Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-715/2024 20.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə, xx.xx.1987-ci ildə Neftçala rayonu. Xıllı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Neftçala rayonu, Xıllı qəsəbəsində ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Məmmədli kəndində A.Mustafayev küçəsində fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 16 noyabr 2023-cü il tarixdə saat 09:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan 25 manat müqabilində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahılarına (İ Siyahısına) əsasən şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 0,883 qram olan qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib Abşeron rayonu, Məmmədli qəsəbəsinə daşımış və üzərində saxlamış, 16 noyabr 2023-cü il tarixdə saat 13:00 radələrində X5 əməkdaşları tərəfindən Abşeron rayonu, Məmmədli qəsəbəsində Alı Mustafayev küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinin X5 inzibati binasına gətirilərək həmin gün saat 14:10-dan 14:16-dək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,883 qram olan qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 2023-cü ilin dekabr ayında Bakı şəhəri, Qaradağ rayonu «Kor-göz» daş karxanasında istintaqa məlum olmayan mənbədən 01 ədəd «İV-0657» nömrəli zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibirli, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu döyüş silahı olan Makarov konstruksiyalı tapançanı, 07 ədəd zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 9x18 mm kalibirli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konustruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı döyüş sursatı olan patronları və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, Makarov konstruksiyalı silahların komplekt hissəsi olmaqla texniki cəhətdən saz olan bircərgəli 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş darağı qanunsuz olaraq əldə edib Abşeron rayonu, Məmmədli kəndi, A.Mustafayev küçəsində yerləşən evinə daşıyıb, saxlamış və gəzdirmişdir. Bundan başqa o, 23 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısf'na daxil edilmiş 0,545 qram çəkidə xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini 15 manat müqabilində əldə edib Abşeron rayonu, Məmmədli kəndinə daşıyaraq üzərində saxlamışdır.24 yanvar 2024-cü il tarixdə saat 10:30 radələrində Abşeron RPİ-nin X8 daxil olmuş məlumat əsasında polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, Abşeron rayonu, Məmmədli kəndi, Alı Mustafayev küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq Abşeron rayon polis idarəsinin X5 inzibati binasına gətirilib orada üzərinə həmin gün saat 12:50-dən 13:15-ə kimi şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının bel hissəsindən 01 ədəd Makarov konstruksiyalı tapança, tapançanın üzərindəki 7 ədəd 9x18mm kalibrli Makarov (PM), Steçkin (APS) konustruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronlar; 01 ədəd 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş darağ və əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümdə çəkisi 0,545 qram olan xeyli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ittihamla razı olduğunu, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və məhkəmədən ona cəza təyin edərkən yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, anası və bacısı ilə birlikdə Abşeron rayonu, Məhəmmədi kəndində yaşayır. Heç bir yerdə işləmir. İş düşəndə Abşeron rayonu və Qaradağ rayonları ərazisində yerləşən karyerlərdə fəhlə kimi işləmişdir. Əvvəl narkotik vasitələr istifadə etdiyi və oğurluq cinayətləri törətdiyinə görə məhkum olunmuşdur. O, təxminən 7-8 il olar ki, müxtəlif narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmişdir. Əsasən də narkotik vasitə olan heroindən istifadə edir. Bədənində ağrılar olduğu üçün narkotik vasitələr adətən ona sakitləşdirici təsir göstərmişdir. Narkotik vasitə və psixotrop maddələri falqa adlanan kağız üzərində çəkməklə istifadə etmişdir. Narkotik vasitəni adətən tanımadığı ərazilərdə və tanımadığı şəxslərdən almışdır. Pula ehtiyacı olduğu üçün özünə iş axtarmaq üçün Neftçala rayonu, Xıllı kəndindən Abşeron rayonu, Məmmədli qəsəbəsinə gəlmişdir. İş axtarmaq məqsədi ilə 16.11,2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu. Zabrat qəsəbəsinə gəlmiş, həmin tarixdə saat 09:30 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən bazarda olarkən bir nəfər şəxslə söhbət edən zaman həmin şəxsin narkotik vasitə aludəçisi olduğunu bilmişdir. O, həmin şəxsə narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsini bildirmişdir. Həmin şəxs ona pul müqabilində narkotik vasitə təşkil edə biləcəyini demişdir. O, razılaşmış və 20 manat pul vermişdir. Həmin şəxs onun yanından ayrılaraq getmiş, təxminən 10-15 dəqiqə sonra geri qayıtmışdır. Ona bir büküm şəffaf rəngli sellofan bükümündə narkotik vasitə heroin gətirdiyini bildirmişdir. O, həmin bükümün içərisinə baxıb heroin olduğunu görmüşdür. Daha sonra həmin bükümü alıb əynində olan boz rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur ki, sonra istifadə etsin. Daha sonra oradan yaşadığı ünvana gəlmişdir. 16.11,2023-cü il tarixdə saat 13:00 radələrində Abşeron rayonu, Məmmədli kəndində Alı Mustafayev küçəsində yaşadığı evin yaxınlığında dayanıb siqaret çəkən zaman üzərində bir neçə saat öncə Sabunçu rayonu, Zabrat qəsəbəsindən aldığı narkotik vasitə olan heroin olmuşdur. Bu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər. Onlar xidməti vəsiqələrini çıxardaraq özlərini təqdim etmişlər. Polis əməkdaşları narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu ona bildirmişlər. Daha sonra polis əməkdaşları onlarla birlikdə polis idarəsinə getməli olduğunu demişlər. O,onlara etiraz etməyib polis əməkdaşları ilə birlikdə X8 gəlmişdir. Polis Bölməsinə gətirildikdən sonra ona hüquq və vəzifələrini müdafiə etmək üçün müdafiəçi təqdim edilmişdir. O, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Polis bölməsində onun üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi barədə məlumat vermişlər. Daha sonra X5 inzibati binasında xidməti otaqlarından birində videoçəkilişlə müdafiəçinin, polis əməkdaşlarının və təhqiqatçının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilməklə video çəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O, əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroini çıxardıb təqdim etmişdir. Təqdim etdiyi şəffaf rəngli sellofan bükümünə orada olan polis əməkdaşlarının, müdafiəçinin və təhqiqatçının iştirakı ilə baxış keçirilmişdir. Həmin bükülüdə nə olduğu soruşulanda o, bükülüdə narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində Baki şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığım və istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərində aşkar edilmiş 1 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitən olan heroini götürülərək zərfə qoyulmuş, üzəri möhürlənərək, axtarış və götürmədə iştirak edən polis əməkdaşları və müdafiəçisi, habelə onun tərəfindən imzalanaraq qablaşdırılmışdır. Daha sonra üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, həmin protokol onlara ucadan oxunmuş və imzalarıla təsiq etmişlər. Bütün ifadəsində qeyd etdiyi proses videoçəkiliş vasitəsilə qeydə alınmışdır. O, heç vaxt kiməsə narkotik vasitə və ya psixotrop maddə satmamış, heç vaxt belə bir niyyəti olmamışdır.Narkotik vasitəni şəxsi istifadəsi üçün alıb üzərində saxlamışdır. O, 16 noyabr 2023-cü il tarixdə Abşeron rayonu, Məmmədli qəsəbəsində saxlanılan və X2 zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki güc, zorakılıq tətbiq edilməmiş və psixoloji təsir göstərilməmişdir. 16 noyabr 2023-cü il tarixdə üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərinə heç bir müdaxilə edilməmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CMnin 234.1 -ci maddəsi ilə məhkum olunmuş, 2021-ci ildə Amnistiya qərarına əsasən cəzadan azad olunmuşdur. Rəsmi olaraq işləmir. Bakı şəhəri, Qaradağ rayonunda yerləşən «Kor-göz» daş karxanasında fəhlə işləmişdir. Təxminən 2023-cü ilin dekabr ayının ortalarında karyerdə işləyərkən orada sellofan bağlamada 1 ədəd Makarov tapançası, tapançanın üzərindəki daraqda isə 7 ədəd patronlar olduğunu aşkar edib həmin silahı sellofan bağlamaya qoyub gizlicə özü ilə yaşadığı evə gətirib gizlətmişdir. O, hərbi xidmətdə olduğu üçün silahlara marağı olmuşdur. Buna görə də həmin silahı evdə saxlamışdır. Silahı tapması barədə heç kimə bildirməmişdir. O, nə vaxtsa həmin silahı aparıb polisə təhvil verməyi fikirləşmişdir. 2 il olar ki, bədənində olan ağrılar səbəbindən arada bir narkotik vasifə heroindən iynə ilə vuraraq qəbul etmişdir. 23 yanvar 2024-cü il tarixdə şəxsi işi ilə əlaqədar olaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsinə getmişdir. Həmin gün saat 19 radələrində Zabratda avtobus dayanacağında olarkən orada orta yaşlı bir kişi ilə söhbət əsnasında narkotik vasitə heroindən istifadə etdiyini bildirmişdir. Həmin şəxs ona narkotik vasitə qəbul etdiyini, əgər istəsə ona təşkil edə bilməsini bildirmişdir. O, 1 büküm narkotik vasitə kakos yəni heroin gətirməsini dedikdə, həmin şəxs bir bükümə görə 15 manat verməli olduğumu bildirmişdir. O, razılaşdıqdan sonra həmin şəxs gedib təxminən 15-20 dəqiqə sonra qayıtmışdır. Həmin şəxs 1 ədəd siqaretin gümüşü rəngli kağızında bükülünü açıb ona göstərmişdir. O, həmin bükümün içərisində narkotik vasitə olduğunu görüb 15 manat verib bükülünü alıb şalvarının sağ yan cibinə qoymuşdur. Narkotiki aldığı şəxsin kim olduğunu bilməmişdir. Həmin şəxslə təsadüfən dayanacaqda görüşmüş, ona özü barədə heç bir məlumat verməmişdir. O. həmin şəxs barədə maraqlanmamışdır. Oradan yaşadığı Məmmədli kəndinə gəlmişdir. 24 yanvar 2024-cü il tarixdə səhər saat 10 radələrində evdə gizlətdiyi 1 ədəd Makarov tapançasını patronları ilə birlikdə götürüb əynindəki qara rəngli cins şalvarının bel hissəsinə keçirmişdir. Silahı maraq üçün götürmüşdür. Evdən çıxıb Məmmədli kəndi, A.Mustafayev küçəsi ilə piyada gedərkən iki nəfər mülkü geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək X5 əməkdaşları olduqlarını bildirmişlər. O, polis əməkdaşlarını görüb özünü itirmiş, ondan şübhələndikləri və ona qanunsuz olaraq narkotik vasitə və odlu silah gəzdirməkdə şübhəli olmağı barədə bildirib onlarla birlikdə polis bölməsinə getməli olduğunu demişlər. O, polis əməkdaşları ilə polis bölməsinə getməyə etiraz etməmişdir. Polis bölməsinə gətirildikdən sonra ona üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verilmiş və sonra Xırdalan şəhər vəkil bürosundan növbətçi vəkil Müdafiəçi dəvət olunaraq ona təqdim olunmuşdur. Bundan sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ona şübhəli şəxs qismində tutulmağı elan olunaraq hüquq və vəzifələri izah olunmuş, sonra isə üzərində qanunla qadağan olunmuş nə varsa təqdim etməsi təklif olunmuşdur. O, əynindəki qara rəngli cins şalvarının bel hissəsinə keçirdiyi bir ədəd Makarov markalı tapançanı təqdim etmişdir. Polis əməkdaşları tapançanın darağını və içərisindəki 7 ədəd patronları çıxarıb masanın üzərinə qoymuşlar. Ona həmin silahı haradan və kimdən aldığını və üzərində hansı səbəbdən gəzdirdiyini soruşmuşlar. O, həmin silahı 1 ay əvvəl işlədiyi Qaradağ rayonunda yerləşən Kor-göz daş karxanasından tapdığını, silaha marağı olduğq üçün götürüb evdə saxladığını. Həvəskar olduğu üçün üzərində daşıdığını bildirmişdir. Bundan sonra tapança, darağı və 7 ədəd patronlar kağız zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra üzərində başqa qanunsuz nə varsa təqdim etməsi təklif olunmuşdur. O, əynindəki cins şalvarının sağ yan cibindən 1 ədəd gümüşü kağızda olan bükümü təqdim edib içərisində narkotik vasitə olduğunu bildirmişir. Həmin bükülü polis əməkdaşları tərəfindən açılaraq içərisinə baxılaraq narkotik vasitə heroinə bənzər kütlə olduğu məlum olduqdan sonra həmin narkotiki haradan əldə etdiyini və üzərində nə üçün saxladığını soruşmuşlar. O, narkotik vasitəni Zabrat qəsəbəsindən tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını və bu səbəbdən üzərində saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları üzərini axtarmış, başqa hər hansı bir qanunsuz əşya aşkarlanmamışdır. Üzərində aşkar olunmuş 1 ədəd içərisində narkotik vasitə olan bükülü kağız zərfə qoyularaq qablaşdırılmış, qablaşdırma üzərində o və axtarışda iştirak edən digər şəxslər imza etmişlər. Bundan sonra üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunaraq həmin protokol ona ucadan oxunmuş və protokolu imza edərək təsdiqləmişdir. Ona polis idarəsində heç bir fiziki güc və zorakılıq olunmamışdır. İlkin araşdırma zamanı tərtib edilmiş prosessual sənədlərdəki imzalar özünə məxsus olub heç bir təzyiq olmadan çəkmişdir. Silah və sursatı evində saxlaması ilə bağlı ailə üzvvlərinə və heç kimə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.1987-ci ildə Neftçala rayonu, Xıllı qəsəbəsində anadan olmuş, həmin qəsəbədə qeydiyyatda olmaqla, Abşeron rayonu, Məmmədli kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etməsi üzərində saxlaması, gəzdirməsi və daşıması barədə Abşeron RPİ-nin X8 əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs odlu narkotik vasitələri qanunsuz olaraq saxlamasında, gəzdirilməsində və daşımasında şübhəli olduğu üçün xx.xx.2023-cü il tarixdə onun müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə onun tərəfindən polis bölməsinin rəhbərliyinə məruzə olunaraq qərar qəbul olunmuş, onun və X5 səhənin polis nəfəri polis serjantı Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 16 noyabr 2023-cü il tarixdə keçirilmiş əməliyyat tədbirləri zamanı saat 13 radələrində Abşeron rayonu, Məmmədli kəndi A.Mustafayev küçəsində zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında müəyyən edilərək saxlanılmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirib sonuncunu üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon Polis İdarəsinin X8 dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə polis bölməsinə gəldikdən sonra üzərində şəxsi axtarış aparılması barədə məlumat verilmişdir.Təhqiqatçı tərəfindən Xırdalan şəhər vəkil bürosundan növbətçi vəkil dəvət olunduqdan sonra xidməti otaqların birində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirməyə başlanmışdır. Şəxsi axtarış zamanı texniki vasitə kimi videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə saxlanılması qadağan olunmuş hər hansı vasitə olubolmadığı soruşulmuş, əgər vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofan bükülünü təqdim etmişdir. Həmin bükümdə nə olduğu soruşulduqda Raiq bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotiki saat 09:30 radələrində Bakı şəhəri, Zabrat qəsəbəsində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir.Təqsirləndirilən şəxs üzəri axtarıldı başqa qanunsuş əşya və maddə aşkarlanmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 1 ədəd içərisində narkotik vasitə heroinə bənzər kütlə olan şəffaf sellofan bükülü kağız zərfə qoyulub möhürlənərək qablaşdırılmış, qablaşdırma üzərində Təqsirləndirilən şəxs və iştirakçılar imza edərək təsdik etmişlər. Bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan başqa o, göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və narkotik vasitəni əldə etməsi üzərində saxlaması, gəzdirməsi və daşıması barədə Abşeron RPİ-nin X8 əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs odlu silah və narkotik vasitələri qanunsuz olaraq saxlamasında, gəzdirilməsində və daşımasında şübhəli olduğu üçün xx.xx.2024-cü il tarixdə onun müəyyən olunub ifşa olunması istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə onun tərəfindən polis bölməsinin rəhbərliyinə məruzə olunaraq qərar qəbul olunmuş, onun və X5 səhənin polis nəfəri polis kiçik serjantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 24 yanvar 2024-cü il tarixdə keçirilmiş əməliyyat tədbirləri zamanı, Abşeron rayonu, Məmmədli kəndi A.Mustafayev küçəsində zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra sonuncu özünü itirib şübhəli apardığından üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon Polis İdarəsinin X8 dəvət edilmişdir. Polis bölməsinə gəldikdən sonra Raiqə üzərində şəxsi axtarış aparılması barədə məlumat verilmişdir.Təhqiqatçı tərəfindən Xırdalan şəhər vəkil bürosundan növbətçi vəkil dəyət olunduqdan sonra xidməti otaqların birində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirməyə başlanmışdır. Şəxsi axtarış zamanı texniki vasitə kimi videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığını soruşulmuş, əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan qara rəngli cins şalvarın bel hissəsinə keçirdiyi 1 ədəd Makarov tapançasını təqdim etmişdir.Tapançanın üzərində 1 ədəd daraq, darağın içərisində isə 7 ədəd patronlar olduğu məlum olmuşdur.Təqsirləndirilən şəxs həmin silahı, patronları və darağı ilə birlikdə bir ay əvvəl Bakı şəhəri, Qaradağ rayonu «Kor-göz» daş karxanasında işləyərkən tapdığını və silaha marağı olduğu üçün Məmmədli kəndindəki evinə gətirib saxladığını, maraq üçün həmin gün silahı üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir qanunsuz əşyanın olub-olmadığı soruşulmuşdur. Raiq əynindəki cins şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngdə olan bükülünü təqdim etmişdir. Həmin bükümdə nə olduğu soruşulduqda Raiq bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotiki bir gün əvvəl Bakı şəhəri, Zabrat qəsəbəsində tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 1 ədəd Makarov tapançası, darağı və 7 ədəd patronları və 1 ədəd gümüşü rəngdə içərisində narkotik vasitə heroinə bənzər kütlə olan bükülü ayrı-ayrı kağız zərflərdə qablaşdırılmış, qablaşdırılan zərflər möhürlənərək, iştirakçılar həmin zərflərin üzərində imza edərək təsdik etmişlər. Bu barədə protokol tərtib edilm, tərtib edilmiş protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin X5 sahənin polis nəfərləri, polis kiçik serjantı X7 və polis serjantı Ağayev X3 RPİ-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş «şəxsi axtarış və götürmə» protokolundan görünür ki, Bədirov X4 rayon polis idarəsinin X5 əməkdaşları tərəfindən 16 noyabr 2023-cü il tarixdə saat 13 radələrində Abşeron rayonu Məmmədli kəndində keçirilən əməliyyat-axtarış tədbiri zamanı Abşeron rayonu, Məmmədli kəndi, A.Mustafayev küçəsində saxlanılaraq Abşeron rayon Polis idarəsinin Mehdiabad PB-nin inzibati binasına gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncunun əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 1 ədəd şəffaf selofan bükümdə narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Abşeron rayon Pİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd DVD diskinə məhkəmədə baxış keçirilmiş, baxış zaman müəyyən olunmuşdur ki, Bədirov X4 rayon polis idarəsinin Mehdiabad PB-nin əməkdaşları tərəfindən 16 noyabr 2023-cü il tarixdə saat 13 radələrində Abşeron rayonu Məmmədli kəndi ərazisində keçirilən əməliyyat-axtarış tədbiri zamanı Abşeron rayonu, Məmmədi kəndi, A.Mustafayev küçəsində saxlanılaraq Abşeron rayon Polis idarəsinin Mediabad PB-nin inzibati binasına gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncunun əynindəki tünqd göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. İş üzrə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş «şəxsi axtarış və götürmə» protokolundan görünür ki, Təqsirləndirilən şəxs 24 yanvar 2024-cü il tarixdə saat 10:30 radələrində Abşeron RPİ-nin Mehdiabad PB-nə daxil olmuş məlumat əsasında polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Abşeron rayonu, Məmmədli kəndi, A.Mustafayev küçəsində saxlanılaraq Abşeron RPİ-nin Mehdiabad PB-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının bel hissəsinə keçirdiyi 01 ədəd «İV-0657» nömrəli zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibirli, saz və atəşə yararlı, yivli odlu döyüş silahı olan Makarov konstruksiyalı tapançanı, 07 ədəd zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 9x18 mm kalibirli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konustruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı döyüş sursatı olan patronları və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, Makarov konstruksiyalı silahların komplekt hissəsi olmaqla texniki cəhətdən saz olan bircərgəli 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş darağı və şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli bükümdə 0,506 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Abşeron rayon Pİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim etdiyi bir ədəd DVD diskinə məhkəmədə baxış keçirilmiş, baxış zaman müəyyən olunmuşdur ki, 24 yanvar 2024-cü il tarixdə saat 10:30 radələrində Abşeron RPİ-nin Mehdiabad PB-nə daxil olmuş məlumat əsasında polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Abşeron rayonu, Məmmədli kəndi, A.Mustafayev küçəsində saxlanılaraq Abşeron RPİ-nin Mehdiabad PB-nə inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən cins şalvarının bel hissəsinə keçirdiyi 01 ədəd « MB-0657» nömrəli zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibirli, saz və atəşə yararlı, yivli odlu döyüş silahı olan Makarov konstruksiyalı tapançanı, 07 ədəd zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 9x18 mm kalibirli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konustruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı döyüş sursatı olan patronları və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, Makarov konstruksiyalı silahların komplekt hissəsi olmaqla texniki cəhətdən saz olan bircərgəli 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş darağı və şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli bükümdə 0,506 