ilə birlikdə xx.xx.2024-cü il tarixdə yuxarıda qeyd etdiyi ofisdə Təqsirləndirilən şəxs 1100 manat pulu vermişdir. Lakin həmin vaxtdan etibarən Təqsirləndirilən şəxs verdiyi vədi yerinə yetirə bilməmişdir. Bir müddət sonra isə müxtəlif bəhanələr gətirmişdir. Bu zaman başa düşmüşdür ki, Şiraz onu aldadıb pulunu almışdır. Buna görə də Abşeron RPİ-nə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanlığı tamamilə ödəmişdir, aralarında barışıq əldə olunmuşdur. Təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş X5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Tural Akhverdiev onun oğludur. Tural 2024-cü ilin iyul ayında ev almaq qərarına gəlmiş və buna görə bir neçə maklerə müraciət etmişdir. Həmin maklerlərdən biri də Sevil adlı qadın imiş. Sevil bir müddət sonra Turala əlində yaxşı evlərin olduğu başqa bir maklerlə onları tanış edəcəyini bildirmişdir. Buna görə xx.xx.2024-cü il tarixdə Sevil xanım onları Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən ofisdə Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Daha sonra isə Sevil çıxıb getmişdir. Həmin vaxt o və oğlu Turaldan başqa oğlunun dostu Füzuli Bayramov da var imiş. Təqsirləndirilən şəxs onları həmin gün Abşeron rayonu, Masazır kəndində yerləşən evə aparmış və ev Turalın xoşuna gəlmişdir. Aralarında razılığa əsasən evi 65000 manata almalı imiş. Lakin evin həyətyanı sahəsinin sənədlərində problem var imiş. Təqsirləndirilən şəxs isə Turala bu problemi həll edə biləcəyini və bunun üçün 1100 manat pul lazım olacağını bildirmişdir. Tural Şirazın təklifi ilə razılaşmış və həmin gün ofisdə Füzuli və onun yanında Təqsirləndirilən şəxs 1100 manat pulu vermişdir. Lakin bir müddət sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək verdiyi vədə etməməyə başlamışdır. Daha sonra isə Tural aldadıldığını başa düşüb Abşeron RPİ-nə müraciət etdiyini bildirmişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və şahidin elan edilmiş ifadəsi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” 16 yanvar 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün icraata götürülmüşdür. “Zərərçəkmiş şəxs kimi tanınmaq barədə” 16 yanvar 2025-ci il tarixli qərardan görünür ki, X7 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 17 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 17 fevral 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 05 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs AbşeronRayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs X7 tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxs X6 vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə 5 iş saatı üçün 6 manat və 15 iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 195 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 178-ci, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə müvafiq olaraq 195 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, apelyasiya şikayəti və protesti verilmədiyi halda, qeyd olunan müddətin başa çatdığı vaxtın sonrakı günü qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-712/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-712/2025
14.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver