Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-716/2024 21.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1988-ci ildə Türkmənistan Respublikasının Nebit-Dağ şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, X5, Yeni Məhəllədə yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda, Abşeron rayonu Xırdalan şəhəri ərazisində yerləşən Xırdalan şəhər qəbristanlığının yaxınlığında, istintaqa məlum olmayan mənbədən zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 5,45 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı 01 ədəd «AK-74» modelli, üzərindən nömrəsi silinmiş Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab olunan avtomatı, keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, 04 ədəd 5,45x39 mm kalibrli olmaqla atəş üçün yararlı, döyüş sursatı hesab olunan həmin kalibrli silahların ştat patronlarını və zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı 30 ədəd ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatın komplekt hissəsi olan bir ədəd darağı əldə edib saxlamış,daşımış və gəzdirmiş, 25 yanvar 2024-cü il tarixdə saat 22:40 radələrində Abşeron rayon polis idarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən Xırdalan şəhər qəbristanlığı yaxınlığında saxlanılaraq Abşeron RPİ-yə gətirilmiş və həmin tarixdə saat 23:35-də üzərində şəxsi axtarış aparılan zaman əlində olan qara rəngli polietilen torbanın içərisində bir ədəd «AK- 74» modelli Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab olunan avtomat, hər biri 5,45x39 mm kalibrli olmaqla döyüş sursatı olan 04 ədəd həmin kalibrli silahların ştat patronları və həmin avtomatın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, istifadəyə yararlı daraq aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, o, 25 yanvar 2023-cü il tarixdə, təxminən axşam saatlarında ailəsi ilə birlikdə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, X5, yeni məhəllədə yerləşən nömrəsiz fərdi yaşayış evindən çıxıb yaxınlıqda yerləşən mağazaya gedərkən üç nəfər mülki geyimli şəxs ona yaxınlaşıb Abşeron rayon polis idarəsinin əməkdaşları olduqlarını və onlarla birlikdə polis idarəsinə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşlarına heç bir müqavimət göstərmədən onlarla birlikdə idarəyə getmiş, orada olarkən ona bir ədəd polietilen torbanın içərisindəki avtomat silahına bənzəyən əşyanı verib qanunsuz silah saxlamaqda təqsirləndirilməli olduğunu, həmin silahın özünə aid olmasını bildirməyini, əks halda üzərinə narkotik vasitə qoyub sənədləşdiriləcəyini bildirmişlər. O, polis əməkdaşları ilə razılaşaraq, etirafedici ifadə verməyə məcbur olmuşdur. İfadəsində üzərinə şəxsi axtarış keçirilən zaman təqdim etdiyi 01 ədəd «AK-74» modelli Kalaşnikov konstruksiyalı, yivli odlu silah hesab olunan avtomatı; 04 ədəd 5,45x39 mm kalibrli avtomat patronlarını və 30 ədəd ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatın komplekt hissəsi olan 1 ədəd darağı 14 və ya 15 yanvar 2023-cü il tarixdə saat 15 radələrində Abşeron rayonu Xırdalan şəhər qəbristanlığı kimi tanınan yerdən qara rəngli selofan torbanın içərisində tapdığını və yaşadığı ünvana daşıyaraq gizlədiyini 25 yanvar 2023-cü il tarixdə isə həmin silah və sursatları götürdüyü yerə atmaq üçün qəbiristanlıq ərazisinə getdiyi barədə sonuncuların dedikləri kimi ifadə vermişdir. Həmin vaxt qorxduğu üçün vəkilə bu barədə məlumat verməmiş, heç bir yerə şikayət etməmişdir. İfadəsinə əlavə olaraq polis əməkdaşları tərəfindən ona fiziki zor tətbiq edilməsə də, hədələrin real olmasından qorxduğu, yaxınlarının şərlənməsinə razı olmadığı üçün onlarla razılaşmışdır. Sonradan vəkili tərəfindən ona qorxmaması və həqiqəti danışması təklif edildiyi və günahsız yerə tutulmaması üçün həqiqəti danışmaq qərarına gəlmişdir. Həmçinin onu da qeyd etmişdir ki, onu saxlayan şəxslər şəxsi axtarışda iştirak edən poislər deyil başqa şəxslər olmuşdur. Lakin onları tanımır. Nə üçün onunla belə rəftar olunduğunu da bilmir. Çünki heç kəslə və hər hansı polis işçisi ilə ədavəti və ya düşmənçiliyi yoxdur. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu Xırdalan şəhəri, X5, fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs barəsində etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə həmin gün onun və Abşeron RPİ-nin cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Onun Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumatdan xəbəri olmamışdır. 