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16- 16/2-6/6035 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN-nin Zərflər üçün № 236» dairəvi möhür əksi və « Təqsirləndirilən şəxs götürülmüş...» ad və soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindəki bir ədəd bükümdə təmiz çəkisi 0,883 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Ekspertiza tədqiqatına təqdim olunmuş heroinin təmiz çəkisi 0,883 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,833 qram təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/499 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN-nin Zərflər üçün № 236» dairəvi möhür əksi və « Təqsirləndirilən şəxs aşkar edilmiş maddi sübut...» ad və soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindəki bir ədəd bükümdə təmiz çəkisi 0,545 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2015-ci il tarixli Azərbaycan Respublikasının qanünu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına (Siyahı 1) daxildir. Ekspertiza tədqiqatına təqdim olunmuş heroinin təmiz çəkisi 0,545 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,495 qram təşkil edir. Azərbaycan Respublikası DİN-nin KTİ-dən alınmış xx.xx.2024-cü il tarixli 24/174 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd «İV-0657» №-li silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1985-ci ildə istehsal olunmuş 9 mm kalibirli, Makarov konstruksiyalı tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yaralıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir.
2. Tədqiqata təqdim edilmiş 07 ədəd patron, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 9x18 mm kalibirli olmaqla həmin kalibirli Makarov (PM), Steçkin (APS)tkonstruksiyalı və.s həmin kalibirli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yaralıdır.
3. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların komplekt hissəsi olmaqla, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibirli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur.
4. Ekspertmental atəşlər zamanı əldə olunmuş güllə-gilizlər DİN-nin KTİ-də yerləşən «güllə-giliz» kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Həmin rəydən görünür ki, tədqiqata təqdim edilmiş 07 ədəd 9x18 mm kalibirli patronlardan 03 ədədi darağ doldurulmuş və eksperimental atəşlər açılmışdır. Həmin rəyin göndərildiyi müşayiət məktubundan görünür ki, həmin məktuba qoşma kimi rəy “04” vərəqədə, fotocədvəl 02 vərəqədə, 01 ədəd 9 kalibrli İV-0657 №-li Makarov konstruksiyalı PM modelli tapança, 01 ədəd darağ və 04 ədəd 9x18 mm kalibrli patronlar möhürlənmiş bükümdə Abşeron RPİ-nə göndərilmişdir. Azərbaycan Respublikası DİN-nin KTİ-nin xx.xx.2024-cü il tarixli, 3-13-11/2- 3082/2024 saylı məktubundan görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 9 mm kalibrli, İV-0657 №-li Makarov konstruksiyalı PM modelli tapançadan eksperimental qaydada atılmış «güllə-giliz» numinələri idarənin «Güllə-Giliz» kartotekasında «ARSENAL» avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN-nin KTİ-nin xx.xx.2023-cü il tarixli, 3-13-11/2- 9759/2023 saylı məktubundan görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 5,45 mm kalibrli 338230 №-li Kalaşnikov konstruksiyalı AKS-74U modelli avtomatdan eksperimental qaydada atılmış «güllə-giliz» kartotekasında «ARSENAL» avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Məhkəmə-narkoloji ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin «17» fevral 2024-cü il tarixli 1067 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və məhkəmə qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Qədir oğlu əvvəllər Neftçala rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 67.1 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 6 ay 27 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü və 36-cı bəndlərinə əsasən xx.xx.2021-ci il tarixdə cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsində az ağır cinayət törətməyə görə azadlıqdan mərhum etməyə məhkum edilmiş şəxslər barəsində -onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur, məhkum olunmamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş hesab olunmalı və Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən onun əməlində cinayətlərin residivi yoxdur. xx.xx.2024-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, İş üzrə