Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-717/2024 13.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmış şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, və təqsirləndirilən şəxsin müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, Laçın rayonu, Çıraqlı kəndində daimi qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində Abşeron rayon məhkəməsi tərəfindən “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli midarda ziyan vurmaqla dələduzluq cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs 2021-ci ilin sentyabr ayından, 2021 -ci ilin noyabr ayınadək olan müddətdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən ət kəsimi sexində ondan 6800 manatlıq, 9800 mantlıq və 200 mantlıq xırda buynuzlu heyvan əti alaraq vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 16800 (on altı min səkkiz yüz) manatlıq xırda buynuzlu heyvan əti alıb, pulunu verəcəyinə söz versə də, verdiyi vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilir, törətdiyi əmələ görə peşmandır. Zərərçəkmiş şəxs 1998-ci ildən tanıyır. Laçın rayonundan olmaqla bərabər onun həmkəndlisidir. Əfqanla normal münasibətləri olmuş, aralarında heç bir düşmənçilik və ədavətləri olmamışdır. Zərərçəkmiş şəxs Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində xırda buynuzlu heyvanları kəsərək satışı ilə məşğul olur. Bildirmişdir ki, o, özü də ət dükanlarından topdan satış olaraq ucuz qiymətə ət alıb üstünə pul qoyub restoranlara satmaqla məşğul olmuşdur. Həmçinin Zərərçəkmiş şəxs da ət alıb restoranlarına satmaqla məşğul olmuşdur. Bu səbəbdən də Zərərçəkmiş şəxs ət alıb-satdığına görə Əfqana borcu yaranmışdır. O, ət lazım olanda Zərərçəkmiş şəxs axşamdan zəng etmişdir ki, onun üçün xırda buynuzlu heyvan kəssin. Əfqan da səhər tezdən rayondan alıb gətirdiyi heyvanlardan kəsib onun üçün hazırlamışdır. O da gəlib həmin əti Zərərçəkmiş şəxs nisyə olaraq alıb apararaq restoranlara satıb ətin pulunun bir hissəsini Əfqana verərək əlavə olaraq yenidən Əfqana ət sifariş etmişdir. Əfqan birinci dəfə 2021-ci ilin sentyabr ayında ona 6800 manatlıq ət vermişdir. O, Zərərçəkmiş şəxs həmin vaxt pul verməmiş və bildirmişdir ki, “mənim pulu restorandadır, alan kimi verəcəm”. Zərərçəkmiş şəxs da ona inanıb 6800 manatlıq ət vermişdir. Bundan sonra ikinci dəfə 2021-ci ilin noyabr ayında o, yenidən Əfqana zəng edib bildirmişdir ki, “sənə borcum var, mənə yenidən ət ver, pulun bir hissəsini verim, qalan hissəsini isə ət aldıqca verərəm”. Əfqan Təhnəzov da onunla razılaşaraq yenidən ona 9800 manatlıq ət vermiş və o, Əfqana olan ətin ümumi pulundan 4000 manat vermişdir. Onun Zərərçəkmiş şəxs ətə görə 12600 manat borcu qalmışdır. Bundan bir neçə həftə sonra o, Zərərçəkmiş şəxs yenidən 3000 manatlıq ət kəsdirmiş və borcundan 1500 manat ödəməklə yenidən Zərərçəkmiş şəxs 1500 manat əlavə borcu qalmışdır. Bununla bağlı onun Zərərçəkmiş şəxs 14100 manat borcu yaranmışdır. Bundan bir həftə sonra isə yenidən Əfqna Təhməzova 3500 manatlıq ət sifariş vermiş və Zərərçəkmiş şəxs onun üçün 3500 manatlıq ət kəsmişdir. O, həmin əti gedib Zərərçəkmiş şəxs götürəndə o, Əfqana 2000 manat pul vermiş və yenidən 1500 manat borcu qalmışdır. Buna görə onun Əfqana 15600 manat borcu yaranmışdır. O, hər dəfə Əfqanı aldadaraq demişdir ki, “guya ona olan borcumu qaytaracayam”. O, sonuncu dəfə Əfqandan 2021-ci ilin təxminən noyabr ayında yenidən 2500 manatlıq ət almış və Əfqana 1300 manat ödəsə də, əlavə olaraq yenidən 1200 manat borcu yaranmışdır. Beləliklə onun Zərərçəkmiş şəxs ümumilikdə 16800 ( on altı min səkkiz yüz) manat borcu yaranmışdır. Bundan sonra o, hər dəfə Əfqanı aldadaraq bu gun sabah deyib, pulunu verməmişdir. Onun Zərərçəkmiş şəxs ət alıb ətin pulunun bir hissəsini verib digər hissəsini saxlamaqda məqsədi verdiyi pula görə etibar qazanaraq böyük məbləğdə heyvanlarını aslıb pulunu ələ keçirmək olmuşdur. O, Zərərçəkmiş şəxs bütün heyvanları Abşeron rayonu, Masazır qəsəbəsində almışdır. Dəymiş ziyan ödənilmişdir, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, Nazim Əsədov küçəsində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. O, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində xırda buynuzlu heyvanları kəsib satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs 1998-ci ildən tanıyır. Laçın rayonundan olmaqla bərabər anası onun həmkəndlisidir. Fuadla normal münasibətləri olmuş, aralarında heç bir düşmənçilik və ədavətləri olmamışdır. Təqsirləndirilən şəxs təxminən 1 il olar ki, ondan ət alıb həm özü işlətdiyi restoranda istifadə etmiş, həm də digər Restoranlara paylamışdır. Bu səbəbdən də o, Fuada ət verəndə Fuadın ona borcu yaranmışdır. Təqsirləndirilən şəxs ona axşamdan zəng etmişdir