25 yanvar 2024-cü il tarixdə o və əməliyyat qrupunun rəhbəri Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs müşahidə edərək Abşeron rayonu, Xırdalan şəhərində yerləşən qəbirstanlıqda Təqsirləndirilən şəxs yaxınlaşmış, xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Daha sonra onlar Təqsirləndirilən şəxs saxlanılma səbəbini izah edərək onu Abşeron RPİ-nə dəvət etmiş, sonuncu etiraz etmədən, əməlini etiraf etmiş, onların müşahidəsi altında Abşeron polis idarəsinə getmişdir. Dəvət edilmiş müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, qanunla dövriyyəsi qadağan edilmiş, əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan qara rəngli torbadan hazırda xatırlamadığı avtomat silahı və həmin avtomata məxsus digər əşyalar çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd nömrəsi silinmiş “Kalaşnikov” markalı avtomat silahı, 1 ədəd avtomat darağı və 4 ədəd avtomat patronu müvafiq qaydada qablaşdırılmış və üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd “Kalaşnikov” markalı avtomatı, 1 ədəd silaha məxsus daraqı və 4 ədəd patronu nə məqsədlə və haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs təxminən 10 gün əvvəl Xırdalan qəbirstanlığından tapdığını və evində çarpayının altında saxladığını lakin sonradan həmin 01 ədəd “Kalaşnikov” markalı avtomatı, 4 ədəd patronu və silaha məxsus 1 əddəd daraqı hər hansısa zibil qutusuna tullamaqdan çəkindiyi üçün götürdüyü Abşeron rayonu, Xırdalan şəhərində yerləşən qəbirstanlığa tullamaq üçün apardığını bildirmişdir. Məhkəməyə dəvət edilərək, şahid qismində dindirilmiş Şahid1 iclas zamanı verdiyi ifadəsində göstərdi ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu Xırdalan şəhəri, X5, fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirməsi barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə həmin gün onun və Abşeron RPİ-nin CAŞnin kiçik inspektoru, polis baş serjantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 25 yanvar 2024-cü il tarixdə o, və əməliyyat qrupunun üzvü Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs müşahidə edərək Abşeron rayonu, Xırdalan şəhərində yerləşən qəbirstanlıqda Təqsirləndirilən şəxs yaxınlaşmış, xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Daha sonra onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində odlu silah gəzdirməkdə şübhəli olduğunu bildirib Təqsirləndirilən şəxs Abşeron RPİ-nə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs etiraz etmədən Abşeron polis idarəsinə getmişdir. İnzibati binanın xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silahı, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan qara rəngli torbadan 1 ədəd nömrəsi silinmiş “Kalaşnikov” markalı avtomat silahını, 4 ədəd avtomat gülləsini və 1 ədəd həmin silaha məxsus avtomat darağını çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd nömrəsi silinmiş “Kalaşnikov” markalı avtomat silahı, 1 ədəd avtomat darağı və 4 ədəd avtomat patronu müvafiq qaydada qablaşdırılmış və üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd “Kalaşnikov” markalı avtomatı, 1 ədəd silaha məxsus daraqı və 4 ədəd patronu nə məqsədlə və haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs təxminən 10 gün əvvəl Xırdalan qəbirstanlığından tapdığını və evində çarpayının altında saxladığını lakin sonradan həmin 01 ədəd “Kalaşnikov” markalı avtomatı, 4 ədəd patronu və silaha məxsus 1 əddəd daraqı hər hansısa zibil qutusuna tullamaqdan çəkindiyi üçün götürdüyü Abşeron rayonu, Xırdalan şəhərində yerləşən qəbirstanlığa tullamaq üçün apardığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır.
2. “Şübhəli şəxsin tutulması haqqında” 25 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində qeyd olunan tarixdə, saat 23:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur;
3. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 25 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və maddə olub-olmaması, olduğu halda könüllü təqdim edilməsi təklif edildikdə o, əlində qara rəngli şəffaf sellofana bükülmüş 01 (bir) ədəd nömrəsi silinmiş “Koloşnikov” markalı, odlu silah, 01 (bir) ədəd daraq və 04 (dörd) ədəd 5/45 patron təqdim edərək, 10 gün əvvəl, saat 15 radələrində Abşeron rayonu, Xırdalan şəhər ərazisində yerləşən qəbirstanlıqda tapdığını, yaşadığı evdə çarpayının altında saxladığını, daha sonra hər hansı zibil qutusuna tullamaqdan çəkindiyi üçün 25 yanvar 2024-cü il tarixdə, saat 22:40 radələrində yenidən götürdüyü Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən qəbirstanlığa tullamaq istədiyini bildirmiş, bundan sonra sonuncu üzərində şəxsi axtarış keçirilməsinə qarşı hər hansı etirazın olub-olmadığı soruşulduqda, o heç bir etirazının olmadığını bildirmiş, buna görədə üzərində yoxlama aparılmış, onun üzərindən dövriyyəsi, gəzdirilməsi və saxlanılması qadağan edilmiş başqa hər hansı əşya və ya başqa qanunsuz maddə aşkar olunmadı. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində qara sellofana bükülmüş 01 ədəd nömrəsi silinmiş “Koloşnikov” markalı odlu silah, 01 (bir) ədəd daraq və 04 (dörd) ədəd 5/45 patron tərəfindən götürülərək, müvafiq qaydada qablaşdırılmışdır.
4. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 26 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək, ibtidai istintaqı aparılmışdır.
5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistk Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının 26 yanvar 2024-cü il tarixli, 24/193 saylı rəyinə əsasən müəyyən edilmişdir:
6. Tədqiqata təqdim edilmiş təqdiqata təqdim edilmiş 01 ədəd Nömrəsi silinmiş silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəşyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir.
7. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsuli ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt issəsidir-darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 04 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ- də yerləşən «güllə-giliz» kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürlmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir. Qeyd: Təqdim edilmiş 04 ədəd 5,45x39 mm kalibrli patronlardan 02 ədədi eksperimental atəşlər zamanı istifadə olundu.
8. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 27 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir.
9. Abşeron Rayon Məhkəməsinin 27 yanvar 2024-cü il tarixli, 4(012)-96/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 25 yanvar 2024-cü il tarixdən hesablanmaqla barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 10.Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərəfindən verilmiş 20 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2008-ci il tarixdə Sumqayıt Hərbi Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 20 oktyabr 2012-ci il tarixli qərarına əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir.
11. “Cinayət işi üzrə maddi sübut kimi tanınma haqqında” 01 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş 01 ədəd “AK-74” modelli, Kalaşnikov konstruktiriyalı yivli odlu silah hesab olunan avtomat, hər biri 5,45x39 mm kalibrli olmaqla döyüş sursatı olan 04 ədəd həmin kalibrli silahların ştat patronları və həmin avtomatın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş istifadəyə yararlı daraqdan ekspertiza keçirildikdən sonra qalıq qalmış 01 ədəd “AK-74” modelli, Kalaşnikov konstruktiriyalı yivli odlu silah hesab olunan avtomat, hər biri 5,45x39 mm kalibrli olmaqla döyüş sursatı olan 02 ədəd həmin kalibrli silahların ştat patronları və həmin avtomatın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş istifadəyə yararlı daraq iş üzrə maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü Abşeron RPİ-nin X3 Otağına Təhvil verilmişdir. 12.“Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi” haqqında 12 aprel 2024cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, məhkəmə-ballistik ekspertizasının rəyi, maddi sübut kimi qiymətləndirilmiş şəxsin üzərinə axtarış keçirilməsi barədə videoçəkiliş görüntüləri olan ağ rəngli üzərində qırmızı hərflərlə “Bingo” sözü yazılmış DVDformatlı disk iş üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır. 13.Abşeron Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, 1(012)-716/2024 saylı məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. 14.“Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X4 adlı uşağı vardır.
Cinayət işinin materiallarında olan DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən 01 ədəd “AK-74” modelli, Kalaşnikov konstruktiriyalı yivli odlu silah hesab olunan avtomat, hər biri 5,45x39 mm kalibrli olmaqla döyüş sursatı olan 04 ədəd həmin kalibrli silahların ştat patronları və həmin avtomatın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş istifadəyə yararlı daraqdan ekspertiza keçirildikdən sonra qalıq qalmış 01 ədəd “AK-74” modelli, Kalaşnikov konstruktiriyalı yivli odlu silah hesab olunan avtomat, hər biri 5,45x39 mm kalibrli olmaqla döyüş sursatı olan 02 ədəd həmin kalibrli silahların ştat patronları və həmin avtomatın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş istifadəyə yararlı daraq aşkar edilərək götürülmüşdür.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və yabir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və yaüç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin “Xidməti və mülki silah haqqında” Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları”nın, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın, “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nin, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın, “Silahın geri alınması Qaydaları”nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində xidməti və mülki sidahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır (5-ci bənd); Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir (9-cu bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci və 232-ci maddələri ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi və yaxud talanması zamanı, həmçinin təqsirli şəxsin məqsədi yararlı olmayan, o cümlədən təlim üçün nəzərdə tutulmuş silahların yenidən yararlı hala salınması və bunun üçün real imkanı olması zamanı da yaranır (11-ci bənd); təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir (12-ci bənd). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda özünü təqsirli bilməməsinə dair ifadəsi ilə bağlı qeyd olunur ki, təqsirləndirilən şəxs ilkin ifadəsində özünü təqsirli bilsə də məcburiyyət altında ifadə verdiyini qeyd etmiş, lakin məcburiyyətin nədən ibarət olmasını, kimlərin onu məcbur etməsini və səbəbləri barədə izah verə bilməmişdir. Həmçinin təqsirləndirilən şəxsin qeyd etdikləri işin halları və iş materiallarına əlavə edilmiş, məhkəmədə tədqiq edilmiş sübutlarla təqzib edilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, ona polis əməkdaşları tərəfindən hədə-qorxu gəlməsini, polis əməkdaşlarının zorakı təsiri ilə silahın ona məxsus olmasını bildirməsini, əks halda narkotik vasitə istifadəçisi olaraq qeydiyyata alacaqlarını və silahın ona məxsus olmaması barədə dəlillərini əsassız hesab edərək məhkəmə qeyd edir ki, iş üzrə Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin dövründə ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək, Xırdalan şəhər qəbristanlığının yaxınlığında, istintaqa məlum olmayan mənbədən zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 5,45 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı 01 ədəd «AK- 74» modelli, üzərindən nömrəsi silinmiş Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab olunan avtomatı, keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, 04 ədəd 5,45x39 mm kalibrli olmaqla atəş üçün yararlı, döyüş sursatı hesab olunan həmin kalibrli silahların ştat patronlarını və zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı 30 ədəd ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatın komplekt hissəsi olan bir ədəd darağı əldə edib saxlamış,daşımış və gəzdirməsi barədə etiraflar etmiş, keçirilmiş istintaq hərəkətlərində ifadəsini təsdiq etmiş, bu hərəkətlər müdafiəçinin iştirakı ilə keçirilmiş, üzərinə baxış keçirilərkən, polis şöbəsində dindirilməsi barədə etiraz və şikayət etməmiş, müdafiəçisinə ona polis əməkdaşları tərəfindən təsir göstərilməsi, silahın ona məxsus olmaması barədə heç bir söz deməmişdir. Həmçinin barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə özünü təqsirli bilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxışda müdafiəçisi iştirak etmiş və video çəkilişlə aparılmışdır. Odur ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli şəxsi axtarış və götürmə protokolu, maddi sübut, ekspert rəyi, istintaq hərəkətlərinin protokolları, video görüntülər, şahid ifadələri və cinayət işinə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. Lakin daha sonradan təqsirləndirilən şəxs ifadəsini dəyişərək, yeni məzmunlu ifadə vermiş və ilk verdiyi ifadəni təsdiqləməmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs etiraf etməsə də, iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 5,45 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı 01 ədəd «AK-74» modelli, üzərindən nömrəsi silinmiş Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab olunan avtomatı, keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, 04 ədəd 5,45x39 mm kalibrli olmaqla atəş üçün yararlı, döyüş sursatı hesab olunan həmin kalibrli silahların ştat patronlarını və zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı 30 ədəd ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatın komplekt hissəsi olan bir ədəd darağı əldə edib saxlaması, daşıması və gəzdirməsi bununla da, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi kifayət qədər sübuta yetmişdir. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması hazırki iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-ci maddəsinin tələbinə uyğun residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlığın mədudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş şəxs hesab olunmuşdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, himayəsində yetkinlik yaşına çatmayn övladının olmasını, cəzanı ağırlaşdıran halların müəyyən olunmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini, onun islah olunması üçün cəmiyyətdən təcrid edilməsinin zəruri olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 25 yanvar 2024-cü il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır/ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiriəmlakın məhkəmənin yekun qərarı iləməcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsincinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) müsadirə edilməlidir. Cinayət işi üzrə şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, həmçinin iş üzrə maddi sübut kimi tanınmış və Abşeron rayon Polis İdarəsinin Maddi X2 saxlanılan 01 ədəd “AK-74” modelli, Kalaşnikov konstruktiriyalı yivli odlu silah hesab olunan avtomat, hər biri 5,45x39 mm kalibrli olmaqla döyüş sursatı olan 02 ədəd həmin kalibrli silahların ştat patronları və həmin avtomatın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş istifadəyə yararlı daraq hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 25 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. “İş üzrə maddi sübut kimi tanınmış və Abşeron Rayon Polis İdarəsinin Maddi X2 saxlanılan 01 ədəd “AK-74” modelli, Kalaşnikov konstruktiriyalı yivli odlu silah hesab olunan avtomat, hər biri 5,45x39 mm kalibrli olmaqla döyüş sursatı olan 02 ədəd həmin kalibrli silahların ştat patronları və həmin avtomatın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş istifadəyə yararlı daraq hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə mülki iddianın, xüsusi müsadirə edilməli və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir
Sədrlik edən: Abusət Qasımov.