Təqsirləndirilən şəxs üzərindən xx.xx.2023-cü il tarixdə şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,833 qram, xx.xx.2024-cü il tarixdə şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,495 qram narkotik vasitə heroin, 01 ədəd «İV-0657» №-li silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1985-ci ildə istehsal olunmuş 9 mm kalibirli, Makarov konstruksiyalı tapança, 07 ədəd zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 9x18 mm kalibirli olmaqla həmin kalibirli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və.s həmin kalibirli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronlar, 01 ədəd patronların saxlanması üçün daraq maddi sübut kimi tanınıb Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına verilmiş, şəxsi axtarış və götürmə prosesinin köçürüldüyyü iki ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış iş materiallarına əlavə edilmişdir. Həmçinin, iş materiallarında olan xx.xx.2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14:00-da tutulmuş və 18 noyabr 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli tutma protokolundan görünür ki, xx.xx.2024-cü il tarixədə saat 12.40-da tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-79/2024 saylı qərarı ilə barəsində həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbs qətimkan tədbiri məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1 maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin ediləcək cəzanın məhkumun ailəsinin həyat şəraitinə təsirini,məhkumu islah etməsi və cəzanın məqsədlərinə nail olmanın mümkünlüyünü nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1 maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur.Ona görə də, məhkəmə hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikasının CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-79/2024 saylı qərarı ilə “həbs” qətimkan tədbiri seçilməsi ilə əlaqədar həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla onun həbsdə olduğu müddət və xx.xx.2023-cü il tarixdən 18 noyabr 2023-cü il tarixdək tutulduğu 02 gün müddət cəza təyinində nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli tutulduğu tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğundan ona narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə iki ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi iş materiallarına əlavə edilməlidir. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,833 qram və 0,495 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 01 ədəd «İV-0657» №-li silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1985-ci ildə istehsal olunmuş 9 mm kalibirli, Makarov konstruksiyalı tapança, 04 ədəd zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 9x18 mm kalibirli olmaqla həmin kalibirli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və.s həmin kalibirli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronlar, 01 ədəd daraq hökm qanuni qüvvəyə minəndən sonra Azərbaycan Respublikası DİN-ə təhvil verilməlidir. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 190 (yüz doxsan) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Pİ-nə, Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdən 18 noyabr 2023-cü il tarixdək tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbsə alındığı xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə iki ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi iş materiallarına əlavə edilsin. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,833 qram və 0,495 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 01 ədəd «İV-0657» №-li silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1985-ci ildə istehsal olunmuş 9 mm kalibirli, Makarov konstruksiyalı tapança, 04 ədəd zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 9x18 mm kalibirli olmaqla həmin kalibirli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və.s həmin kalibirli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronlar, 01 ədəd daraq hökm qanuni qüvvəyə minəndən sonra Azərbaycan Respublikası DİN-ə təhvil verilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 190 (yüz doxsan) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası CPM-nin Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Pİ-nə, Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Hakim: Cəmilə Səfiyeva