ki, onun üçün xırda buynuzlu heyvan kəssin. O da səhər tezdəndən rayondan alıb gətirdiyi həmin heyvanları kəçsib hazırlamışdır. Fuad isə gəlib həmin əti nisyə aparmışdır. Bundan sonra ikinci dəfə gələndə həmin Fuada verdiy ətin pulunun bir hissəsini vermiş və əlavə olaraq yenidən ət sifariş etmişdir. O, birinci dəfə 2021-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs 6800 manatlıq ət vermişdir. Təqsirləndirilən şəxs ona pul verməmiş və bildirmişdir ki, “onun pulu restorandadır, alan kimi verəcək”. O da Fuada inanıb Fuada 6800 manatlıq ət vermişdir. Bundan sonra ikinci dəfə 2021-ci ilin noyabr ayında yenidən Fuad ona zəng etmiş və bildirmişdir ki, “sənə borcum var, mənə yenidən ət ver, pulun bir hissəsini verim, qalan hissəsini isə ət aldıqca verərəm”. O da Fuadla razılaşmış, Fuada yenidən 9800 manatlıq ət vermiş və Fuaddan ona olan ətin ümumi pulundan 4000 manat almışdır. Fuadın ona ətə görə 12600 manat borcu qalmışdır. Bundan bir neçə həftə sonra Fuad ona yenidən 3000 manatlıq ət kəsdirmiş və borcundan 1500 manat ödəməklə yenidən ona 1500 manat əlavə borclu qalmışdır. Fuadın ona 14100 manat borcu yaranmışdır. Bundan bir həftə sonra isə yenidən Fuad üçün 3500 manatlıq ət kəsmişdir. Fuad həmin əti gəlib aparanda ona yenidən 2000 manat pul vermiş və yenidən 1500 manat borcu qalmışdır. Fuadın ona 15600 manat borcu yaranmışdır. Fuad hər dəfə demişdir ki, qalan borcunu ödəyəcəkdir. Fuad sonuncu dəfə 2021-ci ilin təxminən noyabr ayında yenidən ondan 2500 manatlıq ət almış və ona 1300 manat ödəsə də, əlavə olaraq yenidən 1200 manat borcu yaranmışdır. Beləliklə Fuadın ona ümumilikdə cəmi 16800 ( on altı min səkkiz yüz) manat borcu yaranmışdır. Bundan sonra Fuad hər dəfə onu aldadaraq bu gun sabah deyib, halhazıradak mənə olan 16800 manat pulu ödəməmişdir. Fuad sonradan telefonunun söndürdüyü üçün o, Fuadın valideyinlərinə bu barədə bildirmişdir. Fuadın atası və qadaşı ona bildirmişlər ki, “əti Fuada vermisən pulunu da ondan alarsan”. O da məcbur olub polisə bu barədə müraciət etmişdir. Təqsirləndirilən şəxs bütün heyvanları Abşeron rayonu, Masazır qəsəbəsində kəsib vermişdir. Buna görə də baş vermiş hadisə barədə Abşeron rayon Polis İdarəsinə ərizə müraciət etmişdir.dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Təqsirləndirilən şəxs 26 aprel 2022-ci il tarixdə Abşeron rayon polis idarəsinin istintaq şöbəsinin sabiq müstəntiqi polis polkovnik-leytenantı X2 tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin o, istintaqda qaçıb yayındığından və ona həmin maddə ilə ona ittiham elan etmək mümkün olmadığından barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 30 oktyabr 2023-cü il tarixdə Abşeron rayon Pİ-nin İstintaq şöbəsinin müstəntiqi polis kapitanı X4 tərəfindən ********* nömrəli cinayət işinin icraatı təzələnərək istintaqı aparılmışdır. 31 oktyabr 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Abşeron rayon Pİ-nin İstintaq şöbəsinin müstəntiqi polis kapitanı X3 vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayonun prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımovun təqdimatı əsasında Abşeron rayon Məhkəməsinin 31 okyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək, yəni 02 ay 20 gün müddətinə qiyabi həbs qətimkan tədbiri seçilmişdir. 31 okyabr 2023-cü il tarixdə Abşeron rayon Pİ-nin İstintaq şöbəsinin müstəntiqi polis kapitanı X4 tərəfindən ********* nömrəli cinayət işi üzrə icraatın Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılması haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs 20 mart 2024-cü il tarixdə Abşeron rayon polis idarəsinin cinayət axtarışı şöbəsinin əməkdaşları tərəfindən tutularaq Abşeron rayon polis idarəsinin istintaq şöbəsinə təhvil verilmişdir. 20 mart 2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək icratına qəbul edilməklə istintaqı aparılmışdır. 21 mart 2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində tutulmuş və ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. Abşeron Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilək “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Eyni zamanda Təqsirləndirilən şəxs dəymiş ziyanın iyirmi beş faizi miqdarında yəni 4200 (dörd min iki yüz) manat dövlət büdcəsinə ödəniş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri xitam olunmalıdır. Cinayət nəticəsində dəymiş ziyan məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ödənilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 73-1.1, 156, 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənildin. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-717/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-717/2024
13.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver